Press "Enter" to skip to content

Sexavet Memmedov Qacaq Nebi Скачать mp3

Məhəmməd Adında ki oğlunu, Nəbi Qaçaq Hərəkatını Davam Etdirmək Və Təhlükəsizlik üçün Cənubi Azərbaycanda Urmu-Xoy-Makı Rayonlarına Göndəribdir

Qaçaq Nəbi

Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

Qaçaq Nəbi ( 1854 , Aşağı Mollu , Qubadlı rayonu – 1896 ) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda “Qaçaq Hərəkatı”nın fəal iştirakçısı.

Qaçaq Nəbi
Nəbi Alı oğlu
Doğum tarixi 1854
Doğum yeri Aşağı Mollu, Zəngəzur qəzası, Tiflis quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası
Vəfat tarixi 12 mart 1896
Vəfat yeri Larin kəndi, Cənubi Azərbaycan
Vətəndaşlığı Rusiya imperiyası
Həyat yoldaşı Həcər
Atası Alı
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Qaçaq
Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür, [1] digərlərinə görə isə türkdür. [2] 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir.

Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır.

Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir.

Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir. Yerli mülkədar kəndlilərin torpaqlarını tutmaq istəyirdi. Nəbi buna dözməyib mülkədara müqavimət göstərir. Bundan sonra qaçaq düşür. Özü kimi narazı kəndlilərdən dəstə düzəldir. Onun dəstəsi Naxçıvan və Zəngəzur qəzalarında qaçaqlıq edir. O, kəndliləri zülümkarlardan müdafiə edirdi. Mülkadarların var dövlətini alaraq kəndlilərə paylayırdı. Arvadı Həcər də Qaçaq Nəbinin silahdaşı idi. Çar höküməti 20 il qaçaq Nəbini dəstəsini məhv etməyə çalışmışdır. Lakin məqsədinə nail ola bilməmişdi. Sonda 1896-cı ildə martın 12-də satılmış iki xain qəflətən Nəbiyə hücum edərək onu öldürmüşdülər.

Qaçaq Nəbinin ailə üzvləri bunlardır:

  • Atası – Alı kişi
  • Anası –Mehri
  • Qardaşları – Mehdi, Məcid
  • Həyat yoldaşı – Həcər
  • Uşaqları – Xəlil, Əhməd ,Zeynəb, Məhəmməd(Oğlu Nəcəf)(Nəcəfin Oğlu Zülfəli)(Zülfəlinin Oğlu Lətif)

Məhəmməd Adında ki oğlunu, Nəbi Qaçaq Hərəkatını Davam Etdirmək Və Təhlükəsizlik üçün Cənubi Azərbaycanda Urmu-Xoy-Makı Rayonlarına Göndəribdir

  • Qaçaq Nəbi dastanı, 1938 (Ə.H.Tahirov).
  • “Qaçaq Nəbi” dastanı, 1941 (Əhliman Axundov).
  • “Qaçaq Nəbi” dastanı, 1961 (Ə.Axundov).
  • “Qaçaq Nəbinin tarixi”, nəşr: 2011 (Bəhlul Bəhcət).
  • “Qaçaq Nəbi” pyesi (Süleyman Rüstəm) [3] .

Filmoqrafiya Redaktə

  • Hacı Nərimanoğlu, “Elin bu günündə gələydin, Nəbi”, Aydınlıq qəzeti, 1988.
  • Hacı Nərimanoğlu, “Yaddaş”, Gənclik jurnalı, may 1989.
  • Hacı Nərimanoğlu, Qubadlısız 16 il, “Nurlan”, 2009.
  • Bəhlul Bəhcət, Qaçaq Nəbinin tarixi, (vəsiqə və sənədlər üzrə), Bakı, Çıraq, 2011, 288 səh
  • “Qaçaq Nəbinin ölümündən 115 il ötür” məqaləsi, Bütöv Azərbaycan qəzeti. 16 mart 2011. № 09(97). səh.16.
  • “Tarixi Xalq Qəhrəmanı – Qaçaq Nəbi” (az.) . qubadli-ih.gov.az. 2015-10-09 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2015-10-09 .

İstinadlar Redaktə

  1. ↑”Azərbaycanın tarixi şəxsiyyətlərinə dair polemika”. Yeni Müsavat (az.) . 3 may 2013. 9 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 9 fevral 2022 .
  2. Nərimanoğlu, Hacı.” ” Qaçaq Nəbi tarixi”nin “arxiv ömrü” sona çatdı”. 525-ci qəzet (az.) . 22 iyun 2011. səh. 6. 2022-02-09 tarixində arxivləşdirilib . İstifadə tarixi: 9 fevral 2022 .
  3. 12“Qaçaq Nəbi” (az.) . portal.azertag.az. 2017-01-14 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-10-09 .

Xarici keçidlər Redaktə

  • “12 MART QAÇAQ NƏBİNİN ÖLÜM GÜNÜDÜR” (az.) . mediaforum.az. 2011-03-11, 12:15:00. 2015-05-24 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2014-10-09 .
  • “QAÇAQ NƏBİ HAQQINDA 1930-cu İLLƏRDƏ YAZILMIŞ TƏDQİQAT İŞIQ ÜZÜ GÖRÜB” (az.) . mediaforum.az. 2011-06-13, 10:27:00. 2015-05-24 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2014-10-09 .
  • Anar Tağıyev.“Həcərin nəticəsi Publika.az-a danışdı: “Təəssüf ki, Qaçaq Nəbi ilə birlikdə illərlə döyüşmüş qadın…” – FOTOLAR” (az.) . publika.az. 2015-10-12. 2015-10-09 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2015-10-09 .

Qaçaq nbi dastanı

Sexavet Memmedov Qacaq Nebi

People Choice Remix

Ishowspeed Shake Adroithood Remix

Радио Свобода Посадил Дед Репку

Нисочон Гулаки Ман

С Днём Рождения 18 Лет Парню

Красивая Музыка Без Слов

В Пабг Я Зашел Но Играть Не Умею

Vivo Stock Ringtones

Марина Алиева 2022

Твой День Рождения Это Будто Бы И Мой Праздник Тоже Потому Что Ты Очень Важный Человек В Моей Жизни Помимо Того Что Ты Конечно Же Дикая Красотка Ты Всегда Мотивируешь Только На Хорошее

Песня Война Майнкрафт

Мелодия На Гитаре Для Стиха Зимний Вечер

Сборники 90 2000

Alan Brando Open Up Your Heart Extended Vocal One More Mix 2022 New Italo Disco

Песни Про Родину Казахстан На Казахском Языке

Slowed Reverb Lady Gaga Sofi Tukker 911

Brandon Stone Eyyub Yaqubov Samoljot Baku Moskva

Что Было Дальше

Ми Луна Ми Уника Фортуна

Меня Стыдится Вся

Полонез Огинского Оркестр

Песня О Кисловодске

Balvin Skrillex In Da Getto Dj Shabayoff Rmx New 2022

Qaçaq nbi dastanı

Babayev Yaqub Məhərrəm oğlu Azərbaycan Dövlət Pedaqoji Universiteinin (ADPU) Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının filologiya üzrə elmlər doktoru, professorudur.

Tədqiqatları əsasən, klassik ədəbiyyat və folklorla bağlıdır. O, bəzi Azərbaycan aşıqlarının və el şairlərinin şeirlərinin toplanıb nəşr edilməsi istiqamətində də müəyyən işlər görüb. “İki ustad: Miskin Vəli, Növrəs İman” (1996), “Üç el şairi”(1999), “Miskin Vəli: Şeirlər, dastanlar” (2016) kitabları belə bir əməyin məhsuludur.

Modern.az Yaqub Babayevlə olan müsahibəni təqdim edir:

– Sualımıza ən qədim yazılı abidələrimizdən biri olan “Kitabi-Dədə Qorqud” eposunda işlənmiş şeir şəkillərindən söhbət açaraq başlamaq istərdik. Bu gün aşıq poeziyasında işlənən şeir formaları həmin dastanda işlənən şeir şəkilləri ilə hansı dərəcədə yaxınlıq təşkil edir? Bütövlükdə, bu şeir formalarının müqayisəli təhlilini aparmaq imkanlarımız varmı?

– Biz “Kitabi-Dədə Qorqud” dastanlarında işlənən şeir şəkillərini bu günün şeir şəkilləri ilə müqayisə edə bilmərik. Çünki dastanda işlənən şeir şəkilləri hələ janrlaşmayıb, sabit şeir şəkli formasına düşməyib və bir növ sərbəst xarakterli şeirlərdir. Yəni burada işlənən şeirlər ümumtürk şeirinin ilkin şəkillərindəndir. Burada qafiyə sistemi də, şeirin forması da, rədiflər də sərbəstdir, misralarda sabit heca sayları yoxdur. Biz VIII-IX əsrlərdə nisbətən sabitləşmiş türk şeirlərini görürük. Tam şəkildə sabitləşən şeir şəkillərinə “Dədə Qorqud” eposunda rast gəlmirik. Həmin şeirlərin yarandığı tarixin dərinliyindən bizi min illər ayırır. Bu səbəbdən də günümüzün sabitləşmiş şeir şəkilləri ilə həmin poeziya nümunələrini forma-şəkil baxımından müqayisə edə bilmərik. Çünki bugünkü aşıq şeirlərimiz biçimlənmiş, konkret bir ölçüyə düşmüş, qafiyələrin, rədiflərin, heca sayının şeirin formasında hakim olduğu janr sisteminə malikdir. Göründüyü kimi, “Dədə Qorqud” dastanlarında işlənən şeir şəkilləri ilə müasir şeir formaları arasında böyük bir zaman məsafəsi və fərq var. Əlbəttə bu, poeziyanın təbii təkamül prosesindən xəbər verir. Ümumiyyətlə, şeir şəkillərinin formalaşması əsrlərlə vaxt tələb edən etnokulturoloji və etnopoetik bir prosesdir. Məhz həmin sürəkli zaman çərçivəsində şeir formaları sabitləşir. “Dədə Qorqud”da ən uzağı dördlük formasında bir neçə nümunəyə rast gələ bilərik. VIII-IX əsrlərdən etibarən biz türkdilli poeziyada dördlük formasında, yəni hər bəndi dörd misradan ibarət olan poetik formaların daha işlək və aparıcı olduğunu görürük. Məsələn, mani, qoşuq, bayatı, tuyuğ və s. Ümumiyyətlə, sonrakı bütün tarixi dövrlərdə də türk, o cümlədən Azərbaycan şeirinin milli janrları dördlüklər üzərində bərqərar olub. Bugünkü aşıq şeirimizdə də bu əlamət özünü aydın şəkildə göstərir. Qoşma, gəraylı, təcnis və s. kimi işlək janrlar bunu aydın şəkildə sübut edir. Xalq şerimizin bayatı, oxşama, layla kimi formaları, bir çox nəğmələr də məhz dördlük formasındadır.

Çox zaman ədəbiyyatşünaslar şeir şəkillərindən, bütövlükdə ümumtürk şeirindən danışarkən “Kitabi-Dədə Qorqud” dastanından üzü qədimə doğru çox da dərin bilgilər vermirlər. “Kitabi-Dədə Qorqud” eposundan üzü qədimə doğru getdikcə bu günün elmi axtarışları türk şeirindən, onun şəkillərindən hansı yenilikləri müəyyənləşdirə bilib?

– Bəşəriyyətin bizə məlum tarixində ədəbiyyatın bir sənət növü kimi tarixi təxminən 5 min il bundan qabaqkı dövrlərə təsadüf edir. Qədim Misir, Şumer, Çin, Hind, Yəhudi və Yunan ədəbiyyatlarında poeziya nümunələrinə rast gəlirik. Məsələn, bizim eradan əvvəl Şumerlərə aid edilən “Bilqamıs” dastanı mənzum yazılan bir poemadır. Şumerlərin türk mənşəli olması mübahisəli olduğundan biz onlardakı poetik formalar üzərində geniş dayanmaq fikrində deyilik.

Türk şeirinə gəlincə, təəssüf ki, bizə gəlib çatan ən qədim türk şeirinin ilk örnəyi bizim eradan əvvəl V əsrə aiddir. Həmin nümunə cəmi dörd misradan ibarətdir və bu nümunə də qədim Çin dilində bizə gəlib çatıb. Şeir parçası Çin dilində həm də kiçik həcmdə bizə çatdığı üçün şeirin hansı formada olması haqqında yetərincə təsəvvür ala bilmirik. Türk şeirlərinin ilk nümunələri artıq VI-VII əsrlərdən başlayaraq bizə məlumdur. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, qədim türk dastanları da olub, amma onların bizə sadəcə olaraq məzmunları gəlib çatıb. Bu dastanların mətnləri isə tam şəkildə bizə məlum deyildir. Konkret olaraq demək istəyirəm ki, qədim türk şeirləri (həmçinin türk şeir şəkilləri) VI-VII əsrlərdən başlayaraq üzü qədimə doğru bizə məlum deyildir. Yəni bu əsrlərdən əvvəllərdə mövcud olmuş türk şeirlərinin şəkilləri haqqında tam, dürüst məlumat müəyyənləşdirə və verə bilmirik. Ancaq VI – VII əsrlərdə yaranan türk şeirinin bəzi örnəkləri bizə məlumdur. Ümumtürk poeziyasının VIII-IX əsrlərə aid örnəklərindən də bir neçə nümunə tarixin qaranlığından sıyrılıb günümüzə qədər gəlib çatıb. Burada artıq türk şeirinin biçimlərinin, formalarının xeyli dərəcədə müəyyənləşdiyini, qismən də olsa, sabitləşdiyini görürük. Ancaq konkret janr-şəkil müəyyənliyi olmayan poetik nümunələr də vardır. Bu, o deməkdir ki, sərbəst şeirlə konkret janr-qəlibi müəyyənləşmiş şeir yanaşı işlənir. Yəni türk şeiri konkret forma-biçim şəklinə düşmə mərhələsini yaşayır.

“Kitabi – Dədə Qorqud”da və həmin dövrə aid bəzi mətnlərdə şeir şəkilləri, misralardakı heca sayları sərbəstdir. Ancaq VIII-IX əsrlərə aid bəzi poetik örnəklərdə şeirdə bəndləşmə, konkret forma-qəlibə düşmə, misralardakı heca saylarında sabitləşmə özünü göstərir. Qədim türk şeirinin bizə çatan və məlum olan, janrlaşan, ilkin şəkilləri dördlük formasındadır. Bir nümunə kimi həmin dövrə aid döyüş türkülərindən bəzi örnəklərə nəzər salaq:

Qurvu çuvaç quruldu,

Tüqüm tikip uruldu,

Süsi otun uruldu,

Kançuk qaçar, ol tutar.

Comments are closed, but trackbacks and pingbacks are open.