Periferiya qurğuları
Obyektlərin miqdarı barədə olan informasiyanın yazılışı üçün ədəddən istifadə edilir. Ədədlər müəyyən say sistemlərində ifadə olunur. Say sisteminin əlifbası rəqəmlərdən ibarətdir. Məsələn, 10-luq say sisteminin əlifbası: 0,1,2,3,4,5,6,7,8,9
Periferiya qurğuları: təyinatı və xarakteristikası
Mış və trekbol koordinatlı daxiletmə qurğusudur. Yəni, bunları müstəvi üzərində hərəkət etdirdikdə displey ekranında üfqi və şaquli hərəkət edən kursor informasiyanın
daxil edilməsi və idarə edilməsi prosesini reallaşdırmağa imkan verir. Trekbol arxası üstə çevrilmiş mışdır. Trekbolun fırlanan kürəsini barmaqla fırlatmaqla kursoru lazımi yerə gətirmək mümkündür.
Coystik – üfqi və şaquli hərəkət edən iki şarnirli altlığa bərkidilmiş dəstəkdir. Bu da mış kimi işləyir.
Skaner şəkiloxuyan qurğudur. Skaner də kseroks kimi işləyir.
Dicitayzer (elektron planşet) koordinat dəyişdiricidir. Avtomatlaşdırılmış layihələş- dirmə sistemlərində istifadə edilir.
- Xarici yaddaş qurğuları.Bunlar informasiyanı uzun müddət saxlamaq üçündür. Hal-hazırda maqnit və lazer mahiyyətli disklər vardır. Diskə informasiya yazan və oxuyan qurğulara xarici yaddaş qurğuları deyilir. Çevik maqnit disk (disket) yığıcıları və lazer disk yığıcıları (CD–ROM) geniş tətbiq tapmışdır. Disklərdən paket yaradılır. Diskin səthi cığırlaşdırılır. Eyni radiuslu cığırlar paketdə silindr yaradır. İnformasiya cığırla radiusun kəsişməsinə yazılır. Cığırlar eyni tutumludur. Cığırlar sektorlara bölünür. Sektorun ölçüsü 512, 1024 və ya 2048 bayt olur.
- Çıxış qurğuları.Bunlar kompüterdə işlənmiş informasiyanı insan üçün münasib formada təqdim etmək üçündür. Buraya: monitor, printer, plotter (qrafquran) və səsucaldan kolonkalar aiddir.
- Mövqeli say sistemləri.Qədim dövrlərdə 3-lük, 5-lik, 7-lik, 10-luq, 12-lik, 20- lik, 30-luq, 40-lıq, 60-lıq və s. say sistemlərindən istifadə edilmişdir ki, bunların da izləri bu gün də qalmaqdadır.
- 10-luq say sistemi.Burada ədəd 10-luq mərtəbələrdən ibarətdir. Mərtəbə sağdan sola artır: 555=500+50+5. Bunu belə də yazmaq olar:
- Teqlər:
- kompüterin hissələri
- , kompüterin qurğuları
Monitor ekranına çıxarılan informasiya videoyaddaşda saxlanır. Bu, məntiqi cəhətdən operativ yaddaşın bir hissəsi olsa da, fiziki cəhətdən monitora quraşdırılmış ayrıca qurğudur.
Giriş-çıxış qurğuları portlar vasitəsilə idarə olunur. Port kompüterin girişinə və ya çıxışına müvafiq virtual yuvadır. Konkret qurğuya bir-neçə port xidmət edə bilir. Hansı
verilənin və ya əmrin hansı porta ötürüləcəyi və ya hansı portdan qəbul ediləcəyi
prosessor tərəfindən təyin və icra edilir. Məsələn, printerin qoşulduğu port əvvəlcə onun qoşulub-qoşulmadığını, sonra işə hazır olub-olmadığını, sonra kağızın olub-olmadığını yoxlayır, sonra lazımi əmri ötürür.
Printer informasiyanı kağız üzərinə çıxarır. Printerlər: ardıcıl, sətri və səhifəlik olur. İş prinsipinə görə, zərbəli və zərbəsiz printerlər vardır. Çap üsuluna görə, matris və simvol printerləri mövcuddur. Matris printer iynə ilə işləyir. Başlıqda 9, 18, 24 iynə ola bilir. Sətri və səhifəlik matris printerlət müvafiq olaraq sətri və səhifəni bir dəfəyə çap edir. Lakin bunlar səslidirlər. Şırnaqlı printerlər zərbəsiz olduğundan səssiz işləyir. Dəqiqədə 2-7 səhifə çap edir. Lazer printer kseroks prinsipində işləyir.
Plotter (qrafquran) faktiki olaraq çertyoj quran böyük printerdir.
İndiki kompüterlərin hamısında audioadapter (səs platası) vardır. Səsucaldan kolonkalar həmin audioadapterlə işləyir.
Bəzi digər qurğular.
Taktlı impulslar generatoru kompüter qurğularına ötürülən siqnalları müəyyən vaxt fasilələri ilə göndərir. Bir saniyədəki taktların sayına kompüterin takt tezliyi deyilir. Saniyədə milyon takt 1 meqahersdir. Bu, bütün qurğuların işini sinxronlaşdırmaq üçündür.
Kəsilmələr kontrolleri kəsilmələri idarə edir. Bu, vaxt kvantları ilə işləyir.
Yaddaşa birbaşa müraciət kontrolleri operativ yaddaşla xarici qurğular arasında prosessorun iştirakı olmadan əlaqə yaradır. Nəticədə paralel iş rejimi yaranır.
Taymer kompüterin takt tezliyini ixtiyari tezliyə çevirmək üçündür. Bunun köməyi ilə kompüter real vaxta köklənir və səs generasiyası baş tutur.
Bölmə 4. Kompüterin hesabi və məntiqi əsasları
4.1. Ədədi informasiyanın say sisteminin köməyi ilə təqdim edilməsi
Obyektlərin miqdarı barədə olan informasiyanın yazılışı üçün ədəddən istifadə edilir. Ədədlər müəyyən say sistemlərində ifadə olunur. Say sisteminin əlifbası rəqəmlərdən ibarətdir. Məsələn, 10-luq say sisteminin əlifbası: 0,1,2,3,4,5,6,7,8,9
Say sistemləri mövqeli və mövqesiz olmaqla 2 iri qrupa bölünür. Mövqeli sistemlərdə rəqəmin qiyməti onun ədəddəki mövqeyindən asılıdır. Məsələn, 10-luq say sistemi mövqeli, Roma rəqəmləri mövqesiz say sisteminə aiddir.
Roma rəqəmləri: I (1), V (5), X (10), L (50), C (100), D (500), M (1000)
Burada kiçik rəqəm soldadırsa çıxılır, sağdadırsa toplanır. Ədəd rəqəmlərin toplanmasından əmələ gəlir: XXX =10+10+10=30.
Göründüyü kimi, mövqeli sistemdə ədədi say sisteminin əsası vasitəsilə ifadə etmək mümkündür. Qarışıq ədəd də bu qayda ilə yazılır:
eləliklə, ümumi hal üçün:
Göründüyü kimi, adi yazılış:
Ədədin 10-a vurulması vergülü sağa sürüşdürür. Bölmə isə sola sürüşdürür:
555,5510 10
A 2 101,01 olacaqdır.
xtiyari əsaslı say sistemləri üçün:
m 1 q
m yazmaq olar.
8-lik say sistemindədir və A8
8 A, F16
16-lıq say sistemindədir. Burada A=10, F=15 olduğundan,
Ədədlərin bir say sistemindən digərinə keçirilməsi.
Ədədlərin 10-luq say sistemindən 2-lik, 8-lik və 16-lıq say sistemlərinə keçirilməsi.
Bu bir qədər mürəkkəbdir və müxtəlif üsullarla həyata keçirilir.
10-luq say sistemindəki tam ədədi 2-lik say sisteminə keçirmək üçün 2-lik əsasına ardıcıl bölüb qalıqları sağdan sola oxuyub soldan sağa düzmək lazımdır:
X 2 yazılışı 10-luqdakı 19 ədədinin 2-likdəki ekvivalentini tapmağı ifadə edir.
Ardıcıl bölmə: 19:2=9 [1], 9:2=4 [1], 4:2=2 [0], 2:2=1 [0], 1:2 [1] alınır. Yəni
19 10 10011 2 . Bu qaydaya əsasən, mövqeli say sistemlərinin hamısının əsası 10 şəklində göstərilir. Bu, say sisteminin özünün əsasına bölünməsi nəticəsində alınır: 10:10= 1[0], 2:2=1[0] , 8:8=1[0], 16:16=1[0]. Bu baxımdan say sisteminin əlifbasını təşkil edən hər bir işarə say sisteminin əsasına nəzərən qalıq kimi çıxış edir.
10-luq say sistemindəki düzgün kəsrləri 2-lik say sisteminə keçirmək üçün ardıcıl vurmadan istifadə edilir. Yəni 10-luqdakı düzgün kəsr ardıcıl olaraq 2-yə vurulur, aşan mərtəbələr (tam hissələr) sıra ilə yuxarıdan aşağı oxunub, soldan sağa düzülür.
Ardıcıl vurma: 0,75X2=1,50, 0,50X2=1,00
Qarışıq ədədin 10-luqdan 2-liyə keçirilməsi üçün tam və kəsr hissələri ayrıca
tərcümə edib birləşdirmək lazımdır: 19,7510
Bu qayda ilə 10-luq ədədlər həm 8-lik, həm də 16-lıq say sistemlərinə keçirilir. Belə ki, 8-liyə keçid zamanı ardıcıl 8-ə bölmə və 8-ə vurma, 16-lıq say sisteminə keçərkən isə ardıcıl 16-ya bölmə və 16-ya vurma həyata keçirilir.
X 8 yazılışı üçün: 424:8=53 [0], 53:8=6 [5], 6:8 [6],
X 16 yazılışı üçün: 424:16=26 [8], 26:16=1 [10], 1:16 [1],
2-lik say sistemindəki ədədləri 8-lik say sisteminə keçirmək üçün 2-lik ədədi sağdan
üç-üç 8-lik rəqəmlə əvəz etmək kifayətdir. Məsələn, 101=5 əvəzlənməsi etmək lazımdır: 101001 2 51 8
X8 yazılışı üçün 001=1 və
2-lik say sistemindəki ədədləri 16-lıq say sisteminə keçirmək üçün 2-lik ədədi
sağdan dörd-dörd 16-lıq rəqəmlə əvəz etmək kifayətdir. Məsələn,
2-lik say sistemində hesab əməlləri.
8-lik və 16-lıq say sistemlərində hesab əməlləri də bu qayda ilə gedir. Lakin sadəlik üçün hesablamanı 2-likdə aparıb üç-üç 8-ə, dörd-dörd 16-ya tərcümə etmək daha məsləhətdir.
Məntiqin əsasları və kompüterin məntiqi əsasları 4.4.1.Təfəkkür formaları
Anlayış. Anlayış bir obyekti digər obyektlərdən fərqləndirən əsas əlamətləri ayırır. Anlayışda əhatə edilən obyekt müəyyən çoxluq təşkl edir. Məsələn, ―kompüter‖ anlayışı çoxsaylı elektron və elektromexaniki qurğuları özündə birləşdirir. Anlayışın məzmun və həcm cəhətləri vardır. Anlayışın məzmunu əhəmiyyətli əlamətlər yığınıdır. Məsələn,
―Fərdi kompüter‖ anlayışının məzmunu ona verilən tərifdə açıqlanır: ―Fərdi kompüter dedikdə, bir istifadəçi üçün nəzərdə tutulan informasiyanı avtomatik emal etməkdən ötrü olan universal elektron qurğu nəzərdə tutulur‖. Anlayışın həcmi dedikdə, onun əhatə etdiyi əşyaların sayı nəzərdə tutulur. Məsələn, ―Fərdi kompüter‖ dedikdə, dünyada mövcud olan bütün fərdi kompüterlər göz önünə gətirilir.
Mülahizə. Mülahizə anlayışlar əsasında qurulan nəqli cümlədir. Mülahizə müxtəlif formalarda, təbii və formal dillərdə tərtib edilə biləndir. Mülahizə gerçək və yanlış ola biləndir. Əgər anlayışlararası əlaqələr real gerçəkliyi adekvat əks etdirirsə, mülahizə gerçək sayılır. Məsələn, ―Prosessor informasiya emal edən qurğudur‖ -gerçək mülahizədir. Lakin mülahizənin gerçəkliyi nisbidir. Mülahizə təfəkkürün elə formasıdır ki, o, real hadisə və predmetlərin xassələrini və münasibətlərini ya təsdiq, ya da inkar edir və ya doğru, ya da yalan olur. Sadə mülahizələrdən mürəkkəb mülahizələr yaradılır. Məsələn,
―Prosessor emaledici, printer çapedici qurğudur‖ – mürəkkəb mülahizədir. Mürəkkəb mülahizələrin doğruluğu mülahizələr cəbrinin köməyi ilə təyin edilir.
Mülahizələr cəbri
Mülahizələr cəbri mürəkkəb mülahizələrin məzmununa varmadan onların doğru və ya yalan olduğunu təyin etmək üçün yaradılmışdır. Burada hər bir mülahizəyə bir məntiqi dəyişən kimi baxılır.
x 1 =‖İkinin üstünə iki əlavə etdikdə dörd alınır‖
x2 =‖İkinin üstünə iki əlavə etdikdə beş alınır‖ – kimi 2 sadə mülahizə vardır. Doğru
mülahizə 1, yalan – 0-la qiymətləndirilərsə, onda
Yəni mülahizələr cəbrində istifadə edilən məntiqi dəyişənlər yalnız 2 qiymət (0 və 1) ala bilir. Mülahizələr üzərində müəyyən məntiqi əməllər icra etməklə mürəkkəb mülahizə- nin doğru və ya yalan olduğunu aşkara çıxarmaq mümkündür. Əsas məntiq əməlləri:
―VƏ‖, ―VƏ YA‖, ―DEYİL‖. ―VƏ‖ məntiqi vurma əməli olub, konyunksiya adlanır. ―VƏ YA‖ məntiqi toplama əməlidir. Buna dizyunksiya deyilir. ―DEYİL‖ məntiqi inkar əməlidir ki, buna da inversiya deyilir.
Riyazi məntiqin elementləri
Məntiqi dəyişən 2 qiymət alır: 0 və 1. 0-yalan, 1-gerçək deməkdir.
x1, x2,. xn
məntiqi dəyişənlərinin qiymətləri çoxluğu dəyişənlər yığımı adlanır.
Məntiqi dəyişənlər yığınını n mərtəbəli 2-lik ədəd kimi təsvir edirlər ki, bunun da hər mərtəbəsi bir dəyişənin qiymətinə uyğundur.
Məntiqi dəyişənlər yığınının ( x 1, x 2, . x n ) məntiqi funksiyası f (x1, x2,. xn ) elə funksiya- dır ki, yalnız iki qiymət alır: 0 və 1.
Məntiqi funksiyanın təyinolunma oblastı həmçinin arqumentlərin mümkün yığınla- rının sayından da asılıdır. İstənilən məntiqi funksiya gerçəklik cədvəlinin köməyi ilə verilə bilir. Cədvəlin sol tərəfində arqumentlərin mümkün yığınları, sağ tərəfində isə uyğun funksiyanın qiyməti verilir. Lakin arqumentlər çoxsaylı olduqda cədvəl münasib olmur. Buna görə də mürəkkəb məntiqi ifadələri sadələşdirmək lazım gəlir. Beləliklə mürəkkəb məntiqi funksiya elementar funksiyalar vasitəsilə ifadə edilir. İstənilən mürəkkəblikdə olan məntiqi funksiyanı ifadə etməyə imkan verən elementar məntiqi funksiyalar tam funksional sistem təşkil edir.
dəyişənli məntiqi funksiyaların ümumi sayı 2 2
4 funksiyası vardır:
qədər olur. Beləliklə, 1 arqumentin
x | f0 ( x ) | f1 ( x ) | f 2 ( x ) | f 3 ( x ) |
0 | 0 | 0 | 1 | 1 |
1 | 0 | 1 | 0 | 1 |
Göründüyü kimi, f0 ( x )
0 və f3 ( x )
1 sabitdir. f1( x ) funksiyası arqumenti təkrar
x . f2 ( x ) funksiyası isə arqumenti inkar edir: f 2 ( x ) .
2 arqumentli məntiqi funksiyaların sayı 16-dır:
x 1 x 2 f 0 f 1 f 2 f 3 f 4 f 5 f 6 f 7 f 8 f 9 f 10 f 11 f 12 f 13 f 14 f 15
0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 |
0 | 1 | 0 | 0 | 0 | 0 | 1 | 1 | 1 | 1 | 0 | 0 | 0 | 0 | 1 | 1 | 1 | 1 |
1 | 0 | 0 | 0 | 1 | 1 | 0 | 0 | 1 | 1 | 0 | 0 | 1 | 1 | 0 | 0 | 1 | 1 |
1 | 1 | 0 | 1 | 0 | 1 | 0 | 1 | 0 | 1 | 0 | 1 | 0 | 1 | 0 | 1 | 0 | 1 |
Göründüyü kimi, bu funksiyalardan 6-sı cırlaşmış funksiyadır. Bunlar aşağıdakılardır:
f1( x1, x2 ) və f7 ( x1, x2 ) funksiyaları uyğun inversiya (inkar) funksiyaları ilə birlikdə təcrübədə tez-tez rast gələn tam funksional sistem təşkil edir. Bu sistem 3 elementar məntiq əməli ilə təşkil edilir: inversiya, konyunksiya və dizyunksiya.
Konyunksiya əməliyyatı ( f 1 funksiyası) ilə işarə edilir. Hərdən nöqtə ilə əvəz olunur. Çox zaman nöqtə də atılır.
Dizyunksiya əməliyyatı ( f 7 funksiyası) ilə işarə edilir. İnkar, konyunksiya və dizyunksiya əməliyyatlarının gerçəklik qiymətləri aşağıdakı kimidir:
İnkar Konyunksiya Dizyunksiya
Məntiqi əməliyyatlarla birləşdirilmiş məntiqi dəyişənlər məntiqi ifadə əmələ gətirir. Daxili mötərizələrdə əvvəlcə inversiya, sonra konyunksiya, sonra isə dizyunksiya əməli icra edilir. Məsələn,
x 3 ifadəsi (0,1,1) yığınında yalan (0),
(1,0,1) yığınında isə gerçək (1) qiymət alır.
Riyazi məntiqin əsas qanunları aşağıdakılardır: Kommutativlik qanunu:
Kompüterin qurğuları
End – mətndə kursoru bir başa sətrin sonuna gətirir 3-cü qrup (hərəkət) düymələr 2 rejimdə işləyir: Num Loock düyməsi aktiv olanda rəqəmlərlə işləmək olur, aktiv olmayanda kursoru idarə edən düymələr işləyir.
4-cü qrup düymələr funksional düymələrdir: F1:F12. Bu düymələr müxtəlif proqramlarda müxtəlif vəzifələr daşıyır. F1 düyməsi həmişə köməkçini açır(Help).
Monitor əks etdirmə qurğusudur. Monitorlar bir-birindən ölçüsünə görə, icazə vermə qabiliyyətinə görə fərqlənirlər. Monitorun ölçüsü dedikdə diaqonalının uzunluğu nəzərdə tutulur. Ölçü vahidi düym-dür. Ekranın icazə vermə qabiliyyətini göstərən nöqtələr Piksel adlanır. Monitorların oval və müstəvi növləri var. Ölçüləri 14”, 15”, 17”, 19”, 21”, 23”. Monitorlar qrafik və mətn rejimində işləyir. Mətn rejimində 25 sətir və 80 sütundan ibarət olur. Qrafik rejimdə ekran müəyyən sayda nöqtələrin köməyi ilə tora bürünür. Buna həm də göstəricilik qabiliyyəti deyilir. Misal üçün: 640×480, 800×600, 1024×768, 1600×1200.
Prosessor – idarəedici qurğudur. Kompüteri sürəti – prosessorun bir saniyədə apara biləcəyi elementar əməliyyatların sayıdır. Əksər hallarda kompüterin sürəti kimi kompüterin takt tezliyi qəbul edilir və (herts) hz (KHz, MHz, Ghz)lə ölçülür.
Operativ yaddaş və ya daimi yaddaşın tutumu 64, 128 , 256, 512 MB ola bilər(RAM). Müasir dövrdə OY-ın tutumunu daim artırmaq olur.
Mouse – manipulyatordur. İki düyməsi olur: sağ və sol. Sağ düymə əmr düyməsidir, sol düymə isə kontekst asılı menyuları açmaq üçündür.
Yaddaş qurğuların 3 növü vardır:
1. Daimi (Kompüteri ilkin yükləmək üçündür)
2. Daxili (operativ)
3. Xarici
Xarici yaddaşın növləri: sərt disk (Hard Disk), nazik disklər(floppy), lazer diskləri(CD ROM, CD RW, DWD ROM,DWD RW), flash və s. Bunlar bir-birindən və öz aralarında tutumları ilə fərqlənir. 3–lük Nazik disklərin istehsalı artıq dayandırılıb. Daxili yaddaşda əməliyyatlar daha sürətlə gedir. Lakin kompüter söndürüldükdə məlumat itir. Xarici yaddaş məlumatı uzun müddət yadda saxlamaq, bir kompüterdə digərinə köçürtmək və süni olaraq kompüterin yaddaşını artırmaq üçündür. Yaddaş qurğuların məntiqi adları: A:-nazik disklər, C:, D:, E:-bərk disk, E:-CD disklər.
Kompüterin əlavə(periferiya) qurğuları.
Printer – çap etmə qurğusudur. Printerlərin 3 növü vardır: Matris, axarlı, lazer.
Skaner – mətn və qrafik məlumatı kompüterə oxuyur
Modem – qlobal şəbəkəyə (İnternetə) qoşulmaq üçün istifadə olunan qurğudur.
Strimmer – böyük həcmli məlumat maqnit lentlərdə saxlamaq üçündür.
Plotter, kolonka, kamera və s.
Müasir kompüterlər 3 yerə bölünür: super, mini, mikro.
Mikro kompüterlərin ən populyarı PC(personal kompüter) fərdi kompüterlərdir.
PK –lərin Böyük EHM-na nisbətən əlverişli olmağının səbəbləri:
– İstifadəçi üçün rahat interfeysə malik olan , dialoq rejimində işləyən proqramlar (menyu, köməkçi və s.)
– Fərdilik
– Böyük həcmdə olan məlumatın sürətli emalı
– Təmirin asanlığı və yüksək keyfiyyətliliyi
– Periferiya qurğularından istifadə etmək imkanları
– Bütün sferaları əhatə edən proqram təminatı
– Şəbəkələrə birləşdirilmək imkanı
Müəllif QAFAROVA NIGAR FAIQ QIZI
Comments are closed, but trackbacks and pingbacks are open.