Tanınmış vəkil: Bu gün cəmiyyətdə sevgisiz ailələr qurulur
“Kişilər daha çox boşanıb canlarını qurtarmaq istəyir”.
Qadınlara necə kişi lazımdır: ehtiraslı, yoxsa. – Bürclər ÜZRƏ SEÇİM
Hər bir qadın ideal kişi ilə ailə qurmağa çalışır. Əlbəttə, hər kəsin ideal anlayışı tamamilə müxtəlifdir. Bəs qadınlar seçim edərkən nəyə əsaslanırlar? Siz təəccüblənəcəksiniz, amma bu seçim bürclərin xarakteristikasından çox asılıdır.
Astroloqlar bürclərə görə qadınlar kişilərdə axtardığı xüsusiyyətləri öyrənib.
Qoç: İntellektual
Qoç özünə məhz belə ömür-gün yoldaşı axtarır. Bu bürcün nümayəndələri üçün sevib-seçdiyi şəxsin onunla istənilən intellektual mövzularda aktiv söhbət edə bilməsi vacibdir. Bundan başqa onlar kişilərdə inam və düzlük axtarır.
Buğa: İradəli kişi
Buğalar çox sadiq partnyordur. Onlara romantika və ehtiras haqqında məlumatı olan yox, həm də həqiqətən güclü iradəli kişilər lazımdır.
Əkizlər: Vicdanlı kişi
Bu zodiak işarəsinə məzəli, şən-şux, eyni zamanda daim vicdanlı olan kişilər lazımdır.
Xərçəng: Şəfqətli kişi
Bu bürcün təmsilçisi xaraktercə onunla oxşar olan həyat yoldaşı axtarır. O, öz ayaqları üstündə dayan bilən, səmimi və vicdanlı olmalıdır.
Şir: Şən kişi
Bu bürcün nümayəndələri naz-qəmzə etməyi xoşlayır. Odur ki, onlar özlərinə oxşar kişi axtarmağa üstünlük verir.
Qız: Dözümlü kişi
Bu bürclərə həmişə etibarlı, ehtiyac olan anda onları dəstəkləyəcək kişi lazımdır.
Tərəzi: Loyal kişi
Bu zodiak işarələrinə onun əhval-ruhiyyəsi ilə uyğunlaşa biləcək, lakin bu zaman öz nöqteyi-nəzərini müdafiə etmək iqtidarında olan kişi lazımdır.
Əqrəb: Ehtiraslı kişi
Bu bürc altında dünyaya gələn qadınlar güclü cinsi enerjiyə malikdir, ona görə də tərəf müqabili onların təbiətə uyğun olmalıdır.
Oxatan: Ehtiraslı kişi
Bu bürcün təmsilçisinə yumor hissi ilə gərginliyi aradan qaldırmaq qabiliyyəti olan kişi lazımdır. Həmçinin qarşı tərəf onun əhval-ruhiyyəsini nə vaxt qaldırmalı olduğunu hiss etməlidir.
Oğlaq: Zəhmətkeş kişi
Bu bürc altında dünyaya gələn qadınlar kişilərdə zəhmətkeşlik, bacarıq və ağıl axtarır.
Dolça bürcü: Nəcib və nəzakətli
Bu bürclər alicənab, mehriban və ehtiraslı tərəf müqabili tapmaq istəyir. Dolça qadınları yalnız belə kişilərlə özünü arxayın və inamla hiss edə bilər.
Balıq: Romantik
Onlara güclü təxəyyülü olan rəhmli və ciddi tərəf müqabili lazımdır. Ən əsası isə əks cinsin nümayəndəsi ona öz hisslərini göstərməyi bacarmalıdır. (publika.az)
Tanınmış vəkil: Bu gün cəmiyyətdə sevgisiz ailələr qurulur
“Kişilər daha çox boşanıb canlarını qurtarmaq istəyir”.
Azərbaycanın tanınmış vəkili Zülfiyyə Bayramova Mövqe.az-a müsahibə verib.
Vəkil öz müsahibəsində cəmiyyətimizdə aktual olan boşanmalar məsələsinə toxunduğu üçün həmin müsahibənin ixtisar olunmuş variantını oxucularımıza təqdim edirik.
– Deyəsən məhkəmədən gəlirsiniz. Yorğun görünürsünüz. Necə keçdi?
– Elə məhkəmədən gəlirəm. Çox ağır məhkəmə idi. Yenə də boşanma. Deməli, 3 ildir bir qadın boşanmaq istəyir. Təsəvvür edin, əri də boşanmaq istəyir. Uşaq necə yaşayır heç o kişi üçün fərqi yoxdur. Amma qızın anası qızına icazə vermir boşanmağa ki, qonum-qonşu var, onlar bizə nə deyər. Qız baş götürüb evdən qaçıb və boşanmağa qərar verib. Qızı mən müdafiə edirdim. Ana görüb ki, qıza gücü çatmır, qızı əlindən çıxıb, mənə zəng vurub, deyir ki, sən axı niyə mənim qızımı müdafiə edirsən. Qadınla dil tapa bilməsəm də, qızın dayısı zəng edəndə başa saldım ki, mənə müraciət edən 18 yaşdan yuxarı hər kəsin hüququnu müdafiə etməyə borcluyam. Bu gün də həmin qızın məhkəməsi idi. Anası məhkəmədə bir qalmaqal salıb ki, siz niyə mənim qızımı boşayırsınız.
– Ümumiyyətlə, boşanmaq üçün sizə daha çox qadınlar, yoxsa kişilər müraciət edir?
– Hər iki tərəf boşanma üçün müraciət edir. Amma kişilər daha çox boşanıb canlarını qurtarmaq, qadınlar isə daha çox maraqlanır ki, mən necə edim həm boşanım, həm də ki, kişidən necə heyif çıxım. Qadınlar müraciət edəndə daha çox qisas almaq istəyirlər. Nə qədər başa salmağa çalışsaq da ki, bu alınmadı dost kimi ayrılın, başa düşən olmur. Bir məhkəmə zamanı kişi qadını boşadı. Qadın da uşaqlarından imtina etdi. Bildirdi ki, anam deyir uşaqları at üstünə gör necə yalvaracaq. Mən nə qədər dedimsə də, etmə anlamadı. Bildirdim ki, sənin uşaqlardan imtina etməyin bir daha uşaqlarının sənə qayıda bilməməyi deməkdir. Düşün. Qız mənə qulaq asmadı uşaqları atdı oğlanın üstə.
Hətta rəsmi surətdə də məhkəmədə öz uşaqlarından imtina etdi. Çox qəribə hadisə baş verdi. Uşaqlardan imtina yazılan kimi, oğlan başqa bir qızı dəvət etdi məhkəmə zalına və bildirdi ki, bu qadınla rəsmi nikaha girib. Çünki uşaqlarına bir ana lazımdır. Bildirdi ki, uşaqların doğma anası da öz istəyi ilə uşaqlarından imtina etdiyi üçün xahiş edirəm analığı bu həyat yoldaşıma həvalə edəsiniz. Həmin qadın isə qaldı uşaqlarsız və bu gün də uşaqlarını geri ala bilmir. Və elə bir qanun da yoxdur ki, ona uşaqlarını almaq üçün kömək edə bilsin.
– Boşanan ailələrdə daha çox travma alan uşaqlar olur deyirlər, razısınızmı?
– Yox, razı deyiləm. Elə mədəni ailələr var ki, boşanıblar. Amma uşaqlar çox da xoşbəxt yaşayır. Mən bu misalı həmişə çəkirəm. Bir evdə ata və ana da var. Amma uşaqlar qorxu içərisində yaşayır ki, görəsən bu gün atam işdən gəlib anamı döyəcək? Anam yenə ağlayacaq? Görəsən nə baş verəcək? Belə uşaq yaxşıdır, yoxsa ayrılandan sonra rahat qorxusuz yaşayan uşaq? Bilirsinizmi, bu gün cəmiyyətdə sevgisiz ailələr qurulur. Ana-ata uşaqları məcburi evləndirirlər. Düşünürlər ki, evlənəndən sonra sevərlər. Ancaq evlənirlər yenə sevgi olmur. Bu zaman ağbirçəklər, ağsaqqallar bir yerə toplaşıb deyirlər ki, uşaq həyata gətir, kişi sənə bağlansın. Bax ən çox əziyyət çəkən o uşaqlar olur. Əri sevdiyi üçün yox, sadəcə əri bir ip kimi özünə bağlamaq üçün həyata gətirilən uşaqlar bəli, sonradan çox əziyyət çəkir.
– Ən çox yaddaşınızda qalan, müdafiə edib, halına acıdığınız bir durum olubmu?
– Olub. Bu hadisə Xəzər rayonunda baş verib. Mahmud adlı bir kişi Gülnarə adlı bir qadınla ailə həyatı qurub. Rəsmi nikahdan 3 övladları var. Bilmirəm həmin kişini dəlimi, manyakmı, mazaxistmi adlandırım.
Hər nəysə. Deməli bu kişi qadına işgəncə verməkdən həzz alırmış. Bir neçə dəfə həyat yoldaşına işgəncə verib. Birinci dəfə öz qadınını soyundurub, əl-ayağını bağlayıb və salafan turbaları yandırıb, damcı-damcı töküb bu qadının bədəninə. Qadın qaça bilib. Amma ata-anası deyib ki, sən ərə getmisən, meyitin o evdən çıxacaq. Təkrar qadını o kişiyə veriblər. Qadını gətirən kişi yanan kömürləri qadının dizi altına qoyub və onu qarşısında diz çökdürüb. Bununla ürəyi soyumayan kişi, qadının əl-ayağını bağlayıb, həyat yoldaşının cinsiyyət orqanına turba salıb. Həmin turbadan isə isti qaynar suyu töküb. Daha sonra əriyən salafan turba damcılarını ora töküb. Hətta inanın bununla da dincəlməyən kişi qadını otuzdurub, kislotanı boynunun arxasından töküb və kağızı yandırıb, ora atıb. Qadının ah-naləsi yeri-göyü dilə gətirib. Qonşular yığışıb, gəlib, qadını təcili yardımla xəstəxanaya çatdırıblar. Ən dəhşətlisi də budur ki, bütün bu hadisələri ata öz azyaşlı uşaqlarının gözü qarşısında edib. Qadın o evdə necə əziyyət çəkib , amma ata-ana yenə deyir boşanma. Həmin kişi əvvəl də məhbus həyatı yaşayıb.
– İlk nə cinayət işləyib?
– Deməli, 3 dost olublar. Yeyib, içiblər, dava düşüb. Bir dostu öldürüb və aparıb, ölmüş atasının qəbrində dostunu da basdırıb.
– Qayınana gəlin məhkəməsi ilə bağlı sosial şəbəkədə fikir bildirmişdiniz. O nə məsələ idi?
– Deməli, məhkəmədə bir gün vəkil kürsüsündə oturmuşdum, gördüm ki, bir yaşlı qadın gəlib, oturdu. Sonra öyrəndim ki, 83 yaşı var. İçimdə öz-özümlə danışırdım ki, bu yaşlı vaxtında görəsən bu qadının məhkəmədə nə işi var ? Elə ürəyimdə götür-qoy edirdim ki, gördüm qadın əli ilə məni yanına çağırdı. Özü qalxıb gələ bilmirdi, mən durub, getdim yanına, oturdum qadının yanında. Qadın sözə başladı. Deyir mənə ki, sən ürəyində fikirləşirsən ki, bu yaşda qadının məhkəmədə nə işi var. İndi mənim qəbirisantanlıqda qapı kəsən vaxtımdır, gəlib məhkəmə qapısını kəsmişəm. Amma qızım yadında saxla məhkəməyə də iki cür gəlirlər. Bir özün gəlirsən, iki səni gətirirlər. Məni bura gətiriblər, mən özüm gəlməmişəm. Məhkəmə başladıqdan sonra məlum oldu ki, bu qadının gəlini iddia verib, yaşadığı evdən bu qayınananı çıxartsın. Məni kövrəldən o oldu ki, bütün məhkəmə boyu həmin qadın çox həyasızcasına (üzr istəyirəm bu ifadəni işlətdiyimə görə – red) danışdı, ancaq qayınana susdu. Sonda hakim qayınanaya söz verdi. Dedi ki, mülkiyyətçi sənsən, ancaq gəlin sənə qarşı iddia qaldırıb, sözün nədir, fikrin nədir.
Qadın danışmağa başladı. Hakimə oğlum deyə müraciət etdi. Bildirdi ki, 5-6 saylı gün ömrü qalıb. Və hakimdən rica etdi ki, onu Qocalar evinə təhvil versin və yaşadıqları evi də gəlinə versin. Qayınana bildirdi ki, əgər o gəlinlə birlikdə həmin evin qapısından birlikdə çıxıb məhkəməyə gəliblərsə, deməli o evə birlikdə qayıda bilməzlər. Məhkəmə düzdü elə qərar vermədi, ev qayınanada qaldı. Amma qadın hüzur içində yaşamaq üçün Qocalar evində yaşamağa da razı idi.
Həyat yoldaşımsan, yoxsa məşuqum? (Test)
Əksər kişilər həyatındakı qadının həm həyat yoldaşı, həm də məşuqəsi olmağını istəyir. Bəs hər qadın bunu bacarırmı? Sevdiyiniz kişinin həyat yoldaşısınız, yoxsa məşuqəsi? Bunu bilmək istəyirsinizsə bu test əsl sizlikdir.
18 yaşınızda olanda ən böyük arzunuz?
a) Ağ paltarda, yanınızda sevdiyiniz və toy gününüz;
b) Bir neçə il öz istədiyiniz kimi yaşamaq;
c) Tanınmış kino aktyor, məşhur yazıçı olmaq.
Yığıncaqda tanımadığınız bir kişi sizə yaxınlaşmağa cəhd edirsə:
a) Bir az göz gözlərib, sonra telefon nömrənizi verəcəksiniz;
b) Əsəbləşməyə başlayacaqsınız və tez yoldaşınızı axtaracaqsınız;
c) Hər ehtimala qarşı gülümsəyirsiniz və ona etiraz etmədiyinizi başa salmağa çalışaqsınız.
Sizə seks haqqında məlumat verəcək neçə kitabınız var?
a) Yoxunuzdur;
b) Üç dənədən artıq;
c) İki, hansını ki, əzbər bilirsiniz.
Aşağıdakılardan hansını seçərdiniz?
a) Tünd rəngli gecə köynəyi;
b) Ən bahalı ətir;
c) Yaxşı plaş
Sizcə kişini qazanmağın ən düzgün yolu hansıdır?
a) Ona gələcək həyatın tablosunu çəkmək: dadlı yemək, evdə səliqə, aranızda zərif münasibət;
b) İntellektual səviyyənin uyğunluğu: ikinizin də xoşladığı kitab və ya filmin müzakirəsi;
c) Hisslərinə toxunaraq: saçları, dərisi, istifadə etdiyi ətir barəsində danışmaq.
Yad bir kişi sizinlə küçədə danışmağa çalışırsa:
a) Bir az da yerişinizə seksuallıq qataraq yolunuza davam edirsiniz;
b) Gülümsəyirsiniz, çünki bu bir komplimentdir;
c) “İqnor” edirsiz, çünki bu sizi pis vəziyyətdə qoyur.
“Maşının hissi” kitabında yazıçı öz oxucularını pələng tərəfindən zorakılığa məruz qalmış biri kimi təsəvvür etməyə çağırır. Siz bu idea haqqında nə düşünürsünüz?
a) Yüksək dərəcədə ehtiraslandırıcı;
b) Tamamilə gülməli;
c) Bir az müəmmalı. Bir qədər düşünsək burada nəisə var.
Sizin sevgiliniz başqa biri ilə maraqlanır. Reaksiyanız necə olar?
a) Siz ölmək istəyirsiniz, ağlayırsınız, onu daha görmək istəmirsiniz;
b) Onu sevdiyiniz deyib, bir müddətlik ondan uzaqlaşmağı qərara alırsız;
c) Yaşananları xatırladaraq, onu buraxmaq istəmədiyinizi bildirirsiz.
Ağır bir iş günündən sonra yoldaşınız evə gələndə münasibətiniz?
a) Ona sizin işdə yorulduğunuzu deyirsiniz və birlikdə yemək bişirməyi təklif edirsiniz;
b) Şam yeməyi verib, onu yataq otağınıza aparsınız;
c) Stakana çay süzüb, sevdiyi mahnını qoyursunuz. Ona işdəki sərgüzəştlərinizi danışaraq, masaj etməyə başlayırsınız.
Əgər kişi sizin onun üçün seksual obyekt olduğunuzu işarə edirsə, münasibtiniz:
a) Növbəti görüşdə onun haqlı olduğunu sübüt etmək üçün daha açıq paltar geyinirsiniz;
b) Dəhşətə gəlirsiniz, qadın hüquqlarının qorunması naminə bəzi hərəkətlər üçün özünüzə söz verirsiniz;
c) Gülərək cavab verirsiniz ki, “bu keçəcək, sadəcə bir neçə dəfə görüşmək lazımdır”.
Əgər siz öz ərinizi çılpaq qadınlarla təsvir edilmiş jurnala tez-tez və daha dərin baxdığı görürsünüzsə:
a) Ondan bu tip şeylərlə maraqlandığı üçün nifrət edirsiniz;
b) Cəld seksual gecə paltarı geyinib qarşısında fırlanırsınız, heç də jurnaldakı qızlardan geri qalmadığınızı sübüt etməyə çalışırsınız;
c) Heç nə etmirsiz. Lüt qadınlara baxmayan bir kişini onların heç birinə də sahib olmağa layiq görmürsünüz.
Tək yaşamaq hissi:
a) Sizi qorxudur;
b) Ehtiraslandırır. Ətrafınız onu görməsi üçün çırpınan kişilərlə doludur;
c) Sizi qane edir, çünki, istədiyiniz kimi yaşamağa şərait yaradır.
Əgər həyat yoldaşınız və ya sevgiliniz birdən “Səni sevirəm” deyir. Sizcə o əslində nə düşününür?
a) “Gedək, artıq yatmaq vaxtıdır”
b) “Mən sənin ad gününü unutmuşam” və ya “Mən bu gün axşam gec gələcəyəm” və yaxud “Bu bazarı dostlarımla keçirəcəyəm”
c) Seni sevirəm
Özünüzə nə qədər vaxt sərf edirsiniz: duş qəbulu, qrim, bədənə qulluq, geyinmək?
a) Minimum, bu sizi maraqlandırmır;
b) 30 dəqiqə və ya daha çox;
c) Hər səhər 10 dəqiqə. Xüsusi vaxtlarda daha çox.
Kişidə ən çox nəyə fikir verirsiniz?
a) Onun hərəkətləri, necə tərbiyə olunub, danışmaq qabiliyyəti varmı, nə ilə məşğul olur;
b) Onun gözləri və sizə baxmağı;
c) Onun xarici görünüşü.
Əyləncəli bir yığıncağa tək gedəndə:
a) Orada kişi tapmayanda təəssüflənirsiniz;
b) Diqqət çəkmək üçün özünü iş görən kimi göstərirsiniz;
c) Öz rəfiqənizlə küncdə əyləşirsiniz ki, söhbət edəsiniz.
Testə uyğun cavablar:
1. А-0; В-10; С-20
2. А-20; В-0; С-10
3. А-0; В-20; С-10
4. А-20; В-10; С-0
5. А-0; В-10; С-20
6. А-20; В-10; С-0
7. А-20; В-0; С-10
8. А-20; В-10; С-0
9. А-0; В-20; С-10
10. А-20; В-0; С-10
11. А-0; В -20; С-10
12. А-0; В-20; С-10
13. А-20; В-0; С-10
14. А-0; В-10; С-10
15. А-0; В-10; С-20
16. А-10; В-20; С-0
Əgər xalınız 240 – 320 arasıdırsa.
Siz seks üçün yaradılmısınız. Siz tempramentli bir kişinin arzuladığı qadınsınız – vəhşi, alovlu və hər şeyə hazır olan biri. Sizin həyatınızın kişisi lazımlı ehtiyatları saxlayana qədər siz onun həyatında məşuqə kimi rəqibsiz olacaqsınız. Bəs sonra? Budur sizə məsləhət: əgər siz ərə getməyə hazırlaşırsınızsa və ya artıq ərdəsinizsə, onda boş vaxtınızda kurslara gedin, məsələn, aşpazlıq kursuna, naxış tikmələr və s.
160 – 240 arası.
Əsl uğur. Siz eyni anda iki füsunkar qadınsınız. Kişini ovsunlamaqla yanaşı, eyni zamanda nəyi, harada və zaman etməli olduğunuzu əla bilirsiniz. Siz əhval-ruhiyyənizdən asılı olaraq şən, sevimli, zərif və seksual biri ola bilərsiniz. Amma sizdə kifayət qədər sağlam düşüncə var, kişilərə başqa üsullarla da qulluq etməyi bacarırsınız. Yaxşı nahar və təmiz köynəklər də məna kəsb edir.
80 – 150 arası.
Ağlınız hisslərinizi idarə edir. Ola bilər ki, siz həyatınız boyu heç bir romantik hiss yaşamamısınız, çünki, digər qayğılar daha vacib olub. Özünüzə qoyduğunuz qadağanları bir daha düşünün, çəkinizi atın, modanı izləyin, yoldaşınızla tətilə gedin. Yalnız ona görə yox, özünüz üçün edin: işıqsız bir həyat heç kimi xoşbəxt etmir.
80-dən az.
Kişiləri sevmirsiz, seks sizin üçün utanılası bir şeydir. Ərə getməsəz, özünüzü karyaranıza, sevdiyiniz işə həsr etsəz daha xoşbəxt olarsınız. Əgər ərdə deyilsinizsə, onda özünüzü qoruyun. Bir gün yoldaşınız sizi başqa bir qadına görə ata bilər. Sizi öz nəticəniz qane etmir? Neyləmək olar?! Yaxşı olar ki, sizə verdiyimiz məsləhətlərə əməl edəsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.