Press "Enter" to skip to content

Pərviz səfərov türk xalqları tarixi

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Türk xalqları

Türk xalqları — Avroasiya ərazisində yaşayan, Türk dillərinə mənsub olan dillərdə danışan xalqlar. Dünyada türk xalqlarının sayı 167.109 milyondan çoxdur .[1] “Türk” sözünə ilk dəfə Bizans mənbələrində və VII əsrin “Orhon-Yenisey” abidələrində rast gəlinir.

Dil ümumiliyi, el sənətləri, tarixi coğrafi məkan, şifahi xalq ədəbiyyatı (“Dədə Qorqud”, “Oğuz Xaqan”, “Koroğlu”, “Manas”), adət-ənənələr, oxşar toponimlər türk xalqlarını birləşdirən ümumi oxşar xüsusiyyətlərdir. Türklərin ana vətəni Mərkəzi Asiya hesab olunur. Tarixən türklər miqrasiya edən xalqlar olmuşlar. VII əsrdən başlayaraq üç istiqamətdə – Şimali-Şərqi Asiya, Ural dağları və Qərb tərəfə köç etmişlər. Əhalinin sürətli artımı, heyvandarlıq üçün əlverişli yerlərin axtarılması, varisliklə bağlı hakimiyyətdə olmayanların boş ərazilərdə yeni dövlətlər qurması (Şato, Tavqas və s.), iqlim dəyişiklikləri (Böyük hun köçü), daha güclü dövlətlərin təzyiqi altında köçüb getmə (Çin dövlətinin güclənməsi ilə “Tyuku” (türk) dövlətinin iki yerə parçalanması və köç etməsi), yeni ölkələrin zəbt edilməsi türk xalqlarının geniş ərazilərdə yayılmasına səbəb olmuşdur. XX əsrdə də məcburi miqrasiyalar (krım tatarları, axıska türkləri, azərbaycanlılar) olmuş və son vaxtlar yüksək həyat səviyyəsi axtarmaq məqsədilə Avropaya və Şimali Amerikaya miqrasiyalar da mövcuddur.

Türk xalqları Altay dil qrupuna məxsusdular. Dil və mənşə fərqinə görə dörd qola bölünürlər:
Oğuz – Anadolu və Azərbaycan türkləri, qaqauzlar, türkmənlər, ahıska türkləri, krım tatarları,
Uyğur – özbəklər, həzaralar , salarlar, uyğurlar, tuvalılar, şorlar, komasin-tobollar, baraba tatarları, çulm tatarları və sairə)
Qıpçaq – qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, altaylar, noqaylar)
Bulqar – tatarlar, başqırdlar, qaraçaylar, karaimlər.

Türk xalqlarının inanclarında tanrı əsas yer tutar. VII əsrdən etibarən İslam dininə inanc daha çoxdur (hazırda təxminən 80%). İndiki dövrdə qeyri müsəlman yakutlar (şaman və xristian), cuvaş və qaqauzlar (xristian), karaim və krımçaklardır (yəhudi dini).

Tarixin müxtəlif mərhələlərində bəzi türk dövlətləri Avrasiyada geniş ərazilər tutmuş, Afrikanın şimal hissəsini zəbt etmişlər. Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müəyyən dövlət daxilində muxtar qürumlar yaratmış, bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada Əfqanıstan, İran, İraq, Suriya, Avropada Bolqarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və sairə ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və sairə aiddir. Bu xalqların çoxu gəlmə xalqlar içərisində assimilyasiya olunmaqdadırlar.

Tarixi türk xalqları və tayfaları :

Atropatenlilər
Utilər
Qafqaz albanları
Madaylar
Hunlar
Saklar
Sarmatlar
Sabirlər

Türk xalqları :

Axısqa türkləri – 500 min
Sarı uyğurlar – 13,719 nəfərdən çox.
Urum-Qıpçaqlar – 106,768 nəfərdən çox.
Altaylılar – 67,239 nəfərdən çox.
Azərbaycan türkləri – 50 milyon
Xorasan türkləri – 830 min
Balkarlar – 108,426 nəfərdən çox.
Başqırdlar – 1.705.053 nəfərdən çox.
Çulumlar – 1 min
Çuvaşlar – 1.8 milyon
Krım tatarları – 500 min
Dolqanlar – 10 min
Qaqauzlar – 300 min
Qazaxlar – 13,289,363 nəfərdən çox.
Qırğızlar – 4.123 milyon
Qaraçaylılar – 300 min
Qəraimlər – 50 min
Qaraqalpaqlar – 550 min
Xakaslar – 90 min
Krımçaqlar – 1.5 min
Qumuqlar – 500 min
Noqaylar – 110 min
Qaşqaylar – 1.757 milyon
Salar – 125 min
Tatarlar
Naqaybaklar
Sibir Tatarları
Tofalar
Türkmənlər
Türkiyə türkləri – 70-80 milyon
Kipr türkləri
Tuvinlər
Uyğurlar
Həzaralar
Özbəklər
Yakutlar
Çelqanlar
Kumandılar
Telengitlər
Teleutlar

Pərviz səfərov türk xalqları tarixi

Bakı Dövlət Universitetində Türk xalqları tarixi kafedrasının 25 illik yubileyinə həsr olunmuş Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri mövzusunda respublika elmi praktik konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətindən danışıb. Türk xalqlarının qədim dövr və orta əsrlər tarixi, türk xalqları üzrə mənbələr və tarixşünaslıq, tarixi şəxsiyyətlərimiz, türk xalqları və din, türk xalqlarının yeni və müasir dövrlər tarixi kimi məsələlərin müzakirə olunacağı konfransın keçirilməsini yüksək qiymətləndiran rektor onun işinə uğurlar arzulayıb, türk xalqları tarixi kafedrasının fəaliyyətini xüsusilə qeyd edib.

Tarix fakültəsinin dekanı, dosent Azad Rzayevin çıxışından sonra Türk xalqlarının tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı – 98 yaşlı Bakı Dövlət Universiteti Azərbaycan Respublikası ilə yaşıd olan Türk xalqları tarixi kafedrası” mövzusunda məruzə edib.

BDU-nun professoru Qabil Əliyev tariximizin araşdırılmasında və təbliğində əvəzsiz xidmətləri olan “Tarix və onun problemləri” jurnalının 20 illik fəaliyyətindən bəhs edib.

Təbrik çxışlarında kafedranın fəaliyyətindən, elm və təhsil sistemindəki rolundan danışılıb.

Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. 12 bölmədə 57 məruzə dinlənilib.

Pərviz səfərov türk xalqları tarixi

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Türk xalqlarının kitab və kitabxana mədəniyyəti

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.