Piyada gəzinti zamanı nələrə diqqət etməli
İlin soyuq fəslində arıqlayıb, əzələləri bərkidib, eyni zamanda emosional gərginlikdən qurtulub, vaxtını maraqlı keçirmək istəyənlər xizək sürməyə üstünlük verirlər. Bu idman növünün sağlamlığa xeyri arıqlamaqla yanaşı, həm də xizəkçilərdə onurğa sütunu xəstəliklərinin (məsələn, ostoeoxondroz) rast gəlinməməsi ilə izah olunur.
Arıqlamaq idmanları
Artıq çəkiniz var? Ac qalmadan arıqlamaq istəyirsiniz? Bu halda fiziki aktivliyinizi artırmalısınız. Yəni arıqlamaq üçün rəqslər və ya arıqlamaq idmanları ilə məşğul olmalısınız.
Sizə əlavə kiloqramlardan, həmçinin stress və depressiyadan qurtulmaqda kömək edən optimal idman növlərini təqdim edirik.
İplə atlanmaq
Digər adı Skippinqdir. Bədən formasını incəltmək üçün ən ucuz üsuldur. Qadınlar arasında məşhur olan bu idman növü insanı həm arıqladır, həm də bütün əzələləri tonusda saxlayır. İplə atlamaq ürəyi də aktiv çalışdırır.
Arıqlamaq idmanları – velosiped sürmək
Velosiped sürmək ayaq, çiyin əzələlərini işlədir, qaməti düzləndirir. Onun sayəsində artıq piy qatları tədricən əriyir. Əgər təbiəti sevirsinizsə, velosiped sürüb təmiz havadan zövq almaqla arıqlaya bilərsiniz.
Arıqlamaq idmanları – qaçış
Səhər saatlarında parkda qaçmaq faydalı sayılır. Qaçarkən qan dövranı aktivləşir, əzələlər güclənir, insan artıq çəkidən azad olur.
Rəqslər
Rəqslər effektiv və əyləncəli şəkildə bədən kütləsini azaltmağa, elastikliyi artırmağa və qaməti yaxşılaşdırmağa imkan verir. Bu, arıqlamaq üçün idman hərəkətlərinin monotonluğundan sıxılanlar üçün ideal yoldur. Rəqslə məşğul olmaq həm də plastikanı yüksəldir.
Arıqlamaq idmanları – xizək sürmək
İlin soyuq fəslində arıqlayıb, əzələləri bərkidib, eyni zamanda emosional gərginlikdən qurtulub, vaxtını maraqlı keçirmək istəyənlər xizək sürməyə üstünlük verirlər. Bu idman növünün sağlamlığa xeyri arıqlamaqla yanaşı, həm də xizəkçilərdə onurğa sütunu xəstəliklərinin (məsələn, ostoeoxondroz) rast gəlinməməsi ilə izah olunur.
Arıqlamaq idmanları – yoqa
Yoqa ilə arıqlamaq son illərdə gündəmdədir. Yoqa orqanizmi sakitləşdirir, onurğa və qamətin əyilməsinə yol vermir. Bununla yanaşı çəkini azaldır. Yoqa insanda ruhi və psixoloji hüzur yaradır. Onun sayəsində emosiyalar nəzarətdə saxlanılır, yuxusuzluq və stress kimi problemlərin öhdəsindən uğurla gəlinir.
Arıqlamaq idmanları – üzgüçülük
Üzgüçülük orqanizmə kompleks şəkildə sağlamlaşdırıcı təsir göstərir. Bu idman bədən ölçülərini incəltməyə imkan verir. Bütün əzələ qruplarını işə salır. Stressi aradan qaldırır, əhval-ruhiyyəni yüksəldir.
Arıqlamaq idmanları – rolik sürmə
Aktiv həyat tərzini sevənlər üçündür. Üstünlüyü ondan ibarətdir ki, burada insan arıqlamaqla bərabər, həm də əylənir. Rolik sürməklə bədən tonusu da yaxşılaşır, əlavə kilolar tədricən geridə qalır.
Arıqlamaq idmanları – boulinq
Ən aktiv idman növlərindən sayılır və dolayısı ilə çəki atmağa kömək edir. Top atarkən, əyilərkən əl, qol və ayaq əzələləri yığılıb açılır. Ağırlıqla məşq etmiş kimi olursunuz, çünki şarın kütləsi kifayət qədər yüksəkdir.
Piyada gəzmək
Piyada gəzintiləri fiziki aktivliyə yeni başlayanlara dahauyğundur. İş qrafikinin gərginliyi ilə əlaqədar bəzi şəxslər idman zalına vaxt ayıra bilmir. Onlar evə qədər bir neçə dayanacaq piyada gəzərək, lift əvəzinə pilləkənlə qalxaraq bədən quruluşunu yavaş-yavaş incəldə bilərlər.
Velotrenajor
Velotrenajorda intensiv məşqlər arıqlamaq üçün effektivdir. Məşq prosesinə yalnız ayaqlar deyil, bütün əzələlər cəlb olunur.
Arıqlamaq idmanları – Batut gimnastikası və ya tamblinq
Batut – metal çərçivəyə rezin və ya metal yaylarla bərkidilən, çox möhkəm dartılmış və hörülmüş tordan ibarətdir. Onlar möhkəm materialdan hazırlanaraq, geniş tullanma sahəsinə malikdir.
Batutun təsiri qaçışla müqayisədə daha tez bilinir. Bu zaman kalori və çəki itkisi sürətlə baş verir. İdman növünün əyləncəli və qeyri-adi olması onun digər üstünlüklərindəndir.
Nəzərinizə çatdıraq ki, batut gimnastikası özündə 10 ayrı elementin hərəkətlərini birləşdirir. Elementlər yüksək tullanışlar zamanı bir ayaqdan digərinə, ayaqdan bel hissəyə və ya qarına dayanmadan edilən ritmik hərəkətləri özündə birləşdirir.
Xülasə
Məqalədə idmanla arıqlamaq yollarını, yəni asan yerinə yetirilən və orqanizmə faydalı olan idman növlərini sadaladıq. Lakin fiziki aktivliklə məşğul olmazdan əvvəl mütləq ürək-damar sistemini müayinədən keçirin. Sonra rahat şəkildə idmana başlayın.
Piyada gəzinti zamanı nələrə diqqət etməli?
Oturaq həyat tərzi müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə yaradan səbəblərdən biri sayılır. Təəssüflər olsun ki, indi qısa məsafəni də avtomobil və ya ictimai nəqliyyatla getməyi üstün tutanlar var. Piyada gəzmək insan orqanizmi üçün çox faydalıdır. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək daha çox vacibdir.
Medpress.az xəbər verir ki, Bakıdakı 20 saylı poliklinikanın həkim-terapevti Solmaz Musayeva piyada gəzinti haqda bynları deyib: “Sürətli və cəld yeriş əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin yığılmasına imkan vermir. Piyada gəzmək ürək-damar sistemi üçün daha çox faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı qidalanır. Əhvalın xoş olması, stressin və gərginliyin aradan qaldırılması üçün də gəzinti ən yaxşı vasitədir.
Piyada gəzinti orqanizmdə tənəffüs və qan-damar sisteminin işini yaxşılaşdırır, qanda xolesterinin və şəkərin səviyyəsinin azalmasına səbəb olur. Şəkərli diabet xəstələrinin profilaktikası və müalicəsində çox müstəsna əhəmiyyət daşıyır. Sümük-dayaq sistemi və oynaqların funksiyasını yaxşılaşdırır”.
Həkim-terapevt qeyd edib ki, gəzinti zamanı addımların sayına fikir vermək lazımdır. Yaşa, cinsə və sağlamlıq vəziyyətinə görə addımların sayını azaltmaq və artırmaq olar: “Gəzinti dörd sürətlə aparılır. Dəqiqədə 60-70 addım yavaş, 70-90 addım orta, 90-110 addım yüksək, 110-130 addım atmaqla olan gəzinti çox yüksək sürətli hesab olunur. Gəzinti zamanı tənəffüsün normal olmasına fikir vermək lazımdır. Çalışmaq lazımdır ki, gəzinti təngnəfəsliyə və ağrıya səbəb olmasın”.
Axşam gəzintisi sağlam və dərin yuxuya da yaxşı kömək edir. Yaradıcı insanlar üçün də bu, xüsusilə vacibdir. Çünki gəzinti zamanı daha dərindən düşünmək mümkündür. Müntəzəm olaraq gün ərzində 30-40 dəqiqə piyada gəzməklə orqanizmdə baş verən müsbət dəyişikliklərin şahidi olmaq mümkündür (AZƏRTAC).
Piyada gəzməyin inanılmaz faydaları
Həkimlərin fikirinə görə, hipodinamiya (hərəkətsizlik) müasir insanların ən böyük bəlasıdır. Məhz hipodinamiya bir çox xəstəliklərin inkişafına təkan verir. Azhərəkətli insanın bədənində mübadilə prosesləri, qan dövranı zəifləyir, durğunluq prosesləri yaranın. Bu isə müxtəlif xəstəliklərin inkişafı üçün çox əlverişli şərait yaradır. Azhərəkətlilik həmçinin piylənmənin əsas səbəbidir. Piylənmə isə çüasir tibdə çox ağır, insanın həyatını qısaldan pozulma sayılır.
İdmanla məşğul olmaq üçün vaxt və vəsait lazımdır. Bu isə bəzən çətin olur. Belə vəziyyətdə ən yaxşı çıxış yolu piyada gəzməkdir. Piyada gəzintilər insandan nə əlavə vaxt, nə də pul tələb etmir və bununla yanaşı insan sağlamlığına çox böyük xeyir gətirir.
Xarici alimlərin araşdırmalarına əsasən, hər gün 30 dəqiqə ərzində tez tempdə piyada gəzən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski 30% azalır. Həkimlər hətta xüsusi termin istifadə edirlər – “müalicəvi yerimə”.
Britaniya həkimləri hipertoniyadan və artıq çəkidən əziyyət çəkən 1 qrup qadınlara hər gün piyada gəzməyi tövsiyə etdilər. Nəticədə yarım ildən sonra qadınlarda arterial təzyiq normallaşıb və həmçinin onlar çəki itirdilər.
Yerimə qaçışla müqayisədə onurğanı, oynaqları daha az yükləyir. Həmçinin yerimə oynaqları və sümükləri möhkəmləndirir, osteoporozun (yaşlı insanlarda sümüklərin kövrək olması) inkişafının qarşısını alır.
Müalicəvi yerimə ürək-damar, tənəffüs sisteminə çox müsbət təsir edir, infark və insult kimi ağır pozulmaların riskini azaldır, arıqlamağa kömək edir, əzələləri möhkəmləndirir.
Həmçinin piyada gəzintilər insanın əhvalını yaxşılaşdırır, stress və depressiya ilə mübarizə aparmağa kömək edir.
Comments are closed, but trackbacks and pingbacks are open.