Press "Enter" to skip to content

Azərbaycanda TƏBİB adlı publik hüquqi şəxs yaradılıb

“Publik hüquqi şəxslər haqqında” Qanun (bundan sonra – PHŞ) 2015-ci il dekabrın 29-da, onun tətbiqi barədə Prezident Fərmanı 2016-cı il fevralın 3-də qəbul edilib.

Publik hüquqi şəxslər: cavabsız suallar

“Publik hüquqi şəxslər haqqında” Qanun (bundan sonra – PHŞ) 2015-ci il dekabrın 29-da, onun tətbiqi barədə Prezident Fərmanı 2016-cı il fevralın 3-də qəbul edilib.

Keçən 6 ilə yaxın müddətdə cəmi 9 maddədən ibarət Qanuna 4, Fərmana isə 5 dəfə dəyişiklik edilib. Qanunvericilik prosesinin keyfiyyəti göz qabağındadır. Bu statistik görüntülərlə, çeşidli bəhanələrlə mübahisələndirilə bilər. Daha önəmli olan isə qanunun mahiyyəti, keyfiyyəti və nizamlama dəyəri ilə bağlı iradlardır.

Bu Qanun ən az dartışılan qanunlardandır. Əslində, qanunvericiliyin keyfiyyəti, daha geniş yanaşsaq, qiymətləndirilməsi ilə çox az hüquqçu maraqlanır. Adətən, bu, plagiat elmi “əsərlər” və praktik hüquqçuların qarşılaşdığı və yumşaq etiraz etdiyi epizodik deyinmələrlə qapanır. Amma bir gün hamı gözünü açıb görəcək ki, ölkə PHŞ-lər və onların doğurduğu problemlərlə doludur.

Qanunu oxuyanda ilk gözə dəyən, izahını gözləyən problemlərə baxaq.

Öncə onu deyim ki, əmlak münasibətlərini nizamlayan qanunvericiliyin konstitusiyasında – Mülki Məcəllədə mülki dövriyyədə üç qrup subyektin iştirakı nəzərdə tutulur:

1) Kommersiya qurumları;
2) Qeyri-kommersiya qurumları;
3) PHŞ-lər.

Hə, əslində bu qurumların sayı 3 deyil, üç tam onda beşdir. MM-in 43.3-cü maddəsinə əsasən, “AR mülki hüquq münasibətlərində eynilə başqa hüquqi şəxslər kimi iştirak edir. Bu halda AR-in səlahiyyətlərini hüquqi şəxs olmayan orqanları həyata keçirir”.

Maraqlıdır, hüquqi şəxs olmayan qurumlar mülki dövriyyədə necə hüquqi şəxs kimi iştirak edə bilər? Edə bilərsə, hüquqi şəxs statusu nəyə gərəkdir? Ümumiyyətlə, hüquq subyektliyi bu halda nəyi ifadə edir?

Mülki qanunvericiliyin ana prinsipi – mülki hüquq subyektlərinin bərabərliyi öz rolunu oynaya bilərmi? Arxasında ordu, dövlət hakimiyyəti, məhkəmələr dayanan “subyekt”lə sahibkarın bərabərliyini təsəvvür edə bilirsinizmi? Məhkəmə praktikası belə qurbanlarla dolu deyilmi?

2.2-ci maddəyə əsasən, PHŞ dövlət təşkilatı deyil. 5.4-cü maddə PHŞ-nin müflis elan edilməsini qadağan edir. Müflis elan olunma mülki hüquq subyektinin – kreditorun əmlak mənafelərinin təmin olunmasının, yəni borcluya qarşı tələblərinin ödənilməsinin bir formasıdır. Hətta dövlət də defolt elan oluna bilirsə, onun və ya bələdiyyənin yaratdığı mülki hüquq subyekti nədən müflis elan olunmasın? PHŞ-nin və təsisçisinin cavabdehliyi ilə bağlı normalar (m. 7.5, 7.6) qanundan çıxarılıbsa, PHŞ-nin öhdəliklərinin icrasına hansı təminatlar var?

3.1-ci maddədə PHŞ-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının hədləri eynilə QHT-lərdə olduğu kimi qısıdılıb – onlar bu fəaliyyətlə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Qanunvericilik hər iki növ təşkilatlar üçün bu fəaliyyətin hədlərini dəqiqləşdirmir. Bu “bezrazmer” qayda hüquq nizamlamasında nə məqsəd daşıyır və onun rolu nədən ibarətdir?

4.3-cü maddədə deyilir: “Bu Qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla publik hüquqi şəxsin yaradılması ilə bağlı məsələlər MM-lə tənzimlənir”.

Bu xüsusiyyətlərin bir çoxu MM-in qaydalarına tamamilə ziddirsə onlar nə dərəcədə hüquqi və legitimdir? “Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunu”nun 2.5-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir”sə, ona zidd qaydaları müəyyən etməkdə məqsəd nədir?

8.2.6-cı maddəyə əsasən, xalis aktivlərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), PHŞ-yə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) onun bağlanmasına təsisçilərin razılığı tələb olunur. MM-in 49-1-ci maddəsində hər iki halda 5 faiz nəzərdə tutulur. Bu fərqin mənası nədir?

Belə bir fərziyyə irəli sürmək olar ki, antikorrupsiya tədbiri kimi qanunvericiliyə daxil edilmiş bu normanın PHŞ-lərlə bağlı interpretasiyası onlara verilmiş dövlət və bələdiyyə əmlakından daha liberal istifadə qaydası müəyyən etməkdir. Axa dövlət orqanlarında korrupsiya halları kommersiya və qeyri-kommersiya qurumlarından daha az müşahidə olunur!

Bəzi dəyişikliklər barədə.

1.2-ci maddə (Bu Qanun dövlətə məxsus müəssisələrə şamil edilmir), 5.3-cü maddə (Dövlət orqanları və bələdiyyə orqanları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri yaratdıqları PHŞ-lərə ötürə bilməzlər), 7.5-ci maddə (Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları PHŞ-nin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün PHŞ-yə verdiyi əmlakın dəyəri həddində məsuliyyət daşıyır), 7.6-cı maddə (Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları PHŞ-nin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir) Qanundan çıxarılıb. Bu maddələr nəyə görə Qanuna daxil edilmişdi? Onların çıxarılmasından sonra bu məsələlərin həlli hansı qaydalarla nizamlanır?

Deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, bu Qanunun məqsədi hüquqi şəxs qəlibinə sığmayan, qanuni-qanunsuz fəaliyyət göstərən və ya yeni yaradılan, mülki dövriyyədə iştirak edən qurumlara qanuni don geyindirməkdir. Bu zaman qanunverici leqal hüquq konstruksiyalarını dağıdaraq ölkə qanunvericiliyinin müddəalarına məhəl qoymadan PHŞ-lər üçün özəl, ölçüsüz bir akt qəbul edib.

Sonu olmaya daha bir son qeyd. MM-in 64.6-cı maddəsinə əsasən, “Dövlət orqanları və yerli özünüidarə orqanları təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilməzlər”.

“PHŞ haqqında” Qanunun 6.2.8-ci maddəsinə əsasən, PHŞ-yə təsərrüfat cəmiyyəti yaratmaq və ya onlarda iştirak etmək hüququ verilə bilər. Ana Qanunun (MM) dövlət və yerli özünüidarə orqanına qadağan etdiyi səlahiyyəti bu orqanlar necə başqasına verə bilərlər?

Azərbaycanda TƏBİB adlı publik hüquqi şəxs yaradılıb

Azərbaycanda TƏBİB adlı publik hüquqi şəxs yaradılıb Bakı. 20 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev dekabrın 20-də Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.

20 Dekabr , 2018 20:21

https://static.report.az/photo/f99928b6-b989-4213-883b-205bf4ac8bda.jpg

Bakı. 20 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev dekabrın 20-də Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. “Report”un məlumatına görə, fərman ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədi daşıyır. Fərmanda bildirilir ki, Azərbaycan Respublikasında səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində dövlətin iqtisadi potensialının daha da artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaratmışdır. Səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri də Azərbaycanda əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlərdir. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Ölkədə icbari tibbi sığortanın tətbiqi və idarəetmə sisteminin formalaşdırılması məqsədilə qanunvericilik bazası formalaşdırılmış, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanı ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilməyə başlamışdır. Layihə çərçivəsində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilmiş, icbari tibbi sığortanın tətbiqinin üstünlükləri və əhəmiyyəti barədə əhalidə əyani təsəvvür yaranmışdır. Bundan başqa, göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin mövcud əməkhaqlarına müəyyən olunmuş əlavələr həkimlərin və digər səhiyyə işçilərinin sosial rifahının yüksəldilməsinə səbəb olmuşdur. Fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (bundan sonra – TƏBİB) yaratmalı və həmin publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirməlidir. Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə verilir. Müəyyən edilib ki, TƏBİB bu fərmanın 2-ci hissəsinə uyğun olaraq onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir, bu fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir, TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir, TƏBİB-in İdarə Heyətinin sədrini və digər üzvlərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəyə təyin və vəzifədən azad edir, bu fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin təsisçisinin səlahiyyətlərini (o cümlədən “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası qanununun 6.3-cü maddəsinə uyğun olaraq publik hüquqi şəxsin nizamnaməsinin təsdiq edilməsini) TƏBİB həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin bu fərmanın 2-ci hissəsinə uyğun olaraq 2019-cu il ərzində TƏBİB-in tabeliyinə verilməsi, icbari tibbi sığortanın məlumat bazasının və müvafiq proqram təminatının yaradılması, TƏBİB-in fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması və qəbulu, habelə onun tabeliyinə verilən tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə bağlı aparılacaq işlərə cari rəhbərliyi həyata keçirməli və həmin işləri əlaqələndirməli, aidiyyəti dövlət orqanlarının və qurumlarının bu işlərdə iştirakını təmin edəcək tədbirlər görməlidir. Nazirlər Kabinetinə Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək, bu fərmanın 6.5.1 – 6.5.4-cü yarımbəndlərində nəzərdə tutulan tapşırıqların icrasının təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və TƏBİB-ə müvafiq kömək göstərilməsini, o cümlədən qeyd olunan məsələlərlə bağlı onların müraciəti əsasında zəruri maliyyələşməni, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun olaraq normativ hüquqi aktların qəbulunu, habelə 2019-cu il ərzində malların (işlər və ya xidmətlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bir mənbədən satınalma metoduna əsaslanmaqla təmin etmək, bu fərmanın 2-ci hissəsinə uyğun olaraq dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı təhvil-təslim işlərinin aparılması, icbari tibbi sığorta sisteminə inteqrasiyasının təmin olunması, onlarda informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə müvafiq proqram təminatının yaradılması, habelə həmin tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə əlaqədar digər zəruri tədbirlərin görülməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsinin sədrliyi ilə Maliyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiyanın yaradılmasını bir ay müddətində təmin etmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. 6. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bir ay müddətində TƏBİB-in nizamnaməsini, strukturunu təsdiq etməli, TƏBİB-in dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etməli, beynəlxalq təcrübə nəzərə alınmaqla, bu fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi ilə bağlı təkliflərini və normativ hüquqi aktların layihələrini və təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaitinin idarə edilməsini və icbari tibbi sığorta üzrə sığortaolunan şəxslərə tibbi xidmətlərin həmin fondun vəsaiti hesabına göstərilməsini təmin etməli, 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Azərbaycan Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərini, o cümlədən (icbari tibbi sığortanın məlumat bazasının yaradılmasını və bütün ölkə üzrə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyasını, nformasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə, TƏBİB-in tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan müəssisələrdə gəlirlərin və xərclərin uçotu da daxil olmaqla, həmin tibb müəssisələrinin tam idarə edilməsini təmin edəcək proqram təminatının hazırlanmasını (alınmasını) və geniş tətbiqini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya resurslarının icbari tibbi sığortanın tətbiqini təmin edəcək hədlərdə Səhiyyə Nazirliyinin informasiya resurslarına inteqrasiyasını və qarşılıqlı məlumat mübadiləsinin tətbiqini, icbari tibbi sığortanın tam şəkildə həyata keçirilməsi üçün lazım olan normativ hüquqi aktların, o cümlədən tibbi protokolların və digər sənədlərin tətbiqini, bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin 2020-ci il yanvarın 1-dən etibarən fəaliyyətinin təmin edilməsi ilə bağlı onların ixtisaslı kadrlarla komplektləşdirilməsini, icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanmasını və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini, TƏBİB-in tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan müəssisələrdə işləyəcək tibb işçilərinin işə qəbulu qaydasına dair təkliflərin Dövlət İmtahan Mərkəzi ilə birlikdə hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini) təmin edən, lakin bunlarla məhdudlaşmayan tədbirlər görməli, bu Fərmanın 6.5.1 – 6.5.5-ci yarımbəndlərində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər icbari tibbi sığortanın tətbiqi, habelə TƏBİB-in fəaliyyətinin təşkili ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq kömək göstərilməsini təmin etməli, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu fərmandan irəli gələn məsələləri həll etməli, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. Bu fərmanın 2-ci hissəsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Publik hüquqi sexs haqqında qanun

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman verib.

“Qafqazinfo” xəbər verir ki, fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi (bundan sonra – Mərkəz) yaradılsın.

3. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

4. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

5. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

5.1. Azərbaycan Respublikasının Prezidentinə:

5.1.1. Mərkəzin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

5.1.2. Mərkəzin yenidən təşkili və ləğv edilməsi;

5.2.1. bu Fərmanın 5.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5.3. Mərkəzin ilkin nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yaşayış sahələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müvafiq torpaq sahəsinə bağlılığının təsbit edildiyi qüvvədə olan qanunlarda dəyişikliyi nəzərdə tutan qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Mərkəz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Komitənin Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin balansındakı əmlakın Mərkəzin balansına verilməsini təmin etsin;

7.2. bu Fərmanın 2-ci hissəsinə və 7.1-ci bəndinə uyğun olaraq Mərkəzin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Mərkəzin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3. bu Fərmanın 4-cü hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş xidmətlərə görə ödənilən xidmət haqqı məbləğlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

7.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Müəyyən edilsin ki:

8.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikintisinə icazə tələb olunan, lakin həmin Məcəllənin 89.1-ci maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinə münasibətdə, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hallarda bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan xidmətlərin göstərilməsinə görə xidmət haqqı ödənilmir;

8.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 7.3-cü bəndinə uyğun olaraq xidmət haqqı müəyyən edənədək həmin xidmət haqqını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Komitə müəyyən edir.

9. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1095; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2016, № 11, maddə 1831; 2017, № 1, maddə 39) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 3-cü hissədən “aparatının” sözü çıxarılsın və həmin hissədə “135” rəqəmləri “cəmi 220 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 170 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50” sözləri ilə əvəz edilsin.

9.2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

9.2.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.”;

9.2.2. aşağıdakı məzmunda 7.1-1-ci və 7.2-1-ci bəndlər əlavə edilsin:

“7.1-1. ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirir;”;

“7.2-1. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;”;

9.2.3. 7.4-cü bənddən “dövlət şəhərsalma kadastrının aparılması üçün normativ-metodoloji təminatın yaradılmasını və bütövlükdə” sözləri çıxarılsın və həmin bəndə “respublika üzrə” sözlərindən sonra “qanunvericiliklə” sözü əlavə edilsin;

9.2.4. 7.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7.5. bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirir;”;

9.2.5. 8.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;”;

9.2.6. 8.9-cu və 8.10-cu bəndlər çıxarılsın;

9.2.7. aşağıdakı məzmunda 8.13-1-ci bənd əlavə edilsin:

“8.13-1. tikintisinə icazə verilən binaların memarlıq planlaşdırma bölmələrində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması üçün tədbirlər görmək;”;

9.2.8. 8.16-cı bənddən “dövlət şəhərsalma kadastrı xidmətinin təşkili üzrə müvafiq normativ-metodiki baza yaratmaq,” sözləri çıxarılsın;

9.2.9. aşağıdakı redaksiyada 8.20-1 – 8.20-6-cı bəndlər əlavə edilsin:

“8.20-1. müəyyən edilmiş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı sənədi təsdiq etmək;

8.20-2. yaşayış məntəqələri ərazilərinin və ya onların ərazi hissələrinin müfəssəl planlarını təsdiq etmək;

8.20-3. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək;

8.20-4. strukturuna daxil olan qurum vasitəsilə və ya bilavasitə tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy vermək;

8.20-5. tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək;

8.20-6. müəyyən edilmiş ərazilərdə səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasının müvafiq ərazinin memarlıq üslubuna uyğunluğunun yoxlanılmasını təşkil etmək;”;

9.2.10. 8.27-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.27. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;”;

9.2.11. 9.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;”;

9.2.12. 9.3-cü bəndə “baş memarların” sözlərindən sonra “, habelə digər memarların” sözləri əlavə edilsin;

9.2.13. 9.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“9.10. zəruri məlumatların əldə edilməsi üçün müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və sorğuda qeyd olunan məlumatları (sənədləri) almaq;”;

9.2.14. 13-cü bənd aşağıdakı redaksiyada verilsin:

“13. Komitə sədrinin birinci müavini və üç müavini vardır. Komitə sədrinin müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Komitə sədrinin müavinləri sədrin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.”;

9.2.15. 14.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“14.2. Komitənin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) və Şəhərsalma Şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 17-1-ci bəndində Komitənin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;”;

9.2.16. aşağıdakı redaksiyada 14.2-1-ci bənd əlavə edilsin:

“14.2-1. Komitənin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini təsdiq edilmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edir;”;

9.2.17. 14.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“14.5. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Komitədə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;”;

9.2.18. aşağıdakı redaksiyada 17-1-ci bənd əlavə edilsin;

“17-1. Komitənin kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

17-1.1. Komitə ilə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

17-1.2. qəbul edilməsini Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin Komitəyə tapşırdığı konkret normativ hüquqi aktlar;

17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

17-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

17-1.5. Komitə sədrinin təşəbbüsü ilə Komitənin kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

17-1.6. bu Əsasnamənin 17-1.1 – 17-1.5-ci yarımbəndlərinə uyğun olaraq Komitənin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi.”;

9.2.19. 19-cu bənd çıxarılsın;

9.2.20. 20-ci bənddə “çatdıra bilərlər” sözləri “çatdırmaq hüquqları vardır” sözləri ilə əvəz edilsin;

9.2.21. 21-ci bənddən “rəhbərləri” sözü çıxarılsın və həmin bənddə “edilə bilərlər” sözləri “edilirlər” sözü ilə əvəz edilsin;

9.2.22. 22-ci bəndin ikinci cümləsində “Şura haqqında Əsasnamə və onun” sözləri “Şuranın” sözü ilə əvəz edilsin;

9.2.23. 8.2-ci, 8.3-cü, 8.15-ci, 8.19-cu, 8.20-ci, 8.24-cü, 8.29-cu, 9.8-ci və 9.15-ci bəndlərdən ismin müvafiq hallarında “öz səlahiyyəti daxilində” sözləri çıxarılsın.

10. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Strukturu”nun mətni 1-ci hissə hesab edilsin və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

“2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi.”.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Comments are closed, but trackbacks and pingbacks are open.