Pul Tələbi Və Təklifi Nədir
Pul təklifi, Pul tələbi və Monetar tarazlıq • Pul tələbinin faiz dərəcələri və iqtisadiyyatda qiymətlərin orta səviyyəsi kimi müxtəlif determinantları vardır. Copyright © 2004 South-Western
Pul artm v inflyasiya 30 Dr Eln BAIRZAD
İNFLYASİYANIN KLASSİK NƏZƏRİYYƏSİ • İnflyasiya: Tarixi aspektlər • 60 ildən çoxdur ki, qiymətlər ildə orta hesabla 5% yüksəlmişdir. • Deflyasiya orta qiymət səviyyəsinin azalmasıdır və ABŞ-da XIX əsrdə baş vermişdir. • Hiperinflyasiya məsələn, 1920 -ci illərin Almaniyasında olduğu kimi çox yüksək inflyasiya səviyyəsini ifadə edir. Copyright © 2004 South-Western
İNFLYASİYANIN KLASSİK NƏZƏRİYYƏSİ • İnflyasiya: Tarixi aspektlər • 1970 -ci illərdə qiymətlər ildə 7 faiz artmışdır. • 1990 -cı illərdə qiymətlər ildə orta hesabla 2 faiz artmışdır. Copyright © 2004 South-Western
İNFLYASİYANIN KLASSİK NƏZƏRİYYƏSİ • Pulun miqdarı nəzəriyyəsi qiymət səviyyəsinin və inflyasiya dərəcəsinin uzunmüddətli faktorlarını izah etmək üçün istifadə edilir. • İnflyasiya ümumilikdə iqtisadiyyatla bağlı fenomendir və ilk olaraq və əsasən iqtisadiyyatın mübadilə vasitəsinin dəyəri ilə əlaqədardır. • Nə vaxt qiymətlərin ümumi səviyyəsi yüksəlir, onda pulun dəyəri də aşağı düşür. Copyright © 2004 South-Western
Pul təklifi, Pul tələbi və Monetar tarazlıq • Pul təklifi Federal Ehtiyatlar Sistemi tərəfindən nəzarət olunan siyasi dəyişəndir. • Açıq bazar əməliyyatları kimi alətlər vasitəsilə Federal Ehtiyatlar Sistemi pulun təklif həcminə birbaşa nəzarət edir. Copyright © 2004 South-Western
Pul təklifi, Pul tələbi və Monetar tarazlıq • Pul tələbinin faiz dərəcələri və iqtisadiyyatda qiymətlərin orta səviyyəsi kimi müxtəlif determinantları vardır. Copyright © 2004 South-Western
Pul təklifi, Pul tələbi və Monetar tarazlıq • Əhali pulu ona görə əlində saxlayır ki, o mübafilə vasitəsidir. • Əhali əmtəə və xidmətlərin qiymətlərindən asılı olaraq əlində pul saxlayır. Copyright © 2004 South-Western
Pul təklifi, Pul tələbi və Monetar tarazlıq • Uzunmüddətli dövrdə ümumi qiymət səviyyəsi pul təklifi ilə pula olan tələbin bir-birinə bərabər olduğu səviyyəyə uyğunlaşır. Copyright © 2004 South-Western
Qrafik 1: Pul təklifi, pul tələbi və tarazlıq qiymət səviyyəsi Pulun dəyəri, 1/P Qiymət Səviyyəsi, P Pul təklifi (Yüksək)1 1 1. 33 3 /4 / 12 Pulun tarazlıqf dəyəri A 2 4 / 14 (Aşağı) 0 (Aşağı) Tarazlıq qiymət səviyyəsi Pul tələbi FED tərəfindən təyin edilən miqdar Pulun miqdarı (Yüksək) Copyright © 2004 South-Western
Qrafik 2: Monetar inyeksiyanın təsirləri Pulun Dəyəri, 1/P MS 1 Qiymət Səviyyəsi, P MS 2 (Yüksək)1 1 1. Pul təklifindəki artım. . . 3 2. . pulun dəyərini azaldır. . . /4 12 / 1. 33 A 2 B / 14 (Aşağı) 3. . qiymət səviyyəsini qaldırır. 4 Pul tələbi (Yüksək) (Aşağı) 0 M 1 M 2 Pulun miqdarı Copyright © 2004 South-Western
İNFLYASİYANIN KLASSİK NƏZƏRİYYƏSİ • Pulun miqdarı nəzəriyyəsi • Qiymət səviyyəsinin necə müəyyən edildiyi və zaman keçdikcə onun nə üçün dəyişdiyi pulun miqdar nəzəriyyəsi vasitəsilə açıqlanır. • İqtisadiyyatda pulun mövcud olan miqdarı pulun dəyərini müəyyən edir. • İnflyasiyanın ilkin səbəbi pulun miqdarındakı artımdır. Copyright © 2004 South-Western
Klassik Dixotomiya və Monetar Neytrallıq • Nominal dəyişənlər monetar vahidlərlə ölçülən dəyişənlər. • Real dəyişənlər fiziki vahidlərlə ölçülən dəyişənlər. Copyright © 2004 South-Western
Klassik Dixotomiya və Monetar Neytrallıq • Deyvid Hyum və digərlərinə görə, real iqtisadi dəyişənlər pul təklifində baş verən dəyişikliklər ilə dəyişmir. • Klassik dixotomiyaya görə real və nominal dəyişənlərə müxtəlif güclər təsir göstərir. • Pul təklifindəki dəyişikliklər nominal dəyişənlərə təsir göstərir, ancaq real dəyişənlərə göstərmir. Copyright © 2004 South-Western
Klassik Dixotomiya və Monetar Neytrallıq • Monetar neytrallıq monetar dəyişikliklərin real dəyişənlər üçün əsas olmamasını ifadə edir. Copyright © 2004 South-Western
Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi • Pulun dövriyyə sürəti bir vahid pulun iqtisadiyyatda dövr edərək bir cibdən digərinə hansı tezliklə hərəkət etdiyini göstərir. Copyright © 2004 South-Western
Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi • Tənliyin aşağıdakı kimi yazılışı Miqdar Tənliyini verir: M V=P Y Copyright © 2004 South-Western
Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi • Miqdar tənliyi məhsul istehsalının nominal dəyərinin (P Y) pulun miqdarına (M) nisbətidir. Copyright © 2004 South-Western
Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi • Miqdar tənliyi iqtisadiyyatdakı pulun miqdarındakı artımın üç digər dəyişəndən birində öz əksini tapmalıdır: • qiymət səviyyəsi qalxmalı, • istehsal həcmi artmalı və ya • pulun dövriyyə sürəti azalmalıdır. Copyright © 2004 South-Western
Qrafik 3: Nominal ÜDM, Pulun Miqdarı və Pulun Dövriyyə Sürəti İndekslər (1960 = 100) 2, 000 Nominal ÜDM 1, 500 M 2 1, 000 500 Pulun dövriyyə sürəti 0 1965 1970 1975 1980 1985 1990 1995 2000 Copyright © 2004 South-Western
Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi • Tarazlıq Qiymət Səviyyəsi, İnflyasiya Dərəcəsi və Pulun Miqdar Nəzəriyyəsi • Pulun dövriyyə sürəti zaman keçdikcə sabit qalır. • Dövriyyə sürəti sabit olduğu üçün, mərkəzi bank pulun miqdarını (M) dəyişdikdə, istehsalın nominal dəyəri də bu dəyişikliyə mütənasib dəyişir (P Y). • Pul neytral olduğundan məhsul istehsalına təsir göstərmir. Copyright © 2004 South-Western
NÜMUNƏVİ HADİSƏ: Dörd Hiperinflyasiya Dövründə Pul və Qiymətlər • Hiperinflyasiya hər ay 50 faizdən çox olan inflyasiyadır. • Hiperinflyasiya dövlətin xərclərini qarşılamaq üçün hədsiz pul çap etdiyi bəzi ölkələrdə baş verir. Copyright © 2004 South-Western
Qrafik 4: Dörd Hiperinflyasiya Dövründə Pul və Qiymətlər (a) Avstriya (b) Macarıstan Indeks (Yan. 1921 = 100) Indeks (İyul 1921 = 100) 100, 000 Qiymət səviyyəsil 10, 000 Pul təklifi 1, 000 100 Qiymət səviyyəsi Pul təklifi 1, 000 1921 1922 1923 1924 1925 100 1921 1922 1923 1924 Copyright © 2004 South-Western 1925
Qrafik 4: Dörd Hiperinflyasiya Dövründə Pul və Qiymətlər (c) Almaniya (d) Polşa İndeks (Yan. 1921 = 100) 100, 000, 000 1, 000, 000 10, 000, 000 100, 000 1, 000 10, 000 1 İndeks (Yan. 1921 = 100) Qiymətl səviyyəsi 10, 000 Qiymət səviyyəsi 1, 000 Pul təklifi 100, 000 10, 000 Pul təklifi 1, 000 1921 1922 1923 1924 1925 100 1921 1922 1923 1924 Copyright © 2004 South-Western 1925
İnflyasiya vergisi • Dövlət pul çap etməklə gəlirlərini artırdıqda, inflyasiya vergisi tətbiq etmiş olur. • İnflyasiya vergisi pulu olan hər kəsin ödədiyi vergidir. • Dövlət institutlarının dövlət xərclərini azaltmaq kimi fiskal islahatları inflyasiyanı dayandırır. Copyright © 2004 South-Western
Fişer Effekti • Fişer effekti nominal faiz dərəcəsinin inflyasiya dərəcəsinə birə-bir uyğunlaşmasıdır. • Fişer effektinə görə inflyasiya dərəcəsi yüksəldiyi zaman nominal faiz dərəcəsi də həmin miqdarda yüksəlir. • Real faiz dərəcəsi isə eyni qalır. Copyright © 2004 South-Western
Qrafik 5: Nominal Faiz Dərəcəsi və İnflyasiya Dərəcəsi Faiz (illik) 15 12 Nominal faiz dərəcəsi 9 6 İnflyasiya 3 0 1965 1970 1975 1980 1985 1990 1995 2000 Copyright © 2004 South-Western
İNFLYASİYANIN ZƏRƏRLƏRİ • Alıcılıq qabiliyyətini aşağı salır? • İnflyasiya insanların real alıcılıq qabiliyyətini azaltmır. Copyright © 2004 South-Western
İNFLYASİYANIN ZƏRƏRLƏRİ • • • Ayaqqabı altlığı xərcləri Menyu xərcləri Nisbi qiymət təhrifləri Vergi təhrifləri Çaşqınlıq və narahatlıq Sərvətlərin ədalətsiz təkrar bölgüsü Copyright © 2004 South-Western
Ayaqqabı altlığı xərcləri • Ayaqqabı altlığı xərcləri inflyasiyanın insanları daha az pul saxlamağa sövq etdikdə israf olunan resurslardır. • İnflyasiya pulun real dəyərini azaldır, bununla da insanlar əllərindəki nağd pulu minimumlaşdırmağa çalışırlar. Copyright © 2004 South-Western
Ayaqqabı altlığı xərcləri • Əldə nağd pulu azaltmaq və ya az saxlamaq, sizi tez-tez banka getməyə və pulunuzu faiz gətirən hesablarınızdan çəkməyə məcbur edəcəkdir. • Əldə daha az pul saxlamağın həqiqi zərəri sizin sərf etdiyiniz vaxt və narahatlıqdır. • Həmçinin, banka əlavə gedib-gəlmək sizin məhsuldar fəaliyyətlərinizə sərf etdiyiniz zamanı azaldır. Copyright © 2004 South-Western
Menyu xərcləri • Menyu xərcləri dəyişkən qiymətlər səbəbindən yaranan xərclərdir. • İnflyasiyalı vaxtlarda qiymət listlərini və digər elan olunan qiymətləri yeniləmək zərurəti ortaya çıxır. • Bu digər məhsuldar fəaliyyətləri məhdudlaşdıran resurs istehlakı prossesidir. Copyright © 2004 South-Western
Nisbi qiymət təhrifi və sərvətlərin səmərəsiz şəkildə bölüşdürülməsi • İnflyasiya nisbi qiymətləri təhrif edir. • İstehlakçı qərarları təhrif olunur və bazarlar resursları ən yaxşı şəkildə bölüşdürə bilmirlər. Copyright © 2004 South-Western
İnflyasiyanın səbəb olduğu vergi təhrifi • İnflyasiya kapital gəlirlərinin həcmini şişirdir və bu tipli gəlirlər üzərində vergi yükünü artırır. • Belə bir şəraitdə proqressiv vergi sistemi olan ölkələrdə kapital gəlirləri daha ağır vergiyə cəlb olunur. Copyright © 2004 South-Western
İnflyasiyanın səbəb olduğu vergi təhrifi • Nominal faiz dərəcəsinin bir hissəsinin, sadəcə olaraq, inflyasiyanı kompensasiya etməsinə baxmayaraq, gəlir vergisi əmanətlərdən əldə olunan nominal faizi gəlir kimi qəbul edir. • Vergidən sonra qalan real faiz dərəcəsi azalır və əmanət toplamaq stimulu zəifləyir. Copyright © 2004 South-Western
Cədvəl 1: İnflyasiya əmanətlər üzərinə düşən vergi yükünü necə artırır Copyright© 2004 South-Western
Çaşqınlıq və narahatlıq • Federal Ehtiyatlar Sistemi (Mərkəzi Bank) pul təklifini artırdıqda və inflyasiya yaratdıqda hesablaşma vahidinin dəyərini azaldır. • İnflyasiya pul vahidinin müxtəlif vaxtlarda müxtəlif dəyərdə olmasına səbəb olur. • Buna görə inflyasiya şəraitində zaman keçdikcə real gəlirləri, xərcləri və mənfəətləri müqayisə etmək çox çətin olur. Copyright © 2004 South-Western
Gözlənilməz inflyasiyanın xüsusi zərəri: sərvətlərin ədalətsiz təkrar bölgüsü • Gözlənilməz inflyasiya, sərvətləri əhali arasında nə xidmət, nə də ehtiyaca aidiyyəti olmayan şəkildə təkrar bölüşdürür. • Bu təkrar bölgülərin baş verməsinin səbəbi iqtisadyyatdakı bir çox borcların hesablaşma vahidi olan pul ilə təsbit olunmasıdır. Copyright © 2004 South-Western
Xülasə • İqtisadiyyatdakı qiymətlərin ümumi səviyyəsi pul təklifi ilə pula olan tələbi tarazlaşdıracaq şəkildə dəyişir. • Mərkəzi bank pul təklifini artırdıqda, qiymət səviyyəsinin artmasına səbəb olur. • Pul təklifinin həcmindəki davamlı artım davamlı inflyasiyaya səbəb olur. Copyright © 2004 South-Western
Xülasə • Monetar neytrallıq prinsipinə görə pulun miqdarındakı dəyişikliklər real dəyişənlərə deyil, nominal dəyişənlərə təsir edir. • Dövlət öz xərclərinin bir hissəsini sadəcə olaraq pul çap etməklə ödəyə bilər. • Dövlətlər bu “inflyasiya vergisindən” çox istifadə etdikdə, bu hiperinflyasiya ilə nəticələnir. Copyright © 2004 South-Western
Xülasə • Fişer effektinə görə, inflyasiya dərəcəsi artdıqda nominal faiz dərəcəsi də eyni qədər artır, real faiz dərəcəsi isə dəyişməz qalır. • Əksər insanlar inflyasiyanın onların aldıqları şeylərin dəyərini artırmaqla, onları kasıblaşdırdığını hesab edirlər. • Lakin bu fikir yalnışdır, çünkü inflyasiya nominal gəlirləri də artırır. Copyright © 2004 South-Western
Xülasə • İqtisadçılar inflyasiyanın altı zərərini müəyyən etmişlər: • • Azalan pul ehtiyatları ilə bağlı ayaqqabı altlığı xərcləri, Qiymətlərin tez-tez dəyişdirilməsi ilə bağlı menyu xərcləri, Nisbi qiymətlərin dəyişkənliyinin artması, Vergi məcəlləsinin indeksləşdirilməməsi səbəbindən vergi öhdəliklərində nəzərdə tutulmayan dəyişikliklər, • Hesablaşma vahidinin dəyişməsi ilə bağlı çaşqınlıq və narahatlıq, • Sərvətlərin debitorlarla kreditorlar arasında ədalətsiz təkrar bölüşdürülməsi. Copyright © 2004 South-Western
Pul Tələbi Və Təklifi Nədir
Pul maddi sərvət dəyərinin əsas ölçüsü, mal və xidmət əldə etmək, sərvət yığmaq üçün bir vasitədir. İnsanlar və şirkətlər həmişə nağd pula ehtiyac duyurlar – yəni buna daima tələb var. Ancaq sonsuz miqdarda pul yoxdur. Müvafiq olaraq, bunların məhdud təchizatı var. Pul tələbi və təklifi nədir
Pul tələbi nədir
İqtisadi ədəbiyyatda bir neçə tərifə rast gəlinir. Beləliklə, Finam lüğəti aşağıdakıları verir: Pula olan tələb, insanların bu anda əllərində saxlamaq istədikləri likvid varlıqların miqdarıdır. Pula olan tələbat, alınan gəlirin ölçüsündən və bu gəlirə sahib olmağın faiz dərəcəsindən asılıdır, bu da faiz dərəcəsi ilə birbaşa əlaqəlidir. Bəzi təriflərdə pula olan tələb ümumi milli məhsulun (ÜDM) ölçüsü ilə əlaqələndirilir. Burada heç bir ziddiyyət yoxdur: istehsal böyüdükdə vətəndaşların və şirkətlərin gəlirləri də artar və əksinə.
Nədən ibarətdir
Pul tələbi iki hissəyə bölünür. Bunlar pulun iki funksiyasından gəlir: məskunlaşma vasitəsi olmaq və yığılma vasitəsi kimi çıxış etmək. Birincisi, əməliyyat tələbi var. Vətəndaşların və şirkətlərin cari əməliyyatlar aparmaq, mal və xidmətlər almaq və öhdəliklərini yerinə yetirmək üçün vasitələrə sahib olmaq istəyini əks etdirir. İkincisi, aktivlər tərəfindən pula olan tələbi (və ya spekulyativ tələbi) vurğulayırlar. Bu, maliyyə aktivlərini almaq üçün vəsaitlərə ehtiyac duyulduğundan və özləri bir aktiv kimi çıxış edə bildiklərindən görünür.
Pula olan tələbi təyin edən nədir: fərqli nəzəriyyələr
- Əməliyyat motivi. Davamlı alış-veriş və ya əməliyyatlar üçün vəsait əldə etmək istəyi ilə idarə olunur.
- Ehtiyat səbəbi. İnsanlar üçün gözlənilməz xərclər və ödənişlər üçün pul ehtiyatına sahib olma ehtiyacı ilə əlaqələndirilir.
- Spekulyativ. İnsanlar fondları digər varlıqlardan çox pulda saxlamağa üstünlük verdikdə baş verir. Bu motiv spekulyativ pul tələbini müəyyənləşdirir.
Keynsiyalılar spekulyativ tələbin və qiymətli kağızlar üzrə faiz nisbətinin tərs nisbətdə asılılığını təsbit etdilər. Pulun yüksək qiyməti investisiyaları cəlbedici edir və nağd pula ehtiyac azalır. Aşağı dərəcələrdə, əksinə, pulu yüksək likvidli formada nağd tutmağın cəlbediciliyi artır.
Ümumi tələb, əməliyyat və spekulyativ tələbin cəmi olaraq təyin edilmişdir. Onun ölçüsü gəlirlə birbaşa mütənasib və faiz dərəcəsi ilə tərs mütənasibdir. Bu qanunauyğunluğu əks etdirən bir qrafikə hər hansı bir iqtisadi dərslikdə rast gəlmək olar. Xüsusilə bu məsələyə həsr olunmuş məqalələrdə də istinad edilir.
İndi pula olan tələbin əvvəllər düşünüləndən daha çox amillərin təsir etdiyinə inanılır. Beləliklə, vacibdir:
- nominal cari gəlir;
- gəlir faizi;
- yığılmış sərvət miqdarı: müsbət dinamikası ilə pula olan tələb də artır;
- böyüməsi də pula olan tələbi birbaşa təsir edən inflyasiya (qiymət səviyyəsindəki artım);
- iqtisadiyyatla bağlı gözləntilər. Mənfi proqnozlar nağd pula olan tələbin artmasına, nikbin proqnozlar isə azalmaya səbəb olur.
Pul təklifi nədir
Pul təklifi iqtisadiyyatda olan bütün pulların cəmidir. Pul bazası dəyişməz vəziyyətdə bu göstərici dövriyyədəki əskinasların həcmindən və faiz dərəcələrindən asılıdır.
Bu gün pul təklifi Mərkəzi Bankdan və kommersiya maliyyə strukturlarından ibarət olan bank sistemi tərəfindən təmin edilir. Mərkəzi Bankın bu sahədə tənzimləyici rolu var. Əvvəlcə banknotlar (əskinaslar, sikkələr) buraxır. İkincisi, Mərkəzi Bank yenidən maliyyələşdirmə dərəcəsini təyin etdiyi üçün maliyyə qurumlarına kredit verilməsini tənzimləyir.
Pula olan tələb təklifin həcmi ilə eyni olarsa, pul bazarında tarazlığa çatmaqdan danışırlar.
4. Tələb və təklif
Tələb və təklif (SUPPLY AND DEMAND TOGETHER)
Biz tələb və təklifi ayrılıqda təhlil etdik. Indi isə onları birləşdirək və onların qarşılıqlı fəaliyyətinin satılmış əmtəələrin miqdarını və qiymətlərini necə müəyyən etdiyinə baxaq.
Tarazlıq(EQUILIBRIUM)
Şəkil 4.7.-də bazar tələb və bazar təklif əyriləri birləşdirilmişdir. Göründüyü kimi, onlar ancaq bir nöqtədə kəsişirlər ki, bu da bazar tarazlığı adlandırılır. Iki əyrinin kəsişdiyi nöqtədəki qiymət tarazlıq qiyməti, tələb olunan əmtəənin miqdarı isə tarazlıq həcmi adlanır. Bizim misalda tarazlıq qiyməti 8 dollar, tarazlıq həcmi isə 7 stəkan dondurma təşkil edir.
«Tarazlıq» sözünün lüğəvi mənası «müxtəlif istiqamətli qüvvələrin bərabərləşdiyi vəziyyət» kimi başa düşülür. Bu tərif bazar tarazlığını da əks etdirir. Tarazlı qiymətdə alıcıların istədikləri və əldə etmək imkanına malik olduqları əmtəələrin miqdarı satıcıların istədikləri və satmaq imkanına malik olduqları əmtəələrin miqdarına uyğun gəlir. Bəzən tarazlıq qiymətini xalis bazar qiyməti adlandırırlar, ona görə ki, o, bazarda bütün iştirakçıların tələbatını ödəyir; alıcı almaq istədiklərinin hamısını alır, satıcılar isə satmaq istədikləri bütün əmtəələri reallaşdırır.
Alıcıların və satıcıların hərəkəti təbii olaraq bazarda tələb və təklifin tarazlığına doğru aparır. Bu müddəanın düzgünlüyünə əmin olmaq üçün əmtəənin bazar qiymətinin tarazlıq qiymətinə uyğun gəlmədikdə nə baş verdiyinə baxaq.
Fərz edək ki, əmtəənin bazar qiyməti tarazlıq qiymətindən yüksəkdir (şəkil 4.8. (a) qrafiki). 1 stəkan dondurmanın qiyməti 2,50 doll. Olduqda, əmtəə təklifinin həcmi (10 stəkan) tələbin həcmini keçir (4 stəkan). Nəticədə məhsul artıqlığı yaranır: qoyulmuş qiymət satıcılara istədikləri dondurmanın hamısını satmağa imkan vermir. Bu vəziyyət artıq təklif adlanır. Dondurma satıcıları istədikləri qədər dondurmanı reallaşdıra bilmədikləri üçün soyuducuda hazır məhsulun artıq hissəsinin yığılıb qallmasının şahidi olurlar. Onlar təklifin artıqlığına qiymətlərin aşağı salınması ilə cavab verir və bazarda tarazlıq vəziyyəti yaranana qədər bu vəziyyəti davam etdirirlər.
Indi isə müəyyənləşmiş bazar qiyməti (1 stəkanın qiyməti 1,50 doll.) tarazlıq qiymətindən aşağı olduğu hala baxaq. Ödənilməmiş bazar tələbi bu zaman 4.8. cədvəlinin (b) qrafikində əks olunmuşdur. Belə ki, 1,50 doll. bazar qiyməti tarazlıq qiymətindən aşağı olduğundan, tələbin həcmi (10 stəkan) təklifin həcmini (4 stəkan) keçir. Madam ki, çoxsaylı alıcılar məhdud miqdarda dondurmanı almaq istəyirlər, bu çatışmazlıqdan istifadə edən satıcılar qiyməti qaldırırlar. Hər iki halda qiymətin dəyişməsi tələb və təklifin tarazlığına doğru bazarı hərəkətə gətirir.
Müəyyənləşmiş bazar qiyməti (1,5 doll.) tarazlıq qiymətindən aşağı olduqda, əmtəəyə olan tələb təklifdən çox olur. Bu halda bazarda əmtəə çatışmazlığı yaranır: alıcıların cari qiymətə istədikləri qədər əmtəə almaq imkanı olmur. Alıcılar istədikləri qədər dondurma ala bilmək üçün dondurma çatışmadığından uzun növbələrə dayanırlar və ödənilməmiş tələb yaranır. Çoxsaylı alıcı kütləsi məhdud miqdarda əmtəə dalınca qaçır, satıcılar isə təklifin səviyyəsini saxlayaraq, qiymətləri yüksəltməklə ödənilməli tələbə cavab verirlər. Elə ki, qiymət qalxır, bazarın tarazlığa doğru hərəkəti başlayır.
Beləliklə, çoxlu satıcı və alıcıların birgə fəaliyyəti avtomatik olaraq əmtəənin bazar qiymətini tarazlıq qiymətinə doğru hərəkətə gətirir. Elə ki, bazarda tarazlıq yaranır, alıcı və satıcıları razılıq hissi bürüyür, qiymətə aşağıdan və yuxarıdan təzyiq yox olur. Tarazlığın yaranma sürəti bazarda qiymətlərin dəyişməsi tezliyindən asılı olur. Əksər azad bazarlarda qiymət tarazlığa meyl etdiyindən, təklif artıqlığı və ödənilməmiş tələb müvəqqətidir. Çünki qiymət aydındır ki, tarazlıq səviyyəsinə cəhd edir. Bu fenomen hər şeyi əhatə etdiyindən, bəzən onu tələb və təklif qanunu adlandırırlar. Hər bir əmtəənin qiyməti elə bir səviyyəyə çatır ki, əmtəə təklifi və ona olan tələb bərabərləşir.
- Teqlər:
- tarazlıq nöqtəsi
- , equilibrium
Comments are closed, but trackbacks and pingbacks are open.