Pensiyanı bank hesabına necə köçürə bilərəm?
Mövcud qanunvericiliyə əsasən, hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Amma təklif edilən dəyişikliklərə əsasən, hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər (bu zaman pensiyanı ailə üzvləri ala bilir) və ali zabit heyətinə aid şəxslər üzrə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına icazə veriləcək.
Əmək pensiyaları yaşa görə belə hesablanacaq
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən
Azərbaycanda yaşa görə əmək pensiyalarının hesablanması proseduru açıqlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və bu gündən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda əksini tapıb
Qaydaya əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Məsələn, qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır:
(27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat.
1 iyul 2017-ci il tarixdən etibarən qanuna edilmiş dəyişikliklərə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Məsələn, yuxarıdakı misaldakı sığortaolunanın 1 yanvar 2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının 1 yanvar 2017-ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir.
| İllər | İstehlak qiymətləri indeksinin illik səviyyəsi | İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı |
| 2006 | 8,3 | 8415,0 |
| 2007 | 16,7 | 9113,4 |
| 2008 | 20,8 | 10635,4 |
| 2009 | 1,5 | 12847,6 |
| 2010 | 5,7 | 13040,3 |
| 2011 | 7,9 | 13783,6 |
| 2012 | 1,1 | 14872,5 |
| 2013 | 2,4 | 15036,1 |
| 2014 | 1,4 | 15396,9 |
| 2015 | 4,0 | 15612,5 |
| 2016 | 12,4 | 16237,0 |
| 2017 | 18250,4 |
Məsələn, 18 fevral 2018-ci il tarixdə 63 il 6 ay yaş həddi, 33 il 4 ay sığorta stajı (o cümlədən 29 il 5 ayı 01.01.2006-cı il tarixədək, 3 il 11 ayı isə 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı günədək qazanmışdır) sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 22971,6 manat (o cümlədən 19522,36 manatı 01.01.2006-cı il tarixədək, 3449,24 manatı isə 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək qazanmışdır) pensiya kapitalı olan sığortaolunan kişinin yaşa görə əmək pensiyasının sığorta hissəsi bu Qaydalarda göstərilən SH= PSK/T düsturuna müvafiq olaraq 22971,6/144 = 159,53 manat məbləğində hesablanır.
Tutaq ki, 18 avqust 2017-ci il tarixdə 63 yaşı, 20 il 9 ay (o cümlədən 11 ili 01.01.2006-cı il tarixədək, 9 il 9 ayı isə 01.01.2006-cı il tarixdən sonra pensiya hüququnun yarandığı tarixədək) sosial sığorta stajı olan kişi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 18 fevral 2018-ci il tarixdə müraciət edir. Onun 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixə fərdi hesabının sığorta hissəsində 12000 manat pensiya kapitalı qeydə alınıb. Bu halda həmin sığortaolunanın 63 il 6 ay yaş həddinin tamam olduğu 18 fevral 2018-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır.
Qaydalara uyğun olaraq qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək 11 il ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan 3366 manat (11 il tam iş stajı x 306 manat=3366 manat) pensiya kapitalı indeksləşdirilərək 2017-ci ilin sonuna 7300,15 manat müəyyənləşdirilir (2017-ci ilin yekunlarına görə orta aylıq nominal aylıq əmək haqqının artım tempi əsasında indeksləşdirmə nəzərə alınmaqla bu məbləğ daha böyük olacaq). Beləliklə, müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış cəmi pensiya kapitalı 19300 manat təşkil edir. Bu Qaydalara uyğun olaraq yaşa görə əmək pensiyası aşağıdakı qaydada hesablanır:
19300 manat : 144 ay =134,03 manat.
Məsələn, 21 dekabr 2017-ci il tarixdə 60 yaşı tamam olan sığortaolunan kişi 1 dekabr 1992-ci il tarixdən 1 dekabr 2017-ci il tarixədək müxtəlif sahələrdə işləyərək ümumi 25 il sığorta stajı qazanıb. Eyni zamanda bu stajın 15 ilini Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən peşələrdə çalışıb. O, güzəştli şərtlərlə yaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 dekabr 2017-ci il tarixdə müraciət edir. Qaydalara uyğun olaraq qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək 13 il 1 ay sığorta stajına uyğun pensiya kapitalı 8687,6 manat ((13 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 1 ay) =4003,5 manat, 01.01.2006-cı il tarixədək pensiya kapitalı üstəgəl 2006-2016-cı illərin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşirdirməklə = 8687,6 manat) təşkil edir. Həmçinin 1 yanvar 2006-cı il tarixdən 1 dekabr 2017-ci il tarixədək onan dövr üzrə fərdi hesabının sığorta hissəsində 23000 manat pensiya kapitalı qeydə alınıb.
Beləliklə, müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış cəmi pensiya kapitalı 31687,6 manatdan (8687,6+23000=31687,6 manat) ibarət olur. Qaydalara uyğun olaraq qanuna əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə pensiya yaşı arasındakı ayların sayı qədər artırıldığından, həmin şəxs üçün pensiya ödənişi müddəti aylarının sayı 186-ya (63 yaş 6 ay (Qanunun 7-ci maddəsi ilə həmin dövrə pensiya yaşı) çıxılsın 60 yaş (bu misal üzrə həmin şəxsin güzəştli şərtlərlə pensiyaya çıxma yaşı) =42 ay +144 ay = 186 ay) bərabərdir. Bu Qaydalara uyğun olaraq onun yaşa görə əmək pensiyasının sığorta hissəsi aşağıdakı qaydada hesablanır:
31687,6 manat : 186 ay =170,36 manat.
Beləliklə, həmin şəxsə hüququnun yarandığı 21 dekabr 2017-ci il tarixdən 170,36 manat məbləğində yaşa görə əmək pensiyası təyin ediləcək.
Pensiyanı bank hesabına necə köçürə bilərəm?
Azərbaycanda pensiyaya çıxma və pensiyanın məbləğinin hesablanması qaydaları dəyişir.
FED.az xəbər verir ki, “Əmək pensiyaları haqqında” qanuna ediləcək dəyişikliklərdə əksini tapıb. Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov dəyişikliklərin detallarını açıqlayıb.
“Əmək pensiyaları haqqında” Qanuna təklif edilən son dəyişikliklər pensiyalara əlçatanlığın artırılması və yığılmış pensiya kapitalının daha ədalətli bölgüsü baxımdan vacib layihə kimi qiymətləndirilib. Pensiyaların ödənilməsində və hesablanmasında hansı dəyişikliklər nəzərdə tutulur?
Atalar da daha tez pensiyaya çıxa biləcəklər
Dəyişikliyə görə beş və daha çox uşaq dünyan gətirən analar ilə yanaşı uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların 5 il daha tez pensiyaya çıxa biləcəklər.
Digər tərəfdən, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalar da tez pensiyaya çıxmaq hüququ əldə edəcəklər.
Daha tez pensiyaya çıxma kateqoriyası genişləndirilir
Digər dəyişikliklərə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ən azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınlar da 5 il daha tez pensiyaya çıxmaq hüququ qazancaqlar.
Pensiyaya tez çıxmaq hüququ digər bir sıra şəxslər ilə müqayisədə də dəyişir. Belə ki, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda 20 il daha tez pensiyaya çıxa biləcəklər.
Eyni zamanda, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxsərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda pensiyaya çıxma yaşı həddi 15 il azaldılacaq.
Hərbi qulluqçuların pensiyasının hesablanmasında hansı dəyişikliklər var?
Mövcud qanunvericiliyə əsasən, hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Amma təklif edilən dəyişikliklərə əsasən, hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər (bu zaman pensiyanı ailə üzvləri ala bilir) və ali zabit heyətinə aid şəxslər üzrə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına icazə veriləcək.
Ailə başçısını itirən ailələrdə pensiya hesablanması qaydasında da dəyişiklik olacaq
Vacib dəyişikliklərdən biri də ailə üzvlərinin birinin dünyasının dəyişməsinə görə pensiyaların hesablanması qaydası ilə bağlıdır. Ailə üzvlərindən biri, ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş yoldaşı və övladları istisna olmaqla, öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud ailə başçısını itirməyə görə müavinət istisna olmaqla sosial müavinəti aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Bu isə həmin şəxslərin əmək pensiyalarının yenidən hesablanması yolu ilə artmasına səbəb olacaq. Eyni zamanda, vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.
Bu dəyişikliyin mahiyyəti bundan ibarətdir ki, mövcud qanunvericiliyə əsasən, yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Təklif edilən dəyişikliklərə əsasən, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs digər növ əmək pensiyasını və ya sosial müavinəti seçdikdə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək və bu da onların gəlirlərinin artmasına səbəb olacaq.
Pensiyanın bir növündən digərinə keçid mümkün olacaq
Dəyişikliklərə əsasən, əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ var. Bu zaman, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və tələb olunan sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailəsi üzvləri üçün isə ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Bu o deməkdir ki, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istsina olmaqla digər bütün növ əmək pensiyalarına keçmək mümkündür.
İşləyən pensiyaçılar da daha çox məbləğ ala biləcəklər
İşləyən vətəndaşlarımızın pensiyalarının hesablanması qaydasında da dəyişikliklər olacaq. Belə ki, təklif olunan yeni redaktəyə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir.
Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılımış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
Bu dəyişikliklərin mahiyyətini sadə dildə izah etsək, işləyən pensiyaçıların yığımı avtomatik olaraq 6 ildən sonra hesabalanaraq pensiya məbləğinə əlavə olunacaq. Bununla da, pensiyanın yenidən hesablanması onların müraciəti olmadan yenidən hesablanacaq və pensiya məbləği artırılacaq. Pensiya ödəniş müddəti isə 12 il (və ya 144 ay) deyil, işlədiyi ayları sayı qədər, amma ən çox 6 il (və ya 72 ay) azaldılacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.