Press "Enter" to skip to content

Pepco-da necə onlayn alış-veriş edə bilərəm

Bu saytdan münasib lakin keyfiyyətli marka olan “Sleek”dən sifariş edə bilərsiniz. Xüsusilə göz kölgə paletləri və mat dodaq boyaları ilə məşhurdur. Heyvanlar üzərində təcrübə aparmır. 7-15 gün ərzində çatdırılma xərci 3.15 dollardır.

Pepco-da necə onlayn alış-veriş edə bilərəm

İlk yazımı ən çox soruşulan və maraq doğuran bir mövzuya həsr etmişəm. Azərbaycana birbaşa çatdırılması olan online alış-veriş saytlarından bəhs edəcəm. İlk öncə qeyd edim ki, beynəlxalq çatdırılması (worldwide/international shipping) olan online alış-veriş saytları kifayət qədər çoxdur. Lakin məhz Azərbaycan qeydiyyatında olan visa və ya mastercard tipli kartları qəbul edən saytlar təəssüf ki, çox azdır. Azərbaycan kartlarını qəbul edən və birbaşa ölkəmizə çatdırılması olan saytları tək-tək qeyd edib, həmin saytlardan nə tapa biləcəyinizi, çatdırılma xərclərini ətraflı şəkildə yazacam. Başlayaq…

Bu saytdan siz həm geyim, ayaqqabı və aksesuar, həm də kosmetika tapa bilərsiniz. Hər cibə uyğun qiymətlər var, həm münasib qiymətli mass market (ASOS, River Island, Vero Moda və s.), həm də dizayner və nisbətən bahalı marka (Ted Baker, Adidas, Nike, New Balance, Vivienne Westwood, BCBG MaxAzria, DKNY, Marc Jacobs, Michael Kors, Love Moschino və s.) geyimlər mövcuddur. Kosmetikada çeşid lap çox olmasa da, Rimmel, The Balm, Paul & Joe, Barry M, Lord & Berry, Maybelline, Illamasqua, L’Oreal, Eylure, Carmex kimi markaların kosmetikalarını buradan tapa bilərsiniz. Benefit və Nars kimi markalar da mövcuddur, lakin onların Azərbaycana çatdırılması təəssüf ki, yoxdur. Dırnaq boyalarının da ölkəmizə çatdırılması yoxdur. Ümumiyyətlə geyim şöbəsində də Azərbaycana çatdırılması olmayan markalar (Mango, Pull & Bear və s.) var. Yalnız məhsulun adının altında “free shipping worldwide” sözü varsa, həmin məhsulun Azərbaycan çatdırılması var deməkdir. Çatdırılmaya gəldikdə isə 30 euro alış-veriş etdikdə ödənişsiz çatdırılma haqqını qazanırsınız, əks halda isə 3 euro çatdırılma xərci ödəməlisiniz və bağlamanız maksimum 16 günə sizə çatdırılır. Bir məsələni də qeyd edim ki, ölkəni və valyutanı dəyişdikdə bəzi fərqlər yaranır. Məsələn, İngiltərə saytında stokda olan bir məhsul ABŞ saytında stokda olmaya bilər və ya İngiltərədə satışda olan bəzi markalar ABŞ-da mövcud deyil.

Bu sayt kosmetika saytıdır, lakin qiymətlər yüksəkdir, demək olar ki, Azərbaycandakı qiymətlərlə eynidir. Originallığa əmin olmaq istəyirsinizsə, buradan sifariş edə bilərsiniz. Azərbaycanda olmayan bəzi markalar (Rimmel, bareMinerals, Burts Bee’s, Nuxe və s.) bu saytda satışdadır. “Benefit cosmetics”in, ətirlərin Azərbaycana çatdırılması yoxdur. Endirimlər olan zaman qiymətlər münasib olur. 20 dollarlıq alış-veriş etsəniz, çatdırılma pulsuz olacaq, əks halda isə 3 dollar əlavə ödəməli olacaqsınız.

Bu saytda qiymətlər münasibdir və bağlamalar çox etibarlı şəkildə (qutuda) sizə gəlib çatır. Vitaminlər, organic məhsullar, yağlar, rəngli kosmetika və s. buradan tapa bilərsiniz. e.l.f. və Physicians Formula kimi Azərbaycanda satılmayan markalar bu saytda var. Çatdırılma isə alacağınız məhsul sayından və bağlamanın ağırlığından asılı olaraq 3.56 dollar, daha çox və ya pulsuz ola bilər.

Burada da qiymətlər demək olar ki, feelunique.com saytındakı kimidir. Lakin çatdırılma məbləğindən asılı olmayaraq pulsuzdur. Saytda endirimlər olduqda sifariş etmək sərfəlidir. Buradan isə “Benefit cosmetics” və ətirlərin Azərbaycana çatdırılması var. Yəni feelunique.com ilə müqayisədə daha əlverişlidir.

Geyim, ayaqqabı və aksesuar saytıdır. Burada çeşid çox olmasa da, qiymətlər münasibdi, hələ bir də endirim oldusa, ümumiyyətlə havayıdır deyə bilərik. 😀 Lakin bəzi bahalı geyimlər də mövcuddur. Bəzi geyimlər haqqında alıcıların fikirləri yazılıb, odur ki, keyfiyyətli və ya keyfiyyətsiz olduğu barədə fikir sahibi ola bilərsiniz. Çatdırılma xərclədiyiniz məbləğdən asılı olmayaraq pulsuzdur. Bağlamanız 16-20 gün ərzində sizə çatır.

Bu saytdan münasib lakin keyfiyyətli marka olan “Sleek”dən sifariş edə bilərsiniz. Xüsusilə göz kölgə paletləri və mat dodaq boyaları ilə məşhurdur. Heyvanlar üzərində təcrübə aparmır. 7-15 gün ərzində çatdırılma xərci 3.15 dollardır.

Alman istehsalı, keyfiyyətli və münasib qiymətli kosmetikanı buradan sifariş edə bilərsiniz. Ən çox göz kölgəsi paletləri ilə məşhurdur. Lakin çatdırılma bahadır. Məsələn, 1 palet sifariş etsəniz 7.55 dollar əlavə ödəməlisiniz, səbətdəki məhsullar çoxaldıqca çatdırılma xərci də artır.

Buradan zövqlü və geniş çeşidli geyim, aksesuar və ayaqqabı sifariş edə bilərsiniz. Qiymətlər münasib deyil. Kosmetika da var, lakin çeşid azdır. Çatdırılma 10.50 funtdur.

Deyərdim ki, mass market markaları arasında ən keyfiyyətlilər sırasındadır, qiymətlər digər markalara nisbətən yüksəkdir. Xüsusilə çantaları çox sevilir. Çatdırılma xərci 16 dollardır.

Xaricdə yaşayan Azərbaycanlı blogger’lər Mimi İkonn və Leyla Nağızadənin yaratdığı markadır. Bu marka alıcılara təbii saçlar təklif edir. Çatdırılma pulsuzdur. Mən alıb istifadə etməmişəm, ona görə nə dərəcədə təbii olub olmadığını deyə bilmərəm. Əgər almaq fikrinə düşsəniz bura klikləyərək Ruhiyyənin blog’unda onun bu saçlar haqqında fikirlərini oxuya bilərsiniz.

Buradan keyfiyyətli və münasib qiymətli makiyaj fırçaları və dekorativ kosmetika sifariş edə bilərsiniz. Çatdırılma xərci 16 dollardır.

Kosmetika saytıdır. Buradan Wet n Wild, The Balm, Rimmel, Milani, NYC, e.l.f., Jordana, Physicians Formula, Sally Hansen kimi markaların kosmetik vasitələrini sifariş edə bilərsiniz. Çatdırılma xərci sifarişlərinizin ağırlığına görə dəyişir, odur ki, çox ağır kosmetika sifariş etmək sərf etmir.

Buradan münasib qiymətli və Çin istehsalı istənilən məhsulu sifariş edə bilərsiniz. www.choies.com saytındakı kimi alıcıların məhsullar haqqında fikirləri mövcuddur.

Buradan luks marka geyim, ayaqqabı, aksesuar və kosmetika tapa bilərsiniz. Çatdırılma xərci alış-veriş etdiyiniz məbləğdən asılı olmayaraq 20 funtdur.

Bu saytdan isə texniki avadanlıqlar, kitab, geyim, kosmetika və müxtəlif aksesuarlar sifariş edə bilərsiniz amma Azərbaycana birbaşa çatdırılması olan çox azdır. Saytda axtarış edəndə sol tərəfdə “ship to Azerbaijan” düyməsini sıxsanız asanlıqla ölkəmizə çatdırılan malları tapa bilərsiniz. www.ebay.com və www.aliexpress.com saytları ilə müqayisədə daha etibarlı saytdır, satılan malların əksəriyyəti originaldır. Çatdırılma xərci satıcıdan satıcıya görə dəyişir.

Bu sayt haqqında məlumatı olmayanınız demək olar ki, azdır. Amma online alış-veriş haqqında heç məlumatı olmayanlar üçün yazmaq istədim. Buradan da Çin istehsalı və çox ucuz istənilən məhsulu tapa bilərsiniz. Çatdırılma müddəti uzun, təxminən 2 həftədən çoxdur. Hərdən məhsul ünvanınıza vaxtında çatmaya bilər. Əgər belə hal baş verdisə, o zaman satıcı ilə əlaqə saxlaya bilərsiniz.

Çox sevilən və məşhur “Victorias Secret” markası”! Buradan geyim, ayaqqabı, çanta, aksesuarlar, kosmetika və qulluq vasitələri sifariş edə bilərsiniz.

Buradan çox zövqlü geyim, ayaqqabı, aksesuarlar, ev əşyaları, kosmetika sifariş edə bilərsiniz. Qiymətlər yüksəkdir. Çatdırılma haqqı da həmçinin yüksək – 30 dollardır.

Bu saytdan münasib qiymətə geyimlər, aksesuarlar əldə edə bilərsiniz. 30 dollarlıq alış-veriş etdikdə çatdırılma pulsuz, əks halda isə çatdırılma müddətindən asılı olaraq, 15 və ya 25 dollardır.

Buradan da həmçinin geyim, ayaqqabı və aksesuar sifariş edə bilərsiniz. 4-7 gün ərzində çatdırılma 15 dollar, 10-15 gün ərzində standart çatdırılma isə pulsuzdur. Sonda onu da qeyd edim ki, istənilən saytdan sifariş verdikdə həmin saytdan qeydiyyatdan keçməyiniz mütləqdir. Bunun üçün ad, soyad, elektron poçt və yaşadığınız ünvanı (azərbaycan dilində), poçt indeksinizi (məsələn, AZ1006) qeyd etməyiniz kifayətdir.

Böyük Britaniya istehsalı, əl işi çantalar, pul kisələri istehsal edən, məşhur “Cambridge Satchel” markasının rəsmi saytıdır. 80 dollarlıq alış-veriş etdiyiniz halda pulsuz çatdırılma əldə edirsiniz, əks halda isə 23,99 dollar çatdırılma xərci ödəmək məcburiyyətindəsiniz.

Azərbaycana çatdırılması olan və mənim haqqında məlumatlı olduğum saytlar bu qədər! 🙂

Müəllif: Sevinc Vəliyeva

Pepco-da necə onlayn alış-veriş edə bilərəm

Çinin ən böyük alış-veriş şirkətlərindən biri olan aliexpress artıq demək olar ki bütün internet istifadəçiləri tərəfindən bilinən və istifadə edilən e-təcarət şirkətidir.Əvvəlcə bildirmək isteyirem ki güvenli bır alış-veriş saytıdır ve burda hem sizin melumatlarınız hem de kartınızın melumatı qorunur.

AliExpressden nece sifariş vere bilerem ?

Hemçinin mehusl alındığı zaman aliexpress müştərini qoruyan bir alış-veiş sistemi mövçutdur. Size səhv ve ya problemli bir məhsul göndərilərsə v e aliexpress şikayyət hakkınızdan istifadə edə bilərsiniz. Bunu sübut etdikdən sonra AliExpress məhuslunuzu dəyişdirə bilər yada pulunuzu geri ala bilərsiniz. Burda diqqetli olunmalı hissə isə sübutunuzun olmasıdır. Bunun üçün məhsulu aldığınız zaman paketindən çıxartmadan öncə şəkillərini çəkərək açmağınız və ya açdığınız zaman video ile çəkməyiniz tövsüyə olunur. Qarşılaşdığınız hər hansısa bir problem zamanı bunları şikayyət üçün istifadə edə bilərsiniz.

Göndərilən mehsulların əlavə göndərmə ödənişi olub olmaması mehsula görə ve ya satıcının istəyinə görə dəyişir.Əgər mehsulun göndərilməsi üçün əlavə ödəniş varsa bunu məhsulun rəng və ya model seçimlərinin altında görə bilərsiniz.

Bəs AliExpress dən necə istifadə edə bilərsiniz ve nece mehsul sifariş verə bilərsiniz?

Burada bunu ən sadə yolu ilə hissə-hissə izah etmək istəyirik

Bunun üçün ilk olaraq telefonunuzdan və ya kompyuterinizdən AliExpress com saytına giriş edirsiniz ve ya playstore ve appstoredan programı yükləyirsiniz

AliExpress daxil olduqdan sonra sağ üst tərəfdə hesabım düyməsini vurursunuz və burdan qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçərkən məlumatlarınızı düzgün yazdığınıza əmin olun və tamamladıqdan sonra yenidən yoxlamağınız tövsüyə olunur.Telefonunuza Aliexpress den gələn kodu təsdiq etdikdən sonra qeydiyyatınızı tamamlamış olursunuz

və çatdırması üçün KARGO.AZ-ın Çində yerləşən xarici ünvanını qeyd edirsiniz və beləliklə alış-verişinizi tamamlamış olursunuz.

Kargo.az-dan necə qeydiyyatdan keçə bilərsiniz?

Bunun üçün KARGO.AZ saytına daxil olursunuz ve qeydiyyatdan keç düyməsini vurursunuz bütün xanaları tam doldurursunuz və gələn təsdiqləmə kodunu daxil edərək qeydiyyatı tamalayırsınız

Əlavə olaraq siz ‘‘Appstore’’ ve ya ‘‘Playstore’’ vasitəsi ilə KARGO.AZ programını yukləyərək qeydiyyatdan kəçə bilərsiniz

Məhsulun hesabında əks olunması üçün müştəri şəxsi hesabına daxil olaraq, aliexpress sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Bunun üçün evvelce “e.costums.gov.az” saytına daxil olursunuz ve sadələşdirilmiş bəyannamə bölməsini seçərək davam edirsiniz. Qarşınıza çıxan asan login-ə daxil olursunuz və burda idenfitikasya nömrəsi ilə bölməsini seçirsiniz və burda qeydiyyatınız yoxdursa qeydiyyatdan keçirsiniz və nömrənizə gələn pin kod vasitəsi ilə qeydiyyatı tamalayırsınız və hesabınıza daxil olursunuz. Burda aliexpress xarici anbara daxil olaraq bəyan gözləyən məhsulunuzu bəyan edərirsiniz və sifariş etdiyiniz məhsul hakkında bəyannaməni doldurursunuz bunu etmək üçün yeni mal əlavə et bölməsini seçirsiniz ve KARGO.AZ saytında aliexpress olan sifarişinizdəki kimi doldurursunuz əgər bağlamanızda fərqli məhsullar varsa bunlarıda əlavə edirsiniz. Sonda ise sol alt künçdə olan “Bəyannaməd yanlış məlumat göstərməklə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyacağım mənə məlumdur” yazısının önündəki boş xanaya klikləyərək təsdiqlə düyməsini vururaraq bitirirsiniz Bəyənnamə – müştərinin sifariş etdiyi məhsul haqqında yük xarici anbara daxil olmazdan əvvəl KARGO.AZ-dan şəxsi hesabında Bəyan et bölməsində məlumat verməlisiniz. Sifariş haqqında məlumat məhsul xarici anbarlara çatmadan əvvəl qebul olunmalıdır belelikle sifarişnizi tamamlamış aliexpress olurs

Haqqımızda

Kargo.az – çatdırılma şirkətidir. Şirkətimiz müştəri məmnuniyyətini pirioritet tuataraq Türkiyədən sifarişləri sürətli və güvənli şəkildə çatdırmaqdadlr

Comments are closed, but trackbacks and pingbacks are open.