Bakıda ən yaxşı uşaq bağçaları 2022
Kimsəsizin baxıcısı miras ala bilərmi?
Portfeldə ailə uşaq baxçasına necə daxil ola bilərəm?
Hazırda BMT-nin səfiri olan qaradarəli model Varis Dirienin (dünya şöhrətli “Səhra çiçəyi” adlı kitabın müəllifi) müsahibələrinin birində maraqlı fikiri var. “Mənim Somalimdə qadınları kiçik yaşında sünnət etmək bizə qalan ən dəhşətli adət mirasıdır. Belə mirası lənətə gəlsin. O insan xoşbəxtdir ki, onun var-dövlətdən qabaq gözəl adət ənənəsi olsun və bu mirasla fəxr etsin”.
Ağıllı cəmiyyətlərdə insanlar miras deyəndə, sağlam genləri daşımaqla öyünürlər. Əlbəttə məsələnin maddi tərəfi ilə yanaşı mənəvi tərəfi də vacibdir. Axı vərəsə axtarışında, madiyyat bölündükdə ətrafın mənəviyyatı da sınağa çəkilir. Və əbəs yerə deyil ki, qanunlardan qabaq əsrlərdir, bu bölgü adət -ənənəyə uyğun aparılıb. Necə ki, keçən əsrin 30-cu illərinə qədər Azərbaycanda miras bölgüsü elə adət-ənənə (eləcə də, şəriət) çərçivəsində həllini tapıb. Bu gün dəyərlər dəyişdiyindən problemə yanaşma da başqa cürdür. Bəzən ailə içində malın bölünməsi, vərəsənin seçilməsi barədə danışmağı əskiklik bilirlər. Heç vəsiyyət edənə imkan da vermirlər ki, sağlığında mal bölgüsü aparsın. Bu da sonralar çox halda narazılığa gətirib çıxarır. Son zamanlar vərəsəlik, mirasın bölünməsi səbəbindən ailə-məişət didişmələrinin artması bu fikri təsdiqləyir.
Qanunvericilik bizi qane edirmi?
Bir çox ölkələrdə vərəsəlik hüquqları ayrıca qanun şəkilində tənzimlənir. Çox dövlətdə, o cümlədən bizdə də bu Mülkü Məcəllə (MM) tərkibində (10-cu bölmə) və “Notariat haqqında” qanunda (maddə 47,48, 58) əksini tapıb. Mütəxəsislərin fikrincə, mövcud qanunvericilikdə məsələnin həlli ilə bağlı boşluqlar az deyil.
Hüquqşünas Səməd Vəkilov mirasda əmlak idarəçiliyi məsələsinə toxunub. Onun sözlərinə görə, MM-yə əsasən, ölmüş şəxsin (yəni miras qoyanın) əmlakı vərəsələrə qanun və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla keçə bilər. “Miras qoyanın ölümündən sonra vəsiyyətnaməsi (yazılı) varsa, əmlak vəsiyyət üzrə, vəsiyyət yazılmadıqda isə əmlakın vərəsələrə qanun üzrə keçməsi nəzərdə tutulur. Bəzən vəsiyyət qoyan əmlakının yalnız bir hissəsi barədə vəsiyyətnamədə göstəriş verir. Bu halda vərəsəlik həm vəsiyyət, həm də qanun üzrə həyata keçirilir. Vətəndaşın vərəsəlik hüququnun gerçəkləşməsi mirasın açılması ilə başlayır. Qanuna görə, miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. MM-nin 1151-ci maddəsinə görə, miras əmlakına- miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları toplusu daxildir.
Vərəsəlik hüququnun reallaşdırılmasının ikinci mərhələsi miras əmlakının vərəsələr tərəfindən qəbul ediləcəyi müddətə qədər həmin mirasın mühafizəsi və əmlakın idarə edilməsi prosesidir.
Prosedur qaydalar necədir? Müvafiq olaraq MM-nin 1317-ci maddəsi və “Notariat haqqında” qanunun 51-ci maddəsinə görə, miras əmlakının mühafizəsi üçün dövlət notariusu və müvafiq icra hakimiyyəti orqanı vərəsələrin, vəsiyyət üzrə tapşırıq olan şəxs¬lərin və digər təşkilatların təşəbbüsü ilə miras əmlakının mühafizə edilməsi üçün tədbir görməlidirlər. Bu tədbirləri onlar bilavasitə özləri və ya əmlakın yerləşdiyi yerin notariusuna və yaxud müvafiq icra hakimiyyəti orqanına tapşırıq verməklə həyata keçirirlər.
Adıçəkilən qanunun digər maddələri də (52-54-cü maddələr) mirasın mühafizə edilməsi üçün kompleks tədbirlər nəzərdə tutulur. Qanuna əsasən, miras əmlakının mühafizə etməli orqanlar həmin əmlakı siyahıya alır və bu əmlakı saxlamaqdan ötrü vərəsələrə və ya başqa şəxslərə verirlər. Mirasın tərkibində idarə olunması tələb olunan əmlak olduqda, miras əmlak mühafizəçisi təyin edilməlidir. Mühafizəçi, qəyyum və miras əmlakının mühafizə olunması üçün verildiyi digər şəxslər miras əmlakın israfı və gizlədilməsinə görə məsuliyyət haqqında xəbərdar edilməlidirlər. Qanunda miras əmlakını saxlamağa görə və digər zəruri xərclərin həmin miras əmlakından ödənilməsi nəzərdə tutulur. Bəzən vərəsələr arasındakı münasibətlər mübahisəli olduqda vərəsəlik haqqında şəhadətnamənin verilməsi prosesi gecikir. Miras açıldığı vaxtdan əmlak üzərində sərəncam vermək hüququ qanunla yolverilməzdir və əmlak idarəedicinin təyin edilməsi məsələsi aktuallaşır”.
Səməd Vəkilovun fikrincə, miras əmlakının idarə edilməsi əmlakın mühafizəsi probleminin tərkib hissəsi hesab edilməlidir. “MM-nin 1320-ci maddəsində əmlak idarəçisinin təyin edilməsi nəzərdə tutulur. Maddənin tələbinə görə, əgər əmlakı idarə etməyə ehtiyac varsa, habelə vərəsənin kreditorları iddia irəli sürüblərsə, notariat orqanı əmlak idarəçisi təyin edir.
Əmlak idarəçisi kimlər ola bilər? MM-nin 1320-ci maddəsində əmlak idarəçisinin hətta təyin edilmə zərurəti vurğulansa da, təəssüflər olsun ki, məsələyə tam şəkildə aydınlıq gətirilmir. Belə ki, əmlak idarəçisi təyin ediləcək şəxsin kimliyi məsələsi tam açılmamış qalır. Notariat əməliyyatlarının həyata keçirilməsi qaydaları haqqında Təlimatın 84-cü maddəsində əmlakın mühafizə edilməsi və zəruri hallarda əmlak idarəçisi təyin edilməsi nəzərdə tutulsa da, burada da həmin şəxsin kimliyi məsələsinə aydınlıq gətirilməyib. Beləliklə, qanun və normativ aktlara əsasən, əmlak idarəçisi dövlət notariusunun subyektiv mülahizələri əsasında təyin edilə bilər.
Qanun notariusa həmin idarəçinin təyin edilməsinə heç bir məhdudiyyət qoymur. Bu da notariusa əmlak idarəçisini təyin edərkən vərəsələr arasından, yaxud tamam kənar bir şəxsi seçməsinə imkan yaradır. Qanundakı bu boşluqlar miras qoyanın son iradəsinin arzuladığı kimi həyata keçməsində müəyyən problemlərin ortaya çıxmasına səbəb ola bilər.”
Ögey ana əliboş qaldı.
Şikayətçi Azər 1994-cü ildə hərbi xidmətdə olarkən yaralanıb və onurğa sütünu zədələdiyindən bugünədək yataq xəstəsidir. Ağrılısı odur ki, ailəsi bu vaxta qədər ona əlillik dərəcəsi, pensiya sənədi üçün nə müraciət edib, nə də reablitasiya mərkəzində müalicəsinə çalışıb. Başqa sözlə, o illərdir dövlət qayğısından məhrumdur. Anası 2001-də rəhmətə gedib. Azərin bir bacısı və qardaşı var. Atası 2007-ci ildə ikinci ailəsini qurub və qurduğu xanımın birinci nigahından bir qızı var. Azərin atası 2014-cü ilnin noyabrına qədər (ölənə qədər) Azərə özü baxıb. Hazırda Qaraçuxurda yerləşən evlərində Azər, bacısı, ögey anası qızı ilə yaşayırlar. Qardaşı ailə qurduqdan sonra ayrı yaşayır. İndi ögey ana evi satıb, ayrı iki ev almaq istəyir. Atası sağlığında bütün əmlakını (ev) doğma uşaqlarına vəsiyyət edib. Yazılı vəsiyyəti yoxdur deyə, indi ailədə mübahisələr yaranıb.
Ailədə miras əmlakının bölünməsindən əlavə vacib məsələ, Azərə pensiyasının alınmasıdır. Bunun üçün sənədləri qaydaya salınmalıdır. Çünki o da vərəsələrdən sayılır. Vəsiyyətnamə olmadığı təqdirdə miras əmlakı qanuna görə bölünür. Qəfil ölən vəsiyyətsizin əmlakı tək 3 övladı deyil, həm də ikinci həyat yoldaşı üçün bölünməlidir.
Bəs qanuni vərəsələr kimlərdir, miras bölgüsü necə aparılmalıdır? Ögey ananın nigahı dövlət qeydiyyatında deyilsə, ona miras əmlakından pay düşürmü?
Hüquqşünas Habil İsgəndərli MM-nin 1133-cü madəsini əsas tutaraq vurğulayıb ki, miras əmlakı vərəsələrə ya qanun, ya da vəsiyyət üzrə keçə bilər. “Oanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, vəsiyyətnamə olmur və yaxud təmamilə və ya qismən etibarsız sayılır. MM-nin 1179.1-ci maddəsinin tələbinə görə, vəsiyyətnamənin yazılı tərtibi mütləqdir. Qanun şifahi vəsiyyət anlayışını istisna edir. Qeyd olunan məsələdə Azərin atası yazılı vəsiyyətnamə qoymayıb. Bu halda mirasın vəsiyyət üzrə bölüşdürülməsi mümkün deyil.
Ölmüş şəxsin miras əmlakı MM-nin 1159-cu maddəsinin tələbinə görə, vərəsələr arasında qanunla bölünməlidir. Qanun üzrə vərəsəlik- birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Birinci növbəli vərəsənin olması sonrakı növbəliliyi istisna edir. Azərin bir bacısı, bir qardaşı var. Atasının ikinci arvadı ilə nigahı yoxdursa, ikinci arvadın qızını rəsmi övladlığa götürməyibsə, ikinci arvad və qızı qanun üzrə vərəsələr sayılmırlar. Ölən şəxsdən qalan miras əmlakı (rəsmi dövlət qeydiyyatına alınmış bütün daşınar, daşınmaz əmlak) Azər, qardaşı və bacısı arasında bərabər (1/3 hissədə) bölünməlidir.
Digər hər hansı şəxsin miras əmlaka iddia etmək hüququ yoxdur. Qanuna görə, vərəsələr miras qoyanın ölümündən 3 ay müddətində müvafiq notariat kontoruna mirası qəbul etmək üçün müraciət etməlidirlər. Eyni zamanda mirası faktiki qəbuletmə qaydası da var, bu o deməkdir ki, vərəsələr-uşaqlar ataları öləndə mirası faktiki qəbul ediblərsə, miras qəbuledilmiş sayılır. Mirası faktiki qəbul etmiş vərəsələr rəsmi sənədləşmə üçün notariat kontoruna müraciət edə bilərlər. Notarius vərəsələrin qanunda nəzərdə tutulmuş (3-6 ay) müddəti üzürlü səbəbdən ötürüldükdə bərpa edilə bilər. Əks təqdirdə, yəni, notarius buraxılmış müddəti bərpa etmədikdə, vərəsələrin mirasın rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır.
Kimsəsizin baxıcısı miras ala bilərmi?
Mariya adlı qadın 2015-ci ilin mayında ölüb. Bakının Ramana qəsəbəsində Çaparidze küçəsində tarixi tikililərərdən sayılan (1904-cü il) binada iki otaqlı evdə yaşayırdı. 68 yaşlı qadının ölənə qədər heç kəsi-doğmaları olmayıb. Hər halda, qonşularla söhbətdən belə məlum olur.
Xalidə Mariyanın ölməmişdən şifahi vəsiyyətinin olduğunu deyir, qəfil ölüm olmasaydı vəsiyyət rəsmiləşdirələcəkdi. Şifahi vəsiyyətə görə isə, Mariyanın ikiotaqlı evi Xalidəyə qalacaqdı. Xalidə isə əvəzində onun hüzrünü, basdırılmasını təşkil edəcəkdi. İndi Mariyanın evi dövlətin nəzarəti altındadır, sahə müvəkkili evə heç kəsi buraxmır. Xalidə dəfələrlə şahidləri ilə birgə evin ona vəsiyyət olunduğunu bildirsə də, haqsız çıxarılır. O, məlum əmlaka sahib çıxmağa haqq qazana bilərmi?
Vəkil Paşa Səfərovun sözlərinə görə, MM-nin 1166-cı maddəsinə əsasən, fiziki şəxs öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. “Bunun üçün miras qoyanın miras kütləsinə daxil olan əmlakı barəsində vəsiyyətnamə qoyması mütləqdir. MM-nin 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Notariat forması və yaxud MM-nin 1186-cı maddəsində əksini tapan ev vəsiyyətnaməsi (imzalanmış əlyazma) şəkilində etibarlıdır. Hazırki mübahisədə Mariya öz gələcək mirasının hüquqi taleyi üçün Xalidə ilə qarşılıqlı şifahi razılaşma əldə edib ki, belə bir halın həlli vərəsəlik hüquq münasibətlərində nəzərdə tutulmayıb.
Bundan başqa MM-nin 233.2-ci maddəsinə əsasən, əqdin etibarlı olması üçün onun notariat qaydasında təsdiqlənməsi və ya əgər vəsiyyətnamə və ya miras bölgüsü haqqında müqavilə varsa, müvafiq forma zəruridir.”
Hüquqşünas Paşa Səfərovun yekun rəyinə görə, Mariyanın vərəsələri yoxdursa, onun əmlakı Mülki Məcəllənin 1165.1-ci maddəsinin tələbinə uyğun olaraq dövlətə keçir. “Qeyd etmək zəruridir ki, Xalidə Mariyaya xəstəliyi zamanı ona qulluq və onun müalicəsi, dəfn və ya digər xərc ödəmişsə bunu MM-nin 1157-ci maddəsinin tələbinə əsasən, Mariyanın vərəsəsi olan – dövlətdən tələb edə bilər”.
Vəziyyətlə bağlı həmkarıyla razılaşan hüquqşünas Vüqar Səfərliyə görə isə, MM-nin 1133-cü maddəsi miras əmlakının qanun və ya vəsiyyətnamə yolu, yaxud hər iki əsasla keçməsini ehtiva edir. “Elə buna nəzərən də, Xalidə həm yazılı vəsiyyət olmadığından, həm də qanuni vərəsə statusu ala bilmədiyindən haqsız sayılır. Dünyasını dəyişən sağlığında yazılı vəsiyyət tərtib etmiş olsaydı, bu problemi həll edərdi.”
Hüquqşünasın sözlərinə görə, qonşuların da şahidliyi heç bir əhəmiyyət kəsb etmir. “Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmalıdır, bu texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalııdr. Bu halda vəsiyyətnamə iki şahidin yanında tərtib edilməli, imzalanmalıdır. Şahidlər də öz növbəsində vəsiyyət edənin imzasından sonra vəsiyyətnamədə öz ad ,soyadıarını, yaşayış yerlərini göstərməklə təsdiqləməliidrlər.”
Göründüyü kimi, mirasqoyma və mirasayiyələnmə heç də verilən sözlərlə həll ediləsi iş deyil. Atalar demiş, şərti şumda kəsin ki, xırmanda yabalaşmayın.
Yazı Almaniya Beynəlxalq Əməkdaşılıq Cəmiyyətinin “Vərəsəlik hüququ: qanunvericilik və təcrübə” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir.
Raminə Eyvazqızı
Bakıda ən yaxşı uşaq bağçaları 2022
Bakı şəhərində ən populyar uşaq bağçası, Bakıda olan ən yaxşı uşaq evi, Bakıda ən yaxşı uşaq bağçaları mövzusunda məqalə hazırladıq.
Uşaqların inkişafında, düzgün rejimlərinin formalaşmasında və məktəbə hazırlıqlarında bağçalar çox önəmli rol oynayır. Valideynlərə yardımçı olmaq üçün bu məqaləmizdə Bakıda fəaliyyət göstərən ən münasib qiymətə və ən yaxşı xidmət göstərən bağçaları siyahıya almışıq. Siyahımızda yer alan bağçalarda dərslər əsasən azərbaycanca, rusca və ingiliscə tədris olunur. Müxtəlif məşğələlər, oyunlar təşkil olunur. Məqaləmizdə yalnız özəl bağçalar siyahıya alınmışdır. Bakıda ən ucuz bağça axtaran valideynlər üçün bu məqaləmiz çox faydalı olacağını düşünürük.
Siyahımızda yer alan bağçalarda dərslər əsasən azərbaycanca, rusca və ingiliscə tədris olunur. Müxtəlif məşğələlər, oyunlar təşkil olunur. Məqaləmizdə yalnız özəl bağçalar siyahıya alınmışdır. Bakıda ən ucuz bağça axtaran valideynlər üçün bu məqaləmiz çox faydalı olacağını düşünürük.
Bakıda yerləşən ən yaxşı uşaq bağçaları 2022
1. “Cahan” uşaq bağçası
Cahan uşaq bağçasında Rus və Azərbaycan bölmələri fəaliyyət göstərir.
- Ətraf aləmlə tanışlıq və nitq inkişafı
- İctimai həyatla tanışlıq
- Təbiətlə tanışlıq
- Məntiqi və riyazi təfəkkürün inkişafı
- Məntiq
- Sadə Riyazi anlayışlar
- Bədii təfəkkürün inkişafı
- Fiziki mədəniyyət
- Gimnastika
- Təsviri fəaliyyət
- Musiqi
- Fransız dili
- İngilis dili
- Qolf
- Etika
- Rəqs
- Şahmat
- Savad təliminə hazırlıq və nitq inkişafı
- Psixoloq xidməti
- Loqoped xidməti
- Dayə xidməti
- Gündə 5 dəfə qidalanma
- Online izləmə
- Servis xidməti
Ünvan: Bakı şəh.,Yasamal ray.,Dadaş Bünyadzadə 232E
Əlaqə: (+994 12) 432-68-54 , (+994 70) 281-17-11
2. Limpopo uşaq bağçası
Fəaliyyəti: Bağça bazar ertəsindən şənbə gününədək həftənin 6 günü açıq olmaqla saat 08:00-dan 18:30-dək xidmət göstərir. Xidmətə daxil olan məşğələlərə məktəbəqədər hazırlıq, ingilis dili, psixoloq, musiqi, şahmat, üzgüçülük, rəsm, rəqs, ətraf aləmlə tanışlıq, məntiq, montessori məşğələləri, gimnastika aiddir;
Bölmələr: Azərbaycan, rus və ingilis bölmələri mövcuddur
Yaş aralığı: 1.5-6
Hazırlıq kursu: Mövcuddur. Belə ki, ingilis dili, rus dili, məktəbəqədər hazırlıq, rəqs, rəsm, erkən inkişaf üzrə kurslar təqdim edilir;
Həyətyanı sahəsi: Mövcuddur, genişdir
Təhlükəsizlik kameraları: Mövcuddur, onlayn izləmədir
Nəqliyyat xidməti: Mövcuddur
Filial: Binəqədi
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 10C
Əlaqə vasitəsi: 050-505-31-00
Limpopo uşaq bağçasının sosial media hesabları:
3. “Nur Ay” uşaq bağçası
Bagcada tedris 2 dildə: Azərbaycan və Rus dilində təskil olunur və 1 yaşdan 6 yaşa qədər dövrü əhatə edir. Bağça həftə içi 5 gün saat 08.00 dan – 18 00 a kimi işləyir. Psixoloq Zeynəb Eyyubovanın rəhbərliyi ilə.. @psixoloq_zeyneb_eyyubova
- Yeni təlim metodları
- Ana dili (oxu, yazı vərdişləri)
- Riyaziyyat hesablama Gems,
- Ətraf aləmlə tanışlıq
- Bədii ədəbiyyat
- Məktəbə hazırlıq proqramı (həftədə 2 dəfə)
- Gündə 5 dəfə qidalanma
- Online izləmə
- Psixoloq xidməti
- Loqoped xidməti
- Fiziki mədəniyyət
- Təsviri fəaliyyət
- Musiqi
- Rəqs
- Şahmat
- İngilis dili
- Məntiq
Nuray uşaq bağçası hər gün 10 saat xidmətinizdədir. Həftədə 5 günlük iş rejimi, Onlayn müşahidə kameraları, Gündəlik tibbi nəzarət, Psixaloji diaqnostika, Gündə 5 dəfə qidalanma (hər həftə menyu dəyişir və valideyinə təqdim olunur), Peşəkar işçi heyəti, Usaqlarin ehtiyacina ferdi yanasma, Xususi tehlukesizlik tedbirleri., Xüsusi istilik və havalandırma sistemi.
Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək!
Ünvan: Binəqədi ray, 6 mkr Nəsimi m/s yaxınlığı.Zərifə parkının sonu. Zeytunluq. Həmzə Babaşov 5
Əlaqə: (+994 70) 2277688
4. Brain Kids Academy
İngilis dili və Rus bölmələri üzrə qeydiyyatlar mümkündür:
- Erkən inkişaf 1-3 yaş
- Məktəbəqədər hazırlıq 4-6 yaş
- Nitqin inkişafı
- Qavramanın inkişafı
- Fiziki inkişaf
- Sosial inkişaf
- Mədəni zövqün inkişafı
- Özünə qulluq vərdişlərinin yaranması
- Özgüvənin yüksəlməsi
- Gimnastika
- Rəsm
- Duyu bütünləmə
- Nağıllar, Kukla teatrı və səhnəciklər
- Kamera nəzarəti
- Həkim nəzarəti
- Servis xidməti
- Qaraçuxur Y.Eyvazov küç. 146 nöm. li məktəbin yaxınlığı
- Köhnə Günəşli . Afrodita restoranın yaxınlığı.
- Köhnə Günəşli 265 nömrəli məktəbin yaxınlığı
- Mərdəkan Yeni sahə İlkin Qılman küçəsi.
Əlaqə: (+994 55) 8574232
5. Möcüzələr ölkəsi uşaq bağçası
Fəaliyyəti: Bağça bazar ertəsindən cümə gününədək həftənin 5 günü açıq olmaqla, tam günlük (08:00-18:00) fəaliyyət göstərir. Xidmətə daxil olan məşğələlərə riyaziyyat, nitq inkişafı, kiçik və böyük motorikanın inkişafı, kreativ əl işləri, manipulyativ oyunlar, Montessori üsulu ilə dərslər, təhsil oyunları, ətraf aləmlə tanışlıq, interaktiv metodla təşkil olunmuş tədris, məntiqi oyunlar, MBT (müalicəvi bədən tərbiyəsi), rəsm, musiqi, ingilis dili, rus dili, fransız dili, üzgüçülük, gimnastika, rəqs aiddir. Gündəlik tibbi nəzarət aparılır, uşaqlar pediatr müayinəsindən keçirilir. Gündəlik 5 dəfə qidalanma var;
Bölmələr: azərbaycan, ingilis və rus bölmələri mövcuddur
Yaş aralığı: 1-6
Hazırlıq kursu: Mövcuddur. Belə ki, məktəbəqədər hazırlıq və ibtidai siniflər üzrə (1-4 cü sinif) kurslar təqdim edilir. Dərslər fəal interaktiv telim metodlari və yeni kurikulum əsasında aparılır. Təlimin tərkibinə psixoloji hazırlıq da əlavə edilir. Həm zehni, həm də psixoloji inkişafın təmin olunmasına önəm verilir. Dərslər azərbaycan, ingilis və rus bölməsi üzrə qrup və fərdi şəkildə tədris edilir.
Həyətyanı sahəsi: Mövcuddur
Təhlükəsizlik kameraları: Mövcuddur, onlayn izləmədir
Nəqliyyat xidməti: Mövcuddur
Filial: Atatürk
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ataturk prospekti, Hacı Murad küçəsi 11b (Bank of Bakunun arxasi);
Əlaqə vasitəsi: 055-441-81-31; 012-441-34-00
Möcüzələr ölkəsi uşaq bağçasının sosial media hesabları:
6. “Albalı” uşaq bağçası
“Biz uşaqların fiziki və psixoloji, həmçinin intelektual inkişafını təmin edəcək tədris proqramlarını tətbiq etmək, sağlam və intelektual gələcək nəsil formalaşdırmağa çalışırıq. Biz uşaqların özlərini tanımaq və ifadə etmək, həmçinin uşaqlar üçün əylənərək öyrənmək imkanı yaradırıq.“
Albalı uşaq bağçası həftənin 5 günü 8:00-dan 18:00-dək fəaliyyət göstərir. Bağçada qidalanma vaxtları gündəlik 5 dəfə olmaqla, 9:00 – Səhər Yeməyi, 11:00 – Meyvə Vaxtı, 13:00 – Nahar Yeməyi, 15:00 – Şirniyyat Vaxtı, 17:00 – Axşam Yeməyi təmin edilir.
Bağçada istirahət vaxtı gündə 1 dəfə olmaqla, 14:00 – dan 15:00 – dək həyata keçirilir.
Bağçada məşğələlər gündəlik 5 dəfə olmaqla təşkil edilir.
Bağçada tədris qrupları:
Kiçik və Orta Yaş Qrupu – 2 yaşdan 4 yaşadək rus və azərbaycan dilli qrup
Böyük Yaş Qrupu – 4 yaşdan 6 yaşadək rus və azərbaycan dilli qrup
Məktəbə Hazırlıq Qrupu – 6 yaşdan 7 yaşadək rus və azərbaycan dilli qrup
Məşğələlər 15 – 20 nəfərlik qruplarda keçirilir.
Qruplarda uşaqlarla işi tərbiyəçi, tərbiyəçi köməkçisi və dayə həyata keçirir.
Bağçada uşaq psixoloqu və loqoped xidmətləri də mövcuddur.
Bağçada tətbiq edilən proqramlar:
Məktəbə Hazırlıq Proqramı – Oxu, Yazı, Say, Məntiq
İnkişaf Etdirici Proqram – Rəsm, Musiqi, Əl işi, Ətraf Aləmlə Tanışlıq, Gimnastika, Teatr Klubu
Xarici Dil Proqramı – İngilis dili, Rus dili, Fransız dili məşğələləri, Danışıq Klubu
Bunlarla yanaşı hər gün 1 saat olmaqla gəzinti, film və nağıl saatı da təşkil edilir.
Həmçinin Şənbə və Bazar günləri bağçada valideynlər və uşaqlar üçün müxtəlif kurslar təşkil edilir. Bununla bağlı ətraflı məlumat üçün bağça rəhbərliyi ilə əlaqə saxlayın.
Bizim üstünlüklərimiz:
- Online izləmə
- Evinizə yaxın
- Gündə 5 dəfə qidalanma
- Gündə 5 dəfə məşğələ
- Hər qrupda 3 nəfərin – tərbiyəçi, köməkçi və dayənin iş aparması
- Xarici dil tədrisi və inkişaf etdirici proqramlar
- Uşaqların ehtiyaclarına fərdi yanaşma
- Professional işçi heyəti
- İşçi heyətinin davamlı yoxlanılması və təkmilləşdirilməsi
- Xüsusi istilik və havalandırma sistemi
- Xüsusi təhlükəsizlik tədbirləri
- Yüksək keyfiyyətli və zövqlü təmir
- Keyfiyyətli və standartlara cavab verən tədris ləvazimatları
- Keyfiyyətli və standartlara cavab verən ərzaq məsulları
- Gündəlik tibbi nəzarət və həftəlik tibbi yoxlama
Ünvan: Əsəd Əhmədov küçəsi, 5-ci döngə 9 ünvanı
Əlaqə: (+994 12) 5052443 (+994 55) 273 74 25
7. Mega Kids uşaq bağçası
Fəaliyyəti: Bağça bazar ertəsindən cümə gününədək həftənin 5 günü açıq olmaqla, tam günlük (08:00-18:00) fəaliyyət göstərir. Xidmətə daxil olan məşğələlərə ətraf aləmlə tanışlıq, sadə riyazi təsəvvürlərin inkişafı, ana dili və bədii ədəbiyyatın inkişafı, musiqi, fiziki mədəniyyət, yapma/quraşdırma, rəsm/aplikasiya, rəqs, gimnastika, şahmat, ingilis dili aiddir. İngilis bölməsində dərslər təcrübəli xarici müəllim tərəfindən keçirilir. Bu bölmədə tədris Montessori və kurikulum təlim metodu ilə aparılır. Gündəlik tibbi müayinə aparılır. Gündəlik 5 dəfə qidalanma (hər həftə yenilənən 200-dən artıq menyu üzrə) var. Hər gün təbii şirə və çay saatıdakı şirniyyatlar təzə hazırlanır. Yeməklərdə istifadə edilən ketçup və tomat aşbaz tərəfindən yayda hazırlanır, səhər verilən nehrə yağı, bal və ağartı məhsulları kənd məhsullarıdır.
Bölmələr: azərbaycan, rus və ingilis bölmələri mövcuddur.
Hazırlıq kursu: Mövcuddur. Belə ki, məqtəbəqədər, şahmat, gimnastika, rəqs və rəsm üzrə kurslar təqdim edilir
Yaş aralığı: 1.3-6
Həyətyanı sahəsi: Mövcuddur
Təhlükəsizlik kameraları: Mövcuddur, onlayn izləmədir
Əlavə xidmətlər: Günlük və 24/7 dayə xidməti təklif edilir
Nəqliyyat xidməti: Mövcud deyil (tələbata uyğun olaraq xidmətin təklifi nəzərdə tutulur)
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv (Araz marketin yaxınlığı)
Əlaqə vasitəsi: 050-501-80-06; 012-502-12-62
Mega Kids uşaq bağçasının sosial media hesabları:
8. Leylək uşaq bağçası
Leylək uşaq bağçasında uşaqların dünyagörüşünü inkişaf etdirən ekskursiyalar, bayram tədbirləri, müsabiqələr, yarışlar və bir sıra layihələr yüksək səviyyədə təşkil edilir. Bağçaya 8 ayından 6 yaşına qədər uşaqlar qəbul olunur.
Xüsusi diqqət edilir:
- Peşəkar kollektiv
- Təhlükəsizlik
- Qidalanma
- Dərnəklər
- Servis maşını
- Gigiyena
Xidmətlər və üstünlüklər:
- Evə Çatdırılma
- Dərnəklər
- Loqoped xidməti
- Psixoloq xidməti
- Öyrədici oyun və Videolar
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu,Əlimərdanbəy Topçubaşov 11
Əlaqə: (+994 50) 6140444 , (+994 12) 5944422
9. Balım uşaq bağçası
Fəaliyyəti: Bağça bazar ertəsindən cümə gününədək həftənin 5 günü açıq olmaqla, tam günlük (08:00-18:00) və yarım günlük (08:00-13:00) xidmət göstərir. Xidmətə daxil olan məşğələlərə riyaziyyat, məntiq, nitq inkişafı, ətraf aləmlə tanışlıq, kiçik və böyük motorikanın inkişafı, şahmat, incəsənət, rəqs, musiqi, ingilis dili, gimnastika aiddir. Gündəlik tibbi nəzarət aparılır, uşaqlar pediatr müayinəsindən keçirilir. Gündəlik 5 dəfə qidalanma var.
Bölmələr: azərbaycan, ingilis və rus bölmələri mövcuddur
Yaş aralığı: 1.6-6
Hazırlıq kursu: Mövcuddur. Belə ki, məktəbəqədər hazırlıq, gimnastika, şahmat, taekvondo, rəsm, rus dili, ingilis dili üzrə kurslar tətbiq edilir
Həyətyanı sahəsi: Mövcuddur
Təhlükəsizlik kameraları: Mövcuddur, onlayn izləmədir
Nəqliyyat xidməti: Mövcud deyil
Filial: Nizami
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Seyid Əzim Şirvani küçəsi 3a
Əlaqə vasitəsi: 012-570-70-47; 050-591-19-91
Balım uşaq bağçasının sosial media hesabları:
10. Toddler Town Academy uşaq bağçası
Fəaliyyəti: Bağça bazar ertəsindən cümə gününədək həftənin 5 günü açıq olmaqla, saat 08:00-dan 18:30-dək xidmət göstərir. Xidmətə daxil olan məşğələlərə bacarıqlı əllər, Montessori məşğələləri, zəka oyunları, ilkin riyazi anlayışlar, rəsm, məktub yazmaq, rus dili, azərbaycan dili, ingilis dili, gimnastika, aktyorluq dərsləri, təsviri fəaliyyət, bədən tərbiyəsi aiddir. Gündəlik 5 dəfə qidalanma var.
Bölmələr: rus bölməsi mövcuddur.
Yaş aralığı: 1.6-7
Hazırlıq kursu: Mövcuddur. Belə ki, məktəbəqədə hazırlıq, ibtidai sinif şagirdləri üçün ev tapşırıqlarının hazırlanması üzrə kurslar təqdim edilir
Əlavə xidmətlər: həftə sonları masterklaslar təşkil edilir
Həyətyanı sahəsi: Mövcuddur, genişdir (5 sot)
Təhlükəsizlik kameraları: Mövcuddur, onlayn izləmədir
Nəqliyyat xidməti: Mövcud deyil
Filial: Nərimanov
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıq Gəraybəyli küçəsi 5A (Məmməd Araz küçəsi)
Əlaqə vasitəsi: 050-318-15-77
Toddler Town Academy uşaq bağçasının sosial media hesabları:
11. Cosmoland Körpələr Evi uşaq bağçası
Fəaliyyəti: Bağça bazar ertəsindən şənbə gününədək həftənin 6 günü açıq olmaqla, həftəiçi günlər saat 08:00-dan 18:30-dək, şənbə günü isə saat 08:00-dan 15:00-dək xidmət göstərir. Xidmətə daxil olan məşğələlərə məktəbəqədər hazırlıq, azərbaycan dili, ingilis dili, rus dili, psixoloq, loqoped, gimnastika, musiqi, şahmat, rəsm, rəqs aiddir.
Bölmələr: Azərbaycan, rus və ingilis bölmələri mövcuddur
Yaş aralığı: 1-6
Hazırlıq kursu: Mövcuddur. Belə ki, məktəbəqədər hazırlıq, şahmat, loqoped, psixoloq, azərbaycan dili, rus dili, ingilis dili, rəqs, rəsm, gimnastika, pianino üzrə kurslar təqdim edilir
Həyətyanı sahəsi: Mövcuddur
Təhlükəsizlik kameraları: Mövcuddur, onlayn izləmədir
Mühafizə xidməti: Mövcuddur
Nəqliyyat xidməti: Mövcud deyil
Filial: Binəqədi
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 9c, məhəllə 3099
Əlaqə nömrəsi: 012-489-19-19; 070-828-88-00
Cosmoland Körpələr Evi uşaq bağçasının sosial media hesabları:
12. Baby Boss uşaq bağçası
Fəaliyyəti: Bağça bazar ertəsindən cümə gününədək həftənin 5 günü açıq olmaqla, tam günlük (08:00-18:00) fəaliyyət göstərir. Xidmətə daxil olan məşğələlərə ətraf aləmlə tanışlıq, ana dili və bədii oxu, riyaziyyat, təsviri fəaliyyət (rəsm, gil işi, aplikasiya), musiqi, rəqs, ingilis dili, idman, savad təlimi, qum terapiyası, leqo-quraşdırma, gimnastika, şahmat, məntiqi və hərəkətli oyunlar aiddir. Gündəlik tibbi nəzarət aparılır, uşaqlar pediatr müayinəsindən keçirilir. Gündəlik 5 dəfə qidalanma var.
Bölmələr: azərbaycan və rus bölmələri mövcuddur
Hazırlıq kursu: Mövcud deyil
Yaş aralığı: 1-6
Həyətyanı sahəsi: Mövcuddur
Təhlükəsizlik kameraları: Mövcuddur, onlayn izləmədir
Nəqliyyat xidməti: Mövcud deyil
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Sarayevo 7T küçəsi (Əhmədli m/s, Bakı restoranı və 95 nömrəli məktəbin yaxınlığı)
Əlaqə nömrəsi: 055-888-55-15
Baby Boss uşaq bağçasının sosial media hesabları:
13. Göyərçin uşaq bağçası
Fəaliyyəti: Bağça bazar ertəsindən cümə gününədək həftənin 5 günü açıq olmaqla, tam günlük (08:00-18:00) xidmət göstərir. Xidmətə daxil olan məşğələlərə ətraf aləmlə tanışlıq, bədii təfəkkürün inkişafı, savad təlimi və nitq inkişafı, musiqi, idman aiddir, dərnəklərə isə şahmat, loqoped, gimnastika, ingilis dili, rəqs daxildir. Bağçada kiçik, orta, böyük və məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Tibb bacısı tərəfindən gündəlik tibbi nəzarət aparılır. Gün ərzində 5 dəfə qidalanma var;
Bölmələr: ingilis və rus bölmələri mövcuddur
Yaş aralığı: 2.5-5
Hazırlıq kursu: Mövcud deyil
Həyətyanı sahəsi: Mövcuddur
Təhlükəsizlik kameraları: Mövcuddur, onlayn izləmədir
Mühafizə xidməti: Mövcuddur
Nəqliyyat xidməti: Mövcud deyil
Filial: Yasamal
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 54
Əlaqə nömrəsi: 055-323-49-10; 012-538-34-12
Göyərçin uşaq bağçasının sosial media hesabları:
14. Yaşıl Ada uşaq bağçası
Fəaliyyəti: Bağça bazar ertəsindən cümə gününədək həftənin 5 günü açıq olmaqla, tam günlük (08:00-18:00) və yarım günlük (08:00-13:00) xidmət göstərir. Xidmətə daxil olan məşğələlərə riyaziyyat, məntiq, nitq inkişafı, ətraf aləmlə tanışlıq, kiçik və böyük motorikanın inkişafı, hovuz, şahmat, incəsənət, rəqs, musiqi, gimnastika aiddir. Gündəlik tibbi nəzarət aparılır, uşaqlar pediatr müayinəsindən keçirilir. Gündəlik 5 dəfə qidalanma var.
Bölmələr: azərbaycan, ingilis və rus bölmələri mövcuddur
Yaş aralığı: 2-6
Hazırlıq kursu: Mövcuddur. Belə ki, məktəbəqədər hazırlıq üzrə kurslar təqdim edilir
Həyətyanı sahəsi: Mövcuddur
Təhlükəsizlik kameraları: Mövcuddur, onlayn izləmədir
Nəqliyyat xidməti: Mövcud deyil
Filial: Nəsimi
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, döngə 7
Əlaqə nömrəsi: 012-530-63-34; 051-238-50-50
Yaşıl Ada uşaq bağçasının sosial media hesabları:
15. Qlobus uşaq bağçası
Fəaliyyəti: Bağça bazar ertəsindən cümə gününədək həftənin 5 günü açıq olmaqla, yarım günlük saat 08:00-dan 13:00-dək və tam günlük saat 08:00-dan 19:00-dək xidmət göstərir. Xidmətə daxil olan məşğələlərə məktəbəqədər hazırlıq, ingilis dili, rus dili, musiqi, rəqs, şahmat, üzgüçülük, ətraf aləmlə tanışlıq, rəsm, məntiq, gimnastika aiddir.
Bölmələr: azərbaycan, ingilis və rus bölmələri mövcuddur
Yaş aralığı: 1-6
Hazırlıq kursu: Mövcuddur. Belə ki, azərbaycan, rus və ingilis dilləri üzrə məktəbəqədər hazırlıq və rəqs üzrə kurslar təqdim edilir
Həyətyanı sahəsi: Mövcuddur, genişdir, təhlükəsizdir
Təhlükəsizlik kameraları: Mövcuddur, onlayn izləmədir
Nəqliyyat xidməti: Mövcuddur
Filial: Yasamal
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 31/38 (Musabəyov parkı və İlahiyyat məscidi yaxınlığında)
Əlaqə nömrəsi: 055-270-52-02; 012-437-52-01
Qlobus uşaq bağçasının sosial media hesabları:
Bakıda ən yaxşı bağçalar haqqında araşdırmalar etdik. Seçdiyimiz bağçalarda uşaqlarınızın hərtərəfli inkişafi üçün bütün şərait var.
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri tövsiyə edirlər ki, həm təbii (ana südü ilə), həm də süni qida (süni süd qarışıqları) qəbul edən uşaqların rasionuna əlavə qidaları (sıyıqlar, şirə, püre və s.) 6 aydan başlayaraq daxil etmək olar.
Çünki bu dövrədək körpə orqanizmi yeni qidanı həzm etməyə hazır olmur. 5-6 ayına qədər əlavə qidaları qəbul etməyə başlayan uşaqlarda allergiyalara və mədə-bağırsaq pozulmalarına daha tez-tez hallarda təsadüf edilir.
Əlavə qidaya tədriclə, kiçik dozalarla başlayın. Əsas qidalanmadan sonra yeni qidanı körpənin ağzına damızdırmaq və ya çay qaşığının ucunda vərmək lazımdır. Günbəgün əlavə qidanın miqdarını artırın.
Saglamolun.Az-ın məlumatına əsasən yeni qidanın ilk dozası nə qədər az olarsa və gec artırılarsa, atopik dermatitlərin (diatez) baş vermə ehtimalı bir o qədər azalar.
Hər yeni qida əsas qidadan sonra və ya mümkün olarsa, əsas qidaya qatılaraq verilir. Körpənin qida rasionuna 7-10 gün ərzində 1 növdən artıq əlavə qida daxil etməyin. Çünki körpənin yeni qidaya alışması üçün ən azı 7 gün tələb olunur.
Edilməli olan peyvəndə 3 gün qalmış və peyvənd edildikdən 3 gün sonra, dişlər çıxan zaman ilk 1 həftə ərzində, tənəffüs yollarının virus infeksiyaları və digər kəskin xəstəliklər zamanı da körpələrin qida rasionuna yeni qida məhsulunun əlavə edilməsi məsləhət olunmur.
Nəzərə almaq lazımdır ki, bəzən yeni qidanın tamı körpənin xoşuna gəlməyə bilər. Bu halda o, yeni qidanı tüpürəcək və ya ondan imtina edəcək. Bu halda həmin qidanı təkrarən bir neçə dəfə ona yedizdirməyə çalışın, ancaq körpəni zorla yeməyə vadar etməyin.
6 ayından sonra uşaq orqanizmində müəyyən mikroelementlərin (xüsusən dəmirin və sinkin) defisiti yaranın ki, bu mikroelementləri mütləq bərpa etmək lazımdır. Beləliklə, hansı əlavə qidalarından başlamaq lazımdır?
6 ayından başlayaraq körpələrə əvvəl sıyıqlar vermək lazımdır. Hipoallergen sıyıqlardan başlayın – düyü, qarabaşaq (“qreçka”), qarğıdalı. Bu yarmalarda uşaqlarda tez-tez allergik reaksiyalara səbəb olan bitki mənşəli zülal “qluten” yoxdur. Daha sonra manna (bu yarmanı tez-tez vermək olmaz), yulaf və s. yarmalarından hazırlanan sıyıqları vermək olar. Sıyıqları verməyə başladıqda uşaqlar üçün olan hazır sıyıqlara üstünlük verin (sıyıq uşağın yaşına uyğun olmalı və tanınmış istehsalçı tərəfindən istehsal olunmalıdır). Ev şəraitində hazırlanan sıyıqlarla müqayisədə hazır sıyıqlara körpə daha asan uyğunlaşır, bu sıyıqlara allergik və s. reaksiyalar daha az-az hallarda olur.
Əvvəl südsüz sıyıqlardan başlayın, daha sonra sıyıqlara uşaqlar üçün xüsusi buraxılan quru süd, ana südü və ya süni süd əlavə etmək olar (və ya hazır südlü sıyıqları almaq olar). Nəzərinizə çatdıraq ki, inək (və ya keçi) südü uşağın pəhrizinə yalnız 1 yaşından (bəzi pediatrların fikirinə görə, 2 yaşından) sonra daxil etmək olar.
6-aylıq körpə gün ərzində adətən 5 dəfə qida qəbul edir (1 dəfə sıyıq, 4 dəfə ana südü və ya süni süd).
2-ci əlavə qida kimi körpələrin menyusuna meyvə və tərəvəzlər daxil olunmalıdır. İlk növbədə gül kələmi, kartof, yunan qadağından (meyvələrdən – alma və banandan) başlamaq olar. Əvvəl bir növ tərəvəz və ya meyvədən başlamaq lazımdır (məsələn, kartof püresi). Sonra isə püreyə tədricən bir neçə digər tərəvəz daxil etmək olar (məsələn, kartof + gül kələmi, sonra kartof + gül kələmi + kök və s.). Daha sonra uşağın pəhrizinə kök, balqabaq, pomidor, noxud, lobya, ispanaq və s. əlavə olunur.
Bir çox hallarda uşaqlar tərəvəzlərə qarşı ehtiyatlı olurlar. Tez bir zamanda siz də uşağınızın hansısa bir neçə tərəvəzi “sevmədiyini” aşkar edə biləcəksiniz. Onlara bu tərəvəzləri məcburi olaraq yedirtməyin, ancaq hər ay onlara təklif edin. Bir çox uşaqlar, tərəvəzlər azca (!) duzlanmış olduqda onları daha yaxşı yeyirlər. Tərəvəz pürelərinə az miqdarda bitki yağı (xüsusən zeytun yağı) əlavə etmək olar.
Tərəvəzlərin miqdarını artırmağa tələsməyin, uşağın mədə-bağırsaq sisteminin onlara uyğunlaşmasına vaxt verin. Əgər tərəvəzin qəbulundan sonra uşağın nəcisi sulu şəkildə olarsa, onlara bu tərəvəzləri verməyin, bir aydan sonra isə kiçik paylarla olmaqla yenidən verin. Çuğundur uşağın nəcisini və sidiyini qırmızı rəngə boyayır. Uşağa çuğundur yedirtməyinizi yadınızda saxlayın ki, sonra bunun səbəbinin “qan qarışığı” olmasını düşünərək təşvişə düşməyəsiniz.
Meyvə və tərəvəzlər mütləq mövsümi olmalıdır (yəni qışda ərik, şaftalı, badımcan və s. vermək olmaz). Tərəvəzləri az miqdarda suda və ya buğda bişirmək və sonra blenderdə əzmək lazımdır.
Daha sonra püreni sürtgəcdən keçirməklə və ya çəngəllə əzməklə də vermək olar. Belə qida dərhal udulmur, müəyyən bir müddət ərzində ağızda saxlanılaraq çeynəmə refleksinin formalaşmasına kömək edir. Belə qidanın verilməsi 7 ayına qədər baş verməzsə, gələcəkdə uşağın çeynəməsində və bərk qidanı udmasında müəyyən problemlər yarana bilər və o belə qidanı qəbul edəndə boğula bilər və ya qidanı qusa bilər.
Uşaq bərk qidanın qəbul edilməsinə hazır olduqda (lazım olan reflekslər, həmçinin çeynəmə refleksi formalaşdıqda; qida fermentləri aktiv olduqda; dişlər çıxdıqda) – bu, uşağın 8-9-cu aylarına təsadüf edir – onun qidasına tikə-tikə olan yeməklər də əlavə oluna bilər. Bu zaman uşağa qabığı soyulmuş çiy armud, alma, kök, çörək və ya peçenye tikəsi də vermək olar. Uşagın dişlərinin sayı 6-8-ə çatdıqda ona daha uzun müddət çeynənmə tələb edən qidalar da vermək olar.
Uşağın ilk 6-8 aylığında bütün meyvələr (banandan savayı) suda bişmiş şəkildə verilir. Meyvəni az miqdarda suda bişirmək, sonra az miqdarda şəkər tozu əlavə edərək blenderdə əzmək lazımdır. Adətən, uşaqlara alma, şaftalı, armud, ərik, qara gavalı və s. meyvələr verilir. Uşağın iştahasından və mənimsəməsindən asılı olaraq, meyvələri uşağa istənilən qidalandırılma zamanı (meyvə püresinə uşaq üçün olan xüsusi peçenye və ya suxarı əlavə etmək olar), hətta gün ərzində iki dəfə də vermək olar.
Uşaqlar üçün olan hazır meyvə və tərəvəzlər konservlərindən istifadə edilməsi (xüsusən yeni qidalara uşaq təzəcə öyrəşdikdə) daha yaxşıdır.
Müxtəlif meyvə şirələrini uşağın pəhrizinə meyvələri daxil etdikdən sonra daxil etmək olar. 1 yaşlı uşağa təxminən 70-100 ml şirə vermək olar. Şirəni şürəçəkəndə yox, əl ilə çəkmək daha yaxşıdır ki, bu halda meyvədə olan bütün xeyirli maddələr saxlanılır. Şirəni çəkdikdən sonra dərhal uşağa vermək lazımdır.
Hər bir meyvəyə öyrəşmək üçün uşağa müəyyən bir vaxt vermək lazımdır. Bir çox uşaqlara bir dəfəyə 50-60 qr meyvə verilməsi kifayət edir.
Meyvələr, xüsusən də qara gavalı uşağın nəcis ifrazının tənzimlənməsinə çox yaxşı kömək edir. Qara gavalı yüngül işlədici təsirə malikdir, ona görə də xroniki qəbizliyi olan uşaqlar üçün o, ikiqat qiymətli hesab olunur. Belə uşaqlara gün ərzində bir qidalanma zamanı sürtgəcdən keçirilmiş qara gavalı, digər qidalanma zamanı isə hər hansı digər meyvələr vermək olar.
Əksinə, əgər sizin uşağınızda tez-tez ishal olursa, meyvələri ona gün ərzində yalnız bir dəfə vermək, qara gavalını isə onun qida rasionundan, ümumiyyətlə, çıxarmaq lazımdır.
6-7 aylığından başlayaraq (ailə üzvlərində irsi olaraq allergiya olarsa, bu halda 8 aylığından etibarən) uşağa yumurta sarısı verməyə başlamaq olar. Yumurta sarısını suda bərk halda olmaqla bişirdikdən sonra (20 dəqiqə ərzində) vermək olar, çünki istənilən qida məhsulu nə qədər çox bişirilərsə, allergiyanın baş vermə ehtimalı o qədər azalmış olur. Yumurta sarısını sıyıq və ya tərəvəz püresi ilə qarışdırmaq olar. Uşağın qida rasionuna ət daxil etdikdə isə, yumurta sarısını səhər və ya axşam yeməyinə, əti isə onun günorta yeməyinə salmaq olar. 1 yaşına qədər uşağa həftədə 2-3 dəfə olmaqla 1/2 yumurta sarısı vermək olar.
3-cü əlavə qida kimi uşağın pəhrizinə (uşağın 8 ayından başlayaraq) ət əlavə olunur. Ət uşaqlar üçün çox xeyirli olan bir qida məhsuludur. Həftə ərzində 2-3 dəfə ət vermək olar (müxtəlif tərəvəzlər əlavə olunmuş suplar şəklində). Bunu yağsız mal ətindən başlamaq, sonra isə ona dana, qoyun, toyuq əti, qara ciyər də vermək olar.
9 ayından sonra uşağın qida rasionuna yağlı olmayan ağ balıq (xanı balığı, treska, kambala) əlavə etməyə icazə verilir (balıq az suda bişirilir və ya buğda hazırlanıb püre şəklində uşağa verilir). Təəssüflər osun ki, bir çox uşaqlar balıq yeməyi sevmirlər. Bu halda onları balıq yeməyə məcbur etməyin. Lakin bu zaman uşaqda allergik reaksiyaların (səpgilər, nəcisin dəyişilməsi və s.) olub-olmamasına fikir vermək lazımdır (balıq allergik xüsusiyyətlərinə malikdir).
8 aylığında uşaq 4-5 dəfə qida qəbul edir. 3-4 dəfə əlavə qidalar (sıyıq, meyvə, tərəvəz, ət, süd məhsulları – xüsusi uşaq üçün olan kəsmik, yoqurt, kefir), 1-2 dəfə isə ana südü və ya süni süd verilə bilər.
Bundan əlavə uşağa xüsusi uşaq üçün buraxılan suxarı (tərəvəz pürelərinə və suplara əlavə etmək olar), peçenye (meyvə pürelərinə əlavə etmək olar) və çörək vermək olar.
Bir yaşına kimi uşağa bal, suda bişmiş ilıq yumurta, yağlı, duzlu, qızarmış yeməklər, şəkər, qazlı sular vermək olmaz.
Beləliklə, 6 aylığından etibarən sizin uşağınızın qida rasionuna sıyıqlar, yumurta sarısı, meyvələr, tərəvəzlər və ət kimi qida məhsulları daxil edilir. Adətən, onların uşağa verilməsi aşağıdakı kimi paylaşdırılır: sıyıq və yumurta sarısı səhər yeməyində, ət və tərəvəzlər nahar zamanı, sıyıq və meyvələr axşam yeməyində. Ancaq bunu dəyişilməz qayda kimi də qəbul etmək lazım deyil. Uşağınızı sizə və ona rahat olan kimi də qidalandıra bilərsiniz. Əgər uşağın nəcisi bərkdirsə, hər axşam yeməyi zamanı ona sıyıq və qara gavalı, səhər yeməyinə isə əlavə olaraq digər meyvələr vermək olar.
Bəzi hallarda (uşaqda raxit, dəmirdefisitli anemiya, həzm sistemi pozulmaları olduqda və s.) uşağın rasionuna əlavə qidaların daxil olunması digər sxem üzrə həyata keçirilə bilər. Bu halda həkim belə uşaq üçün xüsusi sxem hazırlaya bilər.
Saglamolun.Az
Comments are closed, but trackbacks and pingbacks are open.