C proqramlaşdırma dili
Bu gün yazılan C proqramlarının əksəriyyəti ANSI C standartına uyğun yazılmışdır.
C proqramlasdirma dili haqqında
Hər hansı məsələni həll etmək üçün komputer dilində yazılmış kodlar proqram adlanır. Yəni hər hansı məsələni həll etmək üçün komputerə proqram yazırıq. Proqramlaşdırma dili əmri verməyimizə kömək olur. Buna alqoritmi ifadə etməyin yolu da deyə bilərik.
İndiyə kimi 150 proqramlaşdırma dili hazırlanıb. Məsələn C, C++, Java, Smaltalk, Pascal, Visiual Basic, Visiual FoxPro və s.
Proqramlaşdırma dilləri insanların qavrayışına yaxınlığına görə 3 qrupa bölünür, yəni maşın kodundan uzaqdır.
Bir kompüterə və ya bir elektron dövrə əmri olaraq edilməsi lazım olan işi yazdırmaq prosesi proqram adlanır. Proqramlaşdırma dili əmrlər verməyimizə kömək edir. Buna alqoritmi ifadə etməyin yolu da deyə bilərik. İndiyə qədər 150-dən çox proqramlaşdırma dili hazırlanıb. Bunlardan bəziləri Basic , C , C # , C ++ , Java , Cobol , PHP , Python , Delphi və Swift .
Proqramlaşdırma dilləri insanların qavrayışına yaxınlığına görə 3 qrupa bölünür, yəni maşın kodundan uzaqdır.
Aşağı səviyyəli proqramlaşdırma dilləri : Bunlar maşın koduna çox yaxın olan proqramlaşdırma dilləridir. Bu proqramlaşdırma dillərini bilənlər mikroprosessorlar haqqında biliklərə sahib olmalıdırlar. (Quraşdırma proqramlaşdırma dili kimi)
Orta səviyyəli proqramlaşdırma dilləri : Çox çevik olan bu dillər həm yuxarı, həm də aşağı səviyyəli proqramlaşdırma edə bilərlər. Aşağı səviyyəli dillərdən bir az daha başa düşüləndir. (C proqramlaşdırma dili kimi.)
Yüksək səviyyəli proqramlaşdırma dilləri : Ən sürətli və ən təsirli proqramlaşdırma dilləri bu kateqoriyadadır. (visual basic və pic basic pro kimi).
C proqramlaşdırma dili haqqında ətraflı
C dili qısa bir zamanda sintaksisinin rahatlığına görə məhşurlaşmış və proqramçıların sevimlisinə çevrilib.
C proqramlaşdırma dili AT&T Bell laboratoriyasında hazırlanmış , Ken Thompson və Dennis Ritchie tərəfindən UNIX Əməliyyat Sistemini inkişaf etdirmək üçün B dilindən götürülmüş strukturlaşdırılmış bir proqramlaşdırma dilidir.
Bu gün yazılan C proqramlarının əksəriyyəti ANSI C standartına uyğun yazılmışdır.
C proqramlaşdırma dili mikrokontrolçuların proqramlaşdırılmasında, masa üstü proqramların inkişafında, əməliyyat sistemlərinin istehsalında, yerləşmiş sistemlərdə və demək olar ki, düşündüyünüz hər yerdə istifadə edilə bilən bir dildir. Maşın dilinə yaxın və aşağı səviyyəli bir dildən daha asan olduğundan, digər proqramlaşdırma dillərinə keçərkən əvvəlcə öyrənmək üçün çox rahatlıq verir. Aşağı səviyyəli dil tərifi onun bir çox mənfi tərəfinin olduğunu göstərməməlidir. Aşağı səviyyəli tərifin maşın dilinə, yəni 1 və 0-lərə çevrildiyini deyə bilərik, daha doğrusu, kompüterin anlaya biləcəyi dilə daha yaxındır.
C proqramlaşdırma dili aşağı səviyyəli dillərdən daha başa düşüləndir və orta səviyyəli dillər arasındadır, çünki yüksək səviyyəli dillərdən daha çevik bir quruluşa malikdir. Bu xüsusiyyət sayəsində hər sahədə istifadə edilə bilər. Bununla birlikdə, proqramlar hardware nəzərə alınmaqla yazılmalıdır. Çünki daha az funksiya və kitabxana var.
C portativ bir dildir. İstənilən C proqramı çox az və ya heç dəyişmədən başqa bir kompilyatorda və / və ya əməliyyat sistemində tərtib edilə bilər.
C proqramlaşdırma dili inkişafını tamamlayan və bir standart qurulmuş bir dildir.
. C strukturlaşdırılmış bir dildir. C kodları funksiyalar adlanan alt proqramlardan ibarətdir.
Niye C proqramlaşdırma dilini öyrənməliyik?
C, təxminən 30 ildir mövcud olan geniş yayılmış bir dildir. Öyrənmək üçün tonlarla mənbəyə asanlıqla daxil ola biləcəyiniz bir dildir. Bir çox mənbələr və məlumatlar var.
C dilini anlamaqdan qazandığınız bacarıqla digər dilləri asanlıqla öyrənə biləcəksiniz.
C++ proqramlaşdırma dili
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Üzvlər üçün giriş
Elan qutusu
Son cavablar və şərhlər
Tamerlan Mammadov cavab verdi – Məqalə yazarı lazımdır (5 gün əvvəl)
Software Developer cavab verdi – Məqalə yazarı lazımdır (6 gün əvvəl)
tonws cavab verdi – Modemi router etmək (9 gün əvvəl)
Bahadur74 cavab verdi – Mobil telefonlar üçün application (11 gün əvvəl)
Bahadur74 cavab verdi – Telefon uygulama (11 gün əvvəl)
Bahadur74 cavab verdi – Internet paketi (12 gün əvvəl)
Bahadur74 cavab verdi – Terminaldan pul çəkmək olur? (12 gün əvvəl)
Bahadur74 cavab verdi – İnformatika əsas fənn kimi seçmək (12 gün əvvəl)
Bahadur74 cavab verdi – Qədimi xalçaları harada satmaq olar? (12 gün əvvəl)
Bahadur74 cavab verdi – hərbiyə yararliyam goresen (12 gün əvvəl)
Bahadur74 cavab verdi – “Getcontact”da baxa bilmirəm (12 gün əvvəl)
Bahadur74 cavab verdi – android üçün ağıllı musiqi pleyeri (12 gün əvvəl)
Öyrənmək gec deyil
Born Straustrup dünyada obyekt yönümlü proqramlaşdırmanın konsepsiyasına əsaslanan məşhur “C++” dilinin yaradıcısı kimi tanınır. O, 1950-ci il, dekabr ayının 30-da Danimarkanın Orhus şəhərində anadan olub. 1975-ci ildə Orhus Universitetinin kompüter texnologiyaları fakültəsini bitirib və magistr dərəcəsinə yiyələnib. Magistr diplomunu aldıqdan sonra Born Straustrup öz təhsilini İngiltərənin Kembric Universitetində davam etdirib.
Kembricdə Hesablama laboratoriyasında bölüşdürülmüş sistemlərin planlaşdırılması ilə məşğul olub və 1979-cu ildə fəlsəfə doktoru dərəcəsinə layiq görülüb. Sonra Straustrup ailəsi ilə birlikdə Nyu-Cersiyə (ABŞ) köçür və “Bell Labs” firmasının Kompüter Tədqiqatları Mərkəzində işləyir. O, firmada tədqiqatlarla məşğul olmağa başlayır. İş prosesində bir neçə imitasiya proqramı yazmağa ehtiyac yaranır.
Həmin dövrdə mövcud olan modelləşdirmə üçün birinci obyekt yönümlü dil – “SIMULA-67” proqramların icrasında nisbətən aşağı sürətə malik olmasaydı, belə məsələlər üçün mükəmməl ola bilərdi. “BCPL” (Basic Combined Programming Language) dili isə proqramçıya lazım olan abstraktlaşdırma vasitələrinə malik deyildi. Buna görə doktor Straustrup dilin öz versiyasını yazmağa qərar verir.
Hazırladığı proqramlaşdırma dilinin böyük səs-küyə səbəb olacağına inanan ixtiraçı
O, hazırlamanı “C with classes” – “sinifli C” adlandırır. 1983-cü ildə dil əhəmiyyətli dəyişikliklərə məruz qalır və “C++” adını alır. Straustrupun kolleqası Endi Keniqin sözlərinə görə, o, yeni dilin böyük səs-küyə səbəb olacağına və uğur qazanacağına şübhə etmirdi. Beləliklə, Straustrup öz dilini tamamilə hazır vəziyyətə gətirir. “C++” obyekt yönümlü proqramlaşdırma dili fərdi kompüterlərdən super-kompüterlərə qədər istənilən maşınlara yönəldilmiş proqram əlavələri üçün bünövrə rolunu oynayır.
1984-cü ildə dilin tətbiqinin genişləndirilməsi məqsədilə “Bell Labs” firması yenidən təşkil edilir və “AT & T Bell Labs” (Computer Science Research Center of Bell Telephone Laboratories) adını alır. Straustrup 2002-ci ilə qədər “AT&T” şirkətində irihəcmli proqramlaşdırma sahəsində tədqiqatlar bölməsinə başçılıq edib. O, firmanın yenidən təşkil olunduğu dövrdə dilin yayılmasını və maarifləndirməni təmin etmək üçün “C++ Proqramlaşdırma dili” kitabını dərc etdirir.
Bu dil öz auditoriyasını tezliklə tapdı. 1987-ci ildə “C++” üzrə konfransda 200 insan toplanmışdı. Keniqin sözlərinə görə, növbəti ildə isə iştirakçıların sayı 600-ə çatmışdı. 90-cı illərin əvvəllərində istifadəçilərin sayı yarım milyona yaxınlaşırdı.
Nəticədə bu dil yayılma sürətinə görə dünya lideri oldu. Straustrup “AT & T Bell Labs”da işləməyə davam edir, genişmiqyaslı proqram tədqiqatları bölməsinə başçılıq edirdi, eyni zamanda fəal şəkildə öz dilinin təkmilləşdirilməsi və onun standartının yaradılması ilə məşğul olurdu. Belə ki, geniş şəkildə yayılmasına və tətbiq olunmasına baxmayaraq sözügedən dilin standartı yox idi. Sonradan Straustrupun rəhbərliyi ilə bir neçə əməkdaşın əməyi sayəsində “AT&TC++ release 2/0” standartı buraxıldı.
Daha sonralar isə “C++” dilinin təkmilləşmiş 3.0 versiyası meydana gəldi. Hazırda Amerikanın Milli Standartlar İnstitutunda (ANSI) “C++” (X3J16) dili üzrə komitə fəaliyyət göstərir. İndiyə kimi artıq komitə tərəfindən standartın bir neçə versiyası qəbul olunub.
“C++” proqramlaşdırma dili haqda
Ən məşhur proqramlaşdırma dillərindən biri olaraq, “C++” proqram təminatının hazırlanması üçün geniş istifadə olunur. Onun tətbiq sahəsinə əməliyyat sistemlərinin yaradılması, müxtəlif tətbiqi proqramlar, qurğuların drayverləri, qurulan sistemlər üçün əlavələr (proqramlar), məhsuldar serverlər, həmçinin əyləncə proqramları (videooyunlar və s.) daxildir. “C++” proqramlaşdırma dili “C” sintaksisinə tam uyğun gəlir.
Eyni zamanda obyekt oriyentasiyalıdır və uzun illər bu sahədə üstünlük verilən dillərdən biri olub. Demək olar ki, bütün platformalarda kompilyatorları mövcuddur. “C” kimi sürətli olduğu üçün real zamanlı proqramlaşdırma, oyun proqramlaşdırmasında da bu dilə üstünlük verilir. Eyni zamanda sistem proqramlaşdırmasında əsas dillərdən biridir. Mürəkkəb bir dil hesab olunduğuna görə yeni nəsil “C” dilllərinin – “Java” və “C#”-nin meydana çıxmasına səbəb olub. “C++”- da “cout cin” kimi giriş və çıxış əməliyyatları var. Həmçinin “for” və “while” kimi dövr operatorları mövcuddur.
Ümumi olaraq hər “C” proqramı eyni zamanda bir “C++” proqramıdır, ancaq hər “C++” proqramı bir “C” proqramı deyil. Bu vəziyyətin bəzi istisnaları mövcuddur. “C++”-ı “C”-dən ayıran xüsusiyyətlər “C++”-ın obyekt paradiqması istifadə olunmaqla proqramlaşdırmaya imkan tanıyan xüsusiyyətləridir. Siniflər sayəsində yeni məlumat növləri yaradıla bilər və ya mövcud olan növlərdən yeniləri əldə edilə bilər.
O, proqramlaşdırma sahəsinə müəllifi olduğu kitablarla da böyük xidmət göstərib
Born Straustrup proqramlaşdırma sahəsində bir neçə məşhur kitabın müəllifidir. Onun ilk yazdığı “C++ Proqramlaşdırma dili” kitabı öz sahəsi üzrə ən çox oxunan kitablardan biridir. Bu kitab dörd dəfə (1985, 1991, 1997, 2000-ci illər) nəşr edilib və 19 dilə tərcümə edilib. Növbəti kitab, “Dizayn və C++ təkamülü”, proqramlaşdırma dillərinin təsvirində bir çox yeniliklərə yol açıb: yeni ideyalar, üsullar, problemlər. Bundan əlavə, o, ümumilikdə beş kitab və yüzlərlə akademik məqalə dərc etdirib.
Born Straustrupun əsərləri proqramlaşdırma sahəsində bilik və bacarıqların inkişaf etdirilməsində əhəmiyyətli mənbə rolunu oynayır. Təsadüfi deyil ki, 1990-cı ildə dahi ixtiraçının “C++ proqramlaşdırma dili üzrə şərhlərlə məlumat kitabı” (“The Annotated C++ Reference Manual”) texniki sənədləşdirmə sahəsində misilsiz bacarığa görə “Dr. Dobb’s Journal”ı tərəfindən mükafata layiq görülüb. 1994-cü ildə “Dizayn və C++ təkamülü” kitabı mənbə kodlarının təkmilləşdirilməsində proqramçılara yardımçı olduğu səbəbindən “Productivity Award” mükafatı ilə təltif olunub.
1993-cü ildə “Qreys Mürrey Xopper” mükafatına layiq görülüb. 1990-cı ildə “Fortune” jurnalı tərəfindən hazırlanan Amerikanın 20 ən gənc alimi siyahısında yer alıb, 1995-ci ildə “BYTE” jurnalının sorğusu əsasında son 20 il ərzində kompüter sənayesində 20 ən əhəmiyyətli şəxsiyyətdən biri olub. Straustrup 2004-cü ildə Milli Mühəndislik Akademiyasının üzvü seçilib.
O, bir neçə ildir ki, proqramlaşdırma sahəsi üzrə pedaqoji fəaliyyətlə məşğul olur. Hazırda Straustrup Texas A & M Universitetinin professoru olaraq fəaliyyət göstərir. O, bir çox proqramçıların sahə üzrə dərin biliklərə yiyələnməsində, peşəkar proqramçı kimi yetişməsində mühüm rol oynayır. Həmçinin universitetdə kompüter elmləri üzrə elmi-tədqiqat layihələrinin həyata keçirilməsində yaxından iştirak edir. Bu istiqamətdə də onun dəyərli təcrübəsindən geniş istifadə olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.