Press "Enter" to skip to content

Pəhriz saxlamadan və aclıq etmədən necə arıqlamaq olar

Süd zülal və kalsium mənbəyi olduğu üçün yaşlı insanların qida rasionunda mühüm məhsul sayılır. -a istinadən xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində dietoloq Elena Solomatin deyib. Mütəxəssi

Pəhriz saxlamadan necə arıqlamaq olar?

Köklük tək kosmetik qüsur deyil. Köklük bir çox xəstəliklərin və pozulmaların (ürək-damar, endokrin, dayaq-hərəki sistemi xəstəlikləri, onkoloji xəstəliklər və s.) əsas risk faktorlarından biri sayılır.

Bu səbəbdən insan tək yaxşı görünmək üçün deyil, sağlam olmaq üçün artıq çəkidən azad olmağa çalışmalıdır.

İnsanların əksəriyyətinin fikirinə görə, yalnız ac qalmaqla, qidanı kəskin azaltmaqla arıqlamaq mümkündür. Bu isə bir çoxları üçün çətin bir problemə çevrilir.

Lakin alimlərin fikirinə görə hətta adi qaydada qidalanmaqla çəkini azaltmaq mümkündür. Bunun üçün sadəcə. yatmaq lazımdır. Ulu əcdadlarımızla müqayisədə müasir insanlar daha az yatır və bu da artıq çəkinin yığılmasının səbəblərindən biridir.

Amerikada aparılmış araşdırma göstərib ki, yalnız yuxu vaxtını uzatmaqla insanlar artıq çəkinin azalmasına nail olublar. Araşdırmada 50 nəfər artıq çəkisi olan insan iştirak edib. Axşam 22.00-dan gec olmayaraq yatmağa gedən və gecə 8 saat yatan insanlar gün ərzində 6 və bundan az saat yatan insanlarla müqayisədə 20% az qida qəbul edirdilər. Alimlər bunu orqanizmdə iştaha hormonu olan qrelin hormonun ifrazı ilə izah edir. Gecə saatlarında az yatan insanlarda bu hormonun ifrazı artır və insan gün ərzində daha çox qida qəbul edir. (saglamolun.az)

Pəhriz saxlamadan və aclıq etmədən necə arıqlamaq olar?

Diyetoloqların sözlərinə görə, hədsiz məhdudiyyətlər olmadan arıqlamağın yolu kalori balansının necə işlədiyini dərk etməkdir.
Britaniya diyetoloqları Sara Bokxart və Riannon Lambert “The Sun” nəşrinə müsahibələrində deyiblər ki, arıqlamağın aclıq saxlamaq və hər şeydə özünə məhdudiyyət qoymaq olduğu barədə təsəvvürlər yanlışdır. Mütəxəssislər vurğulayıblar ki, bədəndə piyin itirilməsi yalnız kalori çatışmazlığı ilə nəticələnir. Digər sözlə, siz aldığınızdan çox kalori itirdikdə arıqlayırsınız.
Milli.Az AZƏRTAC-a istinadla xəbər verir ki, ekspertlərin bildirdiyinə görə, kalori balansını idarə etməyi öyrəndikdə, sağlam çəkiyə malik olmaq və aclıq etməyə məruz qalmayaraq qaməti qoruyub saxlamaq olar.
Diyetoloqlar kalori çatışmazlığının yaranması sayəsində pəhriz saxlamadan və aclıq etmədən nəyin kömək etdiyini dəqiqləşdiriblər.
Daha çox hərəkət etmək. Ekspertlər gündəlik fərdi hərəkət fəaliyyətini artırmağı məsləhət görürlər. “Piyin əridilməsi üçün hərəkət etmək lazımdır. Siz, yemək hazırlamaq, tozsoranla ev yığışdırmaq, zibil tullamaq, evdə səpələnmiş əşyaları, oyuncaqları toplamaq və sair kimi gündəlik vəzifələri yerinə yetirərək, daha çox hərəkət etməyə başlaya bilərsiniz. Gün ərzində bütün bu hərəkətlər əhəmiyyətsiz görünə bilər, lakin söhbət bədəndə piyin azaldılmasından gedəndə, məhz hər saat edilən kiçik hərəkətlər əhəmiyyət kəsb edir”, – deyə diyetoloq Sara Bokxart vurğulayıb.
Daha çox sağlam qida qəbul etmək. Diyetoloq Riannon Lambert arıqlayan insanlara qarşılarına daha az miqdarda yemək qəbul etməyi məqsəd qoymaq əvəzinə, rasionda daha çox sağlam və faydalı qida məhsullarını daxil etməyi məsləhət görür. Tibb işçisi bildirir ki, tərkibində təbii, tam və emal edilməmiş qida məhsulları olan çeşidli qidalanma bağırsaq mikrobiomunun vəziyyətini yaxşılaşdırır, bu da arıqlamaq və çəkinin saxlanması üçün olduqca vacibdir.
Lifin istehlakını artırmaq. Arıqlayan insanların rasionuna dənli bitkilər, qoz-fındıq və toxumlar, paxlalılar daxil olmalı. Bu qida məhsullarının lifi daha uzun müddət aclıq hiss etməmək və daha az miqdarda qida qəbul etməyə kömək edir.
Daha çox yatmaq. Sağlam gecə yuxusu ac qalmadan bədənə piyi əritməyə kömək edir. Bunun üçün ən azı yeddi saat yatmaq lazımdır. Daha az yatan insanlarda beyin sürətli enerjiyə can atan sinir siqnalları tərəfindən stimullaşdırılır. Nəticə olaraq, şirniyyat və digər karbohidrat məhsullarına tələbat yaranır.
Su içmək. Orqanizmin yaxşı nəmləndirilməsi də vacibdir, çünki o yeməkdə olan qida məhsullarının daha yaxşı həzm edilməsinə kömək edir, bu da uzunmüddətli toxluq hissini formalaşdırır.
Məşq etmək. Ürək döyüntüsünü artıran məşğələlər bədənin kalori sərf etdiyi enerji sərfini də artırır.
Milli.Az / news.milli.az

Xəbərlər Baxılıb: 729 Tarix: 11 aprel 2023
f Paylaş

Digər yazılar

Gənc qalmağın 6 sirri

Həyatınızda kiçik dəyişikliklər etməklə gənc görünə bilərsiniz. . -a istinadən xəbər v erir ki, gənc qalmağın təbii və müxtəlif üsulları var. İdmanla məşğul olun. Gündəlik edəcəyiniz kiçik bir məşq belə gənc görünüşünüz

Ürək dayanmasına səbəb ola biləcək içki AÇIQLANDI

Təəssüf ki, insanların böyük miqdarda istehlak etdiyi adi bir içki qəfil ürək dayanması səbəbindən ölümə belə səbəb ola bilər. Mİlli.Az -a istinadən xəbər verir ki, bu içki kofein, eləcə də taurin və quarana kimi digər stimullaşdırıcılard

Yaşlı insanlarda südün vacib rolu

Süd zülal və kalsium mənbəyi olduğu üçün yaşlı insanların qida rasionunda mühüm məhsul sayılır. -a istinadən xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində dietoloq Elena Solomatin deyib. Mütəxəssi

Qandakı şəkəri aşağı salan 5 əsas qida

Mütəxəssislər diabetin inkişafının qarşısını alan beş məhsulun adını açıqlayıblar. -a istinadən xəbər verir ki, bu məhsullar qan şəkərinin səviyyəsini effektiv şəkildə aşağı salır. Brokoli. Brokolinin güclü antidiyabeti

Bu otun çiçəyinin mürəbbəsi min dərdə dərmandır

Zəncirotu (oduvançik) bitkisinin çiçəklərindən mürəbbə bişirildiyini bilirdinizmi?. -a istinadən xəbər verir ki, rus xalq təbabətində zəncirotu bitkisinin sarı çiçəklərindən hazırlanan mürəbbə qara ciyərin piylənməsi zaman

Pəhrizdə marqarindən istifadə etməyin – SƏBƏBİ

Dietoloqlar çox zaman arıqlamaq istəyən pasientlərinə pəhrizdə marqarin yağından istifadə etməməyi məsləhət görür. Maraqlıdır bəs, bunun səbəbi nədir?. -a istinadən xəbər verir ki, dietoloq Lisa Riçard bildirib ki, marqari

Hər gün qara çay içsəniz, orqanizmdə nə baş verər?

Hər gün qara çay içməyin orqanizm üçün təsirləri açıqlanıb. . -a istinadən xəbər verir ki, bu barədə “The List” portalı məlumat yayıb. . Onları təqdim edirik: . Çay ağız qoxusunu aradan qaldırır. Qara çayda ola

Valideynlər və müəllimlər, bu uşaqlarla bağlı ehtiyatlı olun – XƏBƏRDARLIQ

Valideynlər və müəllimlər, bu uşaqlarla bağlı ehtiyatlı olun – Nevroloq. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayev uşaqlardakı epilepsiya xəstəlikləri ilə bağlı müsahibə verib. . -a istinadən onunl

Mioma (Fibroma) və əlamətləri haqqında bilmədikləriniz – Ginekoloq Xanım Adıgözəlova

Mioma (Fibroma) və əlamətləri haqqında bilmədikləriniz – Ginekoloq Xanım Adıgözəlova. Uşaqlıq mioması uşaqlıq yolunda böyüyən xərçəng olmayan şişlərdir. Mioma həmçinin fibroma kimi də tanınır. Əgər sizə fibroma diaqnozu qoyulubsa

Comments are closed, but trackbacks and pingbacks are open.