Press "Enter" to skip to content

Mətanət Əsədovanın neçə yaşı var? Eşidənlər inanmır

Gülyanaq Məmmədova – 1973

“Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman imkan verilməyəcək” – XİN

Yaponiyanın baş naziri Ukraynaya gedir

Bu gün Beynəlxalq Novruz Günüdür

Ekofəalların aksiyası 100 gündür davam edir

Moravetski: “Ukraynalılar həm də Avropanın azadlığı uğrunda savaşırlar.”

Məşhur MMA döyüşçüsümüz növbəti qələbəsini qazandı

Ukraynada 8 000-dən çox dinc sakin həlak olub

Azərbaycana yaz fəsli gəlib

Parisdə etirazçılara gözyaşardıcı qaz tətbiq edilib

Şarl Mişeldən Novruz təbriki

Yevlaxda itkin düşən yeniyetmələr tapılıb

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

Putinlə Si Cinpinq arasında qeyri-rəsmi görüş 4,5 saatdan sonra başa çatıb

Türkiyədə sel fəlakətində ölənlərin sayı 20-ə çatıb – YENİLƏNİB

Baydendən Novruz paylaşımı: “Yeni ilin başlanğıcıdır”

Fərid Qayıbov UNESCO-ya üzv ölkələrin sessiyasında çıxış edib

Azərbaycan zəlzələ bölgəsi üçün 100 milyon dollar yardım ayırıb

Şuşada bayram tonqalı qalandı

Tərtər rayonunun Talış kəndində ilk bayram tonqalı – FOTOLAR

“Mirzoyanın əsassız iddiaları Ermənistanın dərs çıxarmadığını göstərir ” – XİN

Türkiyədəki zəlzələlərin vurduğu ziyan açıqlanıb

Moskvada Rusiya və Çin liderlərinin görüşü başlayıb

Yevlaxda 4 yeniyetmə itkin düşüb

Avropa Komissiyası Türkiyəyə 1 milyard kredit ayırıb

Azərbaycanda benzin istehsalı azalıb

Lavrov: “Qərb Cənubi Qafqazda bir sıra QHT-ləri maliyyələşdirir”

“Talış kəndinə köçürülən sakinlərin məşğulluğu təmin edilir” – Emin Hüseynov

“Yaxın vaxtlarda XİN başçılarının üçtərəfli görüşü keçirilə bilər”
– Lavrov

“Rusiya artıq strateji məğlubiyyətə uğrayıb” – Qırğız ekspert

Türkiyədə zəlzələdə ölənlərin sayı 50 mini ötdü

Baş prokuror İlyas İsmayılovla görüşüb medal təqdim etdi – FOTOLAR

Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılır

Moskvada Lavrovla Mirzoyanın görüşü keçirilir

XİN sərhəddəki hərbi təxribat barədə məlumat yayıb

Bakıda 19 dərəcə isti olub – FAKTİKİ HAVA

ABŞ prezidentindən sirli mesaj: “İnan”

Fransada uşaqların şəkillərini sosial şəbəkələrdə yaymaq qadağan edilib

“Ukraynaya döyüş sursatlarının göndərilməməsi böyük problemlər yarada bilər” – Aİ

“Gələcək üçün kodlaşdır” hakatonunun qalibləri mükafatlandırıldı

Küveytdə neft sızmasına görə fövqəladə vəziyyət elan edilib

“Qaz qovşağının tikintisi davam etdirilir” – Peskov

“Cinpin Zelenski ilə danışacaq” – KİV

Novruzdan Novruza hərbi uğurlarımız – Ədalət Verdiyevin yazısı
// Tarixi torpaqlarımızı daha tez qucaqlayacağıq.

Çin lideri Rusiyada: Putinlə görüşəcək

Sabah bəzi rayon yolları dumanlı olacaq – XƏBƏRDARLIQ

Azərbaycan Ordusunda Novruz bayramı tədbirləri – VİDEO+FOTOLAR

Bayramın ikinci günü rayonlara yağış yağacaq

İrəvanda keçiriləcək Avropa çempionatında Azərbaycanı 5 idmançı təmsil edəcək

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Dünyanın ən xoşbəxt ölkəsi yenə Finlandiyadır

“Kaşaqan” neftinin Aktau-Bakı marşrutu ilə nəqlinə başlanıldı

“Putin və Si Cinpinq arasında danışıqlar dünyanı dəyişə bilər” – KİV

Taekvondoçularımızdan bir gümüş, iki bürünc medal

İki gündə 25 kq narkotik aşkarlandı

Bakıda ev yanıb

Rusiyanın Ukraynada itirdiyi hərbçilərin sayı açıqlandı

Ceyhun Bayramov Belçikaya işgüzar səfər edib

Pakistanda daşqınlar nəticəsində 10 nəfər ölüb

İqlim dəyişikliyinin heyvanlara təsiri: Yumurtalardan ancaq dişi balalar çıxır

Ekvador zəlzələsində ölənlərin sayı 14-ə çatıb

Zəngilan istiqamətində atəşkəs pozulub, sərhədçimiz yaralanıb

Paris polisi pensiya islahatına qarşı aksiyanı dağıdıb

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Azərbaycanda Novruz bayramıdır

Nicat Lənkəranskinin həbsinin sirri

Abşeron Rayon Polis İdarəsinin rəisinə yeni müavin təyin olundu

Qazaxıstandakı parlament seçkilərinin ilkin nəticələri

İdmançımız Avropa çempionu oldu

“Ukrayna uduzsa, münaqişəyə biz qatılacağıq”

İsrail və Fələstin razılığa gəldilər: 6 ay sülh olacaq

İlham Əliyevdən Novruz paylaşımı

“Şəhid ailələri və qazilərlə maraqlanır, diqqətini göstərir” – Vəkili Rəşad Dağlıdan yazdı

Aygün Bəylər xəstəliyindən danışdı

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Deputat: “Fiziyevin mötəbər turnirdə iştirakı idmanımız üçün böyük uğurdur”

Mahir Emreli millinin heyətindən çıxarılıb

Putinin həbsi üçün İnterpola müraciət olunacaq

Kahramanmaraşda yenə zəlzələlər oldu

“Ermənistan Qazaxın 7, Sədərək rayonunun 1 kəndini işğal altında saxlayır”

“Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman imkan verilməyəcək” – XİN

“Ermənistanı bir daha təcavüzkar addımlardan çəkinməyə təkidlə çağırırıq”

Azərbaycan XİN Ermənistana cavab verdi

“Nicat Lənkəranski” həbs olundu

Musa Qurbanlıdan iki qolla iki rekord

Ukrayna səfiri Azərbaycan xalqını təbrik edib

XİN xalqı Novruz bayramı münasibətilə təbrik edib

Zakir Həsənov hərbi həkimləri təbrik edib – Fotolar

Bu tarixlərdə ASAN Xidmət işləməyəcək

Bakıda müştərilərin banka qoyduğu 316 min manat və 32 min dollar depoziti oğurlanıb

Bakıda qadın ərini öldürdü: 4 nəfər tutulub

Bayram gününün havası

Boksçumuz dünya çempionatında ikinci qələbəsini qazanıb

Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib – VİDEO

İcma: “Qərbi Azərbaycan mövzusu Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində gündəliyə gəlib”

FHN yenidən əhaliyə müraciət edib

“İndi bizdən qorxurlar” – Video

Gimnastlarımız 3 qızıl, 1 gümüş medal qazanıblar

Ekvadorda güclü zəlzələ: 13 nəfər ölüb

“Qarabağ” – “Qalatasaray” oyununa hakim təyinatları açıqlandı

“ВАЗ” dirəyə çırpıldı – Yaralananlar var

Sabah meteohəssas insanlar üçün hava yaxşı olacaq

Ekvadorda güclü zəlzələ olub

DİN xəbərdar edir: “Kiberdələduzlara aldanmayın”

Britaniya Qazaxıstana Azərbaycandan neft ixrac etməyə yardımçı olacaq

Konqres Trampa qarşı ittihamlara cavab verib

Kramatorsk raket atəşinə tutulub, ölən və yaralananlar var

Pakistan məhkəməsi İmran Xanın həbsi ilə bağlı orderi ləğv edib

Türkiyə zəlzələsində ölənlərin sayı 49,5 min nəfəri ötüb

Duman bəzi yerlərdə görmə məsafəsini 200-dən 500 metrədək məhdudlaşdırıb

Çanaqqalada Azərbaycan şəhidlərinə abidə ucaldılıb

Dənizkənarı Milli Park yaxınlığında meyit tapılıb

“Azərbaycan Dəmir Yolları”nın sədri Hövsan Beynəlxalq Dəniz Ticarət Limanında olub

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin sayı artırılıb

Azərbaycanla Türkiyə arasında tikinti əməkdaşlığına dair protokol təsdiq edilib

Zelenski Rusiya və İranın 141 hüquqi şəxsinə yeni sanksiyalar tətbiq edib

ABŞ rusiyalıların ekstradisiyasını bərpa edir

Ərdoğan taxıl sazişinin müddətinin uzadıldığını deyib

Tramp martın 21-də saxlanılacağını bildirib

Putin Azərbaycanla pensiya təminatı sahəsində sənəd imzaladı

Zelenski Əsədə sanksiya tətbiq etdi

Füzuli şəhərinin Baş planı təsdiqləndi

  • 14:18 Prezident ailəsi ilə Tərtərə getdi – YENİLƏNİB
    755
    16:41 Güləşçimizin erməni üzərində qələbəsi – 10:3
    671
    12:53 İlham Əliyev: “Novruz təbriklərimi doğma Qarabağdan deməyim böyük xoşbəxtlikdir”
    645
    14:46 İlham Əliyev Qarabağ torpağında: “Burada əbədi yaşayacağıq”
    640
    10:16 “İndi bizdən qorxurlar” – Video
    638
    23:31 Ekvadorda güclü zəlzələ olub
    635
    13:41 Novruzdan Novruza hərbi uğurlarımız – Ədalət Verdiyevin yazısı
    628
    17:35 Şuşanın ilk turistləri – FOTOLAR
    600
    20:55 Çanaqqalada Azərbaycan şəhidlərinə abidə ucaldılıb
    589
    20:28 Dənizkənarı Milli Park yaxınlığında meyit tapılıb
    586
    17:54 Putin Azərbaycanla pensiya təminatı sahəsində sənəd imzaladı
    584
    09:38 İqlim dəyişikliyinin heyvanlara təsiri: Yumurtalardan ancaq dişi balalar çıxır
    574
    16:11 Türkiyədə müalicə alan qazi Azərbaycana qayıdıb
    569
    21:27 Türkiyə zəlzələsində ölənlərin sayı 49,5 min nəfəri ötüb
    559
    17:22 Bayram şənlikləri olan yerdə polislərin sayı artırılacaq
    553

Qutlu Musa türbəsi: İşğala dözmüş unikal abidə – FOTOLAR
Xocalı faciəsindən üç gün sonra çəkilmiş Nadir fotoşəkillər+ VİDEO

“Trendyol”a heç bir qadağa qoyula bilməz” – Deputat

  • Bülbül 34
  • 050 247 55 75
  • [email protected]

AzVision.az internet saytı müstəqil media qurumudur. Sayt ölkənin və dünyanın hadisələrini izləyir, təhlil edir və oxuculara çatdırır.

Azvision.az ©2014 | Bütün hüquqları qorunur

Mətanət Əsədovanın neçə yaşı var? – Eşidənlər inanmır.

Yenisabah.az xəbər verir ki, bu siyahıda adları çəkilən xanımların həqiqi yaşları geniş oxucu kütləsinə maraqlı olduğu üçün bu siyahını hazırladıq.

Zəynəb Xanlarova -1936

Flora Kərimova – 1941

Səkinə İsmaylova – 1953

Nisə Qasımova – 1954

Firuzə İbadova – 1954

RUhəngiz Allahverdiyeva – 1955

Mələkxanım Əyyubova – 1962

Mətanət İskəndərli – 1963

Brilliant Dadaşova – 1964

Almaz Ələskərova – 1966

Xumar Qədimova – 1966

Gülüstan Əliyeva – 1967

Zulfiyyə Xanbabayeva – 1967

Nüşabə Ələskərli – 1968

Könül Kərimova – 1968

Könül Xasıyeva – 1968

Elza Seyidcahan – 1968

Telli Borçalı – 1969

Mətanət Əsədova – 1970

Gülyaz Məmmədova – 1970

Mənzurə Musayeva – 1971

Aygün Kazımova – 1971

Gülyanaq Məmmədova – 1973

Fədayə Laçın – 1976

Tünzalə Ağayeva – 1976

İlhamə Qasımova – 1976

Nura Suri – 1976

Rəqsanə İsmaylova 1979

Nigar Camal – 1980

İradə İbrahimova – 1980

Elnarə Xəlilova – 1980

Natavan Həbibi – 1981

İradə Mehri – 1982

Sevda Yahyayeva – 1985

Şəbnəm Tovuzlu – 1984

Günay İbrahimli – 1991

Azərbaycanın rusdilli ədəbiyyatı-2019 – Lalə Həsənova

Rusdilli ədəbiyyatın nümayəndələri dedikdə, əsasən azərbaycanlı olan və eyni zamanda Azərbaycanda yaşayan (və ya bir zamanlar yaşamış) başqa millətin nümayəndəsi olub rus dilində əsərlər yazan müəlliflərin yaradıcılığı nəzərdə tutulur. Zaman keçdikcə vətəndən uzaqda yaşasalar da formalaşdıqları, şəxsiyyət olaraq yetkinləşdikləri ictimai – tarixi mühit, maddi-mənəvi, psixoloji dəyərlər müəlliflərin bədii yaradıcılığına təsir edir. Mühacirət ədəbiyyatında olduğu kimi, yaşadıqları yeri tərk edib yeni ölkələrdə məskunlaşan insanlarda, tarixən bağlı olduqları kontekstə maraq daha da artır.

Rus müəllifləri (və başqa millətlərin nümayəndələri) və rusdilli (azərbaycanlı) müəlliflərin yaradıcılığı fərqləndirilir. Hər bir yazıçının öz milli tarixi dəyərlərinə (mifologiyasına, ədəbiyyatına, tarixinə və s.) bağlılığı qeyd olunur. Zənnimizcə, Azərbaycanda yaşayıb yaradan müəlliflərdə bu xüsusiyyət fərqli şəkildə özünü biruzə verir: Azərbaycanlı yazıçıların yaradıcılğında rus klassiklərinin təsiri güclüdür, rus və ya digər millətə xas müəlliflər isə yaradıcılıqlarında doğma milli kontekst ilə yanaşı xalqımızın mili mənəvi dəyərlərinə də yer vermişlər.

Rusdilli sənətkarların əksəriyyəti daha yaşlı nəslin nümayəndələri olduğundan onların əsərlərində ötən illər nostalgiya ilə xatırlanır, ömrü boyu məhəbbətinin axtaran romantik, idealist personajlar üstünlük təşkil edir.

Ötən ilin poeziyasına nəzər salsdıqda Elizaveta Qasımova, Marat Şəfiyev, Natalya Voronina, Tamara Vereskunova, Səidə Sübhi, Marina Mürsəlova, Alina Talıbova və b. şairlərin şeirləri çap olunduğunu görə bilərik. Tofik Ağayev öz ənənəvi şeir formasına sadiqdir. Yığcam sətirlərdə fəlsəfi məzmun, böyük mətləblərdən bəhs edə bilmək – müəllifin yaradıcılıq kredosudur. “Ulduzların gözqamaşdırıcı mənası” poetik silsiləsində, pafosdan, mürəkkəb, yersiz epitetlər sistemindən imtina edən şair hər dəfə yeni ifadə tərzi seçərək fərqli duyğulardan, düşüncələrdən bəhs edir:

Səhvlərlə dolu sözün,

Son sözünü deməsinə imkan verin

Gecə ulduzları yığmaq,

(Sətri tərümə məqalə müəllifinindir).

Daimi müəlliflərlə yanaşı “Literaturnıy Azerbaydjan” jurnalının ilk nəşr bölməsində gənc qələm sahiblərinin yaradıcılığına da yer verilir. Hüseyn Səfərovun “Mizantrop” şeiri maraqlı nümunə olaraq yadda qalır. İlk qələm təcrübəsində fərqli duyumun yer alması, dörd misrada insan ömrünü lakonik formada, tam şəkildə ifadə etməsi gənc şairin uğurudur:

Çılpaq ayağıma ayyaqıbı geyinəcəyəm,

Ləpirlənməmiş (xam) cığır

mənə yol göstərəcək.

Palçıq içində gəzişib

sonradan buludlara yuksələcəyəm.

Göyü çirkləndirdikdən sonra

yenidən öz mağarama qayıdacağam.

(Sətri tərümə məqalə müəllifinindir).

Rus dilli müəlliflər uşaq ədəbiyyatına da öz töhfələrini vermişlər. İl ərzində Tatyana Xaritonova – Aranoviçin “Cvetik -semicvetik” silsiləsindən “Yaşıl”, “Lilovıy”, “Narıncı”, “Göy”, “Sabahın xeyir”, “Axsamın xeyir”, Tofik Ağayevin “Myau”, “Tarakan” və b. şeirləri çap olunmuşdur.

2019-cu ilin nəsrinə nəzər saldıqda klassik üslubda yazılmış əsərlərin üstünlük təşkil etdiyi görünür. Hekayələrə gəldikdə burada yumoristik (Leyla Bəyim), antiutopik (Erik Qauzer (“Robotların işi”), fantastik (Temur Məmmədzadə “Könüllü”), kino üçün hekayə (Efim Abramov “Noktyuron”), pritçalar (Aydan), novellalar və b. əsərlər qələmə alınmışdır.

Müharibə, faciələrimiz yenə də əsas müraciət olunan mövzular sırasında qalmaqdadır. Marina Mürsəlovanın “Mən səni gözələyəcəyəm” əsərində hadisələr müharibənin müxtəlif ailələrə “əks- sədası” olaraq canlandırılmışdır. Lakin müxtəlif ailələrdə yaşanan faciələr yalnız müharibə ilə bağlı deyil. Bəzilərinin bədbəxtliyinin səbəbi müharibədirsə, Nərminənin ailəsində yaşanan faciə mənəvi səbatsızlıqdan yaşanır.

Çağdaş bədii ədəbiyyatda esseizm vüsət almaqdadır. Əsasən müasir problemlər – xüsusən Qarabağ hadisələrinin əks olunduğu əsərlərdə müəlliflər öz yanaşmasını, münasibətini ifadə etməkdən çəkinmirlər (Marina Mürsəlovanın adıçəkilən hekayəsi).

Ləman Bağırovanın “Addım səsləri” hekayəsinin mövzusu yeni olmasa da, personajların dəqiqi ştrixlələrlə işlənmiş portreti, öz həyatını yaşayan ailə üzvlərinin obrazları ailədaxili münasibətlərin əyaniləşdirilməsinə xidmət edir. Hekayədə doğma insanlar arasında bağlılığın yoxluğu, həyatın mənasını itirməsini, inersiya ilə yaşamın ağırlığı ifadə olunur.

Valentin Cumazadənin nostalji doğuran hekayətlər silsiləsindən “Altruist”, “Besedka”, “Qastarbayter”, “Dəmir qapılar” əsərlərində, Natiq Rəsulzadənin “Uçan su”, “Müşahidəçi” hekayələrində müxtəlif insan taleləri təsvir edilmişdir. Hekayələrin personajları öz daxili dünyası ilə harmoniyada yaşayan, “qəhrəman” olmasalar da bütöv şəxsiyyət kimi yaşamağı üstün tutan adi insanlardır.

Son illər yaranan personaj tipajlarına nəzər salsaq əsasən caşqın, həyatda özünü tapa bilməyən, sosial problemlərin ağırlığı altında əzilən insanlar üstünlük təşkil edir. Oktay Mirqasımın son illər davamlı olaraq povestləri çap olunur. “Həmahənglik qanunu” əsəri öncə müharibə gercəkliklərinin təsviri ilə oxucunu cəlb etsə də, tezliklə bu məkan dul qalan əsgər qadının timsalında müasir həyatımızda yer alan sosial, mənəvi problemlər – evini əlindən almağa çalışaraq ona təyziq göstərən qonşular, sənət aləmində yaşanan intirqaların təsviri ilə əvəzlənir. Mədinənin güçlü insan olması, əzmkarlığı təkrar-təkrar vurğulansa da, onu obraz olaraq ifadə edə biləcək hər hansı bir detal, təsvir yer almadığından personaj yadda qalmır. Tez-tez dəyişən hadisələrin, məkanların, effektli səhnələrin təsviri dolğun psixoloji obrazın canlandırılmasına əngəl olur. Əsərdə adi həyat düzəninin pozulması ilə yaşanan, insan həyatını dözülməz edən şərtlər düzgün müəyyən edilsə də, həyatımızı məhv edən, bizə rahatlıq verməyən çox zaman qlobal problemlər yox, ünsiyyət, diqqət istəyi kimi adi insani keyfiyyətlərin yoxluğudur, təklənən, mənəvi və fiziki yalnızlığı yaşamağa çalışan qadın obrazı bədii şəkildə səciyyələndirilməmişdir.

Müəlliflər müasir mövzulara çox həssasdırlar, biz bunu illərdir müşahidə edirik. Təəssüf ki, bir çox əsərlərdə problemlərin bədii şərhi yer almır, müasir insanın yaşadığı psixoloji təbəllüatların dolğun təsviri verilmir. Bu məqamların üstündən ötən yazıçılar, əsasən diqqətini daha çox hadisələrin təsvirinə yönəldir, sadaladığımız bədii keyfiyyətləri kəskin süjet xətti ilə kompensasiya etməyə çalışırlar. Leyla Mirzəyevanın “Dekompresiya effekti” povesti, Rəşid Nağıyevin “Ödənməmiş borclar” hekayəsi təssüf ki, bu sırada kı əsərlər arasında xatırlanır.

Silsilə povestləri ilə gündəmdə olan daha bir yazıçı Tahir Əlidir. Ötən il müəllifin “Mirzə Xəlil və ölüm” povesti çap olunmuşdur. Dedektiv janrında qələmə alınmış əsərdə, silsilənin əvvəlki nümunələrində olduğu kimi, əsas personaj Mirzə Xəlilin həyatından bir epizod canlandırılmışdır.

Klassik əsərlərdə ənənəvi binar yanaşma “ağ-qara”, “pis-yaxşı” qarşıdurması yer alırsa, yaradıcılığında realizmin digər cərəyanlarla sintezinə üstünlük verən müəlliflərin əsərlərində sosial deyil ekzistensial təsvir canlandırılır. Məsələn, Natik Rəsulzadənin “Qapı arxasında dayanan” əsərində seçim qarşısında qalan insan – əbədi yaşam üçün mənəviyyat qanunlarına zidd olaraq başqa birini öldürməli olan insan əks olunur.

İlin ədəbi mənzərəsinə nəzər saldıqda əsasən hekayə və povestlərin üstünlük təşkil etdiyi görünür. İri həcimli əsər olaraq Tofiq Məliklinin “Suyu axtaran adam” avtobioqarfik əsərini qeyd etmək olar.

Müasir ədəbiyyatda mətn yalnız müəllifə deyil, həm də oxucuya məxsusdur. Əsəri ancaq müəllif yaratmır, mətnlə dialoqa girən oxucu özünün mütaliə səviyyəsi, intellekti imkan verdiyi qədər mətnə dalaraq onun məzmununa vara bilir. Mətndə xatırlanan əsərlər, simvollar, obrazlar, motivlər oxucunu müəyyən istiqamətdə yönləndirir. Məlumdur ki, bir çox müasir mətnlər bədii nümunələrlə, mövzularla oyun əsasında qurulur. Əsər sanki sxemdir. Onun dolğunlaşması, məzmunun açılması üçün oxucu müəllifin verdiyi ipuclarını anlaya bilməlidir.

İlqar Safatın “Çexovun silahı” pyesində əsas istinad mənbəyi A.Çexov yaradıcılığıdır. Rejissor Çexovun “İvanov” əsərini səhnələşdirir və bütün hadisələr həmin tamaşa oynanılacaq gün, eyni məkanda və müəyyən zaman çərcivəsində baş verir. Hərəkətin, hadisələrin minimuma endirilməsi ilə müəllif psixoloji təsvirə köklənir. Məhdud personajın, məkan və zamanın yer aldığı əsərdə A.S.Puşkinin “Daş qonaq”, “Valkiriya”, “Medeya” (Evripidin faciəsində ehtirasın qələbəsi ilə insanın şəxsiyyət olaraq məhv olması), mifik personajlar, şeytana mürəkkəb qabı atan Martin Lyuter, kimi bir çox tarixi və ədəbi personajlar xatırlanır, zaman sərhədlərinin itməsi ilə Bekket, Çexov, Şekspir birgə toplanaraq hadisələri seyr edirlər.

Səhnələşdirilən əsərin personajı olan İvanov Hamletin rus variantı olaraq qiymətləndirilir. Özünü sənətə, ehtiraslarına qurban verən, sonda həm yaradıcılıqda, həm də şəxsi həyatda məğlub olan, yalnış dəyərlərlə yaşayan insan olaraq canlandırılan rejissorun taleyi ilə İvanovun həyatınıda oxşar məqamlar çoxdur. Dramaturq bir çox xatırlatmalar vasitəsilə xarakterin bütövləşməsinə çalışsa da, sanki qarşısına qoyduğu məqsədə nail ola bilmir.

İnterteks əsasən yazıçını yeni ideyalara yönəltsə də, nəzərdən keçridiyimiz əsərdə əks effekt alınır, maraqlı simvollara, bədii mənbələrə müraciət uğurlu olsa da, mövzunun yeni cizgilərlə zənginləşməsi yer almır. “Mən elə bir xəstəliyə mübtəlayam ki, o müalicə olunmur!” deyən personaj yalnız məlum sırada yer alır, sanki müəllif özünün geniş mütaliə dairəsindən qurtula bilmir.

Rusdilli ədəbiyyatımızın nümayəndələrindən biri olan Leyla Bəyimin bu il iki yeni əsəri çap olunmuşdur. “At gedişi ” pyesində tarixi bir material- Xurşudbanu Natavanın Düma ilə görüşü, Xan qızı ilə bağlı bioqrafik məqamın (ailəsinin dağılma səbəbləri) yeni interpretasiyası təsvir olunmuşdur. Tarixi materialın müasir dövrlə əlaqələndirilməsi (Orxan Camalın ölümü) maraq doğursa da, dialoqlarda informasiyanın bədiiliyi üstələdiyi, personajların replikalarında fərdi nitq xüsusiyyətlərinin gözlənilməməsi pyesin bədii keyfiyyətlərinə xələl gətirir.

Müəllifin (Efim Abramovla birgə) “Böyük köpək bürcü” melodramının personajları kütlədən biri ola bilməyən, mənəvi sarsıntı yaşayan, təklənən insanlardır. Əsəri mifoloji kontekstə bağlayan personajların adları, Teo ((Allahın lütfü, hədiyyəsi), Miya (M(ar)iya, Aris (müharibə Allahı), (Böyük köpək bürçü)), ilk baxışda sadə görünən süjet xəttinin dolğunlaşmasına, mövzunun daha mürəkkəb məzmun kəsb etməsinə səbəb olmuşdur.

Bir çox ölkələrdə milli və rusdill ədəbiyyat əsasən paralel şəkildə, “kəsişmədən” inkişaf edir, çünki dil baryeri çox zaman müəlliflərin bir-birinin yaradıcılığını izləməsində maneə rolunu oynayır. Lakin ölkəmizdə bu hal yaşanmır, çünki mütəmadi olaraq azərbaycan dilindən rus dilinə və əksinə tərcümələr həyata keçirilir.

Azərbaycanın əsas rusdilli orqanı olan “Literaturnıy Azerbaycan” jurnalının səhifələrində müasir və klassik ədəbi irsimiz tərcumə edilərək dərc edilir. Nəzərdən keçirdiyimiz il ərzində Mustafa Çəmənlinin “Üç il əsirlikdə” (tərcüməçi Elşadə Əzizova), Varis Yolçuyevin “Metamorfoz” (tərçuməci Nicat Məmmədov), Orxan Fikrətoğlunun “Yad” (tərcuməçi Cavid Abbasov) və b. jurnalın səhifələrində rus dilində çap olunmuşdur.

Ölkə hüdudlarından kənarda yaranan rusdilli ədəbiyyat Afaq Şıxlı, Murad İbrahimbəyov, Samid Ağayev, Eldar Əhədov və başqa onlarla yazıçı və şairlərimiz tərəfindən təmsil olunur. Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsi Abuzər Bağırovun rəhbərliyi ilə fəaliyyətini davam etdirməkdədir. Abuzər Bağırovun tərtibçiliyi ilə son illərdə “Pogtı azerbaydjanüı moskviçi. Antoloqiə” kitabı nəşr edilmişdir. Leyla Əliyevanın poeziyası dünyanın bir çox dillərinə tərcümə olunaraq, geniş oxucu auditoriyası tərəfindən tanınmaqda və sevilməkdədir.

Beləliklə, təhlillər Azərbaycanın rusdilli ədəbiyyatının respublika daxilində olduğu kimi, ölkəmizin hüdudlarından kənarda da inkişaf etməkdə olduğunu söyləməyə əsas verir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Comments are closed, but trackbacks and pingbacks are open.