Press "Enter" to skip to content

Python proqramlaşdırma dilinə giriş

For loopu da while kimi eyni prosesləri edir. Sadəcə yazılış forması fərqlidi:

Python (proqramlaşdırma dili)

Python dili – interpretasiya olunan, yüksək səviyyəli və ümumi-məqsədli proqramlaşdırma dilidir . 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılmışdır. Python dilinin dizayn fəlsəfəsi boşluqlardan istifadə edərək kod oxunaqlılığını vurğulayır. Bu dilin məqsədi onun dil quruluşu və obyekt-yönümlülüyü ilə proqramçılara xırda və iri həcimli layihələrdə aydın, məntiqli kod yazmağa kömək etməkdir.

Python dinamik yazıla bilən və avtomatik yaddaş idarəetmə xüsusiyyətinə malikdir. Müxtəlif proqramlaşdırma paradiqmalarını dəstəkləyir, buna daxildir strukturlu (qismən, prosedurlu ), obyekt-yönümlü və funksional proqramlaşdırma paradiqmaları. Onun geniş standart kitabxanası olduğuna görə Pythona “bataryaları daxildir” də deyilir.

Python 1980-ci illərin sonlarında ABC dilinin davamçısı olaraq yaradıldı. Python 2.0 2000-ci ildə təqdim edildi, o özü ilə birlikdə siyahı anlama və zibil toplayıcı sistemlə birgə referans sayıcı xüsusiyyətlərini gətirdi.

Python 3.0 2008-ci ildə təqdim edildi, o dilin böyük reviziyası olduğundan onun əvvələ-uyğunluğu tam deyil və bir çox Python 2 kodu dəyişikliyə ehtiyac olmadan Python 3-də işləyə bilmir.

Python 2 dili 2020-ci ildə rəsmi olaraq dayandırıldı (ilk dəfə 2015-ildə dayandırılması planlaşdırılmışdı) və Python 2.7.18 son Python 2.7 buraxılışı oldu və beləliklə son Python 2.7 buraxılışı da o oldu. Bunun üçün daha heç bir təhlükəsizlik yamağı yada başqa təkmilləşdirmə buraxılmayacaq. Python 2-lər üçün hər şey dayandırılıb, yalnız Python 3.6.x və daha sonrası dəstəklənir.

Bir çox əməliyyat sistemləri üçün Python interpretatorları mövcuddur. Bir qlobal proqramçılar cəmiyyəti azad və açıq-qaynaq kodlu istinad proqram olan CPythonu yazıb və inkişaf etdirir. Python və CPython-un inkişafı üçün qaynaqlari gəlir məqsədi güdməyən qurum olan Python Software Foundation idarə edir və yönləndirir.

Python proqramlaşdırma dilinə giriş.

Mənə görə, Python dilini öyrənmənin səbəblərindən birincisi, dilin sadə və asan öyrənilə bilən sintaksa sahib olmasından dolayı kod yazarkən edilə biləcək sintaks səhvlərinin ehtimalının azalmasıdır. Bu səbəbdən, bu dildə kod yazmaq olduqca rahatdır. Əlavətən, Python dili bütün əməliyyat sistemləri tərəfindən dəstəklənir.

İkinci bir səbəb isə, Python da digər müasir dillər kimi bir neçə : object oriented, functional, imperative, structured və reflective proqramlaşdırma paradiqmalarını özündə cəmləşdirir. Bu da dilin geniş istifadə edilməsinə şərait yaradır.

Digər bir səbəb , bu dilin müasir dövrümüzdə data science , machine learning, web development kimi sahələrdə geniş istifadə olunmasıdır. Quora, PinterestSpotify kimi platformaların hamısının backend web developmentində Python dilindən istifadə olunub .

Bu qədər geniş istifadə sahəsi və üstünlüyü olan dili niyə də öyrənməyək ki ?! İndi Python dilini öyrənmə məqsədimizi anladığımıza görə, artıq bu dilin sirlərini kəşf edə bilərik :

GİRİŞ.

Ümumiyyətlə istənilən proqramlaşdırma dilini öyrənərkən, onun dəstəklədiyi paradiqmaları bilmək və onların nə işə yaradığı barəsində məlumatlı olmalıyıq. Python yuxarıda qeyd etdiyim 5 paradiqmanı özündə birləşdirir. Bu paradiqmalar haqqında gələcək məqalələrimdə geniş danışacam. Çünki, bu məqaləmdə ilkin təməl məlumatları verməliyəm ki, sonra bu paradiqmaların izahını real kodlar üzərindən verə bilim.

1.Dəyişənlər(Variables)

Python interpreter olduğundan burda dəyişən təyin edərkən onun data tipini deməyə ehtiyac yoxdu. İndi deyəcəksiz ki, interpreter dil nə deməkdi ki, belə?! Deməli proqramlaşdırma dilləri yazılan kodu 2 cür : ya sətirbəsətir, yəni interpreter olaraq, ya da bütöv, yəni compiler olaraq oxuyur. Məsələn compiler dillərdən olan C++ da biz a dəyişəninə 10 qiymətini mənimsətmək istəsək, bunu belə yazarıq :

int a ;
a = 10 ;

Amma Python-da biz bu kodu yazarkən, 1ci sətirdəki kodu yazmağa ehtiyac yoxdu. Bu o mənaya gəlir ki, Python özü a=10 yazanda, avtomatik olaraq a-nın data tipini integer qəbul edir. Əlbəttəki, integer əvəzinə float, string, boolean və başqa data tiplər də olsa, declare(elan) etməyə ehtiyac yoxdu:

# string
my_name = "Sevil"
# float
rectangle_width = 6.50
#boolean (True/False)
boolean_true = True
boolean_false = False

Dəyişənlərin adlandırılma qaydaları:

  • Dəyişənin adı ya hərf ilə yada underscore işarəsi “_” ilə başlaya bilər.
  • Dəyişənin adı rəqəmlə başlaya bilməz.
  • Dəyişənin adında ancaq əlifbanın hərflərindən, rəqəmlərdən və “_” underscore işarəsindən istifadə oluna bilər .(A-z, 0–9, and _)
  • Dəyişən adlarıcase-sensitivedir (həssas şriftli), yəni bir hərfin belə kiçik yada böyük olması fərqli dəyişən adları yaradır.(name, Name və NAME fərqli-fərqli dəyişənlər hesab edilir)
  • Əgər dəyişənin adında 2 və daha artıq ayrı-ayrı sözlərdən istifadə etmək istəyiriksə, bu sözləri arada boşluq verərək, və ya Tire “-” işarəsindən istifadə edərək fərqləndirmək olmaz.Bunun üçün “_” underscore işarəsindən istifadə edə bilər, və ya hər fərqli sözün baş hərfini böyük yazaraq adlandıra bilərsiz.(Məsələn, “user_login_count” və ya “userLoginCount” kimi yaza bilərsiz.Amma “user-login-name” və ya “user login name” kimi dəyişəni adlandırmaq olmaz.)

2.Conditional Statements(Şərti ifadələr)

Bir çox məsələlərdə şərtdən asılı olaraq bizim yerinə yetirməli olduğumuz əmrlər dəyişir. Kodu yazarkən hər hala uyğun fərqli əmrləri verə bilmək üçün conditional statements-dən istifadə edirik.

Python-da conditional statementsdə istifadə olunan açar sözlər bunlardı: if, elif else. Bu açar sözlərdən sonra yazılan şərt ödənirsə, verilən əmrlər yerinə yetirilir, ödənmirsə həmin əmrlərə baxılmır . Gəlin sadə bir kod nümunəsi üzərindən izah verək :

a = 104
b = 67
if b > a :
print ("b a-dan böyükdür")
elif a == b :
print ("a və b bir-birinə bərabərdir")
else :
print ("a b-dən böyükdür")

Burda ilk öncə if şərti yoxlanılır, amma b>a yanlış ifadə olduğu üçün print(“b a-dan böyükdür”) əmrinə heç baxılmır və elif şərti yoxlanılır. Amma a b bir-birinə bərabər olmadığından bu şərt də səhv olur və else kod blokunda verilən print(“a b-dən böyükdür”) əmri yerinə yetirilir.

Qeyd: print() funksiyası ekrana dəyər çap etmək üçün istifadə olunur.

3. Looping / Iterator(Döngülər):

Python-da 2 primitiv loop əmri var : forwhile

3.1.While loopu.

While açar sözündən sonra yazılan şərt doğru olduğu müddətcə kod blokunda verilən əmrlər təkrar-təkrar yerinə yetirilir. Gəlin bir kod nümunəsinə baxaq:

eded = 1while eded print (eded) 
eded += 1

Bu kodu icra( run)etsək, bizə 1-dən 10-a qədər ədədləri ekranda çap edəcək. Bəs proses necə gedir?

Deməli, ilkin halda eded=1 olduğundan eded şərti odənir. Ona görə də kod blokundakı əmrlər yerinə yetirilir, yəni eded adlı dəyişənin 1 qiyməti ekrana çap olunur və qiyməti 1 vahid artırılaraq 2 olur. Sonra eyni proses eded=2 qiymətinə nəzərən aparılır, sonra eded=3,…, eded=10 olanda da, yenə şərt ödəndiyindən 10 qiyməti çap edilir və eded dəyişəninə 11 qiyməti mənimsədilir. Amma eded=11 artıq şərtimizi ödəmədiyindən proses burda dayanır və nə 11 qiyməti çap olunur, nə də qiyməti 1 vahid artıb 12 olur.

3.2.For loopu.

For loopu da while kimi eyni prosesləri edir. Sadəcə yazılış forması fərqlidi:

for i in range (başlanğıc_nöqtə, son_nöqtə, addım_sayı): 
print (i)

Burda for loopundan əlavə range() funksiyasından da istifadə etdim. Bu funksiyanın 3 parametri var: başlanğıc_nöqtə, son_nöqtə addım_sayı. başlanğıc_nöqtə i-nin ilkin dəyərini göstərir.Hər dəfə i-nin qiyməti addım_sayı adlı dəyişəninin dəyəri qədər artacaq və i-nin bu qiymətinə uyğun kod blokundakı əmrlər yerinə yetiriləcək. Amma nə vaxt ki, i-nin qiyməti son_nöqtə dəyişəninin dəyərini aşsa, o zaman döngü dayanacaq. i-nin ala biləcəyi qiymət aralığı isə : başlanğıc_nöqtə ≤ i < son_nöqtə

Qeyd : range() funksiyası default olaraq, başlanğıc_nöqtə=0 addım_sayı=1 kimi təyin edir deyə, əgər kodunuzda bu iki parametr uyğun olaraq qeyd etdiyim qiymətə bərabər olarsa, həmin parametrin qiymətini daxil etməyə ehtiyac yoxdu.

İndi isə gəlin, yuxarıda while loop-unda verdiyimiz məsələnin for loopu ilə yazılışına baxaq :

for i in range (1,11): 
print (i)

Bu kodda başlanğıc_nöqtə-nin dəyərini 1, yəni i=1 təyin etdik. Çünki, məsələyə görə i-nin qiymətini [1-10] aralığında hər dəfə 1 vahid artırıb, ekrana çap etməliyik. İndi belə bir sual yarana bilər ki, niyə i-nin son dəyəri 10 olduğu halda, son_nöqtə-nin dəyərini 11 verdik? Diqqət etsəz, bunun səbəbinin yuxarıda yazdığım (başlanğıc_nöqtə ≤ i < son_nöqtə) qaydada olduğunu görəcəksiniz. Əgər son_nöqtə=10 olsaydı, i 10 qiymətini ala bilməzdi, ona görə də 11 təyin etdik. Əlavətən, addım_sayı=1 olduğundan, bu parametrin qiymətini daxil etmədim.

İndi belə bir məsələyə baxaq: “while və for loopları ilə elə bir kod yazaq ki, 1-dən n-ə qədər ancaq tək ədədləri çap etsin. n dəyişəninin qiymətini istifadəçi daxil edəcək.”

Bu kodu gəlin ilk öncə while loopu ilə yazaq:

eded = 1
n = int(input())
while eded print (eded)
eded += 2

For loopu ilə isə belə yazacayıq:

n = int(input())for i in range (1, n+1, 2): 
print (i)

Diqqət etdinizsə , məsələnin şərtində n dəyişəninə istifadəçinin qiymət daxil etməsini istəyirəm. Bu səbəbdən input() funksiyasından istifadə etdim. Qarşısında yazılan int ilə sadəcə daxil ediləcək datanın tam(integer) ədəd olacağını bildirdim.

Python ilə proqramlaşdırma

Əvvəlki illərdə şagirdlərdən sadə proqramlaşdırma mühitində proqram tərtib edə bilmələri tələb olunurdusa, 8-ci sinifdə daha geniş imkanlara malik proqramlaşdırma dilində iş bacarıqlarının formalaşdırılması nəzərdə tutulur. Bu baxımdan 8-ci sinifdən başlayaraq şagirdlər proqramlaşdırma üzrə bilik və bacarıqlarını daha geniş imkanları olan, peşəkar proqramlar yaratmağa imkan verən, eyni zamanda yetərincə sadə olan Python dili (əsasən “payton”, bəzən isə “piton” kimi tələffüz olunur) əsasında təkmilləşdirəcəklər.

Hollandiyanın məşhur “Tiobe” şirkəti hər ay proqramlaşdırma dillərinin reytinqini dərc edir. Son dövrlər (1 iyun 2015-ci ilin statistikası) Python dili 150 dil arasında 6-ci yerdə möhkəmlənib (http://www.tiobe.com/index.php/content/paperinfo/tpci/index.html). Yeri gəlmişkən, indiyədək şagird və tələbələrə proqramlaşdırmanın əsaslarının öyrədilməsində geniş istifadə olunan Pascal dili bu siyahıda 20-ci yerdədir.

Bir çox ölkələrdə Python dilindən onun üstünlüklərinə görə geniş istifadə olunur. Bunun səbəbləri çoxdur. Bu dildə verilənlərin tipi azdır. Məsələn, int tipi ixtiyari uzunluqlu tam ədədlərlə, decimal tipi isə ixtiyari dəqiqlikli həqiqi ədədlərlə işləməyə imkan verir. Bu dilin başqa üstünlüklərini də göstərmək olar:

  1. O, sərbəst (ödənişsiz) yayılır.
  2. Nisbətən “cavan” olsa da, istər yeni öyrənənlər, istərsə də peşəkar proqramçılar arasında çox populyardır.
  3. Sadə sintaksisə malik olduğundan öyrənilməsi asandır.
  4. Bir sıra Avropa ölkəsində azyaşlı uşaqlara proqramlaşdırmanı öyrətmək üçün bu dildən istifadə olunur.
  1. Bu dildə yazılmış kodu Windows, Mac OS X, Linux kimi müxtəlif əməliyyat sistemlərində icra etmək olur.

Comments are closed, but trackbacks and pingbacks are open.