30 yaşadək oxumalı olduğumuz 30 kitab
“Cinayət və cəza” romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Bu elə bir dövr idi ki, Rusiya təhkimçilik hüququndan təzəcə azad olmuş və hələ özünün gələcək inkişaf yollarını dəqiq müəyyənləşdirməmişdi. Rusiya hansı yolla gedəcəkdi? O, Avropa kapitalist inkişaf yolunu seçəcək, yoxsa öz milli ənənələrinə əsaslanaraq yeni, Avropa xalqlarından fərqli bir yolla gedəcəkdi? Bu sualların dəqiq və birmənalı cavabı yox idi və 60-cı illər rus ədəbiyyatı bu məsələ haqqında dərindən düşünürdü. Dostoyevski Çernışevskidən fərqli olaraq Rusiyanın gələcək nicatını inqilabda və ədalətli sosial quruluşda, yəni sosializmdə deyil, xalqın, millətin rus pravoslav dininə tapınaraq mənəvi kamilləşmə yolunu seçməsində görürdü. O dövr üçün Çernışevskinin fikirləri daha aktual, daha real görünürdü. Rusiya nəhayət ki, müəyyən müddətdən sonar sosializm deyilən məqsədə nail oldu. Lakin geniş tarixi kontekstdə Dostoyevski fikirləri həqiqətə daha yaxın idi, çünki onlar rus milli ruhunun, milli xarakterinin, milli mədəniyyətinin əsaslarını və dərin təmayüllərini daha dürüst ifadə edirdi. Bugünkü nöqteyi-nəzərindən diqqət yetiriləndə Dostoyevskinin fikirlərinin özünü doğrulduğunu görürük.
Q markes yüz ilin tənhalığı
А.Quliyeva,
Azərbaycan Dillər Universiteti
Q.Q MARKESİN «YÜZ İLİN TƏNHALIĞI» ROMANINDA TARİXİLİK
Q.Markes yaradıjılığmı tədqiq edənlərin bır çoxu «Yüz ilin tənhalığı» romanını məhz tarixdən bəhs edən əsər kimi qiymətləndirir. Daha doğrusu, romanın baş vurduğu mövzuların kökündə tarixə daha artıq üstünlük verildiyini vurğuläyırlar’ İspan dilli ədəbiyyatın ən tanınmış tədqiqatçılarından sayılan, rus ədəbiyyatşünası A.Qribanov belə hesab edir ki, romanın əsas qayəsi – TARİXDİR. «. İnkişaf dövrü keçirən ədəbiyyatlarda ‘tarixini ümumiləşdirən belə ;bir romana ehtiyaj vardı. Vaxtilə «Hərb və Sülh» rus ədəbiyyatı, «Küləklə sovrulanlar» amerikan ədəbiyyatı üçün belə rol oynayıb. Belə «birləşdiriji, qovuşduruju» kitab olmadan hər hansı milli ədəbiyyatın inkişafı mümkün deyil. Əlbəttə, tarix müxtəlif canrlarda’öz ifadəsini tapır, roman isə bü mərhələdə həmin milli ədəbiyyatın yetkinliyini sübuta yetirən göstərijidir. Q.Markesin «Yüz ilin tənhalığı» romanı təkjə Kolumbiya ədəbiyyatı üçün deyil, ümumiyyətlə Latın Amerikası ədəbiyyatı üçün əvəzolunmaz nümunədir . » (1,102-116)
MƏQALƏNİ YÜKLƏ [1,49 Mb] (yüklənib: 5)
30 yaşadək oxumalı olduğumuz 30 kitab
Sizinlə razıyam ki, deyirlər, “Bəzi kitabların yaşı yoxdur”. Lakin, bir şeyi də unutmayaq ki, dünyagörüşünün və həyata baxış şəklimizin formalaşmasında mütaliə yaşımız xeyli rol oynayır. Elə kitablar var ki, yeniyetmə və gənclik çağında oxunması daha gözəl nəticələrə səbəb ola bilər. Bu baxımdan sizə dünya ədəbiyyatından otuz yaşadək mütləq oxumalı olduğumuz otuz kitabı təqdim edirik.
Qeyd: Kitabları əldə etmək üçün fotolara tıklamağınız yetərlidir 🙂
1. Fyodor Dostoyevski – “Cinayət və cəza”
“Cinayət və cəza” romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Bu elə bir dövr idi ki, Rusiya təhkimçilik hüququndan təzəcə azad olmuş və hələ özünün gələcək inkişaf yollarını dəqiq müəyyənləşdirməmişdi. Rusiya hansı yolla gedəcəkdi? O, Avropa kapitalist inkişaf yolunu seçəcək, yoxsa öz milli ənənələrinə əsaslanaraq yeni, Avropa xalqlarından fərqli bir yolla gedəcəkdi? Bu sualların dəqiq və birmənalı cavabı yox idi və 60-cı illər rus ədəbiyyatı bu məsələ haqqında dərindən düşünürdü. Dostoyevski Çernışevskidən fərqli olaraq Rusiyanın gələcək nicatını inqilabda və ədalətli sosial quruluşda, yəni sosializmdə deyil, xalqın, millətin rus pravoslav dininə tapınaraq mənəvi kamilləşmə yolunu seçməsində görürdü. O dövr üçün Çernışevskinin fikirləri daha aktual, daha real görünürdü. Rusiya nəhayət ki, müəyyən müddətdən sonar sosializm deyilən məqsədə nail oldu. Lakin geniş tarixi kontekstdə Dostoyevski fikirləri həqiqətə daha yaxın idi, çünki onlar rus milli ruhunun, milli xarakterinin, milli mədəniyyətinin əsaslarını və dərin təmayüllərini daha dürüst ifadə edirdi. Bugünkü nöqteyi-nəzərindən diqqət yetiriləndə Dostoyevskinin fikirlərinin özünü doğrulduğunu görürük.
2. Ceyn Ostin – “Qürur və qərəz”
Bu günə qədər “ingilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ən başlıcası isə odur ki, yazıçı bütün başqa qələm sahiblərindən fərqli olaraq oxucusunun psixi-emosional dünyasına təcavüz edib, onun hiss və duyğularıyla oynamır. Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.
3. Alber Kamyu – “Yad”
Kamyu deyincə, ədəbiyyat sahəsində ilk ağlagələn, onun 1942-ci ildə nəşr olunmuş “Yad” əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir Ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını belə öyrənə bilmirik (burada Kafkanı xatırlamaq yerinə düşər).
Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Ancaq bu yadlaşmanın Kamyu üçün Marksist yadlaşma təlimi ilə əlaqəsi olmadığını vurğulamaq lazımdır. Buradakı yadlaşma Kamyunun məşhur “absurd” fəlsəfəsindən doğur. Qəhrəmanın dediyi “hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir, əslində 30, ya da 70 yaşında ölməyin fərqli olmadığını mən də bilirdim, çünki hər iki halda çox təbii olaraq başqaları yenə yaşayacaqlar və bu minillərlə davam edəcək (. ) İnsan madam ki öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur”, – sözləri, müasir nihilizmin absurd anlayışı əsasında araşdırılmasıdır.
4. Lev Tolstoy – “Anna Karenina”
Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailənin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxunur.
Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında roman. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə baxmadan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.
Anna Karenina obrazı çox ziddiyyətlidir. Həyatı alt-üst olduğu üçün oxucunun ona yazığı gəlir, oynaşından ötrü öz oğlunu atdığı üçünsə oxucu ona nifrət edir.
5. Con Steynbek – “Qəzəb salxımları”
XX əsr Azərbaycan ədəbiyyatında geniş şöhrət tapan və adı tezliklə dünyanın bir çox ölkələrinə yayılan Con Steynbekin “Qəzəb salxımları” romanı ilk dəfə 1939-cu ildə çap olunub və “Bədii kitab” nominasiyası üzrə Pulitser mükafatına layiq görülüb. Roman ABŞ-da kollec və məktəblərin dərs proqramlarına daxil edilib.
Romandakı hadisələr böyük depressiya dövründə baş verir. İcarədar-fermer olan Codu ailəsi iqtisadi çətinliklərə görə doğma ev-eşiyini tərk etmək məcburiyyətində qalaraq, səadət tapmaq ümidi ilə bir çox ailələrə qoşulub Kaliforniyaya üz tutur. Ailənin başına gələn hadisələri qisas və qəzəb hissi ilə təqdim edən, sevgi və nifrət motivlərini böyük ustalıqla verən müəllif oxucunu hadisələrin sehrinə salır.
Antuan de Sent-Ekzüperi öz qısa ömründə iki həyat yaşayıb: təyyarəçi həyatı, bir də yazıçı ömrü. Əslində onun həyatının bu iki tərəfini bir-birindən ayırmaq da olmaz, çünki yazıçı Ekzüperinin azsaylı əsərləri təyyarəçi Ekzüperinin təcrübəsi, dünyagörüşü, hiss-həyəcanı hesabına yaranıb. Yazıçının şah əsəri sayılan “Kiçik Prins” povesti o ədəbiyyat örnəklərindəndir ki, həm uşaqlar, həm də böyüklər tərəfindən maraqla oxunur.
7. Qabriel Markes – “Yüz ilin tənhalığı”
“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tənhalıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, həqiqətən, mifik xarakter daşıyır. Buendia ailəsinin bir neçə nəslinin tarixçəsinin özü və bununla yanaşı onun xarakterik xüsusiyyətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların talelərinin qabaqcadan müəyyən edilməsi nəsil mifi xarakteri qazanır. Romanda o, Makondonun və bütün Buendia üzvlərinin həlakına bir neçə dəqiqə qalmış bu nəslin sanskrit dilində yazılmış tarixçəsini açmış qaraçı Melkiades surətində təcəssüm edir. Eyni zamanda, romanda mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qurmalarda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aşkar fantastik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gülüşü parodiya vasitəsidir. Latınamerikan nəsrinin mifyaradıcı “möcüzənin reallığı”, “magik realizm” romanda Amerikanın təkrarsız simasının yaradılmasının vacib vasitəsi və eyni zamanda özünə bir parodiya kimi çıxış edir.
8. Corc Oruell – “1984”
Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş…
9. Uilyam Qoldinq – “Milçəklər tanrısı”
“Milçəklər Tanrısı” günümüzdə bir atom müharibəsi zamanı kimsəsiz adaya düşən bir qrup məktəbli uşağın gəldikləri dünyanın adət və ənənələrindən uzaqlaşaraq, insan yaradılışının təməlindəki qorxunc gerçəyi ortaya qoymalarını dilə gətirir. Mövzusu R.M.Ballantinenin “Mərcan Adası” kimi kimsəsiz bir Mərcan adasının cənnətini təcəssüm etdirən mühitdə başlayan bu roman, çağdaş cəmiyyətlərdəki çöküntünün, insan yaradılışındakı köklərini göz önünə gətirmək məqsədilə “Mərcan Adası”ndakı hadisələrdən də fərqli süjet xəttinə malikdir. İnsan ürəyinin dərinliyində yerləşən qaranlığı deşərkən “Milçəklər Tanrısı” daha çox Conradın qısa romanı “Qaranlığın Ürəyi”ni andırır. Qoldinqin romanındakı uşaqlar da başlanğıcda eynilə Kurt kimi, toplumun təzyiqindən uzaq bir örnək sistem qurmaq istəyərkən, get-gedə heyvanlaşır, qorxunc bir xarakterə sahib insana çevrilirlər. Bu hissədən sonra “Milçəklər Tanrısı” əsərinin süjet xətti yuxarıda sadaladığımız əsərlərdən kəskin şəkildə fərqlənərək daha da axıcı olur. Qoldinq bu əsəri ilə kimsəsiz adadakı yaşayışın çətinliklərini, kədərini və ya xoşbəxtliyini anmağı deyil, daha çox, insanlığın düşdüyü mühiti, fərdlər arasındakı mübahisələrin hansı nəticələrə gətirib çıxartdığını göstərməyə çalışır.
10. Oldos Haksli – “Cəsur yeni dünya”
Hakslinin «Yeni cəsur dünya» əsəri utopik gələcəyə satirik baxış nümunəsidir. Satirik əsər hesab oluna biləcək bu romanda insanlar genetik çoxalma ilə nəsil artırır. Burda kastalara ayrılma doğumdan əvvəl baş verir. İnsanların yetişdirilməsi ilə inkubatoriya məşğul olur. Təhsil prosesində insanlara öz kastalarına məhəbbət, yüksək kastalara hörmət, aşağı kastalara isə laqeydlik aşılanır.
11. Con Steynbek – “Siçanlar və adamlar”
“Siçanlar və adamlar” povestindəki obrazlar – bir parça torpaq həsrəti ilə yaşayan, bu həsrətlə də ömrünü başa vuran kəslər, yazıçının çox yaxından tanıdığı, dərdlərinə şərik olduğu insanlardır. Sonradan, dünyada böyük şöhrət qazanmasına baxmayaraq, elə bil Con Steynbek bu povestdə heç vaxt ondan ayrı düşməyən öz duyğularını, onun həyatının unudulmaz bir parçası saydığı həmin günləri yazırdı.
12. Jose Saramago – “Korluq”
Nəşr edildikdən sonra Avropada böyük ajiotaj yaradan əsərin arxa fonunda çox böyük ictimai-siyasi-mədəni tənqid dayanır. Təkcə ədəbi yaradıcılığı ilə deyil, siyasi fəaliyyəti ilə də seçilən, həyatının sonuna qədər kommunizmə, sol ideyalara sadiq qalan portuqal yazıçının bu romanı yeni dövrə, kapitalizmə və onun gətirdiyi naqisliklərə qarşı yazılmış ən möhtəşəm əsərlərdən biri sayılır. Amma ədəbi əsəri təkcə hansısa ideologiyanın çərçivələrində şərh eləmək də düzgün olmazdı.
Dahiyanə «Korluq» romanını oxuyan istənilən dünyagörüşə sahib oxucu orada özü üçün faydalı, öz dünyasının qaranlıq bucaqlarına işıq salan fikirlərlə qarşılaşacaq. Bu roman müasir ədəbiyyatın şedevrlərindən biri sayılır.
13. Fridrix Nitsşe – “Zərdüşt belə deyirdi”
Bu əsər dünya fəlsəfi fikrinin zehinlərdə dərin iz buraxan on kitabından biri sayılır. Dahi mütəfəkkir Fridrix Nitsşenin qədim şərq müdriki Zərdüştün həyatına və düşüncələrinə həsr olunmuş əsəri həyat və qüdrətli zəka qəhrəmanları haqqında ən kədərli epopeyalardan biridir.
Burada poetik əzəmət, dərin fikir, mənalı rəmz, hər cür tiranlıq və saxtakarlığın amansız ifşası çox qəribə şəkildə bir-biri ilə çulğalanmışdır.Nitsşe özü bu əsər barədə belə yazır: “Bu ya poeziya, ya beşinci İncil, ya da nəsə hələ adı olmayan bir şeydir- bu, mənim əsərlərimin ən ciddisi, ən uğurlusudur”.
14. Qustav Flober – “Madam bovari”
XIX əsrdə Fransada realizm məyusluğun övladı kimi dünyaya gəlmişdi. O dövrün insanları qardaşlıq və azadlıq xülyalarını artıq itirmişdilər. Romantizm öz yerini daha səmimi və daha gerçək olan realizmə verməyə hazırlaşırdı və “Madam Bovari” əsəri bu keçid dövründə atılan mühüm addımlardan birinə çevrildi.
Sonralar romanın baş qəhrəmanı Emma Bovarinin hər şeydən narazı xasiyyətinin nəticəsi kimi məmnuniyyətsizliyi, reallıqla fantaziya arasındakı sərhədi təyin etmək bacarıqsızlığını bildirən “bovarizm” termini meydana gəldi. Floberin fikrincə, “bovarizm” romantik ideyaların gerçəkliyin xırda hadisələri ilə görüşündən törəmişdir.
15. Frans Kafka – “Çevrilmə”
«Çevrilmə» novellası da metafora baxımından zəngin və çoxmənalı əsərdir: burada az qala, hər cümləni yüz yerə yozub yüz nəticə çıxarmaq mümkündür. Ancaq bir məsələ tam şübhəsizdir: itaətkar oğulu – üzüyola qulluqçunu əcaib həşərata çevirib onu doğma ailə mühitinə atmaqla Kafka biganəliyin, fərdin faciəvi və sonsuz tənhalığının gerçək surətini yaratmışdır.
16. Heminquey – “Əcəl zəngi”
Ernest Hemingwayin romanları hər zaman bütün dünyanın diqqət mərkəzində olub. “Əcəl zəngi” İspan vətəndaş müharibəsi zamanı dağlarda mübarizə edən bir qrup partizandan bəhs edir.
Əvvəllər kilsə zəngləri, toy, xaç suyuna salınma və dəfn mərasimlərilə yanaşı döyüşdə qalibiyyət kimi əhəmiyyətli hadisələri elan etmək üçün istifadə edildi.
əsərdə həmçinin, Heminqueyin öz həyatından müxtəlif elementlərə də rast gəlinir.
17. Viktor Hüqo – “Səfillər”
Viktor Hüqonun 1862-ci ildə nəşr olunmuş və XIX əsrin ən mükəmməl nəsri hesab edilən fransız romanı. Romanda XIX əsrin əvvəllərində on yeddi il ərzində (1815-ci ildən başlayaraq 1832-ci il İyun qiyamına qədərki dövrdə) bir neçə fransız obrazın həyatı və qarşılıqlı münasibələri izlənilir. Roman Din şəhərinin yepiskopu Miriel Benvenünün həyat tərzinin təsviri ilə başlayır. Sanki Hüqo bununla insanları daha mərhəmətli ədalətli olmağa çağırır. Əsərdə qanunun və xeyirxahlığın təbiəti tədqiq edilir, habelə əsər Fransa tarixi, Paris memarlığı, siyasət, əxlaq fəlsəfəsi, antimonarxizm, hüquq, din, romantik məhəbbət və ailə sevgisinin təbiəti və tipləri kimi mövzularla genişləndirilir. Məzmun dəlillərə əsaslanmış və tarixi hadisələrlə zəngin olduğundan tarixi fiksiya hesab edilir. Belə güman edilsə də, romanın fonunda Fransa inqilabı dayanmır. Fransa inqilabı XVIII əsrdə baş vermiş, “Səfillər” isə XIX əsrdə yazılmışdır. Adı çəkilən “inqilab” yalnız İyun qiyamıdır (1832-ci il tələbə üsyanı).
18. Şarlotta Bronte – “Ceyn Eyr”
Həyat gözəldir, amma onun sərt üzü də var. Yaşamaq təkcə həyatdan zövq almaq deyil, həm də onun uğrunda mübarizə aparmaq, bu həyatda təsadüfi olmadığını sübuta yetirməkdir. XIX əsr İngiltərə yazıçısı Şarlotta Brontenin qəhrəmanı ən ağır sınaqlardan ləyaqətlə çıxaraq öz təmiz adını qoruyub saxlayır. Onun adı Ceyn Eyrdir. Yüzillər gəlib keçir, dünya dəyişir, amma hər gələn nəsil bu sadə, kimsəsiz qızın amansız taleyinə tabe olmaması, ağır sınaqları dəf edərək səadətə yetməsi haqqında özünün danışdığı həyat hekayətini sevə-sevə oxuyur. O hər bir oxucunu özünə sirdaş edir. Onun həyat yolu insanın mənəvi və əxlaqi qələbəsinin rəmzidir. “Ceyn Eyr” romanı dünya ədəbiyyatının qızıl fonduna daxil olmaqla bərabər ən çox ekranlaşdırılan əsərlərdən biridir. Lakin heç bir film, hətta onun ən uğurlu ekran təcəssümü belə kitab qədər maraq və həyəcan doğurmur, qəhrəman və oxucu arasında məhrəm, səmimi münasibəti əvəz edə bilmir.
19. Corc Oruell – “Heyvanıstan”
“Malikanə” fermasının tənbəl və əyyaş sahibi Mr. Cons bir gün fermanın heyvanlarını yemləməyi unudur. Heyvanların fermanı ələ keçirmək üçün qaldırdığı növbəti üsyana donuz Napoleon və Uillinqton rəhbərlik edirdilər. Ferma haqsızlığı aradan qaldırmaq və dördayaqlıların mənafeyinə xidmət etmək məqsədi ilə yenidən quruldu. Ancaq zaman keçdikcə üsyanın prinsipləri təhrif olundu və unuduldu. Yeni və gözlənilməz hallar baş qaldırdı…
“Heyvanıstan” – yanlış istiqamətlənmiş bir inqilabın tarixi – Corc Orueldən gücün azdırıcı təsirinə satirik baxış.
20. Orxan Pamuk – “Mənim adım qırmızı”
Nəqqaşın öz üslubu, rəngi, səsi olmalıdırmı?
Padşahın əmrilə gizli kitab hazırlayan nəqqaşlardan biri öldürüləndə qatili üslubuna görə tapmaq olarmı?
Məşhur türk yazıçısı, 2006-cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamukun «Mənim adım Qırmızı» romanı 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən sənət, eşq, qətl hadisələrini təsvir edir.
Roman bir çox məziyyətləriylə yanaşı, Nizaminin əsərlərinə çəkilmiş miniatürlər, böyük rəssam Kəmaləddin Behzadın misilsiz əsərləri, ümumiyyətlə, nəqş sənəti haqqında bənzərsiz hekayətdir.
21. Paulo Coelho – “Kimyagər”
Kimyagər – Braziliya yazıçısı Paulo Koelhonun ən məşhur əsərlərindən biridir. O, dünyada milyonlarla insanın sevimli kitabıdır. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. «İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır. .» – bunu Koelho deyir. Artıq kulta çevrilən bu roman öz oxucusunun həyatını dəyişməyə qadir olan bir əsərdir.
Oxuculara «Kimyagər» kitabının simvolik olduğunu və bu baxımdan da uydurmaya bir kəlmə də yol verilməyən «Maqın gündəliyi»ndən fərqləndiyini əvvəlcədən deməyi özümə borc bilirəm. Ömrümün on bir ilini əlkimyanı öyrənməyə həsr etmişəm. Magiyada ilk addımını atan hər kəs üçün dəmiri qızıla çevirmək, yaxud Əbədi Həyat İksirini tapmaq çox cəzbedicidir. Allahın varlığını dərk və hiss etməyənə qədər hər şeyin nə vaxtsa həmişəlik olaraq bitəcəyi fikri mənim üçün dözülməz olduğundan, etiraf edim ki, iksir məndə çox güclü təəssürat yaratdı. Ona görə də yer üzündəki ömrümüzü illərlə uzada biləcək hansısa məhlulu yaratmağın mümkünlüyü haqqında eşitdikdən sonra özümü bu iksirin hazırlanmasına həsr etməyi qərara aldım.
Bu zaman yetmişinci illərin əvvəli, böyük sosial dəyişikliklər dövrü idi, hələ əlkimya sahəsində ciddi işlər yox idi. Mən bu kitabın qəhrəmanlarından biri kimi, qəpik-quruşumu xarici kitablar almağa, zamanımı isə – onların mürəkkəb simvolik dilini öyrənməyə xərclədim.
Qabriel Qarsia Markes – ” 100 ilin tənhalığı ” ( Aybəniz Həsənova )
Q.Q.Markez ” Yüz ilin tənhalığı ” “Səs-küylü və insanlarla doluydu Buendiaların tənhalığı …” Nağıl yoxsa həqiqət? ! Ya da nağıl diliylə yazılmış həqiqət? ! Hər şey illər öncə ata Joze Arkadio ilə ana Ursulanın dənizi tapmaq xəyalı ilə dağları aşıb Makondo qəsəbəsini qurması ilə başladı. Burda-Makondoda yüz illik tənhalığa məhkum edilmiş bir nəsil yarandı. Üç övladı oldu Joze Arkadio ilə Ursulanın – Aureliano, Joze Arkadio və Amaranta. Nəsil davam etdikcə bu adlar dəfələrlə təkrarlandı. Amma onların adlarından başqa da ortaq bir xüsiyyətləri var idi-tənhalıqları…
Roman qəhrəmanları necə bir həyat yaşayırlarsa yaşasınlar əvvəl-axır onları qaçılmaz bir tənhalıq gözləyir. İstər ata Joze Arkadio kimi dənizi tapmaq arzusuyla dağları aşsınlar, istər yüz ildən artıq ömür sürən Ursula kimi ailəni qoruyub saxlamaq, onun diliylə desək ” dəlilər evi “ni idarə etmək üçün insan iradəsindən üstün olan bir güc sərf etsinlər, istərsə də polkovnik Aureliano Buendia kimi 32 döyüşdə iştirak etsinlər … fərq etməz. Sanki ortaq və qaçılmaz bir taleləri var, vaxt gəlib çatanda qaranlıq bir tənhalığa qərq olaraq tək-tənha ölürlər. Görəsən onlardan hansı daha tənha idi? Ömrünün sonunu bir şabalıd ağacı altında keçirərək, az qala o ağacla bir bütün olan Jose Arkadio … İyirmi il davam edən müharibədə 32 silahlı hücumun hamısında məğlub olan, ona qarşı hazırlanmış 14 sui-qəsddən sağ çıxıb bir əfsanəyə çevrildikdən sonra edama məhkum edilən polkovnik Aureliano Buendiamı … Ömrü boyu Pietro Krespinin yasını tutub heç vaxt ailə qurmayan Amaranta… yoxsa…. Nə qədər fantastik və inanılmaz hadisələr baş versə də əslində anlayan oxucu üçün əsərdə Markezin özünün dediyi kimi həqiqətdən uzaq bir cümlə də yoxdur. Tənhalıq mövzusu elə incəliklə işlənib ki, oxuduqca səssiz-səmirsiz, xəbərdarlıq etmədən insanın içinə işləyir. Ancaq o zaman tənhalığa məhkum edilmiş Buendia nəslinin faciəsini səndə yaşayır və anlayırsan …
Comments are closed, but trackbacks and pingbacks are open.