Jurnalistika asosiy janrlar
XX əsrdə rus jurnalistikası. “Russkoye slovo” qəzeti. 1905-ci il 17 oktyabr manifesti və mətbuatın inkişafında onun rolu. 1905-07-ci illərdə satirik jurnallar. Bolşevik qəzeti “Pravda”. “Qazeta-kopeyka” kütləvi mətbuat orqanı kimi.
Radio yayımının formaları və radiojurnalistikanın janr bölgüsü
Radio yayımı inkişaf etdikcə, ictimai proseslərin proqramların məzmununa və bütövlükdə radionun statusuna təsiri artdıqca kütləvi kommunikasıyanın bu sahəsində də yeni texnologiyalar tətbiq olunduqca efirdə səslənən verilişlərin təqdimatında, formatında, yayımın formalarında və proqramların məzmununda da ciddi dəyişikliklər gedir. İlk növbədə yayımın növləri ilə bağlı situasiya dəyişir, yəni yayım təcrübəsində indiyə qədər mövcud olan proqram növləri və formalar öz yerini yenilərə verir.
Biz yayımın növləri dedikdə, məhz konkret mövzunu əhatə edən və aditoriyanın konkret sosial təbəqəsinə yönələn proqram bölgüsünü nəzərdə tuturuq. Digər tərəfdən radionun kommunikativ sistem kimi inkişafı və təkmilləşməsi efir materialının göndərildiyi ünvanı da müəyyənləşdirir. Dinləyicilər əvvəlcə sosial-demoqrafik əlamətlərə kənd və şəhər dinləyicilərinə bölünürlər. Sonra gənclər və uşaq auditoriyalarına yönəlmiş verilişlər meydana çıxır. Bu prosesin növbəti mərhələsi dinləyicilərin sosial, peşə, mədəni maraqlarını və yaş xüsusiyyətlərini nəzərə alan radio verilişlərinin çoxprofilli olmasıdır.
Azərbaycan radiosunun ilk illərində yayım materialları ümumi şəkildə ictimai-siyası yayım və bədii yayım olmaq üzrə iki qismə ayrılmışdı. Hazırda qeyri-kommersiya radiolarında tematikaya görə ictimai-siyasi informasiya, maarifçilik, ədəbi dram və musiqi yayımı, özəl radiolarda isə informasiya və musiqi yayımı geniş yayılmışdır.
Bu yayım növlərini xarakterizə edən tədqiqatçılar bildirir ki, ictimai-siyasi yayım rəsmi materilalları, dövlət və hökumət orqanlarının, ictimai təşkilatların fəaliyyətini işıqlandıran, ölkə həyatının və beynəxalq həyatın aktual problemlərindən söhbət açan, nəzəri materialları təbliğ edən verilişlər kompleksidir. İctimai-siyasi yayımın əsas fərqləndirici xüsusiyyəti onun sənədliliyidir. İctimai-siyasi yayımın məqsədi hər hansı ölkənin həyatında və beynəlxalq aləmdə baş verən hadisələr barədə dinləyicilərə informasiya və şərh verməkdir. Burada verilən informasiyanın operativliyi, dürüstlüyü, konkret fakta əsaslanmağı, yığcamlığı və aydınlığı əsas şərt olmalıdır.
Müasir radio təcrübəsində ictimai-siyasi yayımı üç yerə bölmək olar: a) xəbər proqramları, b) xəbərdən törəmə proqramlar, c) debat proqramları. Xəbər və xəbərdən törəmə proqramlar ölkənin siyasi-iqtisadi və sosial-mədəni həyatını işıqlandırmaqla dinləyicidə bu sahədə gedən proseslər haqqında dolğun təsəvvür yaradır. Diskussiya proqramlarında isə hər hansı problemin müxtəlif aspektləri çözülür. Buna görə də toxunulan mövzular aktuallığına görə seçilməli və dinləyici marağına xidmət etməlidir. Çünki auditoriya dinləyici marağını oxşamayan, onun problemlərini efirə çıxarmayan radionun verilişlərini dinləmir.
Bədii yayım müasir qeyri-kommersiya radiolarının (dövlət və ictimai) efir siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Bədii radio yayımı proqramlarda geniş yer tutan, efirin spesifik imkanlarına məharətlə yiyələnərək gerçəkliyi sənətə xas olan bədii üsulla əks etdirən, dinləyicilərdə bədii-estetik zövqün formalaşmasında rol oynayan radio materialıdır. Bu cür yayımın başlıca vəzifəsi dinləyiciləri milli və dünya mədəniyyətinin nümunələri ilə qovuşdurmaq, auditoriyaya estetik zövq aşılamaq, dinləyicilərin əylənməyə olan tələbatını ödəməkdir. Bədii yayıma ədəbi-dram və musiqi verilişləri, qismən də uşaq və gənclər üçün olan verilişlər aiddir. İctimai-siyasi radio yayımı ətrafında ictimai-siyasi informasiya, ictimai-siyasi təbliğat, uşaqlar, yeniyetmələr və gənclər üçün verilişlər cəmləşmişdir.
Göründüyü kimi bu bölgü əsasən tematik prinsipə əsaslanmışdır. Lakin sonrakı bölgü prosesində funksional təyinat və ünvanlılıq əsas götürülmüşdür. Funksional təyinat ilə dinləyiciləri məlumatlandirmaq, ünvanlılıq ilə isə uşaqlar üçün yayım, gənclər üçün yayım və s. nəzərdə tutulur.
Radio meydana gəldiyi ilk illərdən teatrlar və onların yaradıcı heyətləri ilə sıx əlaqədə olmuşdur. Bu səbəbdən radio tamaşaları və səhnələşdirilmiş verilişlər ədəbi-dram yayımında aparıcı yerlərdən birini tutmuşdur. Ədəbi-dram əsərlərinin radionun ilk yıllarında sadəcə translyasiyası, daha sonra isə radio üçün uyğunlaşdırılması yayımın bu qolunun inkişafı üçün şərait yaratmışdır.
Müasir radiolarda o cümlədən özəl radiolarda musiqi yayımının əhatə və mövzu dairəsi olduqca genişdir. Klassik irslə tanışlıq, musiqi mədəniyyətinin tarixi məsələlərinə dair söhbətlər, gprkəmli xarici ölkə bəsəkarları, dirijorlar, vokal sənəti ustaları haqqında verilişlər, opera və operettaların translyasiyası, dünya xalqlarının milli mədəniyyətlərinin işıqlandırılması, ölkədə və xaricdə musiqi həyatının ən diqqətəlayiq hadisələri haqqında məlumat vəs. – bütün bunlar verilişlərin məzmununu təşkil edir.
Ünvanlandığl dinləyici təbəqəsinə-auditoriyaya görə də yayımın bir neçə növünü müəyyənləşdirmək olar: 1) uşaqlar və yeniyetmələr üçün yayım; 2) qadınlar üçün yayım; 3) gənclər üçün yayım və s. Bunlar əsasən ixtisaslaşmış yayım növü hesab olunur və konkret auditoriyaya ünvanlanır. Yayımın bəzi növləri (məsələn sürücülər üçün yayım) özəl radiolarda daha geniş yayılıb və o reklam sifarişçiləri üçün də cazibədar olduğundan geniş perspektivə malikdir.
Adətən günün radioproqramı əsas verilişlər qrupunu özündə cəmləşdirən və efirdə səslənmə vaxtından, hədəfə aldiği dinləyici auditoriyasının yaş səviyyəsi və marağından asılı olan modullardan ibarətdir. Bu proqramların növünün müəyyənləşməsində dövrilik, yəni, efirə çıxma tezliyi önəmli rol oynayır. Bu cəhətdən proqramlar əsasən, gündəlik, beşgünlük və həftəlik kimi üç qismə ayrılır.
Radiojurnalistikanın janr bölgüsü: Medianın başqa sahələrində olduğu kimi radioda da məhsullar-verilişlər müxtəlif janrlarda əks etdirilir. Bəs janr sisteminin təsnifatı radiojurnalistikada özünü necə göstərir?
Keçmiş sosialist ölkələrdə formalaşan jurnalistika nəzəriyyəsinə görə (ənənəvi jurnalistika janrları) bölgü bu şəkildədir: a) informativ, b) analitik, c) bədii-sənədli. Bu bölgü fkir bildirən janrları həm xəbər (məs, şərhli xəbər), həm də analitik (şərh) qrupuna aid edir.
Qərb təcrübəsinin formalaşdırdığı universal jurnalistika isə janrları fakt və fikir bölgüsünə əsaslanaraq media materiallarının üç tipini müəyyənləşdirir: a) xəbər, b) analiz (təhlil), c) fikir (rəy). Bu üç tipi bir-birindən asanlıqla ayırmaq mümkündür. Xəbər hər hansı hadisə ilə bağlı dəqiq və dolğun informasiya verir, niyə və necə baş verməsini və ya durumun niyə filan formada dəyişməsini analiz açıqlayır. Fikir bildirən materialda isə müəllifin ya da redaksiyanın olaya baxışı diqqətə yetirilir.
Ənənəvi janr təsnifatı (informativ, analitik, sənədli-publisistik) prinsipi radioda uzun müddət qorunub. Amma müasir şəraitdə radioda da janrların getdikcə cilalanması və özlərini yeni ampluada göstərməsi meyli mövcuddur.
Nəzərə almaq lazımdır ki, hər janr canlı prosesdir. Bu mürəkkəb proses dörd mərhələni özündə birləşdirir. Birinci, baş vermiş hər hansı faktın, hadisənin operativ şəkildə qeydə alınması, ikincisi həmin konkret faktın, hadisənin, epizodun dərk edilməsi, üçüncüsü dərk olunmuş faktın publisistik formaya salınaraq əks etdirilməsivə nəhayət dördüncüsü informasiyanın auditoriyaya çatdırılmasıdır. Məhz sonuncu mərhələdə janrlar həlledici rol oynayır və müasir radio verilişlərində bütün janr vasitələrinin çoxcəhətliliyi məlumatın dinləyiciyə aydın və dolğun şəkildə çatdırılmasına xidmət edir. Bu isə öz növbəsində, dinləyici auditoriyası ilə sıx və etibarlı əlaqə yaradılmasına güclü təsir göstərir.
İnformasiya janrları qrupuna xronika, xəbər, müsahibə, hesabat, reportaj;
Analitik janrlar qrupuna izahlı çıxış, radio araşdırma, diskussiya, icmal;
Rəy (fikir) bildirən qrupa isə şərh, söhbət, sorğu, çıxış və s. daxildir.
Ədəbiyyat
Məhərrəmli Qulu. Kino Televiziya və Radio Terminləri. İzahlı Lüğət. Bakı, 2002
Məhərrəmli Qulu. Radio dərsləri. Nurlan nəşriyyatı. Bakı, 2007
Jurnalistika asosiy janrlar
Jurnalistika, boshqa kasblar kabi, o’z xususiyatlari bor. Bu erda mutaxassis mavzuni va matn shaklida uning ijrosini topish muammo bilan duch keladi. Aslida to’g’ri vakillik va o’z fikrlari jurnalist Taqdimot uchun kerak sizga o’z semantik xususiyatlari ajrata (va shunday barkamol ularni matn ichida ko’milgan) intuitiv so’zlarini “his” va imkon beradi tili va uning zamonaviy standartlarga, adabiy iste’dodlar keyin egalik qilish, birinchi mukammal bilim va nihoyat, janr tushunishni beradi Matnlarni asoslari, ilmi.
Ushbu maqolada biz davriy uchun, odatda jurnalistika, asosiy janrlarini ko’rib. Biroq, bu ular bir umumiy semantik doirasida va bilan ifodalanadi, chunki ular, televizor yoki radio jurnalistika uchun ahamiyatsiz bo’ladi degani emas matn tarkibida, boshqalar karnay yoki taqdimot tilga oldi esa bir, nashrlarida chop etiladi va ular o’rtasidagi asosiy farq foydalanish faqat.
jurnalistika axborot janrlar
ma’lumot – Uzoq media janr tomonidan eng keng tarqalgan bir ta’rifi bilan yarataylik. Zamonaviy sharoit hayotning jadal aytib: bir vaqtning o’zida bor jamoatchilikni bilish kerak voqealar ko’p bo’ladi, va bu uslub tuzilishi bu talablarga javob qodir bo’ladi: yoki FM stantsiyani kommutatsiya orqali, televidenieda aylanish gazeta ochish, biz javobgar bo’lgan qisqa xabarlar, bir nutqlarni uchrashadi Asosiy savol: “nima?” “Kim?” “Qayerda?” “Qachon?” “Qanday qilib?”.
janrdagi Bu guruh elektron ommaviy axborot vositalari va davriy keng tarqalgan. Gazeta, nashr yoki eshittirishni zarur qaerda ustun, shuning uchun kamdan-kam vaqti-vaqti bilan borib kartasi, shuning uchun axborot matnlar bilan to’yingan emas.
Asosiy vakillari:
- qayd;
- axborot intervyu;
- yozishmalar ma’lumotlar;
- hisobot;
- Axborot hisobot;
- Viktorina.
Ular orasida eng keng tarqalgan hisobot, bir eslatma va yozishmalar bo’ladi.
janrlarda ushbu guruh xarakterli xususiyatlari:
- kichik miqdori;
- ifodalarda aniqligi, grafik vositalarini etishmasligi;
- Muallifning baholash yo’qligi tadbirlar / hodisalarni qamrab;
- faktologichnost ta’rifi va mazmuni.
jurnalistika Analitik janrlar
Bu guruh janrlar turlarining turli taqdim etiladi. Ular ayni paytda davriy va televidenie uchun umumiy emas, va radio hisoblanadi butunlay atipik janrlar. Biroq, zamonaviy hodisalar tahlilchisi bag’ishlangan maxsus jurnal va televidenie dasturlari bor.
janr asosiy vakillari:
- tahliliy hisoboti;
- tahliliy suhbatlar;
- tahliliy yozishmalar;
- suhbat;
- monitoring;
- izoh;
- maqola;
- tekshiradi;
- Ko’rib;
- jurnalistik tekshiruv.
Bunday materiallar eng keng tarqalgan orasida. televidenieda, u kechki ko’p hollarda oldinga chiqadi va davriy butun ustunini burib. Ular mualliflik o’z fikrlarini ifoda va jahon odatdagidek narsalarga yangi ko’rinish ochib imkonini beradi, chunki aslida, ular, bir ijtimoiy hodisa sifatida jurnalistika uchun juda ham qadrli.
janrlarda ushbu guruh xarakterli xususiyatlari:
- Muallifning baholash mavjudligi;
- materiallar katta hajmi;
- tahlilchi;
- tadbirlar, hodisalar va shaxslar o’rtasidagi ichki ulanishlar ko’rsatish;
- taxminlarni prognozlashtirish.
jurnalistika badiiy va publitsistik janrlar
Bu guruh janrlar maksimal jurnalistika va adabiyot birlashtiradi. ularni o’zlashtirish ma’lumot “olish” va uni tahlil qilish, balki bir badiiy shakl olib nafaqat ega bo’lgan jurnalist, mahorati yuqori darajada ko’rsatadi. adabiy iste’dodi – jurnalistika Bu janrlar, eng muhimi boy so’z va talab qiladi. Ayni paytda, ular avval sifatida, davriy nashrlar, televidenie va radio juda oddiy emas, balki hali ham maxsus dasturlar va nashrlar (asosan jurnallar) bor. Bu davriy jurnalistika bugun mavjud emas, deb ishoniladi, ammo biz nuqtai bir qayg’uli nuqtaga yopishib olmaydi.
Asosiy vakillari:
- insho;
- pamflet;
- risola;
- afsonasi;
- latifa.
Shunday qilib, janr eng mashhur vakili insho, maksimal oshkor adabiy iste’dod jurnalist ehtimoli taklif xususiyatlari hisoblanadi.
Janr xususiyatlari:
- adabiy;
- san’atidir (matn Tasviriy vositalar mavjudligi);
- hissiy shiddat;
- Aslida bir chuqur anglash (muallif ning).
jurnalistika bu janr rivojlantirish uchun qulaylik uning professional ko’nikma va til mukammal bilim ortiq adabiy iqtidori muallifi borligiga katta darajada bog’liq.
Bakı 2012
Qəzetin meydana gəlməsi. Mətbuat anlayışının elmi təhlili. Kütləvi informasiya və təbliğat vasitələri anlayışının mahiyyəti. KİTV-dən KİV-ə keçid mərhə-ləsinin ictimai əsasları. “Kütləvi kommunikasiya vasitə-ləri” anlayışının elmi–nəzəri təhlili. Mass-media: xarak-teri, mahiyyəti. Mediologiya media sistemini ehtiva edən elmi anlayış kimi. Mediologiyanın ifadə etdiyi elmi-praktik mahiyyət. Media, mediologiyaya dair elmi-nəzəri ədəbiyyat.
2. Jurnalistika elmi kateqoriya kimi
Jurnalistikanın nəzəri konsepsiyaları. Avtoritar, libertarian, sosial məsuliyyət, kommunist mətbuat modelləri. Onların fərqli cəhətləri. Müasir dövrdə bey-nəlxalq miqyasda jurnalistikanın işlək modelləri. Jurna-listikanın sosial məsuliyyət modelinin nəzəri əsasları. Ən yeni nəzəri konsepsiyalar. Yeni informasiya texno-logiyasının doğurduğu jurnalistika modelləri. Jurnalis-tikanın milli inkişaf xüsusiyyətləri.
3. Jurnalistika sosial institut kimi
Sosial institut anlayışının elmi-nəzəri mahiyyəti və jurnalistika. Jurnalistikanın sosiologiyası. KİV-in elmi-nəzəri əsaslarında sosioloji jurnalistikanın yeri. Jurnalistin sosioloji təfəkkürü. Jurnalist yaradıcılığında ictimai maraq prinsipi. Bu sosial institutun cəmiyyətə təsir mexanizmləri. KİV sistemi anlayışı. KİV sistemi-nin tərkib hissələri. Azərbaycanın KİV sisteminin formalaşma mərhələləri. Mətbuat ictimai rəyi formalaş-dıran institut kimi.
4. Mətbuat azadlığı uğrunda mübarizə tarixi
Mətbuat azadlığı jurnalist yaradıcılığının əsası kimi. Con Miltonun “Areopogitika” və M.Ə.Rəsulzadə-nin “Mətbuat azadlığı” əsərlərində mətbuat azadlığı problemi. Senzura, onun ictimai-hüquqi fəsadları. Müasir jurnalistika aləmində mətbuat azadlığının yeri. Azərbaycanda mətbuat azadlığı sosial sifariş və dövlətin iradəsi kimi.
5. Yeni jurnalistika
Sovet jurnalistikası anlayışından yeni jurnalisti-kaya keçid dönəmi. Yeni jurnalistikanın mahiyyəti. Azərbaycanda yeni jurnalistikanın nəzəri və praktik yaradıcıları. Müasir mətbuat azadlığını təmin edən hüquqi sənədlər toplusu. Yeni jurnalistikaya dair nəzəri əsərlər. Jurnalistikanın beynəlxalq yaradıcılıq prinsip-ləri: dəqiqlik, qərəzsizlik, tərəfsizlik, vicdanlılıq.
6. Mətbuat janrları
Janr anlayışının elmi-nəzəri izahı. Bədii janrlarla mətbuat janrlarının ümumi və fərqli cəhətləri. Mətbuat janrlarının yaranması və inkişafının tarixi mərhələləri. Janrların zamana və ictimai şəraitə görə transformasiya prosesi. Mətbuat janrları haqqında ən yeni ədəbiyyat. Dünyanın müxtəlif regionlarında (Rusiya, Türkiyə, Qərbi Avropa, ABŞ) janrın nəzəri aspektlərinə fərqli münasibətlər sistemi. Janrların elmi-nəzəri bölgüsü: Operativ-informasiya, analitik, bədii-publisistik janrlar. Bu janrların hər birinin özünəməxsus imkanları
7. Operativ – informasiya janrları
Operativ–informasiya janrlarının əsas mahiyyəti. Bu janrların işləklik səbəbləri. Operativ–informasiya janrlarının elmi təsnifatı. Xəbər. Xəbər yaradıcılığında janrın imkanları. Xəbərin növləri. Xəbər janrından istifadə məqamları. Xəbərin operativlik mahiyyəti. Xəbərdə şərhin faktdan ayrılması. Xəbərdə şərhin yolverilməzliyi. Xəbərdə tərəfsizlik və qərəzsiz-liyin təmin olunması üsulları. Hesabatın xüsusiyyətləri. Jurnalistin hesabata müraciət məqamları. Müsahibə. Müsahibənin mahiyyəti. Müsahibəyə hazırlıq və müsa-hiblə ünsiyyət problemi. Reportaj. Reportaj ən operativ informasiya janrı kimi. Reportajda əyanilik prinsipi. Reportyor və reportaj anlayışlarının jurnalistikada yeri.
8. Analitik janrlar
Müasir jurnalistikada analitik janrların yeri. Elekton jurnalistika çağında analitik janrlar qəzetin rəqabətdə yerini qoruyan amil kimi. Analitik janrların əsas xüsusiyyətləri. Məqalə. Məqalənin elmi-nəzəri xarakteristikası. Korrespondensiya, resenziya, icmal, şərh, açıq məktub, mətbuat xülasəsi. Bu qrupa daxil olan janrların ümumi və fərqli cəhətləri. Analitik təhlilin aparılması üsulları. Analitik janrların dili və üslubu. Analitik janrlar jurnalistin fərdi yaradıcılıq kontekstində.
9. Bədii-publisistik janrlar
Bədii-publisistik janrlarla bədii janrların oxşar və fərqli cəhətləri. Bədii-publisistik janrları xüsusiləşdirən faktorlar. Oçerk bədii-publisistik janr kimi. Oçerkin klassik və müasir işləklik dərəcəsi. Müasir Azərbaycan mətbuatında oçerkin yeri. Oçerk janrı haqqında nəzəri ədəbiyyatın xülasəsi. Zarisovka. Zarisovkanı oçerkdən fərqləndirən başlıca cəhətlər. Bədii-publisistik janrların digər faktları: bədii-publisistik nitq, xatirə, gündəlik. Bədii publisistikanın satirik janrları. Felyeton. Felyetonun bədii xüsusiy-yətləri. Müasir Azərbaycan mətbuatında felyetona etinasızlığı doğuran səbəblər. Pamflet. Pamfletin janr xüsusiyyətləri. Klassik və müasir pamflet nümunələri. Müasir mətbuatda pamfletə intensiv müraciəti doğuran səbəblər. Bədii-publisist janrlarda obraz və obrazlılıq. Tipikləşdirmə üsulları.
10. KİV-in hüquqi tənzimlənməsi
Azərbaycan mətbuatında senzuranın yolveril-məzliyi. KİV-in hüquqi bazasının formalaşma prosesi. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu. Qanunda jurnalistin hüquq və məsuliyyəti. KİV haqqında qanunun mənbələri. Elek-tron informasiya vasitələrinin qanunvericilik bazası. “Televiziya və Radio Yayımı haqqında” AR Qanunu. “İctimai Televiziya və Radio Yayımları haqqında” AR Qanunu. Mətbu orqanların təsis olunmasının hüquqi əsasları. Elektron-informasiya vasitələrinin təsis olun-masının hüquqi əsasları. Milli Teleradio Şurası. Lisen-ziyalaşdırma. Müəllif hüququ.
11. KİV sahəsində dövlət siyasəti
Ölkədə mətbuatın müstəqil fəaliyyəti sahəsində dövlətin iradəsini ifadə edən sənədlər: AR Konstitusi-yası. Mətbuat sahəsində qanunlar. Azərbaycan Respub-likası Prezidentinin fərman və sərəncamları. Azərbay-can Respublikası Prezidenti yanında Mətbuatın İnki-şafına Dövlət Dəstəyi Fondu. Fondun əsas vəzifələri. Dövlət, ictimai və özəl mətbuat.
12. Jurnalistin peşə etikası
Peşə etikası anlayışı. Peşə etikasının nəzəri əsas-ları. Jurnalistin peşə etikasının formalaşma mərhələləri. Jurnalistin peşə etikasının əsas funksiya və prinsipləri. Peşə etikası və hüquqi tənzimlənmənin qarşılıqlı əlaqəsi. Jurnalistin əməl etdiyi etik normalar. Azərbay-can jurnalistinin peşə kodeksi. Peşə etikasının beynəl-xalq təcrübəsi. Etik normalar peşəkarlığın göstəricisi kimi. Nəşrin informasiya siyasəti kontekstində jurnalis-tin etik normalara münasibəti. İqtidaryönlü, müxalif, müstəqil istiqamətli nəşrlərdə peşə etikasına münasibət faktları.
13. Jurnalist və informasiya
İnformasiya resurslarının ümumi tipologiyası. İnformasiya mənbələri. İnformasiya almağın metodo-logiyası. İnformasiya toplamağın kommunikativ meto-du: Müsahibə, söhbət, sorğu, telefon sorğusu, ekspert sorğusu, mətbuat konfransları və brifinqlərdə iştirak etmək. İnformasiya almağın qeyri-kommunikativ üsul-ları: şəxsi təcrübə və müşahidə, nəzəri aspektlər, prob-lemi müəyyən etmə, informasiyanı dəqiqləşdirmə, sənədlərlə işləmək metodikası, informasiya agentlikləri, internet və mətbuat, mətbuat xidmətləri.
14. Kütləvi informasiya vasitələrinin tipologiyası
Tipologiya anlayışının elmi-nəzəri mahiyyəti. Mətbuatın tipoloji inkişaf meylləri. Tipologiya nəşrin xarakteri kimi. Qəzetin informasiya siyasəti onun tipo-logiyasını müəyyən edən faktordur. Nəşrin tipoloji xarakterinin jurnalist yaradıcılığına təsiri. İqtidaryönlü nəşrlər. Müxalifyönlü nəşrlər. Müstəqil nəşrlər. Müstə-qil qəzetin iş prinsipləri.
15. Qəzet redaksiyası
Jurnalist əməyinin komponentləri. Jurnalist reportyor, publisist, redaktor, təşkilatçı kimi. Qəzet redaksiyasının strukturu. Redaksiya kollektivinin tərki-bi. Redaksiyanın şöbələri və onların ayrı-ayrılıqda funksiyaları. Redaksiyanın yaradıcı hissəsi. İdarə qru-pu. İcra qrupu. Redaksiyanın texniki və kommersiya hissələri. Redaksiyanın texniki xidmət sahələri. Redak-siyanın kommersiya xidmət sahələri.
Redaksiyanı idarə etmənin metodları. Modelləş-dirmə. Planlaşdırma. Redaksiya kollektivini stimullaş-dırma üsulları. Redaksiyanın oxucularla işi.
Ə D Ə B İ Y Y A T
- Atilla Girgin. Qazeteçiligin temel ilkeleri. İstanbul, «Der» yayınları, 2008
- Erik Fishtelius. Jurnalistikanın on qızıl qaydası. Bakı, 2002
- KİV sahəsində qanunvericilik. Bakı, 2001
- Mahmudov M. Ədəbi redaktə: nəzəriyyə və təcrübə. Bakı, 2008
- Mehdi F. Bədii publisistika. Bakı, 1984
- Mehdi F. Mətbuat janrları. Bakı, 1995
- Məmmədli C. Müasir jurnalistika. Bakı, 2003
- Məmmədli C. Jurnalistikanın müasir inkişaf meylləri. Bakı, 2006
- Məmmədli Z., Hacılı R., Əliyev İ. Media hüququ. Bakı, 2006
10. Oya Tokgöz. Temel qazeteçilik. İmqe kitabevi. Ankara. 1994
11. Rəsulzadə M.Ə. «Mətbuat azadlığı». Əsərləri, II cild. 2001
12. Rüstəmov A. Jurnalistika. Bakı, 2005
13. Ахмадулина Е.В. Краткий курс теории журналистики. М., 2009
- 14. Гуревич С.М. Газета: вчера, сегодня, завтра. М., изд-во «Аспект- ПРЕСС», 2004
15. Прохоров Е. П. Введение в теорию журналистики. М., 2000.
16. Сиберт Ф., Питерсон Т., Шрамм У. Четыре теории печати. М., 1997
17. Тертычный А.А. Жанры периодической печати. Москва, 2002
18. Теплюк В.М. Этика журналистского творчества. Москва,1980
II BÖLMƏ
AZƏRBAYCAN MƏTBUATI TARİXİ
1. Azərbaycan jurnalistikası tarixinin elmi-nəzəri əsasları.
Azərbaycanda jurnalistikaya dair elmi düşün-cənin və təcrübi fəaliyyətin öyrənilməsi tarixindən. Jurnalistika elm və sənət növü kimi. Azərbaycan jurnalistikasında tarixi təcrübə ilə elmi-nəzəri düşün-cənin sintezi.
2. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan jurnalistikası
“Tiflisskie vedmosti” qəzetinin Zaqafqaziyada ilk rəsmi mətbuat orqanı kimi fəaliyyətə başlaması (1828). Qəzetin gürcü (1829), fars (1930) variantları haqqında. “Tiflis əxbarı” (1832) “Tiflisskie vedmosti” qəzetinin Azərbaycan variantı kimi. A. A. Bakıxanovun qəzetin nəşr fəaliyyətində iştirakı barədə tədqiqatlar.
H. Zərdabi Azərbaycan milli mətbuatının yaradıcısı kimi. “Əkinçi”nin nəşri və fəaliyyəti. Qəzetin rolu barədə H. Zərdabinin fikir və mülahizələri. “Əkinçi”nin şöbələri haqqında ümumi məlumat. Daxi-liyyə, əkin və ziraət xəbərləri, elmi xəbərlər, tazə xəbərlər və məktubat şöbələrində gedən materialların xarakteristikası.
“Əkinçi”dən sonra qəzet çıxarmaq cəhdləri.
Səid, Calal və Kamal Ünsizadə qardaşları. S. Ünsizadənin redaktoru olduğu “Ziya” qəzetinin nəşrə başlaması (1879). 1880-ci ildə qəzetin “Ziyayi-Qafqaziyyə” adı altında çıxmasının səbəbləri.
C. Ünsizadənin mətbuat orqanı nəşr etmək üçün Senzura komitəsinə müraciəti. “Kəşkül” jurnalının nəşrə başlaması (1883). Jurnalın eyni adlı qəzetə çev-rilməsi səbəbləri.
Rusdilli qəzetlər arasında “Kaspi” qəzetinin (1881-1919) xüsusi çəkisi. Qəzetin redaktorları. Azər-baycanın görkəmli publisistləri –M.Şaxtaxtinski, N. Nərimanov, Ə.Ağayev, Ə.Hüseynzadə, H.Zərdabi, S. Qənizadə, M. Mahmudbəyov və başqalarının qəzetdə iştirakı.
M.A.Şaxtaxtinskinin “Şərqi-Rus” qəzetini çıxar-maq üçün gördüyü işlər. Qəzetin 1-ci nömrəsinin çap-dan çıxması. Qəzetin şöbələri, əsas mövzu dairəsi. Əməkdaşları və müəllifləri.
«Həyat» qəzetinin nəşr tarixi (1905-1906). Qəzetin ideya-siyasi istiqaməti. Müxtəlif dünyagörüşlü ziyalıların qəzetlə əməkdaşlığı. Ə.Hüseynzadə, Ə.Ağayev qəzetin baş redaktorları kimi.
Çar hökumətinin 17 Oktyabr manifesti (1905). Söz, yığıncaq, təşkilat azadlığına verilən vədlər və mövcud imkanlar çərçivəsində ziyalıların fəaliyyəti. Ə. Ağayevin «İrşad» qəzeti (1905-1908). Qəzetin ideya istiqaməti, mövzu dairəsi və əsas müəllifləri. Milli jurnalistikaya yeni gənc qüvvələrin gəlməsi. Ü. Hacıbəyov, M.Ə.Rəsulzadə, A. Səhhət, H. Minasazov, S. Musəvi və b. Onların yaradıcılığının əsas xüsusiyyətləri.
Azərbaycanda ilk sosial-demokrat nəşrləri: «Hümmət», «Dəvət-Qoç», «Prizıv», «Təkamül», «Bakinski proletari», «Bakinski raboçi», «Qudok».
«Füyuzat» jurnalı (1906-1907). Füyuzat ədəbi məktəbi. Azərbaycan ictimai fikrinin inkişafında onun yeri.
«Molla Nəsrəddin» jurnalının 1-ci nömrəsinin çapdan çıxması. (7 aprel 1906). Jurnalın Azərbaycan mətbuat tarixində yeri və mövqeyi. C. Məmməd-quluzadə və onun məsləkdaşları.
Yaxın və Orta Şərq ölkələrində nəşrə başlayan mətbuat orqanlarına «Molla Nəsrəddin» jurnalının təsiri.
Uşaq mətbuatının yaranması. «Dəbistan», «Rəh-bər» jurnallarının nəşr tarixi, istiqaməti və müəllifləri.
I Dünya müharibəsi dövründə Azərbaycan mətbuatı.
3. Müstəqil Azərbaycan uğrunda mübarizə dövrünün jurnalistikası (1918-1920)
Müstəqil Azərbaycan uğrunda mübarizə dövrü-nün jurnalistikası. Rusiyada 1917-ci il fevral-burjua demokratik inqilabı. İnqilabın əks-sədası. Senzuranın ləğv olunması. Sèyasi partiyaların açıq fəaliyyətə baş-laması. Onların mətbu orqanları.
Sosial-demokratların Azərbaycan, rus, erməni dillərində nəşrləri. «Hümmət» (1917-1918), «Bakinskiy raboçiy» (1917-1918), «Sosial-demokrat» (1917,erməni dilində) qəzetləri.
Azərbaycanda müsavatçılar, daşnaklar və bolşe-viklər arasında gedən ideya-siyasi mübarizənin jurnalis-tikada əksi.
«Molla Nəsrəddin» jurnalının yenidən nəşrə başlaması (9 fevral 1917). Müvəqqəti hökumətin daxili və xarici siyasətinə, Rusiyada 1917-ci il oktyabr hadisə-lərinə siyasi partiyaların və onların mətbuat orqanla-rının münasibəti.
Bakı kommunası dövrü. Bolşevik-daşnak dikta-turasının mətbuat orqanları və onların mövzu dairəsi.
Ayrı-ayrı partiyalara və tələbə-gənclərə məxsus nəşrlərin meydana gəlməsi. Qəzet və jurnallarda peşə-karlıqdan çox sinif, qrup, peşə mənafelərinin ön plana çəkilməsi.
Jurnalistika aləminə yeni qüvvələrin gəlməsi. T. Şahbazi, M. İsrafilbəyov (Qədirli), Ə. Qarayev, M. B. Məmmədzadə və başqalarının redaktor və publisist kimi fəaliyyətlərinin xarakterik xüsusiyyətləri.
Tanınmış jurnalist və publisistlərin Ü.Hacıbəylinin, M.Ə.Rəsulzadənin bu dövr çıxışlarının tematikası və sənətkarlıq xüsusiyyətləri.
4. Sovet dövrü Azərbaycan jurnalistikası
1920-ci illər Azərbaycan mətbuatının yeni ideologiyaya uyğun qurulması, mətbuatın sovet döv-lətinin və kommunist partiyasının monopoliyasına keçməsini şərtləndirən faktorlar.
1920-ci illərdə partiyanın və sovet hökumətinin mətbuatla bağlı qərar və qətnamələri. Yeni yaradılan mətbəələrin, qəzet sisteminin ideoloji mahiyyəti. Azərbaycan jurnalistikasının aparıcı mövzuları. «Kommunist», «Baknskiy raboçiy», «Kommunist» (rus dilində), «Gənc işçi», «Molodoy raboçiy», «Kəndfü-qərası» və s. qəzetlərdə dərc olunmuş yazıların təhlili.
1926-cı il 6 noyabr. Azərbaycanda radio jurna-listikasının yaranması. Sovet təbliğat sistemində radio-nun yeri.
1920-1930-cu illərdə xarici ölkələrdə Azərbay-can mühacir mətbuatının yaranması. Xüsusilə, Türkiyə-də Azərbaycan mühacirlərinin geniş mətbu fəaliyyəti. Sovet mətbuatı ilə mühacir mətbuat arasındakı siyasi polemika.
1930-cu illərdə ölkədəki ictimai-siyasi vəziyyət. Söz və fikir azadlığına qarşı rep-ressiyanın güclənməsi. Sovet repressiya maşınının ictimai-siyasi xarakteri.
- II Dünya müharibəsi dövründə mətbuat. Cəbhə qəzetləri. Döyüşən ordunun və arxa cəbhə əməkçi-lərinin fədakarlığının mətbuatda əksi. Görkəmli sənət adamlarının çıxışları.
1950-ci illərdə yeni mətbuat orqanlarının yara-dılması istiqamətində atılan addımlar. Gənclər və uşaq mətbuatının inkişafı problemləri.
Yeni tipli qəzetlərin yaranması. Axşam qəzet-lərinin – ”Bakı” və ”Baku” qəzetlərinin nəşri.
Volyuntarizm siyasəti nəticəsində ölkədə ictimai-siyasi durumun kəskinləşməsi. Azərbaycan jurnalistikasında yeni ab-havanı və demokratik meylləri əks etdirən məqamlar. ”Ulduz” jurnalının, ”Qobustan” toplusunun yaranması. Ədəbi-bədii jurnalistikanın, bədii publisistikanın yeni təkanla inkişafını şərtlən-dirən səbəblər.
5. Мüasir Azərbaycan jurnalistikası
«Azadlıq», «Aydınlıq», «Millət» kimi ictimai-siyasi təşkilatların orqanları olan qəzetlərin sayının artması. «Yeni müsavat», «Ədalət», «Press-fakt», «Azad söz», «Müxalifət», «Olaylar», «Şərq», «Xəzər» və s. qəzet və jurnalların fəaliyyəti.
1992-ci ildə Azərbaycan Respublikasının «Kütləvi informasiya vasitələri haqqında» qanununun qəbul edilməsi.
Azərbaycan Respublikasının KİV haqqında qanunvericilik bazasının formalaşması, mətbuat, tele-viziya və radio fəaliyyətinə dair qanunlarının, qərar-larının mahiyyəti.
Azərbaycan Respublikası Konstitusiya layihə-sinin müzakirəsində KİV-in fəaliyyəti.
Azərbaycan dövlətinin xarici siyasəti və mətbuat. Xarici ölkələrlə iqtisadi, elmi və mədəni əlaqələrin mətbuatda işıqlandırılması.
Ə D Ə B İ Y Y A T
- Axundov N. Azərbaycan satira jurnalları (1906-1920-ci illər). Bakı, 1968
- Azərbaycan mətbuat tarixi antologiyası. I hissə, Bakı, 2010
- Azərbaycan mətbuat tarixi antologiyası. II hissə, Bakı, 2011
- Hüseynov Ş. Mətbu irsimizdən səhifələr. Bakı, «Çənlibel» nəşriyyatı, 2007. 30 ç.v.
- Quliyeva Q. Azərbaycan Xalq Cümhuriyyətinin jurnalistikası (1918-1920-ci illər). Bakı, 2005
- Мовлаева С.А. Пропаганда русской и азербайджанской культуры на страницах газеты “Каспий” (1881-1917). Баку, 1983
- Məmmədov X. «Əkinçi»dən «Molla Nəsrəddin»ə qədər. Bakı, 1987
- Современники о Г.Б.Зардаби. Бакы, 1985.
- Vəliyev Ş. (Körpülü). Füyuzat ədəbi məktəbi. Bakı, 2007
10. Зардаби Г.Б. Избранные статьи и письма. Баку,1962
11. Zeynalov N. Azərbaycan mətbuatı tarixi. I hissə. Bakı, 1973
12. Zeynalov N. Azərbaycan mətbuatı tarixi. II hissə. Bakı, 1974
III BÖLMƏ
RADİO VƏ TELEVİZİYA JURNALİSTİKASININ ƏSASLARI
1. Kütləvi informasiya vasitələri sistemində radionun və televiziyanın yeri
İnformasiya vasitələri sisteminin səviyyəsi bütöv-lükdə cəmiyyət həyatı inkişafının göstəricilərindən biri kimi. Mətbuatm, radionun, televiziyanın sistemli şəkildə öyrənilməsinin əhəmiyyəti.
Radio elmi-texniki tərəqqi və texnologiya ilə sıx bağlı olan informasiya vasitəsidir, KİV sistemində onun yerini müəyyənləşdirən amillər. Televiziya yarananadək kütləvi informasiya vasitələri strukturunda eşitmə-dinləmə amilinin xüsusi çəkisi.
Canlı nitq, səs lövhələri, müsiqi radionun ifadə vasitələri kimi. Maksimum operativlik, sənədlilik, əyani-lik, sinxronluq, geniş əhatəlilik efır jurnalistikasının spesifik xüsusiyyətləridir. Yayımın sintetik xarakteri. Radio və qəzet. Radio və televiziya. Radio və teatr. Radio və İnternet.
Yayımın proqramlılığı. Operativ informasiya, interaktivlik və müsiqi proqramları sahəsində radionun liderliyi. Radionun spesifik xüsusiyyətlərinə dair fıkir müxtəlifliyi.
Televiziyanın spesifikası. Kino və televiziya görüntüsünün xüsusiyyətləri, estetik-dramaturji yaxınlığı və funksional-struktur fərqləri. Televiziyanın radio, mətbuat, teatrla və internetlə müqayisəsi. Bu sahələr arasında genetik əlaqə, oxşar və fərqli cəhətlər.
2. Radio yayımın təşəkkülü və inkişaf mərhələləri
Radionun meydana gəlməsini şərtləndirən başlıca amillər.
Azərbaycanda radio quruculuğu yolunda ilk addımlar. Müntəzəm radio yayımının fəaliyyətə başla-ması (1926). İlk proqramların səciyyəsi. Radio veriliş-lərinin qəbulu texnikasında yeniliklər. Yayım formaları. Radionun təşkilat quruluşu.
Ü.Hacıbəyov. M.Maqomayev, M.Ordubadi, C.Cabbarlı və digər görkəmli sənətkaların radionun fəaliyyətində yaxından iştirakı.
Radio II Dünya müharibəsi illərində (1939-1945). Müharibə dövrü Azərbaycan radiosunun populyar verilişləri. Azərbaycan radiosunun xarici ölkələrə ilk verilişlərinin başlanması (1941).
Müharibədən sonra radionun maddi-texniki bazasının möhkəmləndirilməsi. Elektromaqnit səsyazma texnikasın-dan istifadə (1949). Məşhur sənət əsərlərinin radio variantı. Radioda struktur dəyişiklikləri.
«Araz» (oktyabr 1964) informasiya və musiqi proqramı radio təcrübəsində yenilik kimi. Stereofonik yayım.
Radio müstəqillik illərində Milli dövlətçilik ideyası, müstəqil Azərbaycan mövzusu verilişlərin əsas tematikası kimi. Radio və ordu quruculuğu. «Əsrin müqaviləsi» efirdə . Təşkilati-struktur dəyişiklikləri. Özəl radioların yaranması. Reklam kommersiya və yaradıcılıq sahəsi kimi. Azərbäycan Beynəlxalq Radiosu müasir dövrdə.
«Televiziya və radio yayımı haqqında» Azər-baycan Respublikasının Qanunu (2002), Milli Televiziya və Radio Şurasmın yaradılması (2003). Azərbaycan radiosunun 80 illik yubileyinin qeyd edilməsi.
Azərbaycan radio məkanının müasir mənzərəsi və əsas inkişaf meylləri. Radio kanallarının tipləri: Dövlət, özəl və ictimai radio.
3. Televiziya yayımının təşəkkülü və inkişaf mərhələləri.
Azərbaycanda televiziyanın yaranmasının ideo-loji, siyasi-iqtisadi və təşkilatı zəmini. Bakıda televiziya mərkəzinin inşası və müntəzəm yayımın başlanması (14 fevral 1956-cı il). İlk televiziya verilişlərinin səciyyəsi.
Azərbaycan televiziyasının inkişaf mərhələlə-rinin xüsusiyyətləri. XX əsrin 70-ci illəri və 80-ci illərin ortalarında teleyayımda baş verən keyfiyyət dəyişmələri. Yenidənqurma dövründə sosial problem-lərin ekranda əks etdirilməsi xüsusiyyətləri.
Azərbaycan televiziyasının müstəqillik illərin-dəki fəaliyyəti (1991-2011). Özəl kanalların yaranması və inkişaf problemləri. «Televiziya və radio yayımı haqqında» qanunun qəbulu (2002) və teleradio yayımının qanunvericilik bazasının möhkəmləndiril-məsi. Teleradio yayımının tənzimlənməsi sahəsində dövlət siyasəti və Milli Teleradio Şurasının yara-dılması (2003). Azərbaycanda ictimai TV yaradılması (2005) və onun yayıma başlanması. Azərbaycan tele-viziya məkanın müasir mənzərəsi və televiziyanın əsas inkişaf meylləri. Televiziya kanallarının tipləri: Dövlət, özəl və ictimai TV.
4. Radionun və televiziyanın ictimai funksiyaları
Cəmiyyət həyatmda demokratikləşmə prosesinin güclənməsi, siyasi plüralizmin real təşəkkülü və bunun radio yayımımn xarakterinə təsiri. Radio cəmiyyəti məlumatlan-dırmaq, maarifləndirmək, əyləndirmək vasi-təsi kimi. Onun sosial-pedaqoji, inteqrativ və təşkilatçıhq funksiyaları. İctimai rəyin formalaşmasmda radionun iştirakı.
İnformasiya cəmiyyəti anlayışı. Bu cəmiyyətin formalaşmasında radionun yeri və rolu. İctimai radionun yaranması. Onun fəaliyyət prinsipləri.
Radioda yeni layihələr cəmiyyətin sosial tələbatı kimi.
Müasir cəmiyyətin sosial strukturunda TV-nin yeri. Cəmiyyətlə qarşılıqlı əlaqə. Sosial və humanitar vəzifələrin yerinə yetirilməsində televiziyanın rolu. Televiziya cəmiyyəti məlumatlandırmaq, maarifləndir-mək və əylənditrmək vasitəsi kimi. İctimai rəyin for-malaşdırılmasmda və əks etdirilməsində televiziyanm rolu.
İctimai yayım. Bu yayım növünün mahiyyəti, məqsədi, fəaliyyət prinsipləri və proqramlarına verilən tələblər. Azərbaycanda ictimai yayımm təşəkkülünün zəruri şərtləri və ictimai televiziyanın (İTV) yayıma başlaması (2005).
Televiziyanın ictimai funksiyaları, ictimai sistemin xarakter və mahiyyətindən asılı olaraq bu funksiyaların dəyişməsi.
5. Radioda və televiziyada yaradıcı peşələrin ümumi səciyyəsi
Radioda yaradıcılığın kollektiv xarakteri. Əsas yaradıcı peşələr, onların funksiyaları və radio veriliş-lərinin hazırlanması prosesində qarşılıqlı fəaliyyəti. Müəllif (reportyor, ssenarist, şərhçi, icmalcı, dicey), redaktor, prodüser, rejissor, səs operatoru, aparıcı. Onlardan tələb olunan yaradıcılıq keyfiyyətləri.
Televiziya sintetik sənət sahəsi kimi. Ekran yara-dıcılığının kollektiv xarakteri. Əsas yaradıcı peşələr.
Jurnalistin televiziyada çoxşaxəli yaradıcı fəaliy-yəti. Onun müəllif, redaktor, reportyor, şərhçi, aparıcı, ssenarist rolunda çıxış etməsi. Prodüser, rejissor, operator, rəssam peşələrinin yaradıcı səciyyəsi. İnfor-mativ, analitik, bədii-publisistik verilişlərdə yaradıcı peşələrin harmonik fəaliy-yətinin vacibliyi.
6. Radio və televiziya yayımının növləri
İctimai-siyasi və bədii yayım. Bu yayım növləri radio və TV-nin təşkilat strukturunu formalaşdıran amil kimi. Onların səciyyəvi xüsusiyyətləri. İctimai-siyasi yayım növləri: ictimai-siyasi informasiya, uşaqlar və gənclər üçün verilişlər. Bədii yayımın növləri: ədəbi-dram və musiqi verilişləri.
7. Radio və TV janrları, yayımın formaları.
Radio və tele jurnalistikada janr anlayışı. Janrı müəyyənləşdirən əsas amillər. Janrların təsnifatma fərqli baxışlar. Radio və TV təcrübəsinin yaratdığı sabit-ləşmiş janrlar qruppu: informasiya janrları, analitik janrlar, bədii-sənədli janrlar.
İnformasiya janrlarına verilən konkret tələblər. Radiomüsahibə proqramlarda ən işlək janr kimi. Analitik janrlara verilən konkret tələblər. Radioda şərh və icmal. Oxşar və fərqli cəhətləri. İcmalın növləri. Bədii-sənədli janrlar aparıcı janr qruplarından biri kimi. Digər janr qruplarından fərqi.
8. Radio və televiziya verilişlərinin proqram-laşdırılması və auditoriyanın öyrənilməsi
Verilişlərin proqramlaşdırılması və ona verilən tələblər. Dinləyici və tamaşaçı marağı anlayışı və onun təmin edilməsi yolları. Proqramlaşdırmanın növləri. Həf-təlik və gündəlik proqramların tərtibi prinsipləri. Yayım cədvəli anlayışı. Təkproqramlı və çoxproqramlı yayımın əsas xüsusiyyətləri. Cari və operativ planlaşdırma. Həftə-nin və ğünün proqramm düzümü. Proqramlararası keçid-lər. Reklam, anons və tanıtma materiallarının təqdimat formaları.
Auditoriyanın öyrənilməsinin sosial əhəmiyyəti. Reytinq anlayışı. Sosioloji sorğular və auditoriyanı öyrənməyin digər metodları. Proqramların seçilməsinə, qavranılmasına, mənimsənilməsinə təsir edən amillərin öyrənilməsinin və proqramlaşdırma zamanı bu amillərin nəzərə alınmasının zəruriliyi.
Ə D Ə B İ Y Y A T
1. Bağırov Ə. Kütləvi informasiya və təbliğat vasitələri sistemində televiziyanın yeri. BDU-nun Elmi əsərləri, «Jurnalistika» seriyası, Bakı, 1978,
- Radiojurnalistikanın əsasları.Bakı, 1991
- Azərbaycan efiri: ta- rix və müasirlik. Bakı, 2006
- 4. İbrahimov T. Teleradio yayımının iqtisadi əsasları
və menecment. Bakı, 2008
- 5. Quliyev E. Televiziya: nəzəriyyə, inkişaf meylləri.
- 6. Məhərrəmli Q. İctimai televiziya. Bakı, 2003
- 7. Məhərrəmli Q. Radio dərsləri. Bakı, 2007
8. Məhərrəmli Q. Televiziya jurnalistikasının əsasları.
- 9. Багиров Э. Очерки теории телевидение. M.,1987
10. Телевизионная журналистика. M., 2004
ЫВ БЮЛМЯ
BEYNƏLXALQ JURNALISTIKA
1-ci mövzu: Yeni dünya jurnalistikası qloballaşma dövrünün jurnalistikasıdır
Müasir dünya: qlobal informasiya məkanı. Qlobal media bazarı və onun xüsusiyyətləri. Qlobal informasiya məkanında dil problemi.
İnformasiyanın qloballaşmasının üç əsas xüsusiyyəti: qlobal yayılma, qlobal texnologiya, qlobal iqtisadiyyat. İnformasiya məkanının qloballaşması dövründə dünya KİV-ində baş verən dəyişikliklər. Yeni dünya jurnalistikasının əsas xüsusiyyətləri. İnformasiyanın qlobal yayılması və qlobal texnologiya.
2-ci mövzu: ABŞ mətbuatının yaranması və inkişafı
Şimali Amerikada dövri mətbuatın meydana çıxması. Avropa nümunələrinin həmin mətbuatın məzmununa təsiri. Boston və Filadelfiyada ilk dövrü nəşrlər.
ABŞ konstitusiyasına birinci düzəliş. Mətbuat azadlığının Amerika konsepsiyası. ABŞ-ın baniləri B.Franklinin və T.Ceffersonun siyasi məqalələri. Tomas Peyn publisist kimi.
1830-1840-cı illərdə Amerikanın qəzet mətbuatında kommersiya “inqilabı”. B.Deyin və C.Bennetin fəaliyyəti.
Birinci dünya müharibəsi dövründə ABŞ mətbuatı: məzmunu, tirajları, tipologiyası.
İkinci dünya müharibəsindən sonra KİV-in məzmununun dəyişməsi. ABŞ jurnalistikasının informasiya səciyyəsi daşıması, yerli xəbərlərə xüsusi diqqət yetirilməsi.
Yeniliklər dərc edən jurnallar. Siyasi partiyaların və hərəkatların nəşrləri. XX əsrin ikinci yarısında mətbuatın əsas iinkişaf meylləri. Radio və televiziya sisteminin meydana çıxması və inkişafı.
ABŞ KİV-i müasir dövrdə
3-cü mövzu: Böyük Britaniyada dövri mətbuatın yaranması və inkişafı
İngiltərədə dövri mətbuatın yaranması. İngiltərə burjua inqilabının pamflet publisistikası. “Mətbuat azadlığı” şuarının meydana çıxması. C.Miltonun “Areopagitika” əsəri. Mətbuat azadlığının ingilis konsepsiyası. Siyasi partiyaların yaradılması və onların mətbuatın inkişafına təsiri. XX əsrdə İngiltərə jurnalistikası
Böyük Britaniyada siyasi jurnalistikanın formalaşması. Mətbuat radionun meydana çıxması dövründə. Britaniya radio verilişlərinin inkişaf xüsusiyyətləri. Televiziyanın yaranması. BBC şirkətinin fəaliyyəti. Böyük Britaniya KİV-nin fəaliyyətinin hüquqi əsasları.
Böyük Britaniya KİV-i müasir dövrdə
XXI əsrin əvvəllərində Böyük Britaniyanın qəzet bazarında vəziyyət. Keyfiyyətli milli qəzetlərin tirajlarının aşağı düşməməsinin əsas səbəbləri. İstehlak jurnalları inkişaf yolunda.
BBS radio və televiziyası bu gün. Ölkədə rəqəmsal televiziyanın inkişafı.
4-cü mövzu: Fransada dövri mətbuatın yaranması və inkişafı
Teofrast Renodonun “La Qazett”i ilk həftəlik fransız qəzeti kimi. Fransız jurnalistikasının inkişafında bu mətbu nəşrin rolu. XVI-XVII əsrlərdə fransa jurnalistikasının əsas prinsipləri.
Böyük Fransa inqilabı dövrünün mətbuatı. Mətbuat azadlığının fransız konsepsiyası.
Napoleon Bonapart və fransız mətbuatı. Emil de Jirarden və kütləvi mətbuat: ilk ucuz Paris qəzeti “Press”, həftəlik “Moda” qəzeti.
Havas informasiya agentliyi və onun yaradıcısı Şarl-Lui Havas. XX əsrin əvvəllərində Fransa mətbuatının vəziyyəti.
Birinci və ikinci dünya müharibələri dövründə fransız mətuatının xüsusiyyətləri.
Radio verilişlərinin inkişafı. Televiziyanın meydana çıxması.
İkinci dünya müharibəsindən sonrakı dövrdə KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik.
Fransa KİV-i XX əsrin axırları və XXI əsrin əvvəllərində.
Müasir dövrdə Fransanın gündəlik qəzetləri. Reklam bazarı və mətbuat. “Humanite” qəzetinin 100 illiyi və qəzetlərin maliyyə çətinlikləri problemi. Frans-Press informasiya agentliyinin müasir durumu.
Regional gündəlik qəzetlərin maliyyə vəziyyəti.
5-ci mövzu: XX əsrdə Almaniya kütləvi informasiya vasitələrinin inkişafı
XX yüzilliyin birinci yarısında Almaniya KİV-nin strukturu. KİV fəaliyyətinin iqtisadi və siyasi xüsusiyyətləri. Qəzet və jurnal səhifələrində xarici və daxili siyasət mübarizəsinin inikası. Nasist Almaniyasının KİV-i və təşviqat və təbliğat aparatı. ADR və AFR-in yaradılmasından sonra KİV-in strukturu. 70-80-ci illərdə Almaniya KİV-nin əsas inkişaf meylləri. Almaniyanın birləşdirilməsi prosesində KİV-in rolu.
Almaniya KİV-i müasir dövrdə
XXI əsrin əvvəllərində Almaniyanın media bazarında baş verən böhranın səbəbləri.
Qəzet bazarında innovasiyalar. KİV-in təmərküzləşdirilməsi.
Reklam bazarında vəziyyət.
Almaniyada KİV-in internetdən istifadə etməsinin vəziyyəti.
6-cı mövzu: Rusiyada mətbuatın yaranması və inkişafı
“Vedomosti” ilk rus çap qəzetidir. İlk rus jurnalı “Primeçaniya”. Elmlər Akademiyası yanında nəşrə başlayan “Sankt-Peterburqskiye vedomosti” qəzeti I Pyotrun “Vedomosti”sinin davamı kimi.
“Moskovskiye vedomosti” qəzetinin yaradılmasında M. Lomonosovun rolu.
XVIII əsrin ikinci yarısında rus jurnalistikası: ilk özəl jurnalların meydana çıxması; ilk özəl jurnal “Trudolyubivaya pçela” (“Zəhmətsevər arı”) və onun redaktoru A.P.Sumarokov; satirik jurnalların yaranması. Jurnalistikanın inkişafında II Yekaterinanın rolu. N.İ.Novikov naşir və jurnalist kimi. İ.A.Krılovun jurnalistlik fəaliyyəti. N.M.Karamzinin rus mədəniyyətinin inkişafında rolu.
XVIII əsr rus mətbuatının əsas xüsusiyyətləri
XIX əsrin birinci yarısında rus jurnalistikası.
XIX əsrin ikinci yarısında rus mətbuatı.
Rusiyada mətbuat haqqında ilk qanun-“Mətbuat haqqında müvəqqəti qaydalar” (1865-ci il). “Delo” jurnalı və “Nedelya” qəzeti demokratik nəşrlər kimi.
XX əsrdə rus jurnalistikası. “Russkoye slovo” qəzeti. 1905-ci il 17 oktyabr manifesti və mətbuatın inkişafında onun rolu. 1905-07-ci illərdə satirik jurnallar. Bolşevik qəzeti “Pravda”. “Qazeta-kopeyka” kütləvi mətbuat orqanı kimi.
Sovet mətbuatı kommunist ideologiyasının təbliğatçısı kimi.
7-ci mövzu: Türkiyədə çap işinin, mətbuatın yaranması və inkişafı
Türkiyədə çap sənətinin yaranması. İlk kitabın çap olunması. Xarici dildə nəşr edilən qəzetlər və onların əsas xüsusiyyətləri. Türkiyədə jurnalistikanın yaradılması və inkişafında fransız Aleksandr Blakın rolu.
Türk dilində ilk qəzet-“Təqvimi vəkayi”, onun xüsusiyyətləri. Türkcə ilk mətbuat orqanının yaradılmasında sultan II Mahmudun rolu. İkinci qəzet- “Cərideyi havadis”. Onun redaktoru Uilyam Çörçill. Həmin qəzetdə elanların yeri. “Cərideyi havadis” Türkiyədə matəm elanları dərc edən ilk qəzet kimi. Osmanlı imperiyasında ilk özəl qəzet-“Tərcümani əhval”. Onun redaktoru Agah əfəndinin həyat və fəaliyyəti. Bu qəzetlə “Cərideyi həvadis” arasında polemika türk jurnalistikası tarixində ilk polemikadır.
“Təsviri əfkar” qəzeti Türkiyə jurnalistikasında yeni hadisə, İbrahim Şinasinin əsəri kimi. İbrahim Şinasinin qəzet haqqında fikirləri.
XIX əsrin ikinci yarısında türk mühacir mətbuatı.
1960-cı ilin noyabrında Milli Birlik Komitəsinin mətbuat haqqında qanunun qəbul edilməsi. 1961-ci ilin iyununda qəbul edilmiş yeni konstitusiyanın elan etdiyi bir sıra hüquq və azadlıqlar, o cümlədən mətbuat azadlığı.
Türkiyənin informasiya agentlikləri və onların informasiya məkanında yeri.
Ötən əsrin ikinci yarısında Türkiyənin əsas mətbuat orqanları, radio və televiziya verilişləri.
8-ci mövzu: Misirdə mətbuatın yaranması və inkişafı
Misir dövri mətbuatın yarandığı ilk ərəb ölkəsi kimi. Fransız dilində ilk rəsmi mətbuat orqanı. Ərəb dilində ilk qəzet- “Qurnal əl-hediv” (1827), həmin qəzetin türk dilində də nəşr edilməsinin səbəbləri. XIX əsrin birinci yarısında nəşrə başlayan digər mətbuat orqanları.
Misir jurnalistikası 1919-1952-ci illərdə.
Misirin əsas qəzetləri-“Əl-Cümhuriyyə”, “Əl-Əxbar” və “Əl-Əhram” XX əsrin ikinci yarısında. Ölkədə radio və televiziyanın yaranması və inkişafı.
Müasir dövrdə Misir KİV-i.
9-cu mövzu: Müasir dövrdə jurnalistikanın hüquqi tənzimlənməsi
Yeni dünya jurnalistikasının fəaliyyətinin hüquqi tənzimlənməsinin zəruriliyi.
İnkişaf etmiş xarici ölkələrin qanunvericiliyində mətbuat və söz azadlığına verilən təminatlar. Almaniya və İspaniyada, Fransa və Avstriyada, Norveç və İsveçdə jurnalistikanın inkişafına, söz və mətbuat azadlığının reallaşdırılmasına yönəldilmiş qanunvericilik aktları.
İsveçin mətbuat azadlığı haqqında qanununun əsas müddəaları. İsveç dünyada ilk Mətbuat şurasının vətəni kimi.
Norveç konstitusiyası mətbuat azadlığı haqqında. Norveç və İsveçin mətbuat qanunvericiliyinin fərqli cəhətləri.
Norveç mətbuat şurası könüllü özünütənzimləmə orqanı kimi.
10-cu mövzu: Yeni dünya jurnalistikasının inkişafında beynəlxalq jurnalist hərəkatının rolu
Müasir dövrdə beynəlxalq jurnalist hərəkatının xüsusiyyətləri.
Bu hərəkatda pərakəndəliyin fərqləndirici cəhət kimi nəzərə çarpması.
Beynəlxalq jurnalist hərəkatında region təşkilatların yaradılması, qarışıq peşələrin nümayəndələri ilə birləşmə meyllərinin gücləndirilməsi. Beynəlxalq jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu ən iri jurnalist təşkilatları kimi. Beynəlxalq jurnalist təşkilatlarının iri beynəlxalq qurumlarla, o cümlədən BMT, YUNESKO, Avropa Birliyi, Avropa Şurası və ATƏT-lə əlaqəsi.
Ümumdünya mətbuat azadlığı gününün təsis edilməsində beynəlxalq jurnalist təşkilatlarının rolu.
Ə D Ə B İ Y Y A T
- Vəliyev H. Dünya informasiya agentlikləri. Bakı, 2003.
- Vəliyev H. Beynəlxalq jurnalist təəşkilatları. Bakı, 2005.
- Vəliyev H. Xarici ölkələrin jurnalistikası tarixi. Bakı, 2012.
- Yaqublu N., Rüstəmov A. Xarici ölkələrin jurnalistikası. Bakı, 2007
- Mazanlı İ. Söz azadlığı və informasiya təhlükəsizliyi: milli və beynəlxalq təminat. Terminlər və anlayışlar. Bakı, 2005.
- История мировой журналистики. Учебное пособие.М.-РД.,2004.
- Михайлов С.А. Современная зарубежная журналистика. Учебник. СПб, 2005.
- От книги до Интернета. Журналистика и литература на рубеже нового тысячелетия. М.,2000.
- Прохоров Е.П. Журналистика и демократия. Учебное пособие, М., 2004.
10. Зарубежная журналистика накануне ХХI века. Часть I.М., 2002
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri: prof. C.Məmmədli
Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri: prof.Ş.Vəliyev
Televiziya və radio jurnalistikası kafedrasının müdiri: dos. A.Kərimova
Beynəlxalq jurnalistika kafedrasının müdiri: prof.H.Vəliyev
Metodiki Şuranın sədri: prof.C.Məmmədli
Dekan : prof. Ş.Vəliyev
Comments are closed, but trackbacks and pingbacks are open.