Press "Enter" to skip to content

Qabil eliyev qafqaz tarixi baki 2009

Şimali Azərbaycanda nəqliyyatın inkişafı” (Bakı, 1995), “Azərbaycan nəqliyatı və

Qafqazşünaslığa töhfə – “Qafqaz xalqlarının tarixi” dərsliyi çapdan çıxıb

Bu günlərdə “Elm və təhsil” nəşriyyatında Bakı Dövlət Universitetinin “Qafqaz xalqlarının tarixi” kafedrasının müdiri İradə Hüseynovanın ali məktəblər üçün “Qafqaz xalqlarının tarixi” dərsliyi çapdan çıxıb. Bütün dünyanın geosiyasəti üçün mühüm bir regionda xalqların tarixi inkişafının bütün dövrlərini əhatə edən və çoxsaylı millətlərin, xalqların və qrupların etnik rəngarəngliyini özündə ehtiva edən bu nəşrin Azərbaycanda ərsəyə gəlməsi təsadüfi deyil.

Azərbaycan Respublikası Qafqazda qüvvələr nisbətinə görə mühüm mövqelərdən birini tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövləti təkcə regional miqyasda deyil, həm də dünya miqyasında şəksiz liderdir və hazırda Ulu Öndər siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir. Bu gün demək olar, bütün dünya birliyi tərəfindən etiraf edilir ki, Azərbaycan siyasi, iqtisadi, bundan heç də az əhəmiyyət daşımayan mədəniyyət və təhsil sahələrində aparıcı rol oynayır.

Qədim dövrlərdən zəngin mədəni palitrası ilə seçilən Azərbaycan vahid məkanda mehriban qonşuluq şəraitində dinc yanaşı yaşayan və gözəl bəhrələr verən ümumi ənənələri olan müxtəlif etnos və konfessiyalardan ibarət bütöv bir dünyadır. Əzəldən burada multikulturalizm təkcə tolerantlıq kimi deyil, həm də tamdəyərli xalqlar dostluğu kimi səciyyələnib.

Haqqında söhbət gedən 1248 səhifədən ibarət irihəcmli dərslik oxuculara və Qafqaz xalqlarının tarixi-mədəni irsi ilə maraqlanan, dünyanın inkişafında, bir-birini əvəzləyən nəsillər silsiləsində bu xalqların yerini və rolunu aydınlaşdırmaq istəyən hər kəsə kömək edəcək. Qafqazın tarixi müstəqil həyat və mədəniyyət hüququnu əsrlər boyu qoruyan xalqların tarixidir. Müəllif vurğulayır ki, dünyanın mədəniyyət, elm və təhsil xəzinəsinə sanballı töhfə vermiş Qafqaz xalqlarının nailiyyətləri, ilk növbədə, onların öz səylərinin bəhrəsidir.

Qədim dövrlərdən başlayaraq tarixi inkişafı mərhələ-mərhələ təhlil edən İradə Hüseynova qeyd edir ki, Qafqaz birliyi xalqları, onları bir-birindən ayıran müxtəlif həyat şəraitinə, inkişaf sürətinə və məsafə uzaqlığına baxmayaraq, çoxsaylı tellərlə bağlıdırlar. Onların bəziləri təsərrüfatçılıq, mədəniyyət və dövlət quruculuğunun inkişafında oxşar mərhələləri tez, digərləri gec keçiblər, bir-birinin ixtiralarını və əmək vərdişlərini mənimsəyiblər, öz ənənələrini və dünyagörüşlərini formalaşdırıblar. Oxuculara təqdim olunan dərslik bizim kim olduğumuzu, tarixi köklərimizin haradan qaynaqlandığını, Avropa və Asiya tarixində Qafqaz xalqlarının tutduğu yeri başa düşməyə kömək edəcək. Qafqaz dünyaya nə verib və ondan nələr əxz edib. Dünya mədəniyyətinə və sivilizasiyasına layiqli töhfə vermiş Qafqaz xalqları onların təşəkkül və inkişaf tarixinin obyektiv və gerçək şəkildə təqdim olunmasına layiqdirlər.

İradə Hüseynova vurğulayır ki, bəşəriyyət tarixi təkcə xalqların uzaq keçmişini sübut edən qədim dövrə hörmət əlaməti olaraq öyrənməyə çalışmır. Görünür, məqsəd daha dərindir: tutarlı faktlar əsasında xalqların inkişafının həqiqi və əhatəli mənzərəsini canlandırmaq.

Kitabda Qafqaz regionunda baş verən hadisələr və faktlar sistemləşdirilib, kompleks və əsaslandırılmış şəkildə obyektiv şərh edilib. Akademik tərzdə yazılmış əsərdə lüzumsuz ideologiyalaşdırmaya, ehkamçılığa və mifləşdirməyə yol verilməyib.

Bəzi regional və dünya aktorlarının geosiyasi ambisiyaları, keçmişə siyasətçilərin və mif yaradıcılığı ilə məşğul olan yalançı tarixçilərin maraqları prizmasından baxılmaması, ərazilərə hansı xalqların birinci sahib olması, onların müstəsnalığı, başqalarından üstünlüyü və bir-birinə qarşılıqlı iddiaları – bütün bu məsələlər Qafqaz xalqlarından və ilk növbədə Qafqaz üzrə mütəxəssislərdən həmin xalqların müasir dövrə qədərki inkişafının bütün tarixi mərhələlərində ictimai-siyasi proseslərin tədqiqinə daha dərin və ölçülüb-biçilmiş yanaşma tələb edir. Bu baxımdan professor İ.Hüseynovanın fundamental əsəri faktlara və hadisələrə milli baxışlar, minilliklər ərzində formalaşmış özünəməxsus mədəniyyət, mənəviyyat, ənənələr, mənəvi-əxlaqi dəyərlər prizmasından Qafqaz xalqlarının çoxəsrlik tarixinin yenidən dərk edilməsinə, öyrənilməsinə və şərh olunmasına tələbatı dəqiq və məqsədyönlü şəkildə stimullaşdırır. Müasir dövrdə Qafqaz ərazisindəki müstəqil dövlətlərdə baş verən hadisələr barədə geosiyasi informasiya dərslikdə ayrıca, yetərincə sanballı bölmədə təqdim edilir.

Elmi fəaliyyətinin böyük hissəsini gənc nəslin ümumbəşəri və milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına həsr etmiş müəllifin çoxillik elmi-tədqiqat və pedaqoji fəaliyyətinin bəhrəsi olan “Qafqaz xalqlarının tarixi” kompleks sistemləşdirilmiş nəşrdir. Dərslik yeni reallıqlar, əsaslı şəkildə dəyişmiş geosiyasi şərtlər nəzərə alınmaqla, innovativ əsasda hazırlanıb. Bəzi xalqların etnik müstəsnalığına sosial sifarişlərin qarşısını almaq məqsədi daşıyan kitab “Biz sülh tərəfdarıyıq. Azərbaycanda, bütün Qafqaz regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irəli sürdüyü sülhməramlı “Ümumqafqaz evi” ideyasını obyektiv əks etdirir.

Tarixin elmi konsepsiyasını – şəksiz təlim və tərbiyə vasitəsi olan biliklərin obyektivliyini rəhbər tutan professor İ.Hüseynova bu əsərinə xeyli faktoqrafiq və analitik material, çoxsaylı yazılı mənbələrdən, habelə artefaktlardan məlumat, oxucuların dərin düşünməsinə və onların öz mövqeyinin formalaşmasına kömək edən əlavə informasiya daxil edib. Nəşr hər bir oxucunu xalqların tarixi-mədəni irsinin nəsildən-nəslə ötürülməsi və qorunub saxlanılması problemləri və aspektləri barədə düşünməyə sövq etmək üçün də nəzərdə tutulub.

Qeyd edək ki, professor İ.Hüseynova 250-dən çox elmi əsərin, o cümlədən elmi monoqrafiyaların, dərsliklərin, tədris vəsaitləri və proqramlarının müəllifidir.

Qədim zamanlardan bu günümüzə qədərki dövrü əhatə edən, ali məktəb tələbələri, magistrantlar, Qafqazşünas alimlər, tarix, regionşünaslıq, etnosiyasət, dünya geosiyasəti, beynəlxalq münasibətlərlə məşğul olan alim və mütəxəssislər üçün nəzərdə tutulan bu dərslik, həmçinin Qafqaz regionunun və bu regionda yaşayan xalqların tarixi, ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə maraqlanan hər kəsə praktiki yardım göstərəcək.

Qabil eliyev qafqaz tarixi baki 2009

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Qafqaz tarixi: I hissə

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Tarix və onun problemləri, №4 2014 34 qabiL ƏLİyev bakı Dövlət Universiteti

Азербайджана, научная школа, акад. А.С.Сумбатзаде, проф. А.П.Алиев, проф.

Key words: Baku State University, Azerbaijan history, scientific school,

acad.A.S.Sumbatzade, prof.A.P.Aliyev, prof.T.T.Veliyev.

Azərbaycantarixinin, xüsusən XIX əsr dövrünün müasir elmi əsaslar əsasında

yazılması akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadənin adı ilə bilavasitə

bağlıdır. Bakı Dövlət Universitetinin Tarix fakültəsində Ümumi tarix kafedrasının

bazasında “Azərbaycanin iqtisadi tarixi”istiqaməti üzrə elmi məktəbin yaradılması və

inkişafı Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü Əlisöhbət

Sumbatzadənin 50 illik elmi və pedaqoji fəaliyyətinin nəticəsi olmuşdur.

Əlisöhbət Sumbat oğlu Sumbatzadə 1907-ci il yanvarın 21-də Abşeronun Əmircan

kəndində neftçi ailəsində dünyaya göz açmış, ilk təhsilini Suraxanı mədən məktəbində

almışdır. 1921-1926-cı illərdə Bakı Müəllimlər Seminariyasında oxumuş, müəllim

ixtisasına yiyələnmişdir. Seminariyanı bitirdikdən sonra Bakı şəhəri 19 saylı məktəbdə

müəllim işləmiş və eyni zamanda Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət

Universiteti) Şərq fakültəsinin tarix-etnologiyaşöbəsində təhsilini davam etdirmişdir.

1930-cu ildə Universitet təhsilini vaxtından tez və müvəffəqiyyətlə başa vurmuş və

elmə böyük həvəs göstərməsi ilə müəllimlərinin diqqətini cəlb etmişdir. Müəllimlərinin

tövsiyyəsi ilə aspiranturaya daxil olan gənc Əlisöhbət Sumbatzadə aspirantura təhsilini

də vaxtından qabaq – 1931-ci ildə bitirmiş və Azərbaycan SSR Xalq Komissarlar

Sovetinin qərarı ilə Gəncəyə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim

işləmək üçün göndərilmişdir. 1932-ci ildə dosent elmi adını almışdır. Gənc alim 30-cu

illərdə Gəncə ali məktəblərində və xüsusi dəvətlə Tbilisidə Cənubi Qafqaz Mühəndislər

İnstitutundapedaqoji fəaliyyətləməşğul olmuşdur.

1939-cu ildə SSRİ Elmlər AkademiyasıAzərbaycan filialının Tarix İnstitutunda

elmi işçi kimi fəaliyyətə başlamışdır. O, burada ilk ciddi elmi-tədqiqat əsərini – XIX

əsrdə Azərbaycanda Rusiya imperiyasının müstəmləkə əsarətinə qarşı ən böyük xalq

çıxışı olan1837-ci il Quba üsyanı haqqında dissertasiya işini tamamlamış və 1942-ci

ildə Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında müdafiə edərək tarix elmləri

namizədi alimlik dərəcəsi almışdır.

Tarix və onun problemləri,

Əlisöhbət Sumbatzadə 1941-ci ildən 1957-ci ilə kimi davamlı Azərbaycan Dövlət

Universitetinin Tarix fakültəsində Ümumi Tarix kafedrasında dosent, professor, kafedra

müdiri vəzifələrində çalışmışdır. Tələbələrin ana dilində dərslik və dərs vəsaitləri

çatışmazlığındanciddi sıxıntı çəkmələrini nəzərə alaraq bu dövrdə Azərbaycan dilində

Avropanın son orta əsrlər və yeni tarixi üzrə vəsaitlər hazırlamağa başlamışdı. Onun

“Böyü coğrafi kəşflər”, “İtaliya tarixi XVI-XVII əsrlərdə”, “Orta əsrlər tarixi üzrə

xronoji cədvəl”, “XI-XVI əsrlərdə Fransa tarixinin oçerkləri” (sonuncu prof.

Ə.M.Şahmalıyevlə birlikdə) adlı vəsaitləri 40-50-ci illərdə bir-birinin ardınca nəşr

edilmişdi. Bundan əlavə, “Qərbi Avropa orta əsrlərin sonunda”, “İngiltərə və

Hollandiya XV-XVIII əsrlərdə” aqdlı adlı dərs vəsaitlərini də tərtib etmiş və çap üçün

Azərbaycan Dövlət Universiteti professor Əlisöhbət Sumbatzadənin simasında

sözün əsil mənasında böyük pedaqoq alim qazanmışdı. O, dərin ensiklopedik biliyi,

geniş dünyagörüşü, gözəl natiqlik qabiliyyəti və yüksək mədəniyyəti ilə tələbə

auditoriyasını valeh edirdi. 1954-cü ildə ona professor elmi adı verildi, 1955-ci ildə

Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü,1958-ci ildə həqiqi üzvü

seçildi.O, universitetdə işlədiyi illərdə istedadlı tələbələri seçib elmi-tədqiqat işinə cəlb

edilməsi, elmi işlə məşğul olmağa yönləndiririlməsi sahəsində böyük xidmətlər

Əlisöhbət Sumbatzadə universitetdə çalışdığı müddətdə pedaqoji fəaliyyətlə

yanaşı, fundamental elmi araşdırmalar aparmağı davam etdirmişdi. XX əsrin 40-cı

illərindən etibarən onun elmi yaradıcılığında Azərbaycanın sovet hakimiyyətinə qədərki

dövrdə, Bakı sənaye rayonu istisna olmaqla, geridə qalmış feodal-patriarxal qaydaların

hökm sürdüyü ölkə olması haqqında qərarlaşmış fikrin yanlış olması, ölkəmizin XIX

əsrdə və XX əsrin əvvəllərində kapitalist münasibətlərin inkişaf səviyyəsinə görə o

zamankı Rusiya imperiyasının mərkəzi regionları ilə bir sırada durmasını tutarlı

faktlarla sübut edilməsibaşlıca yer tutmuşdur. O 1948-ci ildə müvəfəqiyyətlə müdafiə

etdiyi “XIX əsrdə Azərbaycan iqtisadi tarixinin yaradılması təcrübəsi” mövzusunda

doktorluq dissertasiyası ilə yeni elmi istiqamətin əsasını qoymuş və fundamental

əsərlərin yaradılmasına səbəb olmuşdur. Qısa müddət ərzində Azərbaycanda XIX

yüzillikdə kənd təsərrüfatının (1958) və sənayenin (1964) inkişafı haqqında sanballı

monoqrafiyalar və çoxlu sayda elmi məqalələr hazırlayıb nəşr etdirməklə keçmiş SSRİ

miqyasında bu dövrün iqtisadi tarixinin və kapitalizmin inkişafı probleminin ən nüfuzlu

mütəxəssisi kimi şöhrət qazanmışdır. XX əsrin 60-80-ci illərində SSRİElmlər

Akademiyası Tarix elmləri bölməsində “SSRİ-də kapitalizmin mənşəyi” üzrə

Ümumittifaq problem komissiyasının üzvü kimi elmi konfranslarda dərin məzmunlu

məruzələri ilə iqtisadi tarixin aktual problemlərinə diqqəti cəlb etmiş, yeni tədqiqatlar

aparılmasına təkan vermişdir.

Akademik Əlisöhbət Sumbatzadə 1957-ci ildə Azərbaycan Elmlər Akade-

miyasının vitse-prezidenti seçildikdən sonra da BDU ilə sıx əlaqə saxlamış, Dövlət

İmtahan Komissiyalarına rəhbərlik etmiş, qabiliyyətli tələbələrin elmi tədqiqat işlərinə

cəlb edilməsinə xüsusi diqqət yetirmişdir. Diplom müdafiələrində diqqətini çəkən

bacarıqlı tələbələrin təyinatla Elmlər Akademiyasının Tarix, Şərqşünaslıq və

Tarix və onun problemləri, № 4 2014

İqtisadiyyat institutlarına göndərilməsinə nail olmuş, onların bir qisminin daha sonra

SSRİ-nin daha çox inkişaf etmiş nüfuzlu elmi mərkəzlərində aspiranturada oxumasına,

elmi staj keçməsinə, tədqiqatçı kimi püxtələşməsinə yardım göstərirmişdir. Beləliklə,

öz ətrafına istedadlı gənc mütəxəssisləri toplayan böyük alim Azərbaycanın iqtisadi

tarixini dərindən araşdıran və bir-birinin ardınca fundamental əsərlər yaradan elmi

məktəbin başçısına çevrilmişdir.

Gənc alimlərin bütün problemlərinə diqqət və həssaslıqla qayğı ilə yanaşan

akademik Əlisöhbət Sumbatzadə elmi rəhbər və məsləhətçi kimi yüksək ixtisaslı elmi

kadrlar hazırlanması sahəsində böyük işlər görmüşdür. Onun rəhbərliyi altında 40-a

qədər gənc mütəxəssis namizədlik, 10-dan çox alim doktorluq dissertasiyası müdafiə

etmişdir. Bu yetirmələrinin də yaxından iştirakı ilə həm XVIII-XIX əsrlərdə və XX

əsrin əvvəllərində, həm də Sovet hakimiyyəti dövründə Azərbaycanın sosial-iqtisadi

tarixinin müxtəlif aspektləri araşdırılmış, sanballı tədqiqat əsərləri, keçmiş ittifaq

miqyasında maraqla qarşılanan monoqrafiyalar yazılmışdır. Bu əsərlər içərisində

akademik Əlisöhbət Sumbatzadənin redaktoru və əsas müəlliflərindən biri olduğu üç

cildlik “Azərbaycan tarixi” (1958-1975) adlı ilk ümumiləşdirilmiş kitab xüsusi yer

tutur. Bununla görkəmli alim Azərbaycan tarixinin yazılıb yaradılmasına çox böyük

Ə.S.Sumbatzadə Dağıstan, Kabarda-Balkar, Qaraçay-Çərkəz və digər Qafqaz

respublikalarının elmi-tədqiqat mərkəzlərində və universitetlərində iqtisadi tarix üzrə

mütəxəssislər hazırlanmasına da öz töhfəsini vermişdir.Böyük alim Qafqaz regionunun

iqtisadi tarixinə, kapitalizmin inkişafı probleminə həsr edilmiş elmi-tədqiqat əsərlərinin

yazılmasında fəal iştirak etmiş, çoxlu sayda namizədlik və doktorluq dissertasiyalarına

rəy vermiş və onlara opponentlik etmişdir.

Akademik Əlisöhbət Sumbatzadə uzun müddət ərzində Azərbaycanda elm

təşkilatçısı kimi misilsiz xidmətlər göstərmişdir. AMEA-nın vitse-prezidenti, İctimai

elmlər bölməsinin akademik katibi, Tarix İnstitutunun və Şərqşünaslıq İnstitutunun

direktoru vəzifələrində çalışmışdır. Azərbaycan tarix elmini Tehranda (1966), Berlində

(1974), San-Fransiskoda (1975), Edinburqda (1978) və digər yerlərdə keçirilmiş

beynəlxalq simpozium və konqreslərdə ləyaqətlə təmsil etmişdir. Azərbaycanın

Əməkdar Elmi xadimi fəxri adını almış, Qırmızı Əmək Bayrağı ordeni və medallarla

Azərbaycan tarixinin yazılıb yaradılmasında son dərəcə böyük xidmətlər

göstərmiş bu böyük alim 1992-ci ildə vəfat edənə qədər səmərəli elmi fəaliyyətini

davam etdirmişdir. Tariximizin müxtəlif məsələləri haqqında 20 əsər və monoqrafiya,

160-dan çox elmi məqalə onun böyük elmi mirasıdır.

Akademik Əlisöhbət Sumbatzadənin Bakı Dövlət Universitetində əsasını qoyduğu

“Azərbaycanin iqtisadi tarixi”istiqaməti üzrə elmi məktəb XX əsrin 60-80-ci illərində

universitetin SSRİ tarixi və Azərbaycan tarixi kafedralarında fəaliyyətini davam

etdirmiş, sanballı elmi araşdırmalar aparılmışdır.1960-cı ildən ömrünün sonuna– 1992-

ci ilə kimi Bakı Dövlət Universitetində SSRİ tarixi kafedrasında dosent, professor,

kafedra müdiri vəzifələrində çalışmış Əli Pirəli oğlu Əliyev elmi yaradıcılığında sovet

Tarix və onun problemləri,

dövründə Azərbaycanın neft sənayesinin tarixinin tədqiqi mühüm yer tutmuşdur.O,

1966-cı ildə “Kapitalist neft inhisarlarına qarşı mübarizə və Sovet neftinin dünya

bazarına çıxması tarixi (1920-1937-ci illər)” mövzusunda doktorluq dissertasiyasını

müvəffəqiyyətlə müdafiə etmiş, 1967-ci ildə professor elmi adı almışdır.160-dan çox

elmi əsərin, o cümlədən 10 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi olmuşdur.

Onun 1987-ci ildə nəşr etdirdiyi “İmperializm dövründə çarizmin xarici siyasəti” adlı

monoqrafiyası elmi yaradıcılığında xüsusi yer tutur. Əsərdə Rusiya imperiyasının XIX

əsrin sonu – XX əsrin ilk onilliklərində yeritdiyi müstəmləkəçi xarici siyasət konkret

tarixi faktlarla şərh edilmişdir.

Professor Əli Əliyevin Azərbaycanın kapitalizm və sovet dövründə iqtisadi

tarixinin müxtəlif problemlərini tədqiq edən yüksək ixtisaslı tarixçi kadrlar yetişdirmək

sahəsində böyük xidmətləri olmuşdur. Onun rəhbərliyi altında 12 gənc tədqiqatçı tarix

elmlər namizədi alimlik dərəcəsi almışdır. Onlardan 8 nəfəri sonrakı dövrdə elmi

tədqiqat işini uğurla davam etdirmiş, doktorluq dissertasiyası müdafiə etmişdir.

“Azərbaycanin iqtisadi tarixi”istiqaməti üzrə elmi məktəbin sonrakı fəaliyyətində

professor Tofiq Talış oğlu Vəliyevin böyük xidmətləri olmuşdur. O, 1958-ci ildən

AMEA Tarix İnstitutunda elmi araşdırmalara başlamışdır. Akademik Əlisöhbət

Sumbatzadənin rəhbərliyi altında 1966-cı ildə “XX əsrin əvvəllərində Azərbaycanın

ipək emalı sənayesi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-cı

ildə isə “İmperializm dövründə Azərbaycanın sənayesi və proletariatı” adlı doktorluq

dissertasiyasını müdafiə etmiş, Azərbaycan tarixşünaslığında ilk dəfə Bakı sənaye

rayonundan kənarda, regionlarda kapitalist sənayesinin inkişafı və fəhlə sinfinin

formalaşması problemini hərtərəfli tədqiq etmişdir.

Professor Tofiq Vəliyev 1990-cı ildə BDU-da elmi-pedaqoji fəaliyyətə başlamış,

1993-cü ildə Slavyan ölkələri tarixi kafedrasının müdiri seçilmişdir. 190-dan çox elmi

əsər, o cümlədən iqtisadi tarix məsələlərinə həsr olunmuş 5 monoqrafiyanın müəllifi

olmuşdur. 1993-1997-ci illərdə Respublika Təhsil Nazirliyi nəzdində Tarix üzrə elmi-

metodik şuranın sədri, 1995-2002-ci və 2007-2010-cu illərdə Azərbaycan

Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının Tarix elmləri üzrə

Ekspert Şurasının sədri, 2005-2014-cü illərdə BDU “Xəbərləri” Humanitar elmlər

seriyasının redaktoru olmuşdur. 2004-cü ildə Nyu-York Elmlər Akademiyasının üzvü

Rəhbərliyi altında 2 doktorluq, 10 namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Elm və təhsil sahəsində səmərəli fəaliyyətinə görə 2009-cu ildə “Şöhrət” ordeni ilə

2014-cü ildə vəfat edənə qədər 168 adda elmi əsər və məqalə yazmışdır.

XIX-XX əsrlərdə Azərbaycanın iqtisadi tarixinin araşdırılması Bakı Dövlət

Universitetində müasir dövrdə də davam etməkdədir. Bu sətirlərin müəllifi – Qafqaz

xalqları tarixi kafedrasının professoru, tarix elmləri doktoru Qabil Əli oğlu Əliyev

keçən əsrin 80-ci illərindən Şimali Azərbaycanda dəmir yolu nəqliyyatınin yaranması

və iqtisadiyyata təsiri problemlərini tədqiq etməklə məşğuldur. O, 1972-1977ci illərdə

Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış,1982-1985-ci illərdə

bu ali məktəbin aspiranturasında təhsilini davam etdirmişdir. 1986-ci ildə “Bakı-Tiflis

Tarix və onun problemləri, № 4 2014

dəmir yolunun çəkilməsi və onun Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına

təsiri (XIX əsrin 80-90-cı illəri)” mövzusunda namizədlik dissertasiyası müdafiə

etmişdir. 2003-cü ildə “XIX-XX yüzilliyin başlanğıcında Şimali Azərbaycanda

nəqliyyatın inkişafı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və tarix

elmləri doktoru alimlik dərəcəsi almışdır. 1995-ci ildə dosent elmi adı almışdır. 2005-ci

ildənprofessor vəzifəsində çalışır.

Professor Qabil Əliyev Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətinin ilk

illərindən SSRİ tarixi və Qafqaz tarixi fənlərindən praktik məşğələlər aparmış,

mühazirə oxumağa başlamışdır. 1989-cu ildən isə həmçinin “XIX-XX əsrin

əvvəllərində Cənubi Qafqazda nəqliyyatın inkişafı” adlı ixtisas kursunu tədris etmişdir.

İndiyə kimi 120-dən çox əsər və elmi məqalənin, o cümlədən 1 monoqrafiya, 3 dərslik,

2 dərs vəsaiti, 4 proqram, 2 metodik gösrərişlər hazırlayıb nəşr etdirmişdir. Onların

içərisində elmi ictimaiyyətin maraqla qarşıladığı “XIX-XX yüzilliyin başlanğıcında

Şimali Azərbaycanda nəqliyyatın inkişafı” (Bakı, 1995), “Azərbaycan nəqliyatı və

iqtisadiyyatı (XIX əsr – ХХ əsrin ilк оnilliкləri)” (Bakı, 2002) adlı monoqrafiyaları,

“Qafqaz tarixi” (Bakı, 2009) adlı ali məktəb tələbələri üçün dərsliyi xüsusi qeyd etmək

lazımdır. Hazırda Qafqazda XIX-XX yüziliklərdə nəqliyyatın inkişafı və diyarın

iqtisadi həyatına təsiri problemi üzrə tədqiqatlarını davam etdirməkdədir.

1991-ci ildən Azərbaycan Respublikasında ali məktəb tarixində ilk dəfə Qafqaz

tarixi fənnindən mühazirə kursu hazırlayıb Bakı Dövlət Universitetinin tarix,

şərqşünaslıq, regionşünaslıq (qafqazşünaslıq) ixtisaslarında təhsil alan tələblərə tədris

etməyə başlamışdır. 1994-cü ildə respublikada ilk dəfə “Qafqaz tarixi” fənnindən

proqram hazırlayıb nəşr etdirmişdir. Bu proqram Azərbaycan Pedoqoji Universitetində,

Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran universitetlərində Qafqaz tarixi fənninin tədrisi

üçün əsas olmuşdur.

Q.Əliyev ali məktəbdə elmi-pedaqoji fəaliyyəti davam etdirməklə yanaşı, orta

məktəblər üçün dərslik və dərs vəsaitləri hazırlamaq sahəsində də fəal iş görmüşdür.

2005-ci ildə ümumtəhsil məktəblərinin 9-cu və 10-cu sinifləri üçün “Yeni tarix”

dərsliklərinin hazırlanmasında müəlliflər heyətinin üzvü kimi iştirak etmişdir. 2005-cü

ildə tərtib etdiyi “Azərbaycan tarixi” adlı ümumtəhsil məktəbinin 10-cu sinfi üçün dərs

vəsaiti “Abituriyent” jurnalının xüsusi buraxılışı kimi nəşr olunmuşdur.

1998-2002-ci və 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti

yanında Ali Attestasiya Komissiyasının Tarix elmləri üzrə Ekspert Şurasının elmi

katibi və üzvü olmuşdur.

Hazırda “XIX-XX əsrin əvvəllərində Qafqazda nəqliyyatın inkişafı” adlı adlı

monoqrafiya üzərində çalışır, nəqliyyatın regionun sosial-iqtisadi inkişafına təsiri

məsələlərini tədqiq edir.

Tarix və onun problemləri,

ГАБИЛ АЛИЕВ

О НАУЧНОЙ ШКОЛЕ, ИЗУЧАЮШЕЙ НАШУ ЭКОНОМИЧЕСКУЮ

Написание истории Азербайджана, особенно периода XIX века на основе

современных научных методов тесно связано именем академика А.С.Сумбатзаде.

Создание на базе кафедры Всеобщей истории Бакинского Государственного

Университета научной школы по направлению «Экономической истории

Азербайджана» был результатом его 50 летной научной и педагогической

деятельности. Успешно продолжали этой научной школы в университете

позжепроф. А.П.Алиев и проф. T.T.Велиев.

QABİL ALİYEV

Writing history, especially the period of the 19th century on the basis of modern

scientific methods is closely associated the name of academician A.S. Sumbatzade.

Establishment of the Department of World history at Baku State University scientific

schools bay the economic history of Azerbaijan was the result of his 50 flight of

scientific and pedagogical activity. This continued successfully scientific school at the

University later prof. A.P.Aliyev and prof. T.T.Veliyev.

Rəyçilər: t.e.d. İ.Məmmədov, t.e.d. A.Məmmədov

BDU-nun Tarix fakültəsinin “Qafqaz xalqlarının tarixi” kafedrasının 28 oktyabr

2014-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №16).

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.