Qadın 40 yaşdan sonra ana olarsa. (MÜSAHİBƏ)
– Son dövrlərdə Azərbaycanda üçəm və əkiz uşaqların dünyaya gəlməsi halları da artıb. Bunun səbəbi nədir?
Qaçdıqdan sonra necə uzanmaq olar
Depressiya XXI əsrin ən geniş yayılmış xəstəliklərindən hesab edilir. Depressiya affektiv hal olub mənfi emosional fonla, motivasiya sferasının dəyişməsi ilə xarakterizə olunur.
Son zamanlar hətta gənclər arasında da bu xəstəlik geniş yayılıb.
Psixoloq Aygün Rəhimova bildir ki, hər 100 gəncin 4 ündə ciddi depressiya əlamətləri müşahidə edilməkdədir: “Əlbəttə zaman-zaman hər kəs kədərli, ya da çətinliklər hiss edə bilər, amma əgər bunlar davamlı olrsa və bir çox sahələrdə problem yaşamanıza gətirib çıxarırsa, o zaman probleminiz depressiya ola bilər. Depressiyası olan bir adam, duyğularına məğlub olmuş, zəif, müvəffəqiyyətsiz ya da kifayət qədər səy sərf etməyən biri mənanı verir. Bəzən insanlar boşanma, iqtisadi problemlər, sevilən birinin ölümü, pis ev şərtləri, ya da sevgilisindən ayrılmaq kimi əhəmiyyətli hadisələrdən sonra depressiyaya girə bilər. Bəzən də ətrafda bir səbəb olmadan birdən depressiyaya girirlər. Əksər gənclər depressiyanın yaratdığı çətinliklərə qarşı başlarını dərdə salaraq reaksiya verərlər. Məktəbdə problem yaşamaq, pis qeydlər almaq; Ailə içində və yoldaşlar arasında problemlər, döyüşlər və mübahisələr yaşamaq kimi. Yalnız müalicəyə ehtiyacı olduğu təsəvvürü yaradır.
Depressiyanın əlamətləri:
Həyatdan zövq almamaq-insan əvvəl zövq aldığı, xoşbəxt olduğu bir işdən artıq zövq almaz hala gəlir.
Yorğunluq, əldən düşmə, enerji itkisi, hey uzanmaq, yatmaq istəyi. Çox tez yorulmaq, acı və çətinlik hissi.
Depressiyada yuxu pozğunluğu: yuxuya getməkdə çətinlik.
Həddən artıq küsəyənlik və romantiklik, tez ağlama, səbrsizlik, dözümsüzlük, tez əsəbiləşmə, hirslənmə, incidici olma.
İştaha, çəki itkisi, ya da həddindən artıq iştahla çəki alma. Özünə olan güvən hissinin itməsi, dəyərsizlik və işə yaramama düşüncələri. Keçməyən baş ağrıları, mədə-bağırsaq sistemi şikayətləri, müxtəlif bədən ağrıları, yanma hissi, istilik basmaları. Bəzən huşunu itirmə və sıxılma, ürək ağrıları və s.
Cinsi istəyin azalması, orqazm hissinin olmaması və s.
Həddindən artıq unutqanlıq, diqqət və konsentrasiya pozğunluğu, davamlı bədbəxtlik, pessimizm və ümidsizlik halı.
Sevdiklərini və sahib olduqlarını itirmə narahatlıqları və qorxuları, evin təmizlik işlərinə həddən artıq meyillik.
Depressiya əlamətlərindən biri də ya həddindən artıq dinə yönəlmə, ya da dindən və ibadətlərdən soyuma. Bəziləri evinə, iş yerinə qarşı soyuyur. Evini satmaq, iş yerini dəyişdirmək istər. Bu hallarda ən yaxşısı müalicənin nəticəsini gözləməkdir.
Hər bir şəxs depressiyaya düşə bilər. Depressiyadan çıxa bilmək üçün ilk növbədə depressiyanın nədən yarandığını bilmək lazımdır, bunu bildikdən sonra isə depressiyadan çıxmaq daha asan olur. Bu halda mütləq psixoloqlara müraciət etmək lazımdır. Artıq müasir cəmiyyətdə yaşayırıq, müasir insanlar isə öz problemlərini həll etməyə heç olmasa cəhd etməlidir.
Adətən bir çox pasiyentlər hospitalizasiya edilmir, sadəcə olaraq ambulator müalicə olunur. Bu zaman depressiyanın terapiyası müxtəlif istiqamətlərdə aparılır: farmakoterapiya, psixoterapiya, sosial terapiya və s.
Depressiyası olan insanların çoxuna professional bir psixoloq tərəfindən tətbiq olunan Psixoloji Məsləhətçilik ilə kömək edilə bilər. Geriyə qalanlara isə dərman müalicəsi və müalicə tətbiq olunur.
Psixoloji Məsləhətçilik ya da Psixoterapiya, mütəxəssis bir psixoloq ilə adamın duygularını danışması deməkdir. Bu müddət içində psixoloq adamın əlaqələrində, düşüncələrində ya da davranışlarında depressiyaya gətirib çıxaran problemləri ortaya çıxarmasına və bu sahələrdə dəyişmələr etməsinə köməkçi olar.
Adətən depressiya nevrozlara gətirib çıxarır. Nevrozlar arasında nevrasteniya, isterik nevroz, nevrotik depressiya və sayrışan hallar nevrozu ayırd edilir.
Nevrasteniya – oyanıqlıq, əsəbilik, tez qıcıqlanma, sinir sisteminin yorulması və üzülməsi ilə özünü göstərir. Belə xəstələr ürəkdöyünmə, tərləmə, yuxu və iştahanın pozulması, əl və ayaqların soyuq olmasından şikayətlənir. Nevrozdan əziyyət çəkən insanlar temperatur dəyişikliklərinə, gur işıq və yüksək səslərə davamsızdır. Tez-tez baş ağrıları baş verir. Küsəyənlik, ağlağanlıq, özündən narazılıq xəstələrin əsas xüsusiyyətləridir. Tez ruhdan düşür, lakin tez də özlərinə gəlirlər.
İsterik nevroz yüksək özünətəlqinlə xarakterizə olunur. Çox vaxt xəstənin bədəni titrəyir, ətrafları keyiyir, yanır, əl və ayaqları zəifləyir, xəstə yeriyərkən səndələyir, bəzən kekələyir, dili tutulur. Əhvalı çox tez-tez dəyişir. Xəstələr diqqət mərkəzində olmaq, ətrafdakıların fikrini özlərinə yönəltmək üçün özlərini teatral və qeyri-təbii aparır.
Nevrotik depressiya sözübütöv, kompromisi xoşlamayan, hisslərini gizlədən insanlarda rast gəlinir. Depressiya özünü kədərlənmə, sevinc hissinin və aktivliyin azalması, yuxu pozğunluğu ilə göstərir. Xəstələr yuxuya çətinliklə getdiklərinə və gecə ərzində bir neçə dəfə oyandıqlarına görə səhər yorğun və əzgin olurlar. Lakin buna baxmayaraq, çox ağır xəstə olsalar da bu insanlar sabaha ümidlərini itirmir. Ailə problemlərindən qaçmaq üçün işə qapılırlar.
Sayrışan hallar nevrozu zamanı həyəcan, qorxu, əhvalın pisləşməsi ilə müşayiət olunan sayrışan fikirlər, ürəkdöyünmə, titrətmə, tərləmə kimi əlamətlər müşahidə olunur. Belə vəziyyətlər yorğunluğa da gətirib çıxarır. İfrat yorğunluğun ən çox təzahür edən simptomları – daim özünü pis hiss etmək, süstlük, zahiri görkəmin «pis» olması, hər bir yüngül fiziki, ya zehni əməkdən sonra tez yorulmaq, iştahanın olmaması, yuxunun pozulması və s. kimi əlamətlərdir.
İfrat yorğunluq xroniki xəstəlikləri şiddətləndirir və həmçinin orqanizmin xəstəlik törədicilərə qarşı müqavimətini azaldır. Xüsusən orqanizmdə fizioloji proseslərin pozulması daha təhlükəlidir. Belə olduqda bəzən istirahət də lazımi səmərəni vermir və bu, əsəbi-psixi yorğunluğa səbəb olur. Yalnız uzunmüddətli, lazımi səviyyədə təşkil edilmiş istirahət orqanizmin yenidən əsəbi-psixi tarazlığa qayıtmasına şərait yaradır.
Yorğunluğun bir forması da usanmadır. Bu çox vaxt maraqsız iş nəticəsində baş verir. Usanmanı ağırlaşdıran bir şərt də əməyin evdə və işdə pis təşkilidir.
Depressiyanı azaltmaq üçün evdə dazıtou otunun dəmləməsindən istifadə etmək tövsiyə olunur.
Gənclərdə baş verən nevroz halları və depressiya zamanı sedativ çayı və nevronat siropundan istifadə edilir. Ürək döyüntülərini normallaşdırır və sinir oyanıqlığını aradan götürür.
AZƏR SALEHLI
Azərbaycan Tibb Universitetinin tələbəsi
Qadın 40 yaşdan sonra ana olarsa. (MÜSAHİBƏ)
Qadının iki dəfə hamilə olması kifayət edir ki, onda yumurtalıq, uşaqlıq xərçənginin yaranma riski 2 dəfəyədək azalsın.
Trend-i buradan izləyin
Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Qadın xəstəlikləri və doğum şöbəsinin müdiri Turab Canbaxışovun Trend-ə müsahibəsi
– Azərbaycanda qadınlar arasında ən çox rast gəlinən ginekoloji xəstəliklər hansılardır və bunların səbəbləri nədir?
– Azərbaycanda xanımları iki – 35 yaşadək və 35 yaşdan sonra olan qadınlar qrupuna bölsək, onlarda rast gəlinən xəstəliklərin də fərqli olduğunu görərik. 35 yaşadək olan qadınlarda adətən, uşaqlıq yolunun, uşaqlıq boynunun xəstəlikləri, aybaşı problemləri olur. Ona görə də 35 yaşadək olan qadınlar daha çox bu problemlərə görə həkimə müraciət edirlər. 35 yaşdan sonra isə adətən uşaqlıq yolunun problemləri anatomik problemlərlə bağlı olur. Bu qrup qadınlarda uşaqlığın içində poliplər, fibromalar, yumurtalıqların içində kistalar ola bilər. Onlarda doğuşlardan sonra uşaqlıq yolunun həddindən artıq genişlənməsi, uşaqlıq yolunun cırılması nəticəsində yaranan problemlər özünü göstərə bilər. Bu iki qrup qadınların müalicə taktikası da fərqlidir. 35 yaşadək olan gənclərə, xüsusən 15-20 yaş arasında olan qızlara bədənlərinin fizioloji və anatomik quruluşu barədə ətraflı dərslər keçirilsə, cinsi əlaqənin zərərləri və hamiləliklərdən qorunma üsulları ilə bağlı mövzular müzakirə edilsə, çox yaxşı olar. Çünki bəzi gənc, təcrübəsiz, fərqli həyat fəlsəfəsinə sahib olan qızlarımız arzuolunmaz hamiləliyi başa çatdırmaq üçün çox yanlış yollara əl atırlar. Ya mütəxəssisi düzgün seçmirlər, ya da normal olmayan, qeyri-tibbi yollarla hamiləliyi sona çatdırırlar. Bu da qadınların ginekoloji orqanlarında iltihab yaradır. İltihabdan sonra uşaqlığın içində çapıq da əmələ gələ bilər. Bu da qadının sonralar hamilə qalmasına mane olur. Qadınlar maariflənsələr və düzgün mütəxəssis seçsələr, problemlər minimuma enə bilər. Qadınların uşaqlıq yolunun problemlərinin aradan qaldırılmasının da ilk yolu maariflənmədən keçir. Çünki cinsi əlaqədə olan hər bir xanım mütləq 1 ildən sonra ginekoloq yanına gedərək uşaqlıq yolunun sitoloji müayinəsindən (PAP-test) keçməlidir. Əgər qadında xərçəng yaranma ehtimalı ola bilərsə, baş verən dəyişiklikləri artıq 5-10 il əvvəldən müəyyənləşdirmək, ön xəstəlikləri müəyyən etmək mümkün olur. Onları da əvvəlcədən müalicə etməklə uşaqlıq boynunun xərcənginin qarşısını almaq mümkündür.
– Qadınlarımız sadaladığınız bu problemlərin həllinə – ginekoloji sağlamlıqlarına necə diqqət yetirirlər?
– Əlbəttə, internetdən, texnologiyadan daha çox istifadə edilməsi bu məsələyə çox böyük təsir göstərir. İnsanlar internetlə informasiya alaraq səhhətlərindəki problemləri araşdırmağa başlayırlar. Son 2 il yarımı götürsək, deyə bilərəm ki, xanımların ginekoloji sağlamlıqlarına yanaşma tərzi çox dəyişib. Onlar öz sağlamlıqlarına daha çox diqqət yetirməyə başlayıblar. Xüsusən də səhiyyədə baş verən islahatlar, saytlarda ölüm hallarının işıqlandırılması, hamiləlik zamanı baş verən mənfi hallarla və s. ilə bağlı məlumatların yayılması da qadınların sağlamlıqlarına diqqət yetirməsinə təsir göstərib.
– Statistik rəqəmlərə nəzər salsaq görərik ki, son illərdə Azərbaycanda 45 yaşdan sonra ana olan qadınların sayı 1995-ci illə müqayisədə xeyli azalıb. Sizcə, bu, həmin yaşda olan qadınların nəsilvermə qabiliyyətinin azalması ilə bağlıdır, yoxsa tibbi məlumat əldə etmək imkanları genişlənmiş bu günün qadınları artıq 45 yaşdan sonra hamilə qalmağa risk etmirlər?
– Bizim qadınlar avropalı qadınlarla müqayisədə daha erkən ailə həyatı qurur və övlad sahibi olurlar. Övlad sahibi olduqdan – 25 yaşdan sonra karyerasını düşünürlər. Bunun nə dərəcədə doğru olması da başqa bir məsələdir. Çünki bu halda qadın vaxtını uşaqlarından çox karyeraya sərf edir. Amma uşaq sayı artdıqca ailəni maddi baxımdan təmin etmək, uşaqları normal böyütmək imkanları da azalır. Ailənin büdcəsi yetərli qədər çox uşaq saxlamağa imkan vermirsə, onda əlbəttə ki, qadınlar müəyyən bir yaşdan sonra hamilə olmaq istəməyəcəklər. Məncə, çoxuşaqlı ailələrin sayının azalmasında ilk amil budur. İkinci səbəb odur ki, qadınlar yaşla əlaqədar hamiləlik risklərinin artmasını da artıq nəzərə alırlar.
– Bəzi qadınlar hesab edirlər ki, 40 yaşdan sonra ana olarlarsa, hansısa sağlamlıq problemləri aradan qalxacaq, cavanlaşacaqlar.
– Bu, tamamilə yanlış fikirdir. Yaş hər zaman öz sözünü deyir. Qadınların üzlərində 40-45 yaşda qırışlar yaranır, onların dərisində dəyişikliklər baş verir. Qadınlar hamilə qalanda üzlərində şişkinlik (ödəm) yaranır, bir az kökəlməyə meyilli olurlar. Hamilə qaldıqdan sonra isə o ödəmin sayəsində qırışlar bir qədər açılır, çəki bir qədər artır. Yanaqlarında, gözlərinin ətrafında su yığnağı artır, qadın da bir qədər cavan görünür. Əslində, bu, aldadıcı olur. Qadınlarda yaş ötdükcə hamiləlik daha fəsadlı olur. Bu zaman həm qadına, həm də dölün sağlamlığına mənfi təsir edən daha çox amillər ortaya çıxa bilər. Çox cavan yaşda – 18 yaşdan erkən də hamiləliyin olması məsləhət deyil. 40 yaşdan sonrakı hamiləlik də riskli sayılır. Ancaq “40 yaşdan sonra hamiləlik məsləhət deyil” də demək olmaz. Çünki hər bir ailənin öz ailə planlama fəlsəfəsi mövcuddur. Bir xanım uşaq istəyirsə, bunu cavanlaşmaq üçün istəməməlidir. Əgər kişi, qadın uşaq istəyirsə, yaxşı bir mütəxəssisin nəzarəti altında hamiləliyi başa çatdırmaq olar. Amma xanımlar bilməlidirlər ki, yaş ötdükcə hamiləliklərdə ortaya çıxan problemlər də arta bilər.
– Belə fikirlər var ki, qadın nə qədər çox uşaq dünyaya gətirərsə, bir o qədər də sağlam olar. Bu fikrin nə dərəcədə elmi əsası var?
– Qadının iki dəfə hamilə olması kifayət edir ki, onda yumurtalıq, uşaqlıq xərçənginin yaranma riski 2 dəfəyədək azalsın. Əgər nəsildə bu xəstəliklər yoxdursa, azalma hətta 4 dəfə də ola bilər. Ancaq qadındakı digər xəstəliklərin riski – ürək xəstəliyi və s. isə eyni şəkildə qalır. Hamilə qalan xanımların klimaks dövrü də bir qədər gec başlaya bilər. Məsələn, əgər 7-9 uşağı olan qadınlarda klimaks dövrü 55-56 yaşda başlayırsa, 4 uşaq sahibi olan qadınlar arasında klimaks 50-51 yaşda başlayır.
– Son dövrlərdə Azərbaycanda üçəm və əkiz uşaqların dünyaya gəlməsi halları da artıb. Bunun səbəbi nədir?
– Çoxdöllü hamiləliklər mövzusu bütün dünyada aktualdır. Dünya əhalisinin sayı artır, əhalinin sayı artdıqca ətraf mühit daha da çirklənir, xəstəliklərin sayı artır. Bununla yanaşı, sonsuzluq mövzusu da aktuallaşır. Uşaq sahibi olmaq istəyən ailələr yardımçı vasitələrdən istifadə edirlər. Həmin vasitələr isə yumurtalıqların fəaliyyətini aktivləşdirir. Bu aktivləşmənin də müəyyən bir sərhədi olmalıdır və mütləq mütəxəssis-həkim nəzarəti altında həyata keçirilməlidir. Aktivləşmə bir qədər çox olarsa, çoxdöllü hamiləliklərin baş vermə ehtimalı artır. Ümumi olaraq, çoxdöllü hamiləliklərin sayı 20 faiz artıb. Bunların da 80-90 faizi sadalanan problemlərlə əlaqədardır.
– Azərbaycanda artıq sizin iştirakınızla körpə hələ ana bətnində olarkən onun üzərində cərrahiyyə əməliyyatları həyata keçirilir. Ana bətnində olan körpənin əməliyyat olunmasını zəruri edən xəstəliklər hansılardır?
– Biz bu əməliyyatları həyata keçirməklə bəzi problemləri aradan qaldırırıq. Bu əməliyyatlar döl üçün həyat təhlükəsi olduqda aparılmalıdır. Səbəblər çox müxtəlif – körpənin bağırsaq problemlərindən tutmuş cinsi orqanlarında, sidik kisəsində, böyrəklərində, ağciyərlərində, qarın boşluğunda, qida borusunda yaranan problemlərlə, eyni zamanda çoxdöllü hamiləliklərlə bağlı ola bilər. Əgər həyat təhlükəsi yoxdursa, uşağa mümkün olduğu qədər ana bətnində toxunmamaq lazımdır. Çünki cərrahi müdaxilələr erkən doğuş təhlükəsi yarada bilər. Ona görə də dölün həyat təhlükəsi varsa, erkən doğuş təhlükəsini göz önünə alaraq, bu əməliyyatı mütləq etməliyik. Ancaq “bu problem var, hər ehtimala qarşı bu müdaxiləni də edək” deyə bilmərik. Belə müdaxilələr çox az olsa da, say baxımından artıb. Artıma səbəb budur ki, əhali artdığı üçün hamiləliklərin də sayı artıb və buna görə də statistikada cərrahi müdaxilə edilmə halları əvvəlki dövrlərlə müqayisədə çoxalıb.
- Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası
- hamiləlik
Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”
BAKU.WS-in məlumatına əsasən, erkən boşalma yalnız tibbi deyil, həm də ictimai problemdir. Çünki onun mövcud olması kişilərdə özünə qiymətvermə və həyat keyfiyyətinin azalmasına səbəb olur. Həmçinin partnyora mənfi təsir göstərir və qarşılıqlı münasibətləti korlayır. Tibbdə sağlam kişilərdə cinsi aktın orta hesabla 7 dəqiqə 3 saniyəyədək davam etdiyi göstərilir.
“Lakin burada da bir məqam var, yəni söhbət sağlam kişidən gedirsə o, sekslə məşğul olan zaman, müxtəlif vaxtlarda 10, 15, hətta 20 dəqiqə, başqa vaxt isə 4 dəqiqəyə orqazm olar bilər. Yəni bu kişinin qeyri-sağlam olmasına dəlalət etmir. Kişi müxtəlif vaxtlarda, fərqli dəqiqə göstəriciləri ilə boşala bilər. Burada əsas məqam kişinin psixoloji vəziyyətidir”.
Bu sözləri androloq-həkim Fərid Məhərov BAKU.WS-ə müsahibəsində deyir:
-Mənə hətta digər xəstəliklərlə bağlı müraciət edən pasiyentlərə “erkən boşalma probleminiz varmı?” – sualını verəndə, 90 faizindən “hə” cavabı alıram. Ümumiyyətlə, kişilər cinsi əlaqə zamanı tələsirlər. Qadınlar isə seks öncəsi müəyyən bir həddə çatmalıdırlar ki, proses zamanı orqazm olsunlar. Buna dırnaqarası hazırlıq mərhələsi deyək. Kişilər bu mərhələyə daha tez hazır olduqlarına görə prosesə səbrsiz yanaşırlar. Bununla da kişi cinsi əlaqəyə girir və erkən boşalır. Belə olan halda isə qadın orqazma çatmır. Çünki qadının anatomiyasında orqazma çatması daha uzun müddət lazımdır.
-Kişilərdə cinsi akt normalda nə qədər müddət olmalıdır?
-Tibbdə deyirlər ki, 7,3 dəqiqədir. Bunlar hamısı sadəcə statistikadır. Əslində bu gülməlidir. Pasiyent yanıma gəlir, deyir ki, erkən boşalma problemim var. Ondan soruşanda ki, başqa bir seks partnyorun varmı? Cavab verir ki, bəli. Soruşanda ki, onunla seks münasibətlərində proses necədir? Pasiyent “Onunla pis deyil” – cavabını verir. Bu da o deməkdir ki, məsələdə partnyor çox önəm daşıyır. Bəzən deyirlər ki, bir qadını hədsiz arzuladım, ona görə tez boşaldım. Bu da düzgün deyil. Qətiyyən, bu tam əksidir. Çox acınacaqlı məqamdır, amma buna mütləq toxunmalıyam. Bizdə əksər hallarda həyat yoldaşı seçəndə, intim parametrlər düşünülmür. Həyat yoldaşı seçərkən ona gələcəkdə doğulacaq uşağın anası kimi baxılır. Belə olan halda kişinin xanımına seksual istəyi olmur. Yatağa gözükölgəli, sanki borcu imiş kimi girir. Kişi nə xanımının, nə də özünün təlabatını ödəyə bilmir. Bununla da həm qadını, həm də özünü bədbəxt edir. Kənarda sevdiyini tapır, bununla da tam sekslə məşğul olur. Yəni kişi tam həvəslə, ləzzətlə cinsi əlaqədə olarsa, onda seksual aktın müddəti nisbətən uzun olur.
-Bu proses beyinlə əlaqəli olduğu üçün bildiyim qədərilə, proesesi süni şəkildə uzatmaq mümkündür. Seksual aktı süni şəkildə uzatmağın hər hansı fəsadları varmı?
-Xeyr, heç bir fəsadı yoxdur. Əksinə, cinsiyyət orqanı nə qədər çox ereksiyada qalarsa, bu daha xeyirdir. Onu da deyim ki, seksual akt zamanı yarım saatı keçirsə, bunun özü də başqa bir problemdir.
-Nə kimi problem?
-Bəzən mənə nadir hallarda gec boşalmaya görə müraciət edirlər. Bu da çox nadir olur, 1-2 faiz. Yəni 100 kişidən birində bu hala rast gəlmək olar. Bu yaxınlarda mənə Türkiyə vətəndaşı müraciət etmişdi. Dedi ki, onda seksual akt 1 saat davam edir. Bu zaman xanımı bezir və yorulur. Burada daha bir məqama toxunmaq istəyirəm. Bəzən deyirlər ki, qadınlar gec orqazm olur. Seksdən tam anlayışı olan kişi qadınını hətta 2 dəqiqə ərzində orqazma çatdıra bilər. Bundan sonra tez boşalma onun üçün dərd ola bilməz.Və daha bir məqam, qadınla seksə başlayan zaman elə davranmaq, öncəsevişmə etmək olar ki o, hətta 2 saat da sekslə məşğul olsa da, “doymaz”. Yəni adətən, xanımlara “seksdən bezdim” cümləsi yaddır. Onu da deyim ki, erkən boşalmanı önləmək üçün müxtəlif pozalar da mühüm rol oynayır. Buna fərdi yanaşmaq lazımdır. Yəni sekslə məşğul olan zaman hər bir kişi özünü tanımalıdır. Kişi özü üçün hansı pozada gec boşaldığını müəyyən etməlidir. Əlavə edim ki, 50 faiz kişilər cinsi əlaqə zamanı görəndə ki, orqazma yaxınlaşırlar, prosesi yavaşladırlar. Bir az gözləmə edir, davam edir, sonra yenə gözləyirlər.
-Məsələnin fiziki tərəfləri – xəstəliklər haqqında nə deyə bilərsiniz?
-Öncə onu vurğulayım ki, ən ağır cinsi xəstəlik belə, psixoloji durumu mükəmməl olan bir kişinin erkən boşalmasına təsir edə bilməz. Yəni bu prosesdə fiziki deyil, psixi, mənəvə tərəfi mühüm rol oynayır. Məsələnin fiziki tərəfinə gəlincə, kişilər yaşlandıqca, əksəriyyətində prostatit əmələ gəlir. Tibbdə prostata kişinin ikinci ürəyi deyilir. Prostatda olan hər hansı iltihabı proses – məsələn, orqanizmdə uzun müddət qalmış infeksiyalar, oturaq şərait, həddindən artıq piylənmə – bunlar birbaşa prostatın iltihabına yol açır. Yəni prostatiti olan kişilər birmənalı şəkildə tez boşalırlar. Burada istək azalmır. Amma bəzi adamlarda bu proses cinsi istəyə də öz təsirini göstərir. Onu da deyim ki, bir kişi cinsi əlaqə zamanı 15-20 dəqiqəyə, növbəti dəfə 2 dəqiqəyə boşalırsa, bu normaldır. Yəni kişi bir dəfə tez boşalırsa, bu problem demək deyil. Bu kişinin psixoloji durumuna bağlıdır, hansı ki, tibbə məlum deyil. Tez boşalma bütün vəziyyətlərdə, hər zaman baş verən haldadır. Tez boşalan kişilərdə isə proses bəzən 1-2 dəqiqə də çəkmir.
-Maraqlıdır, bu problemin həlli zamanı müalicə paralel olaraq psixiatorla birgə aparılır?
-Əslində bunu sekspotoloq yürütməlidir. Əfsuslar olsun ki, Azərbaycan sekspotoloqdan kasıb bir ölkədir. Ümumiyyətlə, bizdə sekspotoloq sözünə gülürlər. Azərbaycanda Tibb Universitetini bitirən bir tələbə otağının qapısına sekspotoloq sözünün yazılmasını özünə şərəf bilməz. Halbuki, bir çox ölkələrə buna çox normal yanaşırlar. Ailələr sekspotoloqa birlikdə gedirlər. Sualınıza gəlincə, bizə müraciət edən pasiyentlərlə söhbət edirik. Suallarımızla xəstədə psixoloji və ya fiziki problemlərin hansının çox, hansının az olduğunu təyin edirik. Görürük ki, bu insanın prostatı və hormonları sağlam, bütün analizləri də təmizdir, amma tez boşalır. Danışığından da görürük ki, bunda psixoloji bir problem var. Burada daha bir məqama toxunumaq istəyirəm. Xaricdə necədir? Yataqda partnyorlar bir-birinə uyğun gəlmədikləri halda ayrılırlar, hər kəs öz yoluna. Bizdə bu məsələlərə başqa prizmadan yanaşırlar. Yəni uyğunsuzluq və ya sevgi olmasa da, boşanmırlar. Bu məsələdə daha çox qadınların haqqının tapdandığını düşünürəm. Burada mentalitet-filan da rol oynayır. Azərbaycan qadını hər hansı kişi ilə bir neçə il birgə seks həyatı yaşayıb, sonra evlənə bilməz. Bunu həm cəmiyyət qəbul etməz, həm də yaşadığı kişi.
Və sonda deyim ki, yetkinlik yaşına çatan insanlar ən azı həftədə 2 dəfə cinsi əlaqədə olmalıdırlar. İstəyirsən, gün ərzində 5 dəfə cinsi əlaqədə ol, bunun heç bir ziyanı yoxdur. Nə qadın, nə də kişi üçün heç bir ziyanı yoxdur.
Comments are closed, but trackbacks and pingbacks are open.