Planşetdən instagramdan özümü necə silə bilərəm
İnstagram hesabınızı silmək istəyirsinizsə bilməlisiniz ki, hesabınızda olan bütün şəkillər, məlumatlar silinəcəkdir və bir daha o hesabı açaraq istifadə edə bilməyəcəksiniz. Bu şərtlər sizə uyğundursa aşağıdakı linkə daxil olaraq “hesabınızı silmək prosesi”-ni başlada bilərsiniz.
İnstagram hesabını silmək və dondurmaq qaydaları
2015-ci ildən başlayaraq daha da populyarlaşan instagram həm ünsiyyət, həm də qazanc platformasına çevrilməyi bacarıb. Instagram istifadəçilərinin orta yaş həddi 18-33 arasında dəyişir. Statistikaya əsasən onların 60%-i minimum gün ərzində heç olmasa bir dəfə öz hesablarını yoxlayırlar. Ölkəmizdə də bu sosial şəbəkəyə maraq çox böyükdür. Bu xəbərdə “İnstagram hesabını necə silmək və ya dondurmaq olar?” sualına aydınlıq gətirəcəyik. Öncədən qeyd edək ki, bütün yazılanları diqqətlə oxuyun və birə-bir eynisini tətbiq etdiyinizdən əmin olun.
1. İnstagram hesabını silmək.
İnstagram hesabınızı silmək istəyirsinizsə bilməlisiniz ki, hesabınızda olan bütün şəkillər, məlumatlar silinəcəkdir və bir daha o hesabı açaraq istifadə edə bilməyəcəksiniz. Bu şərtlər sizə uyğundursa aşağıdakı linkə daxil olaraq “hesabınızı silmək prosesi”-ni başlada bilərsiniz.
Bu bölmədə soruşulan 6 səbəbin sizə daha uyğun olanını seçin. Səbəblər müvafiq olaraq bu ardıcıllıqladır:
- İstifadəyə başlamaq çətin gəldi.
- İkinci bir hesab açdım.
- Bir obyekti silmək istəyirəm.
- Çox vaxtımı alır.
- İzləyəcək insanlar tapa bilmirəm.
- Başqa bir səbəb.
Hesabınızı silə bilmək üçün sonda sizdən şifrəniz tələb ediləcəkdir. Şifrənizi doğru şəkildə daxil edib son mərhələdə “hesabımı daimi olaraq sil” yazısına toxunun. İnstagram hesabınız tamamilə silinəcəkdir.
2. İnstagram hesabını dondurmaq.
İnstagram hesabını müvəqqəti olaraq silib daha sonra yenidən bərpa etmək istəyirsinizsə onda bu funksiya daha çox işinizə yarayacaqdır. Dondurduğunuz hesabınızı istifadəçi adı və şifrəsini unutmamaq şərti ilə bərpa edə bilərsiniz. Dondurulmuş hesabın şifrəsini yeniləyə bilməzsiniz! Bu şərtlər sizə uyğundursa aşağıdakı linkə daxil olaraq “hesabınızı dondurmaq prosesi”-ni başlada bilərsiniz.
Bu bölmədə soruşulan 7 səbəbin sizə daha uyğun olanını seçin. Səbəblər müvafiq olaraq bu ardıcıllıqladır:
- Fasilə vermək istəyirəm.
- İstifadəyə başlamaq çətin gəldi.
- İkinci bir hesab açdım.
- Gizliliklə bağlı narahatlıq.
- Çox vaxtımı alır.
- İzləyəcək insanlar tapa bilmirəm.
- Başqa bir səbəb.
Bu səbəblərdən birini seçdikdən sonra hesabın sizə aid olduğunu təsdiqləməniz üçün şifrənizi daxil edin. Cari İnstagram şifrənizi daxil etdikdən sonra “Hesabı müvəqqəti bağla” yazısını tıklayın. Hesabınız dondurulacaqdır. Sonda ekrana “Hesabınız müvəqqəti olaraq bağlandı. Yenidən aktivləşdirmək üçün hesabınıza daxil olun” yazısı çıxacaqdır.
Qeyd: Dondurduğunuz hesaba ilk 24 saat ərzində daxil ola bilməzsiniz. Daxil olmağa cəhd etdiyinizdə “yanlış şifrə” xətası gələcəkdir. Yenidən aktivləşdirdiyiniz hesabınızdakı şəkillər və məlumatların hamısı həmin an deyil, bir neçə gün ərzində də bərpa oluna bilər. Ona görə də hesabınızı aktivləşdirdiyinizdə hansısa şəkil və ya məlumat yoxdur deyə narahat olmayın. Yuxarıda qeyd olunan proseslərin hər biri kompüter ilə edilməlidir və kompüter ilə dondurduğunuz hesabı mobil telefon ilə aktivləşdirə bilməzsiniz.
Planşetdən instagramdan özümü necə silə bilərəm
İnternet – istifadəçilərin məlumatın saxlanması, paylaşılması və rahat əldə olunması istəkləri nəticəsində yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər. İnterneti bir məlumat dənizinə yaxud çox böyük kitabxanaya bənzədə bilərik. Bu gün İnternet, demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır. Lakin bu vasitədən sui-istifadə edənlər də var. Bəzi şəxslərin internetdə yayılan intim şəkilləri bunun göstəricisidir.
Bəs bu kimi şəxsi şəkillərin yayılmasının qarşısını necə almaq olar?
AZİNFORM.AZ xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az saytına IT üzrə mütəxəssis Bəhruz Əliyev münasibət bildirib.
Onun sözlərinə görə, internetdə yayılan şəkillər və bir çox məlumatlar müəyyən indeksdən keçir:
“İndeksdən keçdiyinə görə mənbə silinsə də, onun digər informasiya mənbələrindən tam silinməsi müəyyən zaman alır. Hətta internet arxivi sayılan https://web.archive.org/ saytında bütün saytlar üzrə keçmişdə olan və indi mənbədə mövcud olmayan məlumatlara çatmaq mümkündür. Eyni zamanda informasiya mənbəyi aradan qaldırılsa belə, onun “Google index”dən silinməsi zaman alan məsələdir. Demək olar ki, dünyada olan bütün məlumatlar “Google” və onun kimi axtarış motorları tərəfindən indekslənir, amma görülən müəyyən işlərlə əlçatanlığı azaltmaq mümkündür”.
Müsahibimiz bir çox sosial platformalarda icazəsiz paylaşılan şəkillərlə bağlı qeyd edib ki, sosial mediada yerləşdirilən şəkilləri yalnız ora yerləşdirən şəxslər silə bilər:
“Bu hallarla rastlaşdıqda həmin səhifənin admininə müraciət olunmalıdır və ya platforma üzərindən mövcud olan şikayət funksiyasından da istifadə edilə bilər. Həmin şəxs həmin postu ya şəkli aradan qaldırarsa, təbii ki, əlçatanlıq azalar.
Bilirsiniz ki, sayt və portalların əksəriyyəti müxtəlif şifrələnmə üsulu ilə işləyir və təhlükəsizlik tədbirləri mövcuddur. Hər hansı bir informasiya mənbəyinə şəxsi müdaxilə, təbii ki, qanunla da uyğun deyil. Yaxşı olar ki, məlumatı yerləşdirilən şəxsə müraciət edilsin. Dələduzluq halıdırsa, müvafiq dövlət orqanlarına müraciət etmək tövsiyə olunur”.
Bəs hansı hallarda şəkillərimiz internetə düşür?
Mütəxəssis bildirib ki, “Google” axtarış-araşdırma platformasının özünün alqoritmi var, həmin şəkilləri bir neçə günlük keş yaddaşında saxlama imkanı var. Əgər mənbədən silirsə, bir neçə gün və ya həftəyə aradan qalxır. Məlumat yerindəolmayanda “Google” onu göstərmir. “Google” həmin proseslərə müəyyən alqoritmə uyğun reaksiya verir. Dəqiqləşdirmək üçün vaxt limitinin olması təbiidir.
Bu kimi halların baş verməməsi üçün hansı addımları atmalıyıq?
Bəhruz Əliyev yad və üçüncü tərəf proqramlardan istifadə etməməyi məsləhət görüb:
“Özəlliklə bəzi VPN sistemlərinin və saytların məqsədi istifadəçilərin şifrələrini ələ keçirməkdir. Ona görə internet istifadəçiləri mənbəsi bilinməyən, etibarlı olmayan VPN-lərə daxil olmasınlar. Bu barədə müvafiq dövlət qurumları da saytlarında vaxtaşırı məlumatlar verirlər, onlardan da istifadə edə bilərlər. Çox insan saytlara girəndə müəyyən bildirişlərlə qarşılaşır. Həmin bildirişlərə istifadəçilər dəqiqləşdirmədən icazə versələr, şəxsi məlumatlarının ötürülməsinə icazə vermiş ola bilərlər. Ehtiyatlı seçimlər edilməlidir. Məsləhət olan odur ki, etibarlı olmayan mənbələrdən gələn bildirişləri qəbul etməsinlər, şübhəli görsənən vebsaytlara daxil olmasınlar”.
Comments are closed, but trackbacks and pingbacks are open.