Polis işləmək istəyənlərin nəzərinə
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
Polisə işə qəbul elan edildi – Şərtlər
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vuran, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunan qaydada yoxlanılacaqdır.
Oxumağa dəyər: “Əfsuslar olsun ki, sözümüzə reaksiya verən qurum tapılmadı”
Ali təhsilli və kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcəkdir.
İştirak etmək istəyən şəxslər 2020-ci ilin yanvar ayının 21-dən fevral ayının 21-dək nazirliyin saytında yerləşdirilən elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına DİN-in Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
Polis işləmək istəyənlərin nəzərinə!
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, daxili işlər naziri general-polkovnik cənab Ramil Usubov tərəfindən cari ilin sentyabr ayının 27-də Lənkəran şəhərində bölgə üzrə keçiriləcək vətəndaşların qəbulu zamanı daxili işlər orqanlarında xidmətə qəbulla bağlı müraciət etmiş şəxslərin Lənkəran şəhər-rayon Polis Şöbəsinin inzibati binasının həyətində düzülüşü təşkil ediləcək.
Polisdə xidmətə qəbulla əlaqədar Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayon sakinlərinin qəbulu nəzərdə tutulub. Xidmətə qəbulla əlaqədar müraciət edənlər aşağıdakı şərtlərə uyğun olmalıdırlar.
– Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan;
– boy ölçüsü 180 sm. (qadınlar üçün 170 sm);
– düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli;
– yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən az olmayan sürücülük stajı olan, kompyuterdən istifadə etməyi bacaran şəxslər;
– “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Comments are closed, but trackbacks and pingbacks are open.