Postsovet ölklrinin coğrafiyası
Putin məzhəb müharibəsinin Suriyanın ərazi bütövlüyünü təhdid etdiyini, özünün də bundan narahatlıq duyduğunu bildirib.
Azərbaycanın postsovet ölkələrinə yatırdığı vəsaitin həcmi açıqlandı
Üç illik (2013-2015-ci illər) azalmanın ardından 2016-cı ildə MDB ölkələrinin və Gürcüstanın qarşılıqlı birbaşa xarici investisiyalarının həcmi 7,9% artaraq, 45,1 mlrd. dollara çatıb.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının İnteqrasiya təhlilləri mərkəzinin hazırladığı hesabatda deyilir.
Hesabatda qeyd olunur ki, Rusiya qonşu ölkələrdən iri həcmdə birbaşa investisiya cəlb edib: bu məbləğ 61,1% artaraq, 6,1 mlrd. dollara çatıb ki, bu da 2010-2012-ci illərdən sonra ən yüksək göstəricidir.
Birbaşa xarici investisiyaların idxalı baxımından Rusiya postsovet ölkələri arasında yalnız Belarus və Qazaxıstana uduzur.
Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan şirkətlərinin daxil olduğu MDB-nin 10 ən iri investorunun payına birbaşa xarici investisiyaların 59%-i düşür.
MDB ölkələrinə və Gürcüstana birbaşa xarici investisiyaların ixracı baxımından Azərbaycan yalnız Rusiyaya uduzur. Belə ki, 2016-cı ildə Azərbaycan postsovet ölkələrinə 2,4 mlrd. dollardan çox birbaşa xarici investisiya yatırıb ki, bu da 2015-ci illə müqayisədə 19,4% çoxdur.
“İqtisadi azalmaya baxmayaraq, Azərbaycan region ölkələrinə kapital qoymağa hazırdır. İlk növbədə, Azərbaycan nəqliyyat layihələrinə yatırım edir. Bununla yanaşı, Azərbaycanın birbaşa xarici investisiya yatırımlarının coğrafiyası (Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Belarus) genişlənməkdədir”, – sənəddə qeyd edilib.
Postsovet ölklrinin coğrafiyası
“Təəssüf ki, Suriya torpaqlarında keçmiş SSRİ respublikalarından, o cümlədən Rusiyadan böyük miqdarda döyüşçü toplanıb. Bizdəki məlumatlara görə, onların sayı minlərlədir”.
Strateq.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin səsləndirib.
O, konkret say da göstərib: “Baş qərargah və kəşfiyyat orqanlarımızın məlumatlarına görə, Rusiyadan 4 min, digər postsovet respublikalarından isə 5 min adam var terrorçuların sıralarında vuruşur”.
Putin məzhəb müharibəsinin Suriyanın ərazi bütövlüyünü təhdid etdiyini, özünün də bundan narahatlıq duyduğunu bildirib.
Rusiya prezidentinin bu açıqlaması İŞİD-in tərkibinin formalaşmasında “sovet adamlarının” mühüm rol oynadığından xəbər verir. Müxtəlif qaynaqlara görə, “xilafətçilərin” tərkibində 20 minə qədər “legioner” mövcuddur. Bunun 9 mini postsovet məkanındandırsa, deməli, bir vaxtlar ateist nəzəriyyənin aparıcı qüvvəsi sayılan SSRİ coğrafiyası indi dini radikalizmin lokomotivinə çevrilib. Halbuki, digər ölkələrdən fərqli olaraq, bu məkan hələ də dini təəssübkeşliyi aşağı olan idarəçilərin əlindədir. Əksər postsovet ölkələrini əski kommunistlərin idarə etməsi də bu fikri təsdiqləyir. Sirr deyil ki, bu dövlətlərin daxili, xarici siyasətində din faktoru, qətiyyən, önə çıxmır, əskinə, bir çoxlarında dindarlar təqib olunurlar.
Post-sovet məkanı insan sayına görə də digər müsəlman ölkələrindən qabaqda deyil. Bütövlükdə, bu məkanda 250 milyon civarında insan yaşayır. Onların da əksəriyyətini isə qeyri-müsəlmanlar təşkil edir. Buna baxmayaraq, “legionerlərin” az qala yarısının bu məkandan çıxması “sovet müsəlmanlarının” radikallıq nisbətində digər ölkələrdəki dindaşlarını xeyli qabaqladığını sübut edir.
Xatırladaq ki, dünyada müsəlmanların sayı 1 milyarddan daha artıqdır və onun heç 10%-ini isə sovet müsəlmanları təşkil etmir (Özbəkistan – 30, Rusiya – 20, Qazaxıstan – 17, Azərbaycan – 10, Türkmənistan -5, Qırqızıstan – 5 və Tacikistan – 8 milyon nəfər -cəmi 95 milyon nəfər. Orta Asiya ölkələrinin və Azərbaycan əhalisinin hardasa 10%-nin qeyri-müsəlmanlardan təşəkkül tapdığını fərz etsək, təxminən, 85 milyon).
Bütün bu faktlar dini radikalizmin millətlərin sosio-mədəni irsindən doğmadığını, hətta bu irsin unutdurulduğu toplumların radikal dini cərəyanların daha çox təsiri altında qaldığının ən bariz dəlilidir. Tarix boyu bütün toplumlarda din anlayışının mövcudluğu da bu hissin fitri olduğunu göstərir və yuxarıda sadaladığımız rəqəmlər insan fitrətindən gələn inanc duyğusunun ortadan qaldırmaq istəyəndə əks nəticə verdiyini təsdiqləyir. Çünki post-sovet məkanında radikallığa meylli din anlayışının formalaşmasında SSRİ-nin 70 illik ateizminin də böyük rolu olduğu danılmazdır. Din siyasətini düzgün müəyyənləşdirən, öz milli dövlətçilik məfkurəsinə uyğun nəzəriyyələr yaradan, məktəblərdə teoloji elmləri gələcək nəsillərinə öyrədən ölkələrdə vətəndaşların xarici ideoloji təsirlərə daha az məruz qaldıqları da bu faktların ümumi analizindən ortaya çıxır.
Sözsüz ki, post-sovet məkanının dini radikalizm mədrəsəsinə çevrilməsinin başlıca səbəblərindən biri də həmin ölkələrdəki ədalətsiz rejimlər, demokratik qüvvələrin və institutların “zərərsizləşdirilməsidir”. Təcrübələr sübut edir ki, arzuladıqları kimi yaşaya bilməyən insanlar istər-istəməz Allaha sığınır, üzvü olduqları cəmiyyətə yadlaşır və pənah apardıqları “ilahi məbədgahlarda” milli məfkurələrilə qarşılaşmayanda isə rahatlıqla xarici “havadarların” qucağına düşürlər.
Bu gün həmin xarici “havadarlar” zülmlərdən zinhara gəlmiş insanlardan hələ ki Suriya, İraq kimi ölkələrdə istifadə etməsinə isə aldanmaq olmaz. Çünki sabah onların yaşadıqları məkanların da sabah vəd olunmuş dövlətlərə çevriləcəyi istisna deyil. Bu gün postsovet məkanının “legionerlərinə” qucaq açan “xilafət” mərkəzlərinin əslində onları öz ölkələrində “ilahi vəzifəyə” hazırlayan təlim ocaqları olmadığına kim təminat verə bilər?
Son zamanlar ölkəmizdə çox sayda dindar “kamikadze”lərin zərərsizləşdirilməsi barədə vaxtaşırı yayılan məlumatlar da bu ehtimalı qüvvətləndirir.
Heydər Oğuz
Strateq.az
Comments are closed, but trackbacks and pingbacks are open.