Почтовый ящик
Дело было так. Новрузали быстро дошёл до почты, но долго не решался бросить письмо в ящик — боялся рассердить хана. Стоя возле почты, крестьянин видел людей, которые подходили к ящику, спокойно бросали в него письма и уходили. Наконец, он сделал то же самое, повернулся, чтобы уйти, но в этот момент к ящику подошёл какой-то русский, достал все письма и хотел зайти в здание почты.
Cəlil Məmmədquluzadə
“Poçt qutusu” – M.-nin ilk mətbu hekayəsidir. 1903 ildə qələmə almışdır. Əsəri Məhəmməd ağa Şahtaxtlı “Şərqi-Rus” qəzetinin 1904 il 16 və 18 yanvar tarixli saylarında dərc etmişdir. Hələ o vaxt müəllifinə diqqət oyadan bu hekayə həm də milli realizmin tarixində mərhələvi rol oynamış, milli nəsrin intişarına böyük təsir göstərmişdir. Sonralar çağdaş Azərb. nasirlərini nəzərdə tutaraq yazıçı Mir Cəlal obrazlı şəkildə: “Biz “Poçt qutusu”ndan çıxmışıq” deyır.
“Poçt qutusu” hekayəsi ilə M. nəinki nəsrin inkişafında, bütünlükdə milli ədəbiyyatın tarixində yeni dövrü açan yolun başlanğıcını qoyur; Əli Nazimin sözləri ilə desək, “O zamana qədər yüksək, mümtaz siniflərin zövqünə xidmət edən müqəddəs ədəbiyyat kəbəsinə” ilk dəfə və birdəfəlik olaraq milli cəmiyyətin aşağı qatlarını, zümrələrini, insanlarını gətirir. Novruzəlilər birbaşa bədii ədəbiyyatın tədqiq predmetinə çevrilir, mətbu haqlarında söhbət gedir. Hekayədə Mirzə Cəlil başlıca olaraq milli cəmiyyətin zəminini təşkil edən bəy-xan və kəndli münasibətlərinin anatomiyasına varmağa çalışır. Ən kiçik təfərrüatlardan tutmuş süjet həllinə qədər hər yerdə Vəli xanın teleqraflı, məktublu, səfərli dünyası Novruzəlinin ulaqlı, iş-güclü, gün-güzəranlı dünyasına tuş gəlir, bir-birini tamamlayır. Vəli xan üçün əyləncə, nağıl, “qah-qah” olan məktub əhvalatı Novruzəlinin həyat mündəricəsi, qəziyyəsi, faciəsidir. “Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi?” – deyən itqapanlı Novruzəli Vəli xanın məktubunu yola salarkən bilməzlikdən dövlət məmuru ilə savaşa girib, üç ay dustaq yatır, həmin üç ay ərzində İrəvanda olan Vəli xan isə bunu eşidib, yalnız “bir qədər fikir” eləməklə kifayətlənir.
Hekayə M. üslubunun səciyyəvi cəhətlərini, nəsrinin poetikasını kamil şəkildə əks etdirir. Qeyri-xətti süjet, metaforik deyim və qurum bu nəsr üçün daha səciyyəvidir. Burada poetik yığcamlıq, az sözlə çox fikir söyləmək, eyham, işarə sistemi polifonik strukturun ozü tərəfindən diktə olunur. Süjetin xətti hissəsində – xanın gedib Novruzəlini zamina götürməsinə qədər olan hissədə Vəli xan və Novruzəli haqqında artıq bütün nominal informasiya vardır. Elə ki, Novruzəli başına gələnləri danışır və Vəli xan onu ləzzətlə dinləyir – bundan o yana daim ümumiləşmə gedir. Novruzəli və xan dünyasının sosial mahiyyəti dərinlərə qədər açılır, obrazlar haqqında məlumat mədəni, psixoloji, sosial-tarixi, mənəvi baxımdan zənginləşir. Müəllif ideyasının daha bir daşıyıcısı – ciddi, satirik və yumorlu intonasiya isə bütün mətnə yayılaraq, vurğuları yerinə qoyur.
“P.q.” milli nəsrin klassik nümunəsi kimi M. əsərlərinin nəşrlərinin hamısına salınmış, xarici dillərə tərcümə olunmuş, orta məktəblərdə tədris olunur. Hekayə əsasında “Azərbaycantelefilm” kinostudiyasında qısametrajlı film çəkilmişdir.
Почтовый ящик
Очень кратко : Хан попросил невежественного крестьянина бросить его письмо в почтовый ящик. Крестьянин не знал, что такое почта, увидел, как чиновник достаёт из ящика письма, побил его и получил три месяца тюрьмы.
Жена хана Велихана долго болела. Наконец, поздней осенью, осмотрев женщину в последний раз, врач сказал, что её здоровье окрепло. У хана были дела в Эривани, к тому же он хотел увезти жену в более тёплый климат. Он написал своему другу письмо с просьбой подготовить квартиру к их приезду.
Слугу хан отправил с другим поручением, и отнести письмо на почту было некому. Во дворе хан увидел крестьянина Новрузали, который частенько привозил ему продукты. В этот раз он тоже приехал на тяжело нагруженном ослике.
Хан спросил Новрузали, может ли он отнести его письмо на почту. Оказалось, что невежественный крестьянин не знает, что такое почта и почтовый ящик. Хан объяснил, что почта — это здание напротив управления начальника, на её стене висит ящик с маленькой длинной крышкой. Новрузали надо добежать до почты, поднять крышку почтового ящика, опустить туда письмо и быстро вернуться.
Новрузали хотел сначала разгрузить и покормить ослика, но хан велел ему бежать к почте немедленно и никому не отдавать письма.
— Что я, ребёнок, что ли, — ответил на ходу Новрузали, — за кого ты меня принимаешь? Сам начальник не отнимет у меня письма! — и скрылся за углом.
Прошло несколько часов, а Новрузали всё не возвращался. Хан отправил к почте слугу, но тот крестьянина не нашёл. Хан подумал, что с Новрузали случилась какая-то беда. В этот момент во двор вошёл полицейский и попросил хана пойти к приставу и поручиться за крестьянина, иначе того отправят в тюрьму.
Ошеломлённый хан поспешил в управление, узнал, за что арестовали Новрузали, привёл его к себе домой и заставил всем рассказать, почему он чуть не попал в тюрьму.
Дело было так. Новрузали быстро дошёл до почты, но долго не решался бросить письмо в ящик — боялся рассердить хана. Стоя возле почты, крестьянин видел людей, которые подходили к ящику, спокойно бросали в него письма и уходили. Наконец, он сделал то же самое, повернулся, чтобы уйти, но в этот момент к ящику подошёл какой-то русский, достал все письма и хотел зайти в здание почты.
Новрузали решил, что этот негодяй хочет украсть письмо его хана, бросился на него «и так грохнул о землю, что у него кровь изо рта пошла». Из канцелярии начальника выбежали люди, избили Новрузали и утащили в тюрьму. Оказалось, что этот русский негодяй был почтовым чиновником, который достал из ящика письма, чтобы отправить их дальше.
Хан долго смеялся. Уже стемнело, когда он отпустил голодного и усталого Новрузали домой. Крестьянин горячо благодарил хана за то, что тот спас его от тюрьмы.
Через три дня хан получил ответную телеграмму от друга и уехал в Эривань. Полтора месяца спустя Новрузали вызвали в суд и дали три месяца тюрьмы «за оскорбление государственного чиновника при исполнении служебных обязанностей». Виноватым себя крестьянин не признал. Ещё через месяц хан узнал об этом и «немного призадумался».
Пересказала Юлия Песковая. Нашли ошибку? Пожалуйста, отредактируйте этот пересказ в Народном Брифли.
Что скажете о пересказе?
Что было непонятно? Нашли ошибку в тексте? Есть идеи, как лучше пересказать эту книгу? Пожалуйста, пишите. Сделаем пересказы более понятными, грамотными и интересными.
Poçt qutusu hekayəsi
Mirzə Cəlilin “Poçt qutusu”na nəzəri baxış
Dünya ədəbiyyatında yeni ədəbi hadisə daha çox kollektiv şəkildə meydana gəlirsə (ədəbi cərəyanlar formasında), Azərbaycan ədəbiyyatında bu, fərdlər şəklində baş vermişdir. Azərbaycan tənqidi ədəbi hadisə kimi klassik ədəbiyyatda Nizami “Xəmsə”sini, Nəsiminin fəlsəfi şeirlərini, Füzulinin “Leyli və Məcnun”unu və s. qiymətləndirir. XIX əsr ədəbiyyatında M.F.Axundzadənin yaradıcılığında yeni janrların, fərqli yaradıcılıq formalarının meydana gəlməsindən sonra ədəbi hadisə kimi dəyərləndirilə biləcək əsərlər Cəlil Məmmədquluzadə yaradıcılığında qarşımıza çıxır.
Ədibin ilk qələm təcrübələrindən olan “Çay dəstgahı” mənzum dram sahəsində, “Ölülər”, “Anamın kitabı” tragikomediya sahəsində, “Molla Nəsrəddin”də çıxan məqalələr publisistika sahəsində yeni ədəbi hadisələrdir. Sadalananlara əlavə “Poçt qutusu” hekayəsini də qeyd etmək lazımdır. Cəlil Məmmədquluzadə nəsri üçün xarakterik olan “adi” insanların həyatının ədəbiyyata gətirilməsi ilk dəfə “Poçt qutusu” ilə başlayır.
Bu kiçik hekayə “kiçik” adamın hekayəsidir, amma təkcə Azərbaycan ədəbiyyatının yox, dünya ədəbiyyatının da bu janrda ən yaxşı nümunələrindəndir. “Poçt qutusu” təkcə həcminə, surətlərinə, hadisələrin baş verdiyi zamana görə hekayə prinsiplərinə uysa da, ictimai məsələlərin təsviri baxımından daha da böyükdür. Akademik İ.Həbibbəyli “Poçt qutusu”nu məhz belə qiymətləndirir: � “Poçt qutusu” hekayəsi Cəlil Məmmədquluzadənin kiçik bir hekayənin hüdudları daxilində az qala roman mövzusu ola biləcək böyük ictimai mətləbləri ifadə etmək imkanlarının əyani göstəricisidir. Divanxananı yaxşı tanımağa məcbur edildiyi halda, poçt qutusunun, poçtxananın mahiyyətini bilməyən Novruzəlinin qəribə, zavallı taleyinin təqdimi əsasında ədib Azərbaycan kəndlisinin, mənsub olduğu xalqın böyük müdafiəçisi olduğunu nəzərə çarpdırmışdır” (İsa Həbibbəyli. Ədəbi şəxsiyyət və zaman. (Əsərləri, 10 cilddə, II cild). Bakı, “Elm və təhsil”, 2017, 1068 səh. S. 145).
Filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirova hekayəni fərqli şəkildə tərif edir: “Adətən “romandan qoparılmış səhifə” adlandırılan hekayə həyatımızın mərkəzində olan, dövrümüzün, cəmiyyətimizin rənglərini bütün çalarları ilə əks etdirən, insani halların ən kiçik məqamlarını üzə çıxarmaq qüdrətinə sahib bir janrdır” (Nərmin Cahangirova, “Ədəbiyyat qəzeti”, 20.08.2017). Yerində və doğru təsbitdir. Hekayə ən xırda detallara qədər vara bilən, insanı fiziki cizgilərindən çox, mənəvi cizgiləri ilə təsvir etmək gücünə malikdir.
Hekayənin digər nəsr janrlarından fərqli xüsusiyyətləri odur ki, burada süjet vahiddir, hekayədə hadisələrin təsviri daha qısa zaman kəsimini əhatə edir, həm də roman və ya povestdə rastlaşdığımız qədər obraz bu janrda gözə dəyir. Mərkəzi obraz( lar)la yanaşı, bir neçə köməkçi surətlər hesabına hadisələr təsvir olunur. Bu xüsusiyyətlərinə görə hekayə oxucusunu daha tez tapır.
Mirzə Cəlilin süjeti hansısa ədəbi faktın təkrarı və ya dükonstruksiyası deyil. “Poçt qutusu” həyatın özüdür. XX əsrin əvvəllərində Azərbaycan kəndlisinin durumu, acınacaqlı vəziyyəti burada əks olunmuşdur. Kiçik adam – Novruzəli yaxşı insan ikən pis adam kimi, yaxşılıq etmək istəyərkən pislik etmək istəyirmiş kimi görünür. Xanın, “naçalnikin”, poçt işçisinin gözündə alçaldıqca alçalır. Amma bu günah Novruzəlinin günahı deyil, bu günah cəhalətə və geriliyə, elmsizliyə və savadsızlığa sürüklənmiş bütöv bir xalqın günahıdır. Və bu günahın cəzasını da çəkən təkcə Novruzəli yox, bütün xalq olmuşdur.
Əli Nazim XX əsrə qədərki ədəbiyyatı “yüksək, mümtaz siniflərin zövqünə xidmət edən müqəddəs” bir nəsnə adlandırır, bu müqəddəsliyə ən sarsıdıcı zərbə “Poçt qutusu”ndan gəlir və obrazlı düşünsək, belə qənaətə gələrik ki, Novruzəlinin məktubları aparan rus işçiyə vurduğu yumruqlar ədəbiyyatı bütləşdirənlərə, onu əlçatmaz edənlərə endirilən zərbədir.
“Poçt qutusu” ədəbiyyata ilk dəfə və birdəfəlik olaraq milli cəmiyyətin aşağı qatlarını, zümrələrini, insanlarını gətirir. Novruzəlilər birbaşa bədii ədəbiyyatın tədqiq predmetinə çevrilir, mətbu haqlarında söhbət gedir. Hekayədə Mirzə Cəlil başlıca olaraq milli cəmiyyətin zəminini təşkil edən bəy-xan və kəndli münasibətlərinin anatomiyasına varmağa çalışır. Ən kiçik təfərrüatlardan tutmuş süjet həllinə qədər hər yerdə Vəli xanın teleqraflı, məktublu, səfərli dünyası Novruzəlinin ulaqlı, iş-güclü, gün-güzəranlı dünyasına tuş gəlir, bir-birini tamamlayır. Vəli xan üçün əyləncə, nağıl, “qah-qah” olan məktub əhvalatı Novruzəlinin həyat mündəricəsi, qəziyyəsi, faciəsidir.
Əsərin baş qəhrəmanı olan Novruzəli avam, amma təmiz və safqəlbli xeyirxah bir kəndlidir. Bundan əlavə, o, savadı olmayan, xanın qulluğunda çalışan � ( bu çalışma təkcə muzdla iş deyil, can-başla, bütün varlığı ilə fəaliyyətdir) bir insandır. Novruzəli xanın ona verdiyi məktubu alandan sonra ağasının “poçtxanaya getməlisən” sözü qarşısında donub qalır. Çünki Novruzəli poçtxananı tanımır. Amma buna baxmayaraq, xana sadiqdir. Məhz buna görə də məktubu götürüb birbaş poçtxanaya gedir. Qutuya məktubu salandan sonra nə edəcəyini bilmir və orda daşın üstündə oturub gözləyir. Bir-iki nəfər gəlib, məktublarını Novruzəlinin yanında dayandığı qutuya atıb gedirlər. Sonra bir rus gəlir və poçt qutusunu boşaldıb getmək istəyəndə Novruzəli xanın məktubunu oğurladığını zənn edərək onu əzişdirir. Novruzəlinin qolundan tutub həbsxanaya salırlar və xanın bütün cəhdlərinə baxmayaraq, ona adam döydüyünə görə üç ay iş kəsirlər.
Yazıçı Novruzəlinin avamlığını onun savadsızlığında görür və onun simasında Azərbaycandakı cəhaləti ifşa edir. Ancaq Novruzəlinin savadsızlığından daha ağır məqam var. O öz savadsızlığının heç fərqində belə deyil. Onun üçün ağasına sadiq olmaq, onun bir sözünü iki etməmək əsasdır. Ona görə də, Novruzəli başına gələn hadisənin mahiyyətini anlamaqdan uzaqdır.
Cəlil Məmmədquluzadə bu hekayəsi ilə Novruzəlinin timsalında yüzlərlə, minlərlə novruzəliləri tənqid edir, onların savadsızlıqlarını acı gülüş hədəfinə çevirir. Öz dövründə Azərbaycan və müsəlman aləmində savadsızlığın belə vüsət alması yazıçını düşündürür və sonrakı əsərlərində də o, dönə-dönə bu problemə qayıdır.
C.Məmmədquluzadənin bu əsərində tənqid hədəfi kimdir? Novruzəli, yoxsa xan? Yuxarıda qeyd etdik ki, müəllif geniş mənada xalqı savadsızlığa və geriliyə çəkənləri günahlandırır. Bəs dar mənada isə əsərin konkret obrazları arasında axtaracağımız bir satira hədəfi kimdir?
“Poçt qutusu”ndakı Novruzəlinin adi poçt qutusuna nabələdliyi bir xalqın gerilik və savadsızlığının ümumiləşdirilmiş faktı kimi maraqlıdır. Lakin bu kiçik hekayə həm də azərbaycanlının pis mənada şükranlıq, öz hüquqları uğrunda mübarizə barədə düşünməkdən belə çəkinmək faktını da ifadə edir: Novruzəli onun savadsızlığına bais olan, onu mütiliyə alışdıran xanda heç bir günah görmür, əksinə, əsərin sonunadək ona layiq olmadığını dilə gətirərək səmimi bir ehtiram göstərir. Yazıçı, əslində, novruzəlilərin sivil bir xalq kimi formalaşmasına mane olan xanı – bu kontekstdə ziyalını – daha çox satira atəşinə tutur. (Allahverdi Məmmədli, filologiya elmləri namizədi, “525-ci qəzet” .- 2010.- 28 aprel.- S.7.)
Hekayəni nəzərdən keçirdikdə ədibin Novruzəlinin saflığını hər şeydən yüksək tutduğunu görürük. Müəllif poçt qutusunun nə olduğunu bilməyən bu avam kəndliyə deyil, onun əməyinin məhsulunu mənimsəyən, amma güzəranının qayğısına qalmayan xana qəzəblənir. (Səadət Vahabova. Cəlil Məmmədquluzadə nəsrinin poetikası. Bakı, 2013, 164 səh. 84).
Bu hekayə Cəlil Məmmədquluzadə yaradıcılığı üçün xarakterik olan üslubun əsas cəhətlərini, müəllifin nəsr poetikasının üslubi çalarlarını kamil bir formada əks etdirir. “Poçt qutusu”nda qeyri-xətti süjet və metaforik deyim və hadisə təsviri səciyyəvidir. Dahi Nizaminin “Sözündə çoxluğa qoyma yer olsun, // Birin yüz olmasın, yüzün bir olsun” əmrinə uyan Mirzə Cəlil az sözlə çox fikir söyləmək ustalığını nümayiş etdirir, eyham, işarə sistemini işə salır. Əsərin süjeti çılpaq oxucu gözü ilə baxıldıqda belə, iki hissəyə ayrılır: xətti və ümumiləşdirmə.
Süjetin xətti hissəsi əsərin əvvəlindən – xanın məktubu oxuması, Novruzəlinin sovqat gətirməsi ilə başlayır və Novruzəlinin dalaşıb həbs olunması, xanın gəlib onu həbsdən çıxarmasına qədər davam edir. Bu hissədə obrazlarla bağlı bütün məlumatlar əlimizdə olur. Obrazlar haqqında fikir söyləmək mümkündür.
“Poçt qutusu” janr olaraq novator olduğu üçün tədqiqatlara da geniş cəlb olunmuşdur. Amma əsərlə bağlı yazılanları oxuduqca diqqətçəkən əsas məqamlardan biri bu oldu ki, ayrı-ayrı tənqidçilər “Poçt qutusu” əsərinin mahiyyəti üzərində dayanmış və bu suallara cavab axtarmışlar. “Poçt qutusu” oxucunu güldürürmü və ümumiyyətlə, bu əsər oxucunu güldürmək üçünmü yazılıb?
Suala 1942-ci ildə “Ədəbiyyat qəzeti”ndə Mehdi Hüseyn cavab verir: “Poçt qutusu” hekayəsini diqqətlə nəzərdən keçirən hər kəs bu nəticəyə gələcəkdir ki, Molla Nəsrəddin maraqlı bir sərgüzəşti yazıb, oxucunu güldürmək istəmişdir. (Mehdi Hüseyn. Dahi sənətkar. “Ədəbiyyat qəzeti”, Bakı, 1942, 10 yanvar).
Bizim qənaətimiz isə tamamilə fərqlidir. Mirzə Cəlil tragikomediya kimi təqdim olunan əsərlərində “Ölülər”də, “Anamın kitabı”nda gülüşü əsas seçmədiyi kimi, “Poçt qutusu”nda da gülüşü hədəf götürməmişdir. Düzdür, tənqidçi M.Hüseyn sonra əlavə edir ki, bizim heç birimiz Novruzəliyə sona qədər gülə bilmirik, bunu biz istəsək də, bacarmırıq, çünki Novruzəlinin vəziyyəti yalnız zahirən gülməlidir. Əslində isə ağlamalıdır (Mehdi Hüseyn. Dahi sənətkar. “Ədəbiyyat qəzeti”, Bakı, 1942, 10 yanvar.) Qeyd etdiyimiz kimi, Novruzəlinin avamlığı üzümüzə gülüş qonmasına qətiyyən icazə vermir. Bu hekayə elə əvvəldən sonadək bir xalqın faciəsini ifadə edir, o xalq biz olduqda bu avamlığımıza necə gülə bilərik.
Nəzərə alsaq ki, XX əsrin əvvəllərində Azərbaycan fərdlər şəklində olan Novruzəlilər deyildi, fərdlər Vəli xan kimilər idi. Novruzəli isə toplumun özü idi. Mirzə Cəlilin qəflət yuxusundan ayıltmaq istədiyi xalq Novruzəlinin özü idi.
Novruzəli “tənqidi realizmin proqram tipli qəhrəmanı” na (Yaşar Qarayev. Realizm, sənət və həqiqət. Bakı, “Elm” 1980, səh. 176) çevrilir və özündən sonrakı tənqidi realist ədəbiyyata işıq tutur. Cəlil Məmmədquluzadə kəndli Novruzəli və “Poçt qutusu” əhvalatı ilə mənəvi intibaha, tərpənişə, dəyişməyə ehtiyacı olan insanı və onu əhatə edən cəmiyyəti realistcəsinə təsvir etməyə, göstərməyə müvəffəq olmuşdur. Bu mənada “Poçt qutusu” hekayəsi yeni çağa və yeni insana çağırışın ilk mükəmməl hekayəsidir. (Akademik İsa Həbibbəyli. Ədəbi şəxsiyyət və zaman. (Əsərləri, 10 cilddə, II cild). Bakı, “Elm və təhsil”, 2017, 1068 səh. S. 145).
“Poçt qutusu” hekayəsi janr olaraq ilk olmasa da, mövzu və qaldırdığı problem səviyyəsində ilkdir. İsmayıl bəy Qutqaşınlı, Abbasqulu ağa Bakıxanovla yola çıxan Azərbaycan hekayəsi Cəlil Məmmədquluzadə yaradıcılığı ilə özünün ən yüksək zirvəsinə çatmışdır. Yazılmasından bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, “Poçt qutusu” öz təzəliyini və təravətini heç vaxt itirməyəcək, harda bir cahillik görünsə, avamlıq, bielmlikdən doğan bəla yaransa, � Mirzə Cəlil və onun “Poçt qutusu” da xatırlanacaq.
Elxan Nəcəfov
Ədəbiyyat qəzeti. – 2019.- 3 avqust.- S.30.
Comments are closed, but trackbacks and pingbacks are open.