Pənah xəlilov türk xalqlarının ədəbiyyatı
Yubilyarın həyat və elmi yaradıcılığına həsr olunmuş film nümayişindən sonra filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyevin “Böyük alimin şərəfli həyat yolu” adlı məruzəsi dinlənilib.
Pənah Xəlilov
Pənah İmran oğlu Xəlilov ( 1 iyul 1925 , Sadaxlı , Gürcüstan Sovet Sosialist Respublikası [d] – 16 avqust 2019 , Bakı ) — ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), professor (1971).
Mündəricat
Pənah Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənddə almışdır. 1934-cü ildə ailəlikcə Gəncəyə köçdüklərindən M.Ə.Sabir adına 5 saylı şəhər orta məktəbində oxumuş, ADU-nun filologiya fakültəsini bitirib (1943-1948), orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) olmuşdur. 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlamışdır. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olmuşdur. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşmışdır. “Azərbaycan sovet ədəbiyyatı tarixi” (üç cilddə) və “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri” (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilmişdir.
16 avqust 2019-cu ildə vəfat etmişdir. [1]
- Sovet ədəbiyyatının son nailiyyətləri. Bakı: Azərtədrisnəşr, 1964, 156 səh.
- Azərbaycan sovet ədəbiyyatı. Bakı: Maarif, 1966, 436 səh. (şərikli)
- SSRİ xalqları ədəbiyyatı (iki cilddə). I c. Bakı: Maarif, 1966, 409 səh.
- SSRİ xalqları ədəbiyyatı (iki cilddə). II c. Bakı: Maarif, 1968, 401 səh.
- Sovet ədəbiyyatı (dərsliyə əlavə). Bakı: Maarif, 1970, 139 səh. (şərikli)
- Dostluğun gücü. Bakı: Gənclik, 1972, 34 səh.(şərikli)
- Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1972, 280 səh. (şərikli)
- SSRİ xalqları ədəbiyyatı (iki cilddə, ikinci nəşri). I c. Bakı: Maarif, 1975, 416 səh.
- SSRİ xalqları ədəbiyyatı (iki cilddə, ikinci nəşri). II c. Bakı: Maarif, 1977, 360 səh.
- Nəsrimizin üfüqləri. Bakı: Yazıçı, 1982, 182 səh.
- Ədəbiyyat. Bakı: Maarif, 1983, 232 səh.(müştərək, bu (X sinif üçün) dərsliyin yenidən işlənmiş və təkmilləşdirilmiş 12-ci nəşridir).
- Sovet ədəbiyyatı. Bakı: Maarif, 1985, 232 səh.
- Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1988, 279 səh. (şərikli)
- “Kitabi-Dədə Qorqud” – intibah abidəsi. Bakı: Gənclik, 1993, 172 səh.
- Türk xalqlarının və Şərqi slavyanların ədəbiyyatı. Bakı: Maarif, 1994, 429 səh.
- “Kitabi-Dədə Qorqud” – intibah abidəsi (II nəşri). Bakı: Universitet nəşri, 2001, 241 səh.
- Ukraynanın böyük kobzarı. Bakı: Azərnəşr, 1964, 45 səh.
- Ədəbiyyat dərslərində milli məfkurə təbliğinin imkan və üsulları (elmi-metodik vəsait). Bakı: Maarif, 1977, 30 səh.
- Əhməd Yəsəvi. Bakı: Azərnəşr, 1998, 43 səh.
- Əli və Nino problemləri. Bakı: Nurlan, 1999, 32 səh.
- “Kitabi-Dədə Qorqud”. Bakı: Elm, 1999, 166 səh.
- Nizami Gəncəvi və SSRİ xalqları ədəbiyyatı (məqalələr toplusu). Bakı: ADU nəşri, 1986, 75 səh.
Tərcümələri Redaktə
- Üç qardaş. Bakı: Gənclik, 1972, 4 səh.
- Ağıllı qız. Bakı: Gənclik, 1972, 5 səh.
- Bir uşaq şəhəri necə xilas elədi. Bakı: Gənclik, 1972, 5 səh.
- Qızıl alma. Bakı: Gənclik, 1972, 6 səh.
- Dombra nə dedi? Bakı: Gənclik, 1972, 5 səh.
- Yarı qulağın nağılı. Bakı: Gənclik, 1972, 5 səh.
- Kəndlilər ağanı təbrik etdilər. Bakı: Gənclik, 1972, 6 səh.
- Çöl qazları. Bakı: Gənclik, 1972, 6 səh.
- Sehirli dəyirman. Bakı: Gənclik, 1972, 5 səh.
- Beş kökə. Bakı: Gənclik, 1982, 12 səh.
- Ərik çəyirdəyi. Bakı: Gənclik, 1982, 5 səh.
- İki Peters. Bakı: Gənclik, 1982, 13 səh.
- Kəndli və tamahkar pan. Bakı: Gənclik, 1982, 12 səh.
- Dabbağ Kiril. Bakı: Gənclik, 1983, 11 səh.
- Mikel de Servantes. Lamançlı Don Kixot (Dünya uşaq ədəbiyyatı kitabxanası, 50 cilddə) IV c. I kitab. Bakı: Gənclik, 1983, 518 səh.
- Mikel de Servantes. Lamançlı Don Kixot (II kitab). Bakı: Gənclik, 1985, 567 səh.
- Herodot. Tarix (I hissə). Bakı: Azərnəşr, 1986, 326 səh.
- Herodot. Tarix (9 kitabda). Bakı: Azərnəşr, 1994, 640 səh.
İstinadlar Redaktə
- ↑Kulis.” ” Don Kixot”un tərcüməçisi vəfat etdi” (az.) . Kulis. 17.08.2019. 2022-01-21 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2019-08-17 .
Pənah xəlilov türk xalqlarının ədəbiyyatı
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Türk xalqları ədəbiyyatı
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Professor Pənah Xəlilovun 90 illik yubileyi
Dekabrın 18-də Bakı Dövlət Universitetində
görkəmli ədəbiyyatşünas, tənqidçi və tərcüməçi, filologiya elmləri doktoru,
professor Pənah Xəlilovun 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, Pənah Xəlilov 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib və 70 ildir taleyini həmişəlik bu ali məktəblə bağlayıb. Rektorun sözlərindən məlum olub ki, Pənah Xəlilov elmi şuranın qərarı ilə universitetdə saxlanıb, aspiranturada təhsil alıb, 1951-ci ildə filologiya elmləri namizədi, 1969-cu ildə isə filologiya elmləri doktoru elmi adına layiq görülüb. Akademik həmçinin bildirib ki, Pənah Xəlilovun Bakı Dövlət Universiteti qarşısında, dolayısı ilə Azərbaycan elmi, ədəbiyyatı və xalqı qarşısında müstəsna xidmətləri var. O,1973-cü ildə BDU-nun filologiya fakültəsində açılan “SSRİ xalqları ədəbiyyatı” kafedrasının ilk müdiri seçilib. Sonralar adı “Türk xalqları ədəbiyyatı” kafedrasına dəyişdirilən bu kafedra üçün Pənah müəllim güclü potensiala malik alimlər seçib, bir qismini isə şəxsən özü yetişdirib. Onun rəhbərliyi altında 20 nəfərə yaxın elmlər namizədi, 5 elmlər doktoru dissertasiya müdafiə edib. Pənah Xəlilovun ölkənin ümumtəhsil məktəbləri üçün bir sıra proqram və dərsliklərin hazırlanmasında yaxından iştirak etdiyini diqqətə çatdıran rektor, onun akademik Məmməd Arif Dadaşzadə ilə birlikdə yazdığı “Ədəbiyyat” dərsliyi, professor Mir Cəlal Paşayevlə birlikdə qələmə aldığı “Ədəbiyyatşünaslığın əsasları” kitabı müxtəlif dövrlərdə dəfələrlə nəşr olunub. Pənah Xəlilovun ölkəmiz və elmimiz qarşısındakı mühüm xidmətlərinin dövlət tərəfindən layiqincə qiymətləndirildiyini deyən rektor onun “Əməkdar müəllim” adına layiq görüldüyünü, həm də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olduğunu diqqətə çatdırıb.
Rektor çıxışının sonunda Pənah Xəlilovu “Gənc nəslin yetişdirilməsində göstərdiyi xüsusi xidmətlərinə, elmin, təhsilin inkiafındakı böyük roluna və anadan olmasının 90 illik yubileyi münasibətilə” Fəxri fərmanla təltif edib.
Eyni zamanda alimə təhsil sahəsində göstərdiyi xidmətlərə görə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı” və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayevanın təbrik ünvanı təqdim edilib.
Yubilyarın həyat və elmi yaradıcılığına həsr olunmuş film nümayişindən sonra filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyevin “Böyük alimin şərəfli həyat yolu” adlı məruzəsi dinlənilib.
Tədbirdə AMEA-nın müxbir üzvü Təhsin Mütəllibov, professorlar – Abuzər Xələfov, Tofiq Hüseynoğlu, Ramiz Əsgər, Əməkdar jurnalist İlyas Adıgözəlov, eləcə də Türk xalqları ədəbiyyatı kafedrasının professor-müəllim heyəti çıxış ediblər.
Mətbuat və informasiya şöbəsi,
18 dekabr 2015-ci il.
Comments are closed, but trackbacks and pingbacks are open.