Proqramını kompüter köçürmk
1 Proqram təminatının təsnifatı
Tərtib edib: 283 saylı məktəbin informatika müəllimi İsayeva Naidə, 2009
Proqram təminatının təsnifatı
. konulu sunumlar: “Proqram təminatının təsnifatı”— Sunum transkripti:
1 Proqram təminatının təsnifatı
Tərtib edib: 283 saylı məktəbin informatika müəllimi İsayeva Naidə, 2009
2 Kompüterin proqram təminatı – software- kompüter sisteminin ayrılmaz bir hissəsi olub, kompüterin texniki təminatının məntiqi davamını təşkil edir.
4 Sistem proqramlar idarə edir
prosessor Yaddaş qurğuları Giriş-çıxış qurğuları
6 Əməliyyat sistemi Kompüterlə istifadəçi arasında dialoq yaradır
Operativ və daimi yaddaş qurğuları işə salır Kompüteri idarə edir Istənilən proqramı yerinə yetirir
7 Əməliyyat sistemləri Linux MS DOS Windows XP
8 Utilitlər Interfeys proqramları Antivirus proqramları
Arxivləşdirmə proqramları Proqram örtükləri Kompüter qurğularının iş qabiliyyətini yoxlayan proqramlar Drayverlər
9 Tətbiqi proqramlar Mətn redaktorları Elektron cədvəllər
Nəşriyyat sistemləri Verilənlər bazasının idarə olunması sistemlər; Təqdimatların hazırlanması proqramları Qrafik redaktorlar Verilənlərin statistik təhlili proqramları Kompüter oyunları, öyrədici proqramlar və s.
10 Proqramlaşdırma alətləri
Sistem və tətbiqi proqram təminatını yaratmaq üçün nəzərdə tutulub;
Proqram təminatı
Kompüterin hər hansı bir işi yerinə yetirməsi üçün aparat təminatı ilə yanaşı,ona göstərişlər toplusu, yəni proqramlar lazımdır. Klaviaturada kla vişin basılmasına,siçanın hərəkətinə, başqa kompüterdən informasiyanın alınmasına və digər hərəkətlərə kompüterin necə reaksiya verməsini məhz proqramlar müəyyən edir. Ekrana gö rün tünün çıxarılmasını, sənədin printerdə çap olunması üçün hazırlanmasını, kom püterdə musiqinin səsləndirilməsini proqramlar həyata keçirir.
Kompüterin proqram təminatı [software] kompüter sisteminin ayrılmaz bir hissəsi olub, kompüterin texniki təminatının məntiqi davamını təşkil edir. Kompüterin konkret tətbiq sahəsi onun proqram təminatı ilə müəyyən olunur.Kompüterin özlüyündə heç bir “bacarığı” yoxdur. Bütün “bacarıqlar” kompüterdəicra olunan proqramlarda cəmləşdirilib. Müasir kompüterlərin proqram təminatı oyun proqramlarından tutmuş elmi proqramlara kimi milyonlarla proqramdan ibarətdir. Kompüterdə olan bütün proqramları şərti olaraq üç sinfə ayırmaq olar: sistem proqramları, tətbiqi proqramlar, proqramlaşdırma alətləri.
Sistem proqramları.
Sistem proqramları kompüterin resurslarını – mərkəzi prosessoru, yaddaşı, giriş-çıxış qurğularını idarə etmək üçündür. Onlar bütün istifadəçilər üçün nəzərdə tutulmuş proqramlardır. Kompüterin sistem proqramları elə hazırlanır ki, tətbiqi proqramlar səmərəli işləyə bilsin. Sistem proqramları arasında əməliyyat sistemləri xüsusi yer tutur, sistem proq ram təminatının əsasını əməliyyat sistemi təşkil edir. O, fərdi kompüterlərin vacib elementlərindən biridir. Əməliyyat sistemi kompüter yandırıldıqda işə düşən, kompüterin bütün hissələrinin tam bir vəhdət halında işləməsini təmin edən və informasiyanı idarə edə bilən proqramlar sistemidir.
Əməliyyat sisteminin köməyilə:
• kompüterlə istifadəçi arasında dialoq yaranır;
• operativ və daimi yaddaş qurğuları işə salınır;
• kompüter idarə olunur;
• istənilən proqram yerinə yetirilməyə başlayır və s.
Vaxtilə IBM PC tipli kompüterlərdə əsasən Microsoft firmasının hazırladığı MS-DOS əməliyyat sistemindən istifadə olunurdu. Bu əməliyyat sistemində işləyən istifadəçi yalnız konkret bir məsələni həll edə bilərdi. Hazırda fərdi kompüterlərdə çoxtapşırıqlı əməliyyat sistemlərindən istifadə olunur
– fərdi kompüterlərin yaddaşında eyni zamanda bir neçə proqram və məsələlər olur ki, mikroprosessor kompüterin resurslarını onların arasında bölüşdürür. Belə əməliyyat sistemlərinə misal olaraq OS/2, MacOS, UNIX, Linux, Windows XP, Windows Vista və digər əməliyyat sistemlərini misal gös tər mək olar.
Sistem proqramlarının digər vacib hissəsini xidməti proqramlar – utilitlər (lat. “utilitas” – xeyir, fayda) təşkil edir. Onlar əməliyyat sistemini tamamlayır və onun imkanlarını artırır, həmçinin, müstəqil olaraq bir çox vacib məsələləri də həll edir. Utilitlərin bəzi növləri bunlardır:
• interfeys proqramları;
• antivirus proqramları;
• arxivləşdirmə proqramları;
• proqram örtükləri;
• kompüter qurğularının iş qabiliyyətini yoxlayan proqramlar;
• qurğuların işini idarə edən proqramlar (drayverlər) və s.
Tətbiqi proqramlar.
İnsan fəaliyyətinin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçün nəzərdə tutulan proqram təminatına tətbiqi proqramlar deyilir. İndiki zamanda fərdi kompüterlər üçün yüz minlərlə tətbiqi proqramlar işlənib hazırlanmışdır. Onlardan ən çox istifadə olunanlar bunlardır:
• mətn redaktorları (prosessorları);
• cədvəl verilənlərinin emalı proqramları – elektron cədvəllər;
• nəşriyyat sistemləri;
• verilənlər bazasının idarə olunması sistemləri;
• təqdimatların hazırlanması proqramları;
• qrafik redaktorlar;
• verilənlərin statistik təhlili proqramları;
• kompüter oyunları, öyrədici proqramlar və s.
Proqramlaşdırma alətləri.
Bu sinfə aid olan proqramlar sistem və tətbiqi proqram təminatını yaratmaq üçün nəzərdə tutulmuşdur. Proqram təminatının hazırlanması üçün Basic, C++, Pascal və b. proqramlaşdırma dillərindən istifadə olunur. Dünyanın bir çox təhsil müəssisələrində uşaqlara proqramlaşdırmanın əsaslarını öyrətmək üçün LOGO dilindən istifadə olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.