Mərkəzi Bankın valyuta ehtiyatları azalıb, nağd pul dövriyyəsi isə artıb
Nigar Məmmədova
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb, nağd pul dövriyyəsi isə artıb
Mərkəzi Bankın rəsmi beynəlxalq ehtiyatlarının həcmi açıqlanıb.Mərkəzi Bankdan verilən məlumata əsasən, AMB-nin beynəlxalq ehtiyatlarının həcmi 6 milyard 467,8 milyon ABŞ dollarını təşkil edib. Öncəki aya nisbətən ehtiyatların həcmi 0,36 faiz azalsa da, ilin əvvəli ilə müqayisədə bu rəqəm 2 faiz çox olub.
Mərkəzi Bankın pul bazasının həcmində isə həm aylıq, həm də ilin əvvəli ilə müqayisədə artım qeydə alınıb. Noyabrın 1-nə olan göstəricilərə əsasən, Bankın pul bazasının həcmi 13 milyard 477,6 milyon manat olub. Öncəki ayla müqayisədə bu göstərici 1,8 faiz, ilin əvvəlinə nisbətən isə 6,9 faiz çox olub.
O cümlədən, manatla pul bazasının həcmi 12 milyard 103 milyon manatı təşkil edib. Bu rəqəm əvvəlki aya nisbətən isə 1,1 faiz az olsa da, ilin əvvəli ilə müqayisədə 7,4 faiz çoxdur.
Pul bazasının dövriyyədə olan nağd pulların həcmi 10 milyard 783,9 milyon manat olub. Ötən aya nisbətən dövriyyədə olan nağd pul həcmi 1,6 faiz, ilin əvvəli ilə müqayisədə 7,4 faiz artıb.
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb, nağd pul dövriyyəsi isə artıb
Mərkəzi Bankın rəsmi beynəlxalq ehtiyatlarının həcmi açıqlanıb.
Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, AMB-nin beynəlxalq ehtiyatlarının həcmi 6 milyard 467,8 milyon ABŞ dollarını təşkil edib. Öncəki aya nisbətən ehtiyatların həcmi 0,36 faiz azalsa da, ilin əvvəli ilə müqayisədə bu rəqəm 2 faiz çox olub.
Mərkəzi Bankın pul bazasının həcmində isə həm aylıq, həm də ilin əvvəli ilə müqayisədə artım qeydə alınıb. Noyabrın 1-nə olan göstəricilərə əsasən, Bankın pul bazasının həcmi 13 milyard 477,6 milyon manat olub. Öncəki ayla müqayisədə bu göstərici 1,8 faiz, ilin əvvəlinə nisbətən isə 6,9 faiz çox olub.
O cümlədən, manatla pul bazasının həcmi 12 milyard 103 milyon manatı təşkil edib. Bu rəqəm əvvəlki aya nisbətən isə 1,1 faiz az olsa da, ilin əvvəli ilə müqayisədə 7,4 faiz çoxdur.
Pul bazasının dövriyyədə olan nağd pulların həcmi 10 milyard 783,9 milyon manat olub. Ötən aya nisbətən dövriyyədə olan nağd pul həcmi 1,6 faiz, ilin əvvəli ilə müqayisədə 7,4 faiz artıb.
Nigar Məmmədova
Pul dövriyyəsi (Dövriyyə kapitalının dövriyyəsi)
Pul dövriyyəsi, yaxud dövriyyə kapitalının dövriyyəsi (cash conversion cycle, operating cycle) – onlarla resursların (xammal, material, işçi qüvvəsi) əldə edilməsi anından və hazır məhsulun satılması, onun qarşılığında pul əldə edilməsi anına qədər pul vəsaitlərinin dövriyyə müddətidir. Sözügedən bu müddət günlərlə ifadə edilir və təşkilatın dövriyyə kapitalının idarəedilməsi effektivliyini əks etdirir.
Pul vəsaitlərinin hərəkət tsikli gün şəklində ifadə olunmuş dövriyyənin üç göstəricisinin cəmi olaraq ifadə edilir: ehtiyatların dönərliliyi, debitor borcların dönərliliyi və borc öhdəliklərinin dönərliliyi:
Pul dövriyyəsi (günlərdə) = Ehtiyatların dönərliliyi günlərdə + Debitor borcların dönərliliyi – Borc öhdəliklərinin dönərliliyi günlərdə
Qısa pul tsikli təşkilata cari aktivlərə yatırılmış pul vəsaitlərini tez bir zamanda geri qaytarmağa imkan verir. Tsikl nə qədər azdırsa, təşkilat üçün bir o qədər yaxşıdır. Lakin pul dövriyyəsinin konkret optimal davametmə müddəti sahədən və təşkilatın fəaliyyət xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Təşkilatın pul dövriyyəsi ilə bağlı mənfi göstəriciyə malik olduğu hallara da rast gəlinir. Məsələn, bu, bazarda çox güclü mövqelərə sahib şirkətlərdə rast gəlinir. Sözügedən bu şirkətlər sahib olduğu həmin mövqelər sayəsində həm alıcılara (öz məhsuluna görə ödəniş müddətini azaldaraq), həm də məhsul təminatçılarına (onlardan ödənişlər bağlı təxirəsalma əldə edərək) diktə edə bilərlər.
Comments are closed, but trackbacks and pingbacks are open.