Press "Enter" to skip to content

Rusiya Federasiyasının Cinayət Prosessual Məcəlləsi. Qərar vermə

Bəraət hökmünün lehinə səs verən və azlıqda qalan hakim cinayət hüququ normalarının tətbiqi ilə bağlı qərar qəbul edərkən bitərəf qalmaq hüququ qazanır. Hakimlərin əməlin və ya məsuliyyət tədbirinin qiymətləndirilməsi ilə bağlı rəyi fərqli olduqda, Cinayət Məcəlləsinin əməlin tövsif edilməsi üçün verilmiş səsə təqsirləndirilən şəxsə bəraət verilməsi üçün verilmiş səs əlavə edilməlidir. daha yüngül cəza nəzərdə tutur.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi

1.1. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki:

1.2.1. qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun;

1.2.2. cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın;

1.2.3. heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın.

1.3. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır.

Maddə 2. Cinayət-prosessual qanunvericiliyin mənbələri

2.1. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi aşağıdakılardan ibarətdir:

2.1.1. Azərbaycan Respublikasının Konstitusiyasından;

2.1.2. bu Məcəllədən;

2.1.3. Azərbaycan Respublikasının digər qanunlarından;

2.1.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən.

2.2. Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malikdir və birbaşa qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının normaları ilə bu Məcəllənin müddəaları arasında ziddiyyət olduqda Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq olunur.

2.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.

2.4. Cinayət-prosessual fəaliyyət daxilində insan və vətəndaş hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, hakimlərin müstəqilliyini və ədalət mühakiməsinin həyata keçirilməsində çəkişmə prinsipini pozan, əvvəlcədən sübutlara müəyyən hüquqi qüvvə verən normativ-hüquqi aktlar tətbiq edilə bilməz. Digər qanunlardakı prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır.

Maddə 3. Cinayət-prosessual qanunvericiliyin məkana görə qüvvəsi

3.1. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 3.3 və 3.4-cü maddələrində nəzərdə tutulan istisnalarla, heç bir məhdudiyyət qoyulmadan qüvvədədir.

3.2. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisindən kənarda Azərbaycan Respublikasının bayrağı altında olan və ya onun tanınma nişanlarını daşıyan, yaxud onun limanlarında qeydə alınan dəniz, çay və ya hava gəmilərində də tətbiq olunur.

3.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin məkana görə qüvvəsinin digər qaydalarının tətbiqi halları müəyyən edilə bilər.

3.4. Xarici dövlətin cinayət-prosessual qanunvericiliyinin normalarının Azərbaycan Respublikasının ərazisində tətbiqinə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda və Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin vəzifə və prinsiplərinə zidd olmadıqda yol verilir.

Maddə 4. Cinayət-prosessual qanunvericiliyin zamana görə qüvvəsi

4.1. Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.

4.2. Cinayət prosesi iştirakçılarının hüquqlarını məhdudlaşdıran Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müddəalarının geriyə qüvvəsi yoxdur.

4.3. Ədalət mühakiməsi həyata keçirilərkən sübutların mümkünlüyü həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin yeni qəbul edilmiş müddəası sübutların mümkünlüyü şərtlərini əhəmiyyətli dərəcədə dəyişirsə, yeni müddəalara uyğun gəlməyən sübutlar ittihamın əsasını təşkil edə bilməz.

Maddə 5. Cinayət-prosessual qanunvericiliyin xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər barəsində qüvvəsi

5.1. Cinayətin törədilməsində şübhə və ya ittiham olunan xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər haqqında cinayət-prosessual fəaliyyət Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.

5.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş diplomatik, habelə digər imtiyaz və toxunulmazlıqlara malik şəxslər haqqında və ya onların iştirakı ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətin xüsusiyyətləri bu Məcəllənin 436—441-ci maddələrinin müddəaları ilə müəyyən olunur.

Maddə 6. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi

6.1. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.

6.2. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hallarda məsuliyyətə səbəb olur.

Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları

7.0. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində aşağıdakı əsas anlayışlardan istifadə olunur:

7.0.1. cinayət hadisəsi — cinayətin əlamətlərini özündə əks etdirən hadisədir;

7.0.2. ərizəçi — özünün həqiqi və ya ehtimal olunan hüquqlarının müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqanlara və ya məhkəməyə müraciət edən şəxsdir;

7.0.3. cinayət prosesi — cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusudur;

7.0.4. cinayət təqibi — cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir;

7.0.5. cinayət prosesini həyata keçirən orqanlar — icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir;

7.0.6. cinayət işi — törədilən və ya törədilməsi ehtimal edilən cinayətlə əlaqədar cinayət təqibinin həyata keçirilməsi zamanı toplanmış materialların məcmusudur;

7.0.7. cinayət təqibi ilə bağlı digər materiallar — məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət və ya xüsusi icraat üzrə cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar toplanmış materiallardır;

7.0.8. cinayət mühakimə icraatı — bu Məcəllədə nəzərdə tutulmuş qaydada məhkəməyədək, habelə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraatdır;

7.0.9. məhkəmə — Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ədalət mühakiməsini həyata keçirmək məqsədilə yaradılan, bu Məcəllə ilə müəyyən edilmiş qaydada birinci, apellyasiya və kassasiya instansiyası qismində cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara baxan məhkəmədir;

7.0.10. birinci instansiya məhkəməsi — bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxmaq və həmin ittihamın mahiyyəti üzrə hökm və ya digər yekun qərarı çıxarmaq səlahiyyətinə malik olan məhkəmədir;

7.0.11. apellyasiya instansiyası məhkəməsi — bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir;

7.0.12. kassasiya instansiyası məhkəməsi — bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsinin andlı iclasçıların iştirakı ilə çıxarılmış və ya apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən və ya digər qərarından verilmiş şikayət, protest, yaxud təqdimatlara baxmaq səlahiyyətinə malik olan məhkəmədir;

7.0.13. hakim — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin vəzifəyə təyin edilmiş şəxsdir (məhkəmənin sədri, onun müavini, kollegiya sədri və ya birinci, apellyasiya, yaxud kassasiya instansiyası məhkəməsinin hakimi);

7.0.14. məhkəmə iclasında sədrlik edən — cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiallara təkbaşına, bir neçə hakimdən ibarət tərkibdə və ya andlı iclasçıların iştirakı ilə baxılarkən məhkəmə iclasında sədrlik edən hakimdir;

7.0.15. andlı iclasçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir;

7.0.16. andlı iclasçılar kollegiyası — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət işlərinə baxılması üçün yaradılan andlı iclasçılardan ibarət qurumdur;

7.0.17. andlı iclasçıların aparıcısı — verdikt çıxarılması üçün müşavirə otağına gedənədək andlı iclasçıların öz tərkibindən seçdikləri şəxsdir;

7.0.18. cinayət prosesinin iştirakçıları — təhqiqatçı, müstəntiq, prokuror, habelə zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, onların qanuni nümayəndələri və nümayəndələri, şübhəli və ya təqsirləndirilən şəxs, onların qanuni nümayəndələri, müdafiəçi, mülki cavabdeh, onun qanuni nümayəndəsi və ya nümayəndəsidir;

7.0.19. cinayət prosesinin tərəfləri — çəkişmə və hüquq bərabərliyi əsasında cinayət mühakimə icraatında ittihamı və müdafiəni həyata keçirən cinayət prosesinin iştirakçılarıdır;

7.0.20. ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir;

7.0.21. ittiham tərəfi — birlikdə götürülmüş təhqiqatçı, müstəntiq, prokuror, həmçinin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçıdır;

7.0.22. ibtidai araşdırma — cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraatdır;

7.0.23. prokuror — öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya dövlət ittihamçısı qismində məhkəmədə ictimai, yaxud ictimai-xüsusi ittihamı müdafiə edən şəxsdir;

7.0.24. müstəntiq — öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işi üzrə ibtidai istintaqı aparan şəxsdir;

7.0.25. təhqiqatçı — öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət təqibi üzrə təhqiqat aparan şəxsdir;

7.0.26. xüsusi ittihamçı — bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmədə ittiham irəli sürən və onu müdafiə edən zərər çəkmiş şəxsdir;

7.0.27. müdafiə — cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir;

7.0.28. müdafiə tərəfi — birlikdə götürülmüş şübhəli və ya təqsirləndirilən şəxs, onun müdafiəçisi və mülki cavabdehdir;

7.0.29. cinayət prosesində iştirak edən digər şəxslər — hal şahidi, şahid, mütəxəssis, ekspert, məhkəmə iclasının katibi və tərcüməçidir;

7.0.30. zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndələri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil edən valideynlər, övladlığa götürənlər, qəyyumlar, himayəçilər, habelə qəyyumluq və ya himayəçilik orqanıdır;

7.0.31. zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi — cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş vəkalətnaməyə malik olan şəxsdir;

7.0.32. yaxın qohumlar — babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir;

7.0.33. qohumlar — babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ya ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumlarıdır;

7.0.34. yaşayış yeri — bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən mülkiyyətində olan və ya icarəyə götürülmüş yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, yataqxanada otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesidir (bunlardan əlavə bu Məcəllənin məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir);

7.0.35. gecə vaxtı — yerli vaxtla axşam saat 22-dən səhər saat 7-dək olan vaxt müddətidir;

7.0.36. zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır;

7.0.37. prosessual hərəkətlər — cinayət prosesi iştirakçılarının bu Məcəllədə nəzərdə tutulmuş və onun müddəalarına uyğun həyata keçirdikləri hərəkətlərdir;

7.0.38. qətimkan tədbiri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir;

7.0.39. tutulma — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığını qısa müddətə məhdudlaşdırmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılmasıdır;

7.0.40. həbs — qətimkan tədbiri qismində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbsdə saxlanılma yerində (istintaq təcridxanalarında) saxlanılmasıdır;

7.0.41. vəsatət — cinayət prosesi iştirakçılarının cinayət prosesini həyata keçirən orqana ünvanlanmış xahişidir;

7.0.42. izahat — cinayət prosesi iştirakçılarının və ya ərizəçilərin özlərinin, yaxud təmsil etdikləri şəxsin tələblərini əsaslandırmaq üçün göstərdikləri şifahi və ya yazılı dəlillərdir;

7.0.43. prosessual qərar — cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hakimin və ya hakimlərin (hökmlər istisna edilməklə), habelə təhqiqatçının, müstəntiqin, yaxud prokurorun bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qəbul etdiyi prosessual aktdır;

7.0.44. verdikt — məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi və ya təqsirsizliyi məsələsi barəsində andlı iclasçıların çıxardığı qərardır;

7.0.45. məhkəmənin hökmü — şəxsin təqsirləndirildiyi əməllərdə onun təqsirli olub-olmaması, təqsirləndirilən şəxsə cəza tətbiq edilib-edilməməsi haqqında birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı nəticəsində hakimin (hakimlərin) çıxardığı qərardır;

7.0.46. protest — dövlət ittihamçısının iştirak etdiyi cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hökmdən və ya məhkəmənin digər qərarından prokurorun yuxarı məhkəməyə verilən şikayətidir;

7.0.47. şikayət — prosessual hərəkətlərin və ya prosessual qərarların qanunsuz, yaxud əsassız olduğu barədə cinayət prosesini həyata keçirən orqana ünvanlanmış yazılı müraciətdir.

II fəsil. Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri

Maddə 8. Cinayət mühakimə icraatının vəzifələri

8.0. Cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir:

8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq;

8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq;

8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq;

8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək;

8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək.

Maddə 9. Cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərinin təyinatı

9.1. Bu Məcəllənin 10—36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri:

9.1.1. cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir;

9.1.2. insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir;

9.1.3. hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir.

9.2. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər.

Maddə 10. Qanunçuluq

10.1. Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.

10.2. Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir.

10.3. Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

10.4. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahları cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakteri daşıyır.

10.5. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur.

Maddə 11. Hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi

11.1. Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir.

11.2. Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir.

11.3. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatları; Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Məhkəmə-Hüquq Şurasının üzvləri və Azərbaycan Respublikasının hakimləri barəsində cinayət təqibinin xüsusiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.

Maddə 12. Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması

12.1. Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.

12.2. Cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır.

12.3. Cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.

12.4. Prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar şəxsin Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar yalnız zərurət olduqda bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada qəbul edilə bilər.

12.5. Cinayət təqibi gedişində insanların həyat və səhhətinə və ya ətraf mühitə təhlükə yaradan üsul və vasitələrdən istifadə etmək qadağandır.

12.6. Cinayət prosesini həyata keçirən orqanlar insanların həyat və səhhətinə, ətraf mühitə təhlükə yaradan halları gizlətməyə haqlı deyillər.

Maddə 13. Şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi

13.1. Cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır.

13.2. Cinayət təqibi gedişində heç kəs:

13.2.1. insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz;

13.2.2. insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz;

13.2.3. ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz.

Maddə 14. Azadlıq hüququnun təmin edilməsi

14.1. Hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər.

14.2. Bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz.

14.3. Şəxsin həbsdə saxlanılmasına, habelə tibb və ya tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsinə yalnız məhkəmə qararı əsasında yol verilir.

14.4. Hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları bildirilməlidir.

14.5. Təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunsuz tutulmuş, yaxud həbsdə saxlanılan şəxsi dərhal azad etməlidir.

Maddə 15. Şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi

15.1. Məhkəmənin qərarı olmadan və ya tutulma, yaxud həbsə alma hallarından başqa hər hansı şəxsin axtarışı və şəxsi müayinəsi, onun toxunulmazlığı hüququnu pozan digər prosessual hərəkətlər bu şəxsin və ya onun qanuni nümayəndəsinin iradəsi əleyhinə aparıla bilməz.

15.2. Cinayət təqibi gedişində aşağıdakılar qadağandır:

15.2.1. işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək;

15.2.2. uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti pozulması ilə müşayiət olunan eksperimentlərdə və ya digər prosessual hərəkətlərdə iştiraka cəlb etmək, habelə buna bənzər hər hansı digər sınaqlar keçirmək;

15.2.3. zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən’ digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq.

Rusiya Federasiyasının Cinayət Prosessual Məcəlləsi. Qərar vermə

Videonuz: SHOCK! Chechen thief-in-law Ahmed Shalinsky cooperates with special services?

MəZmun

  • Tərif
  • Qərar dəyəri
  • Hərəkətin əlamətləri
  • Hökmün çıxarılmasının ümumi qaydası
  • Suallar məhkəmə tərəfindən həll edilir
  • Nüanslar
  • Səsvermənin xüsusiyyətləri
  • Bəraət
  • Günah hökmü
  • Vacib məqamlar
  • Cümlənin qurulmasının ümumi qaydaları
  • Həll strukturu
  • Giriş hissəsi
  • Təsviri və motivasiya hissəsi
  • Əməliyyat hissəsi

Məhkəmə icraatında hökmün çıxarılması son mərhələdir. O, birinci və ya apellyasiya instansiyası məhkəməsində həyata keçirilir. Məhkəmə hökmünün hökmünün xüsusiyyətlərini daha ətraflı nəzərdən keçirək.

Tərif

Yekun akt – hökm – şəxsin təqsirli və ya təqsirsizliyi, cinayət tənbehi təyin edilməsi və ya cəzadan azad edilməsi haqqında qərardır.

Konstitusiya, vətəndaşın federal qanunla müəyyən edilmiş qaydada təqsiri sübuta yetirilməyənə qədər cinayət törətməkdə təqsirli bilinməməsi və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmədiyi bir müddəanı təsbit edir. Bu qayda iş üzrə yekun qərarın ən mühüm akt olduğunu göstərir və məhkəmələri qanunun tələblərinə ciddi əməl etməyə məcbur edir.

Qərar Rusiya Federasiyası adından çıxarılır.

Qərar dəyəri

Məhkəmənin hökmün, hətta şəxsə cəza təyin etmədən də çıxarması, bir tərəfdən, cinayətdə iştirak edən vətəndaşın dövlət qınaqının (məhkumluğunun) möhkəmləndirilməsinə yönəlib. Digər tərəfdən, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə, yekun aktda əməlin ağırlığının, şəxsin təqsirinin dərəcəsinin və xarakterinin qiymətləndirilməsi müəyyən edilir. Məhz buna görə də hökm dövlət adından həyata keçirilən məcburi və inzibati hərəkətə malik yeganə prosessual sənəd kimi çıxış edir.

Hərəkətin əlamətləri

Hökmün hökmü (xüsusən də təqsirkar) qanuni, ədalətli və əsaslı olmalıdır. Akt qəbul edilərkən Cinayət-Prosessual Məcəllənin tələblərinə əməl edildikdə və cinayət qanunvericiliyinin müddəaları, habelə digər hüquq sahələrinin normaları düzgün tətbiq edilərsə, hüquq normalarına uyğun hesab edilir.

Qərarın etibarlılığı məhkəmənin tərtib etdiyi nəticələrin işin faktiki hallarına uyğunluğunu nəzərdə tutur.Orqan öz rəyini icraat zamanı tədqiq edilmiş və qiymətləndirilmiş obyektiv və etibarlı sübutlara əsaslandırmalıdır.

Cəza təyin edilməsində ədalətlilik tələbi sanksiyaların ölçüsü və növü ilə bağlı qərarların səciyyələndirilməsinə aiddir. Sənətə görə. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən cinayətin təhlükəlilik dərəcəsini və xarakterini, təqsirkarın şəxsiyyət xüsusiyyətlərini, məsuliyyəti yüngülləşdirən və sərtləşdirən faktları nəzərə almalıdır. Sanksiyanın günahkarın islahına və ona yaxın olan insanların (ailə üzvlərinin) həyat şəraitinə təsiri az əhəmiyyət kəsb etmir.

Cinayət-Prosessual Məcəlləsinin 389.19-cu maddəsinin müddəalarına əsasən, vətəndaşa törətdiyi əmələ qeyri-mütənasib, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayan, habelə olmasa da, cəza təyin edilmiş hökm ədalətsiz hesab edilməlidir. cinayət maddəsi ilə müəyyən edilmiş çərçivəni aşan, lakin ölçüsü və növü ilə həddindən artıq yumşaqlıq və ya şiddət qüvvəsi ədalətsizdir.

Hökmün çıxarılmasının ümumi qaydası

Məhkəmə iş üzrə yekun qərarı müşavirə otağında çıxarır. Onun məzmunu tərtib edilərkən yalnız işin icraatında iştirak edən hakimlər iştirak edə bilərlər.

Məhkəmə icraçısı hökm çıxarılarkən müşavirə otağına nəzarət edir, məhkəmənin işinin müəyyən edilmiş qaydasına əməl olunmasını təmin edir. Yad adamları otağa buraxmamağa borcludur. Beləliklə, görüşün məxfiliyi təmin edilir. Məxfiliyin pozulması ilə qəbul edilmiş yekun qərarın MPM-in 389.19-cu maddəsinin 8-ci bəndinin 2-ci bəndinin müddəalarına uyğun olaraq ləğv edilməli olması təmin edilir.

Gün ərzində və onun sonunda hakimlər fasilə verib müşavirə otağını tərk edə bilərlər. Eyni zamanda, onlar müzakirə və hökm çıxarılarkən səslənən hökmləri açıqlamamalı, iclasın konfidensiallığını başqa şəkildə pozmamalıdırlar.

Suallar məhkəmə tərəfindən həll edilir

Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq, hökm çıxarılarkən aşağıdakı hallar müəyyən edilir:

  1. Vətəndaşın ittiham olunduğu əməlin həqiqətən də baş verdiyi sübuta yetirilibmi?
  2. Hərəkətin cavabdeh tərəfindən törədildiyi sübuta yetirilibmi?
  3. Əməlin cinayət kimi tanınıb-tanınmaması, Cinayət Məcəlləsinin hansı bəndi, hissəsi, norması ilə ona cəza müəyyən edilir.
  4. Vətəndaşın cinayətdə təqsirli olub-olmaması.
  5. Təqsirləndirilən şəxs cəzalandırılmalıdır.
  6. Hər hansı ağırlaşdırıcı və ya yüngülləşdirici hallar müəyyən etmisinizmi?
  7. Şəxsin Cinayət Məcəlləsinin 15-ci maddəsinin 6-cı hissəsinə uyğun olaraq, törətməkdə təqsirləndirilən şəxsin az ağır kateqoriyaya yenidən aid edilməsi üçün hər hansı əsaslar (əsaslar) varmı?
  8. Təqsirləndirilən şəxsə hansı cəza təyin edilməlidir.
  9. Cinayət Məcəlləsinin 72.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara əsasən azadlıqdan məhrum etmənin məcburi əmək ilə əvəz edilməsi üçün əsaslar varmı?
  10. Cəza təyin etmədən hökm çıxarmaq və ya sanksiyalardan azad etmək üçün əsaslar varmı?
  11. Hansı islah müəssisəsi və orada qalma rejimi cavabdeh tərəfindən müəyyən edilməlidir. Bu məsələ o halda həll olunur ki, şəxs azadlıqdan məhrumetmə ilə cəzalandırılsın.
  12. Mülki iddia təmin edilməlidirmi, nə dərəcədə və kimin xeyrinə.
  13. Cinayət yolu ilə qiymətlilərin əldə edilməsi və ya müsadirə edilməli olan əmlakın qanunsuz məqsədlər üçün, o cümlədən terrorizmin, cinayətkar birliyin, mütəşəkkil dəstənin maliyyələşdirilməsi və s. üçün istifadə edilməsi sübuta yetirilibmi?
  14. İddia və ya müsadirəni təmin etmək üçün həbs edilmiş əmlakın taleyini necə müəyyənləşdirmək olar.
  15. Toplanmış sübutlarla nə etmək lazımdır.
  16. Hüquqi xərcləri necə bölüşdürmək olar.
  17. Cinayət Məcəlləsinin 48-ci maddəsi ilə müəyyən edilmiş hallarda məhkəmənin vətəndaşı hərbi, fəxri və ya xüsusi rütbədən, dövlət təltiflərindən və ya sinif rütbəsindən məhrum etməsinə ehtiyac varmı?
  18. Cinayət Məcəlləsinin 99-cu maddəsi ilə müəyyən edilmiş hallarda tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas varmı?
  19. Sənətdə nəzərdə tutulmuş qaydada tərbiyəvi tədbirlərdən istifadə etmək mümkündürmü? 90-91 Böyük Britaniya.
  20. Həbs-qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsinin zəruri olub-olmaması.

Şəxs bir neçə əməldə ittiham olunarsa, məhkəmə MPM-in 299-cu hissəsinin 1-7-1-ci bəndlərində göstərilən məsələləri onların hər biri üzrə ayrıca həll edir.

Bir neçə vətəndaş cinayətdə təqsirləndirilirsə, hər bir şəxsə münasibətdə müvafiq məsələlər ayrıca həll edilir. Bu halda təqsirləndirilən şəxslərin əməldə rolu və iştirak dərəcəsi müəyyən edilməlidir.

Nüanslar

Ali Məhkəmənin “Hökm haqqında” 2016-cı il 29 noyabr tarixli 55 nömrəli Qərarında verilən izahatlara əsasən, icraat zamanı baxılan, məhkəmənin gəldiyi nəticəni təsdiq edən və ziddiyyət təşkil edən bütün sübutların qiymətləndirilməsi zəruridir. onlar. Yekun qərarda qanunvericiliyin tələblərinə uyğun olaraq bəzi faktların etibarlı hesab edilməsi, digərlərinin isə rədd edilməsinin səbəbləri göstərilməlidir.

Yuxarıda qeyd olunan “Hökm haqqında” Sərəncamın müddəalarına əsasən, ibtidai istintaq zamanı və ya məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin ağlı başında olub-olmaması barədə sual yaranarsa, məhkəmə məcburi tədbirlərin tətbiqinin məqsədəuyğunluğu və mümkünlüyü barədə qərar qəbul etməlidir. tibbi tədbirlər. Təqsirləndirilən şəxsin əməlin törədilməsi zamanı dəli olması və ya cinayət törətdikdən sonra onda psixi pozğunluğun yaranması, nəticədə davranışının təhlükəsini və xarakterini dərk etmək və ona nəzarət etmək imkanından məhrum olması müəyyən edildikdə; yekun qərar Cinayət-Prosessual Məcəllənin 51-ci fəslində təsbit edilmiş qaydalara uyğun olaraq qəbul edilir.

Səsvermənin xüsusiyyətləri

Hökm çıxarmaq üçün müəyyən edilmiş qaydada işə kollegial baxılarkən müşavirə otağında sədrlik edən Cinayət-Prosessual Məcəllənin 299-cu maddəsində nəzərdə tutulmuş qaydada həll edilməsi üçün suallar verir. Səsvermə zamanı iki hal istisna olmaqla, hakimlər bitərəf qala bilməzlər.

Bəraət hökmünün lehinə səs verən və azlıqda qalan hakim cinayət hüququ normalarının tətbiqi ilə bağlı qərar qəbul edərkən bitərəf qalmaq hüququ qazanır. Hakimlərin əməlin və ya məsuliyyət tədbirinin qiymətləndirilməsi ilə bağlı rəyi fərqli olduqda, Cinayət Məcəlləsinin əməlin tövsif edilməsi üçün verilmiş səsə təqsirləndirilən şəxsə bəraət verilməsi üçün verilmiş səs əlavə edilməlidir. daha yüngül cəza nəzərdə tutur.

Hökmlə bağlı xüsusi rəyi olan hakimin müşavirə otağında bunu yazılı şəkildə bildirmək hüququ vardır. Eyni zamanda, müzakirə zamanı səslənən hökmlər, məhkəməyə daxil olan hakimlərin mövqeyi barədə məlumatları göstərə və ya iclasın məxfiliyini başqa şəkildə poza bilməz.

Bəraət

O, aşağıdakı hallarda verilir:

  1. Cinayət hadisəsi müəyyən edilməyib.
  2. Təqsirləndirilən şəxsin əməldə təqsirsizliyi sübuta yetirilib.
  3. Əməldə cinayət tərkibi yoxdur.

Hökm çıxarılarkən şəxsin qəsbdə iştirakının olmamasının müəyyən edilməsi istintaq zamanı toplanmış bütün sübutların araşdırılması yolu ilə həyata keçirilir. Bəraət üçün əsaslardan asılı olmayaraq, belə qərar vətəndaşı tam reabilitasiya edir və Cinayət-Prosessual Məcəllənin 18-ci fəslində təsbit edilmiş prosedurun tətbiqi üçün əsas rolunu oynayır.

Günah hökmü

  1. Məhkumun çəkməli olduğu cəzanın təyin edilməsi ilə.
  2. Sanksiya yoxdur.
  3. Cəza təyin edilməklə, müttəhim azadlığa buraxılır.

Sonuncu növ hökmün çıxarılması üçün əsas aşağıdakılardır:

  1. Amnistiya aktı, ona əsasən məhkum edilmiş şəxs cəza ilə təyin edilmiş sanksiyadan azad edilir.
  2. Müvafiq iş üzrə təqsirləndirilən şəxsin həbsdə olduğu vaxta qədər sanksiyanın qəbul edilməsi. Bu zaman Cinayət Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş cəzaların əvəzləşdirilməsi qaydaları tətbiq edilir.

Məhkəmənin hökmü ilə bağlı Ali Məhkəmənin Fərmanında əks olunmuş göstərişə əsasən, məhkumun çəkməli olduğu cəza təyin edilməklə təqsirli bilinən hökm çıxarılarkən, məhkəmə cəzanın növünü, onun məbləğini və başlanmasını dəqiq müəyyən etməlidir. müddət ərzində.

Vacib məqamlar

Ali Məhkəmənin 55 saylı qərarında göstərildiyi kimi, məhkumluq fərziyyələrə əsaslana bilməz. O, yalnız o şərtlə edilməlidir ki, icraat zamanı vətəndaşın cinayətdə iştirakı öyrənilmiş sübutların məcmusu ilə təsdiq edilsin.

Məhkəmə ittiham aktını etibarlı məlumat əsasında qəbul etməlidir. Bütün mümkün versiyaları araşdırmaq, bütün ziddiyyətləri aşkar edib qiymətləndirmək lazımdır.

Vətəndaşın təqsirini boynuna alması, əgər bu, sübut bazası ilə təsdiqlənməzsə, ittiham xarakterli qərarın qəbul edilməsi üçün əsas deyil.

Ali Məhkəmə öz Qərarında vurğulayır ki, prosesdə təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməlidir. Buna uyğun olaraq, şəxsin əməldə iştirakına dair MPM-də nəzərdə tutulmuş qaydada aradan qaldırılması mümkün olmayan bütün şübhələr onun xeyrinə həll edilir. Bu zaman vacib bir məqamı nəzərə almaq lazımdır. Cinayət-prosessual normaların məzmunundan çıxış edərək, təkcə onun bütövlükdə cinayətdə iştirakına dair şübhələr təqsirləndirilən şəxsin xeyrinə deyil, həm də ittihamın ayrı-ayrı epizodları, təqsirinin forması, cinayətin xarakteri və dərəcəsi ilə bağlı olanlar da şərh edilir. cinayətdə iştirak, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və s.

Cümlənin qurulmasının ümumi qaydaları

Qərar icraat zamanı istifadə olunan dildə tərtib edilir. Hökm hakimlərdən biri tərəfindən əl yazısı və ya kompüterdə yazılır. Bütün hakimlər, o cümlədən fərqli rəyi olanlar hökmü imzalayır. Qərara edilən bütün düzəlişlər elandan əvvəl müzakirə edilir və imzalarla təsdiqlənir.

Prosesin gedişində şahidin, zərər çəkmiş şəxsin və prosesdə iştirak edən digər şəxslərin şəxsiyyəti barədə məlumatlar açıqlanmamışdırsa, hökmdə onların təxəllüsləri göstərilir.

Həll strukturu

Hökmdə giriş, təsvir, həvəsləndirici və şərti hissələr olmalıdır. Birincinin məzmunu bu tip bütün aktlar üçün standartdır. Təsviri, həvəsləndirici və əməliyyat hissələrinin məlumatı cəzanın hansı növündən – bəraət və ya məhkumluqdan asılı olacaq.

Giriş hissəsi

O, aşağıdakı məlumatları ehtiva edir:

  1. Rusiya Federasiyası adından qərarın qəbul edilməsi haqqında.
  2. Çatdırılma yeri və tarixi.
  3. İşə baxan məhkəmənin adı, məhkəmənin tərkibi, iclasın katibi, prokuror, müdafiəçi, zərərçəkmiş, mülki cavabdehlər/iddiaçılar haqqında məlumatlar.
  4. Cavabdehin tam adı, doğum yeri və tarixi, iş və yaşayış yeri, məşğuliyyəti, təhsili və icraata aid olan digər məlumatlar.
  5. Cinayət Məcəlləsinin maddəsi, onun konkret hissəsi və vətəndaşın əli olmaqda təqsirləndirilən əmələ görə məsuliyyət müəyyən edən bənd.

Təsviri və motivasiya hissəsi

  1. Yükün mahiyyəti.
  2. Məhkəmədə müəyyən edilmiş işin halları.
  3. Müttəhimin bəraət qazanması üçün əsaslar, onları təsdiq edən sübutlar.
  4. Prokurorun təqdim etdiyi sübutların rədd edilməsinin səbəbləri.
  5. Mülki prosesdə qərarın səbəbləri.

Bəraət hökmünə şəxsin təqsirsizliyinə şübhə yaradan ifadələr daxil edilə bilməz.

İttihamverici qərar qəbul edilərkən təsviri və həvəsləndirici hissəyə aşağıdakılar daxil edilməlidir:

  1. Cinayətin təsviri, icraat zamanı sübuta yetirilmişdir. Eyni zamanda, onun törədilməsi vaxtı, üsulu, təqsir forması, əməlin məqsədləri, motivləri və nəticələri göstərilir.
  2. Məhkəmənin gəldiyi nəticənin əsasını təşkil edən sübutlar, digər faktların rədd edilməsinin səbəbləri.
  3. Ağırlaşdırıcı və yüngülləşdirici halların göstəricisi. Hər hansı hissədə ittiham əsassız hesab edildikdə və ya cinayətin yanlış kvalifikasiyası müəyyən edildikdə, ittihamın dəyişdirilməsinin səbəbləri və əsasları göstərilir.
  4. Cəza təyin etmə, cəzadan azad etmə və ya onun çəkilməsi və digər tədbirlərin tətbiqi ilə bağlı məsələlərin həlli zamanı məhkəmənin rəhbər tutduğu hallar.
  5. Müsadirə edilməli olan sərvətlərin qanunsuz hərəkətlər nəticəsində əldə edilməsi və ya cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadədən əldə edilən gəlirlər kimi tanınması barədə məhkəmənin qənaətinə gəlmək üçün əsas olan sübutlar;və ya terrorizmi, cinayətkar birliyi və s. maliyyələşdirməyi nəzərdə tuturdu.
  6. Cinayət-Prosessual Məcəllənin 299-cu maddəsində sadalanan digər məsələlər üzrə qərarların qəbul edilməsi üçün əsaslar.

Əməliyyat hissəsi

İlk növbədə cavabdehin tam adını göstərmək lazımdır. Bundan əlavə, operativ hissədə aşağıdakılar üzrə qərarlar göstərilir:

  1. Cinayətdə əli olmayan şəxsin tanınması. Həmçinin onun təqsirsiz elan edilməsi üçün əsaslar da göstərilir.
  2. Seçilmiş həbs-qətimkan tədbirinin ləğvi.
  3. Müvəqqəti tədbirlərin görüldüyü təqdirdə ləğv edilməsi.

Məhkəmə cinayət təqibi ilə bağlı dəymiş zərərin ödənilməsi qaydası ilə bağlı da aydınlıq gətirir.

Təqsirləndirilən şəxs haqqında hökm çıxararkən qərardadda deyilir:

  1. Vətəndaşın təqsirli olması barədə qərar.
  2. Cinayət Məcəlləsinin konkret norması, onun hissəsi və əmələ görə cəza təyin edən bənd.
  3. İştirakı sübuta yetirilən hər bir əmələ görə sanksiyanın növü və məbləği.
  4. Cinayət Məcəlləsinin 69-72-ci maddələrinə uyğun olaraq vətəndaşın çəkməli olduğu son hökm.
  5. İslah müəssisəsinin adı, orada qalma rejimi.
  6. Sınaq müddətinin müddəti, təqsirləndirilən şəxsə şərti cəza təyin edilibsə, bununla bağlı onun üzərinə düşən vəzifələr.

Əməliyyat hissəsində bu iş üzrə qəbul edilmiş digər qərarlar da göstərilir.

IIFƏSİL, CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI

hakimlərin fəaliyyəti və sosial təminatı məsələləri öz şərhini tapmışdır.

Məsələn, orada göstərilir:

Azərbaycan Respublikasının rayon (şəhər) xalq məhkəmələri və

hərbi qarnizon tribunalları bu Qanunun qüvvəyə mindiyi gündən

müvafiq olaraq Azərbaycan Respublikasının rayon (şəhər)

məhkəmələri və hərbi məhkəmələr adlandırılır;

Azərbaycan Respublikasında fəaliyyət göstərən məhkəmələr bu

Qanunda nəzərdə tutulmuş məhkəmələr təşkil edilənədək və yeni

prosessual qanunlar qəbul edilənədək qüvvədə olan qanunvericiliklə

müəyyən edilmiş səlahiyyətləri həyata keçirirlər;

Bu Qanun qəbul edilənədək seçilmiş Azərbaycan Respublikası

məhkəmələri hakimlərinin səlahiyyət müddəti həmin məhkəmələrə yeni

hakimlərin təyin olunduğu gündən, işə baxılan müddətdə isə işə baxılıb

Qanunun andlı iclasçılara dair müddəaları məhkəmə-hüquq isla-

hatlan başa çatdıqdan və müvafiq qanun qəbul edildikdən sonra

Hakimlərin maddi və sosial müdafiəsinə dair müddəalar bu

Qanunun tələblərinə uyğun təyin edilən hakimlərə aiddir.

Yuxarıda misal gətirdiyimiz “keçid müddəalar” doğrudan da çox

maraqlı bir şəkildə qəbul olunmuş qanunun həm bütövlükdə qüvvəyə

minməsini, həm də onun ayrı-ayrı müddəalarının hansı formada

qüvvəyə minməsini bütün incəliyi ilə şərh edirlər.

Cinayət prosesi iştirakçılarının hüquqlanm məhdudlaşdıran

müddəalannm geriyə qüvvəsi yoxdur. Lakin onu da qeyd edək ki, əgər

qanun əməlin kriminallığını aradan qaldınrsa, törədilən əmələ görə

qaldırılan cinayət işi xitam edilir.

Yeni qanun cəzanı yüngülləşdirirsə, yaxud da cinayət etmiş şəxsin

vəziyyətini başqa cür yaxşılaşdırırsa, ibtidai istintaq orqanları və ya

məhkəmə yeni qanunla törədilən əmələ hüquqi qiymət verir.

Beləliklə, əgər yeni qanun öncə qüvvədə olan qanunla müqayisədə

məsuliyyəti yumşaldırsa, ibtidai istintaqda və məhkəmə baxışı zamanı

belə qanunla ittiham elan edilir, hökm çıxanlır, həm də cəza təyin edilir.

Mirağa Cəfərqtdiyev

Əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran

yeni qanun qüvvəyə minənə qədər törədilən cinayətə görə çıxarılan

hökm icraya yönəldilmişdirsə, belə şəxs hökmün icrası mərhələsində

cəzanı çəkməkdən azad edilir və göstərilən qanun qüvvəyə minən

andan şəxs artıq məhkum olmayan şəxs sayılır.

Zamanla əlaqədar bir məqama da xüsusi fikir vermək lazımdır. O da

ondan ibarətdir ki, ədalət mühakiməsi həyata keçirilərkən sübutların

mümkünlüyü həmin anda qüvvədə olan Azərbaycan Respublikası

cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun olmalıdır.

Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin yeni

qəbul edilmiş müddəası sübutların mümkünlüyü şərtlərini əhəmiyyətli

dərəcədə dəyişirsə, yeni müddəalara uyğun gəlməyən sübutlar ittihamın

əsasını təşkil edə bilməz.

Cinayət-prosessual qanunvericiliyin şəxslərə görə qüvvəsi.

Şəxslərə görə cinayət-prosessual qanunvericiliyin qüvvədə olması

əsaslan cinayət qanununun tətbiqi hallanna müəyyən mənada

Cinayət törətmiş şəxslər həmin yerdə qüvvədə olan cinayət və

cinayət-prosessual qanunların təsir göstərdiyi əhatə dairəsinə düşmüş

olurlar. Burada həm Azərbaycan Respublikası Konstitusiyasının 25-ci,

həm də Cinayət-Prosessual Məcəllənin 10.2, 11-ci maddələrinin

müddəaları əsas götürülür.

Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulmuş hamının qanun

və məhkəmə qarşısında bərabərliyi prinsipinə əsasən, qanunlara riayət

etmək hamı üçün məcburidir və hər bir şəxs törətdiyi əmələ görə cavab

verməlidir. Törədilmiş qanun pozuntularına görə vətəndaşlığından və

ya vətəndaşlığı olmamasından asılı olmayaraq, hamı qanun qarşısında

Beləliklə, insanlann hüquqlarının və azadlıqlannın bərabərliyi

dedikdə cinayət mühakimə icraatında iştirak edən bütün şəxslərin eyni

prosessual hüquqi qaydalar əsasında hərəkət etməsi kimi başa düşülür.

Bununla əlaqədar CPM-in 10.2-ci maddəsində çox aydın şəkildə izah

edilir ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş

qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin

cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində

məsuli)^ətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına,

axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət

Comments are closed, but trackbacks and pingbacks are open.