Pul tədavülünün təşkili
Bimetalizm– elə bir pul sistemidir ki, bu zaman dövlət ümumi ekvivalent rolunu iki metalla – qızıl və gümüşə əsaslanır . Hər iki metaldan sərbəst sikkə kəsilməsi və onların qeyri-məhdud miqdarda tədavüldə olması nəzərdə tutulur. İlk sikkələr təxminən 26 əsr bundan əvvəl Çində və qədim Lidiya dövlətində kəsilmişdir. Rusiyada XIX əsrdə və XX əsrin əvvəllərində dövrüyyədə sikkələrdən olduqca geniş istifadə edilirdi. Bimetalizmin üç növü mövcud olmuşdur :
Pul tədavülünün sürəti
Pul tədavülünün sürəti-pul nişanlarının tədavül və tədiyə vasitələri şəklində fəaliyyəti zamanı, onların hərəkətinin intensivlik göstəricisidir. Pul tədavülünün sürəti statistik olaraq, eyni adlı pul vahidlərinin dövriyyələrinin sayı ilə və ya tədavüldəki pul qalıqlarına dövriyyənin nisbəti bazasında hesablanan bir dövriyyənin davamlılığı ilə ifadə olunur. Pul tədavülünün sürəti hesablanarkən, əhalidə olan pul kütləsindən nağd-pul yığımını ayırmaq və əhali əmanətlərindən cari xərclər üçün ayrılan və ona görə də dövriyyədə olan hissəsini nəzərə almaq lazımdır. Nağd pul dövriyyəsinin tam əhatə olunmasından asılı olaraq, pulların bank kassalarına qayıtma sürəti (bank kassalarına qayıdan pul məbləğinin tədavüldə olan pulun orta illik kütləsinə olan nisbəti) və nağd-pul dövriyyəsində pulun sürəti (daxil olan pul məbləğinin verilən nağd pul məbləğinə olan nisbəti, poçtun və əmanət kassaları dövriyyəsinin tədavüldə olan pulun orta illik kütləsinə olan nisbəti daxil olmaqla) fərqləndirilir. Əmtəə dövriyyəsində pul tədavülünün sürəti hesablanarkən, dövriyyədə pul nişanlarının dəyişməsinin ümumi sayı deyil, yalnız əmtəələrin alış-veriş aktlarının xidməti zamanı onların sayı nəzərə alınır. Bu zaman pulların qeyri-əmtəə keçidləri qonşu əmtəə metamorfozalarının arasındakı vaxt dövrünü (belə desək, əvəzçilik səmərəliliyini) uzadır.
27.Pulun tədavül sürəti və pulun kəmiyyət nəzəriyyəsinin tənliyi
VELOCITY AND THE QUANTITY EQUATION
Pulun kəmiyyət nəzəriyyəsinin daha bir istifadə yolu mövcuddur. Onun köməyi ilə biz hər banknotun yeni istehsal edilmiş əmtəə və xidmətlərin ödənilməsi üçün orta hesabla ildə neçə dəfə istifadə olunduğunu öyrənməyə təşəbbüs göstərə bilərik. Bu sualın cavabını pulun tədavül sürəti adlanan iqtisadi dəyişən verir. Fizikada sürət anlayışı obyektin hərəkətinin tezliyini qiymətləndirməyə imkan verir. Iqtisadiyyatda pulun tədavül sürəti banknotların bir adamın pul kisəsindən başqasının portmonesinə keçməsinin tezliyini əks etdirir.
Pul tədavülünün sürətini hesablamaq üçün biz istehsal edilmiş məhsulun nominal dəyərini (nominal ÜDM) pulun miqdarına bölürük. P – qiymətin səviyyəsi (ÜDM deflyatoru), Y – istehsal edilmiş məhsulun miqdarı (real ÜDM) və M – pul miqdarıdırsa, onda pulun tədavül sürəti belə ifadə edilə bilər:
V = (P´Y) / M.
Yalnız pitsa istehsal edən sadə iqtisadiyyatı təsəvvür edin. Tutaq ki, onun istehsal həcmi ildə 100 ədəd pitsadır, bir pitsanın qiyməti 10 dollar, iqtisadiyyatda pulun miqdarı isə 50 dollar təşkil edir. Onda pulun tədavül sürəti:
V = ($10 ´100) / $50 = 20.
Bu iqtisadiyyatda əhali pitsaya ildə 1000 dollar xərcləyir. Xərclərin 1000 dollar məbləğində və pulun ümumi miqdarının 50 dollar olduğu halda hər banknot ildə 20 dəfə əldən-ələ keçməlidir.
Çətin olmayan riyazi əməliyyatdan sonra ilkin tənlik belə təqdim oluna bilər:
M ´V = P´Y
Tənlikdən görünür ki, pulun miqdarının (M) pulun tədavül sürətinə (V) hasili istehsal olunan əmtəənin qiymətinin (P) əmtəənin miqdarına (V) hasilinə bərabərdir. Bu ifadə pulun kəmiyyət nəzəriyyəsinin tənliyi adlanır, ona görə ki, o, pulun miqdarı (M) anlayışını istehsal olunmuş məhsulun nominal qiyməti (P´Y) ilə əlaqələndirir. O göstərir ki, pulun miqdarı çoxalanda, iqtisadiyyatda qiymətin səviyyəsi və ya istehsal olunan məhsulun miqdarı artmalıdır, yaxud da pulun tədavül sürəti azalmalıdır.
Əksər hallarda pulun tədavül sürəti nisbi stabilliyini saxlayır. Misal üçün 27.3-cü şəkildə 1960-cı ildən başlayaraq Amerika iqtisadiyyatının aşağıdakı göstəricilərinin dəyişməsi təsvir olunmuşdur: nominal ÜDM, pulun miqdarı (M2 pul kütləsinin göstəricisi ilə hesablanmış) və pulun tədavül sürəti. Demək olmaz ki, pulun tədavül sürəti sabit qalırdı, lakin onun dəyişmələri tam cüzi idi. Əksinə olaraq, müşahidə olunan dövr ərzində pulun təklifi və nominal ÜDM iyirmi dəfədən çox artmışdır. Ona görə də bəzi hallarda pulun tədavül sürəti kifayət qədər əsasla dəyişməz hesab edilə bilər.
Indi biz qiymətlərin bərabər səviyyəsinin və inflyasiyanın tempinin izahı üçün lazım olan faktları əldə etdik:
- Pulun tədavül sürəti zaman ərzində nisbi sabitliyi saxlayır.
- Pulun tədavül sürəti sabit olduğuna görə MB tərəfindən pulun miqdarının dəyişdirilməsi istehsal olunan əmtəənin (P´Y) nominal dəyərinin proporsional dəyişməsinə səbəb olur.
- Əmtəə və xidmətlərin istehsalat həcmi (Y), əsasən istehsal resurslarının təklifindən və texnologiyaların səviyyəsindən asılıdır. Pulun neytrallıq xüsusiyyətinə görə onların kəmiyyəti məhsul buraxılışının həcminə təsir göstərmir.
- MB tərəfindən pul təklifinin (M) dəyişdirilməsi zamanı istehsal həcmlərinin (P´Y) nominal dəyərinin dəyişməsi baş verir. Yalnız istehsal resurslarının təklifi və texnologiyaların səviyyəsi ilə müəyyən edilən istehsal həcmində (Y) FES-in hərəkətləri qiymətin səviyyəsinin (P) dəyişməsinə gətirib çıxaracaq.
- Ona görə də MB pul təklifini artırdıqda qiymətin artım tempi yüksəlir.
Bu beş mühakimə pulun kəmiyyət nəzəriyyəsinin mahiyyətini təşkil edir.
Praktikum
Hiperinflyasiya dövründə pul və qiymətlər
Zəlzələlər ciddi dağıntılara gətirib çıxara bilər, lakin faydalı xarici effektlə müşahidə olunurlar: onlar seysmoloqlar üçün əhəmiyyətli məlumatlar verirlər. Əldə edilən məlumat gələcək fəlakətlər barəsində qabaqcadan xəbər vermək üçün alimlərə yeni nəzəriyyələr hazırlamağa kömək edir. Eyni qaydada hiperinflyasiya da pul tədavülü məsələlərini öyrənən iqtisadçılara iqtisadiyyatda bilavasitə pulun rolunu tədqiq etmək üçün məlumatlar verir.
Iqtisadiyyatın belə vəziyyəti xüsusilə də ona görə maraqlıdır ki, o qiymətin səviyyəsinin və pul təklifinin əhəmiyyətli dəyişmələri ilə müşahidə olunur. Hiperinflyasiya, adətən, ayda 50%-dən yuxarı olan inflyasiyaya deyilir, yəni bir il ərzində qiymətlərin səviyyəsi yüz dəfədən artıq yüksəlməlidir.
Hiperinflyasiyanı müşahidə zamanı əldə edilən məlumatlar pulun kəmiyyəti və qiymətin səviyyəsi arasındakı möhkəm əlaqəni göstərir. 27.4-cü şəkildə 1920-ci illərdə hiperinflyasiyanın klassik nümunələrini göstərən dörd ölkədə – Avstriya, Macarıstan, Almaniya və Polşada qiymət səviyyəsinin və pul təklifinin qrafikləri verilib. Pul təklifi əyrisinin mailliliyi onun yüksəlişinin sürətini, qiymət səviyyəsi əyrisinin mailliliyi isə inflyasiya templərini müəyyən edir, həm də nəzərə almaq lazımdır ki, əyrilərin mailliliyi nə qədər sərtdirsə, onların müəyyən etdikləri xarakteristikaların artım tempi də bir o qədər yüksəkdir.
Nəzərə alın ki, iki dəyişənin qrafiklərinin davranış hərəkəti tamamilə eynidir. Ilkin etapda pul kəmiyyətinin artımı mülayim xarakterə malikdir, inflyasiya da özünü belə aparır. Lakin müəyyən vaxt ərzində iqtisadiyyatda pulun miqdarı daha tez-tez artmağa başlayır. Təxminən eyni zamanda inflyasiya tempinin hiss ediləcək artımı başlayır. Sonra pulun miqdarı stabilləşəndə, qiymət səviyyəsinin dəyişməsi də yavaşıyır. Verilən qrafiklər Ekonomiksin on prinsipindən birinin çox yaxşı şəklini verir: əgər dövlət həddindən artıq çox pul çap etməyə başlayırsa, inflyasiyanı gözlə.
Inflyasiya vergisi-THE INFLATION TAX
Əgər inflyasiyanın səbəbləri bu dərəcədə sadədirsə, onda nə üçün bəzi ölkələrdə hiperinflyasiya baş verir? Başqa sözlə, bu dövlətlərin MB-ları nə üçün o qədər çox pul çap edirlər ki, onların dəyəri də belə son dərəcə tez aşağı düşür?
Göstərilən suallara cavab ondan ibarətdir ki, bu ölkələrin hökumətləri öz xərclərinin ödənilməsinə görə pulun çap edilməsinə əl atırlar. Yolların tikintisi, polis işçilərinin məvaciblərinin verilməsi, qoca və aztəminatlılara yardım üçün xüsusi fondlar yaratmaq vacibdir. Adətən, onlar vergilərin tutulması hesabına, məsələn, gəlir vergisi və satışa görə vergi, həmçinin dövlət istiqrazlarının buraxılışını həyata keçirməklə əhalidən borc almaq yolu ilə formalaşır. Lakin hərdən hökumətlər öz xərclərini, sadəcə olaraq, zəruri miqdarda pulun buraxılışı hesabına ödəyirlər.
Dövlət öz gəlirlərini çap dəzgahının köməyi ilə artıran zaman, deyirlər ki, o, inflyasiya vergisini yığır. Inflyasiya vergisi başqa vergilərə bənzəmir, ona görə ki, o, bilavasitə heç kimin gəliri ilə hesablanmır və onun təsiri gizli formada üzə çıxır. Hökumət artıq miqdarda pul çap etməyə başlayan zaman qiymətlərin səviyyəsi artır, əhalinin pulları isə öz dəyərini itirir. Beləliklə, pulu olan hər bir kəsə inflyasiya vergisi qoyulur.
Müxtəlif ölkələrdə inflyasiya vergisinin kəmiyyəti vaxtilə nəzərəçarpacaq dərəcədə dəyişirdi. Son illərdə ABŞ-ın iqtisadiyyatında onun kəmiyyəti olduqca cüzi – bütün dövlət gəlirlərinin 3%-indən az idi. Lakin XVIII əsrin 70-ci illərində təzəcə müstəqillik alan ABŞ konqresi hərbi xərcləri, əsasən, inflyasiya vergisinin köməyi ilə yığılan vəsaitlər hesabına ödəyirdi. Yenicə yaranmış dövlətin hökuməti adi vergilərin yığılması və kreditlərin alınması yolu ilə xəzinənin doldurulması üçün məhdud imkanlara malik olduğundan Amerika əsgərlərinin məvaciblərinin ödənilməsi məsələsinin həllində yeni dollarların çap edilməsi ən sadə üsula çevrildi. Pulun kəmiyyət nəzəriyyəsinin nəticələrinə uyğun olaraq belə siyasətin yekunu inflyasiyanın yüksək tempi oldu: il ərzində qiymətlər 100 dəfədən çox artdı.
Təxminən bütün hadisələrdə hiperinflyasiyanın inkişafı Amerika inqilabı zamanı müşahidə olunmuş ssenariyə uyğun baş vermişdir. Adətən, belə vəziyyətlərdə dövlət yüksək xərclərə, vergilərin aşağı səviyyədə daxil olmasına və vəsaitlərin alınmasında məhdud imkanlara malik olur. Nəticədə hökumət iqtisadi problemlərini çap dəzgahının köməyi ilə həll etməyə cəhd göstərir. Pulun miqdarının xeyli dərəcədə çoxaldılması qiymətlərin kəskin surətdə artmasına gətirib çıxarır. Dövlət maliyyə islahatlarını həyata keçirməyə başladığı zaman inflyasiyanın aşağı düşməsi baş verir, məsələn, öz xərclərini azaldır və nəticədə inflyasiya vergisinə ehtiyac qalmır.
Pul sistemi , funksiyaları və tədavülü .
Pul sistemi hər bir ölkədə tarixən formalaşmış və dövlət tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş pul tədavülünü təşkili formasıdır . Pullar xüsusi növ mal olub, bir sıra funksiyaları yerinə yetirən ümumi bir ekvivalentdir . Pulun klassik funksiyaları aşağıdakılardır:
- dəyər ölçüsü
- yığım vasitəsi
- dövriyyə vasitəsi
- ödəniş vasitəsi
- beynəlxalq pullar .
Klassik funksiyalardan başqa pulun modern funksiyaları da mövcuddur:
- İqtisadi fəaliyyətləri stimullaşdıran və ya zəiflədən pul
- Gəlirlərin yenidən bölgü alətləri olaraq pul
- Nüfuz aləti olaraq pul .
Pul sisteminin ən mühüm elementləri aşağıdakı kimidir :
- Milli pul vahidi – Ölkədə vahid kimi qəbul olunmuş , əmtəə və xidmətlərin qiymətinin ifadə edildiyi pul ölçüsü ( rubl, dollar , frank və b. )
- Qiymətlərin miqyası – Ölkədə pul vahidi qismində qəbul olunmuş pul metalının və həmin vahidin hissələrinin çəki ilə miqdarı .
- Pulların emissiya sistemi – pul və ya qiymətli kağızları buraxan qurum ; pulların tədavülə qanunla təsbit olunmuş buraxılması qaydası .
- Pulun formaları – Əmtəə tədavülünün sabitliyini təmin etməyə qabil olan və nağd dövriyyədə qanuni təsdiyyə vasitəsi olan ümumi ekvivalentin müəyyən tipində əşyalaşdırılmış mübadilə dəyəri .
- Valyuta pariteti – Digər valyutalarla nisbəti .
- Pul sistemi instutları – Pul tədavülünü tənzimləyən dövlət və ya qeyri dövlət müəssisələri .
- Tədavüldəki pul kütləsinin strukturu – Nağd və nağdsız pullar , müxtəlif dəyərli kupyurların həsmi arasındakı nisbət ; hesablaşmaların rahatlığı bundan asılıdır .
- Kassa intizam qaydası – Kassa vasitəsilə həyata keçirilən pul hesablaşmaların ümumi həyata keçirilmə qaydaları və onlar üzərində nəzarətin təmin edilmə prinsipləri (ilkin nəzarət banklara həvalə olunur).
Tədavüldə olan pulların növündən asılı olaraq üç pul tədavül sistemi fərqləndirilir :
- əmtəə pul sistemləri .
- metal pulların tədavül sistemi .
- Kredit və kağız pulların tədavül sistemi .
Pul öz inkişafında iki növdə olmuşdur :
Həqiqi pullar– elə pullardır ki, onların nominal dəyəri (onlarda qeyd edilmiş dəyər) real dəyərinə, yəni hazırlandığı metalın dəyərinə uyğun gəlir. Metal pullar (mis, gümüş, qızıl) müxtəlif formaya əvvəlcə ədədi, sonra isə çəki məzmununa malik olmuşlar. Metal pul tədavülü sistemi zamanı pul sisteminin iki növü vardır:
Bimetalizm– elə bir pul sistemidir ki, bu zaman dövlət ümumi ekvivalent rolunu iki metalla – qızıl və gümüşə əsaslanır . Hər iki metaldan sərbəst sikkə kəsilməsi və onların qeyri-məhdud miqdarda tədavüldə olması nəzərdə tutulur. İlk sikkələr təxminən 26 əsr bundan əvvəl Çində və qədim Lidiya dövlətində kəsilmişdir. Rusiyada XIX əsrdə və XX əsrin əvvəllərində dövrüyyədə sikkələrdən olduqca geniş istifadə edilirdi. Bimetalizmin üç növü mövcud olmuşdur :
- Paralel valyuta sistemi– bu zaman qızıl və gümüş sikkələr arasında nisbət kortəbii şəkildə müəyyən edilirdi.
- İkili valyuta sistemi– həmin nisbətin dövlət tərəfindən müəyyən edildiyi sistemdir.
- “Axsayan” valyuta sistemi– bu zaman qızıl və gümüş sikkələr qanuni tədiyə vasitəsi olur. Amma bərəbər əsaslarda yox, çünki qızıl sikkələrin sərbəst kəsilişindən fərqli olaraq gümüş sikkələrin kəsilməsi qapalı qaydada həyata keçirilirdi. Adı da buradandır – valyuta sanki gümüş ayağından ” axsayırdı “.
Qızıl sikkələrin gümüşlər tərəfindən dövriyyədən tam sıxışdırılma təhlükəsi (“pis pullar yaxşıları sıxışdırıb çıxarırlar “) bimetalizmdən imtina etməyə əsas səbəb oldu . Bu qanunauyğunluq tarixdə Kopernik-Qreşem və “ucuz pullar” qanunu kimi məlumdur Kapitalizmin inkişafı sabit pul, vahid umumi ekvalent tələb edirdi. Buna görə də bimetalizm öz yerini monemetalizmə vermişdir .
Monometalizm-elə bir pul sistemidir ki, bu zaman bir pul sikkəsi ümumi ekvivalent rolunu oynayır və nəticədə kağzı pullarda həmin metala dəyişdirilməyə başlayır . Bu və ya digər qiymətli metalın əldə edilmə imkanlarından asılı olaraq, bəzi ölkələrdə gümüş monometallizmi digər ölkələrdə isə qızıl monometallizmi mövcud idi. Qızıl monometallizmi və ya qızıl standart daha geniş yayılmışdır.
Qızıl monometalizminin üç növü mövcuddur:
1. Qızıl sikkə standartı. Qızıl sikkə standartında qızıl bütün pul funksiyalarını yerinə yetirir. Qızıl sikkə standartı kapitalizmin, azad rəqabət dövrünün tələblərinə daha çox uyğun gəlirdi, istehsalın, kredit sisteminin, dünya ticarətinin inkişafına, kapital gətirilməsinə kömək edirdi. Bu standart aşağıdakı əsas əlamətləri ilə xarakterizə olunur:
- Ölkənin daxili dövrüyyəsində tam qiymətli qızıl sikkələr daxil olur, qızıl pulun bütün funksiyalarını yerinə yetirir.
- Fərdi şəxslər üçün sərbəst qızıl sikkə kəsilməsinə icazə verilir.
- Tədavüldə olan tam qiymətli olmadan pullar sərbəst və məhdudiyyətsiz qızıla xırdalanır.
- Qızılın və xarici valyutanının sərbəst aparılması və gətirilməsinə,sərbəst qızıl bazrını fəaliyyətinə imkan verir.
2. Qızıl külçə standartı. Bu onula səciyyələnir ki, banknotlar qızıl külçələrə mübadilə edilir. Ancaq burada, qızılın bilavasitə tədavülü yerinə qızılı təmsil edən banknotların tədavülü prosesidir. Banknotların qarşılıqlarının nə miqdar qızıl olduğu təsbit edilmişdir. Banknotların istənilən an qızıla çevrilmək imkanı vardır. Qızıl külçə standartı zamanı tədavüldə qızıl sikkə və onların sərbəst kəsilməsi yox idi.
3. Qızıl valyuta (deviz)standartı. Qızıl valyuta standartının xüsusiyyəti ondan ibarətdir ki, banknotların devizlərlə, yəni qızıla dəyişdirilmiş xarici valyuta ilə mübadilə edilir.
Dəyər nişanələri elə pullardır ki, onların nominal dəyəri real dəyərindən, yəni onun istehsalına sərf edilən ictimai əməkdən yüksəkdir. Onlara aiddir:
- Metal dəyər nişanları, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr (məsələn, mis, alüminium)
- Kağız dəyər nişanələri, bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız pullara və kredit pullar fərqləndirilir.
1929 -1933 -cü illərin dünya iqtisadi böhranı monometalizm dövrünə son qoydu . Onu ölçüsüz kredit pullar sistemi və ya fidutsiar pul sistemi əvəzləyir və həmin sistem aşağıdakılarla səciyyələnir :
- qızılın demonetizasiyası ( demonetizasiya – qızılın və gümüşün ümumi əmtəə ekvialenti funskiyasından tarixi sıxışdırılması prosesidir ) ;
- banknotların qızıl tutumunun ləğvi ;
- nağdsız dövriyyənin xeyli genişləndirilməsi ;
- kredit pulların hakim mövqeyi ;
- xususi sahibkarlığın və dövlət kreditləşdirilməsi məqsədi ilə pulun emisiyasının gücləndirilməsi ;
- pul tədavülünün dövlət tərəfindən tənzimlənməsi .
Fidustiar (latın sözü fides-etibar) pul sistemləri – bu sistemdə pul nişanları ictimai maddi sərvət göstəricisi deyillər , yəni qızıla dəyişdirilmirlər . Onlar metal puldan kağız pula keçidlə birgə formalaşırlar . İqtisadi ədəbiyyatda üç növ fidustiar pul sistemi vardır .
- keçid ( özündə metal və kağız tədavülünü birləşdirir .) ;
- tam fidustiar standart ;
- elektron-kağız pul sistemləri .
Kağız pullar – məcburi məzənnə ilə təchiz olunmuş və öz xərclərini ödəmək üçün dövlət tərəfindən ödənmiş pul nişanlarıdır . Tarixən metal pulların tədavülündən yaranmışlar . İlk dəfə b.e.ə VIII əsrində Çində istifadə edilib . Kağız pulların ən mühüm çatışmazlığı bundadır ki , dövlət pul nişanlarına olan tələbatı nəzərə almadan tədavülə istənilən miqdarda kağız pul buraxa bilər .
Pul tədavülü iki dairəyə bölünür:
Pul tədavülünün nağd formasında banknotlar , xırda pullar və kağız biletləri yəni öz fiziki formasında ortada olan və ödənişlərin əksər növlərində tətbiq olunan pullar nəzərdə tutulur və istifadə olunur . Nağd pullar anlayışı ilə yanaşı simvolik pullar anlayışı da işlədilir ki , bu da çox vaxt metal pullardır .
Nağdsız pul forması bank hesabatlarındakı və Mərkəzi bankda tələb olunana qədər depozitlər və ya müddətsiz depozitlər , yəni kommersiya banklarının hesabatlarındakı əmanətlərdir .
Comments are closed, but trackbacks and pingbacks are open.