Microsoft PowerPoint Haqqında
Hər slaydın nümayiş vaxtını slaydarası keçidi nizamlayarkən göstərmək olar. Lakin mühazirə zamanı hər slaydın neçə saniyə davam edəcəyini əvvəlcədən demək çətindir. Buna görə slaydların nümayiş vaxtını başqa yolla təyin etmək daha rahat olardı. Vaxtın nizamlanması (Rehearse Timing) düyməsini sıxın. PowerPoint təqdimatın nümayişinə başlayır və Məşq (Rehearse) pəncərəsini açır. Vaxt intervallarının yazılması zamanı Slayd vaxtı ( SlideTime) sahəsində cari slaydın nümayiş vaxtı , pəncərənin sağ hissəsində isə təqdimatın nümayişinin əvvəlindən keçən vaxt göstərilir. Hər bir slaydın nümayişi zamanı ona aid mətni oxuyun və lazım olan vaxtı qeyd edin. Mətni oxuyarkən səhvə yol verdikdə Təkrar (Repeat) düyməsini sıxın. PowerPoint Slayd vaxtı (SlideTime) sahəsinin qiymətini silir və slayd vaxtını yenidən saymağa başlayır. Pauza ( Pause) düyməsi sayqacı müvəqqəti saxlayır. Bu düyməni təkrər basıb məşqi davam etmək olar. Birinci slayda aid olan mətni oxuyub qurtardıqdan sonra İrəli (Next) düyməsini sıxın. Slaydda animasiya tətbiq olunmuş obyektlər varsa, animasiyanın hər addımına aid mətni oxuduqdan sonra İrəli (Next) düyməsini sıxmaq lazım gəlir. Axırıncı slaydın vaxtını yazıb qurtardıqdan sonra İrəli (Next) düyməsini sıxanda sayqac dayanır və dialoq pəncərəsi açılır. Bu pəncərədə vaxt intervallarının təzələnməsi haqqında verilən suala Hə (Yes) cavabı verin. Slaydların vaxt intervalları Nizamlama rejimində hər slaydın altında yazılır. Təqdimatın nümayişini səslə müşayət etmək olar. Səsin yazılması üçün kompüterdə səs kartının və mikrofonun olmağı labüddür. Slaydların Nümayişi Səsyazma (SlideShow RecordNarration) əmrini seçin. Açılan dialoq pəncərəsində səsin Mikrofonun Sazlanması (Set MicrophoneLevel) düyməsini sıxıb səsin Ucalığını dəyişdirmək olar. Mühazirənin yazılması çox vaxt tələb edirsə onu ayrı bir fayl kimi yazmaq olar. Bu halda Səsin Əlaqələndirməsi (Link Narrations In)sətirini işarələyin, Seçmə (Browse) düyməsini sıxın və səs faylının yazılması üçün yer (qovluq) göstərin. Bu pəncərəyə ehtiyac olmadığından Təkzib (Cancel) düyməsi ilə onu bağlayın. OK düyməsini sıxın. Səs yazıldıqdan sonra Nizamlama rejimində slaydların altında qramofon şəkli göstərilir. Səsi silmək üçün qramofon işarəsini seçin və Delete düyməsini sıxın.
Onlayn PPT Axtar
Conholdate PPT Axtarış heç bir proqram quraşdırmadan PPT fayl və digər sənədlərdə axtarış etməyə imkan verən pulsuz onlayn proqramdır. Conholdate.Search təmiz, sürətli, təhlükəsizdir və bütün müasir veb brauzerləri dəstəkləyir. Yalnız bir kliklə siz öz vebsaytınızda, bloqunuzda və s.-də müxtəlif seçimləri olan PPT faylda axtarış edə bilərsiniz.
Necə Axtar PPT
- Açılan sahənin içərisinə klikləyin və ya faylınızı sürükləyib buraxın.
- Yükləmə və emal tamamlanana qədər gözləyin.
- Yükləmə və faylın işlənməsi tamamlandıqdan sonra nəticə səhifəsini görəcəksiniz.
- Faylınızda tam mətn axtarışına başlamaq üçün nəticə səhifəsində Axtar düyməsini sıxın.
- Siz həmçinin faylınızı kopyalama linki və ya e-poçt vasitəsilə paylaşa bilərsiniz.
Tez-tez verilən suallar
Q: PPT faylında necə axtarış etmək olar?
A: Əvvəlcə bir fayl yükləməlisiniz: faylı sürükləyib buraxın və ya fayl seçmək və sənədin indeksləşdirilməsinə başlamaq üçün ağ sahənin içinə klikləyin. İndeksləmə başa çatdıqdan sonra Axtarış proqramını açmaq üçün Axtarış düyməsini sıxa və ya fayla baxmaq üçün dostlarınızla paylaşa biləcəyiniz linki kopyalaya bilərsiniz.
Q: PPT faylı indeksləşdirməyə nə qədər vaxt lazımdır?
A: Sənədin indeksləşdirilməsi sürəti faylın mürəkkəbliyindən asılıdır, lakin adətən bütün sənədlər 5-10 saniyə ərzində indeksləşdirilir.
Q: PPT faylda axtarış etmək üçün hansı brauzerdən istifadə etməliyəm?
A: Sənəddə axtarış etmək üçün istənilən müasir brauzerdən istifadə edə bilərsiniz. Biz Chrome, Safari, Opera, Firefox, Edge və Tor kimi ən son brauzerləri dəstəkləyirik.
Q: Pulsuz Conholdate.Search istifadə edərək PPT faylda axtarış etmək təhlükəsizdirmi?
A: Bəli, tamamilə təhlükəsizdir. Fayllarınız təhlükəsiz serverimizdə saxlanılır və icazəsiz girişdən qorunur. 24 saatdan sonra bütün fayllar həmişəlik silinir.
Q: Linux, Mac OS və ya Android-də PPT faylda axtarış etmək mümkündürmü?
A: Əlbəttə, Conholdate Axtarış tamamilə bulud əsaslı xidmətdir, heç bir proqram təminatının quraşdırılmasına ehtiyac yoxdur və veb brauzeri olan istənilən əməliyyat sistemində istifadə edilə bilər.
Q: Xalq kitabxanasında necə axtarış etmək olar?
A: Lütfən, İctimai Kitabxanaya keçin və axtarış mətninizi axtarış girişinə daxil edin. Axtarış sorğunuzu artırmaq üçün əlavə axtarış seçimlərindən də istifadə edə bilərsiniz.
Daha çox Tətbiq
annotation
Slaydın əlavə və ləğv edilməsi
Təqdimata yeni slaydlar əlavə etmək, gərək olmayanları isə ləğv etmək olar. Bunları Nizamlama rejimində yerinə yetirmək məsləhətdir, çünki bu rejimdə edilən dəyişikliklərin təqdimatın ümumi görünüşünə nə kimi təsir göstərəcəyi daha aydın görünür.
5-ci slaydı seçin. Alətlər lövhəsindəki Kəsmək düyməsi ilə onu ləğv edin.
1-ci slaydı seçin. Shift düyməsini sıxın və onu buraxmadan 3-cü slaydın üzərində mausun düyməsini sıxın. 1,2 və 3-cü slaylar seçilir. Klaviaturanın Delete düyməsi ilə onları ləğv edin. Yerdə qalan slaydlar yenidən sıralanır.
Təqdimata yeni slayd daxil edin. 1-ci slaydı seçin. Yeni Slayd düyməsini sıxın. Yeni slayd (NewSlide) dialoq pəncərəsində Mətn və Şəkil (Text&ClipArt) sxemini seçin (sağ tərəfdən). OK düyməsini sıxın. 1-ci slaydın sağında yeni slayd yaranır. Bu slaydda Adi rejimdə, Slayd rejimində yaxud da Struktur rejimində yeni obyektlər yerləşdirmək olar.
Təqdimatı bağlayın.
Təqdimatın yadda saxlanması haqqında suala Hə (Yes) cavabı verin.
Tərtibat şablonları və rənglərin seçilməsi
Təqdimatın xarici görünüşünu dəyişmək üçün ən asan yol şablonu dəyişdirməkdir. Şablonun dəyişdirilməsi rəng sxemini – yəni təqdimatın elementlərinin və fonunun rəngini, bundan əlavə təqdimatın formasını; mətnin susmaya görə parametrlərini və sairi dəyişdirir.
firststeps.ppt təqdimatının şablonunu dəyişdirmək üçün onu açın.
Format Slayd dizaynı (Format Slide Design…) əmrini seçin.
Sağ tərəfdə açılan menyuda müxtəlif şablonlar təklif olunur. Onlara işarələrinin üzərində mausun düyməsini sıxmaqla bir-bir baxmaq olar. Şablonlardan birini, məsələn, Ocean.pot seçin. Tətbiq (Apply) düyməsini sıxın. Gördüyünüz kimi təqdimatın görünüşü dəyişdi (şəkil 17).
(şəkil 17)
Nizamlama rejiminə keçin. 4-cü və 5-ci slaydları seçin. Bu slaydların rəngini dəyişək.
Format Slaydın Rəni (Format Background) əmrini seçin. Rəng Sxemi (Background) pəncərəsi açılır (şəkil 18).
(şəkil 18)
Rəng sxemlərindən birini seçin. Baxış (Preview) düyməsini sıxın və yeni sxemin tətbiqinin seçilmiş slaydlara necə təsir etdiyinə baxın. Lazım gəldikdə Rəng Sxemi (ColorScheme) pəncərəsini kənara çəkə bilərsiniz.
Seçdiyiniz rəng sxemini bəyənirsinizsə Tətbiq( Apply) düyməsilə onu seçilmiş slaydlara tətbiq edin. Rəng sxemini təqdimatdakı slaydların hamısına tətbiq etmək üçün Hamısına Tətbiq (Apply to All) düyməsini sıxın.
Mətn obyekti
firststeps.ppt təqdimatını açın
Gəlin təqdimata yeni boş slayd əlavə edək və bu slayda mətn daxil edək. Başqa obyektlər kimi mətn də slayd üzərində bir obyekt kimi yerləşdirilir.
Rejim dəyişmə lövhəsinin düyməsindən istifadə edərək Slayd rejiminə keçin. Ekranda təqdimatın birinci slaydı görünür. Yeni slayd hər zaman cari slayddan sonra yerləşdirilir. Biz üçüncü slaydı əlavə etməliyik. Ona görə ikinci slayda keçək sonra isə yeni slayd əlavə edək.
Növbəti slayd düyməsini sıxın. Ekranda ikinci slayd görünür. Menyunun Yerləşdirmək (Insert) bəndini, sonra Yeni Slayd (New Slide) sətrini seçin. Açılmış pəncərədə boş slaydın üzərində mausun düyməsini iki dəfə sıxın. Obyekt sahələrinə bölünməmiş boş slayd açılır.
Slaydda mətn yerləşdirmək üçün menyunun Yerləşdirmək (Insert) bəndini, sonra Mətn Qutusu (Text Box) əmrini seçin.
Mausla mətn sahəsinin çərçivəsini çəkin. İçində “Online kurslar” mətnini yazın. Mətni mərkəzdən yazmaq üçün, fontun ölçüsünü və rəngini seçmək üçün Format lövhəsinin düymələrindən istifadə edin. Alətlər lövhəsinin ekranda yerləşməyən düymələrindən istifadə etmək üçün düyməni sıxın.
Bir də Yerləşdirmək (Insert) Mətn Qutusu (Text Box) əmrini seçin. Mətn sahəsinin çərçivəsini çəkin. İçində işarələnmiş siyahı yerləşdirmək üçün Format lövhəsinin düyməsindən istifadə edin. Birinci sətirdə “Internet” yazın. Klaviaturadakı Enter düyməsini sıxın. İkinci sətirdə “Word” yazın və sair (şəkil 19).
(şəkil 19)
Siyahı üçün başqa işarələr seçmək istəyirsinizsə, siyahını bütövlüklə seçin, seçilmiş mətnin üzərində mausun sağ düyməsini sıxın, kontekst menyudan Siyahı (Bullets and Numbering) əmrini seçin. Açılan dialoq pəncərəsindən istənilən işarəni seçə bilərsiniz.
İşarə kimi istənilən şriftin simvolları, hətta şəkil də istifadə edilə bilər. Şəkil seçmək üçün Şəkil (Picture) düyməsini sıxın və təklif olunan şəkillərdən birini seçin, yaxud istədiyiniz şəkil faylını seçin.
İşarə üçün simvol seçək. İşarə (Character) düyməsini sıxın. Şrift (Bullet) siyahısından Wingdings şriftini seçin. İşarələrin üzərində mausun düyməsini basaraq onlara böyüdülmüş şəkildə baxa bilərsiniz. işarəsini seçin və OK düyməsini sıxın.
PageUp düyməsini sıxıb ikinci slayda keçin. İşarələnmiş siyahını seçib Saylama (Numbering) düyməsini sıxın. İndi işərə əvəzinə ədədlər istifadə olunur.
Qrafik obyektlər
Əvvəlki dərslərdə qeyd etdiyimiz kimi slaydlarda mətn obyektləri ilə yanaşı qrafik obyektlər də yerləşdirilə bilər.
Qrafik obyekt bir slayda və ya təqdimatın tərkibindəki slaydların hamısına daxil edilə bilər. Slaydların hamısına eyni qrafik obyekti daxil etmək üçün bu obyekti slayd nümunəsinə daxil etmək lazımdır.
Görünüş Nümunə Slayd Nümunəsi (View Master Slide Master) əmri ilə slayd nümunəsini açın.
Nümunəyə şəkil daxil etmək üçün Yerləşdirmək Şəkil ClipArt Şəkli (Insert Picture ClipArt) əmrini seçin. Açılan dialoq pəncərəsində təklif olunan mövzülardan birini, məsələn, Academic işarəsini seçin.
Bu mövzuya aid şəkillərdən birini seçin, şəkilin yanında açılan menyudan birinci işarəni seçin.
Şəkili mausun köməyi ilə slaydın yuxarı sağ küncünə aparın.
Slayda növbəti və əvvəlki slaydlara keçmək üçün Hiperəlaqə – yəni instinad daxil edilə bilər.
Rəsm alətlər lövhəsində Avtofiqurlar Fiqurlu oxlar (AutoShapes BlockArrows) siyahısından soldan sağa oxunu seçin. Oxu rəngləmək üçün Daxili fon (FillColor ) palitrasından bir rəng seçin. Oxun üzərində mausun sağ düyməsini sıxın. Hiperəlaqə (Hiperlink) əmrini seçin. Açılan pəncərənin sol tərəfində Bu Sənədlə (Place In This Document) düyməsini basın. Sonra slaydlar siyahısından Növbəti Slaydı (NextSlide) seçin və OK düyməsini sıxın.
Eyni qayda ilə Əvvəlki slaydla Hiperbağlantı yaradmaq olar.
Slayd rejiminə keçin. Page Up və Page down düymələrini sıxaraq slaydlara bir-bir baxın. Gördüyünüz kimi birinci slayddan başqa slaydların hamısına qrafik obyektlər daxil edilmişdir.
Obyektlərin formatlaşdırılması
PowerPoint proqramında hər bir şəkilə, diaqrama, cədvələ, mətn qutusuna bir obyekt kimi baxılır. İstənilən obyekti seçib onun yerini dəyişdirmək, çevirmək, rəngləmək olar.
firststeps təqdimatının ikinci slaydını açın.
Slayddakı siyahının üzərində mausun sağ düyməsini sıxın, kontekst menyusundan Obyektin Formatı (Format Placeholder) sətrini seçin. Mətn obyekti seçilir və ekranda Avtofiqur Formatı (Format AutoShape) adlı dialoq pəncərəsi açılır. Bu pəncərənin Mətn Qutusu (TextBox) səhifəsində mətnin Obyekt sahəsinin içində yerləşdirilməsi parametrləri göstərilir. Bu səhifə yalnız mətn qutuları üçün açılır.
Mətnin Yerləşdirilməsi (Text AnchorPoint) açılan siyahıdan Yuxarı Mərkəz (Top Centered) sətrini seçin və mətni çərçivənin içində mərkəzləşdirin.
Avtofiqurun ölçüsünü mətnə uyğunlaşdırmaq (Resize AutoShape To Fit Text) şərtini işarələyin. Bu rejim mətn çərçivəsini avtomatik olaraq mətnə görə böyüdüb- kiçildir.
Obyektlərin fonunun və haşiyəsinin rənglərini göstərmək üçün Rənglər və Haşiyələr (Colors And Lines) səhifəsini seçin.
Fon (Fill) bölməsində Fon Efektlərini (Fill Effects) seçin. Fon Efektləri (Fill Effects) dialoq pəncərəsi açılır.
Tekstura (Texture ), Naxış (Pattern) və Şəkil (Picture) səhifələri obyektin fonu üçün müxtəlif tekstura, naxışlar yaxud şəkil seçmək imkanı verir.
Qradient (Gradient) səhifəsində İki Rəng (TwoColors) şərtini işərələyin. Açılan Rəng1 (Color1) palitrasından tünd göy ,Rəng2 (Color2) palitrasından isə mavi rəngi seçin.
Kölgələrin (Shading Stile) içindən Küncdən (From Corner) sətrini seçin. Variantların (Variants) içindən yuxarıdan sağdakı kvadratı seçin.
OK düyməsini sıxın.
Haşiyə (Line) bölməsinin palitrasından ağ rəngi seçin.
Xətlər (Dashed) açılan siyahıdan mətnin haşiyəsi üçün müxtəlif xətlər seçmək olar. Qalınlığı (Weight) siyahısından 6 seçin.
OK düyməsini basın.
Gördüyünüz kimi seçdiyimiz mətn obyektinin çərçivəsinin qalınlığı və rəngi, eləcədə fonunun rəngi dəyişdi.
Obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi
Şəkil, mətn və başqa obyektlərin ölçüsünü və yerini dəyişdirmək, onları döndərmək olar.
Mətn qutusunu seçin.
Rəsm (Drawing) alətlər lövhəsinin Sərbəst Döndərmə (Free Rotate) düməsini sıxın. Avtofiqurun çərçivəsi bucaqlarda yerləşən dörd yaşıl dairəciklərlə əvəz olunur.
Mausun oxunu dairəciklərdən birinin üzərinə gətirib sol düyməni sıxın, buraxmadan mətn çərçivəsini 45 o döndərin.
Rəsm (Drawing) alətlər lövhəsinin Obyektin seçilməsi ( ) düyməsini sıxaraq döndərmə rejimindən çıxın. Mətn çərçivəsi slaydın sərhədlərindən kanara çıxırsa, onu mausla kiçildmək olar.
İndi başlığın bir hissəsi siyahı çərçivəsinin altında qalır. PowerPoint proqramında bütün obyektlər müəyyən ardıcıllıqla biri birinin üstündə yerləşdirilir. Lazım gəldikdə bu ardıcıllığı dəyişmək mümkündür. Gəlin başlığı siyahı çərçivəsinin önünə keçirək. Başlığın üzərində mausun sol düyməsini sıxmaqla onu seçin.
Rəsm (Drawing) alətlər lövhəsinin Şəkil (Draw) menyusunu açın. Ardıcıllıq Önə çəkmək (Order Bring To Front) əmrini seçin. Başlıqdan kənar bir yerdə mausun düyməsini sıxın.
Səhifənin parametrləri
Təqdimatın slaydları kağız yaxud şəffaf plyonka üzərində çap edilə bilər, HTML formatında qorunub saxlana bilər yaxud elektron slayd-film şəklində nümayiş etdirilə bilər.
Təqdimatın çapdan çıxarılmasının üstünlüyü ondan ibarətdir ki, onu kompüterdən asılı olmayaraq nümayiş etdirmək olar.
Təqdimatı çapa verməzdən əvvəl səhifənin parametrlərini nəzərdən keçirmək məsləhət görülür. PowerPoint-in səhifə üçün seçdiyi standart parametrləri adətən şəffaf plenka çap etmək üçün və elektron slayd film üçün yararlı hesab etmək olar.
Slaydın parametrlərini nəzərdən keçirmək üçün Fayl Səhifə Parametrləri (File Page Setup) əmrini seçin. Açılan dialoq pəncərəsində Slaydın Ölçüsü (Slide Sized For) açılan siyahıdan standart ölçülərdən birini seçmək yaxud istədiyiniz ölçüləri : Eni (Width) və Hündürlüyü (Height) seçmək olar.
Təqdimat başqa bir təqdimatın ardı olarsa birinci slaydın sayını (Number Slides From) göstərməklə slaydların saylarını dəyişmək olar.
Slaydların, qeydlərin və strukturun çap edilməsi üçün səhifəni müxtəlif istiqamətlərdə istifadə etmək olar.
Adətən slaydların çapı üçün İstiqamət (Orientation) bölməsində Albom(Landscape), başqa sənədlər üçün isə Kitab (Portrait) istiqaməti seçilir.
OK düyməsini sıxın.
Slaydların, qeydlərin və strukturun çap edilməsi
Təqdimatı çap etmək üçün Fayl Çap (File Print) əmrini seçin.
Nəyin Çapı (PrintWhat) açılan siyahıdan çap olunmalı sənədin növünü seçin.
Burada Slaydlar (Slides) hər səhifədə bir slaydın, Tezislər (Handouts) – bir səhifədə bir neçə slaydın çap edilməsini nəzərdə tutur. Bir səhifədə çap olunmalı slaydların miqdarı Tezislər (Handouts) bölməsinin parametrləri vasitəsilə göstərilir. Qeydlər (Notes Pages) seçilərsə bir səhifədə slaydla bərabər ona aid qeydlər çap olunur. Struktur(Outline View) – təqdimatın strukturunu çap etmək deməkdir.
Çap Etmə Diapazonu (Print Range) bölməsində çap edilməli slaydlar göstərilir. Hamısı (All) təqdimata daxil olan slaydların hamısının, Cari Slayd (Current Slide) – ekrandakı yaxud Nizamlama Rejimində seçilmiş, slaydın çap edilməsini tə’min edir.
Bir neçə slaydın çap edilməsi üçün Slaydlar (Slides) seçəndən sonra çap olunmalı slaydların sayları göstərilməlidir.
Nəhayət qeyd edilmiş slaydları çap etmək üçün OK düyməsini sıxın.
Təqdimatda bir slayddan digər slayda keçmənin təşkili
Təqdimatı slayd-film kimi təqdim etmək üçün PowerPoint proqramının əlavə imkanlarından istifadə edə bilərik.
Adətən təqdimatın nümayişi (View SlideShow) zamanı slaydlar mausun düyməsini sıxmaqla sadəcə olaraq bir-birini ekranda əvəz edir. Slaydların keçidini təşkil etməklə nümayişi daha maraqlı, baxımlı etmək olar.
firststeps.ppt faylını açın.
Nümayiş Slaydların Keçidi (Slide Show Slide Transition) əmrini seçin. (şəkil 20)
(şəkil 20)
Açılan dialoq pəncərəsinin Effektlər (Effect) siyahısından Sağdan-Aşağıya Örtulmə (Cover Right-Down) sətrini seçin. Orta sürətlə örtülmə üçün Orta (Medium) seçin. İstəyinizlə Effektlər (Effect) siyahısından başqa effekt seçə bilərsiniz.
Avtomatik (Autimatically After) sətrini işarələyin və yanındakı sahədə 3 yazın. Beləliklə hər slayd 3 saniyə nümayiş etdirildikdən sonra avtomatik olaraq başqa slaydla əvəz olunacaq.
Slaydların keçidini səslə müşayət etdirmək üçün Səs (Sound) siyahısında verilən variantlardan birini seçin.
Ayrı-ayrı slaydlara fərqli keçid parametrləri tətbiq etmək üçün Tətbiq (Apply) düyməsini basın, sonra keçin növbəti slayda və onun parametrlərini göstərin. Bu əməliyyatları slaydların hamısı üçün yerinə yetirmək lazımdır.
Hamısına tətbiq etməli (Apply to All) düyməsi ilə göstərdiyimiz keçid parametrlərini təqdimatın bütün slaydlarına tətbiq edə bilərik.
Slaydların nümayişinə başlamaq üçün Slaydların Nümayişi Nümayiş (Slide Show View Show) əmrini seçin.
Obyektlərin animasiyası (hərəkətə gətirilməsi)
Təqdimatın nümayişini daha da baxımlı etmək üçün slayda daxil edilmiş obyektləri hərəkətə gətirmək olar. Gəlin animasiyanın imkanlarını işarələnmiş siyahı üzərində öyrənək.
firststeps.ppt təqdimatını açın, 3-cü slayda keçin
Slaydların nümayişi İstifadəçi Animasiyası (SlideShow Custom Animation) əmrini seçin. Açılan pəncərənin Animasiya Obyektləri siyahısında (Check To Animate Slide Objects) slaydın Başlıq 1(Text 1) və işarələnmiş siyahı Mətn2 (Text 2) obyektləri göstərilir. Mətn2-i (Text 2) seçin. Sonra Başlıq 1-i (Text ) seçin. Seçilmiş obyektlər Animasiya Ardıcıllığı (Animation Order) siyahısına keçirilir. Bu siyahı obyektlərin hansı ardıcıllıqla hərəkətə gətiriləcəyini göstərir. Bu siyahıya görə birinci işarələnmiş siyahı, sonra isə başlıq hərəkət etməlidir. Biz isə slaydın nümayişinə Başlıqdan başlamaq istəyirik, buna görə ardıcıllığı dəyişməliyik.
Aşağıdakı siyahıdan Başlıq 1-i (Text 1) seçin. Siyahının sağında yerləşən ox işarəli (Move ) düymələrdən istifadə edib Başlıq 1-ni (Text 1) birinci sətirə keçirin.
Avtomatik (Automatically) sətrini işarələyib yanındakı sahədə 2 yazın. İndi obyektlər hər 2 saniyədən bir hərəkətə gətirilir.
Pəncərənin Effektlər (Effects) səhifəsində animasiya efektləri, Diaqram Effektləri (Chart Effects) səhifəsində diaqramlar üçün müxtəlif effektlər, Multimediya (Multimedia Settings) səhifəsində isə multimediya obyektlərinin parametrləri göstərilə bilər.
Baxış (Preview) düyməsilə slaydın obyektlərinin hərəkətinə xüsusi pəncərədə baxmaq olar.
və sonda OK düyməsini sıxın.
Xronometraj və səsin yazılması
Hər slaydın nümayiş vaxtını slaydarası keçidi nizamlayarkən göstərmək olar. Lakin mühazirə zamanı hər slaydın neçə saniyə davam edəcəyini əvvəlcədən demək çətindir. Buna görə slaydların nümayiş vaxtını başqa yolla təyin etmək daha rahat olardı.
Vaxtın nizamlanması (Rehearse Timing) düyməsini sıxın. PowerPoint təqdimatın nümayişinə başlayır və Məşq (Rehearse) pəncərəsini açır. Vaxt intervallarının yazılması zamanı Slayd vaxtı ( SlideTime) sahəsində cari slaydın nümayiş vaxtı , pəncərənin sağ hissəsində isə təqdimatın nümayişinin əvvəlindən keçən vaxt göstərilir. Hər bir slaydın nümayişi zamanı ona aid mətni oxuyun və lazım olan vaxtı qeyd edin. Mətni oxuyarkən səhvə yol verdikdə Təkrar (Repeat) düyməsini sıxın. PowerPoint Slayd vaxtı (SlideTime) sahəsinin qiymətini silir və slayd vaxtını yenidən saymağa başlayır.
Pauza ( Pause) düyməsi sayqacı müvəqqəti saxlayır. Bu düyməni təkrər basıb məşqi davam etmək olar.
Birinci slayda aid olan mətni oxuyub qurtardıqdan sonra İrəli (Next) düyməsini sıxın. Slaydda animasiya tətbiq olunmuş obyektlər varsa, animasiyanın hər addımına aid mətni oxuduqdan sonra İrəli (Next) düyməsini sıxmaq lazım gəlir. Axırıncı slaydın vaxtını yazıb qurtardıqdan sonra İrəli (Next) düyməsini sıxanda sayqac dayanır və dialoq pəncərəsi açılır. Bu pəncərədə vaxt intervallarının təzələnməsi haqqında verilən suala Hə (Yes) cavabı verin. Slaydların vaxt intervalları Nizamlama rejimində hər slaydın altında yazılır.
Təqdimatın nümayişini səslə müşayət etmək olar. Səsin yazılması üçün kompüterdə səs kartının və mikrofonun olmağı labüddür. Slaydların Nümayişi Səsyazma (SlideShow RecordNarration) əmrini seçin. Açılan dialoq pəncərəsində səsin Mikrofonun Sazlanması (Set MicrophoneLevel) düyməsini sıxıb səsin Ucalığını dəyişdirmək olar. Mühazirənin yazılması çox vaxt tələb edirsə onu ayrı bir fayl kimi yazmaq olar. Bu halda Səsin Əlaqələndirməsi (Link Narrations In)sətirini işarələyin, Seçmə (Browse) düyməsini sıxın və səs faylının yazılması üçün yer (qovluq) göstərin. Bu pəncərəyə ehtiyac olmadığından Təkzib (Cancel) düyməsi ilə onu bağlayın. OK düyməsini sıxın.
Səs yazıldıqdan sonra Nizamlama rejimində slaydların altında qramofon şəkli göstərilir. Səsi silmək üçün qramofon işarəsini seçin və Delete düyməsini sıxın.
Slayd-filmin işə salınması
Slayd-filmin nümayişinə Slaydın Nümayişi Nümayiş (SlideShow ViewShow) əmrini seçməklə yaxud F5 düyməsini sıxmaqla başlamaq olar. Lakin təqdimatnı böyük auditoriya qarşısında nümayiş etdirmək üçün onun parametrlərini sazlamaq lazımdır.
Slaydın Nümayişi Nümayişin Parametrləri (SlideShow Set Up Show) əmrini seçin.
Açılan dialoq pəncərəsində Nümayişin növü (Show Type) bölməsinin düymələri vasitəsilə aşağıdakı rejimlərin birini seçmək mümkündür:
Ekran boyu nümayiş etdirilən Mühazirəçi Tərəfindən İdarə Olunan (Presented By a Speaker) rejim, pəncərədə nümayiş etdirilən İstifadəçi Tərəfindən İdarə Olunan (Browsed By An Individual) rejim, təqdimatın sonsuz təkrar edilməsi – Avtomatik (Browsed At A Kiosk) rejimi. Sonuncu slayddan sonra yenidən birinci slayddan başlayaraq nümayişin Esc düyməsilə dayandırılması (Loop Continiously Until “Esc”) rejimi. Səssiz rejim (Show Without Narration), Obyektlərin Hərəkətsiz (Show Without Animation) rejimi, Sürüşdürmə Zolağı ilə (Show Scrollbar).
Seçmə slaydların nümayiş etdirmək üçün birinci slaydın sayını sayqacın Başlayaraq(From) sahəsində, axırıncı slaydın sayını Qədər (To) sahəsində yazın.
Slaydların avtomatik keçidini ləğv etmək üçün İdarə olunan (Manually) rejimini seçin.
Parametrləri qeyd etdikdən sonra OK düyməsini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.