Proyeksiyaların seçılməsi və təyin edilməsi
Ekspertiza prosesinə daxildir:
Proyeksiyaların seçılməsi və təyin edilməsi
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2001, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 221)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanının 2-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 22 mart 2001-ci il
№ 67
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 22 mart tarixli 67 nömrəli qərarı ilə
Texniki Təhlükəsizlik Ekspertizasının keçirilməsi
I. Ümumİ müddəalar
1.1. Bu Qaydalar “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanına əsasən hazırlanmışdır və təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizlik ekspertizasının (bundan sonra – ekspertiza) keçirilmə intizamına və ekspertizanın nəticəsi əsasında rəyin tərtib və təsdiq olunmasına dair tələbləri müəyyən edir.
1.2. Ekspertiza “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə müvafiq olaraq aşağıdakılara şamil edilir:
təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğvinə dair layihə sənədlərinə;
təhlükə potensiallı obyektdə istifadə olunan avadanlıq və texniki qurğulara;
təhlükə potensiallı obyektdəki bina və tikililərə;
texniki təhlükəsizlik bəyannaməsi və təhlükə potensiallı obyektin istismarı ilə bağlı olan digər sənədlərə.
II. Ekspertİzanın keçİrİlməsİ
2.1. Ekspertizanın keçirilmə prosesi bütünlüklə sənədləşdirilməlidir.
2.2. Ekspertizanın keçirilmə prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
a) ekspertizanın keçirilməsi şərtlərini müəyyənləşdirən sifariş, plan-qrafik, müqavilə və yaxud başqa sənədlərin hazırlanması;
b) ekspertiza prosesi;
c) ekspertiza rəyinin verilməsi.
2. 3. Ekspertizanın keçirilməsi şərtlərini müəyyənləşdirən sifariş və yaxud başqa sənədlər
2.3.1. Ekspertiza sifarişçinin sifarişi və yaxud başqa sənədlər əsasında, sifarişçi ilə ekspert təşkilatı arasında razılaşdırılmış şərtlərə uyğun olaraq keçirilir.
2.3.2. Ekspertizanın keçirilməsi üçün sənədlər ilkin danışıqlar aparılandan sonra tərtib edilir.
a) müqavilə bağlayan tərəflər müəyyən edilir;
b) ekspertiza obyektləri müəyyən edilir;
c) qüvvədə olan normativ-texniki sənədlərə müvafiq olaraq obyektin ekspertizasını keçirmək üçün zəruri olan məlumatların siyahısı verilir;
ç) ekspertizanın nəticələrindən asılı olmayaraq, sifarişçinin ekspertiza keçirilməsi üçün zəruri olan tələblərə əməl etməyə, o cümlədən ekspertizanın keçirilməsi prosesi ilə bağlı xərcləri ödəməyə razı olması təsdiq edilir (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) ; [2]
d) ekspertizanın keçirilməsi müddətləri müəyyən edilir.
2.3.4. Ekspertizanın keçirilməsi müddəti ekspertiza obyektinin mürəkkəbliyindən asılı olaraq müəyyən edilir, lakin bu müddət qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə müvafiq olaraq, lazımi materiallar və sənədlərin tam dəst halında alındığı andan etibarən üç aydan çox olmamalıdır.
2.3.5. Ekspert təşkilatı, yalnız qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə müvafiq olaraq lazımi materialları və sənədləri tam dəst halında aldıqdan sonra ekspertiza keçirməyə başlayır.
2. 4. Ekspertiza prosesi
Ekspertiza prosesinə daxildir:
a) obyektin ekspertizasını keçirmək üçün zəruri materialların və sənədlərin seçilməsi;
b) ekspertlərin təyin edilməsi;
c) ekspertizanın keçirilməsi.
2.4.1. Ekspertizanın keçirilməsi üçün zəruri olan materiallar və sənədlər
Ekspertizanın keçirilməsi üçün sifarişçi aşağıdakı məlumatları təqdim etməlidir:
a) sifarişçi və ekspertiza obyekti haqda məlumatlar;
b) təhlükəli istehsal obyektinin layihə, konstruktor, istismar və təmir sənədləri, təhlükə potensiallı obyektin texniki təhlükəsizlik bəyannaməsi, texniki qurğuların pasportları, təlimatlar, texnoloji reqlamentlər, identifikasiya üçün zəruri şifrlərə və yaxud başqa işarələrə (indikasiyaya) malik olan digər sənədlər (ekspertiza obyektindən asılı olaraq);
c) sınaq aktları, sertifikatlar (o cümlədən lazımi hallarda dəstləşdirmə məmulatları üçün), möhkəmliyin müəyyən edilməsi ilə bağlı hesablamalar (lazımi hallarda);
ç) avadanlığın nümunələri (lazımi hallarda).
2.4.2. Təqdim edilmiş materiallar və sənədlər müəyyən edilmiş tələblərə uyğun olmadıqda ekspert təşkilatı qüvvədə olan normativ-texniki sənədlərə müvafiq olaraq, materialların və sənədlərin tam həcmdə təqdim edilmə müddətləri barədə sifarişçiyə bildiriş göndərir. Ekspert təşkilatı müvafiq bildirişi materialları aldığı gündən etibarən ən geci 7 gün müddətində göndərməlidir.
Tələb edilən materiallar və sənədlər sifarişçi ilə ekspert təşkilatı arasında razılaşdırılmış müddətdə təqdim edilmədikdə ekspertiza keçirilmir, materiallar və sənədlər isə sifarişçiyə qaytarılır.
2.5. Ekspertlərin təyin edilməsi
Ekspertlər rəsmən təyin edilməli, onların səlahiyyətləri ekspert təşkilatı tərəfindən müəyyən edilmiş qaydada təyin olunmalıdır.
2.5.1. Ekspertiza keçirmək üçün bir nəfər, zəruri hallarda isə bir qrup ixtisaslı ekspert təyin edilir.
2.5.2. Ekspertiza bir qrup ekspert tərəfindən keçirilən halda ekspertlər qrupunun işinin nəticələrinə görə cavabdeh olan aparıcı ekspert təyin edilir.
2. 6. Ekspertizanın keçirilməsi
Ekspertizanın keçirilməsi ekspertiza üçün təqdim edilmiş məlumatın tam, etibarlı və düzgün, eləcə də texniki təhlükəsizlik standartlarına, normalarına və qaydalarına uyğun olmasını müəyyən etməkdən ibarətdir.
2.6.1. Ayrı-ayrı hallarda ekspert təşkilatları öz qüvvələrilə sifarişçi ilə razılaşdırılmış metodika və proqramlara əsasən sınaqlar keçirə bilər.
2.6.2. Zəruri hallarda ekspert təşkilatı ekspertizanı bilavasitə ekspertiza olunan obyektdə keçirə bilər.
2. 7. Bilavasitə obyektdə aparılan ekspertiza
2.7.1. Bilavasitə obyektdə aparılan ekspertiza zamanı ekspertlər obyektdə işlərin normal gedişini müşahidə edir, eləcə də kompleks yoxlamalar həyata keçirərək aşağıdakıları aydınlaşdırırlar:
a) əməkdaşların və rəhbərlərin səriştəliliyini;
b) binaların, cihaz avadanlıqlarının yararlığını, eləcə də sınaq vasitələrinə və cihazlara qulluq baxımından onların vəziyyətini;
c) markalama və identifikasiya sisteminin etibarlı olmasını;
ç) müvafiq normativ-texniki və metodiki sənədlərin, qaydaların, təlimatların mövcud olmasını və onlara əməl edilməsini;
d) hesabat sənədlərinin məzmununa və onların tərtib edilməsinə aid tələblərə riayət olunmasını.
2.7.2. Ekspertlər qrupunun tələbi ilə aparılan təhlilin bütün nəticələri, sənədlər, hesablamalar, protokollar və hesabatlar yazılı şəkildə onun sərəncamına verilir.
2. 8. Obyektdə aparılan ekspertizanın yekun hissəsi
Ekspertlərdən hər biri ekspertizanın ona aid olan hissəsində işlərin vəziyyətini qiymətləndirərək bu barədə arayış verir. Aparıcı ekspert bu nəticələri ümumiləşdirərək, onların sifarişçi ilə birgə müzakirə edilməsini təklif edir. Yekun hissədə ekspertizanı başa çatdırmaq üçün zəruri olan tədbirlər və həmin tədbirləri həyata keçirmək üçün təqvim planı sifarişçi ilə razılaşdırılır. Adı çəkilən tədbirlər formulyarda (Bu Qaydalara əlavədə göstərilən forma üzrə) sənədləşdirildikdən sonra sifarişçinin nümayəndəsinin və ekspertlərin imzaları ilə təsdiq edilir. Yalnız həmin tədbirlər həyata keçiriləndən sonra ekspertiza başa çatır.
Tədbirlər ekspertiza prosesində müəyyənləşdirilir və ekspertiza prosesinin başa çatdırılması üçün sifarişçi təyin edilmiş tələblərin müəyyən olunmuş müddət ərzində yerinə yetirilməsinə borcludur.
Yerinə yetirilməli olan şərtlər aparıcı ekspert tərəfindən rəydə ifadə olunur və ekspertiza rəyini təsdiq edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tamamlanır, təsdiq edilir, məhdudlaşdırılır və ya ləğv edilir. Bu şərtlərin yerinə yetirilməsinin yoxlanması ekspert təşkilatı tərəfindən həyata keçirilir. [3]
2. 9. Ekspertiza rəyinin verilməsi
2.9.1. Ekspertiza rəyinin layihəsinin hazırlanması.
Ekspertlər tərəfindən aparılan işlərin nəticələri ekspert qrupunun hər bir üzvünün hesabatı şəklində sənədləşdirilir. Qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində ekspertlərin hesabatlarını öz arxivində saxlayır və həmin müddətdən sonra məhv edir. [4]
Ekspert qrupunun aparıcı eksperti bütün hesabatları ümumiləşdirərək ekspertiza rəyinin layihəsini hazırlayır.
Ekspertiza rəyinin layihəsi ekspertizanın müsbət və yaxud mənfi rəyinin verilməsi barədə məsləhətləşmələr və müvafiq qərar qəbul edilməsi üçün əsasdır.
Ekspertiza rəyinin layihəsinin surəti sifarişçiyə göndərilir. Ekspertiza rəyinin layihəsi barədə iddialar sifarişçi tərəfindən yazılı şəkildə, layihəni aldığı gündən ən geci 14 gün müddətində ekspert təşkilatına göndərilir.
2.9.2. Müsbət və yaxud mənfi ekspertiza rəyi verilməsi barədə qərar ekspertiza zamanı əldə edilmiş sənədlərə baxılması və təhlil olunması, obyektin vəziyyətinin yoxlanılması və lazımi sınaqlar keçirilməsi əsasında qəbul edilir.
2.9.3. Ekspertizanın rəyi müsbət olduqda bu rəyin qüvvəsinin müəyyən şərtlərlə və yaxud şərtsiz şamil edildiyi obyektlər rəydə sadalanır.
2.9.4. İstismarda olan ekspertiza obyekti barədə rəy mənfi olduqda, ekspert təşkilatı bu barədə təhlükə potensiallı obyektin gələcək istismarı üzrə operativ tədbirlərin görülməsi üçün dərhal Fövqəladə Hallar Nazirliyi nə məlumat verir.
2.9.5. Ekspertiza rəyinin mənfi hesab edilməsi barədə qərar qəbul edildikdə sifarişçiyə aşağıdakılar barədə əsaslandırılmış rəy təqdim edilməlidir:
təqdim edilmiş materialların ekspert təşkilatının yekun hesabatında göstərilən irad və təkliflərə əsasən tamamlanmasının zəruriliyi;
ekspertiza obyektində texniki təhlükəsizlik tələblərinə riayət olunması təmin olunmadığından ekspertiza obyektinin istismara verilməsinin qeyri-mümkünlüyü.
2.9.6. Mənfi ekspertiza rəyi verilməsi barədə qərar qəbul edildikdə sifarişçi ekspertizanın gedişində aşkar edilmiş iradları nəzərə almaqla, təqdim edilmiş materialları yenidən işlədikdən sonra həmin materialları təkrar ekspertizaya təqdim edə bilər. Belə halda ekspertiza bu Qaydaların 2.2.- 2.9.-cu bəndlərində şərh edilmiş müddəalara müvafiq keçirilməlidir.
2.10. Sifarişçi ekspertiza rəyi ilə əlaqədar müəyyən olunmuş qaydada müzakirə aça bilər.
2.11. Müxtəlif obyektlərin texniki təhlükəsizlik ekspertizası zamanı nəzərə alınmalı olan tələblər, texniki təhlükəsizlik sahəsində dövlət tənzimlənməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən bu Qaydalar nəzərə alınmaqla qanunvericiliyə uyğun olaraq müəyyən edilir.
2.12. Ekspertizanın rəyi Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada nəzərdən keçirilir və təsdiq edilir.
III. Ekspertİza rəyİnİn tərtİb edİlməsİnə daİr tələblər
3.1. Ekspertiza rəyində aşağıdakılar əks etdirilməlidir:
a) ekspertiza rəyinin adı;
b) ekspertizanın keçirilməsi üçün əsasdan, ekspert təşkilatı haqqında məlumatlardan, ekspertlər haqqında və texniki təhlükəsizlik ekspertizası keçirmək hüququnu təsdiq edən xüsusi razılığın (lisenziyanın) olması barədə məlumatlardan ibarət olan giriş hissəsi; [5]
c) ekspertiza rəyinin qüvvəsinin şamil edildiyi ekspertiza obyektlərinin siyahısı;
ç) sifarişçi haqqında məlumatlar;
d) ekspertizanın məqsədi;
e) identifikasiya üçün zəruri olan şifrəsi, nömrəsi, markası və yaxud başqa işarələri (indikasiyası) olan materialların həcmi göstərilməklə (ekspertiza obyektindən asılı olaraq) ekspertiza prosesində nəzərdən keçirilmiş sənədlər (layihə, konstruktor və istismar sənədləri, texniki təhlükəsizliyə dair bəyannamə), avadanlıq və s. haqqında məlumatlar;
ə) ekspertiza obyektinin qısa xarakteristikası və onun təyinatı;
f) keçirilmiş ekspertizanın nəticələri;
g) əsaslandırılmış nəticələrdən, eləcə də texniki həllər və kompensasiya tədbirlərinin keçirilməsinə dair tövsiyələrdən ibarət olan yekun hissə;
ğ) ekspertiza zamanı istifadə edilmiş normativ-texniki və metodiki sənədlərin, eləcə də sınaq aktlarının (sınaqlar ekspert təşkilatının qüvvələri ilə keçirildiyi halda) siyahısından ibarət əlavə.
3.2. Ekspertiza rəyi ekspert təşkilatının rəhbəri tərəfindən imzalanır və ekspert təşkilatının möhürü ilə təsdiq edilir, tikilir və tikilmiş səhifələrin sayı göstərilməklə sifarişçiyə verilir.
3.3. Sifarişçi ekspertiza rəyinə baxılması və müəyyən olunmuş qaydada təsdiq edilməsi üçün onu Fövqəladə Hallar Nazirliyi nə verir.
IV. Ekspert təşkİlatları tərəfİndən görülən İşlərİn uçotunun aparılması qaydası
4.1. Uçot texniki təhlükəsizlik ekspertizasına aid rəsmi informasiyanı toplamaq və təhlil etmək məqsədilə aparılır.
4.2. Uçot məlumatları aidiyyəti üzrə müvafiq orqanlara, hüquqi və fiziki şəxslərə müəyyən olunmuş qaydada informasiya verilməsi üçün istifadə edilir.
4.3. Uçotun aparılması aşağıdakı əməliyyatların icra edilməsini nəzərdə tutur:
a) daxil olmuş materialların tamlığı və müəyyən edilmiş tələblərə müvafiq olmasını;
b) uçot barədə yazıların və uçot nömrələrinin verilməsini;
c) uçota təqdim edilmiş sənədlərin arxiv fondunun aparılmasını;
ç) uçot materiallarının dərc edilməsi üçün hazırlanmasını.
4.4. Fövqəladə Hallar Nazirliyi ekspertiza sisteminin normativ texniki sənədlərini və uçot formalarını müəyyən edir.
Bu Qaydaların pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Təhlükə potensiallı obyektlərin texniki təhlükəsizlik
Ekspertizasının keçirilməsi Qaydalarına
Sifarişçi (hüquqi və ya fiziki şəxs): Ekspert təşkilatı:
Ekspertiza prosesi üçün
Razılaşdırılmış tədbirlər
Prezidentin seçilməsi və səlahiyyətlərinin xitam edilməsi qaydaları
Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər. Konstitusiyaya görə prezident 5 il müddətinə seçilir və heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.
Azərbaycan Respublikası Prezidentinin seçilmə qaydası 2003-cü il 27 may tarixli «Azərbaycan Respublikasının Seçki Məcəlləsi» ilə tənzimlənir. Məcəlləyə görə Prezident seçkilərinin keçirilməsi günü Mərkəzi Seçki Komissiyası tərəfindən seçki gününə azı 120 gün qalmış təyin olunur. Seçki günü prezidentin səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü hesab olunur. Əgər növbədən kənar seçkilər keçirilərsə, bu zaman Milli Məclis və Konstitusiya Məhkəməsinin müvafiq qərarı qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə Mərkəzi Seçki Komissiyası seçki gününü çərşənbə gününə təyin edir və seçkilər 3 ay ərzində keçirilir. Seçkilər təyin olunduqdan sonra seçki komissiyaları yaradılır. Onlara aşağıdakılar aiddir:
1) Mərkəzi Seçki Komissiyası;
2) dairə seçki komissiyaları;
3) məntəqə seçki komissiyaları.
Seçki Məcəlləsinə görə prezident seçkiləri Azərbaycan Respublikasının ərazisini əhatə edən vahid seçki dairəsi üzrə keçirilir. Seçicilərin səs verməsinin keçirilməsi və səslərin hesablanmasını təşkil etmək üçün seçki məntəqələri yaradılır. Bu zaman aşağıdakı tələblər nəzərə alınmalıdır:
– hər bir seçki məntəqəsi 50-dən az olmayan və 1500-dən çox olmayan sayda seçicini əhatə etməlidir;
– sanatoriyalarda, istirahət evlərində, xəstəxanalarda, seçicilərin digər müvəqqəti məskunlaşma yerlərində, gediş-gəliş çətin olan yerlərdə, dövlət bayrağı altında üzən gəmilərdə seçki məntəqələri seçki gününə 50 gün qalmış, müstəsna hallarda isə 5 gün qalmış təşkil edilməlidir.
Məntəqələrin təşkilindən sonra seçici siyahıları tərtib olunur və namizədlər irəli sürülür. Seçki Məcəlləsinə görə prezidentliyə namizəd siyasi partiyalar, siyasi partiya blokları və bilavasitə seçicilər tərəfindən irəli sürülə bilər. Siyasi partiya bloku azı iki siyasi partiya tərəfindən yaradıla bilər. Prezidentliyə namizədin müdafiəsi üçün 45.000 imza toplanmalıdır.
Bütün bunlardan sonra səsvermə keçirilir və seçki məntəqələrində səslər hesablanır. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 14 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərir, seçkilərin nəticələrini müəyyən edir. Seçkilərdə iştirak etmiş seçicilərin 50%+1-nin səsini toplamış namizəd prezident seçilir. Əgər bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra, ikinci bazar günü səsvermənin ikinci turu keçirilir. İkinci turda, ancaq birinci turda ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir. İkinci turda səs çoxluğu toplayan namizəd prezident seçilmiş hesab olunur. Konstitusiyaya görə, Prezident seçkilərinin yekunları haqqında məlumatı, səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir. Bundan sonra 3 gün ərzində prezident and içir və rəsmi olaraq vəzifəyə qəbul olunur. And içdiyi gündən prezident, səlahiyyətlərinin icrasına başlayır.
Azərbaycan Respublikası qanunvericiliyində müddətinə görə prezidentin səlahiyyətlərinin xitamının iki üsulu fərqləndirilir: prezidentin səlahiyyətlərinin qanunla müəyyən edilmiş vaxtın bitməsi ilə xitamı və vaxtından əvvəl xitamı. Konstitusiyaya əsasən, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti 5 ildir və bu müddət, onun and içdiyi gündən hesablanır. Eyni zamanda heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri yeni seçilmiş Prezidentin and içməsi ilə xitam olunur.
Azərbaycan Respublikası Konstitusiyasında Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitamı da nəzərdə tutulmuşdur.
Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitamı aşağıdakı hallarda baş verir:
- Prezident istefa verdikdə;
- səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə;
- Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda;
Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitam edilməsində üç subyekt iştirak edir: prezident, Milli Məclis, Konstitusiya Məhkəməsi.
Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin II—III hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi istefa ərizəsini Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Azərbaycan Respublikası Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul edir. Həmin andan Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır.
Azərbaycan Respublikası Konstitusiyasında respublika prezidentinin vəzifədən kənarlaşdırılmasının impiçment (təqsirləndirmə – dövlətin vəzifəli şəxslərinin xəyanət və digər ağır cinayətləri üzrə parlament məhkəməsi icraatı) qaydası təsbit edilmişdir. Konstitusiyanın 107-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.
Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.
Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.
Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respublikasının Baş naziri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini, tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisinin sədri icra edir.
Eyni səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisi sədrinin icra etməsi mümkün olmadıqda Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.
Əlilliyin müəyyən edilməsi qaydaları açıqlanıb
Əlilliyin müəyyən edilməsi qaydaları açıqlanıb Baş Nazir Əli Əsədov “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli.36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
16 Yanvar , 2020 19:43
https://static.report.az/photo/3d7e9690-a175-4421-b1f2-a2251f71594c.jpg
Baş Nazir Əli Əsədov “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016 – cı il 5 fevral tarixli . 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb. “Report” xəbər verir ki, qərarla “Əlilliyin qiymətləndirilməsi Qaydası” təsdiq edilib (əlavə olunur). Eyni zamanda “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016 – cı il 5 fevral tarixli 36 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 378, № 11, maddələr 1934, 1976; 2018, № 12 (II kitab), maddə 2730) 1-4-cü hissələri ləğv edilib. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. Əlilliyin qiymətləndirilməsi qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanıb və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: – ümumi səbəblərdən: – ümumi xəstəlik; – istehsalat zədəsi; – peşə xəstəliyi; – Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; – hərbi xidmət dövrü ilə əlaqədar; – hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; – xüsusi səbəblərdən: – Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; – 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; – hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; – Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 30 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlilliyinin müddətinə (I dərəcə əlillik müəyyən olunduğu halda müddətsiz) uyğun olaraq müəyyənləşdirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Xidmət tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Xidmətə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Xidmətin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. Əlilliyin qiymətlləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərgləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Xidmətə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Xidmət tərəfindən qəbul edilir. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Xidmətə təqdim edir. Xidmət qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. Əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir: – əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; – göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. – Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Xidmət tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
Comments are closed, but trackbacks and pingbacks are open.