Pəri qoşmasi
Ölkənin, elin ağıllı, yaraşıqlı qızı
Pəri | Molla Pənah Vaqif
Vaqifin qoşmaları içərisində “Pəri”nin xüsusi yeri var. Şeirdə canlı danışıq dilinin təsiri aydınca duyulur. Sözlərin uğurla seçilməsi, misralarda ustalıqla yerləşdirilməsi güclü ahəngin yaranmasına az təsir etmir.
Mükəmməl təşbeh, epitet, təkrir, alliterasiya, assonans, frazeologizm, zəngin qafiyələr və s. şeirə xüsusi gözəllik və obrazlılıq gətirmişdir.
“Pəri” qoşması həm ideya-məzmununa, həm də bədii xüsusiyyətlərinə görə mükəmməl sənət nümunəsidir. Mətnin üzərində müşahidələri dərinləşdirməklə, mənbələrin əsasında araşdırma aparmaqla bu barədə əhatəli fikir yürütmək mümkündür.
Boyun sürahidir, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!
İxtilatın şirin, sözün məzəli,
Şəkər gülüşündən canlar təzəli,
Ellər yaraşığı, ölkə gözəli,
Nə gözəl doğubsan anadan, Pəri!
Üz yanında tökülübdür tel nazik,
Sinə meydan, zülf pərişan, bel nazik,
Ağız nazik, dodaq nazik, dil nazik,
Ağ əllərin əlvan hənadan, Pəri!
Ovçusu olmuşam səntək maralın,
Çıxmaz xəyalımdan hərgiz xəyalın,
Ənliyi, kirşanı neylər camalın,
Sən elə gözəlsən binadan, Pəri!
Günəş təki hər çıxanda səhərdən,
Alırsan Vaqifin əqlini sərdən,
Duaçınam, salma məni nəzərdən,
Əskik olmayasan sənadan, Pəri!
Vaqif Azərbaycan qadınını daha uca məqamda, yüksək mərtəbədə görməyi arzulayır. Ona görə də “hər yetən gözələ” “gözəl demir”; o həm mənəvi aləmi, həm də xarici görünüşü ilə gözəl olmalıdır. Sifətin göyçək olması, Vaqifə görə, hələ gözəl olmaq deyil; belələri “ellər yaraşığı”, “ölkə gözəli” sayıla bilməz. Ağıllı, ədəbli olanlar, Vaqifə görə, həqiqi gözəllərdir. Şairin fikrincə, gözəl o kəs sayıla bilər ki, şeiri duya bilsin, başa düşsün, ondan zövq alsın. “Qafiyə qəzəldən həm çıxa başı”, — deyən şair “Artıq ola həm kəmalı gözəlin” — fikrini dönə-dönə təkrar etməklə kamil gözəlliyə üstünlük verir.
Pərinin tanınmasına, sevilməsinə, “ellər yaraşığı”, “ölkə gözəli” sayılmasına səbəb onda məhz bu xüsusiyyətlərin olmasıdır. Mənbələrdəki fikirlərin mənimsənilməsi şeirin ideyasının, lirik qəhrəmanın hiss, düşüncə və davranışı üçün mühüm olanların aydınlaşdırılması və qiymətləndirilməsinə imkan yaradır.
Pəri qoşmasi
“Pəri” qoşması ilə hələ aşağı sinifdə tanış olmuş, aydın, şirin dildə yazıldığını dərhal duymuş, onu dönə-dönə oxumusunuz. Şeirin məzmunu üzərində işləyəndə isə yeni məna çalarlarını, bədii gözəlliyini hiss etdiniz. Onu da hiss etdiniz ki, şeir el-obanın təriflədiyi, şairin özünün də yaxşı tanıdığı ağıllı bir qıza həsr edilib. Bu qəbildən şeirlərin mövzusunu müəyyənləşdirmək sizin üçün çətin deyildir. Əsərdəki hər bir misranın üzərində düşünməklə, mənbələrdəki fikirləri mənimsəməklə bu suala əsaslandırılmış cavab vermək olar.
Şeirin ideya-məzmunu üçün önəmli olanlar nədir?
Vaqif Azərbaycan qadınını daha uca məqamda, yüksək mərtəbədə görməyi arzulayır. Ona görə də “hər yetən gözələ” “gözəl demir”; o həm mənəvi aləmi, həm də xarici görünüşü ilə gözəl olmalıdır. Sifətin göyçək olması, şairin fikrincə, hələ gözəl olmaq deyil; belələri “ellər yaraşığı”, “ölkə gözəli” sayıla bilməz. Vaqifə görə, ağıllı, ədəbli olanlar həqiqi gözəllərdir. Şairin fikrincə, gözəl o kəs sayıla bilər ki, şeiri duya bilsin, başa düşsün, ondan zövq alsın. “Qafiyə qəzəldən həm çıxa başı”, – deyən şair “Artıq ola həm kəmalı gözəlin” – fikrini dönə-dönə təkrar etməklə kamil gözəlliyə üstünlük verir.
Pərinin tanınmasına, sevilməsinə, “ellər yaraşığı”, “ölkə gözəli” sayılmasına səbəb onda məhz bu xüsusiyyətlərin olmasıdır.
Mənbələrdəki fikirlərin mənimsənilməsi şeirin ideyasının, lirik qəhrəmanın hiss, düşüncə və davranışı üçün mühüm olanların aydınlaşdırılması və qiymətləndirilməsinə imkan yaradır.
Şeir hansı bədii keyfiyyətləri ilə diqqəti cəlb edir?
Vaqifin qoşmaları içərisində “Pəri”nin xüsusi yeri var. Şeirdə canlı danışıq dilinin üstünlüyü aydınca duyulur. Sözlərin uğurla seçilməsi, misralarda ustalıqla yerləşdirilməsi güclü ahəngin yaranmasına az təsir etmir.
Mükəmməl təşbeh, epitet, təkrir, alliterasiya, assonans, frazeologizm, zəngin qafiyələr və s. şeirə xüsusi gözəllik və obrazlılıq gətirmişdir.
Pəri qoşmasi
Ölkənin, elin ağıllı, yaraşıqlı qızı
“Pəri” qoşması
Şairin lirikasında “Pəri”rədifli qoşması məzmununa və bədii xüsusiyyətlərinə görə seçilir. Böyük ilhamla yazılan bu əsər şairin portret lirikasının mükəmməl örnəklərindən sayılır.
Boyun sürahidir, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!
İxtilatın şirin, sözün məzəli,
Şəkər gülüşündən canlar təzəli,
Ellər yaraşığı, ölkə gözəli,
Nə gözəl doğubsan anadan, Pəri!
Üz yanında tökülübdür tel nazik,
Sinə meydan, zülf pərişan, bel nazik,
Ağız nazik, dodaq nazik, dil nazik,
Ağ əllərin əlvan hənadan, Pəri!
Lirik qəhrəman sevgilisinin portretinin əsas cizgilərini sadə, təbii və aydın boyalarla rəsm edir. Belə bir maralın ovçusu olmasının səbəbinə aydınlıq gətirir. Lakin aşiqi cəlb edən Pərinin yalnız zahiri gözəlliyi deyildir. Pəri ağıllı-kamallı el gözəlidir. O, elin-obanın həm də ağıllı qızıdır. Danışığı, davranışı yerində olan Pəri “ellər yaraşığı”, “ölkə gözəli” kimi tanınmış, qəbul edilmiş və hörmət, izzət sahibi olmuşdur. Onun mənəvi və zahiri gözəlliyi bir-birini tamamlayır.
Pəriyə münasibətdə Vaqif yaradıcılığı üçün fərqli bir yanaşma da özünü göstərir; bədii sözlə məharətlə yaradılan mənzərə əyaniliyinin müqabilində o da vurğulanır ki, bu gözəlin ənliyə, kirşana, əlavə bəzək-düzəyə ehtiyacı yoxdur (halbuki şair gözəli bər-bəzəkli görmək istədiyini tez-tez xatırladır), bunlarsız da o, gözəldir:
Avçısı olmuşam sən tək maralın,
Xəyalımdan çıxmaz hərgiz xəyalın,
Ənliyi, kirşanı neylər camalın,
Sən elə gözəlsən binadan, Pəri!
Günəş təki hər çıxanda səhərdən
Alırsan Vaqifin əqlini sərdən,
Duaçınam, salma məni nəzərdən,
Əksik olmayasan sənadan, Pəri!
Bədii xitablar üzərində qurulan şeirdə istər xitab tərzi, istər dil, istər təsvirdəki detallar, istərsə də məcazlar sadə, təbii və səmimidir. Elə buna görə də şeir təsirlidir, tez əzbərlənir və yadda qalır.
Comments are closed, but trackbacks and pingbacks are open.