Press "Enter" to skip to content

Peşəkar tərcümənin əsasları

Tel.: (+99412) 596-26-13

“Peşəkar, qeyri-peşəkar, həvəskar tərcümənin fərqlilikləri” mövzusunda onlayn elmi konfrans keçirilib

Sentyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) “Peşəkar, qeyri-peşəkar, həvəskar tərcümənin fərqlilikləri” mövzusunda onlayn elmi konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. Bildirilib ki, ADU və Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən konfrans görkəmli tərcüməçi, dilçi alim İsmixan Rəhimovun 95 illik yubileyinə həsr olunub.

Universitetin rektoru, Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının sədri, akademik, Xalq yazıçısı Kamal Abdulla İsmixan Rəhimovun əməllərinin, zəhmətinin bu gün yetişdirdiyi tələbələrdə özünü göstərdiyini deyib və görkəmli alimin əziz xatirəsinin qəlblərdə yaşayacağını vurğulayıb: “O, çox mərd insan idi. Azərbaycanın demokratik yolda inkişafı üçün ilk bayraq qaldıranlardan biri olub. 1950-ci illərdə İsmixan müəllimin səsi siyasi arenalardan gəldi, siyasi müstəvidə səsləndi. İsmixan müəllim, digər görkəmli ziyalılarımız Azərbaycan dili, ölkənin təbii sərvətləri, burada gedən sosial-siyasi proseslərlə bağlı öz səslərini ucalda bildilər”.

Kamal Abdulla dilçi alimin öz mübarizəsini daha sonra başqa istiqamətdə – tələbə auditoriyasında, elmi şuralarda davam etdirdiyini deyib. İsmixan Rəhimovun universitetlə yanaşı, digər elm ocaqları ilə əlaqələrinin mövcud olduğunu söyləyən akademik Kamal Abdulla onun elmi fəaliyyətindən, potensialından digər bölgələrdəki universitetlərin də faydalandığını diqqətə çatdırıb: “Onun tələbələri bu gün yalnız bizim universitetin deyil, digər universitetlərin də aparıcı müəllimləridir”.

Ali təhsil ocağının rəhbəri Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının yaranması haqqında danışıb. Adıçəkilən qurumun artıq fəaliyyətə başladığını deyən rektor hər kəsi Assosiasiya tərəfindən həyata keçirilməsi planlaşdırılan layihələrdə yaxından iştirak etməyə çağırıb: ”Assosiasiyanın əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan dilindən başqa dillərə tərcüməni sistem halına gətirməkdir. Müstəqil Azərbaycan üçün ideoloji sahədə ən vacib məsələlərdən biri tərcümənin Azərbaycan dilindən başqa dillərə edilməsinin təşkilatçılığını və sistemli fəaliyyətini qurmaqdır. Azərbaycan dilində yaradılan bədii, mənəvi, ictimai-siyasi ədəbiyyatı, Azərbaycanda gedən prosesləri dünya xalqlarına öz dillərində çatdırmaq böyük təşəbbüsdür”.

ADU-nun professoru Qılıncxan Bayramov İsmixan Rəhimov və onun əvəzolunmaz fəaliyyətindən danışıb. O, İsmixan Rəhimovun adına auditoriyanın yaradılmasının universitetin onun xatirəsinə hörmətinin ifadəsi olduğunu deyib. Professor Q.Bayramov dilçi alimin Azərbaycanın müstəqilliyi, Azərbaycan dilinin inkişafı uğrunda apardığı mübarizədən söz açıb.

Konfransa Türkiyədən qoşulan tərcüməçi İmdad Avşar Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının yaradılmasında əməyi keçən hər kəsi, həmçinin ADU heyətini təbrik edib. Bu qurumun türk dünyası üçün yaradılmasının vacib olduğunu deyən İ.Avşar bu başlanğıcın həm Azərbaycan ədəbiyyatının digər ölkələrdə təbliği, həm də türk dünyası üçün ciddi fəaliyyət mərkəzi olacağına ümid etdiyini bildirib. İ.Avşar Azərbaycan ədəbiyyatından etdiyi tərcümələrdən bəhs edib.

Professor Vilayət Hacıyev İsmixan Rəhimovun həyat və yaradıcılığından söz açıb. Konfransın əhəmiyyətindən danışan V.Hacıyev Azərbaycan ədəbiyyat nümunələrinin dünya dillərinə tərcümə prosesindəki problemlərə də diqqət çəkib.

Şair Zakir Fəxri İsmixan Rəhimovla olan xatirələrini paylaşıb. O, Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının gələcək fəaliyyət istiqamətləri haqqında fikirlərini səsləndirib.

Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.

Peşəkar tərcümənin əsasları

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Peşəkar tərcümənin əsasları

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.