Press "Enter" to skip to content

Pulsuz təhsilə aid keçid balları

Bu il bütün ixtisaslar üzrə müsabiqəyə buraxılış balının 200 olmasına baxmayaraq 150 bal toplayan abiturientlərdə ixtisas seçimində iştirak edə bilər. Özəl və ya Bakı şəhərindən başqa şəhər və rayon dövlət universitetlərinə qəbul olmaq şansı vardır.

Pulsuz təhsilə aid keçid balları

Bu gün DİM-tərəfindən “Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub. Burada ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu verilib.

“Qafqazinfo” təhsil eksperti Kamran Əsədovun ixtisas seçimi ilə bağlı abturiyentlərə tövsiyələrini təqdim edir:

“Təəssüf ki, hər il minlərlə abituriyent ixtisas seçimi zamanı buraxdığı səhvə görə ali məktəbə qəbul ola bilmir, ixtisas seçimi prosesi zamanı diqqətli olun.

Hər kəsi narahat edən bir sual var ki, bu il keçid balı neçə bal olacaq?

Qeyd edim ki, ixtisaslar üzrə keçid balları ixtisas seçimi başa çatdıqdan sonra müəyyənləşir. Buna görə də bu il ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının hansı səviyyədə formalaşacağı, keçid ballarının ötən illə müqayisədə artıb-artmayacağı, hansı ixtisaslar üzrə daha rəqabətli müsabiqə vəziyyətinin yaranacağı barədə indidən dəqiq məlumat vermək mümkün deyil. Çünki bu, ixtisas seçimindən sonra bəlli olur.

Bu il bütün ixtisaslar üzrə müsabiqəyə buraxılış balının 200 olmasına baxmayaraq 150 bal toplayan abiturientlərdə ixtisas seçimində iştirak edə bilər. Özəl və ya Bakı şəhərindən başqa şəhər və rayon dövlət universitetlərinə qəbul olmaq şansı vardır.

2019-cu ildə ixtisaslar üzrə formalaşacaq ballar haqqında qabaqcadan dəqiq məlumat vermək düzgün deyil. Qəbul imtahandan sonra keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir. Ona görə də keçid balları hər il dəyişərək fərqli olur.

Kamran Əsədov

Əziz abituriyentlər, bu il ixtisas seçimi edərkən 2018-ci ildə formalaşmış ballara çox ümid edib seçim etməyin. Bu xüsusi ilə ödənişsiz plan yerləri ilə bağlıdır. 2019-cu ildə ödənişsiz plan yerlərinə qəbul zamanı ballar ciddi şəkildə aşağı düşəcək.

Belə ki, 2019-2020-ci il qəbul ilində ödənişsiz plan yerlərinin sayı 31 faizdən 45 faizə çatdırıldı. Yəni keçən il 12 min tələbə pulsuz təhsil alırdısa, bu il 21 min, yəni plan yerinin azı 45 faizi ödənişsiz plan yeri olacaq. Eyni zamanda bu il ümumi plan yerlərinin sayı da artırılaraq 48 minə çatdırıldı və bu o deməkdir ki, bu il 48-min abituriyentin tələbə adı qazanmaq imkanı var.

Misal üçün I ixtisas qrupu üzrə Riyaziyyatdan 2018-ci ildə dövlət sifarişli yerin sayı 75 plan yeri idi, bu il 150 ödənişsiz plan yeri ayrılıb. Riyaziyyat müəllimliyi ixtisası üzrə 2018-ci ildə dövlət sifarişli yerin sayı 260 plan idi, bu il ödənişsiz yer 300 oldu, Riyaziyyat və İnformatika müəllimliyi ixtisası üzrə 2018-ci ildə 260 pulsuz yer var idi, bu il pulsuz yer 385 – ə qaldırıldı.

II ixtisas qrupunda Beynəlxalq münasibətlərdə 2018-ci ildə 50 pulsuz yer var idisə, 2019-da bu 80 oldu, Coğrafiya müəllimliyində dövlət sifarişli yerlər 2018-də 120 yer idisə, bu il 175 pulsuz yer ayrılıb. Maliyyə ixtisası üzrə 2018-ci ildə 90 pulsuz yer var idi, bu il 160 yer ayrılıb pulsuz plan yerinə. Mühasibat ucotu və audit üzrə 2018-ci ildə 165 pulsuz yer var idisə, 2019-cu ildə bu rəqəm 275-ə qaldırıldı. İqtisadiyyat ixtisası üzrə 2018-də 200 pulsuz yer var idisə, 2019-da bu rəqəm 305-ə qaldırılıb.

III ixtisas qrupu üzrə Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi üzrə 2018-ci ildə 240 yer pulsuz idisə, 2019-da bu ixtisasa 444 ödənişsiz yer ayrılıb. Tarix müəllimliyi üzrə 2018-ci ildə 160 pulsuz plan yeri var idisə, bu il ödənişsiz plan sayı 235-ə qaldırılıb. Hüquqşunaslıq ixtisası üzrə 2018-ci ildə cəmi 100 pulsuz yer var idisə, bu il, 2019-cu ildə Hüquqşunaslıq üzrə ödənişsiz plan yerlərinin sayı 215-ə qaldırlıb. Tərcümə ixtisası üzrə 2018-ci ildə 100 plan yeri var idisə, 2019-cu ildə bu ixtisasın pulsuzuna 180 plan yeri ayrılıb.

IV ixtisas qrupu üzrə Müalicə işi 2018-ci ildə 320 pulsuz yer var idisə, 2019-cu ildə Müalicə işi ixtisası üzrə 550 yer ayrılıb. Biologiya ixtisası üzrə 2018-ci ildə 70 pulsuz yer var idisə, bu il, 2019-da bu ixtisas üzrə 150 ödənişsiz yer ayrılıb. Stomotologiya üzrə 2018-ci ildə 30 dövlət sifarişli yer var idisə, bu il pulsuz yerin sayı 65-ə çatdırılıb.

Bu rəqəmlər o deməkdir ki, 2019-cu ildə ödənişsiz ixtisalar üzrə keçid ballarında azalma olacaq. Yəni missal üçün 2018-ci ildə Hüquqşunaslıq üzrə 670 balla ödənişsizə qəbul olmaq mümkün idisə, 2019-cu ildə bu bal bir az aşağı olacaq. Bütün ixtisaslar üzrə ödənişsiz yerlərin ballarında 20-30, müəyyən ixtisaslar üzrə isə, xüsusi ilə II ixtisas qrupunda daha çox bal aşağı düşəcək. Yəni bu il abituriyentlərin daha az balla ödənişsiz ixtisaslara qəbul olmaq şansı var”.

Pulsuz təhsilə aid keçid balları

Ali məktəblərə qəbul imtahanlarının birinci cəhdi artıq başa çatıb. İndi abituriyentlər ikinci – sonuncu cəhdə hazırlaşırlar. Hazırda abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri ötən il ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid ballarıdır.

Qeyd edək ki, 2021-ci ildə təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 44 861 nəfəri (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21 856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23 005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Modern.az saytı abituriyentlərin marağını nəzərə alaraq, bəzi universitetlərə ötən ilki minimum keçid ballarını dəqiqləşdirməyə çalışıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat katibi Nəcibə Mirzəyeva sorğumuza cavab olaraq bildirib ki, ixtisaslar üzrə minimum keçid balları müxtəlifdir. Ancaq ümumilikdə götürəndə 2021-ci ildə AzMİU-da keçid balı 200 bal olub.

Bakı Slavyan Universitetinin mətbuat katibi Zeynəb Kazımova isə deyib ki, 2021-2022-ci tədris ili üzrə Bakı Slavyan Universitetində ən aşağı keçid balı “Regionşünaslıq” (Rusiya üzrə) (rus bölməsi, əyani təhsil forması) ixtisasında 152.6 bal olub.

Onun sözlərinə görə, ən yüksək keçid balı “Xarici dil müəllimliyi” (ingilis dili) ixtisasında olub. Həmin ixtisasın ödənişli keçid balı 450.4, dövlət sifarişli keçid balı isə 535.8 bal olub.

Azərbaycan Tibb Universitetində ötənilki keçid balları ilə bağlı mətbuat katibi Günel Aslanova məlumat verib. O, bir neçə ixtisasın balını açıqlayıb. Mətbuat katibinin sözlərinə görə, keçən il Müalicə işi ixtisası üzrə Azərbaycan bölməsində minimum bal 595, Rus bölməsi üzrə 602.4, İngilis dili bölməsində isə 666.3 olub. Stomayologiya ixtisası üzrə minimum keçid Azərbaycan bölməsində 577.9, Rus bölməsində 582.1 olub. İctimai Səhiyyə ixtisası üzrə minimum keçid Azərbaycan bölməsində 545.5, Rus bölməsində isə 547.1 bal olub. Əczaçılıq üzrə keçid Azərbaycan bölməsində 524, Rus bölməsində isə 512.3, Fizioterapiya ixtisası üzrə 567.7 bal, Tibb bacılığı ixtisası üzrə isə 488.9 bal olub.

Ötən il Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universitetinin hər birində minimum keçid balı 200 olub.

2021-2022-ci tədris ilində Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinə keçid balı da 200 olub.

Ötən il Bakı Ali Neft Məktəbində isə minimum keçid balı 400 bal olub.

Pulsuz təhsilə aid keçid balları

Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır.

AzEdu.az xəbər verir ki, Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalıdırlar.

“Abituriyent” jurnalının bu xüsusi buraxılışında 2020-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları dərc edilib.

Jurnalları aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Comments are closed, but trackbacks and pingbacks are open.