Qabil Hüseynli: Müxalifətin indiki liderləri siyasi proseslərin məntiqini düzgün dəyərləndirə bilmirlər
Onun sözlərinə görə, bunlar hamısı onu göstərir ki, siyasi müxalifətin indiki liderləri nə siyasi proseslərin məntiqini düzgün dəyərləndirə bilirlər, nə də ən başlıcası öz aralarında müəyyən siyasi dostluq, əməkdaşlıq telləri qurmağı bacarırlar: “Birinin ambisiyası, hadisələrə praqmatik yanaşması və s. siyasi prosesləri, siyasi dairələrə başçılıq etmək imkanlarını azaldır və onların özləri də zəifləyir. Bir sözlə, son dövrdə baş verən hadisələr onu göstərir ki, cəmiyyətdə siyasi müxalifətin dəyişməsinə və yenilənməsinə, yeni şəxslərin gəlməsinə böyük ehtiyac var”.
Qabil hüseynli politologiya
“Siyasət mümkün olanı əldə etməkdir. İndiki şəraitdə Azərbaycan ordusu böyük uğurlar qazanıb və mümkün olanın maksimumunu əldə edib”.
Bu fikirləri Unikal.org-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli səsləndirib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanatdan sonra Rusiya bu məsələlərdə beynəlxalq hüquqa zidd olan hər hansı addım atmağa cürət etməyəcək: “İndiki şəraitdə Azərbaycan ordusu böyük uğurlar qazanıb və mümkün olanın maksimumunu əldə edib.
Doğrudur, Rusiya ordusunun bölgəyə gəlməsi və sülhməramlı fəaliyyətə başlaması müəyyən həyəcan yaradıb. Bu da təbiidir, çünki Rusiya sülhməramlıları Abxaziyada, Osetiyada özlərini o qədər də yaxşı göstərməyib. Burda da onların ermənipərəst mövqe tutacaqlarını güman edənlər var. Müsbət məqam odur ki, Türkiyə Monitorinq Mərkəzində təmsil olunacaq. Yəqin ki, elə sülhməramlı qüvvələrin tərkibinə də qatılacaqlar. Türkiyə Azərbaycana və Cənubi Qafqaza möhkəm daxil olub və möhkəmlənməkdə də davam edəcək. Türkiyə Monitorinq Mərkəzində təmsil olunur. Türkiyənin ixtiyarı olacaq ki, bütün Laçın koridorunda, bütün sülhməramlılar yerləşən ərazilərdə dronlarla, müxtəlif texniki vasitələrlə monitorinq həyata keçirsin. Hər hansı pozuntu aşkar ediləndə bunun qarşısını alsın. Türkiyə regiona ciddi gəlib və zənnimcə, Türkiyənin köməyi ilə biz monitorinq prosesini uğurla həyata keçirəcəyik”.
Politoloq onu da qeyd edib ki, Azərbaycanın tam gücü, qüdrəti var idi ki, ermənilər üzərində tam və qətiyyətli qələbə qazanaq və onları burdan tamamilə qovub çıxarsın: “Kəlbəcərdən, Laçından, Qubadlı və Ağdamın yerdə qalan hissələrindən erməniləri qovb çıxara bilərik. Amma xristian dünyası bu məsələlərdə Azərbaycana böyük təzyiqlər göstərdi. Haqsız və hüquqazidd təzyiqlər göstərdi. Biz öz torpaqlarımıza soxulmuş yağı düşməni bu torpaqlardan çıxarırdıq. Heç kəsə ziyan vurmurduq, sadəcə öz torpaqlarımızı azad edirdik. Buna dözməyən, bununla barışa bilməyən qüvvələr – Amerikadan tutmuş Fransaya kimi atəşkəs imzalamağı tələb etdilər. Amma nəticə etibarı ilə biz mümkün olan qələbəni əldə etdik”.
Coşqun Əli
Qabil Hüseynli: Müxalifətin indiki liderləri siyasi proseslərin məntiqini düzgün dəyərləndirə bilmirlər
Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli hesab edir ki, Müsavat Partiyasının Milli Şuradan çıxmasına haqq qazandırmaq mümkün deyil.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Mehdiyev/
Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli hesab edir ki, Müsavat Partiyasının Milli Şuradan çıxmasına haqq qazandırmaq mümkün deyil.
Q.Hüseynli Trend-ə bildirib ki, bunlar Milli Şuranı siyasi inteqrasiya deyərək, bar-bar bağıraraq qurmuşdular: “Bu siyasi inteqrasiyanı cəmiyyətdən gələn sosial sifariş kimi təqdim etməyə çalışırdılar. Lakin bir andaca o sosial sifarişi ayaqlar altına atıb tapdalayan partiyaya, misal üçün, Müsavat Partiyasına haqq qazandırmaq o qədər də asan deyil. Yəni sən dünənə qədər siyasi konsolidasiya, siyasi inteqrasiyadan dəm vururdun və bunu müxalifətin gücünü artıracaq və həlledici bir amil kimi təqdim edirdin. İndi isə xırda dedi-qodunun nəticəsində Milli Şuradan çıxırsan”.
Politoloq əlavə edib ki, eyni zamanda, Milli Şuranın özündə bir gərginlik var və dağılma prosesi müşahidə olunmaqdadır: “Misal üçün, bundan əvvəl Liberal Partiyası Milli Şuradan çıxdı, Açıq Cəmiyyət Partiyası oradan gedib-getməyəcəyi haqqında düşündüyünü bəyan edir, Klassik Xalq Cəbhəsi Partiyasının da müəyyən tərəddüdləri hiss edilməkdədir. Yəni Milli Şuranın özündə də bir axsama, dağılma prosesi getdiyini müşahidə etmək mümkündür”.
Q.Hüseynli hesab edir ki, indiki halda Milli Şuranı zəifləmiş, siyasi proseslərə təsir imkanları xeyli azalmış və xalqın dəstəyini itirmiş bir qurum kimi təsəvvür etmək olar: “Bu cür siyasi liderlərlə Milli Şura siyasi yüksəliş dövrü yaşaya bilməz, əlbəttə, siyasi tənəzzül dövrünü yaşayacaq”.
Onun sözlərinə görə, bunlar hamısı onu göstərir ki, siyasi müxalifətin indiki liderləri nə siyasi proseslərin məntiqini düzgün dəyərləndirə bilirlər, nə də ən başlıcası öz aralarında müəyyən siyasi dostluq, əməkdaşlıq telləri qurmağı bacarırlar: “Birinin ambisiyası, hadisələrə praqmatik yanaşması və s. siyasi prosesləri, siyasi dairələrə başçılıq etmək imkanlarını azaldır və onların özləri də zəifləyir. Bir sözlə, son dövrdə baş verən hadisələr onu göstərir ki, cəmiyyətdə siyasi müxalifətin dəyişməsinə və yenilənməsinə, yeni şəxslərin gəlməsinə böyük ehtiyac var”.
İctimai Palatanın fəaliyyətinin davam etdirilməsinə gəlincə isə Q.Hüseynli bunun qətiyyən mümkün olmadığını deyib: “Bunlar artıq arxada qalmış və yaşanmış səhifələrdir. Çünki əgər bir partiya müəyyən bir qurumda, elə Milli Şurada siyasi əməkdaşlıq xəttini yürütmək istəmirsə, başqa bir qurumda da siyasi əməkdaşlıq xəttini əlbəttə ki, yürütmək istəməyəcək. Ona görə də bundan sonra müxalifət arenasında Müsavat Partiyasının təcrid olunma prosesi ilə daha çox rastlaşacağıq”.
- Müsavat Partiyası
- Milli Şura
- Qabil Hüseynli
Bizim Rusiyadan tək istəyimiz budur – Qabil Hüseynli
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, mina xəritələrinin qaytarılmasıyla əlaqəli məsələ birbaşa Rusiya ila bağlıdır: “Ermənistan dövlətinin suverenliyi Rusiyadan asılıdır. Onlar istəsə mina xəritələrini ermənilərdən alıb bizə qaytara bilər. Mina xəritələrinin verilməməsi beynəlxalq konvensiyaların tələblərinə ziddir. Cenevrə Konvensiyası 1948-ci ildə qəbul olunub və bu konvensiyaya görə müharibə bitdikdən sonra tərəflər tutduqları əsirləri geri qaytarmalı, minalanmış ərazilərin xəritəsini qaytarmalıdır. Biz nə Ermənistanın torpağını işğal etmişik, nə də onların ərazilərinə mina yerləşdirmişik. Amma ermənilər Qarabağın hər yerini minalayıblar. Son zamanlar həmin xəritələrin nəyinsə qarşılığında qaytarılması söhbətləri gedir. İndiyə qədər terrorçuların qaytarılması qarşılığında 3 rayonun mina xəritələrini əldə etmişik. Bu işlərə razılıq verən qüvvə özünü göstərmir. Amma təxmin etmək mümkündür ki, bütün bu məsələlərin arxasında Rusiya var. Rusiya əgər beynəlxalq konvensiyalara və hüquq normalarına sadiqdirsə, bu xəritələrin Azərbaycana qaytarılmasına xüsusi diqqət yetirməlidir”.
Q.Hüseynli vurğulayıb ki, bu məsələlərin hamısını Prezident İlham Əliyev Vladimir Putinlə müzakirə edib: “Ermənistan dövləti hər zamankı kimi sülh danışıqlarından və digər məsələlərdən boyun qaçırır. Bizim üçün ən əhəmiyyətli mövzulardan biri mina xəritələrinin verilməsidir. Çünki biz o əraziləri abadlaşdırmaq və vətəndaşlarımızı o torpaqlara geri qaytarmaq istəyirik. O bölgələrdə tikinti işləri sürətlə aparılır və gələn ilin yanvar ayından vətəndaşlarımız Zəngilana qayıdacaqlar. Füzuli rayonunda hava limanının tikintisi sentyabr ayında başa çatmalıdır. Yəni bizə bu ərazilərin minadan təmizlənməsi və orada təhlükəsizliyin təmin edilməsi lazımdır ki, əhalini oraya rahat şəkildə köçürə bilək. ANAMA təşkilatının fəaliyyəti və Türkiyədən gətirilmiş texnikalar vasitəsilə ərazilərimizi minalardan təmizləyirik. Bir sözlə, ölkə rəhbərliyi bu istiqamətdə ciddi fəaliyyət göstərir. Amma Ermənistan rəhbərliyinin qeyri-humanist hərəkətləri hər kəsi dəhşətə gətirir. Bizim Rusiyadan tək istəyimiz işğalçı dövlətdən mina xəritələrinin alınmasıdır”.
Rahib Ələsgərli
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Comments are closed, but trackbacks and pingbacks are open.