Press "Enter" to skip to content

Geosiyasi mübarizə və rəngli inqilablar: postsovet məkanında yeni vəziyyət

Rusiya rəhbərliyi bir neçə dəfə bəyan edib ki, bəzi dairələr keçmiş sovet respublikalarında siyasi hakimiyyəti zorla dəyişmək planlarını işləyir. Türkiyədə uğursuz hərbi çevriliş cəhdindən sonra bu mövzuda analizlər daha da çoxalıb. Hətta prezident Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiya sərhədləri yaxınlığında “geosiyasi turbulentliyin yaradılmasından narahat olduqlarını” dilə gətirmiş, buna misal olaraq Türkiyə, Ermənistan və Mərkəzi Asiyada müşahidə edilən prosesləri göstərmişdi.

Kompüter texnikasının yaranma tarixi və inkişaf mərhələləri

Hesabın yaranma tarixi: Hesab rəqəmlərin adlandırılmasından əvvəl yaranmışdır. İnsanlar saymaq üçün eyni tipli əşyalardan istifadə etmişlər: barmaqlar, daşlar, divarda çəkilən xətlər, düyünlər, taxta və ağaclar üzərində çapıqlar və s.

  • İlk hesablayıcı kimi Romada əlin barmaqlarından istifadə etmişlər.
  • Sonradan bu məqsədlə daşlardan istifadə etməyə başlamışlar.
  • B.e.ə. V – IV əsrlərdə ən qədim hesablama vasitəsi – yunanların “abak” adlandırdığı “salamin lövhəsi” yaradılmışdır. Müxtəlif ölkələrdə bu qurğu müxtəlif cür adlandırılırdı. Məsələn, Çində – suan-pan (VI əsr), Yaponiyada – serobyan (XIV əsr), Rusiyada – şotka (XVI əsr).

Kompüter – informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir.

Hazırda beynəlxalq termin kimi işlədilən “kompüter” ingilis sözü olub (“computer”) “hesablayıcı” (maşın dilində) deməkdir. Bu söz dilimizə gəlməzdən əvvəl onun yerinə “rəqəm hesablama maşını” (rusca “цифровая вычислительная машина”), “Elektron Hesablama Maşını — EHM” (rusca “Электронная Вычислительная Машина” — ЭВМ) və ya “hesablama maşını — HM” söz birləşmələrindən istifadə olunurdu.

Kompüter texnikasının yaranma tarixi proqramla idarə olunan ilk universal kompüterin yaradıldığı vaxtdan (1946-cı il) başlanır. Bundan xeyli əvvəl isə hesab əməllərinin yerinə yetirilməsi üçün texniki və elektrotexniki qurğular yaradılmışdır.

  • İlk dəfə olaraq məşhur fransız alimi Blez Paskal 1642-ci ildə cəmləyici maşın hazırlamışdır;
  • 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini (toplama, çıxma, vurma, bölmə) yerinə yetirən mexaniki arifmometr yaratmışdır. XIX əsrdən başlayaraq arifmometrlərdən geniş istifadə olunmağa başlandı.
  • 1830-cu ildə ingilis riyaziyyatçısı Çarlz Bebbic proqramla işləyən, yəni insanın iştirakı olmadan hesablama aparan hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərdi. Maşına perfokartların daxil edilməsi, verilənlərin və nəticələrin isə “anbar”da (yaddaşda) saxlanması nəzərdə tutulurdu. Lakin o vaxtkı texnikanın səviyyəsi bu cür mürəkkəb maşını yaratmağa imkan vermədi. Bebbicin fikirləri sonradan universal kompyuterlərin yaradılmasının əsasını qoydu. Maşının emalı zamanı Bebbicə Ada Lavleys kömək olmuşdur. İlk dəfə olaraq bu qadın proqramlaşdırmanın nəzəri əsaslarını vermişdir və o, tarixə “ilk proqramçı” kimi düşmüşdür.
  • Yaddaşla və proqramla idarə olunan universal kompüterlərin yaradılmasının nəzəri əsasları 1930-cu ildə A.Turinq (İngiltərə) və E.Post (ABŞ) tərəfindən inkişaf etdirildi.
  • Proqramla idarə olunan ilk kompüterin yaradıcısı alman alimi Konrad Zus (Conrad Zuse) hesab olunur. Tələbə ikən Zus Çarlz Bebbicin Analitik maşınına oxşar qurğunun yaradılması işlərinə başladı. Onun Z1 adlandırdığı maşın verilənlərin daxil edilməsi üçün klaviaturaya malik idi. Hesablamaların nəticəsi kiçik lampalardan qurulmuş paneldə əks olunurdu. Sonradan o, perfolentlə işləyən Z2 maşınını yaradır. 1941-ci ildə Zus, ikilik say sistemi ilə işləyən Z3 kompyuterini yaradır. Təəssüf ki, bu kompyuterlər müharibə şəraitində sıradan çıxmışlar.
  • Rəqəm hesablama maşınlarının yaradılmasının əsas prinsipləri Amerika alimləri Con Fon Neyman, Q.QoldsteynA.Beris tərəfindən verilmişdir. Bu nəzəri əsasların praktiki reallaşdırılması isə ilk dəfə olaraq 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə qurulan ENIAC (Electronic Numerical Integrator and Computer) adlı universal kompüterin yaradılması ilə həyata keçirildi. Quraşdırılmasına təxminən yarım milyon dollar sərf olunan bu kompüterin çəkisi 28 ton idi və 140 kVt enerji tələb edirdi.

Bu vaxtdan başlayaraq kompüter texnikası yüksək sürətlə inkişaf etməyə başladı. Məhz həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi hesab olunur.

Hesablama texnikasının inkişaf tarixinə uyğun olaraq elektron hesablama maşınlarını (EHM) dörd nəslə bölürlər. Bu nəsillər element bazasına, proqram təminatlarına, texniki və istismar göstəricilərinə görə bir-birindən köklü surətdə fərqlənirlər.

I nəsil (1950-1959) EHM-lər elektron lampalar üzərində yaradılmışdır. Bu tip maşınlar böyük ölçüyə, kiçik əməli yaddaşa, aşağı hesablama məhsuldarlığına malik olub, etibarlı işləmirdi və tez-tez sıradan çıxırdı. Giriş-çıxış qurğularının və xarici yaddaşın funksional məhdudluğu mətni (simvol tipli) informasiyanın emalını çətinləşdirirdi. Odur ki, kompüterlərin tətbiq sahəsi məhdud idi. Onlar əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Keçmiş SSRİ-də istehsal olunan I nəsil kompüterlərə misal olaraq MESM, BESM, “Ural”, “Strela”, M-3, Minsk-1, M-20 maşınlarını göstərmək olar.

Bu hesablama maşınları saniyədə təxminən 10000 əməliyyat yerinə yetirirdi.

II nəsil (1960-1969) EHM-də elektron lampalar yarımkeçirici elementlərlə – tranzistorlarla və diodlarla əvəz olundu. Giriş-çıxış qurğuları təkmilləşdirilmiş, böyük tutumlu xarici yaddaş (maqnit lentində) qoşulmuş və mətni informasiyanın emalı mümkün olmuşdur. Xarici qurğularla əsas qurğuların paralel işləməsi məsələsi qismən həll edilmişdir. Alqoritmik dillərdən istifadə etməklə məsələlərin maşında həlli qaydaları xeyli asanlaşmışdır. Kompyuterlərin tətbiq sahələri xeyli genişlənmişdir. Sovet İttifaqında istehsal olunan ikinci nəsil EHM-lərə misal olaraq “BESM-4”, “BESM-6”, “M-20”, “Minsk-2”, “Minsk-22”, «Ural-14” və s. göstərə bilərik.

Bu hesablama maşınları saniyədə təxminən bir neçə 100 min əməliyyat yerinə yetirirdi.

III nəsil (1970-1985) kompüterlərin yaradılması üçün zəmin yeni element bazasının – mikroelektronikanın və inteqral sxemlərin yaranması oldu. Onlardan istifadə nəticəsində kompüterlərin qabarit ölçüləri kiçildi və iş etibarlılığı daha da artdı. Qurğuların paralel işləməsi prinsipi daha da təkmilləşdirildi. Nəticədə asinxron dəyişdirilə bilən quruluşdan istifadə etməyə imkan yarandı və eyni zamanda bir neçə proqramın yerinə yetirilməsi (multiproqram rejimi) mümkün oldu. Əsas qurğularla xarici qurğular arasında informasiya mübadiləsinin dinamik prinsiplə təşkili kompüterə müxtəlif sayda müxtəlif tipli xarici qurğuların qoşulmasına imkan verdi. Əməli yaddaşın həcmi xeyli artırıldı, maşınların əməliyyat sistemində müxtəlif emal rejimlərindən (sual-cavab, vaxtın bölünməsi, paket emalı və s.) istifadə edilməsi EHM-in idarə olunmasını asanlaşdırdı. Üçüncü nəsil EHM-in əsasında tele-emal sistemlərinin yaradılmasını həyata keçirdilər. Bu isə uzaqda yerləşən istifadəçilərin terminallar vasitəsi ilə EHM-lərə daxil olub, onlardan lazım olan məlumatların oxunmasına imkan yaratdı. Böyük yaddaş tutumu ilə yanaşı, yüksək oxuma-yazma sürətinə malik olan maqnit disklərindən xarici yaddaş kimi istifadə olunması ilk dəfə III nəsil kompüterlərdə həyata keçirilmişdir.

III nəsil kompüterlərin əsas səciyyəvi xüsusiyyətlərindən biri hesablama prosesinin təşkilində aparat və proqram vasitələrindən birgə istifadə edilməsidir. İnformasiya emalını və proqramlaşdırmanı sadələşdirmək və səmərəliliyini artırmaq üçün əməliyyat sistemlərindən istifadə olunmağa başlandı. Nəticədə proqram vasitələrinin rolu xeyli artdı.

III nəsil kompüterlərinin əsasını ABŞ-ın IBM firmasının yaratdığı IBM 360 və IBM 370 kompüterləri təşkil edir. Onun əsasında keçmiş SSRİ-də «EC ЭВМ» tipli kompüterlər yaradılmışdır. Kompüterlərdən istifadə edənlərin müxtəlif tələblərini ödəmək məqsədilə bu nəsil kompüterlərin bir neçə modeli yaradılmışdır. Hər bir modelin tərkibini məqsədəuyğun şəkildə dəyişdirmək mümkün idi. Bu cür imkan III nəsil kompüterlərin modul prinsipi ilə qurulması əsasında əldə edilirdi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, maşında konstruktiv və funksional cəhətdən müxtəlif olan qurğular bir-biri ilə universal xarici əlaqələrlə birləşdirilir. Qurğular bloklardan təşkil olunur. Blokların tipini və sayını dəyişdirməklə qurğunun texniki xarakteristikalarını dəyişdirmək olar.

Bu nəsil hesablama maşınlarının bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan ABŞ-ın DEC firması tərəfindən istehsal olunan PDP və VAX kompüterləri və onların SSRİ-dəki analoqu olan CM-1, CM-2, CM-3, CM-4, CM-1420 və s. maşınları idi. Bu kompüterlər əsasən idarəetmə sistemlərində tətbiq üçün nəzərdə tutulmuşdur.

Bu hesablama maşınları saniyədə təxminən bir neçə 10 milyon əməliyyat yerinə yetirirdi.

IV nəsil (1985-bu günə qədər) böyük və çox böyük inteqral sxem (BİS, ÇBİS) texnologiyası ilə yaradılan illəri əhatə edir. Bu cür inteqral sxemlərdə bir yarımkeçirici kristalda 1000-ə qədər sxem yerləşdirmək mümkün olur. Yəni bir BİS onlarla və yüzlərlə adi sxemlərin yerinə yetirdikləri funksiyaları yerinə yetirə bilir. Odur ki, kompüterin qabarit ölçüləri xeyli kiçilir (10-100 dəfələrlə), iş etibarlılığı isə çoxalır. Əvvəlki nəsil kompüterlərdə əməli yaddaş (ƏY) əsasən maqnit nüvələrində qurulduğu halda, IV nəsil kompüterlərdə ƏY (statik və dinamik yaddaş) inteqral sxemlərində qurulur. Odur ki, ƏY-nin işləmə sürəti və tutumu xeyli artır. BİS-lərdən istifadə maşınların proqram təminatlarının yaxşılaşmasına böyük təkan verdi.

IV nəsil kompüterləri arasında mini və mikrokompüterlər xüsusi yer tutur. 1981-ci ildən mikroprosessorların yaradılması dördüncü nəsil maşınların yeni növünün – fərdi kompüterlərin (ingiliscə Personal Computer – PC) yaranmasına imkan yaratdı. Fərdi kompüterlər IV nəsil kompüterlərin ayrıca sinfini təşkil edirlər. Fərdi kompüterlərin yaradılması, geniş istehsalı və tətbiqi kompüter texnikasında inqilabi nailiyyət hesab olunur. Bunun bir neçə səbəbi var:

– FK ölçülərinə görə xeyli kiçik (hazırda onların stolüstü portativ və cib variantları var) və qiymətcə çox ucuzdur;

– Texniki göstəricilərinə və imkanlarına görə III nəsil orta və kiçik kompüterlərdən geri qalmır;

– Köhnə kompüterlərlə əsasən bu sahənin mütəxəssisləri (proqramçılar, elektron mühəndisləri, operatorlar) işləyə bildiyi halda, fərdi kompüterdən kütləvi alət kimi (məsələn, televizor, telefon və s.) hamı istifadə edə bilər;

– Fərdi kompüterlər çox etibarlıdır və onunla ünsiyyət dialoq formasında aparıldığından, çox rahatdır.

Bunlara nümunə: IBM PC 286, IBM PC 386, IBM PC 486, IBM PC 586 və s.

Bu hesablama maşınları saniyədə təxminən bir neçə 100 milyon əməliyyat yerinə yetirir.

EHM-lərin V nəsli dedikdə, bu günün və gələcəyin kompüterləri başa düşülür. V nəsil – kompüter sənayesinin və süni intellektin inkişafını nəzərdə tutan, 80-ci illərdə Yaponiyada qəbul edilmiş genişmiqyaslı dövlət proqramıdır. Beşinci nəslin başlanması, süni intellektin yaradılmasına əsaslanan yeni texnologiyalara keçidi nəzərdə tuturdu. Bu nəslin kompüterlərinə qoyulan əsas tələblər bunlardır: təkmilləşdirilmiş insan-maşın interfeysinin yaradılması (nitqin, səsin, obrazların tanınması); Biliklər bazasının və süni intellekt sistemlərinin yaradılması üçün məntiqi proqramlaşdırmanın inkişaf etdirilməsi; Hesablama texnikasının istehsalında yeni texnologiyaların yaradılması; Kompüterlərin və hesablama komplekslərinin yeni arxitekturalarının yaradılması.

Universal kompüterlər yüksəksürətli hesablamalar aparırlar, lakin onlar maqnit disklərində saxlanan böyük həcmli verilənlərin müqayisəsini və çeşidlənməsini yüksək sürətlə həyata keçirməyə qadir deyillər. Bu əməliyyatlar üçün xüsusi obyektyönümlü və məntiqi proqramlaşdırma dilləri yaradılmışdır (əsasən Proloq dilindən geniş istifadə edilməsi nəzərdə tutulur). Bu dillərin strukturu ənənəvi Fon-Neyman arxitekturasından, süni intellektin yaradılması məsələlərinin tələblərini nəzərə alan yeni arxitekturaya keçidi tələb edir.

V nəsil kompüterlər yeni elektron texnologiyası ilə daha miniatür elementlərdə yığılır, daha yüksək məhsuldarlığa və iş etibarlılığına malik olmaqla yanaşı, keyfiyyətcə yeni funksional tələblərə cavab verməlidirlər.

Hazırladı: MushviG .H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.

  • Teqlər:
  • Kompüter
  • , arxitektura
  • , hesablama maşını
  • , proqram
  • , tranzistor.

Geosiyasi mübarizə və “rəngli inqilablar”: postsovet məkanında yeni vəziyyət

Şübhə yoxdur ki, dünyanın böyük geosiyasi gücləri öz maraqları uğrunda əllərindən gələni edirlər. Day.Az Newtimes.az-a istinadən bildirir ki, son zamanlar onların postsovet məkanı ölkələrində daha da fəallaşdığını təsdiq edən proseslər gedir. Bir sıra dövlətlərdə kadr dəyişiklikləri müşahidə edilir. Onların sırasında Ermənistan daha çox seçilir. Bu ölkədə baş nazir istefa verib və səbəb kimi yeni hökumətin formalaşması zərurətini göstərib. Onu əvəz edən şəxs isə “Qazprom”da çalışıb. Bu kimi proseslərin genişlənib postsovet məkanı dövlətlərini əhatə etməsi barədə dəqiq proqnoz vermək çətindir. Lakin ekspertlər hesab edirlər ki, bütövlükdə region uğrunda böyük güclərin mübarizəsi daha da intensivləşib. Bu prosesin necə sonuclanacağı isə məlum deyil.

İstefalar: sifarişçi kimdir?

Müasir geosiyasi proseslər çox dinamikdir. Uzun müddət dəyişməyən faktorları tapmaq indi çətindir. Hadisələr sürətlə bir-birini əvəz edir. Xüsusilə böyük dövlətlər arasında amansız və güzəştsiz savaş gedir. Hərbi, informasiya, mədəniyyət, ideologiya və başqa sahələrdə bunun əlamətlərini daha açıq hiss etmək mümkündür. Bu özəllik geosiyasətdə qeyri-müəyyənlik, risk və xaos amillərini gücləndirir. Son dövrlərdə postsovet məkanında həmin amillər daha qabarıq şəkildə özünü büruzə verir.

Rusiya rəhbərliyi bir neçə dəfə bəyan edib ki, bəzi dairələr keçmiş sovet respublikalarında siyasi hakimiyyəti zorla dəyişmək planlarını işləyir. Türkiyədə uğursuz hərbi çevriliş cəhdindən sonra bu mövzuda analizlər daha da çoxalıb. Hətta prezident Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiya sərhədləri yaxınlığında “geosiyasi turbulentliyin yaradılmasından narahat olduqlarını” dilə gətirmiş, buna misal olaraq Türkiyə, Ermənistan və Mərkəzi Asiyada müşahidə edilən prosesləri göstərmişdi.

Bunların təsadüfi olmadığı aydındır. Çünki yüksək səviyyəli dövlət rəsmisinin belə açıq danışması üçün əsaslı və ciddi səbəblər olmalıdır. Hazırda özünü göstərən bir sıra hadisələr də D.Peskovun ifadə etdiyi fikirlərin yersiz olmadığını təsdiqləyir. Həmin kontekstdə Ermənistan, Özbəkistan, Gürcüstan və Rusiyadakı kadr dəyişiklikləri üzərində dayanmaq maraqlı olardı.

Ermənistanda baş nazir Ovik Abramyan istefa verib. O, səbəb kimi “prezidentin yeni hökumət formalaşdırması üçün imkan yaratmağı” göstərib. Belə çıxır ki, O.Abramyan özünü yeni kabinetdə görmür. Məsələ ondan ibarətdir ki, sentyabrın əvvəllərində yayılan informasiyaya görə, Serj Sarkisyanın Vladimir Putinlə görüşü zamanı baş nazir O.Abramyan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) İrəvan ofisinin yeni rəhbəri Debora Qrizeri qəbul edib. Bu təşkilatın Corc Sorosla əlaqələrinin olduğu və bir neçə ölkədə (məsələn, Makedoniyada) “rəngli inqilab” təşkil etdiyi bildirilir (bax: Кто угрожает армянской государственности? Открытое обращение к армянскому народу и властям Армении / “dlmn.info”, 1 sentyabr 2016).

O.Abramyanın yerinə isə Karen Karapetyan təyin edilib. İndi yeni hökumət formalaşdırılır. Ekspertlər burada əsas rolu Kremlin oynadığı qənaətindədirlər. K.Karapetyan Rusiyanın qaz nəhənginə bağlı adam kimi Moskvanın əleyhinə gedə bilməz. Başqa tərəfdən, Ermənistanda məlum üsyanın arxasında Qərbin dayandığı haqqında erməni KİV çox yazır. Etirazda iştirak edənlərin hamısı Amerikada təhsil alıb. Onların tələbləri sırasında yeni hökumətin formalaşdırılması da vardı. Bu aspektdə aydındır ki, O.Abramyanın istefası, əslində, qərbpərəstlərin ciddi məğlubiyyətidir.

Rusiya təşəbbüsü ələ alaraq yeni hökuməti də öz marağına uyğun təşkil edir. Əslində, bu, gözlənilən haldır. Çünki rəsmi İrəvan həmişə kənardan asılı olub. Həm ABŞ, həm də Rusiya onu öz təsiri altına almağa çalışıb. Bu mübarizədə indiki mərhələdə Rusiya qalib kimi görünür. Şübhəsiz ki, Vaşinqton passiv oturmayacaq. Onun hansı addımları atacağını proqnozlaşdırmaq çətindir. Lakin təcrübə göstərir ki, regiona xaos ixrac edə bilərlər. Ermənilərin xislətində ara qarışdırmaq ənənədən vardır. Bu səbəbdən İrəvanda bu üsulla hökumət dəyişikliyi arxasında sağlam məqsədlər dayanmaya da bilər. Hər bir halda Cənubi Qafqazda kənardan idarə olunan Ermənistan yeni miqyasda qeyri-sabitlik və qeyri-müəyyənlik mənbəyinə çevrilməkdədir.

Bu arada Gürcüstandan yayılan bir informasiya da diqqəti çəkir. Bidzina İvanişvili Gürcüstanın hazırkı prezidenti Giorgi Marqvelaşvilini siyasi həyatının ən böyük səhvi adlandırıb. Onun dediyinə görə, seçkidən əvvəl G.Marqvelaşvili B.İvanişivili tərəfdə olub, sonra isə açıq bildirib ki, məhz onlara əks-cəbhədə olduğundan prezident seçilməyə razılıq verib. Bu, B.İvanişivilinin Gürcüstanda kadr dəyişikliklərinə start verməsi kimi dəyərləndirilir. Ekspertlərin fikrincə, bu proses parlament seçkisindən sonra daha qabarıq surətdə özünü göstərə bilər. Burada Rusiyaya meylli qüvvələrin üstünlük əldə edəcəyindən danışılır. Hətta onların partiyası da yaradılıb. Belə olan halda Ermənistanın ardınca Gürcüstanda da siyasi düşərgədə mövqe dəyişikliyini gözləmək olar.

Savaşın şiddəti: sabitliyə aparan islahatlara ehtiyac

Cənubi Qafqazda yalnız Azərbaycanda bu kimi hadisələr ehtimal edilmir. Çünki rəsmi Bakı daim müstəqil daxili və xarici siyasət yeridib və bu kursdan dönmək fikrində deyil. Ölkə Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçiriləcək referendumda da xalq tamamilə hakimiyyətin irəli sürdüyü təklifləri dəstəkləyəcək. Bununla da Azərbaycan regionda sivil idarəetmə sistemini inkişaf etdirən yeganə dövlət olacaq.

Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiyada da böyük geosiyasi güclərin mübarizəsi şiddətlənib. Özbəkistana uzun illər rəhbərlik etmiş İslam Kərimovun vəfatından sonra həmin regionda qeyri-müəyyənliyin yarana bilməsindən bəhs edilir. İndi məlum olub ki, bu ölkəyə yeni rəhbər baş nazir Şavkat Mirziyayev təyin edilib (bax: Премьер назначен президентом / “gazeta.ru”, 8 sentyabr 2016).

Rusiya prezidenti V.Putin İ.Kərimovun vəfatı ilə bağlı Çindən Özbəkistana gələrkən, Ş.Mirziyayevlə görüşmüşdü. Onda baş nazir Rusiya ilə əlaqələrə xüsusi fikir veriləcəyini birmənalı ifadə etmişdi. Ekspertlər də hesab edirlər ki, Ş.Mirziyayevin siyasi karyerası Moskva ilə sıx bağlıdır. Hətta mütəxəssislər “baş nazir prezident təyin edildi” kimi ifadələr də işlədirlər. Proqnozlara görə, Daşkənd Moskva ilə əvvəlkindən daha geniş və daha dərin əməkdaşlıq edəcək.

Bunun fonunda Mərkəzi Asiyanın başqa ölkələrində hakimiyyət dəyişikliyinin gözlənib-gözlənilmədiyi barədə hələlik informasiyalar yoxdur. Ancaq bu ehtimal istisna edilmir. Mümkündür ki, geosiyasi mübarizə regionda təxribatlara yol açsın. Çünki ABŞ və Çinin Mərkəzi Asiyada öz maraqları uğrunda ciddi mübarizə apardığı hamıya bəllidir. Buna görə də Özbəkistandakı hakimiyyət yeniləşməsi hələlik hər şey demək deyil. Burada böyük güclərin savaşı bütün intensivliyi ilə davam edir.

Maraqlıdır ki, Rusiyada da son zamanlar bir sıra kadr dəyişiklikləri aparılır. Bunu prezident V.Putinin özü edir. Müşahidəçilərin fikrincə, Moskva Qərblə əlaqəsi ola biləcək kadrlardan xilas olur. Görünür, burada Türkiyə hadisələrindən nəticə çıxarırlar. Hər bir halda Rusiya rəhbərliyinin özü də yeni idarəetmə üsulunu tətbiq etmək üçün korrupsiyadan, qanunsuzluqdan və köhnə idarəçilikdən yaxa qurtarmağın lazım gəldiyini anlayır.

Bütün bunlar postsovet məkanında siyasi proseslərin iki aspektdə intensivləşdiyinə işarə edir. Birincisi, Moskva ənənəvi təsir dairəsində olan məkanlarda “rəngli inqilabları” önləmək üçün hakimiyyət dəyişikliklərinə yardım edir. Azərbaycan istisna olmaqla, əksər postsovet məkanı dövlətləri Kremldən asılı olduqlarına görə, buna gedirlər. Hazırda Ermənistan tam mənada həmin prosesin içindədir.

İkincisi, Rusiyanın özü də daxil olmaqla, postsovet məkanı ölkələrində idarəetmənin təkmilləşdirilməsi, yeni tələblərə uyğunlaşdırılması prosesinə start verilib. Bu aspektdə də dövlətlər arasında fərqlər özünü göstərir. Azərbaycan real, sivil və demokratik üsulla islahatlarını davam etdirir. Əvvəlcədən seçilən kursdan qətiyyən kənara çıxmalar yoxdur. Və mütəxəssislərin yekdil fikrinə görə, bu istiqamətdə Azərbaycan daha çox uğur qazanan ölkədir.

Bir sıra hallarda isə postsovet ölkələrində hakimiyyətin yeniləşməsi ilə islahatlar arasında ziddiyyətlər özünü göstərir. Yenə də bunun bariz nümunəsi Ermənistandır. Bu ölkədə kadr dəyişikliyi demokratik islahatlar tələbi ilə deyil, kənardan verilən direktivlərə uyğun həyata keçirilir. Gözləmək olar ki, həmin səbəbdən ölkədə müəyyən problemlər baş qaldırsın.

Bütövlükdə isə postsovet məkanının əhəmiyyətli bir mərhələyə qədəm qoyduğu göz önündədir. Geosiyasi mübarizə buranı sürətlə irəliyə də apara bilər, bunun əksi də baş verər. Hansı ssenarinin reallaşacağı region dövlətlərinin rəhbərlərinin iradəsindən asılı olacaq. Hələlik bu məsələdə bir sıra liderlərin qətiyyətsiz davrandığı duyulur. Vaxt isə gözləmir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.