Press "Enter" to skip to content

Azərbaycanda ən məşhur proqramlaşdırma dilləri və İT maaşlar – 2018

Şirkətlərin tələb etdiyi biliklərə əsasən, təklif etdiyi maaş aralığı həmişə müzakirə mövzusu olur. Bəzən şirkətlər vakansiyada İT-də mümkün olan hər şeyi qeyd edib, sonda da gülünc maaş təklif edirlər.

Proqramlaşdırma dilləri

Dilini bilmədiyimiz insana nəyi isə başa salmaq üçün ya jestlərdən, ya da onun başa düşdüyü dildəki sözlərdən istifadə edirik. Kompüterin mərkəzi qurğusu olan prosessorun da öz dili var.
Maşın dili.
Kompüterin bilavasitə “başa düşdüyü” yeganə dil – sadəcə, ədədlər yığınından ibarət olan maşın dilidir [machine language]. Ədədlərlə işlədiyindən prosessor üçün komandaları kodlaşdırmaq, məsələn, ədədlərlə ifadə etmək lazımdır. Tutaq ki, 1 – toplamanı, 2 – vurmanı, 3 – bölməni (yaxud uyğun olaraq 01, 02, 03) və s. bildirir. Müəyyən əməliyyatı yerinə yetirmək üçün proses sora komandalardan əlavə verilənlər də lazımdır. Sadəlik üçün, tutaq ki, hər hansı uydurma prosessorun komandasının ümumi şəkli belədir:
Proqramlaşdırmada komandanın arqumenti, yəni verilənlər operand adlanır. Hər bir verilən, kompüterin yaddaşının xanalarında yerləşir. Bütün yaddaş xanalara bölünmüşdür və hər xananın öz nömrəsi – ünvanı olur. Beləliklə, hər bir operand iki parametrlə – qiyməti və yaddaşda olan yeri ilə təyin olunur. 00xx yazılışı xx ədədinin özünü, 01xx yazılışı isə yaddaşda xx nömrəli xananı göstərir. Bir sözlə, xx veriləninin qarşısında 00 olarsa, bu, verilənin özünü, 01 isə yerini göstərir. Onda 01 və 02 xanalarında yerləşmiş iki ədədin ədədi ortasını tapan proqram aşağıdakı şəkildə olacaq:
01 0101 0102 0103
03 0103 0002 0103
Birinci sətirdəki komandanı adi dildə ifadə edək: 01 xanasındakı verilənlə 02 komandasındakı veriləni topla və nəticəni 03 xanasına yaz. İkinci sətirdəki komanda isə aşağıdakı kimi ifadə olunar: 03 xanasındakı ve – riləni 2-yə böl və nəticəni yenidən 03 xanasına yaz. Proqramı bir sətirdə yazsaq belə alınar:
0101010102010303010300020103

Göründüyü kimi, maşın dilində yazılmış belə sadə proqram da açılması lazım olan “sirli bir aləmdir”. Uydurma olmayan, gerçək kompüterlərdə isə maşın kodu qat-qat mürəkkəb olur.
“Maşın kodu” deyəndə, maşın dilində yazılmış proqram başa düşülür. Belə kodda proqram tərtib etmək, sonra isə onun düzgünlüyünü yoxlamaq çox çətindir, çünki bunun üçün ya bütün komandaların kod və formatını yadda saxlamaq, ya da hər dəfə xüsusi cədvəllərdən istifadə etmək lazım gəlir. Kod laşdırmada azacıq səliqəsizlik, yazıda yanlışlıq, rəqəmlərin yerinin qarışdırılması gözlənilməz nəticələrə aparıb çıxarardı. Belə yanlışlığı tapmaq da asan iş deyildi, çünki proq ramçının qarşısında az-çox aydın dildə yazılmış alqoritm deyil, rəqəmlər yığını dururdu.
Proqramçılar öz işlərini yüngülləşdirmək üçün yollar arayırdılar; elə bir alət ya rat maq lazım idi ki, onun köməyilə kiçik detallara vaxt itirmədən proqram yazmaq mümkün olsun, özləri yaradıcılıqla, alqoritmlərin qurulması ilə məşğul olsunlar, qalan işlər isə kompüterə həvalə edilsin.

Assembler.
Maşın kodunda proqramlaşdırma “iynəylə yer qazmaq” kimi bir şeydir. Çox sadə hesablama məsələləri (məsələn, ədədin yaddaşdan prosessora yüklənməsi, onun başqa ədədlə toplanması, nəticənin yenidən yaddaşa yazılması) maşın kodlarında uzun-uzadı elə mürəkkəb şəkil alırdı ki, kiçik kərpic – lərdən böyük bir binanın necə tikil məsini təsəvvür etmək belə çətin idi. Assembler dilinin adı ingiliscə “assemble” – “toplamaq”, “yığmaq” sözündən götürülüb.
Bu vəziyyətdən çıxmaq üçün ilk addım komanda ların simvollarla əvəzlənməsi oldu, daha dəqiq de sək, komandalar adi söz lərin qısaltmaları ilə gös tə rildi. İdeya sadə olsa da, onun gerçəkləşdirilməsi yazılmış proqramların digər proqramçılar tərəfindən qavranılmasını asanlaşdırmağa, səhvlərin sayını azaltmağa, proq ramçıların işini yün gülləşdirməyə imkan verdi. Komandaların simvollar vasitəsilə yazılış siste – minə mnemonik yazı sistemi deyilir. Belə sistemin köməyilə yazılmış proqram nümunəsinə baxaq.
TOP X1, X2 > X3
BÖL X3, 2 > X3
Bu fraqmentin birinci sətri bildirir ki, yaddaşın 1 və 2 nömrəli Xanalarını TOPlayıb, nəticəni 3 nömrəli Xanaya yerləşdirmək lazımdır. İkinci sətir isə kompüterə yaddaşın 3 nömrəli Xanasını 2-yə BÖLüb, nəticəni yenə də 3 nömrəli xanaya yerləşdirmək göstərişini verir. Göründüyü kimi, belə yazılış yu xarıda verilmiş uy ğun maşın kodundakı yazılışdan daha anlaşıq lıdır.
Bu həm insanın, həm də kompüterin başa düşdü yü proqramlaşdırma dilinin yaradılması yolunda ilk addım idi.
İkinci addım prosedurlar kitabxanasının yara – dılması, yəni koddan təkrar-təkrar istifadə olunması idi. Ona qədər isə hər bir proqramçı hər dəfə öz “Amerikasını kəşf etməli” idi. Prosedurlar kitabxana la rı proqramçılara yeni mü rəkkəb proq – ramları qısa vaxt ərzində keyfiyyətlə tərtib etmək imkanı verirdi.
Bu iki istiqamət yeni proqramlaşdırma dillərinin yaradılması və inkişafı üçün özül oldu. Əlbəttə, assembler proqramçını işin ən arzu – olunmaz hissəsindən – operatorların əl ilə maşın koduna çevrilməsindən azad edir. Ancaq buna baxmayaraq, assembler dilinin iki böyük nöqsanı var. Birinicisini, ola bilsin, siz özünüz artıq sezdiniz: assembler dilində proqramlaşdırma çox diqqət və səbir tələb edən işdir. Mikroprosessorun işini birbaşa idarə edərkən həddən artıq xırda məsələlər nəzərə alınmalıdır.
İkinci çatışmazlıq assembler dilindəki proqramların “daşınabilən” [portable] olmamasıdır. Məsələn, assembler dilində Intel 8080 prosessoru üçün yazılmış proqramı Motorolla 6800 prosessorlu kompüterdə işlətmək olmur, proqramı həmin pro sessor üçün yenidən yazmaq lazım gəlir. Doğ ru dur, bu o qədər də çətin məsələ olmasa da, hər halda müəyyən işlər görülməlidir.

  • Teqlər:
  • proqramlaşdırma
  • , assembler

Azərbaycanda ən məşhur proqramlaşdırma dilləri və İT maaşlar – 2018

Adətən, proqramlaşdırmaya yeni başlayanlar başlamazdan əvvəl hansı proqramlaşdırma dilini (dillərini) öyrənməyin perspektivli olması ilə bağlı suallar verirlər. Bu suallar isə daimi olaraq kəskin müzakirələrə səbəb olur. Təəssüf ki, bununla bağlı dəqiq statistika təqdim edəcək bir mənbə yoxdur.

Facebook-da Şamxal Məhərrəmovun paylaşımını gördüm. Azərbaycanda ən çox istifadə olunan proqramlaşdırma dilləri, proqramçı vakansiyaları üzrə maaşlar kimi statistik məlumatlar qeyd olunmuşdu. Əlbəttə ki, belə gözəl bir işə biganə qala bilməzdim. Özünün də icazəsi ilə, sizə 2018-ci il üçün Azərbaycan şirkətlərində İT vakansiyalarda tələb olunan proqramlaşdırma dilləri üzrə statistikanı paylaşıram.

Məqalədə 2018-ci ilin statistikası olsa, hazırki dövrdə də öz aktuallığını saxlayır.

Məqaləyə keçməzdən əvvəl statistikanın, məlumatların necə toplandığını Şamxal bəyin özündən eşidək:

* Göstəricilər iş elanları saytlarından Python vasitəsilə toplanıb. Bəziləri isə manual olaraq FB-dən götürülüb. Ümumi olaraq 289 vakansiya elan edilib. Bunlardan isə sadəcə 121-i maaş göstərib.
* Bəzi rəqəmlər real faktları əks etdirməyə bilər. Məsələn, Əhməd, vakansiyada maaş göstərməyən və ya az maaş göstərən hansısa şirkətə işə düzəlib və > 4000 azn maaş ala bilər və s.

Məlumatlar proqramlaşdırmada “scraping” dediyimiz üsul ilə toplanıb. Scraping və onun necə işlədilməsi qaydası ilə Node.js məqaləmizdən öyrənə bilərsiz.

2017-ci il ən məşhur proqramlaşdırma dilləri

  1. PHP – 48%
  2. Java – 13.46%
  3. Swift – 11.54%
  4. C# – 9.62%
  5. Python – 7.69%
  6. C++ – 5.77%
  7. Ruby – 3.85%

Siyahıdan göründüyü kimi ölkədə 2017-ci il PHP üzrə vakansiyalar ən yaxın “rəqibi” Java-dan təqribi 4 dəfə daha çoxdur.

2018-ci ildə Azərbaycanda ən məşhur proqramlaşdırma dilləri

2017-ci ilin statistikasından fərqli olaraq 2018-də detallı məlumatlar var və daha yaxşı müqayisə etmək imkanımız olacaq. Başlayaq…

  1. JavaScript – 31.9% – 144 vakansiya
  2. Java – 29.5% – 133 vakansiya
  3. C# – 16.2% – 73 vakansiya
  4. PHP – 14.9% – 67 vakansiya
  5. Python – 4.4% – 20 vakansiya
  6. C++ – 2.9% – 13 vakansiya
  7. Ruby – 0.2% – 1 vakansiya

Proqramlaşdırma dilləri üzrə nəticələrin izahı

Hazırki dövr internet əsri olduğundan əlbəttə ki, veb proqramlaşdırma daha çox önə çıxır. Vebdə də demək olar ki, hər istiqamətdə istifadə olunan dil sözsüz ki, JavaScript-dir. Buna görə də JavaScript-in top 1-də olması gözlənilən idi.

JavaScript hazırda sürətlə inkişaf edən proqramlaşdırma dillərindən biridir. Google, Microsoft, Facebook, Netflix, Mozilla və s. kimi nəhəng texnologiya şirkətləri tərəfindən dəstəklənir və inkişaf etdirilir. Həmçinin, öyrənilməsi rahat olduğundan yeni başlayanlara da tövsiyyə olunur.

Dünyada JavaScript-in backend-də istifadəsi geniş yayılsa da, ölkəmizdə hələ ki, frontend proqramlaşdırma üçün istifadə olunur. Yerli şirkətlərin iş elanlarında Node.js ilə bağlı vakansiya görməmişəm.

JavaC# uyğun olaraq 2 və 3-cü yerləri bölüşürlər. Əsasən dövlət və bank sektorları üçün istifadə olunan dillərdir. Həmçinin özəl sektorda enterprise işlərin görülməsi üçün bu dillərdən geniş istifadə olunur. Adətən, yerli bankların vakansiyalarını tez-tez görürəm. Görünən odur ki, bu sahələr üzrə ölkədə İT-yə daha çox diqqət yetirməyə başlayırlar.

Köhnə dostumuz və ən çox tənqid edilən proqramlaşdırma dillərindən PHP sırada 4-cü yerdədir. Bütün tənqidlərə və 4-cü olmasına baxmayaraq, PHP yerli şirkətlərdə webdə backend üçün istifadə olunan ən məşhur dildir.
Java, C#, Python-la da web proqramlaşdırmada backend yazmaq olur. Sadəcə bunun üçün əlavə texnologiyalar, framework-lər öyrənməyə ehtiyac yaranır. PHP ilə buna ehtiyac qalmır, dilin özü istənilən çətinlikli proyektlər yazmağa imkan yaradır. Amma əlbəttə ki, daha sürətli və keyfiyyətli işlər üçün PHP framework öyrənmək vacibdir.

Siyahının sonlarını isə Python, C++ və Ruby tamamlayır. Python dünyada məşhurlaşan proqramlaşdırma dili olsa da, hələ ki ölkəmizdə yerli şirkətlər tərəfindən çox az istifadə olunur.
C++ aşağı səviyyəli proqramlaşdırma dili (maşın koduna yaxın dil) olduğundan öyrənilməsi çətindir. Həmçinin, yerli şirkətlərin ƏS, hardware (aparat təminatı), oyun sahəsində proyektləri olmadığından bu dilə təlabat çox aşağıdır.
Ruby həmçinin dünyada məşhur dillərdəndir, lakin Azərbaycanda yalnız yerli şirkət olan Buglance-da vakansiya görmüşəm.

2018-ci il ölkədə ən populyar framework-lər

Proqramlaşdırma dilləri haqqında danışmışkən, framework-lərə nəzər salmağımız yaxşı olardı. 2018-ci ilin framework statistikası aşağıdakı kimidir:

  1. ASP.NET – 32.2% (C#)
  2. Spring – 28.8% (Java)
  3. Laravel – 14.4% (PHP)
  4. Yii – 10.3% (PHP)
  5. CodeIgniter – 6.2% (PHP)
  6. Symfony – 4.8% (PHP)
  7. Ruby on Rails – 2.1% (Ruby)
  8. Django – 1.4% (Python)

Elan saytlarında necə olduğunu bilmirəm, amma Facebook-da elanlarda daha çox Codeİgniter, Symfony, Yii olaraq vakansiyalar qarşıma çıxıb.
Bu 4 PHP framework-ün ümumi faiz cəmi isə %35.7-dir.

Yuxarıdakı siyahıda JavaScript framework-lər qeyd olunmasa da, ayrıca diaqramda statistika belədir:

  1. Angular – 67.5% (framework)
  2. React – 22.5% (kitabxana)
  3. Vue – 7.5% (framework)
  4. React Native – 2.5% (kitabxana)

Çox güman siyahıda bilərəkdən jQuery əlavə olunmayıb. Çünki, 85-95% veb proqramçı vakansiyalarında jQuery məcburi tələb kimi qeyd olunur. Yəni, qeyd olunsa idi, jQuery 1-ci yerdə olardı.
Digər framework və kitabxanalar adətən vakansiyalarda “arzuolunan” kimi işarə olunur. Buna baxmayaraq, JavaScript və jQuery ilə praktiki biliklər olandan sonra Angular, ReactVue-dan birini öyrənmək məsləhətdir.
React Native mobil proqramlaşdırmaya aid olsa da, JavaScript kitabxana olduğundan siyahıda öz yerini tutub.

Proqramlaşdırma dillərinə görə orta maaş statistikası (2018)

  1. C++ – 1280 AZN
  2. Java – 1210 AZN
  3. JavaScript – 1133 AZN
  4. C# – 1080 AZN
  5. iOS Developer – 1015 AZN (Objective-C, Swift)
  6. Android Developer – 1000 AZN (Kotlin, Java)
  7. PHP – 880 AZN

Yuxarıda qeyd etdiyim kimi C++ proqramçılar ölkədə azlıq təşkil etdiyindən maaşın yuxarı olması normaldır.
JavaC# üzrə şirkətlər (banklar) adətən təcrübəli proqramçılar axtarırlar, buna görə də maaş ortalaması yuxarı olur. JavaScript ilə də eyni məntiq doğrudur. Təcrübəli proqramçıları (framework, kitabxana bilən) iş qəbul üçün maaşın yüksək olması zərurəti yaranır.
iOSAndroid proqramçı vakansiyaları nadirən olur və bu sahələr üzrə proqramçılar da azlıq təşkil edir.
PHP-ni kiçik və orta bizneslər də istifadə etdiyindən ortalama maaş aşağıdır. Lakin vakansiyalar çoxdur və yeni başlayanlar üçün işə qəbul olmaq fürsəti yuxarıdır.

Yerli şirkətlər üzrə ortalama İT maaşlar (2018-ci il)

  1. Neuron Technologies – 1800 AZN
  2. Buglance – 1700 AZN
  3. Prosys MMC – 1400 AZN
  4. Web Coder Agency – 1200 AZN
  5. Sinam – 1000 AZN
  6. Pronet – 600 AZN

Şirkətlərin tələb etdiyi biliklərə əsasən, təklif etdiyi maaş aralığı həmişə müzakirə mövzusu olur. Bəzən şirkətlər vakansiyada İT-də mümkün olan hər şeyi qeyd edib, sonda da gülünc maaş təklif edirlər.

Amma bir məqamı da unutmamaq lazımdır ki, İT bazarda da tələb-təklif məsələsi aktualdır. Təcrübəli və dəyərli işçilər hər sahədə olduğu kimi proqramlaşdırmada da yuxarı maaşlara iddia edirlər. Yeni başlayanlar isə az biliklə aşağı maaşa qane olurlar. Həmçinin, bazarda kiçik şirkətlər də çoxluq təşkil edir və onlara aşağı maaşa işləyəcək proqramçılar lazım gəlir.

Maaş uyğunsuzluğu mən yeni başlayan dövrlərdə(2012) də var idi, çox güman ondan əvvəl də olub, elə indi də olacaq. Hər kəs nə qədər narazı olsa da, sonda özünə layiq bildiyi maaşa işləyəcək. Ona görə çox da fikir verməmək, həmişə az danışıb, çox iş görmək lazımdır =)

Ümid edirəm məqalə faydalı oldu. Öz fikirlərinizi şərh bölməsində yaza, dostlarınızla paylaşa bilərsiz. Hər kəsə işlərində uğurlar!

C (proqramlaşdırma dili)

C proqramlaşdırma dili (si kimi tələffüz olunur) 1970-ci illərin əvvəllərində Denis Ritçi və Ken Tompson tərəfindən UNIX əməliyyat sistemi üçün yaradılmış proqramlaşdırma dil. C proqramlaşdırma dili “A” və “B” dilinin inkişafı məqsədilə yaradılmışdır.

Hazırda C proqramlaşdırma dili digər əməliyyat sistemlərində də geniş istifadə olunur. Müasir dövrdə bu dil sistem proqramramlaşdırması üçün ən güclü proqramlaşdırma dillərindən biri hesab olunur. Windows, Linux, Unix, FreeBSD və s. əməliyyat sistemləri məhz C-də yazılıb.

C proqramlaşdırma dili bir çox digər proqramlaşdırma dillərinin yaranmasına və inkişafına təkan vermişdir. Belə ki, C++, Objective-C, Perl, Java, PHP, JavaScript, AWK, D (proqramlaşdırma dili) və digər dillərinin yaranmasında C-nin çox böyük rolu olmuşdur. Buna görə də bu dillərə “C kimi sintaksisə” malik dillər deyilir.

C proqramlaşdırma dilinin tədris üçün yaradılmamasına baxmayaraq hazırda bir çox universitetlərdə C dili tədris olunur. Bir çoxları C-ni bütün güclü proqramçıların bilməli olduğunu söyləyirlər.

Mündəricat

Yaranma tarixi [ redaktə ]

C dili 1969-1973-cü illərdə yaranmışdır. Adının C olması ilə bəzi imkanlarının B dilindən götürülməsi olmuşdur.

C dili əvvəllər PDP-11 maşınında UNIX əməliyyat sistemində işlədilmək üçün nəzərdə tutulmuşdur. Lakin sonrala C çox populyarlaşdı. Hazırda C-ni proqramlaşdırma dillərinin “moster”i adlandırırlar.

ANSİ C [ redaktə ]

C məşhurlaşandan sonra C-nin bir çox yeni kompilyatorları meydana gəldi. Kompilyatoru yazanlar istəklərinə uyğun yeni imkanlar yaradır, bəzi dəyişikliklər edirdilər. Nəticədə bir çox hallarda kompilyatorda uğurla kompilyasiya olunan proqram digər kompilyatorda işləmirdi. Bu isə kompilyatorlar arasında seçim etməkdə çox çətinlik törətdi.

1983-cü ildə ANSI(American National Standarts İnstitute) C-nin standartını tərtib etməyi qərara aldı. 1988-ci ildə ANSI X3.159-1989 “Programming Language C” adlı standart qəbul oldu. Və bu standarta uyğun kompilyator daha yaxşı kompilyator sayılır.

C++ dərsləri [ redaktə ]

I.Ders [ redaktə ]

Diqqət yazacaqımız proqramlar console wizard rejiminde isleyir.Yəni exe fayl yaranır. C++ da her hansı bir yazini ekrana cixarmaq lazimdir. Bu proqram asagidaki kimi qurulur.

#include #include #include using namespace std; int main(int argc,char *argv[])

Indi ise bu proqramı izah edək. Proqramda verilen #include < >burada kitabxanalar elan olunur.yaradailacaq proqramın növündən asılı olaraq bu kitabxanalar dəyişir. Proqramda verilən “using namespace std;” uniti yaradır. Butun proqramlar main funksiyası ilə başlayır. Burada verilən < bir növ pascalda olan begin-dir. "cout" salam dunya yazisini ekrana cixarir. Onun kitabxanası iostream-dir. Burada getch(); proqramı sonlandırır. Getchin kitabxanası conio-dur. Və beləliklə ilk proqramımız hazırdır.

II.dərs [ redaktə ]

Indi isə hər hansı kicik hesablamaları yerine yetirə biləcək hesablama masınının proqramını yazaq.

#include #include #include using namespace std; int main(int argc,char *argv[]) < int x,y,z; cout>x; cout>y; z=x+y; cout III dərs[redaktə]

Biz bu dərsimizdə qalıqın hesablanması proqramını yazacayıq.

#include #include #include using namespace std; int main(int argc,char *argv[]) < int x,y,z; cout>x; cout>y; z=x%y; cout IV dərs[redaktə]

Bu dərsimizdə ekranı təmizləmək və ona rəng əlavə etməyi göstərəcəyik.

#include #include #include using namespace std; int main(int argc,char *argv[]) < int x,y,z; system("color 9f"); cout>x; system(“cls”); cout>y; system(“cls”); z=x+y; cout

Sintaksisi[redaktə]

C-nin sintaksisini Brayan Kerniqanın(Brian Kernighan) ənənəsini davam etdirərək Hello World proqramı ilə başlayaq.

#include main()

Yəqin ki, özünüz başa düşdünüz. Bu proqram “Hello World!” kəlməsini çap edir. Bu sadə proqramda #include haqqında bir az sonra danışacağıq. “\n”-ə isə Cyə oxşar dillərdə çox rast gəlmək olar. “\n” növbəti sətrə keçməyi bildirir. Əgər

printf("Hello\nWorld!");

yazmış olsaydıq. Birinci sətirdə Hello ondan sonrakı sətirdə isə World! sözləri yazılardı.

Proqramın quruluşu [ redaktə ]

C-də yazılmış hər hansı bir proqramın mətninə diqqət yetirsək orada

#include main() < getchar(); //getchar sozu proqrama ilk baxiş etdikdə // onun görüntüsünün qorunub saxlamasini temin edir. >

sətirlərini görmüş olarıq. Bəs nəyə görə bütün proqramlarda main funksiyası olur? Ona görə olur ki, main funksiyası digər funksiyalar kimi müraciət olunanda yox, susmaya görə həmişə icra olunur. Yəni main funksiyasına proqramın gövdəsi demək olar. #include stdio.h başlıq faylını bu proqrama birləşdirir. Çünki çap “operatoru” olan printf() daxiletmə operatoru scanf() və digər müəyyən funksiyalar məhz bu faylın içərisində yerləşir. Başlıq fayllarını özümüz də düzəldə bilərik. Bir yenifunk.h adlı fayl yaratsaq və orada yazsaq:

int fact(int n)< /* Faktorialı hesablayan funksiya */ int i,s; s=1; for (i=1;i

daha sonra proqramımızda

#include #include main()

yazmaq olar. Bu zaman yenifunk.h faylı bizim proqramımızın mətni ilə birləşir və orada olan istənilən funksiyanı istifadə etmək mümkün olur.

Bunu belə də yazmaq olar:

#include int fact(int n) < /* Faktorialı hesablayan funksiya */ int i,s; s=1; for (i=1;i<=n;i++) s=s*i; return s; >main()

İstinadlar [ redaktə ]

  • Ceferov Vusal. Komputer Elmleri.

Comments are closed, but trackbacks and pingbacks are open.