Logo position: relative;. icon position: absolute; width: 50px; top: 0; left: 185px; ->
E.İbrahimov kitabın birinci fəslinin “Azərbaycanda latın əlifbasına keçid mücadiləsi”, “Türkiyədə latın əlifbasına keçid mücadiləsi”, “Qazaxıstanda latın əlifbasına keçid mücadiləsi”, “Türkmənistanda latın əlifbasına keçid mücadiləsi”, “Qırğızıstanda latın əlifbasına keçid mücadiləsi”, “Özbəkistanda latın əlifbasına keçid mücadiləsi” adlanan hissələrində adıçəkilən ölkələrdə əlifba mücadilələrindən və bugünkü əlifba vəziyyəti haqqında ətraflı məlumat vermişdir.
“Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili”
Ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifba və imlaya sahib olmaqlarının müstəsna əhəmiyyəti var. Ortaq türk ədəbi dilinə aparan yolda vahid imla qaydaları və əlifbanın mövcudluğu ilkin şərtlərdəndir.
Elmi-təcrübi əsası M.F.Axundov tərəfindən hələ XIX əsrdə qoyulan yeni ortaq əlifba problemi 20-ci əsrin əvvəllərində bir daha aktuallaşdı və türk xalqları arasında birinci olaraq 1922-ci ildə Azərbaycanda ümumtürk səciyyəli latın əlifbasına keçid reallaşdı. Az sonra türkdilli xalqların böyük əksəriyyəti bu əlifbanı qəbul etdi. Lakin siyasi səbəblərdən, daha dəqiq desək, türk xalqlarının bir-birinə daha da yaxınlaşmasına qısqanclıq səbəbindən bu layihəni tam həyata keçirmək mümkün olmadı. Sovet liderlərinin repressiya siyasəti latın qrafikalı ortaq türk əlifbasına münasibətdə də özünü göstərdi. Heç 20 il keçməmiş sovetlər birliyinin daxilində yaşayan türk xalqlarının əlifbası məcburi surətdə rusların istifadə etdiyi kiril əlifbası ilə əvəz edildi. Sovet hakimiyyətinin mövcud olduğu bütün dövr ərzində ümumtürk əlifbası və imlası problemi öz aktuallığını saxlamaqda davam etdiyindən imperiya dağılan kimi bu ideya yenidən aktuallaşdı və bir çox türkdilli dövlətlərdə ortaq türk əlifbasına qayıdış baş tutdu. İftixarla deyə bilərik ki, bu ideyanı ilk dəfə gerçəkləşdirən yenə Azərbaycan dövləti və xalqı oldu.
Keçmiş Sovetlər Birliyi tərkibində olan türkdilli respublikalar müstəqillik qazandıqdan sonra türk dillərinin orfoqrafik və orfoepik problemlərinin, fonetik, leksik-semantik və qrammatik qatlarının diaxron və sinxron planda, müqayisəli-tipoloji müstəvidə araşdırılmasına maraq artmış və bu sahədə bir sıra araşdırmalar aparılmışdır. Türk xalqları arasında ortaq əlifba və imla problemləri bu gün türkologiya elmi üçün olduqca siyasi-ictimai əhəmiyyət daşıyır. Qeyd edək ki, son dövrdə istər Azərbaycanda, istərsə də türk dünyasında türklər üçün ortaq ünsiyyət dili ilə bağlı bir sıra araşdırmalar aparılsa da, ortaq ünsiyyət dilinə gedən yolda əlifba və imla problemləri hələ də sistemli və hərtərəfli araşdırma obyekti olmamış və bu sahədə fikir ayrılıqları bu gün də mövcuddur. Əlbəttə ki, türk dünyasında latın əlifbasına keçməklə bağlı ciddi addımlar atılmışdır: Azərbaycan, Türkmənistan və Özbəkistanda yeni latın əlifbaları qəbul edilmişdir. Son dövrlərdə Qazaxıstan da latın əlifbasına keçmək haqqında qərar verilmişdi. Ancaq yeni əlifbalarda ciddi fərqliliklər var. Türkoloq alimlərin bu fərqliliklər üzərində çox ciddi dayanması və elmi cəhətdən izahların verilməsi olduqca zəruridi.
Ortaq imla və əlifba problemləri türk xalqları arasında həllini tapmamış müzakirə obyekti kimi hər zaman xüsusi aktuallıq kəsb edən məsələlərdən biridir. XX əsrin əvvəllərindən başlayaraq indiyə qədər bu problem bir zərurət kimi türkdilli xalqların hər birinin maraq dairəsində olmuşdur. Aydındır ki, türk xalqları üçün ortaq əlifba məsələsi həll olunmadan onlar arasında ortaq ünsiyyəti və ortaq imlanı yaratmaq mümkün deyildir. Ona görə də türkologiyada bu istiqamətdə çeşidli mövzuların araşdırılması böyük elmi əhəmiyyət kəsb edir.
Bu baxımdan gənc tədqiqatçı Elçin İbrahimovun əsərinin əsas müddəaları türkologiya elmi üçün uğurlu bir addım, gərəkli bir araşdırma sayıla bilər. Müəllif kitabın “Türk xalqlarının əlifba problemi tarixi aspektdə” adlanan birinci fəslində qeyd edir ki, dil və əlifba hər bir xalqın varlığını, mövcudluğunu təsdiq edən başlıca amillərdəndir. Tarix boyunca müxtəlif xalqlarla qarşılıqlı əlaqələr quran, fərqli dini inanclara inanan türk xalqları bir-birindən fərqli türk dil sisteminə uyğun olan və ya olmayan çoxsaylı yazı sistemindən istifadə etmişlər. Zərurət və zamanın tələblərinə uyğun şəkildə, məcburiyyətdən qəbul edilən bu yazı sistemlərinə göytürk (runik), mani, soqd, brahmi, uyğur, ərəb, kiril, latın əlifbaları aiddir.
Elmi ədəbiyyatda çox vaxt yanlış olaraq run və ya runik yazı adlandırılan göytürk, yaxud Orxon-Yenisey yazısının nə vaxt və harada yaranması haqqında indiyədək yalnız fərziyyələr irəli sürülmüşdür. Türkcənin türklər tərəfindən yazıldığı ilk əlifba göytürk yazısıdır. Göytürklərdən sonra dövlət idarəçiliyini ələ keçirən uyğurların hakimiyyəti dövründə istifadə olunan türk yazıları türk tarixinin fərq baxımından ən rəngli əlifbalarıdır. Bu dövrdə uyğur, soğd, mani, brahmi, tibet, süryani kimi yazı sistemləri ilə bir çox uyğur türkcəsi mətnləri qeyd edilmişdir.
E.İbrahimov kitabın birinci fəslinin “Azərbaycanda latın əlifbasına keçid mücadiləsi”, “Türkiyədə latın əlifbasına keçid mücadiləsi”, “Qazaxıstanda latın əlifbasına keçid mücadiləsi”, “Türkmənistanda latın əlifbasına keçid mücadiləsi”, “Qırğızıstanda latın əlifbasına keçid mücadiləsi”, “Özbəkistanda latın əlifbasına keçid mücadiləsi” adlanan hissələrində adıçəkilən ölkələrdə əlifba mücadilələrindən və bugünkü əlifba vəziyyəti haqqında ətraflı məlumat vermişdir.
Əsərin türk dillərində imla problemləri adlanan ikinci fəslində imla və orfoqrafiya məsələlərindən bəhs olunur. İmla termini həm geniş, həm də dar mənada işlədilir. Geniş mənada bu termin yazını nizama salan və tənzim edən bütün qaydaların məcmusunu əhatə edir. İmla qaydaları terminini bəzən orfoqrafik qaydalar da adlandırırlar. Bu mənada imla termini ilə orfoqrafiya termini arasında əsaslı fərq yoxdur. Dilin sistemli və vahid qaydalar əsasında qrafemlər və digər işarələrlə ifadəsi olan imla dilçilik termini kimi geniş mənada orfoqrafiya termini ilə sinonimlik təşkil edir.
Ədəbi dilləri inkişaf etmiş bütün xalqların orfoqrafiya qaydaları və orfoqrafiya lüğətləri vardır. Müəyyən, sabit, normalaşmış qrammatik-leksik forma və vahidlərə malik ədəbi dil özünün fəaliyyəti və inkişafı prosesində danışıq dili və dialektlərlə, başqa dillərlə daim qarşılıqlı əlaqədə olur. Bu prosesdə həmin normaların sabitliyini təmin etmək üçün müəyyən qanunların tərtibi vacibdir. Bu qanunların məcmusu olan orfoqrafiya yazıda sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir və təsbit edir.
Türk ədəbidilləri bir-birindən elə də ciddi şəkildə fərqlənmir. Həm genetik, tipoloji, həm də qrammatik quruluşları, əsas lüğət tərkiblərinin ümumilikləri onların bir dil ailəsində – türk dilləri ailəsində birləşməsinə səbəb olmuşdur. Məhz bu dil qrupunun, demək olar ki, hamısı bir-birini elə bu ümumiliyə görə rahat şəkildə başa düşə bilirlər.
Başqa sözlə desək, türk ədəbi dillərinin fonetik, leksik və qrammatik quruluşu haqqında danışılarkən VI əsrdən sonrakı yazılı abidələrə əsaslanılır, onların qədim quruluşu haqqında fərziyyə yolu ilə fikir söylənilir. Bundan əlavə, türk dillərinin quruluşunun sabitliyindən çıxış edərək müasir türk ədəbi dillərinin materiallarını ümumiləşdirmə yolu ilə də fikir söyləmək elmi cəhətdən özünü doğruldur.
Türk ədəbi dillərinin qrammatik quruluşu çox uzun və zəngin bir inkişaf yolu keçmiş, zaman keçdikcə təkmilləşmiş, cilalanmış, həm qohum və həm də qeyri-qohum dillərin qarşılıqlı əlaqə və təsiri altında formalaşmışdır. Müasir türk dillərinin fonetik sistemində ümumi cəhətlərlə yanaşı, çoxlu fərdi xüsusiyyətlərin varlığı məhz bu tarixi inkişafın qanunauyğunluqlarının məhsuludur. Azərbaycan, Türkiyə türkcəsi, türkmən, qazax, qırğız və özbək ədəbi dillərində bu proses nəticəsində yaranmış spesifik imla qaydaları “Türk dillərinin oğuz, qıpçaq, qarluq qrupu dillərinin ümumi imla qanunauyğunluqları” adlı yarımfəsillərində geniş şəkildə təhlil edilmişdir.
Kitabın türk xalqları arasında ortaq ünsiyyət dili problemi adlanan üçüncü fəslində türk xalqları üçün ortaq ünsiyyət dilinin zəruriliyi və ortaq ünsiyyət dilinin yaradılmasında mövcud problemlər və onların aradan qaldırılması yollarından geniş şəkildə danışılır. XX əsrin əvvəllərində istər Azərbaycanda, istərsə də digər türkdilli bölgələrdə milli dirçəliş, milli oyanış dövrü olduğuna görə türk xalqlarının birliyi ideyası da həmin dövrdə aktuallaşdı. Türk xalqlarının birliyi ideyasında əhəmiyyətli məsələlərdən biri də ortaq ünsiyyət dili məsələsi idi.
XX əsrin əvvəllərində ortaq türk dili və ortaq türk əlifbası ideyalarının təbliğ olunması ilk növbədə bu dövrdə türkçülük hərəkatının böyük vüsət alması ilə bağlı idi. Həm Türkiyədə, həm də digər türk xalqları arasında milliyyətçi qüvvələr türkçülüyü böyük bir hərəkata çevirdilər. XX əsrin 90-cı illərində türkdilli xalqların ictimai-siyasi həyatında baş verən çox böyük tarixi dəyişikliklər, bütövlükdə türk dünyasının daha da yaxınlaşması və milli təməllər uğrunda birləşməsi yeni-yeni problemlərin meydana çıxmasına səbəb olmuşdur. 70 illik fasilədən sonra müstəqillik dövründə ortaq türkçülük ideyalarının davamçıları bu hərəkatı daha da genişləndirərək əməli fəaliyyətə başladılar.
Hazırda türkoloji dilçiliyi ayrı-ayrı türk dillərinə dair məsələlərlə yanaşı, bütün türkdilli xalqların vahid ünsiyyəti üçün ümumi olan problemlər daha çox maraqlandırır. Bunlardan biri də türklər arasında ortaq ünsiyyət dilinin yaradılmasıdır.
XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Qafqaz bölgəsində əslən Krım tatarı olan İsmayıl bəy Qaspıralı və onun nəşr etdirdiyi “Tərcüman” qəzeti ortaq türk ədəbi dili ideyasının yayılmasında müstəsna tarixi rol oynamışdır. Ümumiyyətlə, ortaq ədəbi dil hər zaman bir mübahisə mövzusu olmuşdur. Bu ideyaya qarşı çıxanlarla yanaşı, onu dəstəkləyənlər də olmuşdur. Sözügedən məsələ keçən əsrdə repressiyanın başladığı 30-cu illərə qədər davam etdirilmişdir.
Qohum xalqlar üçün ortaq ünsiyyət dili yaratmaq onların siyasi-ictimai həyatında xüsusi əhəmiyyət kəsb edir. Ortaq ədəbi dil elmi, mədəni, iqtisadi və siyasi əlaqələrin yaranıb genişlənməsində əvəzsiz vasitədir. Başqa xalqlar kimi, türk dünyasını təmsil edən hər bir xalqın da tarixən öz doğma, zəngin ədəbi dili yaranıb formalaşmışdır. Bu çoxsaylı türk ədəbi dilləri, təbii olaraq, bir-birindən az-çox dərəcədə fərqlənir. Həmin fərqlər dillərin bütün komponentlərində xüsusilə də lüğət tərkibini təşkil edən dil vahidlərində özünü daha qabarıq şəkildə göstərir. Yaşadığımız dövrdə türk xalqları üçün ortaq türk ədəbi dilinin yaradılmasına böyük ehtiyac duyulur. Ortaq dil yaratmaq artıq zamanın tələbidir, və bu sahədə ciddi addımların atılmasının vaxtı artıq yetişmişdir.
Bütün bunları nəzərə alaraq hesab edirik ki, Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” adlı tədqiqat əsəri türkologiya elminin aktual problemlərinin araşdırlması və öyrənilməsi baxımından çox əhəmiyyətli və faydalı bir qaynaqdır. Biz inanırıq ki bu qaynaq bundan sonrakı araşdırmalara da təkan verəcəkdir. Bütövlükdə “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” kitabını türkologiya elmi üçün dəyərli töhfə hesab edirik.
Ahmet Bican ERCİLASUN
Türkiyə Qazi Universiteti, professor
Buludxan XƏLİLOV
Azərbaycan Dövlət Pedoqoji Universiteti, professor
Rusiyadan Türkiyə açıqlaması: Çox çətin işdir!
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Aydındır ki, bu, çox çətin iş, olduqca çətin layihədir. Bu layihədə müəyyən gecikmələr, texniki və ya digər müxtəlif problemlər olacaq. Türk tərəfdaşlarımızla bu sahədə işimizi və əməkdaşlığımızı davam etdirəcəyik”, – Peskov bildirib.
2023.03.20 / 17:56
Samir Soltanov
Digər xəbərlər
Comments are closed, but trackbacks and pingbacks are open.