Press "Enter" to skip to content

Tanınmış alim Pənah Xəlilov vəfat edib

Mərhumla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək.

Pənah xəlilov

Ədəbiyyatşünas, tənqidçi və tərcüməçi, filologiya elmləri doktoru, professor Pənah Xəlilov 94 yaşında uzun sürən xəstəlikdsən sonra vəfat edib. Modern.az-a bu barədə onun yaxınları məlumat verib.

Mərhumla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək.

Pənah Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. O ADU-nun filologiya fakültəsini bitirib (1943-1948), orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) olmuşdur. “Azərbaycan sovet ədəbiyyatı tarixi” (üç cilddə) və “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri” (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilmişdir. 1948-ci ildə Bakı Dövlət Universitetini bitirən Pənah Xəlilov ömrünün 75 ilini bu ali təhsil ocağına həsr edib.

Tanınmış alim Pənah Xəlilov vəfat edib

APA-nın xəbərinə görə, bu barədə onun yaxınları məlumat verib.

Pənah Xəlilov 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlayıb. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olub. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşıb.

“Azərbaycan sovet ədəbiyyatı tarixi” (üç cilddə) və “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri” (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilib. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub

Şərhlər

t.ədalət 2019-08-16 21:10:22

Yazdıqları qaldı sovet rejimində.Ədəbiyyatımızın bağımsızlıq uğrunda mücadiləsindən yox,imperiyaya sadiqliyindən yazdı.Həmin yazılar bu günümüz üçün olduqca gərəksiz və mənasızdır.Təhlil etdiyi obrazların heç birində milli təəssübkeşlik hissi yoxdur.Belə alimlərin olmasının millətə heç bir xeyri olmamışdır.Onların yazdıqları gənclərimizin düşüncəsini sovet rejiminin xeyrinə bulandırmışdır.

Sarıtel 2019-08-16 21:10:22

Allah rəhmət eləsin! Gözəl müəllim idi.

Pənah xəlilov

Pənah Xəlilov -85

Ədəbiyyat tariximizin Pənah Xəlilov zirvəsi

İnsanı yaşadan arzular, istəklər, sonradan xatirələrə çevrilən əməlləri, keçdiyi şərəfli ömür yoludur. Hər bir kəs ona bəxş olunan ömrü özünəməxsus şəkildə yaşayır, müəyyən izlər qoyur. Xeyirxahlıq, cəmiyyət üçün imkan daxilində başqalarına dəstək olmaq, ən əsası bir Azərbaycan vətəndaşı olaraq Vətənin gələcəyi, onun dünyada tanınması üçün əlindən gələni əsirgəməmək hər bir insana xas olan xüsusiyyətdir.

� Hər bir kəs ömrünün müəyyən pilləsindən xəyalən dönüb arxada qalan yaşadığı illərə baxanda , o illərin , ayların , günlərin istisini-soyuğunu , sevincini-kədərini yenidən yaşayaraq , xatirələrini kağız üzərinə köçürəndə , adamı daim bir sual düşünd ürür : Arxada qalan illər mənə nə verdi ? Vətənim , xalqım üçün nə etdim ?

Deyilən hər bir söz , atılan hər bir addım , böyüklüyündən , kiçikliyindən asılı olmayaraq qazanılan nəticə , uğurlar ömrdür . Ancaq ömrümüzə hansı anda , nə vaxt son nöqtə qoyulur bilmirik , çünki bu tale , alın yazısıdır .

Hər kəsin öz həyat yolu var . Kimi müəllimliyə , kimi həkimliyə kimi � mühəndisliyə , kimi alimliyə üstünlük verir . Ən əsası vətəninə , xalqına layiq övlad olmaq , bir vətəndaş kimi üzərinə düşən məsuliyyəti yerinə yetirmək üçün səy göstərəsən . Bu keyfiyyətlərə üstünlük verənlərdən biri professor Pənah Xəlilovdur .

Bu günlərdə görkəmli , tanınmış alim-tənqidçi , ədəbiyyatşünas , professor Pənah Xəlilovun 85 yaşı tamam olur . Mən Pənah müəllimi 1986-cı ildən televiziyada � Ədəbi üfüqlər � verilişinin aparıcısı kimi tanıyıram . Onda bu veriliş çox dəyərli , xoşagəlimli , dinləyiciləri özünə diqqəti cəlb edən bir ədəbi veriliş idi . Həmin ildə xalq şairi Səməd Vurğunun 80 illiyi münasibətilə televiziyaya müsabiqə elan edilmişdi ki , Səməd Vurğunun şeirlərindəki hansı misradan istifadə edib , verilişi başlamaq olar ? Onda mən bir ədəbiyyatsevər kimi təcili olaraq Pənah müəllimə bildirdim ki , Səməd Vurğunun � Bizdə şeir də var , sənət də vardır . Şeirə , sənətə hörmət də vardır � misralarını yazıb məktubla göndərdim . Çox sağ olsun ki , Pənah müəllim bir kənd müəllimi kimi , dinləyici kimi mənim təklifimi bəyənərək , Səməd Vurğunun 80 illiyinə aid o verilişi həmin misralarla başladı və sonadək davam etdi .

Professor Pənah Xəlilov görkəmli ədəbiyyaşünas , tənqidçi (1971) AYB-nin üzvü (1963), filologiya elmləri doktoru , Azərbaycan Respublikasının Əməkdar müəllimi , Prezident təqaüdçüsü , BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiridir . P. Xəlilov 1925-ci ildə Gürcüstan Respublikasının Borçalı ( Marneuli ) rayonundakı Sadaxlı kəndində ziyalı ailəsində anadan olub . İlk ibtidai təhsilini doğma kəndində alıb , sonra isə ailənin Gəncəyə köçməsi ilə əlaqədar olaraq şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə ba şa vurub . Həmin ildə (1943) Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə imtahansız qəbul olunub . Universiteti fərqlənmə ilə bitirdikdən sonra universitetin aspiranturasına qəbul olunub .

Pənah Xəlilov 1951-ci ildə ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim kimi əmək fəaliyyətinə başlamış , sonra həmin kafedrada � Böyük Vətən müharibəsi dövründə Azərbaycan şeiri � mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir (1951-1969). 1969-cu ildə , o , həmin universitetd ə SSRİ xalqları ədəbiyyatı kafedrasına rəhbər seçilib .

Bir alim kimi P. Xəlilov yaradıcılıq fəaliyyətinə 1948-ci ildən başlamışdır . O, Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşmışdır . P. Xəlilov əbədi tənqidimizdə özünəməxsus yer tutmuşdur .

Bacarıqlı ədəbiyyatşünas , tənqidçi alim , 1971-ci ildə filologiya elmləri doktoru , professor kimi yüksək ada layiq görülüb . O, Azərbaycan Yazıçılarının 6-cı qurultayında idarə heyətinin üzvü seçilib . Professor P. Xəlilov universitetdə türk xalqları ədəbiyyatı kafedrasının təşkil edilməsinə səy göstərmiş və buna nail olaraq , həmin kafedranın müdiri vəzifəsində çalışmışdır .

P. Xəlilovun rəhbərliyi ilə bu gün ədəbiyyat və ədəbiyyat tarixinin araşdırılması və � öyrənilib üzə çıxarılması sahəsində bir çox alim yetişmişdir . Alimin məqalə , kitab və resenziyaları müxtəlif səpkilidir . Onun əhatə dairəsi genişdir , ədəbiyyatımızın problemlərinə və ədəbiyyatşünaslıq məsələlərinə geniş yer verilir .

P.Xəlilov türk xalqları il ə sıx əlaqə yaradıb . Özbəkistanın Daşkənd Dövlət Universiteti ilə qarşılıqlı əlaqə buna əyani sübutdur . Belə ki , professor P. Xəlilovun Daşkənd universitetində mühazirə oxuması və Azərbaycan müəllimlərinin orada iştirakı və eləcə də , özbək müəllimlərinin Bakı ali məktəblərində olması iki xalq arasında dostluğu daha da möhkəmləndirib . Bu əlaqələrdən hər iki xalq səmərəli istifadə edir .

Professor P.Xəlilovun 22 kitabı işıq üzü görüb. �Əhməd Yəsəvi�, �Ukraynanın böyük Kobzarı�, �Dədə Qorqud�, �İntibah abidəsi�, �Əli və Nino�, �Türk xalqlarının və slavyanların ədəbiyyatı�, �Dostluğun gücü�, �Nəsrimizin üfüqləri�, �Azərbaycan sovet ədəbiyyatı� və s.

Tərcümə sahəsində alimin xidmətləri az deyil. İspan yazıçısının �Don Kixot� əsərini dilimizə çevirməsi, ən qədim dünya tarixini Azərbaycan dilinə çevirmək ideyası P.Xəlilova məxsusdur (Heredot dövrü).

Görkəmli alim haqqında 2010-cu ildə Arif Əmrahoğlu �Professor Pənah Xəlilov� adlı monoqrafiya yazıb.

Professor P.Xəlilov bu gün də tələbələrə öz bilik və təcrübəsini verməkdən yorulmur. O gənc nəslin alovlu vətənpərvər kimi yetişməsində yorulmadan çalışır. O istəyir ki, gənclərimiz tariximizi, ədəbiyyatımızı sevərək oxuyub öyrənsinlər, xalqımıza layiq vətəndaş, kadr olsunlar.

Əziz Pənah müəllim, 85 yaşın mübarək. Redaksiyamızın əməkdaşları adından sizi ürəkdən təbrik edirik.

HACI TOFİQ SEYİDZADƏ

Səs.- 2011.- 15 yanvar.- S. 10.

Comments are closed, but trackbacks and pingbacks are open.