Tikinti üçün podrat müqaviləsi
Eyni zamanda, faktiki olaraq sərf edilmiş 64.000 manatlıq qum-çınqılın rəsmiləşdirilməyən 50.000 manatlıq hissəsinə görə Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən, həmin məbləğin 10%-i miqdarında, yəni 5.000 manat maliyyə sanksiyası tətbiq edilməsi riski yaranır.
VERGİLƏR
İqtisadi aktivlik və məşğulluğun təmin edilməsi baxımından tikinti sektoru milli iqtisadiyyatın strukturunda və vergi daxilolmalarında mühüm rol oynayır. Tikinti sektoru sahəvi xüsusiyyətlərinə görə tikinti, təmir və quraşdırma, əsas istiqamətlər olaraq isə bina tikintisi, fərdi yaşayış sahələrinin tikintisi, podrat müqavilələr əsasında tikinti işləri olmaqla şərti və qısa təsnif oluna bilər. Tikintidə uçotun aparılmasının özünəməxsus olması bu sektorda vergi nəzarətinin də spesifik olmasını şərtləndirir. Mövzunu “Good Finance” MMC-nin vergi məsləhətçisi Teymur İslamlı şərh edib.
Tikinti fəaliyyəti üzrə vergi auditi zamanı gəlirlərin, xərclərin, vergilərin və icbari ödənişlərin düzgün müəyyən edilməsi bu fəaliyyət növünə aid spesifik ilkin sənədlər (Forma-2, Forma-3, layihə-smeta sənədləri, texniki hesabatlar, silgi aktları və s.) əsasında yoxlanılır.
Tikinti sektorunda vergi auditi ilə bağlı birinci istiqamət olaraq podrat müqavilələri üzrə tikinti işlərinin vergiyə cəlb edilməsinin yoxlanılmasına nəzər salaq. Podrat müqavilələri üzrə aparılan tikinti-quraşdırma işlərinin vergi auditində aşağıdakı məqamlara xüsusi diqqət olunur:
– mal-material məsrəflərinin smeta-layihə sənədlərinə, texniki hesabatlara və normativlərə uyğunluğu;
– gəlirlərin və xərclərin vergitutma baxımından tanınması vaxtının müəyyən edilməsi, o cümlədən Vergi Məcəlləsinin 138-ci maddəsində nəzərdə tutulmuş uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan xərclərin vaxtının müəyən edilməsi;
– vergi ödəyicisinin əsas və tikinti sahələri üzrə yardımçı anbarlarındakı mal-material qalıqlarının uçot sənədləri ilə uyğunluğu;
– subpodrat müqavilələri üzrə faktiki iş həcmlərinin təhvil-qəbul sənədləri ilə uyğunluğu, bu zaman elektron qaimə-fakturaların düzgün tərtib olunması;
– görülmüş işlərin əmək tutumunun, əməkhaqqı məsrəflərinin və əməkhaqqından tutulmaların faktiki iş həcminə uyğunluğu.
Material xərclərinin ayrı-ayrı tikinti işlərində ümumi xərclərdə xüsusi çəkisinin yüksək, yəni 60-70 faiz olması həmin xərclərin ciddi yoxlanılmasını şərtləndirir. Tikinti müəssisələrinin vergi auditi zamanı ən çox rastlaşılan və maliyyə sanksiyası riski yaradan məsələ mal-material silgisi üzrə xərclərin faktiki olaraq smeta və texniki sənədlər üzrə silgilərlə, normativlərlə uyğunluq təşkil etməməsidir. Mal-material ehtiyatları ilə bağlı digər vacib nüans isə həmin ehtiyyatların faktiki olaraq anbarlarda mövcudluğunun yoxlanılmasıdır. Audit zamanı müəssisə tərəfindən smeta və texniki sənədlər tərtib edilməməsi aşkar edildikdə və ya həmin sənədlər yoxlamaya təqdim edilmədikdə, habelə yoxlayıcıda sənədlərin düzgünlüyünə əsaslı şübhələr yarandıqda Vergi Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq ekspertiza təyin edilə, ekspert rəyi əsasında vergilər hesablanıla bilər.
Misal 1: “Usta-1985” MMC tərəfindən tikintisi başa çatdırılmış inzibati bina üzrə silgi aktlarına əsasən, elektron qaimə-faktura əsasında alınmış materiallardan 150.000 manatlıq armatur, 120.000 manatlıq taxta, 14.000 manatlıq qum-çınqıl sərf edilməklə xərcə 284.000 manat salınıb. Səyyar vergi yoxlaması zamanı ekspertiza təyin edilməklə həmin binanın tikintisinə faktiki olaraq 80.000 manatlıq armatur, 45.000 manatlıq taxta və 64.000 manatlıq qum-çınqıl, cəmi 189.000 manatlıq material sərf edilməsi müəyyən edilib. Beləliklə, xərclər müəyyən edilən zaman 70.000 manatlıq armatur, 75.000 manatlıq taxta sərfiyyatı üzrə xərcin şişirdilməsi, qum-çınqıl sərfiyyatı üzrə isə 50.000 manat xərcin az göstərilməsi, ümumilikdə isə xərclərin 95.000 manat artıq göstərilməsi ilə mənfəət vergisinin 19.000 manat azaldılması aşkar edilib. Vergi Məcəlləsinə əsasən, azaldılmış 19.000 manat vergi məbləğinə görə 9500 manat maliyyə sanksiyası riski yaranıb.
Təcrübədə yuxarıdakı misala uyğun analoji hallarda həm də ƏDV-nin azaldılması üzrə Məcəllənin 58.1-ci maddəsi üzrə 50 faiz və xərclərin rəsmiləşdirilməməsinə görə 58.8.3-cü maddə üzrə 10 faiz maliyyə sanksiyası riski yaranır. Belə ki, Vergi Məcəlləsinin 38.5-ci maddəsində nəzərdə tutulmuş inventarizasiya və ya 50.1.13-ci maddəsində nəzərdə tutulmuş operativ vergi nəzarəti zamanı tikintiyə sərf edilmiş kimi sənədləşdirilən 70.000 manatlıq armatur və 75.000 manatlıq taxtanın faktiki olaraq müəssisənin anbarında olmadığı aşkar edilə bilər. Bu zaman Vergi Məcəlləsinin 159.5-ci maddəsində göstərilmiş hallar (konkret olaraq malların əskik gəlməsi) yarandığından müəssisəyə 26.100 manat ƏDV və həmin məbləğin azaldılaraq bəyan edilməsinə görə 50% miqdarında – 13.050 manat maliyyə sanksiyası hesablanıla bilər:
70 000+75 000)x18% = 26 100 manat
26 100 x 50% = 13 050 manat.
Eyni zamanda, faktiki olaraq sərf edilmiş 64.000 manatlıq qum-çınqılın rəsmiləşdirilməyən 50.000 manatlıq hissəsinə görə Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən, həmin məbləğin 10%-i miqdarında, yəni 5.000 manat maliyyə sanksiyası tətbiq edilməsi riski yaranır.
Yuxarıdakı misal üzrə vergi ödəyicisinə ümumilikdə 45.100 manat məbləğində vergilərin azaldılmasına görə 50% miqdarında – yəni 22.500 manat, 50.000 manat məbləğində rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında – yəni 5.000 manat maliyyə sanksiyası hesablanılır.
Gəlir və xərclərin tanınması vaxtına vergi ili ərzində başa çatdırılmayan layihələr üzrə xüsusi diqqət yetirilməlidir.
Misal 2: “Usta-1985” MMC (ad şərtidir) tərəfindən ümumi dəyəri 50.000 manat olan görülmüş işlər 17 dekabr 2020-ci ildə “Forma-2” əsasında təhvil verilmiş, həmin işlərin yerinə yetirilməsi ilə əlaqədar xərclər 40.000 manat olub. Beləliklə də mənfəət 10.000 manat, mənfəət vergisi 2.000 manat təşkil etmişdir.Müəssisə tərəfindən Vergi Məcəlləsinin 71-1.1.3-cü maddəsinin tələbləri pozulmaqla elektron qaimə-faktura 5 gün ərzində təqdim edilməyərək 7 yanvar 2021-ci ildə göndərilmiş, illik mənfəət vergisi bəyannaməsində həmin işlərlə bağlı gəlir və xərclər bəyan edilməmişdir. Vergi yoxlaması zamanı vergi ödəyicisinin 2020-ci ildə bəyan etməli olduğu 2.000 manat vergi məbləği hesablanmaqla Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1000 manat maliyyə sanksiyası tətbiq olunur.
Misal 3: Vergi ödəyicisi tərəfindən 2020-ci ilin dekabr ayında icrasına başlanmış işlər 2021-ci ilin yanvar ayında başa çatırılaraq “Forma-2” bağlanmış və elektron qaimə-faktura göndərilmişdir. Bu halda gəlir 2021-ci ildə tanındığından gəlirin əldə edilməsi ilə bağlı xərclər də həmin ildə əks etdirilməlidir. Aylar üzrə başa çatdırılmış işlərin təhvil-qəbulunun aparılması, buna uyğun olaraq elektron qaimə-faktura tərtib olunması hallarında isə bu kimi “sürüşmə”lər yaranmır.
Vergi Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, işlərin vergi ili ərzində başa çatdırılmadığı müqavilələr uzunmüddətli müqavilələr (6 ay ərzində başa çatdırılmasını nəzərdə tutan müqavilələr istisna olmaqla) hesab olunur. Uzun müddətli müqavilələrlə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğlər vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun olaraq uçota alınır. Müqavilənin yerinə yetirilməsinin faktiki həcmi vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi yolu ilə müəyyənləşdirilir. Bir çox hallarda vergi ödəyiciləri tərəfindən uzunmüddətli müqavilələr üzrə Vergi Məcəlləsinin tələblərinə riayət olunmaması maliyyə sanksiyası ilə nəticələnə bilər.
Misal 4: 2019-cu ilin sentyabr ayında başlanılmış tikinti işləri 2020-ci ilin iyun ayında başa çatdırılmışdır. Müqavilənin ümumi dəyəri 500.000 manat, smeta üzrə xərclər 300.000 manat, 2019-cu ildə faktiki xərcləri 75.000 manat təşkil etmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlir və xərclər bəyan edilməmiş, görülmüş işlər üzrə məbləğlər 2020-ci ilin mənfəət vergisi bəyannaməsində nəzərə alınmışdır. Bu halda səyyar vergi yoxlaması aktında 2019-cu il üzrə xərclərin ümumi xərclərdə xüsusi çəkisi 25% (75.000/300.000×100), həmin xüsusi çəki əsasında 125.000 manat gəlir, 50.000 manat mənfəət və 10.000 manat mənfəət vergisi müəyyən edilərək, vergi məbləğinin azaldılmaqla bəyan edilməsinə görə 5.000 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif ediləcəkdir.
Podrat müqaviləsi üzrə tikinti işlərinin həcminə və tərkibinə uyğun olaraq həmin işlərin bir hissəsinin subpodratçılar tərəfindən icra edilməsi hallarına praktikada çox rast gəlinir. Bu zaman sənədləşdirmənin, yəni təhvil-qəbul sənədlərinin və elektron qaimə-fakturanın düzgün tərtibatı vacibdir.
Misal 5: “Usta-1985” MMC tərəfindən podrat müqaviləsi əsasında inzibati binanın tikintisi aparılmış, həmin binanın havalandırma sisteminin qurulmasını subpodrat müqaviləsi ilə “Kond 09” MMC (ad şərtidir) həyata keçirmişdir. Havalandırma sisteminin qurulması ilə bağlı təhvil-qəbul haqqında arayış (Forma-2) tərtib olunmamış, “Kond 09” MMC tərəfindən 05.05.2020-ci il tarixində təqdim edilmiş elektron qaimə-fakturada 8.000 manatlıq “list dəmir”, 25.000 manatlıq “mühərriklər”, 5.000 manatlıq “məftil”, 6.000 manatlıq “havalandırma sisteminin qurulması” əks olunmuşdur. Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə görə, işlərin görülməsi zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə, həmin mallar və ya xərclər işin ayrılmaz tərkib hissəsi hesab edilir. Digər tərəfdən isə Məcəllənin 71-1.1.3-ci maddəsinə əsasən, işlərin görülməsi tarixindən 5 gün müddətində elektron qaimə-faktura təqdim edilməlidir. Beləliklə, eyni gündə qeyd edilən quraşdırma işlərinin başa çatdırılması mümkün olmadığından və podratçı şirkət tərəfindən 8.000 manatlıq list dəmir, 25.000 manatlıq mühərriklər, 5.000 manatlıq məftil anbara daxil olunaraq silgisi aparılmadığından həmin mallar üzrə əskik gəlmə müəyyən edilməklə əlavə vergi hesablanması və maliyyə sanksiyası tətbiq edilməsi riski yaranır.
Tikinti üçün podrat müqaviləsi
Müqavilədə nəzərdə tutulan təminatını onun istismara verilməsi və Müqavilədə göstərilmiş vaxtda tam layihə gücünə çatdırılması öhdəliklərini yerinə yetirməyi öz üzərlərinə götürürlər.
1.2. ____________________________________________________________ öz gücü və vəsaiti hesabına
o cümlədən, ayrı-ayrı mərhələlər (komplekslər) üzrə __________________________________________
tikintini yerinə yetirir, ___________________________________________________________________
(layihəni təsdiq edən layihə təşkilatının adı)
tərəfindən təsdiq edilmiş, _________________________________________________________________
layihə-smeta sənədlərinə tam uyğun gələn son inşaat məhsulu olan ______________________________ kəmiyyət və keyfiyyətinin texniki xüsusiyyətlərini təmin edirlər.
II. Müqavilə qiyməti
2.3. Müqavilə üzrə işlərin və xidmətlərin ümumi dəyəri ____________________________ min. manat, o cümlədən: layihələşdirmə işləri üçün _______________________________ min.manat, inşaat işləri üçün _______________________ min.manat, işəsalma-sazlama işləri üçün _________________________ min. manat, ayrı-ayrı mərhələlər üzrə _______________________ min.manat, komplekslər üzrə min. manat.
Razılaşdırılmış qiymət ________________________________________________ müqavilə qiymətidir.
III. İşlərin yerinə yetirilməsi müddətləri
3.4. Müqavilə üzrə işlərin başlama vaxtı ______________________________________ qurtarma vaxtı _______________________________________________________ Müqaviləyə əsasən, investisiya proseslərinin mərhələləri üzrə işlərin başlanma və qurtarması, avadanlıq, material və digər təchizatların alınma müddətləri müqaviləyə əlavə edilən qrafikdə göstərilir.
IV. Tərəflərin hüquq və vəzifələri
§ tikinti aparılacaq sahə üçün müvafiq təşkilatlardan icazə alır;
§ tikintini su, qaz, buxar, istilik və elektrik enerjisi ilə təmin etmək üçün ____________________ gec olmayaraq icazə alır;
§ maliyyələşdirmə hesabının açılmasına qədər, Podratçıya özünün ödəmə qabiliyyətini göstərən bank arayışı təqdim edir;
§ podrat müqaviləsi bağlanandan sonra maliyyələşdirməni 15 gündən gec olmayaraq açır və Müqavilə şərtlərinə görə müqavilə qiymətinin _________________ faizi miqdarında beh pulu, görülən işlərin, göstərilən xidmətlərin və göndərilmiş avadanlıq, konstruksiya və materialların haqqını razılaşdırılmış qiymətlə ödəyir;
§ layihələşdirmə və mühəndis axtarış işləri üzrə normativ sənədlərə uyğun, layihə tapşırığını və ona əlavə olunmuş əsas məlumatları və materialları ________________ də layihə təşkilatına verir;
§ layihə alınan gündən sonrakı 45 təqvim günü ərzində layihəni nəzərdən keçirir və müvafiq təşkilatların razılıqlarından sonra, layihə üzrə öz rəylərini və layihənin təsdiqi tarixini layihə təşkilatına yazılı surətdə bildirir;
§ layihə-smeta sənədlərini razılaşdırmaq üçün ____________________-də(da)
§ Podratçının layihə-smeta sənədləri üzrə qeydlərinə 10 gün ərzində baxır və öz qərarını ona bildirir;
§ _______________________-dən(dan) gec olmayaraq, təsdiq olunmuş investisiya prosesinin qrafikdə nəzərdə tutulmuş müddətdə və layihələndirmə normativlərinin təyin etdiyi sənədlərin tərkibində yerinə yetirilməli olan bütün işin layihə-smeta və işçi sənədlərini Podratçıya verir;
§ lazım olan hallarda, genişləndirilməli, yenidən qurulmalı, yeni texniki vasitələrlə təmin olunmalı fəaliyyət göstərən müəssisələrin, bina və qurğuların müayinə sənədlərini və tikintidən ötrü ayrılmış sahəni obyektin tikintisi üçün maneçilik törədən bütün əşyalardan təmizlənmiş halda aktla Podratçıya təhvil verir;
§ tikinti üçün geodezi bölgü əsası yaradır və tikinti-quraşdırma işlərinin başlanmasından ən azı 10 gün qabaq texniki sənədlərin və tikinti sahəsində bərkidilmiş bu əsasın nişanlarını və nöqtələrini, onların naturada yoxlanması ilə birgə aktla Podratçıya verir;
§ geodezi bölgü əsaslarının inşaat üzrə normativ sənədlərin tələblərinə uyğun gəlməsinə təminat verir;
§ işləri görmək üçün müvafiq təşkilatların verdikləri icazə sənədlərini Podratçıya verir;
§ Müqaviləyə əlavə olunan qrafikə uyğun, təchizatı Sifarişçinin üzərinə düşən material və avadanlıqları adbaad göstərməklə Podratçıya verir;
§ zəruri hallarda Podratçı, Subpodratçı və işəsalma-sazlama təşkilatlarının işçilərini tikinti müddətində yerləşdirmək üçün icarə müqaviləsi üzrə yaşayış yerləri ilə təmin edir;
§ tikinti meydançasında Podratçını telefon rabitəsi ilə təmin edir və ya bu məqsədlə çəkilmiş xərcləri ödəyir;
§ tikinti meydançasında səhiyyə yardımı məntəqəsinin yaradılmasını təmin edir və ya bu məqsədlə çəkilən xərcləri ödəyir;
§ şəhər nəqliyyatı əlaqəsi olmadıqla, Podratçı təşkilatların işçilərinin yaşayış yerindən inşaat meydançasına və geriyə tərəflərin razılaşdırdıqları qrafikə əsasən, avtobuslarda və xüsusi ayrılmış maşınlarda daşınmasını və ya belə xərclərin ödənməsini təmin edir.
§ sifarişçinin verdiyi əsas məlumatlara və layihə tapşırığına uyğun mühəndis axtarış işləri aparır və layihə-smeta sənədlərini işləyib hazırlayaraq bağlanmış müqavilədə nəzərdə tutulmuş müddətdə Sifarişçiyə təqdim edir;
§ layihə hazırlanan vaxtı rayon planlaşdırılması layihələri və sxemlərini, şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin baş planlarını, sənaye zonalarının planlaşdırılması layihələrini, qəbul edilmiş qanunların, layihələndirmə, tikinti və memarlıq üzrə normativ aktların tələblərini nəzərə alır;
§ sifarişçinin və layihə təşkilatlarının (baş layihəçinin, subpodrat layihə və layihə-axtarış təşkilatlarının), İcra hakimiyyəti orqanlarının, podrat təşkilatlarının (baş podratçının, subpodrat, xüsusiləşdirilmiş tikinti-quraşdırma təşkilatlarının), məhəlli və yerli dövlət nəzarət, hidrometeoroloji və geoloji xidmət orqanlarının və başqa marağı olan təşkilatların iştirakı ilə torpaq, su, meşə qanunvericiliyinə və başqa normativ aktlara uyğun inşaat meydançasının (trassanın) seçilməsi üçün əsaslandırılmış hesablamaları və tövsiyələri verir;
§ Sifarişçinin və podrat təşkilatların layihə-smeta sənədlərilə əlaqədar qeydlərinə baxır və 30 gün müddətində bu qeydlərlə əlaqədar qərar qəbul edir;
§ tikinti aparıldığı bütün dövr ərzində, obyekt layihə gücünə çatdırılana qədər və istismara qəbul dövrü müddətində obyektin tikintisinə, görülmüş işlərin layihə həllərinə uyğunluğuna, işlərin təsdiq edilmiş smeta dəyərinə, tikinti-quraşdırma və başqa növ avadanlıqların quraşdırılması işlərinin icrasının keyfiyyətinə və texnologiyasına, tikilən obyektin yerləşdiyi ərazidə yanğın və partlayış təhlükəsizliyinə müəlliflik nəzarətini həyata keçirir;
§ müəlliflik nəzarətinə əsaslanıb, tikintinin gedişində Sifarişçiyə tikintinin dəyərinin aşağı salınmasına, keyfiyyətinin yaxşılaşdırılmasına, tikinti müddətinin qısaldılmasına, tikinti-quraşdırma işlərinin icrası texnologiyasının təkmilləşdirilməsinə aid təkliflər vermək ixtiyarına malikdir.
§ tikintinin gedişatında onun təkmilləşdirilməsi haqqında Sifarişçinin və podrat təşkilatlarının verdiyi təkliflərə baxır və 10 gün müddətində özünün qəbul etdiyi qərar haqqında onlara məlumat verir;
§ əlavə haqq almadan razılaşdırılmış işlərin görülməsi qrafikinin yerinə yetirilməsini təmin edən müddətdə, Sifarişçinin qeydlərinə əsasən layihə sənədlərinə düzəlişlər edir.
4.7. Memarlıq layihəsi yaratmaq üçün bağlanmış müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, həmin layihə bir dəfədən artıq istifadə edilə bilməz.
4.8. Layihə axtarış işlərinin yerinə yetirilməsi haqqında Sifarişçi və Layihəçinin imzaladıqları qəbul aktı, layihə-axtarış işlərinin ödənilməsi üçün əsasdır.
4.9. Bu müqavilənin 4.6. maddəsində göstərilən, layihə-smeta sənədlərinin verilməsi müddətinin pozulmasına görə, Layihəçi Sifarişçiyə hər gecikdirilən gün üçün ______________________________ məbləğində cərimə verir.
§ layihə-smeta sənədlərini sifarişçidən aldıqdan sonra 45 gün ərzində layihəni araşdırıb öz fikrini bildirməlidir. Əgər bu müddətdə Sifarişçiyə özünün irad və təkliflərini bildirməsə layihə-smeta sənədləri razılaşdırılmış hesab olunur;
§ tikinti norma və qaydalarını gözləməklə, layihə-smeta sənədlərinə tam uyğun gələn obyektin tikilməsini öz gücü və ______________________________________________________________
(sifarişçinin və ya özünün vəsaiti, bank krediti)
hesabına Müqavilədə nəzərdə tutulan vaxtda yerinə yetirir, tikintisi qurtarmış obyekti istismara təhvil verir, onun tam layihə gücünə çıxmasını təmin edir;
§ öhdəliklərə müvafiq olaraq, qrafik üzrə, müqavilə qiymətləri dəyərində, tikintiyə lazım olan materialları, avadanlıqları, konstruksiyaları, komplektləşdirici məmulatları və inşaat texnikasını inşaat meydançasına gətirir, öz gücü və vəsaiti hesabına onların qəbulunu, boşaldılmasını, anbara yığılmasını və işlərin görülməsi üçün onların buraxılmasını təşkil edir. Podratçı, obyekt istismara verilənə qədər, bu maddədə göstərilən əmlaka mülkiyyət hüququ və əmlakın təsadüfi məhv olması riski hüquqlarını saxlayır;
§ inşaat meydançasına göndərilən və Sifarişçinin əmlakı olan inşaat materiallarının, maşınların, avadanlıqların boşaldılmasını, akt üzrə qəbulunu, saxlanılmasını, anbara yığılmasını və işlərin görülməsi üçün buraxılmasını yerinə yetirir;
§ lazım gəldikdə işlərin yerinə yetirilməsi üçün istifadə olunan maşın, avadanlıq, uyğunlaşdırılmış alət və qurğuların təmirini, onlara texniki xidməti yerinə yetirir;
§ işlərin icrası dövründə, inşaat meydançasında yanğına qarşı tədbirlərin, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi tədbirlərinin yerinə yetirilməsini təmin edir, inşaat meydançasında işıq qurğularını quraşdırır və meydançanı hasarlayır:
§ Sifarişçi ilə razılaşdırılmış qaydada texniki və başqa vasitələrlə inşaat meydançasının mühafizəsini təmin edir;
§ Müqavilə üzrə tikinti işlərinin yerinə yetirilməsi üçün inşaat meydançasında lazım olan müvəqqəti qurğu və kommunikasiyaların tikintisini yerinə yetirir;
§ Tikintinin gedişi prosesində müntəzəm olaraq inşaat meydançasını inşaat tullantılarından təmizləyir və tikinti işləri tamamlandıqdan sonra isə son təmizləmə işlərini təmin edir;
§ Bünövrələrin tikintisini, hidroizolyasiya və s. işləri müayinə üçün Sifarişçiyə təqdim edərək, onunla bu haqda akt tərtib edir;
§ Gizli işlərin müayinə aktlarını və mühüm konstruksiyaların aralıq qəbul aktlarını işçi qəbul komissiyasına verir, işləmək üçün subpodratçılara şərait yaradır;
§ Subpodrat təşkilatlarla və ya təchizatçılarla bağlanmış Müqavilələr haqqında Sifarişçiyə məlumat verir;
§ Subpodrat təşkilatların gördüyü işləri, tamamlanmış inşaat obyektinin tərkibində təhvil vermək üçün hazırlayır, bu işlərin təhvilini subpodrat təşkilatların iştirakı ilə aparır və onların gördüyü işlərin dəyərini ödəyir.
§ Obyektin bu Müqavilədə göstərilmiş istismara verilmə müddətinin pozulmasına görə Sifarişçiyə, hər gecikmə günü üçün ___________________
§ Cərimə (penya) ödəməlidir.
§ Sifarişçinin Podratçı və Subpodratçının nümayəndələrinin iştirakı ilə tərtib etdikləri akta əsasən işlərdə və konstruksiyalarda müəyyən olunmuş qüsurların vaxtında aradan qaldırılmadığı təqdirdə Podratçı Sifarişçiyə və ya istismarçı təşkilata, qüsurları ləğv edənə qədər ötən hər gün üçün ________________________ məbləğində cərimə verməlidir.
§ Görülmüş işlərin dəyərinin ödənilməsi və digər müqavilə öhdəlikləri Sifarişçi tərəfindən vaxtlı-vaxtında yerinə yetirildiyi halda, obyekt Podratçının günahı üzündən Müqavilədə nəzərdə tutulmuş vaxtda istifadəyə verilməzsə, tikintinin başa çatdırılması Podratçının öz vəsaiti hesabına aparılır.
§ Müqaviləyə əlavə olunmuş qrafikdə göstərilən tərkibdə, həcmdə və müddətdə subpodrat işlərini işçi çertyojlara uyğun yerinə yetirməyi öhdəsinə götürür; özünün quraşdırdığı avadanlığı fərdi sınaqdan keçirir; avadanlığın kompleks yoxlanılmasında, qurtarmış binanın, qurğunun, inşa obyektinin, buraxılışa hazırlanmış məhsulun və ya görülən xidmətin işçi komissiyaya təhvil verilməsində iştirak edir, obyektin Müqavilədə göstərilmiş vaxtda istismara verilməsini Podratçı və Sifarişçi ilə birgə təmin edir;
§ avadanlıqların, materialların Müqaviləyə əlavə olunmuş qrafikdə göstərilən həcmdə və müddətdə təchizatını təmin edir;
§ Sifarişçi və ya Podratçı tərəfindən ona verilən avadanlıq və materialların qəbulunu və onların saxlanılmasını təmin edir;
§ öz aldığı materialların boşaldılmasını, qəbulunu təmin edir;
§ kabel barabanlarının vaxtında qaytarılmasına, onun ünvanına gəlmiş nəqliyyat vasitələrinin vaxtında boşaldılmasına görə Podratçı qarşısında məsuliyyət daşıyır, öz təqsiri üzündən baş vermiş nəqliyyat boşdayanmaları üçün ________________________ cərimə verir.
§ Sifarişçi və Podratçının inşaat müddəti üçün ona istifadəyə verdikləri istehsalat, sanitar-məişət, yaşayış yerlərinin və başqa xidmətlərin haqqını ödəyir;
§ tikintinin gedişi prosesində müntəzəm olaraq iş yerlərini artıq materiallardan, tullantılardan təmizləyir və tikinti işləri qurtardıqdan sonra isə son təmizləmə işlərini yerinə yetirir;
§ subpodrat işlərin yerinə yetirilməsinin Müqavilədə göstərilən müddətinin gecikdirilməsinə görə, işlərin faktiki olaraq başa çatdırılması gününə qədər baş podratçıya, ötən hər gün üçün ___________________________ həcmdə cərimə verir.
§ bu Müqaviləyə əlavə olunmuş qrafikdə göstərilən müddətdə avadanlıqların, materialların, konstruksiya və məmulatların təchizatını təmin edir;
§ göndərdiyi avadanlığın, materialların, konstruksiya və məmulatların layihə sənədlərindəki təsnifata, dövlət standartlarına, texniki şərtlərə, etalonlara, nümunələrə, həmçinin onların keyfiyyətini təsdiqləyən sertifikatlara, texniki pasportlara və başqa sənədlərə uyğun gəlməsinə təminat verir;
§ avadanlıq, material, konstruksiya və məmulatların tam komplektləşdirilməməsi və ya aşağı keyfiyyətli olması aşkar edildikdə, Sifarişçinin tələbindən keçən 20 gün ərzində onları komplektləşdirir, keyfiyyətli məhsul və ya avadanlıqla əvəz edir;
§ avadanlıq, material, konstruksiya və məmulatların təchizatını gecikdirdikdə və ya yarımçıq həyata keçirdikdə, Sifarişçiyə göndərmədiyi məhsul və ya avadanlığın qiymətinin 8,0 faizi qədər cərimə ödəyir;
§ komplektləşdirilməmiş avadanlığın quraşdırmağa göndərilməsi üçün Sifarişçiyə, həmin avadanlığın qiymətinin 20 faizi qədər cərimə ödəyir;
§ keyfiyyətinə görə standarta, texniki şərtlərə, pasportlara uyğun gəlməyən məhsulun (materialların, konstruksiyaların, məmulatların) göndərilməsi üçün Sifarişçiyə keyfiyyətsiz məhsulun qiymətinin 20 faizi məbləğində cərimə ödəyir;
§ avadanlıqların və məhsulların standartlara və texniki şərtlərin tələblərinə cavab vermədiyi şəkildə — tarasız, qablaşdırılmamış və ya paketləşdirilməmiş (bağlanmamış) şəkildə göndərilməsi üçün Sifarişçiyə, belə şəkildə göndərilmiş məhsulların qiymətlərinin 5 faizi miqdarında cərimə ödəyir.
4.13. İşəsalma-sazlama təşkilatları:
§ bu müqaviləyə əlavə olunmuş qrafikdə göstərilən vaxtda və tərkibdə işəsalma-sazlama işlərini yerinə yetirir;
§ quraşdırma dövründə Sifarişçinin mütəxəssislərinə işəsalma-sazlama işlərinin yerinə yetirilməsini, texnoloji və ümumzavod avadanlıqlarının və mühəndis sistemlərinin boşuna iş sınağını keçirməyi öyrədir;
§ Müqavilənin bağlanmasından __________ gün sonra, obyektin normal istismarı üçün lazım olan mütəxəssislərin ixtisası və sayı haqqında hesablamaları və tövsiyələri Sifarişçiyə verir.
§ Müqavilədə göstərilmiş müddətdə obyektin tam layihə gücünə çatdırılmasını təmin edir;
§ işəsalma-sazlama işlərinin qrafikdə göstərilmiş müddətlərinin pozulması üçün Sifarişçiyə, hər gecikdirilən gün üçün _________________ cərimə ödəyir;
§ Sifarişçinin, Podratçının və Subpodratçının iştirakı ilə tərtib edilmiş aktda aşkarlanmış qüsurların aradan qaldırılması vaxtının gecikdirilməsi üçün Sifarişçiyə və ya istismarçı təşkilata hər gecikdirilmiş gün üçün ___________________ cərimə ödəyir.
4.14. İcra hakimiyyəti orqanı:
§ Tikinti üçün torpaq sahəsi ayrılması haqqında qərarı 10 gün müddətinə Sifarişçiyə verir;
§ Torpaq sahəsinin ayrılması haqqındakı qərarın dəyişdirilməsi ilə bağlı Müqavilədə iştirak edən tərəflərə vurulan ziyanı ödəyir.
§ Sifarişçinin tapşırığı ilə kapital qoyuluşunun maliyyələşdirilməsini həyata keçirir;
§ lazım gəldikdə, Müqavilə üzrə tərəflərdən birinin xahişi ilə tikintinin yerinə yetirilməsi ilə əlaqədar onun müvəqqəti ehtiyacı üçün kredit verir;
§ Müqavilə üzrə tərəflərin gördükləri işə, verilən material və avadanlıqlara göstərilən xidmətlərə görə hesablaşma əməliyyatlarını yerinə yetirir;
4.16. Tərəflər arasında yaranan mübahisəli məsələlər, «Əsaslı tikintidə podrat müqavilələri haqqında Qaydalar»a və bu Müqavilədə göstərilmiş müddəalara, habelə qanunvericilik aktlarına əsasən həll edilir.
Xüsusi şərtlər: __________________________________________________________________________ ______________________________________________________________________________________ ______________________________________________________________________________________
4.17. Bu Müqavilədəki şərtlər yalnız bütün tərəflərin razılığı ilə dəyişdirilə bilər.
Müqavilə imzalandığı andan qüvvəyə minir.
Müqavilə ________________________ nüsxədə tərtib olunmuşdur.
(adı, atasının adı, soyadı)
__________________________________________ __________________________________________ __________________________________________ __________________________________________
(təşkilat və vəzifəsi)
__________________________________________ __________________________________________ __________________________________________ __________________________________________
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.