Press "Enter" to skip to content

İngilis Dilində Qrammatika

İngilis dilini müəllimsiz öyrənmək mümkündür. Bunun üçün bəzi proqramlar var ki, həmin proqramlar vasitəsilə rahatlıqla ingilis dili öyrənmək mümkündür. Proqramlar haqqında aşağıda məlumat vermişik 🙂

Planşetimin ingilis dili proqramını Macar dilinə necə təyin edə bilərəm?

İngilis dilini müəllimsiz öyrənmək mümkündür. Bunun üçün bəzi proqramlar var ki, həmin proqramlar vasitəsilə rahatlıqla ingilis dili öyrənmək mümkündür. Proqramlar haqqında aşağıda məlumat vermişik 🙂

1.Duolingo-Duolingo dünyaca məşhur dil öyrənmək proqramıdır. İkidilli insanları yetişdirmək üçün nəzərdə tutulan bu proqramda bildiyiniz bir dil vasitəsi yeni dil öyrənə bilərsiniz. Duolingodan istifadə tamamilə pulsuzdur. Dil interaktiv üsulla danışma, dinləmə, oxuma və yazmaq qaydalarına əsasən öyrədilir. Gündəlik hədəfinizi müəyyənləşdirərək nə qədər məşğul olacağınızı da müəyyənləşdirə bilərsiniz. Bundan başqa günlərə uyğun olaraq nə qədər inkişaf etdiyinizi sxem vasitəsilə görə bilərsiniz. Bunun üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir. Proqramdan online şəkildə kompüterlə istifadə etməklə yanaşı telefon yaxud planşetinizə app-ları yükləyərək yolda, səyahətdə və s. istənilən yerdə , istədiyiniz zaman istifadə edə bilərsiniz. Tək ehtiyacınız olan şey internetdir.

2.Memrise-Memrise, Google Play Store tərəfindən 2017-ci ilin ən yaxşı tətbiqləri arasına seçilmişdir. Onlarla fərqli dili öyrənə biləcəyiniz proqramın təməl xüsusiyyəti heç bir dil məlumatı qaydası verməməsidir. Tamamilə günlük dil üzərindən təhsil etdirən Memrise-ın İngilis kursu 7 ayrı hissədən ibarətdir. 7 bölümü də bitirsəniz B1 / B2 arasında bir səviyyəyə sahib ola bilərsiniz. Tətbiqi pulsuz olaraq Google Play Store və App Store üzərindən yükləyə bilərsiniz.

3.Quizlet-Quizlet, yalnız bir dil öyrənmə tətbiqi deyil. İstədiyiniz hər hansı bir mövzunu Quizlet ilə öyrənə bilərsiniz. Quizlet məzmunu ilə tanış olmaq-test gününə hazır olmağınıza kömək edəcək mütəxəssislər tərəfindən hazırlanmışdır.

4.HelloTalk-Danışaraq dil öyrənmənizi təmin edən HelloTalk ilə dünyanın hər yerindən dil öyrənmək istəyən insanlarla görüşə bilərsiniz. Pulsuz olan proqram, həm yazılı, həm də səsli olaraq rabitə qurmanızı təmin edir.

5.Voscreen-İngilis dilini fərqli üsullarla öyrənməyin yollarından biri Voscreen-dir. Proqramın əsas funksiyası sizə videolar göstərərək istəsəniz alt yazılı istəsəniz yalnız səsli, həm ingiliscə, həm azərbaycanca tərcüməsinə baxa bilərsiz.Proqram videoları səsləndirir və sizə düzgün tərcüməni seçmək imkanı verir.

8.Busuu-Proqram sizə ana dili ingiliscə olan insanlarla danışaraq ingilis dilinizi inkişaf etdirməyi təklif edir. Bununla yanaşı müxtəlif interaktiv testlər, oyunlar və s. ilə siz dil bacarıqlarınızı inkişaf etdirə bilərsiniz.

9.English Ninjas- Bu proqramın əsas funksiyası görüntülü, səsli zəng və ya mesajlaşmaq yolu ilə ingilis dili müəllimləriylə danışaraq öz dilinizi inkişaf etdirməyinizə kömək etməkdir.

10.English Grammar Test -Qrammatika biliklərinizi inkaf etdirmək üçün sizə hər biri 20 tapşırıqdan ibarət 60 test təqdim edir. Testləri həll etdikdən sonra siz hansı qrammatik biliklərinizin güclü, hansılarının zəif olduğunu və üzərində daha çox işləməli olduğunuzu bildirir.

Oxuduğunuz üçün təşəkkürlər.

İngilis Dilində Qrammatika

İngilis dili qrammatikası dedikdə, əslində bir çox mövzunu əhatə edən bir başlıqdan bəhs edirik. İngilis dilinin qrammatika mövzuları, dilin necə istifadə edildiyi, cümlə və söz quruluşları kimi əsas və əvəzolunmaz qrammatika qaydaları deməkdir.

İNGİLİZCE ÖĞRENMENİN KOLAY YOLU

Wordly’nin kullandığı özel yöntemle kolayca kelime öğrenin. ŞİMDİ ÜCRETSİZ DENEYİN!

Nazrin Akhundova Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

✓ Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin

✓ Örnek cümle ve anlamlarını öğren

✓ Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma

İngilis dilini öyrənmək üçün ən yaxşı proqramlar

Yüzlərlə, hətta minlərlə söz öyrənə bilərsiniz, bütün dillərin qaydalarını və feil formalarını əzbərləyə bilərsiniz. Ancaq bu o demək deyil ki, bu qədər məlumatla belə ingilis dilini ana diliniz kimi axıcı şəkildə danışacaqsınız. Yalnız davamlı praktika etməklə danışıq bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Həyatınızı asanlaşdırmaq üçün ingilis dili bacarıqlarınızı inkişaf etdirə biləcək metodlar və ingilis dilinizin səlisliyini necə artıra biləcəyinizə dair kiçik bir siyahı hazırlamışıq:

Supiki

Supiki ingilis dilində danışıq bacarıqlarınızı inkişaf etdirməyə kömək edən ən yaxşı proqramlardan biridir. Hər şeydən əvvəl “dinlə və təkrar et” hissəsində praktiki məşqlər edə bilərsiniz. Bundan sonra Supiki ilə danışa bilərsiniz, o sizə avtomatik cavab verə bilir. Real insanlardan fərqli olaraq bu proqram sizin üçün həmişə vaxt ayıra bilir. Beləliklə, istədiyiniz yerdə və istədiyiniz vaxt praktika edə bilərsiniz. Bu proqramın ən yaxşı cəhəti isə danışıqların əvvəlcədən yazılmamış olması, yəni eynilə real insanla danırmışsınız hissini verməsidir. Müəyyən ssenariləri izləmirsiniz, ancaq danışırsınız və proqram sizə cavab verir.

Learn to Speak English

TalkEnglish.com saytının rəsmi tətbiqi olan proqram, Android və iOS cihazları üçün də mövcuddur. Proqram, 8.000-dən çox səsyazma və 900-dən çox dərsdən ibarətdir. Dərslərin çoxu səsli şəkildədir, beləcə siz həmin dərsləri rahatlıqla dinləyərək öyrənə bilərsiniz. Bununla yanaşı, Learn to Speak English proqramı vasitəsilə öz səsinizi qeydə alıb proqramın səsi ilə müqayisə edə bilərsiniz.

English Conversation Practice

Bu proqram da iOS və Android cihazları üçün TalkEnglish.com-un başqa bir versiyasıdır. English Conversation Practice 200-dən çox dərsdən ibarətdir. Bunlara dinləmə, müxtəlif testlər, danışıq praktikası və dialoqları qeyd etmə funksiyaları daxildir.

Apps4Speaking

Apps4Speaking, danışana ehtiyac olmadan ingilis dili danışıq bacarıqlarını inkişaf etdirmək üçün bir digər vasitədir. Ən son danışıq tanıma texnologiyasına əsaslanan Apps4Speaking, video funksiyası ilə effektiv söhbət imkanı təqdim edir. Bununla yanaşı, proqram mətnə əlavə olaraq piktoqramlar da təqdim edir, bununla da siz oxumadan hər şeyi başa düşə bilərsiniz.

Preply.com

İngilis dilində ünsiyyət bacarıqlarınızı necə inkişaf etdirəcəyinizə dair ən yaxşı tövsiyələrdən biri də real vaxt çərçivəsində ana dilində danışan biri ilə söhbət etməkdir. Fərdi dil kursları axtarmağa ehtiyac yoxdur, müəlliminizi internetdən rahatlıqla tapa bilərsiniz. Bu metod sizə vaxt qazandıracaq və danışıq səviyyənizi nəzərəçarpacaq dərəcədə inkişaf etdirəcək.

Elsa

İngilis dilində danışıq bacarıqlarınızı evdən necə inkişaf etdirəcəyinizi bilmək istəyirsiniz mi? Elsa mükəmməl ingilis dilində ünsiyyət bacarıqlarınızı təkmilləşdirməyin ən yaxşı üsullarından biridir. Xüsusilə amerikan ingiliscəsi ilə maraqlanırsınızsa, bu proqram sizin üçün ideal sayıla bilər. Pulsuz lüğəti də daxil olmaqla hər hansı bir sözü necə tələffüz edə biləcəyinizi qısa müddətdə öyrənəcəksiniz. Bununla yanaşı, Elsa gündəlik danışıqları, müxtəlif ifadələri və hətta frazaları başa düşməyinizə və təkrarlamağınıza kömək edəcək. Eyni zamanda inkişafınızla bağlı sizə tez-tez bildirişlər göndərilir. Yeri gəlmişkən, bu proqram 2016-cı ildə SxSW-in Qlobal Təhsil Texnologiyası mükafatını qazanmışdır.

Nativox

Nativox proqramının video, səsyazma və geri bildiriş xüsusiyyətləri sayəsində tələffüz və aksentinizi inkişaf etdirə bilərsiniz. Nativox proqramında 50-70b aralığında video vardır. Proqramın istifadəsi olduqca sadədir; siz izləyir və dinləyirsiniz, daha sonra səsinizi qeyd edirsiniz, dinləyirsiniz və lazım gələrsə, ana dilinizə tərcümə edirsiniz.

Digər tövsiyələr

Proqramlardan istifadə etməklə yanaşı, ingilis dilində danışıq bacarıqlarınızı sürətli şəkildə artırmaq üçün bir neçə tövsiyəmiz var. Əgər bu proqramları istifadə etməyə vaxtınız yoxdursa, özünüzlə ingilis dilində danışın. Bunu güzgünün qarşısında üzünüzə və ağzınıza baxaraq edin. Əlavə olaraq ən sevdiyiniz ingilis dilində mahnıları oxumağa çalışın.

İngilis dilində danışmaqdan qorxmayın!

İngilis dili bacarıqlarınızı inkişaf etdirmək üçün ən vacib tövsiyə budur. İngilis dilində danışmaqdan qorxmayın və hər gün praktika edin. Bir neçə gün ərzində super səviyyəyə gəlməyəcəksiniz, amma mütəmadi danışmaqla uğurlu olmaq üçün lazım olan bütün baryerləri aşacaqsınız. Artıq əlinizdəki ən yaxşı vasitələr və tövsiyələr sayəsində danışıq bacarıqlarınızı necə inkişaf etdirəcəyinizi bilirsiniz. Bu yolda sizə uğurlar arzu edirik .

Comments are closed, but trackbacks and pingbacks are open.