Publik hüquqi şəxs nədir? Dövlət büdcəsi yükdən azad olur
Belə ki, qanuna əsasən publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
Publik Hüquqi Şəxs nədir?
Publik hüquqi şəxs doktrinası 200 il öncə Fransada meydana gəlsə də Azərbaycanda yeni yaradılan bir mexanizmdir. 2015-ci il 29 dekabr tarixində qəbul edilmiş “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası qanununa əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
Dövlət hakimiyyətinin 3 qolu var: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. İcra hakimiyyəti orqanları təsərrüfat idarəçiliyi ilə məşğul ola, gəlir götürə, pullu xidmət göstərə bilməz. Çünki vətəndaş dövlətə vergi və rüsumunu ödədikdən sonra dövlət ondan gəlir götürmək məqsədi ilə başqa bir ödəniş tələb edə bilməz. Burada çıxılmaz vəziyyət yaranır. Ona görə ki, iqtisadiyyat inkişaf etdikcə yeni yaranan bir sıra qurumlar dövlətin adından insanlara pullu xidmət göstərir. Bu cür qurumlara, məsələn, Dövlət Metrologiya və Standartlaşdırma Komitəsindəki müxtəlif laboratoriyaları, Dövlət Əmlak Komitəsində yer quruluşu işlərinin aparılması ilə bağlı xidmətləri aid etmək olar. Belə qurumların sayı kifayət qədərdir və onlar məcburdurlar ki, bu xidmətləri göstərən strukturlarına mülki hüququn adi hüquqi şəxs statusu versinlər. Adi hüquqi şəxs isə o deməkdir ki, onun əmlakı girov qoyula, bu əmlaka qarşı məhkəmə icraatı başlana, bu qurum müflis ola bilər, baxmayaraq ki, bu qurum dövlət əhəmiyyətli funksiyalarını həyata keçirir. Publik hüquqi şəxs doktrinası qarşıya çıxan bütün bu suallara cavab verir. Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var. Publik hüquqi şəxs heç vaxt müflis ola bilməz. İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir.
Business Finance, accounting, contract, advisor investment consulting marketing plan for the company with using tablet and computer technology in analysis.
Bəzi qurumların dövlət büdcəsi vəsaiti hesabına maliyyələşməsinə baxmayaraq həyata keçirdikləri fəaliyyətə əsaslanaraq onları nə hakimiyyətin hansısa qoluna aid etmək mümkündür, nə də belə qurumları sırf hüquqi şəxs adlandırmaq olar. İqtisadiyyat inkişaf etdikcə yeni yaranan bir sıra qurumlar dövlətin adından insanlara pullu xidmət göstərir. Belə qurumların sayı kifayət qədərdir və onlar bu xidmətləri göstərən strukturlarına mülki hüququn subyektlərindən biri olan hüquqi şəxs statusu verməyə məcburdurlar. Çünki vətəndaş dövlətə vergi və rüsumunu ödədikdən sonra dövlət ondan gəlir götürmək məqsədi ilə hər hansı başqa bir ödəniş tələb edə bilməz.
Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də mülki hüququn subyektlərindən biri olan hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var.
- Publik hüquqi şəxs heç vaxt müflis ola bilməz;
- Publik hüquqi şəxsə qarşı məhkəmə iddiaları adi mülki qaydada yox, inzibati icraat çərçivəsində mümkündür;
- Publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, və yaxud zərurət olduqda dövlət büdcəsi hesabına maliyyələşə bilər;
- Publik hüquqi şəxsin əməkdaşları dövlət qulluqçuları ola bilər. “ Publik hüquqi şəxslər haqqında” qanunun 6.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar.
- Onun bağladığı müqavilələr mülki müqavilə yox, dövlət orqanlarının bağladıqları müqavilələr kimi inzibati müqavilə ola bilər. Onun üçün mülki hüququn hüquqi şəxsləri üçün mövcud olan məhdudiyyətlər yoxdur;
- Publik hüquqi şəxsin bilavasitə təsisçisi dövlətdir.
Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Bundan başqa, publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulan halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Eyni zamanda, publik hüquqi şəxsin mənfəəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər. Publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və publik hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
Publik hüquqi şəxs nədir? – Dövlət büdcəsi yükdən azad olur
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən mexanizmlə bağlı qanun da qüvvəyə mindikdən sonra bir sıra dövlət qurumları bu statusa keçib. Belə ki, Dövlət İmtahan Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Müəllif Hüquqları Agentliyi, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi”, “Dənizkənarı Bulvar İdarəsi”, Bakı Nəqliyyat Agentliyi, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tərcümə Mərkəzi, Dövlət Feldyeger Xidməti, “ABAD”, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi, “Patent və Əmtəə Nişanları Mərkəzi , Dövlət Reklam Agentliyi, təhsil ocaqlarından Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxslərə çevrilib.
Xatırladaq ki, Publik hüquqi şəxs anlayışının tarixi 200 il bundan əvvəl təsadüf edir. XIX əsrin axırlarından başlayaraq bir çox Avropa ölkələrində bu mexanizm tətbiq olunmağa başlayıb. Baltik ölkələrində, Gürcüstanda, Ukrayna və Moldova da hüququn yeni doktrinasından istifadə edilir.
Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu (Qanun) ilə tənzimlənir.
Belə ki, qanuna əsasən publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. Publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər. Publik hüquqi şəxsin yaradılması ilə bağlı digər məsələlər Mülki Məcəllə ilə tənzimlənir. Publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulmuş halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Publik hüquqi şəxsin mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər.
Ölkəmizdə Publik hüquqi şəxsə çevrilmənin geniş vüsət aldığı vaxtda bu yeni hüquq fenomeninin üstünlüyü nədən ibarətdir? Dövlət büdcəsinin maliyyələşmə yükündən azad olmasının xeyirləri nədən ibarətdir?
Qeyd olunan suallarla bağlı “Qafqazinfo” ya açıqlama verən millət vəkili Zahid Oruc qeyd edib ki, Azərbaycanda son iki ildə formalaşaqda olan bu yeni hüquq fenomeni müsbət hadisədir: “Bu mexanizm neft bumunun və idarəetmə sistemində islahatların dərinləşdiyi dövlətin bir sıra sahələrin fəaliyyətinə daha realist nəzərlərlə yanaşmağının nəticəsində meydana çıxıb. Söhbət onlara yalnız maliyyə müstəqilliyi vermək, xalq qarşısında fəalyyətlərinin müqabilində yaşarlığını təmin etməkdən ibarətdirmi? Doğrudur, bu amillər var. Ancaq hesab edirəm ki, hazırkı dövrdə hər bir hökumət, dövlət qurumunun fəaliyyəti əsasında o Publik hüquqi şəxsə necə çevrilə bilər? Parlamentdə bu məsələlər ətrafında hələ qanun layihəsi müzakirə olunan zaman daha çox vurğulanırdı ki, Sovet dövründən sonra bir sıra qurumlar yalnız dövlət büdcə vəsaitləri hesabına yaşamağa üstünlük verirlər. Bu isə rəqabət mühitini əngəlləyir. O bir yandan isə şəffaflığa mənfi təsir göstərir. Belə olan təqdirdə cəmiyyətin o quruma ehtiyacının olub-olmamağından asılı olmayaraq zərurəti, ictimai missiyası bəlli olmadan tam təyin olunmamış halda yalnız dövlət strukturları iyerarxiyasında mövcuddursa fəaliyyəti qalmaqda davam edirdi. Bir sıra qurumların dövlət hakimiyyəti orqanları təsnifatında hansı yer almağı bu günə qədər də bəlli deyil. Məsələn, Mərkəzi Bank kimi mühüm bir qurum sizcə, hakimiyyət qolları təsnifatında hansı yerdədir? Hazırkı üç qolun heç birinə aid deyil.
Təhsil müəssisələrinin mühüm bir hissəsi hamısı dövlət sifarişi ilə fəaliyyət göstərdiyi halda pullu xidmətlər həyata keçirirdi. Ancaq onu kommersiya təşkilatı hesab etmək olmaz. Amma gəlir əldə edirlər. Mərkəzi Bank halında kredit verən, artıq maliyyə bazarları sistemində oyunçu olan bir qurum həm də şərtləri müəyyənləşdirirsə, deməli, onun statusu başqalarından fərqlənir”.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.