Press "Enter" to skip to content

N yaxşı proqramlaşdırma dilləri

Göründüyü kimi, maşın dilində yazılmış belə sadə proqram da açılması lazım olan “sirli bir aləmdir”. Uydurma olmayan, gerçək kompüterlərdə isə maşın kodu qat-qat mürəkkəb olur.
“Maşın kodu” deyəndə, maşın dilində yazılmış proqram başa düşülür. Belə kodda proqram tərtib etmək, sonra isə onun düzgünlüyünü yoxlamaq çox çətindir, çünki bunun üçün ya bütün komandaların kod və formatını yadda saxlamaq, ya da hər dəfə xüsusi cədvəllərdən istifadə etmək lazım gəlir. Kod laşdırmada azacıq səliqəsizlik, yazıda yanlışlıq, rəqəmlərin yerinin qarışdırılması gözlənilməz nəticələrə aparıb çıxarardı. Belə yanlışlığı tapmaq da asan iş deyildi, çünki proq ramçının qarşısında az-çox aydın dildə yazılmış alqoritm deyil, rəqəmlər yığını dururdu.
Proqramçılar öz işlərini yüngülləşdirmək üçün yollar arayırdılar; elə bir alət ya rat maq lazım idi ki, onun köməyilə kiçik detallara vaxt itirmədən proqram yazmaq mümkün olsun, özləri yaradıcılıqla, alqoritmlərin qurulması ilə məşğul olsunlar, qalan işlər isə kompüterə həvalə edilsin.

Proqramlaşdırma dilləri

Dilini bilmədiyimiz insana nəyi isə başa salmaq üçün ya jestlərdən, ya da onun başa düşdüyü dildəki sözlərdən istifadə edirik. Kompüterin mərkəzi qurğusu olan prosessorun da öz dili var.
Maşın dili.
Kompüterin bilavasitə “başa düşdüyü” yeganə dil – sadəcə, ədədlər yığınından ibarət olan maşın dilidir [machine language]. Ədədlərlə işlədiyindən prosessor üçün komandaları kodlaşdırmaq, məsələn, ədədlərlə ifadə etmək lazımdır. Tutaq ki, 1 – toplamanı, 2 – vurmanı, 3 – bölməni (yaxud uyğun olaraq 01, 02, 03) və s. bildirir. Müəyyən əməliyyatı yerinə yetirmək üçün proses sora komandalardan əlavə verilənlər də lazımdır. Sadəlik üçün, tutaq ki, hər hansı uydurma prosessorun komandasının ümumi şəkli belədir:
Proqramlaşdırmada komandanın arqumenti, yəni verilənlər operand adlanır. Hər bir verilən, kompüterin yaddaşının xanalarında yerləşir. Bütün yaddaş xanalara bölünmüşdür və hər xananın öz nömrəsi – ünvanı olur. Beləliklə, hər bir operand iki parametrlə – qiyməti və yaddaşda olan yeri ilə təyin olunur. 00xx yazılışı xx ədədinin özünü, 01xx yazılışı isə yaddaşda xx nömrəli xananı göstərir. Bir sözlə, xx veriləninin qarşısında 00 olarsa, bu, verilənin özünü, 01 isə yerini göstərir. Onda 01 və 02 xanalarında yerləşmiş iki ədədin ədədi ortasını tapan proqram aşağıdakı şəkildə olacaq:
01 0101 0102 0103
03 0103 0002 0103
Birinci sətirdəki komandanı adi dildə ifadə edək: 01 xanasındakı verilənlə 02 komandasındakı veriləni topla və nəticəni 03 xanasına yaz. İkinci sətirdəki komanda isə aşağıdakı kimi ifadə olunar: 03 xanasındakı ve – riləni 2-yə böl və nəticəni yenidən 03 xanasına yaz. Proqramı bir sətirdə yazsaq belə alınar:
0101010102010303010300020103

Göründüyü kimi, maşın dilində yazılmış belə sadə proqram da açılması lazım olan “sirli bir aləmdir”. Uydurma olmayan, gerçək kompüterlərdə isə maşın kodu qat-qat mürəkkəb olur.
“Maşın kodu” deyəndə, maşın dilində yazılmış proqram başa düşülür. Belə kodda proqram tərtib etmək, sonra isə onun düzgünlüyünü yoxlamaq çox çətindir, çünki bunun üçün ya bütün komandaların kod və formatını yadda saxlamaq, ya da hər dəfə xüsusi cədvəllərdən istifadə etmək lazım gəlir. Kod laşdırmada azacıq səliqəsizlik, yazıda yanlışlıq, rəqəmlərin yerinin qarışdırılması gözlənilməz nəticələrə aparıb çıxarardı. Belə yanlışlığı tapmaq da asan iş deyildi, çünki proq ramçının qarşısında az-çox aydın dildə yazılmış alqoritm deyil, rəqəmlər yığını dururdu.
Proqramçılar öz işlərini yüngülləşdirmək üçün yollar arayırdılar; elə bir alət ya rat maq lazım idi ki, onun köməyilə kiçik detallara vaxt itirmədən proqram yazmaq mümkün olsun, özləri yaradıcılıqla, alqoritmlərin qurulması ilə məşğul olsunlar, qalan işlər isə kompüterə həvalə edilsin.

Assembler.
Maşın kodunda proqramlaşdırma “iynəylə yer qazmaq” kimi bir şeydir. Çox sadə hesablama məsələləri (məsələn, ədədin yaddaşdan prosessora yüklənməsi, onun başqa ədədlə toplanması, nəticənin yenidən yaddaşa yazılması) maşın kodlarında uzun-uzadı elə mürəkkəb şəkil alırdı ki, kiçik kərpic – lərdən böyük bir binanın necə tikil məsini təsəvvür etmək belə çətin idi. Assembler dilinin adı ingiliscə “assemble” – “toplamaq”, “yığmaq” sözündən götürülüb.
Bu vəziyyətdən çıxmaq üçün ilk addım komanda ların simvollarla əvəzlənməsi oldu, daha dəqiq de sək, komandalar adi söz lərin qısaltmaları ilə gös tə rildi. İdeya sadə olsa da, onun gerçəkləşdirilməsi yazılmış proqramların digər proqramçılar tərəfindən qavranılmasını asanlaşdırmağa, səhvlərin sayını azaltmağa, proq ramçıların işini yün gülləşdirməyə imkan verdi. Komandaların simvollar vasitəsilə yazılış siste – minə mnemonik yazı sistemi deyilir. Belə sistemin köməyilə yazılmış proqram nümunəsinə baxaq.
TOP X1, X2 > X3
BÖL X3, 2 > X3
Bu fraqmentin birinci sətri bildirir ki, yaddaşın 1 və 2 nömrəli Xanalarını TOPlayıb, nəticəni 3 nömrəli Xanaya yerləşdirmək lazımdır. İkinci sətir isə kompüterə yaddaşın 3 nömrəli Xanasını 2-yə BÖLüb, nəticəni yenə də 3 nömrəli xanaya yerləşdirmək göstərişini verir. Göründüyü kimi, belə yazılış yu xarıda verilmiş uy ğun maşın kodundakı yazılışdan daha anlaşıq lıdır.
Bu həm insanın, həm də kompüterin başa düşdü yü proqramlaşdırma dilinin yaradılması yolunda ilk addım idi.
İkinci addım prosedurlar kitabxanasının yara – dılması, yəni koddan təkrar-təkrar istifadə olunması idi. Ona qədər isə hər bir proqramçı hər dəfə öz “Amerikasını kəşf etməli” idi. Prosedurlar kitabxana la rı proqramçılara yeni mü rəkkəb proq – ramları qısa vaxt ərzində keyfiyyətlə tərtib etmək imkanı verirdi.
Bu iki istiqamət yeni proqramlaşdırma dillərinin yaradılması və inkişafı üçün özül oldu. Əlbəttə, assembler proqramçını işin ən arzu – olunmaz hissəsindən – operatorların əl ilə maşın koduna çevrilməsindən azad edir. Ancaq buna baxmayaraq, assembler dilinin iki böyük nöqsanı var. Birinicisini, ola bilsin, siz özünüz artıq sezdiniz: assembler dilində proqramlaşdırma çox diqqət və səbir tələb edən işdir. Mikroprosessorun işini birbaşa idarə edərkən həddən artıq xırda məsələlər nəzərə alınmalıdır.
İkinci çatışmazlıq assembler dilindəki proqramların “daşınabilən” [portable] olmamasıdır. Məsələn, assembler dilində Intel 8080 prosessoru üçün yazılmış proqramı Motorolla 6800 prosessorlu kompüterdə işlətmək olmur, proqramı həmin pro sessor üçün yenidən yazmaq lazım gəlir. Doğ ru dur, bu o qədər də çətin məsələ olmasa da, hər halda müəyyən işlər görülməlidir.

  • Teqlər:
  • proqramlaşdırma
  • , assembler

Ən yaxşı proqramlaşdırma dilləri

Müasir dövrümüzdə ən prestijli və zəruri “Proqramlaşdırma dilləri’’ni aşağıdakı kimi sistemləşdirərək və xarakterizə edərək, faydalarından yararlanmaq üçün oxucularımıza ‘’əlçatan’’‘etdik. 2020-ci il üçün ən yaxşı və innovativ “Proqramlaşdırma dilləri’’ni ən xırda detallarının belə diqqətinizdən yayınmağını istəmirsizə ekrana yaxın əyləşin və gözünüzü ‘’dörd ‘’açın : Python, Java, C/C++,JavaScript,Go və ya Golang, R, Swift, PHP, C#

“Proqramlaşdırma dillərinin döyünən ürəkləri’’

‘’Python’’ proqramlaşdırma dili

Ən üst səviyyədə proqramlaşdırma dili ‘’PYTHON’’ – sürətli, tez və istifadəsi asan dildirki ’’scalable web applications’’ inkişafında geniş istifadə olunur. YouTube, Instagram, Pinterest, SurveyMonkey bütünlüklə konstruksiyasında Python əsas rol oynayıb . Bol qazanclı və yaxşı iş axtarışında olanlar üçün ‘’Python ASAP”ı dərindən bilməyi məsləhət görürük. Əksər ‘’start up’’lar əsas backend üçün’’Python’’dan yararlanırlar. Beləliklə də bu ,’’ full stack python’’proqramçıları üçün geniş imkanlara yol açır.

Gəlin, birlikdə ‘’Python’’ proqramlaşdırma dilinin öyrənməyin çağdaş dövrümüz görə nə dərəcədə avantajlı və vacib olduğunu nümunələr əsasında nəzərinizə çatdıraq:

  1. ‘’Python’’ proqramlaşdırma dilində obyektlər və qruplar yaratmaq, sonra isə onlardan istifadəetmək artıq ‘’OOP’’ xüsusiyyətləri sayəsində daha asandır.
  2. ’Python’’ proqramlaşdırma dilin geniş və zəngin kitabxana dəstəyi var
  3. Bu proqramlaşdırma dilində kodun oxunaqlılığına birbaşa yönəldilir
  4. Ən mürəkkəb tətbiqləri belə, hətta, miqyaslandırmaq qabiliyyətinə malikdir
  5. Prototiplər yaratmaq və ideyaları daha sürətli sınaqdan keçirmək üçün idealdır
  6. Artan bir cəmiyyət dəstəyi ilə açıq mənbədə xidmət göstərir
  7. Çox sayda platforma və sistem üçün dəstək verir
  8. Öyrənmək və istifadə etmək çox asandır.

‘’Java’’ proqramlaşdırma dili

JAVA-irimiqyaslı şirkətlərin, təşkilatların seçimidir. ‘’Java’’ ‘’enterprise-scale web applications’’konfiqurasiyasında və ‘’Android App Development’’ də geniş istifadə olunur. Böyük arenada tanınan ‘’Java’’ istənilən biznes sahəsində yaxından müşaiət olunur. Ümumiyyətlə, hər biznes sahəsinin ‘’ Android Application owing’’ə ehtiyacı var. Çünki,bu faktdırki andriod istifadəçilərinin sayı bugün milyardı ötüb. Odur ki, yüksək gəlirli işlə təmin olunmaq ‘’JAVA’’ – ilə xəyal deyil.

‘’Java’’ proqramlaşdırma dilinin vacib nüansları isə bunlardır:

  1. Açıq mənbəli kitabxanaların bolluğu ilə diqqətləri öz üzərinə çəkir.
  2. Avtomatik yaddaş ayırması və zibil toplamasına qabildir.
  3. ’’OOP’’ paradiqmasına əməl etməsi özəlliyinə mənsubdur.
  4. Yığım bölgüsü sisteminə malikdir.
  5. ’’JVM’’ xüsusiyyəti sayəsində yüksək dərəcədə platforma müstəqilliyi olması danılmazdır
  6. Paylanmış hesablama üçün idealdır.
  7. Verilənlər bazası bağlantısı, şəbəkə, kommunal xidmətlər və ‘’XML ‘’analizi kimi müxtəlif tapşırıqları
  8. yerinə yetirmək üçün ‘’API’’-lərdən bir çoxunu təklif edir.
  9. ’’Multithreading’’ -i dəstəkləyir.

‘’C/C++’’ proqramlaşdırma dili

C/C++ sanki proqramlaşdırmanın ‘’yağ’’ və ‘’çörəy’’inə bənzədilir. Demək olar ki, bütün ‘’low-level systems’’ eləcədə ‘’operating systems’’, ‘’file systems’’ və s. C/C++ “proqramlaşdırma dilində’’ yazılır .’’Competitive programmers owing’’ tərəfindən istifadə olunan C/C++ son dərəcə sürətli və stabildir. Mükəmməl ’’System-level programmer’’ olmaq arzusundasınızsa, C/C++ məhz sizə görədir.

‘’C / C++’’ proqramlaşdırma dilinin möhtəşəm üstünlükləri ilə qarşınızdayıq:

  1. ‘’C /C++’’ilə işləmək üçün tərtibçilər və kitabxanalar cəmiyyəti mövcuddur.
  2. ‘’C / C++’’ digər proqramlaşdırma dilləri tərəfindən blok edilmiş və ya gizlədilmiş obyektlərə daxil olmağı asanlaşdırır.
  3. ‘’C / C++’’ üzərində əksər proqramlaşdırma dillərinə nisbətən proqramların daha sürətli icrası mümkündür.
  4. ‘’C / C ++’’ daha mürəkkəb proqramlaşdırma dillərini başa düşmək üçün əsas yaradır
  5. ‘’C / C++’’da çox cihazlı, çox platformalı tətbiqetmənin inkişafı üçün seçim dili vardır.
  6. Böyük bir ‘’daşınma dərəcəsi’’ni təklif etmə funksiyası mövcuddur.
  7. ‘’C/C++’’da bir qrup funksiya modulu və blok ilə prosedur yönümlü dilin mövcudluğu proqramları ayırd etməyi, sınaqdan keçirməyi və sazlamağı asanlaşdırır.
  8. ‘’C/C++’’da proqramlar daha səmərəli və başa düşüləndir.
  9. ‘’C/C++’’ zəngin funksiyalı kitabxanası ilə xidmətinizdədir.
  10. ‘’C/C++’’ ’’Sistem aparatına ‘’yaxın işləyir və buna görə aşağı səviyyədə abstraksiya təklif edir.

‘’JavaScript’’ proqramlaşdırma dili

JavaScript- “frontend” proqramlaşdırma dilidir və ‘’interactive frontend application’’lərin dizaynlaşdırılmasında daha cox rast gələ bilərik. Bu günlərdə əksər təşkilatlar, xüsusi ilə ‘’startup’’lar NodeJS-ni istifadə edirki, elə o da ‘’run-time environment ‘’ ə əsaslanmış ‘’JavaScript’’-dir.

“Frontend” proqramlaşdırma dili olan ‘’JavaScript’’-aşağıdakı önəmli funksiyaları var:

  1. Müştəri yönümlü ‘’JavaScript’’ çox sürətlidir və tərtib tələbi olmadığı üçün dərhal ‘’the web browser’’ daxilində işləyir.
  2. ‘’A website’’üçün daha zəngin bir ‘’ interface’’ verir.
  3. ‘’JavaScript’’həm də universaldır və ‘’web’’ proqramlaşdırma dilidir.
  4. ’’ECMA’’dəqiqləşdirmə yolu ilə mütəmadi olaraq yeniləmə baş verir.
  5. İşləmə qabiliyyətini uzatmaq üçün ,bir neçə’’add -ons’’ olunması.Buna ‘’Greasemonkey’’ misal gətirə bilərik.
  6. Sadə tətbiqlərin mövcudluğu.
  7. Digər proqramlaşdırma dili ilə olduqca yaxşı işləyir

‘’Go’’ proqramlaşdırma dili

Go və ya Golang Google-da Google-un mühəndisləri və digər proqramçılar tərəfindən yaradılmışdır GO-nun öyrədilməsini vacib edən amillər aşağıdakı kimi xarakterizə edə bilərik:

  1. Go statik tipli kompilyasiya olunan dildir.

2. O, GoRoutine-lərin köməyi ilə daxili paralelizmi dəstəkləyir.

4. Go-da sətrlər susmaya görə UTF-8 ilə kodlaşdırılmışdır.

5. Digər kompilyasiya olunan dillər ilə müqayisədə Go daha sadə sintaksisə malikdir.

6. Go-da proqram təminatı bir fayla kompilyasiya olunur.

‘’R’’ proqramlaşdırma dili

‘’R’’ proqramlaşdırma dili ‘’Data Analysis’’ və ‘’Machine Learning’’üzrə istifadə olunan proqram dillərindən biridi. R nəinki yüksək səviyyəli çərçivələrlə həmçininin ’’Machine Learning algorithm’’lərin güclü inkişafı üçün daxili kitabxanalarla təmin edir . R eləcə də, qrafiklər də ümumi ‘’statistical computing’’ üzrə istifadə edilir. R müəssələr tərəfindən yüksək formada qəbul edilmişdir.

‘’R’’ proqramlaşdırma dilinin üstünlükləri:

1.Müxtəlif əməliyyat sistemlərində problemsiz işləmə bacarığı

2.Hərtərəfli statistik analiz dili

3.Güclü paket ‘’ecosystem’’-i

4.Yüksək səviyyyədə ‘’uzadıla bilmə’’ funksiyasına malikliyi.

5. Fəal ‘’ mushrooming’’ toplumu olması.

6. ‘Açıq mənbəli və ’’tweak’’etmə qabilliyi.

‘’PHP’’ proqramlaşdırma dili

PHP -‘’backend’’ proqram dilləri arasında ən məşhurudur. PHP- nin üstünlüklərini bu cür xarakterizə etmək olar:

  1. PHP kod HTML kodun içərisində belə işlənə bildiyindən, PHP də yazılan veb səhifələr tez yüklənir
  2. PHP Açıq Kod Sistemınə malik bir proqramlaşdırma dilidir
  3. PHP çox asan dil olduğundan , yeni başlayanlar üçün də sərfəli bir dildir
  4. PHP Windows,Linux,Macintosh və s. kimi əməliyyat sistemlərində işlənir
  5. Əgər sizin php scriptiniz düzgün yazılıbsa ,onda proqramın kodu istifadəçilər tərəfindən görsənməyəcək ( Gələcəkdə özünüz bunun şahidi olacaqsınız)
  6. PHP demək olar ki, yalnız web proqramistin fantaziyası ilə məhdudlaşır. Webə aid nə istəsəniz, php nin köməyi ilə edə bilərsiniz.

‘’Swift ‘’proqramlaşdırma dili

Swift ‘’ iOS application’’ larının inkişafında əvəzsiz rol oynayan və öyrənilməsi vacib proqram dilidir . ‘’iOS’’ əsaslı qurğular onun popluyarlığıni daha da artırdı. Bu proqram dilində yen xüsusiyyətlər əlavə etmək çox asandır .Swift eyni zamanda ‘’developer’’ləri aydın və oxunaqlı kod yazmağa cəsarətləndirir

1. Avtomatik yaddaş idarəetmə, yaddaş sızmasının qarşısını alır.

2.’’Apple‘’ tərəfindən dəstəklənir.

3. Mükəmməl ‘’scalability’’ imkanının olması asanlıqla məhsula funksionallıq əlavə etmək və ya əlavə inkişaf etdiricilər gətirmək imkanı verir.

4.Yeni xüsusiyyətlər əlavə etmək asandır.

5.’’ Developer’’-ləri aydın və oxunaqlı kod yazmağa təşviq edir.

6.İngilis dilinin zəngin sintaksis quruluşu onu çox oxunaqlı hala gətirir.

7.’’ Objective-C’’ilə qarşılıqlı əlaqəlidir.

8.Hər hansı bir texnologiya ilə ‘’Server-side Swift’’-i birləşdirmək mümkündür.

9.Həm ‘’frontend’’, həm də ‘’backend’’-in inkişaf üçün istifadə edildikdə, kod mübadiləsini daha yaxşı və inkişaf prosesini daha sürətli edir.

10.Digər populyar proqramlaşdırma dilləri ilə müqayisə etdikdə, (məsələn, ‘’Objective-C’’ və ‘’Python’’ kimi) çox sürətli və daha mükəmməldir.

‘’C#’’proqramlaşdırma dil

‘’C#’’ nəyinki ‘’Microsoft’’ firmasının inkişaf etdirdiyi yeni nəsil proqramlaşdırma dilidir, eyni zamanda ‘’Microsoft’’ tərəfindən inkişaf etdirilmiş olan ‘’NET’’ texnologiyası üçün təkmilləşdirilmiş bir dildir.’’C#’’ proqramlaşdırma dili ‘’Window’’ mobil telefon tetbiqlərinin və oyunlarının qurulmasında və‘’backend programming’’üzrə çoxşaxəli istifadə edilir.

‘’C#’’proqramlaşdırma dilinin yüksək keyfiyyətli özəlliklərini bu cür xarakterizə edə bilərik:

1.Paylaşılan ‘’codebase’’ ləri ilə işləmə bacarığına malikdir..

2.Avtomatik ölçülən və yenilənə biləndir.

3. ‘’Component-oriented’’, və ‘’object-oriented’’ proqramlaşdırma dilidir.

4.’’NET ‘’kitabxanasının bütün tipləri üçün idealdır.

5.Windows inkişafının bütün növləri üçün idealdır

6.format təhlükəsizliyini dəstəkləyir

7.Tez tərtib və icra müddəti mövcuddur.

Aşağı, Orta və Yüksək Səviyyəli Proqramlaşdırma Dilləri

Proqramlaşdırma dillərini üç geniş kateqoriyaya bölmək olar. Bunlar Yüksək Səviyyəli, Orta Səviyyəli və Aşağı Səviyyəli dillərdir. Bu üç dil bir-birlərindən müxtəlif xüsusiyyətlərə görə fərqlənir.

Yüksək Səviyyəli dillər dedikdə insanın başa düşə biləcəyi şəkildə yazılan proqramlaşdırma dilləri nəzərdə tutulur. Onlar müstəqildir və proqramistlərin proqramın istifadə ediləcəyi cihaz barədə əvvəlcədən biliklərə yiyələnməsi lazım deyil. Yüksək səviyyəli proqramlaşdırma dillərinə Delphi, C#, Java, JavaScript, Python, Ruby və s daxildir.

Orta Səviyyəli dillər kompüterin aparat və proqramlaşdırma səviyyəsi arasında bir körpü rolunu oynayır. Onlar kompüterin abstraksiya qatında fəaliyyət göstərirlər. Orta səviyyəli proqramlaşdırma dillərinə C və C++ misal göstərmək olar.

Aşağı səviyyəli dillər müəyyən kompüter arxitekturası və aparat tələblərinə cavab vermək üçün yazılmışdır. Aşağı səviyyəli proqramlaşdırma, əsasən kodunuzu işə saldığınız avadanlığa yaxın olan hər şeydir . Hədəfinizə görə fərqli mənalar verə bilər. Bir bina tikirsinizsə, həmişə təməldən başlayarsız və bunun üzərinə tikirsiniz. Aşağı səviyyəli inkişaf bu təməldir – yüksək səviyyəli proqramlaşdırma ilə başlasanız, altında nə baş verdiyini anlamırsınız.

Aşağı səviyyəli dillərə Machine code(maşın kodu və Assembly göstərə bilərik. Maşın kodundu bir şey yazmaq çox çətindir. Çünki maşın kodunda yazılanlar yalnız 0 və 1 -lərdən ibarət olduğundan çox sadə bir proqramın içində belə minlərlə 0 və 1 sayı ola bilər. Ancaq Assembly dili maşın koduna nəzərən rahatdı, çünki burda mnemonikalardan istifadə olunur. Mnemonikanı başa düşmək və düzəltmək maşın kodundan daha asandır, bu da proqramçılara kompüteri idarə etmək üçün daha sadə bir yol təqdim edir.

Yüksək Səviyyəli, Orta Səviyyəli və Aşağı Səviyyəli dillər arasındakı əsas fərqlər

Sürət

Sürət baxımından aşağı səviyyəli dillərdə yazılan proqramlar orta və yüksək səviyyəli dillərdə yazılanlardan daha sürətli olur. Bunun səbəbi, bu proqramların şərh edilməsinə və tərtib edilməsinə ehtiyac olmamasıdır. Onlar qeydlər və yaddaş ilə birbaşa qarşılıqlı əlaqə qururlar.

Digər tərəfdən, yüksək səviyyəli bir dildə yazılmış proqramlar nisbətən yavaş olur. Bunun əsas səbəbi onun danışıq dilində yazılmasıdır. Bu, kompüterin onları icra etmədən əvvəl danışıq dilinə tərcümə edib və şərh etməyə məcbur olmasıyla bağlıdır. Bütün bu proseslər vaxt aparır.

Orta səviyyəli dilin sürəti yüksək və aşağı səviyyəli dillər arasındadır. Nə çox yüksəkdir, nə də çox aşağı.

Yaddaş tələbi

Bu, üç dili fərqləndirmək üçün istifadə edə biləcəyimiz başqa bir parametrdir. Aşağı səviyyəli dillər yaddaş baxımından çox səmərəlidir. Daha az yaddaş istifadə edirlər. Bu, yaddaş sıxlığı ilə tanınan yüksək səviyyəli dillərdən çox fərqlidir. Xüsusilədə, bu dillərin hələ də müəyyən bir iş vaxtı mühitində işlədiyini nəzərə alsaq onlar çox yaddaş sərf edirlər. Orta səviyyəli proqramlaşdırma dillərinin yaddaş səmərəliliyi yüksək səviyyəli dillərə nisbətən o qədər də yüksək deyil.

İstifadə rahatlığı

Aşağı səviyyəli dillər maşınlara dost, lakin insanlarla dost deyil. Bir proqramist olaraq ikili(binary) fayıllar və Mnemonika-larla məşğul olmaq olduqca çətindir. Hər təlimatın müəyyən bir kompüter arxitekturası üçün hazırlanması bu dili daha texniki edir. Bir sözlə, aşağı səviyyəli dilləri öyrənmək çətindir.

Digər tərəfdən, yüksək səviyyəli dillər insan üçün əlverişlidir. Onlar asanlıqla öyrənilən və yadda saxlanılan İngilis dilində olan ifadələrdən ibarətdir. Bu, onların niyə ən populyar proqramlaşdırma dili olduğunu izah edir.

Portativlik (Daşınılabilirlik)

Bu məzmunda portativlik termini, bir dilin fərqli kompüterlərdə istifadə edilə bilməsinə aiddir. Aşağı səviyyəli proqramlaşdırma dilləri daha az portativdir. Bunun səbəbi onların təlimatlarının maşından asılı olmasıdır. Bu, sadəcə hər təlimatın müəyyən bir maşın üçün yazıldığını göstərir. Xüsusi bir maşın kodları başqa bir kompüter arxitekturasında işləyə bilməz.

Yüksək səviyyəli dillər maşından asılı deyil. Bir kod fərqli bir maşında və hətta fərqli bir arxitekturada heç bir çətinlik olmadan istifadə edilə bilər. Bu, yüksək səviyyəli proqramlaşdırma dillərinin daha çox portativ olması deməkdir. Yüksək səviyyəli dildə yazılmış bir proqramı bir mühitdən digərinə köçürə bilərsiniz və o, yenə də işləyəcəkdir.

Abstraksiya

Bu məzmunda abstraksiya dilin kompüter avadanlığı ilə əlaqəsini ifadə edir. Kompüter avadanlığı ilə aşağı səviyyəli dillər arasında minimal və hətta sıfır bir abstraksiya var. Bu dillər kompüterin yaddaşı ilə problemsiz bir şəkildə əlaqəyə girir və qeydiyyatdan keçir.

Orta səviyyəli dillər və qurğular arasındakı boşluq olduqca əhəmiyyətlidir. Bu, aşağı səviyyəli dillərdən daha böyük, lakin yüksək səviyyəli dillərdən daha kiçikdir.

Gözlənildiyi kimi, yüksək səviyyəli dillər abstraksiyanın maksimal səviyyəsinə malikdir. Bunun səbəbi, hardware ilə minimal qarşılıqlı əlaqənin olduğu bir kompüterin ən yüksək səviyyəsindən fəaliyyət göstərməsidir. Gördüyünüz kimi, yüksək səviyyəli, orta səviyyəli və aşağı səviyyəli proqramlaşdırma dilləri arasında aydın fərqlər var. Proqramlaşdırma dilinin hər bir növünün xüsusi məqsədə xidmət etmək üçün yaradıldığını da qeyd edə bilərik.

Müəllif

Salam dostlar! Mən Hacıyev Əyyub. 10 ildən artıqdır ki proqramlaşdırma ilə məş.

Comments are closed, but trackbacks and pingbacks are open.