Pərvizsəfərov türk xalqları
Turkiy xalqlar etnogenezini yuqoridagi kabi Oltoy birligi davriga bog‘lash Xitoy manbalarida turk-turkyut-tukyu kabi atalgan etnik konsolidatsiya xodisasining makonini Xitoyga nisbatan shimoli-g‘arbda joylashgan Oltoy tog‘lari etagi bilan aloqador ko‘rsatilishidan tug‘ilgan. Bunday qarash turkiy xalqlarning qadimiy asl makonlari haqidagi tasavvurni juda tor qilib ko‘rsatadi. Gap shundaki, qadimgi Xitoy Oltoydagi tarixiy vaziyatlar bilan yaqinroq tanish bo‘lgan. Shu bilan barobar miloddan avvalgi I ming yillikdayoq O‘rta Osiyo, Volga bo‘yi, Don Kuban, havzalari, Shimoliy Kavkaz, Janubiy rus cho‘llari – to Dunaygacha ulkan xududlarda kechgan etnik jarayonlardan bexabar edi. Xatto turklar – turkyutlar, tu-kyu atamalari bilan Xitoy milodiy V asrdagina tanishgan va va ularni o‘zi uchun shimoldan havf solib turuvchi kuch sifatida qaragan.
Türk xalqları
Türk xalqları — Etnolinqvistik qrup; Avrasiya ərazisində yaşayan türkdilli xalqlar. Dünyada türk xalqlarının sayı 176 milyondan çoxdur. “Türk” sözünə ilk dəfə Bizans mənbələrində [Mənbə göstərin] və VII əsrin “Orhon-Yenisey” abidələrində rast gəlinir. Qədim Çin mənbələri türk tayfalarının b.e.ə II minillikdə mövcudluğu haqqında məlumat verir.
Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaş və qaqauzlar xristian, yakutlar, dolqanlar və xakaslar şamanist, karaim və krımçaklar iudaizm, uyğurların böyük bir hissəsi isə buddizm dininə inanır. Türk xalqlarının hazırda 7 müstəqil dövləti vardır.(Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr).
Müstəqil türk dövlətlərindən başqa, Rusiya Federasiyasının tərkibində Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Saxa (Yakutiya), Tıva, Xakasiya, Kabarda-Balkariya, Qaraçay-Çərkəz, Altay Respublikaları və Taymır (Dolqan-Nen) milli mahalı, Çin Xalq Respublikasının tərkibində isə Sintzyan-Uyğur Muxtar Rayonu vardır.
Geoloji baxımdan türk xalqları Alp qırışıqlığı zonasında (Türkiyə, Azərbaycan, Cənubi Azərbaycan, Türkmənistanın bir hissəsi, Şimali Qafqaz, türk qurumları), Mərkəzi Asiya və Cənubi Sibirin fəal seysmik zonasında (Özbəkistan, Qırğızıstan, Qazaxıstanın bir hissəsi, Xakasiya, Altay, Tıva), Şərqi Asiya mezozoy qırışıqlığı zonasında (Saxa-Yakutiya), Şərqi Avropa (Tatarıstan, Başqırdıstan, Çuvaşiya), Turan (Özbəkistan, Qazaxıstan, Türkmənistan), Sibir və Çin platformalarında yerləşir.
Neft-qaz yataqlarına görə Azərbaycan, Özbəkistan (Fərqanə-qaz), Qazaxıstan (Tengiz və Turqay-neft), Türkmənistan, Özbəkistan (Qazlı və Mübarəkqaz), Tatarıstan (Elxon) və Başqırdıstan seçilir.Türk dünyasının əsas daş kömür yataqları Türkiyədə (Zonquldağ-Ereğli), Özbəkistanda (boz kömür-Anqren və Sarqun), Qazaxıstanda (Qaraqanda, Ekibastuz), Tıvada (Ulufim), Sintzyan-Uyğurda (Bay kömür) və Saxadadır (Lena).Dəmir filizi Türkiyədə, Qazaxıstanda (Kustunay), Saxada, Altayda, Azərbaycanda (Daşkəsən) və Xakasiyadadır.
Mis filizi Qazaxıstanda (Balxaş, Cezqazan), sink Qazaxıstan (Ust Kamenqorsk), Özbəkistanda, Azərbaycanda, xrom yataqları isə Türkiyədədir. Polimetal filizləri Qazaxıstanda, Azərbaycanda, Özbəkistanda, Türkiyədə, Altayda, qızıl yataqları Özbəkistanda (Muruntau), Qazaxıstanda, Azərbaycanda,Altayda və Saxadadır. Almaz Saxada çıxarılır.
Dil ümumiliyi, el sənətləri, tarixi–coğrafi məkan, şifahi xalq ədəbiyyatı (“Kitabi Dədə Qorqud”, “Koroğlu dastanı”, “Alpamış”, “Manas”), adət-ənənələr, oxşar toponimlər türk xalqlarını birləşdirən ümumi oxşar xüsusiyyətlərdir. Türklərin ana vətəni Mərkəzi Asiya hesab olunur. Tarixən türklər miqrasiya edən xalqlar olmuşlar. VII əsrdən başlayaraq üç istiqamətdə – Şimali-Şərqi Asiya,Ural dağları və Qərb tərəfə köç etmişlər.
Əhalinin sürətli artımı, heyvandarlıq üçün əlverişli yerlərin axtarılması, varisliklə bağlı hakimiyyətdə olmayanların boş ərazilərdə yeni dövlətlər qurması (Şato, Tavqas və s.), iqlim dəyişiklikləri (Böyük hun köçü), daha güclü dövlətlərin təzyiqi altında köçüb getmə (Çin dövlətinin güclənməsi ilə “Tyuku” (türk) dövlətinin iki yerə parçalanması və köç etməsi), yeni ölkələrin zəbt edilməsi türk xalqlarının geniş ərazilərdə yayılmasına səbəb olmuşdur. XX əsrdə də məcburi miqrasiyalar (krım tatarları, axıska türkləri, azərbaycanlılar) olmuş və son vaxtlar yüksək həyat səviyyəsi axtarmaq məqsədilə Avropaya və Şimali Amerikaya miqrasiyalar da mövcuddur.
Mündəricat
- 1 Təsnifat
- 2 Əhali
- 2.1 Dövlət qurumuna malik olanlar
- 2.2 Dövlət qurumuna malik olmayanlar
- 2.3 Əhali sıxlığı
- 2.4 Cins və yaş tərkibi
- 3.1 Sənaye
Təsnifa
Türk xalqları Altay dil qrupuna məxsusdular. Dil və mənşə fərqinə görə dörd qola bölünürlər:
- Oğuzlar – Anadolu türkləri, Azərbaycanlılar, qaqauzlar, türkmənlər, axısqa türkləri, krım tatarları, türkmanlar, Xorasan türkləri və s.
- Uyğurlar – özbəklər, həzaralar, salarlar, uyğurlar, tuvalar, şorlar, komasin-tobollar, baraba tatarları, çulumlar və s.)
- Qıpçaqlar – qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, altaylar, noqaylar)
- Bulqarlar – tatarlar, başqırdlar, qaraçaylılar, qaraimlər.
Türk xalqlarının inanclarında tanrı əsas yer tutar. VII əsrdən etibarən İslam dininə inanc daha çoxdur (hazırda təxminən 80%). İndiki dövrdə qeyri müsəlman yakutlar (şaman və xristian), cuvaş və qaqauzlar (xristian), karaim və krımçaklardır (yəhudi dini). Tarixin müxtəlif mərhələlərində bəzi türk dövlətləri Avrasiyada geniş ərazilər tutmuş, Afrikanın şimal hissəsini zəbt etmişlər. Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müəyyən dövlət daxilində muxtar qürumlar yaratmış, bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada Əfqanıstan, İran, İraq, Suriya, Avropada Bolqarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və sairə ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və sairə aiddir. Bu xalqların çoxu gəlmə xalqlar içərisində assimilyasiya olunmaqdadırlar.
Əhali
Türklərin ümumi sayı müstəqil türk dövlətlərində 130 milyondan çoxdur. 50 milyon nəfərə yaxını isə Rusiya və Çin ərazisində yaşayır.80 milyondan çox türk isə dünyanın müxtəlif ölkələrində məskunlaşmışdır.Türk dünyasında təbii artımın orta göstəricisi 2%-ə yaxındır.
Dövlət qurumuna malik olanlar
Bayraq Ölkə Quruluş Əhali Ərazi Paytaxt Rəsmi dil Pul vahidi Türklərin faiz göstəricisi Yaşayan türklər(mln) Azərbaycan Azərbaycan 1991 9.949.600 86.600 Bakı Azərbaycan dili Azərbaycan manatı 92.3% 8.8 Qazaxıstan Qazaxıstan 1991 18.014.200 2.274.900 Astana Qazax dili Qazaxıstan tengəsi 73.8% 13.1 Qırğızıstan Qırğızıstan 1991 5.482.000 199.900 Bişkek Qırğız dili Qırğızıstan somu 80.6% 4.4 ŞKTR Şimali Kipr türk respublikası 1983 286.257 3.355 Lefkoşa Türk dili Türk lirəsi 99% 0.3 Özbəkistan Özbəkistan 1991 29.559.100 447.400 Daşkənd Özbək dili Özbəkistan somu 87% 25.7 Türkiyə Türkiyə 1923 76.667.864 783.562 Ankara Türk dili Türk lirəsi 89.5% 67.5 Türkmənistan Türkmənistan 1991 5.450.000 491.210 Aşqabad Türkmən dili Türkmənistan manatı 90% 4.9 Dövlət qurumuna malik olmayanlar
- Axısqa türkləri – 500 min
- Sarı uyğurlar – 20,719 nəfərdən çox.
- Urum-Qıpçaqlar – 106,768 nəfərdən çox.
- Altaylılar – 67,239 nəfərdən çox.
- Xorasan türkləri – 830 min
- Balkarlar – 108,426 nəfərdən çox.
- Başqırdlar – 1.705.053 nəfərdən çox.
- Çulumlar – 1 min
- Çuvaşlar – 1.8 milyon
- Krım tatarları – 500 min
- Dolqanlar – 10 min
- Qaqauzlar – 300 min
- Qaraçaylılar – 300 min
- Qəraimlər – 50 min
- Qaraqalpaqlar – 550 min
- Xakaslar – 90 min
- Krımçaqlar – 1.5 min
- Qumuqlar – 500 min
- Noqaylar – 110 min
- Qaşqaylar – 1.757 milyon
- Salar – 125 min
- Tatarlar – 6.755.000
- Naqaybaklar – 9.600
- Sibir Tatarları – 9.611 [4]
- Türkmanlar – 3 milyon
- Kipr türkləri – 750.000-1.000.000
- Qərbi Frakiya türkləri – 150.000
- Tuvinlər – 264,400 [5]
- Uyğurlar – 11 000 000
- Çelqanlar – 1,700
- Kumandılar – 2900
- Telengitlər – 3,712
- Teleutlar – 3 000
Əhali sıxlığı
Əhalisinin orta sıxlığına görə dövlət və qurumlar bir-birindən fərqlənir.Azərbaycan və Türkiyədə orta sıxlıq hər km 2 -də 85-105 nəfər, Şimali Kipr və Özbəkistanda 55-60 nəfər, Çuvaş, Kabarda-Balkariya və Tatarıstan respublikalarında 60-70 nəfərdir.Digər dövlət və qurumlarda isə əhalinin sıxlığı hər km 2 -də 30 nəfərdən azdır.
Cins və yaş tərkibi
Əhalinin cins tərkibindəki oxşarlıq azərbaycanlılar, tatarlar və çuvaşlar istisna olmaqla bütün türk xalqlarında eynidir(kişilər çoxdur). Türk dünyası əhalisi arasında 16-65 yaş həddində olanlar üstünlük təşkil edir.65 yaşdan yuxarı olanlar yalnız 10-15% təşkil edir.
İqtisadiyyat
Urbanizasiya səviyyəsinə görə Azərbaycan, Qazaxıstan, Türkiyə seçilir.Qurumlardan isə demək olar ki, hamısında (Altay və Tıva istisna olmaqla) şəhər əhalisi çoxluq təşkil edir.Türkiyə, Azərbaycan, Qazaxıstan, Tatarıstan və Başqırdıstan kimi respublikalarda milli gəlirin yarıdan çoxunu çoxsahəli inkişaf etmiş sənaye verir.Bir çox respublikalarda- Özbəkistan, Türkmənistan, Qırğızıstan, Saxa, Altay kimi respublikalarda sənaye ilə yanaşı, kənd təsərrüfatı da iqtisadiyyatın əsasını təşkil edir. Bütövlükdə türk dünyası ölkələrində sənayenin ən başlıca sahələri olan energetika, maşınqayırma, metallurgiya, kimya sənayesi,xeyli inkişaf edib.
Sənaye
Neft-qaz hasilatına görə Azərbaycan, Tatarıstan, Başqırdıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan; daş kömür çıxarılmasında isə Türkiyə, Qazaxıstan, Altay, Saxa dünyada məşhurdur.Bu ölkələrdə enerjiyə tələbat demək olar ki, tam ödənilir.Ümumiyyətlə, türk dövlətləri içərisində enerji qıtlığı çəkən ölkə yoxdur. Metallurgiya sənayesində Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Özbəkistan fərqlənir. Türk dünyasında maşınqayırma sahəsi birinci növbədə kənd təsərrüfatı, neft və qaz, dağ-mədən və yüngül sənaye sahələrinin ehtiyacını ödəməyə yönəldilmişdir.Türkiyə, Qazaxıstan və Özbəkistanda kənd təsərrüfatı maşınları- traktorlar, kombaynlar və becərmə alətləri istehsalı daha çox inkişaf etmişdir. Türkiyə, Tatarıstan, Qırğızıstan və Qazaxıstanda avtomobillər, Özbəkistanda və Tatarıstanda təyyarə istehsal olunur. Dəzgahqayırma və cihazqayırma, o cümlədən energetika maşınqayırması Türkiyə, Azərbaycan və Qazaxıstanda inkişaf etdirilir.
Pərvizsəfərov türk xalqları
Azərbaycan: Adətə görə, Novruz Bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə edib.
Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır. Novruz Bayramı qabağı adətən evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz Bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb güləşir, küştü tuturlar. Novruz Bayramında “haxışta”, “bənövşə”, “kos-kosa” oynayırlar. Bayramın əsas simvolları isə Bahar qız, Kosa və Keçəldir. Adətə görə, süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.Türkmənistan: Novruz 1922-ci ildə türkmən xalqının qeyd etdiyi rəsmi bayramları sırasına daxil olmuşdu. Bu bayram iki gün, yəni martın 21-i və 22-sində keçirilir. Türkmənlər həm də mart ayını Novruz adlandırırlar. Ölkədə onun gəlişinə bir il qabaq hazırlaşırlar. İki gün əvvəlsə ev və həyətyanı sahədə dərindən təmizlik işləri aparılır, milli xörəklər bişirilir. Türkmənlərə görə süfrə həmin gün dopdolu olmalı, bu ərəfədə insanlar bir-birinə qonaq getməlidirlər. Deyilənə görə, qonağa nə qədər çox kişmiş, qoz, konfet, nabat verilərsə, həmin evdə də bir o qədər bolluq olar. Burada bayramın simvolu Novruz baba və gənc Bahargül hesab olunur. Səmənidən hazırlanan xörəklərin bayram süfrəsində yer almasına xüsusi olaraq fikir verilir. Onlar səhərdən ağ mərmərli Aşqabadı qarışbaqarış gəzərək şəhər əhli və qonaqları salamlayırlar. Axşama yaxınsa şəhər amfiteatrı bayramın əsl episentrinə çevrilir. Burada Türkmənistanın tanınmış estrada ulduz və qruplarının iştirakıyla konsert proqramı verilir.
Qırğızıstan: Qırğızlar da mart ayını Novruz adlandırırlar. Vaxtilə həmin gün doğulan oğlanlara adətə görə Novruzbay, qızlara isə Novruz və ya Novruzgül adı verilərdi. Əgər bu gün qar yağardısa, yaxşı əlamət hesab olunardı. Təsadüfi deyil ki, qırğız əfsanələrində qız gözəlliyini Novruzda yağan qarla müqayisə edirlər. Bayramda üzərinə dadlı təamlar düzülmüş ağappaq dəstərxan – süfrə salınır. Süfrədə un qatılmış səməni, yağ və şəkərdən hazırlanan sümelek mütləq olmalıdır. İnsanlar mənzillərini qaydaya salır, təzə paltarlar geyinir, küsülülər barışırlar. Hələ audıraspek adlı oyundan danışmırıq. Bu zaman oğlanlar bir-birini atdan salmalıdırlar. Hətta xanımların iştirak etdiyi idman yarışlarını demirik. Oğlanları yarışa dəvət edən qızlar qalib gəldikləri halda onlardan istənilən arzunu yerinə yetirməyi xahiş edir, oğlanlarsa həmin qıza elçi düşə bilirdilər. İndinin özündə Bişkek şəhərinin mərkəzi meydanı “Alatoo” və digər rayon mərkəzlərində səhnəciklər təşkil olunur. Cıdır meydanlarında at yarışları keçirilir. İnsanlar ənənəvi şərq xörəyi sayılan plova da qonaq olurlar.
Türkiyə: Türklər belə hesab edirlər ki, martın gəlişi ilə qış qurtarır. Qaziantep və onun ətrafındakı ərazilərdə martın 22-si “Novruz sultan” adlandırılır. Diyarbekirdə insanlar gəzintiyə çıxırlar. Evə gələn adamsa müxtəlif növ meyvələrə qonaq edilir. Tuncelidə kişilər alınlarına qara rəng vuraraq su mənbələrinə doğru hərəkət edir, burada onlar rəngi axıdır və dua edirlər. Mərkəzi Anadoluda Novruz Bayramı “mart doqquzu” kimi də tanınır. Anadoluda keçirilən digər mərasimlərə ağacları mart günəşinin şüalarından qorumaq üçün onlara parçaların (mart lenti) sarınmasını misal çəkə bilərik. Bu, xüsusən də Giresun şəhəri üçün xarakterikdir. Tekirdağda Novruz soyuq günlərin bitməsi və yazın gəlməsi hesab olunur və “Novruz şənliyi” adı altında qeyd olunur. İzmir, Uşaq, Sivas və Şebinkarahisarda ənənələr eyni olaraq qalır. Mart ayı yeni ilin başlanğıcı hesab olunduğu üçün onun ilk 12 gününə görə ilin necə keçəcəyi müəyyənləşdirilir. Novruzda S hərfi ilə başlayan yeddi təam yemək məsləhət görülür.
Qazaxıstan: Qazaxlar Novruzu Naurız adlandırırlar. Bu söz yazın doğulması mənasını verir. Lakin bayramın başqa adları da var. Məsələn, “Ulus küni” (yeni lin birinci günü), və ya “Ulıstın ulı küni” (xalqın böyük günü). Novruzun gəlişi münasibətilə insanlar təzə paltar geyinir, bir-birilərinə qonaq gedirlər. Mərasimin əsas xörəyi tərkibinə 7 inqredient daxil olan naurız-kojedir. O həyatın 7 elementini simvolizə edir. Bunlara ət, su, duz, yağ, un, taxıl və süd daxildir. İnqredientlərsə öz növbəsində şadlıq, uğur, müdriklik, sağlamlıq, firavanlıq, sürət, artım və ilahi mühafizə anlamı daşıyır. Ağsaqqalın qarşısına naurız-koje olan 7 piyalə qoyumalı, hər kəs 7 evə qonaq getməli və öz evinə 7 nəfəri dəvət etməlidir. Qazaxlar bir-birilərini “köktem tudı” (yazın doğulması deməkdir) deyərək təbrik edir. Axşama yaxınsa akınların (aşıqların) dombra alətinin müşayiətilə deyişməsi – altıs başlayır. Bu, səhərə kimi davam edir. Xeyri daha çox tərif edən qalib gəlir. Qazaxıstanda Novruz Bayramı rəsmi olaraq 2001-ci ildən qeyd olunur.
Özbəkistan: Bu gün bayram menyusuna xüsusi olaraq fikir verilir. Süfrədə mütləq şurpa (ət bulyonunda bişirilən tərəvəzlər), plov və samsa (göyərtili bişmişlər) olmalıdır. Sumalakın adını xüsusi olaraq qeyd etməliyik. Belə ki, bişməsi 24 saat çəkən bu xörəyin hazırlanmasında yalnız qadınlar iştirak edir və bu əməlli-başlı mərasimdir desək yanılmarıq. Belə ki cücərmiş buğda dənələri iri qazana tökülür və tünd rəng alınana kimi qarışdırılır. Yaz haqqında nəğmələr oxunur. Qazanın dibinə isə daş və ya qoz yerləşdirilir. Sumalak fincanına daş və ya qozun düşməsi ilin uğurlu olması deməkdir. Burada Novruzla əlaqədar olaraq buzboşi və ya kupkari adlı ənənəvi oyunlar da keçirilir. Ata minmiş igidlər bir-birinin əlindən yəhərlərindəki qoyun və ya keçini almağa çalışırlar. Kupkariyə bayramdan 7-10 gün qabaq hazırlıq görülür. Ağsaqqallar bir yerə toplaşır, oyunun qaydalarını müzakirə edirlər. Atı seçəndə xüsusi olaraq diqqətli olmaq tələb olunur. Belə ki onun cəldliyi və alçaqboylu olması əsas şərtlərdən biri kimi qəbul edilir. Sonra geyim seçilməlidir. Paltarın oyunçuların bir-birinə endirdikləri qamçı zərbələrinə davamlı olması mütləqdir. Ona görə də iştirakçılar sırıqlı pambıq xələt və şalvar geyinməli olurlar. Qalib gələn şəxsə xalça, sırıqlı yorğan və ya xələt hədiyyə olunur.
“T ürküstan ” qəzeti
Turkiy halqlarning kelib chiqishi va makoniga doir ba’zi mulohazalar
Turkiy xalqlarning etnogenezi tushunchasi xronologik, hududiy va ayrim etnoslarga bo‘linish dinamikasi nuqtai nazaridan bugun yaxlit ilmiy muammo holatidan kengroq ma’no kasb etmoqda. Binobarin, turkiy xalqlar tarixiy ildizlari tutash o‘nlab etnik tarmoqlardan tashkil topganki, ularning har biri alohida etnogenetik masalani tashkil qiladi. Lekin shunga qaramay muammoning qadimiy asoslari haqida gap ketganda, ilk mushtarak davrni chuqurroq tadqiq etish zarurati dolzarbligicha qolmoqda.
Avvalo, biror xalqning kelib chiqishi haqida fikr yuritganda fanda o‘rnashib qolgan umumturkiy, umumeroniy, umumslavyan, umumariy, xind-yevropa umumiyligi, oltoy xalqlari umumiyligi (общетюркский, обще-иранский, алтайская общность) singari farazlar yashashga qanchalik haqli ekanini o‘ylab ko‘rish lozim. Bordi-yu, shu kabi umumlashma tasavvurlar fanda amal qilar ekan, genezis masalasida aniq xulosalar uchun yetarli asos yo‘qligi tufayli shartli ravishdagina ulardan foydalanish mumkindir. Zero, bizningcha, etnik jarayonlarda qachonlardir birdan bir, yagona yadro, umum birlik hech qachon bo‘lgan emas. Etnik birlik tuyg‘usi ko‘p ming yillik jarayon oqibatidir. Qadimiy negizning o‘zidayoq urug‘ va qabilalarning o‘zaro muloqoti, iqtisodiy-ijtimoiy manfaatlari, hududiy vosita orqali yaqinlasha borgan. Bu esa etnik mansublik tuyg‘usining bosh omilidir. Shu jarayon ko‘p hollarda yetakchi (dominant) etnik birlik, ya’ni iqtisodiy-ijtimoiy etnik guruh atrofiga unga tobe guruhlarni yig‘ish salohiyatiga ega bo‘lgan. Natijada etnik umumiylikning ijtimoiy asosi vujudga kela boshlagan.
Turkiy xalqlar etnogenezini yuqoridagi kabi Oltoy birligi davriga bog‘lash Xitoy manbalarida turk-turkyut-tukyu kabi atalgan etnik konsolidatsiya xodisasining makonini Xitoyga nisbatan shimoli-g‘arbda joylashgan Oltoy tog‘lari etagi bilan aloqador ko‘rsatilishidan tug‘ilgan. Bunday qarash turkiy xalqlarning qadimiy asl makonlari haqidagi tasavvurni juda tor qilib ko‘rsatadi. Gap shundaki, qadimgi Xitoy Oltoydagi tarixiy vaziyatlar bilan yaqinroq tanish bo‘lgan. Shu bilan barobar miloddan avvalgi I ming yillikdayoq O‘rta Osiyo, Volga bo‘yi, Don Kuban, havzalari, Shimoliy Kavkaz, Janubiy rus cho‘llari – to Dunaygacha ulkan xududlarda kechgan etnik jarayonlardan bexabar edi. Xatto turklar – turkyutlar, tu-kyu atamalari bilan Xitoy milodiy V asrdagina tanishgan va va ularni o‘zi uchun shimoldan havf solib turuvchi kuch sifatida qaragan.
Shunday qilib, Xitoy manbalari Ashina urug‘ining Oltoy etaklarida paydo bo‘lishi bilan bog‘liq holda turk-tukyu atamasini birinchi marta V asrda tilga oladi. Bu haqda A.Malikov Ashina urug‘i Oltoyga kelmasidan burun o‘zini turk deb atamas edi, deb ta’kidlaydi. Shundan xulosa qilib, turk atamasi Ashina paydo bo‘lishidan avvalroq Oltoyda mavjud bo‘lgan, deyish mumkin. Bu atama Ashina urug‘i tomonidan o‘zlashtirilgan. Demak, Oltoy mintaqasida V asrdan avval turkiy muhit hukmron bo‘lgan.
Turkiy etnik jarayonlarni Ashinaning yuksalishi bilan bog‘liq tasavvur etish noto‘g‘ri xulosalarga sabab bo‘ladi. Bunday qarash minglab chaqirim g‘arbga tomon davomiy turkiy etnik jarayonlarni, shu jumladan, O‘rta Osiyodagi qadimiy turkiy substratni e’tiborga olmaslikka olib keladi. Natijada, turkiy xalqlarni yashab turgan o‘z makoniga sharqdan kirib kelgan qilib ko‘rsatish uchun asos yaratishga urinib kelingan.
Turk atamasining ma’nosiga doir turli farazlar, talqinlar, etimologik izlanishlar ma’lum. Ular orasida turk atamasini Avestaninig «tur» lari bilan bog‘liq – K qo‘shimchasini ko‘plik qo‘shimchasi deb tushuntirish alohida ajralib turadi. Masalan, D.Ye. Yeremeyev, A.N. Kononovning fikrini rivojlantirib, turk so‘zini tyur-k deb ikkiga bo‘ladi. –K qo‘shimchasini esa –g‘un, -kun qo‘shimchalaridan qisqargan, deydi. Ammo bu fikrga qo‘shilish qiyin. Chunki –g‘un, -kun shakllaridan – k –ga qisqarishni tarixiy-fonetik tushuntirish qiyin. Bizningcha turk so‘zini chindan ham tur+k qismlariga ajratish mumkin. Lekin morfematik jihatdan tur= o‘zak qismi aslida negiz bo‘lib tu= o‘zagidan – r+k qo‘shilib hosil bo‘lgan sifatdosh shaklidir. Bu so‘z lug‘aviy ma’noda «turuvchi» bo‘lib, o‘ziga ishonchli, kuchli, qudratli kabi talqiniy ma’nolar yoyilmasiga asosdir. Fikrimizni tu- o‘zagidan fe’l negizlari yasalish qatori – tu-t, tu-z, tu-y, tu-g‘ so‘zlari bilan izohlash mumkin.
Shu munosabat bilan turk so‘zini izohlash uchun keltirilgan boshqa fikrlarga ham to‘xtab o‘tish joizdir. Masalan, A.N.Kononov turk so‘zini to‘r so‘zi bilan bog‘lab «hurmatga sazovorlar uchun yuqoridagi o‘rin», «o‘choq oldidagi hurmatga loyiq joy», «qonun, qoida, odat» kabi talqin qiladi. Bu fikrni D.Aytmuratov qo‘llab quvvatlagan. I.V.Rak esa, turk so‘zini xind-yevropa til umumiyligi bilan bog‘lab yovvoyi «xo‘kiz-tur» orqali izohlaydi. V.P. Yaylenko Yenisey ketlari tilida turk so‘zi «toza, pokiza» deb tushuntiradi. Bu kabi talqinlarda ilmiy asoslanganlikdan ko‘ra faraziy yondashuv ta’siri ko‘proq ko‘rinadi.
M. Ishoqov (Toshkent Davlat Sharqshunoslik instituti)
«O‘ZBEK XALQINING KELIB CHIQISHI: ILMIY-METODOLOGIK YONDASHUVLAR, ETNOGENETIK VA ETNIK TARIX» MAVZUSIDAGI RESPUBLIKA ILMIY-NAZARIY SEMINAR MATERIALLARI
Toshkent shahri 2004 yil 19-20 noyabr
Comments are closed, but trackbacks and pingbacks are open.