Postsovet ölkələrinin coğrafiyası
1937-ci ildə Gürcüstan Respublikası Qardabani rayonunda anadan olub. 2009-cu ildən BDU-nun professorudur. Ailəlidir, 2 övladı vardır.
Postsovet ölkələrinin coğrafiyası
Сoğrafiya üzrə elmlər doktoru, professor
İş telefonu: +(994) 12 438-11-58
QISA BIOQRAFIK MƏLUMAT
1937-ci ildə Gürcüstan Respublikası Qardabani rayonunda anadan olub. 2009-cu ildən BDU-nun professorudur. Ailəlidir, 2 övladı vardır.
TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI
- 1944-1956-cı illərdə Qardabani Azərbaycan orta məktəbində təhsil almışdır.
- 1961-ci ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini fərqlənmə diploma ilə bitirib.
- 1965-1967-ci illərdə Moskva şəhərinin Yanacaq Qazıntıları E;lmi –tədqiqat institunun aspiranturasını bitirmişdir.
- 1968-ci ildə “Zaqafqaziya iqtisadi rayonunda mineral gübrələr sənayesinin inkişafı və yerləşməsi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiyə edərək iqtisad elmləri namizədi dərəcəsini alıbdır.
- 2007-ci ildə “Azərbaycan Respublikası təsərrüfatının ərazi təşkilinin təkmilləşdirilməsinin iqtisadi coğrafi istiqamətləri” mövzunda doktorluq dissertasiyasını müdafiyə edərək coğrafiya üzrə elmlər doktoru dərəcəsini, 2009-cu ildən professor elmi adını alıbdır.
ƏMƏK FƏALİYYƏTİ
- 1961-ci ildən Azərbaycan Respublikasının Balakən rayonunda, Sarıbulaq kənd orta məktəbində coğrafiya müəllimi işləyib.
- 1963-cü ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda çalışıbdır.
- 1967-ci ildən Azərbaycan Dövlət Plan Komitəsi nəzdində
- İqtisadiyyat elmi-tədqiqat İnstitutunda sektor müdiri vəzifəsində işləyibdir.
- 1969-cu ildən BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasında assisent (1971), baş müəllim (1977), dosent (1978) , professor (2009) vəziflələrində çalışmışdır,1991-ci ildən hazırkı vaxtadək kafedra müdiri vəzifəsində çalışır.
- 180-dək məqalə
- 4 dərslik
- 2 monoqrafiya
- 4 namizədlik dissertasiyasına rəhbərlik edib.
- 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 2009-cu ildən Azərbaycan Respublikasının Əməkdar Müəllimi adına layiq görülmüş və Fəxri Fərmanlarla təltif olunmuşdur.
- Apardığı dərslər: “Postsovet ölkələrinin iqtisadi coğrafiyası”, “İqtisadi coğrafi rayonlaşdırma”, “Coğrafiya elminin tarixi və metodologiyası”, “Cəmiyyətin ərazi təşkili”.
TƏDQİQAT SAHƏSİ
- Cəmiyyətin ərazi təşkili,ölkə və regionların təsərrüfat strukturunun təkmilləşdirilməsinin iqtisadi-coğrafi problemləridir.
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2004-cü il Gürcüstan Respublikasının Tbilisi şəhəri “Dağlıq ərazilərin təbii ehtiyatları, müasir vəziyyəti, problemləri perspektivləri” mövzusunda beynəlxalq konfrans.
- 2004, Almaniyanın Berlin şəhərində “Die Europeische Union und die kaspische” Region im Dialoq” beynəlxalq simpoziumu.
- 2005, Moskva-Barnaul şəhərlərində “Взаимодействие общества и окружающей среды в условиях глобальных и региональных изменений” beynəlxalq konfrans
- 2011, İran İR-nın XI Coğrafiya Konqresinin materialları, Şəhit Behişti Universiteti. Tehran
- 2014, “Statistika və Cəmiyyət” Elmi-praktik konfransı, Bakı
- 2015, “Opto-nanoelektronika, kondensə olunmuş mühit və yüksək enerji fizikası” mövzusunda respublika –elmi praktiki konfransı, Bakı.
- 2015, “Davamlı turizm, idman sağlamlıq turizmi və ətraf mühit ilə əlaqələnməsi üzrə milli konfransı” Ərdəbil.
- 2006, Azərbaycanın dağ rayonlarının davamlı sosial-iqtisadi inkişafının potensial imkanları və istiqamətləri.
- 2007, Azərbaycan təsərrüfatının ərazi təşkilinin tədqiqat metodları.
- 2010, Azərbaycanın Xəzərsahili nəqliyyat infrastrukturu risklərinin azaldılması yolları.
- 2011, Dövlətin beşinci inkişaf planı ilə Tehran metropolisinin tənzim olunması.
- 2012, Azərbaycanın təbii ehtiyatlarının regional təmərküzləşməsi və istifadəsinin qiymətləndirilməsi.
- 2013, İncreasing Development of the Cities and its Impact on the Enviroment
- 2014, Statistika iqtisadi və sosial coğrafiyanın informasiya mənbəyi və tədqiqat metodudur.
- 2015, Azərbaycan regionlarının su ehtiyatlarından səmərəli istifadə olunmasının əsas istiqamətləri.
- 2015, Azərbaycan iqtisadiyyatının dayanıqlı ekoinkişaf modeli.
- 2015, Ərdəbil Ostanında sağlamlıq turizminin inkişaf problemləri.
- 2016, Macroeconomic analysis of ecologization of the economy in Azerbaijan Republic: problems and ways to solve then.
- 2017, Directıons to optimize the use of natural resources in the Republic of Azerbaıjan.
- 2001, Coğrafiya tarixi. Dərslik, Bakı, 252s.
- 2004, Тяжелые социально-экономические последствия оккупации Арменией территорий Азербайджана. Баку,122 c
- 2008, İqtisadi-coğrafi raonlaşdırma. Bakı Universitetinin nəşriyyatı.Dərslik,245 s.
- 2009, Rayon və şəhərlərin planlaşdırılması, Dərs vəsaiti , Bakı, “Kooperasiya nəşriyyatı” 2014, 330 s.
- 2006, “Azərbaycan Respublikasının sənaye xəritəsi (1: 2500000).
- 2010, “Azərbaycanın iqtisadi-coğrafi rayonlarının inkişaf səviyyəsi və ixtisaslaşmış təsərrüfat sahələri” xəritəsi (1:250000 miqyasında) Bakı-“Elm”
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
- Srft 982227 NATO-nun Cənubi Qafqazın aqroekosistemlərində su ehtiyatlarından səmərəli istifadə layihəsi (“Su ehtiyatlarından istifadənin qiymətləndirilməsi” bölməsi) –Qrant
Bakı Dövlət Universiteti © 2009
Postsovet ölkələrinin coğrafiyası
Sosializm sisteminin çökməsi XX əsrin ən kəskin geosiyasi sarsıntılarından biri idi. Şərqi Avropa, Baltikyanı, Qafqaz və Mərkəzi Asiya respublikalarının müstəqillik qazandığı şəraitdə Moskva keçmiş “quberniya”larında nüfuzunu qoruyub saxlamağa çalışırdı. Lakin Avropa Birliyi və ABŞ bölgəyə nüfuz edərək Moskvanın təsirini zəiflətməyə çalışırdı.
Sovet İttifaqının dağılmasından ötən 26 ilə nəzər saldıqda, Qərb-Rusiya qarşıdurmasında Moskvanın sarsıdıcı məğlubiyyətlərə uğradığını görmək olar. Baltikyanı ölkələrin (Latviya, Litva, Estoniya) və Şərqi Avropa respublikalarının (Bolqarıstan, Rumıniya, Çexiya, Polşa, Slovakiya, Xorvatiya, Sloveniya, Albaniya və ) NATO və Avropa Birliyinə üzv olmasından gedir. Hazırda Gürcüstan və Ukrayna da xarici siyasətdə Qərblə inteqrasiyasını əsas tutub.
MDB məkanındakı bütün ölkələrin milli dövlətlərini qura bildiklərini konstatasiya edə bilərik. Bundan başqa, dünyadakı tendensiya da regionalizasiya və inteqrasiya proseslərini sürətləndiyi məqamda MDB ölkələrinin də təhlükəsizlik və iqtisadi sahədə hər hansı birliyə qoşulmağa məcbur olduğunu da deyə bilərik.
Postsovet respublikaları hərbi sahədə NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, iqtisadi sferada isə Avropa Birliyi yaxud Avrasiya İttifaqına qoşulmaqla bağlı müəyyən seçim qarşısında dururlar. Aydındır ki, həm Qərb, həm də Rusiya öz rəhbərlik etdikləri təşkilatlara üzvlüklə bağlı müəyyən təzyiq metodlarından və hətta açıq şantajdanm istifadə edirlər. Ermənistanın Avropa Birliyi ilə assosiativ üzvlük müqaviləsini imzalamaqdan son anda imtina edərək Avrasiya İttifaqına tələsik üzv olması, analoji addımın sonradan Moldova tərəfindən atılması Kremlin təzyiqlərinin nəticəsi idi.
Amma məsələyə digər rakurs altında baxdıqda Rusiyanın həm siyasi, həm də iqtisadi baxımdan postosovet ölkələrinə daha yaxın olduğnu görə bilərik. Belə ki, bu ölkələrdə istehsal olunan məhsullar demək olar ki, Avropa standartlarına uyğun gəlmir və həmin bazarda alıcısını tapa bilməyəcək. Həmin standartlara cavab vermək üçün isə istehsalı tamamilə dəyişmək tələb olunur. Rusiya isə böyük həvəslə postovet məhsullarını idxal edir.
Digər tərəfdən, tarixi qonşuluq və əsrlərlə eyni dövlətdə yaşamaq təcrübəsi postsovet ölkələrini Rusiya ilə yaxınlaşdırır.
Hərbi mənada isə, Ukrayna və Gürcüstana rus qoşunlarının yeridilməsi zamanı NATO-nun baş verənləri kənardan müşahidə etməsi bir daha göstərdi ki, kiçik regional ölkələr namizəd Qərb Rusiya ilə baş-başa gəlməyə özünü hazır bilmir.
Bütün bu faktorları nəzərdə aldıqda, yaxın onliliklər boyu postsovet ölkələrinin siyasi orientasiyasını müəyyən etmək üçün Qərblə Rusiyanın arasında seçim etməli olacağını söyləmək olar. Hazırki situasiyada tərəflərdən birinin seçimi digər tərəflə konfrantasiya yaşamaq demək olduğu üçün balanslaşdırlımış siyasət ən məqsədəuyğun sayıla bilər.
Vüqar İSMAYILOV
Comments are closed, but trackbacks and pingbacks are open.