Press "Enter" to skip to content

MACARISTAN BİZNES VİZASINI NECƏ ALA BİLƏRƏM

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır . Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

İsveçrəni nə üçün işğal etmək mümkün deyil? – 13 tutarli səbəb

İki dünya müharibəsinin ikisindən də ziyansız çıxan və 1815-dən bəri obyektivliyini və tərəfsizliyini qoruyan İsveçrənin necə bunu bacardığını və İsveçrəni işğal niyyətində olmuş bir ordunun nələri gözə alması lazım olduğunu bilirsinizmi?

Milli.Az kenquru.az-a istinadən bildirir ki, İsveçrənin asan yağlı tikə olmadığını sübut edən “İsveçrə işğal edilə bilməz” deyəcəyiniz səbəbləri təqdim edirik.

1. İsveçrə Bankları

İsveçrə banklarında hər hansı bir anda 35 milyard avroluq bir əmanət dövriyyəsi var deyirlər. Bu qədər pul yalnız İsveçrəlilərəmi aiddir? Təbii ki deyil. İsveçrə banklarının müştərilərinin adlarını gizli saxlamaq düşkünlüyü ucbatından dünyanın çirkli pulu yüz ildən çox bir müddətdir oraya axır. Çünki sınanmış və təsdiq olunmuş bir həqiqət kimi İsveçrə pulun ən inamlı və etibarlı saxlanıldığı ölkədir. Bu etimadın əsas səbəbi də İsveçrənin işğal olunmasının çətinliyidir. Yəni işğal çətindir deyə pul gəlir, pul gəlir deyə işğal çətinləşir. Gözəl sistem yaradıblar. Siz milyardlarla dollar pulun saxlandığı bir ölkəni işğal edəcəksiniz hesabların sahibləri də bunu izləyəcək. Ha-ha.

2. İsveçrə Dağları

“Dağlar oy oy oy” deyə bir mahnı eşitmisiz? İsveçrə onlarla doludur. Bəli, tətil üçün çox gözəl məkanlar var, ancaq bir gün dövran dönər İsveçrə ilə müharibəyə başlayarıq, başlasaq da, haradan başlayarıq deyə də ümid edirik ki, düşünənlər oldu. Aha bax, o dağlardan başlayacaqsınız. Əsgərləriniz ola bilsin ki girdi, hündürlüyü 1500 m olan bir yerə tankınız, yük maşınınız necə girəcək, 7 metr dağ keçidlərində yüksək bacarıqları olan əsgərləri bu yerlərdən necə qoruyacaqsınız, qoruya bilməsəniz, əsgər necə qidalanacaq, yanacaq gəlməsə, ordu necə irəliləyəcək və necə isinəcək? Hələ digər amillər işin içinə girmədən o dağların orada olması işğal fikrini yarı yarıya öldürüb onsuz da.

3. Schweizer Reduit

Elə bir müdafiə sistemidir ki, yuxarıda bəhs etdiyimiz kimi hədsiz dağları olan ölkənin müəyyən keçidlərinin nəzarətli müdafiəsi üzərində cəmləşir. İsveçrə ordusu başlayacaq olan bir işğalda düşmənini olduğu qədər alçaq düzənlikdə saxlamağa cəhd edəcək. Özü də dağlarda gözləyəcək. Bu tilova düşsəniz, dağlardan təpənizə xəbərdarlıq kimi 120 mm-lik toplar yağacaq. Tamamlama xətti kəsim atəş edə bilməsinlər, deyirsiniz, amma onsuz da sülh dövründə dağların altına naməlum hissələrə minalar yerləşdiriblər. Gecə-gündüz atırlar. Topları götürüb, digər bir dağın ərazisinə keçək deyirisiniz, amma ciddi itkilər verib dayanırsınız. Düzənlikdən irəliləyərək şəhərlərini alaq, deyirsiniz, bütün keçidlərdə pusquya düşürsünüz və itkilər çoxalır. Şəhərə gəlirsiniz, heç kəs yoxdur, bütün şəhər camaatı silahlanıb dağa çıxıb (piyada keçidlərinə qədər her yeri də minalayaraq) müharibəyə qoşulublar. İsveçrədə neft yoxdur, mədən yoxdur, bəs mənim burada nə işim var deyə düşünməyə də başladınız. Əsgərlər də balaca İsveçrəni də ala bilmirik – deyə deyinməyə başlayıblar. İşğal dayanır. Plan ümumi olaraq bu şəkildə işləyir. Əsas məqsəd İşğalın astarını üzündən baha gətirmək idi! İsveçrə sizə qalib gələ bilməz, amma siz onu dizləri üstünə çökdürənə qədər başınıza nələr gələ bilər, təsəvvür etmirsiniz.

4. Dəmir Yolları, Körpülər, Tunellərin Partlamağa Hazır Olması

Elə bir vəziyyətdir ki, milyard dollarlıq Alp tunellərini tikən mühəndislər tunelləri, körpüləri, yolları düzəldərkən ən qısa yolla necə partladılar deyə də bir hesabat hazırlayıblar. Bundan başqa tikinti bitən kimi hər an gələ biləcək bir hücuma qarşı da bu yollar tunellər körpülər minalanıb. Gündəlik həyatda partlayıcılar taxılmış vəziyyətdə gözləyirlər. Nə üçün? Çünki hər nə qədər həqiqətdən uzaq olsa da, adamlar inanır ki, İsveçrə hər an işğal edilə bilər. Belə bir vəziyyətdə də İsveçrə düşməninə mühəndislik möcüzəsi olan 50 km-lik tunelləri körpüləri kabusa çevirməkdə qərarlıdır. İş bu ölçüyə gəlib çıxsa, öz xilasetmə tədbirlərini aparmaq üçün gizli yolları layihələri də hazır ediblər. Saat istehsal edən millət, bunu düşünməz heç? =)

5. Yeraltı Təyyarə Mərkəzləri

Bəli, bunu da ediblər. İsveçrə kiçik bir ölkə olduğundan hücum anında işğalçı qüvvə öz hava limanlarını istifadə edərək bütün isveçrə hava məkanını basqı altında tutacağı üçün İsveçrəli qərargah rəisləri bunu əvvəlcədən həll etmək məcburiyyətində qalıblar. Bern, Luzern, Sürix kimi şəhərlərin klassik hava limanları hərbi məqsədlər üçün istifadə edilsə də, onlar heç bir riskə girməmişdir, dağların altını oyub təyyarələri orada depolayıblar. Həm düşmən hava qüvvələrinin İsrailin Misirə 1967-də etdiyi kimi, ani bir basqının qarşısını alıblar, həm də bu yeraltı hava bazalarına haradan girmək, haradan çıxmağın lazım olduğunu bilən olmadığı üçün ilk hücum təşəbbüsünü müdafiə məsələsinə yönəldiblər. Qısaca ifadə etmək lazım gələrsə, işğal edəcəyiniz İsveçrənin hava qüvvələri sadəcə onlar istədikdə görünə bilər. İstəmədikləri zaman Matrix filmindəki Zion şəhəri kimi axtarın ki, tapasınız o təyyarələri.

6. İsveçrə Məhsullarından Biri

Elə də bir əhəmiyyəti yoxdur, amma demədən də keçmək olmaz. Hər İsveçrə əsgərinə verilən bu Mc-Gyver avadanlığından sizə verilmir. Yəqin ki, bir gün bir yerdə lazımdır, o gün də əlinizdə olmaz və ağlayarsınız.

7. Ultra-Müasir Təchizat

Ultra-müasir deyincə hər yerindən lazer fışqıran, rəqəmsal göstəriciləri olan, altı alovlu avadanlıqlı üstü vertolyot kimi bir şeylərdən bəhs etmirik əlbəttə. İsveçrənin keyfiyyət standartının yüksəkliyindən bəhs edirik. Onların ordusuna aldığı yük maşınından adi dəmirinə, tüfəngdən boşqabına qədər hər şey ən incə detalına qədər hesablanmışdır. Hər şey burada saat kimi işləyir. Mində bir səhv belə tapa bilməzsiniz. Digər ittifaqların ordu standartlarında olanlar (məsələn, mərmi kalibrləri) İsveçrədə keçmədiyindən burada ələ keçirdiyiniz yerli avadanlığı istifadə etmək kimi bir avantaj ola bilər ki, o da mümkün deyil. Hər şey özlərinə görə nizamlanıb və hesablanıb.

8. İxtisaslaşdırılmış Əsgərlər

Alp Növü (Alpine) deyilən şərtlərdə silahlı mübarizə hədsiz texniki bacarıq tələb edir. Dünyada da dağlarda döyüşməyin tarixi kitabını yazmış (özləri iddia edirlər) dövlətlər var. Norveç və Avstriya ordusunu nümunə göstərmək lazım olsa, əsgərlərini olduğu kimi Alpine standartlarında yetişdirir. Alman və İtalyan ordularının da bu məsələyə xüsusi olaraq biçilən fikirləri var, ancaq NATO hər il ciddi pullar ödəyərək öz zabitlərini İsveçrədə Alpine şərtləriylə hərbi təhsil almağa göndərir. İsveçrənin öz Alpine şərtləri olan Norveçə belə dərs keçə biləcək, məsələyə həddindən artıq hakim bir hərbi personalı var. Onlara orada qibtəylə baxılır. Ordunun çoxu əsgərliyə çağırılmış vətəndaşlar olsa da, onlara əmrləri verən və komandanlıq edən çox istedadlı bir mexanizm qurulub.

9. Sığıncaqlar

İsveçrədə hər mənzil blokunda nüvə hücumlara dözümlü bir sığınacaq olmaq məcburiyyətindədir. Əlbəttə bu yerlərin adı təkcə sığınacaq deyil. Evin zirzəmisini göstərib, aha bura da, sığınacaq olsun demirlər. NBC hava filtrli, polad blast qapılı, havalandırması və 25 nəfər üçün sığınacağa çevriləcək şəkildə tikilən bu yerlər hazırda xüsusi ərazilərdə yerləşir və 300.000 ədəddir. Hər bir dövlət binasında yerləşən daha geniş 5.100 sığınacq da əlavə edəndə cəmi 8.6 milyon adamın bir nüvə hücumu zamanı gizlənəcəyi qədər etibarlı bir yer təsis ediblər. Bu rəqəm İsveçrə əhalisinin sayından çoxdur. Nüfuzlarının 100-də 114-ünü hər an reallaşması çətin bir ehtimala qarşı belə qoruyurlar, İsveçrə uzaqdan düyməyə basaraq yox edə bilmir, insanlarını da xəritədən silə bilmirsiniz yəni.

10. Evdəki Silahlar

Təxris olduğunuz gün “Brat, silahın yadından çıxdı!” – deyə arxanızdan G3-lə qaçan bir çavuş olsa, nə hiss edərdiniz? İsveçrə ordusunda əsgərlik bitir, amma silah dərdi bitmir. O silah sizin artıq həyat boyu dostunuzdur. Evə aparıb yaxşı baxmaq, bir gün İsveçrə təcavüzə məruz qalsa, çıxarıb hamını biçməklə borclusunuz. 2007-ci ilə qədər evə 1000 ədəd də güllə depolamaq mümkün idi, polad şkaf, filan məcburiymiş, ancaq indi mərmilər təhlükəsiz müqavimət nöqtələrində (wiederstandsnest) toplanılır və ehtiyac zamanı cəmiyyətə çatdırılır. Beləcə onların atası, hətta ulu babası da ordudan qalan silahları hələ də evdə saxlayırlar. Bu şəkildə ölkədə yarım milyon silah dövriyyədədir. Buna baxmayaraq İsveçrə cinayətin ən az olduğu ölkələrdən biridir.

11. Militarist Xalq

Başqa bir yerdə nümunəsini görmək yəqin ki, çox çətindir. Təhsilli insanlar, mədəni cəmiyyət, inanılmaz infrastruktur, Aİ standartlarının üzərində bir həyat. Ancaq buna baxmayaraq, İsveçrəlilər hərbini və əsgərləri sevirlər kimi görünürlər. 2001-ci ildə fəal ordu personalını azaldaq, yaxud ordunu kompleks şəkildə çoxaldaq baxımından məsələ qaldırılmış bir referendum İsveçrədə 77 faiz kimi bir nisbətlə rədd edilmişdi. İsveçrənin bir düşməni yoxdur, ancaq Avropanın ən böyük ordularından birini bəsləyirlər. Ölkə 1215-ci ildən bəri də kantonlar konfederasiyası olaraq varlığını davam etdirir. 1815-ci ildən bəri də dillərə dastan bir obyektivliyi/tərəfsizliyi var. Bəs bu ordu sevdası? Bunun cavabı tərəfsizliyin də, müstəqilliyin də Almaniya, Fransa, İtaliya kimi nəhənglər arasına düşmüş olduğunuz zaman çox kövrək anlayışlara çevrilməsində yatır. İsveçrənin bu gün bir düşməni olmaya bilər, amma olduğu zaman da o düşmən İsveçrənin hər şeyə hazır olduğunu bilərək düşmən olacaq.

12. Papa Mühafizəkarları

Dünyada o qədər qoşun var daim həyati təhlükəsi olan Papa səbəb şəxsi qoruması kimi bir batalyon rəngarəng geyimli İsveçrəli qvardiyanı seçir? Səbəbi məşhur İsveçrəli Qvardiyaçıların 13-ci əsrin ən elit muzdlu əsgərlərinin olmağıdır. Aradan keçən 800 ildə də heç bir şey dəyişməmişdir. İsveçrəli Qvardiyaçıların mərasimlərdə arxa planda gözləyən İsveçrə ordusu silahlarından istifadə edən, VIP təhlükəsizlik məsələsində çox təcrübəli bir hərbi gücü var. İsveçrəni işğal etsəniz, bu yoldaşlar da öz ölkələrinə qayıdır və döyüşürlər deyə düşünmək lazımdır. 😉

13. İsveçrədə Təbii Sərvətlərin Olmamağı

Neft desən, yoxdur, qaz desən, yoxdur. Niyə işğal edəsən ki buranı? Çöl-çəmən, ultra keyfiyyətli şokolad süd məhsullarına qarşılıq olaraq buranın övladları öldürülər heç? Öldürülməz! İsveçrə ordusu da eynilə belə düşünəsiniz, istəyir. Bizdə heç bir şey yoxdur, gəlməyin, deyirlər.

Milli.Az

MACARISTAN BİZNES VİZASINI NECƏ ALA BİLƏRƏM?

Hər il ölkəmizdən sayca ən çox turistin üz tutduğu ölkələrdən biri, Avropaya giriş qapısı olaraq görünən, paytaxt Budapeşt şəhərinin qeyri-adi memarlıq abidələri və turistik bölgələri ilə məşhurlaşmış Macarıstan. Turizmdən əlavə isə bu ölkəyə siz öz biznes səfərinizi də reallaşdıra bilərsiniz. Siz Macarıstana səyahət edib həm işinizi görmək, həm də gəzib bu ölkəni kəşf etmək istəyirsinizsə, Macarıstan biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Macarıstan Viza Növləri

Şengen ölkələri siyahısında yer alan Macarıstana səyahətinizi Macarıstan Şengen vizası vasitəsilə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Son illər ərzində bir çox gəncimizin də üz tutduğu Macarıstanda müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə Macarıstan milli vizasına da müraciət edə bilərlər.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Macarıstan Şengen vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Macarıstanda daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Macarıstan Şengen Vizası

Digər Şengen ölkələrinə oxşar olaraq Macarıstan Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Macarıstan Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Macarıstandan edə siniz . Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Macarıstan vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Macarıstan Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox bu ölkədə qalacağınızı göstərməlisiniz .

Macarıstan Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Macarıstan Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5×4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  15. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır . Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda Macarıstan səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və ya rezervasiyalar haqda təsdiq məktubunun alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 1.500-3.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Macarıstan Şengen vizası üçün müraciət Macarıstan Səfirliyinin konsulluq şöbəsində və ya BLS International adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Bakıdakı Macarıstan səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri konsulluğa təqdim etmək üçün viza görüşü onlayn şəkildə səfirliyin rəsmi saytında təyin edilir.

Sənədləri viza mərkəzinə təqdim etmək üçün isə +994 12 511 12 18 telefon nömrəsinə zəng edərək viza mərkəzində öncədən görüş təyin etmək lazımdır. Viza mərkəzi sənəd qəbulunu bazar ertəsindən cümə gününədək hər gün saat 8.30-dan 14.30-dək həyata keçirir.

Viza müraciəti səfər tarixindən ən tez 3 ay əvvəl edilə bilər və müraciət zamanı şəxsi iştirakı mütləqdir. 12 yaşına çatmamış uşaqların Macarıstan Səfirliyinin Konsulluq Şöbəsinə gətirilməsinə ehtiyac yoxdur, çünki onlardan barmaq izləri götürülmür (lakin onlar üçün ayrı vaxt götürülməlidir, çünki ərizəyə baxılması vaxt tələb edir).

Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 10 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.

Viza müraciəti birbaşa konsulluğa müraciət edilərkən, yalnız 35 avro viza rüsumu ödənilir. Müraciətçi konsulluğa sənədlərini təqdim etdikdən sonra ona viza rüsumunun ödənişi üçün müvafiq çek verilir. Bu çek əsasənda müraciətçi ödənişi Azərbaycan Beynəlxalq Bankının Əsas binasında (Nizami küç. 67) həyata keçirməli və ödənişin həyata keçirildiyinə dair qəbzi konsulluğa həmin gün təqdim etməlidir.

Müraciətçi viza mərkəzinə müraciət etdiyi halda isə, 35 avrodan əlavə 29 avro viza mərkəzinin xidmət haqqı üçün də ödəniş edilməlidir və bu ödəniş sənədləri təqdim edərkən yerindəcə edilir.

Macarıstan Şengen Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Macarıstanda da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Macarıstan Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə Şengen vizası olmayan şəxslər üçün Macarıstan səfirliyi digər səfirliklərə nisbətən, daha rahat şəkildə müraciət ediləcək, daha az riskli səfirlikdir. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Macarıstana Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Macarıstan Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Macarıstan Şengen biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 69 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 050/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Budapeşt sizə düşündüyünüzdən də yaxındır! Xoş səyahətlər!

  • BUZ ADASINA SƏYAHƏT-İSLANDİYA BİZNES VİZASI
  • AVSTRALİYA VİZASI NECƏ ALINIR?
  • POLŞA ŞENGEN VİZASI

Macarıstan Vizası

Macarıstana səfər etmək üçün Azərbaycan vətəndaşlarına Macarıstan vizası almaq vacibdir.
Vizanın 2 növü var:

  • Qısamüddətli (90 günə qədər)
  • Multiviza (90 gündən artıq)

Granit AS Travel Macarıstan viza dəstəyi göstərir. Səfərin müddətini təyin edib bizimlə əlaqə saxlaya bilərsiniz. Həmçinin siz Macarıstan səfirliyi üçün ərizə formasını postun sonunda səhifəmizdən yükləyə bilərsiniz.

Qeyd: Granit AS Travel şirkəti İşçi Vizaları – nın alınması prosesini həyata keçirmir. Yalnız “Turist və Təhsil” vizalarının alınmasında müştərilərimizə viza dəstəyi göstəririk.

Viza ödənişləri

Viza rüsumu – 35 AVRO
0-12 yaş aralığında olan uşaqlar və təqaüdçülər üçün viza rüsumu tələb olunmur – pulsuz

Viza üçün tələb olunan sənədlər

  • Xarici passport
  • Gediş və dönüş biletlərinin bronu
  • İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
  • Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
  • Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
  • Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
  • Ən azı 30.000 avro məbləğində, bütün səfər müddəti və bütün şengen ölkələri üçün tibbi sığorta
  • Şəkil 3.5×4.5 sm
  • Hazır ərizə forması
  • Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun kopyası

Müraciət zamanı sizə lazım ola biləcək digər sənədlər

  • Əgər evlisinizsə nikah şəhadətnaməsi və bununla yanaşı əgər 18 yaşına çatmamış övladınız (övladlarınız) varsa doğum haqqında şəhadətnamə
  • Azərbaycan Respublikası ali və ya orta təhsil müəssisələrində təhsil alan və vizaya müraciət edən bütün tələbə və şagirdlər həmin təhsil müəssisəsində oxuduğuna dair arayış təqdim etməlidirlər
  • Nəzərinizə çatdıraq ki, Macarıstan və Yunanıstan səfirlikləri viza müraciəti zamanı Elektron Hökumət Portalından rəsmi iş yeri haqqında çıxarış tələb edirlər.
  • Əlavə üstünlük kimi əgər adınızda hər hansı daşınan və ya daşınmaz əmlakınız varsa çıxarışları təqdim etmək

Qeyd: Passport və şəxsiyyət vəsiqəsinin surətlərindən başqa digər lazım olan bütün sənədlər inglis dilində və ya ingilis dilinə tərcümə olunmuş və notariatda təsdiq olunmuş olmalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.