Press "Enter" to skip to content

Albaniya Dövləti Erkən Orta Əsrlərdə

Görünür, Albaniya ərazisində də saplaqlı üçpərli ox ucluqları e.ə. I əsrin başlanğıcında Orta Asiya və Parfiya vasitəsilə yayılmışdır. Ucluqların bir qismi buraya sarmat tayfaları ilə gəlib çıxa bilərdi. Güman etmək olar ki, qədim albanlar qarğı oxlar da işlədirdilər. Parfiya tayfalarında skif yayı (kamanı) əsas yer tutur, sikkələrdə, ritonlarda və başqa əşyalarda təsvir olunurdu. [252] Bu kaman uzunluğu 60–70 santimetrdən çox olmayan oxlar üçün idi. Eraların ayrıcında skif kamanı ilə yanaşı daha mürəkkəb hun kamanı tətbiq edilirdi, onun uzunluğu 120 santimetrdən 160 santimetrə qədərdi, üzərində qoyma sümüklər vardı. Daha yüngül və daha ağır ucluqların olması antik Albaniyada yüngül və ağır kamanların mövcudluğunu güman etməyə imkan verir. Bunlarla həm süvarilər, həm də piyada qoşun silahlanmışdı. [268]

Qafqaz Albaniyasına aid orta əsr xristian abidəsində arxeoloji tətqiqatlar aparılır – FOTO

2020-ci il sentyabrın 16-dan oktyabrın 15-dək AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi altında Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası Balakən rayonu ərazisində tədqiqat işlərini davam etdirib.

Bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu məlumat yayıb.

Bildirilib ki, tədqiqatın əsas obyekti rayonun Tülü kəndi ərazisində Qafqaz Albaniyasına məxsus ilk orta əsrlərə aid xristian abidəsi olub. Aparılan arxeoloji tədqiqat işləri nəticəsində 2019-cu ildə aşkar edilmiş üç zallı olması güman edilən kilsənin uzunluğu 14,70 m, eni 10,50 m-dir. Builki tədqiqatlarda kilsənin giriş qapılarından birinin cənub divarında olduğu müəyyən edilib.

Kilsənin qədim qalıqlarının üzərində sonrakı tarixi dövrlərdə birzallı kilsə inşa edilib ki, onun uzunluğu qərb girişi ilə birlikdə 19 m, eni isə, 5,70 – 12,30 m arasında dəyişir. Bir zallı kilsənin ilk dövrlərdə cənub divarında olan və hələlik bizə bəlli olmayan səbəbdən hörülərək bağlanmış giriş qapısının yeri müəyyənləşib.

Memarlıq nöqteyi-nəzərən alt qatda yerləşən üç zallı abidə xristianlığın Suriya, üst qatda yerləşən abidə isə Bizans memarlığına yaxınlığı ilə xarakterizə edilir.

Son üç ildə bir zallı və üç zallı kilsənin xarici divarları boyunca aparılan arxeoloji tədqiqatlar nəticəsində çoxlu sayda maddi mədəniyyət nümunələri ilə yanaşı, xristian dəfn ənənəsinə uyğun bütöv şəkildə 40 insan skeleti və pərakəndə halda 30-dan artıq insana məxsus sümük fraqmentləri Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinə tədqiqat üçün təqdim edilib.

Xristian dəfn ənənəsində mərhumun əllərinin qoyuluş formasında fərqlər, ilk xristianlıq dövrü üçün xarakterik qəbirlər və dəfn prosesinin kilsə ətrafında intensivliyi – buranın uzun müddətli fəaliyyətinin göstəricisi kimi qəbul olunur.

Qeyd edək ki, Zaqatala-Yevlax-Tbilisi magistralı üzərində yerləşən bu abidə güclü turizm potensialına malikdir. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən abidədə bərpa və konservasiya işlərinin görülməsi vacibdir.

Ekspedisiya rəhbəri N.Alışov bildirmişdir ki, müzəffər Ordumuzun qələbələri azad edilmiş torpaqlarımızda Qafqaz Albaniyasının analoji abidələrinin tədqiqatı üçün də imkanlar yaradacaq.

Abidədə aparılan kompleks arxeoloji tədqiqatın yekunlaşması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur. Abidədə arxeoloji tədqiqatlara 2017-ci ildən başlanıb.

Albaniya Dövləti Erkən Orta Əsrlərdə

İctimai Münasibətlər Siyasi Tarix Təsərrüfat Mədəniyyət Xristianlıq Abidələr

AZƏRBAYCAN III – VIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ. YENİ İCTİMAİ MÜNASİBƏTLƏRİN YARANMASI

B.e. III əsrində Azərbaycan sosial-iqtisadi inkişafın yeni mərhələsinə daxil oldu. Ölkənin başlıca sərvətini təşkil edən torpaqla bağlı feodal münasibətlərinin aparıcı yer tutması bu dövrün əsas əlamətidir. Araz çayından cənubda olan Atropatena torpaqlar Sasani imperiyasının tərkibində, onun vilayətlərindən birinə çevrilmiş, Azərbaycanın Araz çayından şimaldakı torpaqlarını özündə birləşdirən Albaniyada I əsrin ortalarından Alban Arşakilər sülaləsi möhkəmlənmişdi.

ALBANİYANIN SİYASİ TARİXİ

Antik dövrdə olduğu kimi, I-VII əsrlərdə Albaniyaya şimalda Qafqaz dağlarından, cənubda Araz çayına, qərbdə İberiyadan (Alazan və İori çaylarının yuxarı axarlarından) şərqdə Xəzər dənizinədək torpaqlar daxil idi. Alban dövlətinin paytaxtı V əsrə qədər Qəbələ şəhəri olmuşdur.

Albaniyanın erkən orta əsr siyasi tarixi üç dövrə bölünür: 1.Arşakilər sülaləsinin hakimiyyəti dövrü (I əsrin ortalarından 510-cu ilə qədər); 2.Sasani mərzbanlığı dövrü (510 – 629-cu illər); 3.Mehranilər sülaləsinin hakimiyyəti dövrü (630 – 705-ci illər).

I əsrdə çar I Qoçaq Vaçaqan Albaniyanın bütün vilayətlərini vahid dövlətdə birləşdirmişdi. Alban çarı Urnayrın (313-371) dövründə xristianlıq dövlət dini elan edilmiş və kilsələrə torpaqlar bağışlanmışdı. Sasani hökmdarı II Şapurun müttəfiqi olan Urnayr Roma-Sasani müharibələrində hərbi qüvvə ilə iştirak edirdi. Sasanilərin tərəfində çıxış etməkdə Urnayrın məqsədi Albaniyanın müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaqdan ibarət idi. Çar Yesuagenin dövründə köhnə alban əlifbası yenidən işlənib hazırlanmış və məktəb şəbəkəsi genişlənmişdi. Yesuagen alban əlifbasının yeni variantını başa çatdırandan sonra, dini kitabların yunan dilindən alban dilinə tərcüməsinə xüsusi diqqət yetirirdi.Hökmdar II Vaçenin hakimiyyəti dövründə (444-463) dövlətin paytaxtı Partav (Bərdə) şəhərinə köçürülmüşdü. Mömin ləqəbli Çar III Vaçaqanın (487-510) hakimiyyət dövrü Albaniyanın siyasi, mədəni və dini dirçəlişi dövrü hesab edilir. O, Sasani zülmündən qaçmış kəndliləri, sənətkarları geri qaytardı, sadə xalqın dinc əməklə məşğul olmasına şərait yaratdı, kənd təsərrüfatı, sənətkarlıq və ticarət inkişaf etməyə başladı. 488-ci il Aquen kilsə yığıncağının qəbul etdiyi qanunlarla Albaniyada dünyəvi və dini əyanlara məxsus kəndlilərin, xüsusilə kilsə torpaqlarında yaşayan sakinlərin ödəməli olduqları vergilər və mükəlləfiyyətlər tənzimlənmişdir.

Sasani imperiyası müxtəlif üsul və vasitələrlə Albaniyanı bir dövlət kimi ləğv etmək, torpaqlarını öz ərazisinə qatmağa çalışırdı. Sasanilərin həyata keçirdiyi köçürmə, vergi və dini siyasət Azərbaycanda və ona qonşu olan ölkələrdə tez-tez üsyanların baş verməsinə səbəb olmuşdu. Albanların digər Qafqaz xalqları ilə birlikdə Sasanilərə qarşı yönəlmiş 450-ci il üsyanına alban katalikosu başçılıq edirdi. 450-ci il Xalxal döyüşündə üsyançılar sasanilərə qalib gəlsələr də, 451-ci il Avarayr düzündə baş vermiş döyüşdə ağır məğlubiyyətə uğramışdılar. 481- 484-cü illərdə Albaniya, İberiya və başqa bölgələrdə sasanilərə qarşı baş vermiş üsyan qələbə ilə başa çatdı. 485-ci ildə üsyançılarla Sasani hökmdarı Valaş arasında bağlanmış Nvarsak müqaviləsinə görə Albaniya daxili müstəqil idarəetmə hüququ qazanmışdı. Xristianların təqibi dayandırılmış, Albaniyadan Sasani xəzinəsinə daxil olan bacın miqdan isə azaldılmışdı. Sasani hakimiyyəti altında olan Atropatena vilayətində V əsrin 80-ci illərində Məzdəkilər xalq hərəkatı (481-529) başladı. Hərəkatın başçısı Məzdəkin əsas ideyası bütün nemətlərin insanlar arasında bərabər bölünməsindən ibarət idi. Məzdəkilər əmlak və sosial bərabərliyi yaratmaq, ədalətli cəmiyyət qurmaq uğrunda mübarizə aparırdılar. Hərəkatda kəndlilər, sənətkarlar, şəhər yoxsulları və bəzi əyanlar da iştirak edirdilər. Şahənşah I Kavad 529-cu ildə Məzdəkilər hərəkatını amansızlıqla yatırdı.

510-cu ildən 629-cu ilədək Albaniyanı Sasani canişinləri – mərzbanlar, idarə edirdilər. “Böyük mərzbanlıq” adlanan bu dövrdə Azərbaycan dəfələrlə Bizansla Sasanilər arasında gedən müharibənin meydanına çevrildiyindən ölkənin iqtisadiyyatı tənəzzülə uğramışdır.

VI əsrin sonu – VII əsrin əvvəllərində Albaniyada Mihranilər nəsli möhkəmlənmişdi. Bu nəslin nümayəndələri Sasanilərlə qohum olub, Albaniyanın Girdiman vilayətini idarə edirdilər. Hökmdar Varaz Qriqorun (630 – 642) hakimiyyəti dövründə Albaniya Sasanilərlə yaxınlıq etdiyindən o, oğlu Cavanşiri ərəblərə qarşı müharibədə Sasanilərə köməyə göndərmişdi. Cavanşir 7 il ərəblərə qarşı aparılan ağır döyüşlərdə bir sərkərdə kimi qəhrəmanlıqla vuruşduqdan sonra vətəninə dönmüş və hələ atası sağlığında 642-ci ildən Albaniyanı idarə etməyə başlamışdı.

Dövrün tarixçisi Moisey Kalankatuklu «Alban tarixi» əsərində Cavanşiri dövləti ədalətlə idarə edən, bütün gücünü öz ölkəsinin inkişafına və təhlükəsizliyinin təmin olunmasına yönəldən hökmdar kimi təsvir etmişdir. Burada həmçinin, Cavanşirin ölkədə gözəl saraylar və binalar tikdirməsi, alimləri, şairləri, elm və mədəniyyət xadimlərini himayə etməsi haqqında məlumat verilir. Cavanşirin xarici siyasətinin məqsədi Albaniyanın bütövlüyünü və müstəqilliyini qoruyub saxlamaqdan ibarət idi. O, ərəblər tərəfindən məğlubiyyətə uğradılan Sasani qoşunlarının Albaniyaya basqınlarının qarşısını almış, ərazini sasanilərdən təmizləmişdi. Ərəblərin Albaniyaya basqınlarının güclənməsi Cavanşiri dövrün güclü dövlətin – Bizansa sığınmağa məcbur etmişdi. Albaniyanın strateji əhəmiyyətini əsas götürən və ərəb hücumları qarşısında özünün şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədi güdən Bizans hökmdarı II Konstantin 660-cı ildə Cavanşirlə «səmimi» ittifaqa girmişdi. O, Cavanşirə qızıl taxt, mirvarilərlə bəzədilmiş qılınc göndərmiş və 1200 Aqvan əsilzadəsinə patrisi və digər yüksək əyan rütbələri bağışlamışdı.

662-ci ildə xəzərlərin qazanc və qənimət dalınca Albaniya üzərinə yürüşünün qarşısını alan Cavanşir Kür çayı sahilində döyüşdə qalib gəldi. 665-ci ildə xəzərlərin böyük qoşunla Albaniyaya yürüşünü dayandırmaq üçün Cavanşir xəzərlərin düşərgəsinə getmiş, onlarla sülh bağlayıb, xaqanın qızı ilə evlənmişdi. Cavanşir əsir düşmüş 1200 nəfər albanı, çoxlu at və mal-qaranı geri qaytarmışdı. Bizansın getdikcə zəifləməsi, Ərəb dövlətinin güclənməsi şəraitində Cavanşir ərəblərlə yaxınlaşmağa başladı. 667-ci ildə Ərəb xəlifəsi Müaviyənin Dəməşqdəki sarayında olan Cavanşir ondan vassal asılılığını qəbul edərək ölkəsini müharibədən xilas etdi. 670-ci ildə xəlifə ilə ikinci dəfə diplomatik danışıqlar apararaq Albaniyanın daxili müstəqilliyini qoruyub saxladı.

680-ci ildə Cavanşir bizansmeylli alban feodalı tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Tədricən zəifləməkdə olan Albaniya 705-ci ildə dövlət kimi ləğv edildi, ölkəni ərəb əmirləri idarə etməyə başladılar.

Qafqaz Albaniyasi – Wikipedia

Albaniya, Qafqaz Albaniyası, [9] (ekzonim məlum deyil; lat. Albānia , q.yun. Ἀλβανία ) Ağvan [10] və ya Arran yaxud da Alupan— tarixi Azərbaycan ərazisində, [11] [12] [13] [14] [15] müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. [16] [17] Eramızdan əvvəl təqribən IV–III əsrlərdə Makedoniyalı Iskəndərin Imperiyası dağılmasından sonra formalaşmış, [18] eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. [19]

Qafqaz Albaniyası (ekzonim)
Aqvank və Aluank (müasir endonimlər)
Mehranilər sülaləsinin ştandartı [2]

“Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar.” [20]

Mündəricat

  • 1 Etimologiyası
  • 2 Əhalisi
  • 3 Tarixi-siyasi coğrafiyası
    • 3.1 Vilayətləri
    • 3.2 Qafqaz Albaniyası və Ermənistan Krallığının sərhədləri
    • 4.1 Aranilər sülaləsi
    • 4.2 Arşakilər sülaləsi
    • 4.3 Mehranilər sülaləsi
    • 5.1 Paqan dinlər
    • 5.2 Xristianlıq
    • 5.3 Dəfn adətləri
    • 6.1 Alban bütləri
    • 6.2 Alban əlifbası
    • 6.3 Alban xaç daşları
    • 6.4 Alban memarlığı
    • 7.1 Pul tədavülü
    • 7.2 Sosial münasibətlər
    • 7.3 Alban ordusu
    • 8.1 Metalişləmə
    • 8.2 Dulusçuluq
    • 9.1 İlkin dövr
    • 9.2 Alban Arşakiləri
    • 9.3 Sasanilərin təyin etdiyi hakimlər
      • 9.3.1 30 illik hakimiyyətsizlik dövrü
      • 9.3.2 Mərzbanlıq dövrü
      • 9.6.1 Arranşahik xanədanının Zarmixr nəsli
      • 9.6.2 Arevmanelilər
      • 10.1 Toponimlər

      Etimologiyası

      Əsas məqalə: Albaniya (toponim)
      Oktavian Avqustun kitabəsində Albaniya sözü

      Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır. [21] Bu və ya digər dərəcədə ünsiyyətdə olduğu xalqlar isə ölkəni müxtəlif şəkildə adlandırmışlar. [22] Məsələn, yunanlar ölkənin adına Αλβανεια, latınlar isə Albānia demişlər. Qafqaz Albaniyasının adı qrabar dilli mənbələrdə Աղուանք – Ałuank, aşxarabar dilli mənbələrdə Աղվանք – Ağvank , gürcü dili Rani , fars dilli mənbələrdə Arran, ərəb dilli mənbələrdə isə Ər-Ran [23] şəklində qeyd edilmişdir və bura yerli udin dilində Alpan yaxud Alupan sözünü də əlavə edə bilərik

      Erməni müəllifi M. Çamçyan Ağvan sözünü qədim erməni dilində (qrabar) “ağu” xoşxasiyyət, mehriban sözündən törədiyini və “Mehriban insanlar ölkəsi” anlamına gəldiyini qeyd etmişdir. [24] Lakin Qiyasəddin Qeybullayev qeyd edir ki, “ağu” sözü qədim erməni dilinə qədim türk dilindən keçmişdir və bu söz hazırda da bir çox türk xalqlarının dilində işlənməkdədir. [25] Moisey Kalankatlı isə ölkənin Aranilər sülaləsindən olan ilk yarıəfsanəvi hökmdar Arranın adı ilə bu cür adlandırıldığını qeyd etmişdir. [26]

      “Alan tayfası xüsusunda bu qədər məlumdur ki, onlar bu ölkənin sakinləridir və xüsusi padişahları olmuşdur. Alan və alban sözlərinin bir-birinə bənzəməsindən zənn etmək olar ki, biri o birindən alınmışdır. Albaniya rum dilində ağlıq mənasında olaraq azadlığa işarədir” [27]

      Əlavə olaraq qeyd edək ki, mütəfəkkirin qeyd etdiyi rum dili latın dilidir və latınca albus; blancus; candida [28] ağ mənasını verir. [29]

      Əsas məqalə: Qafqaz albanları
      Əsas məqalə: Qafqaz albanlarının şəxs adları

      Strabonun məlumatına görə Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi. [30] Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar. [31] [32] [33] Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülmüşdür, III–IV əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlamışdır. Xüsusən də subar tayfaları Albaniyanın qədim paytaxtı Qəbələ ətrafında məskunlaşmışdılar. Buna görə də erkən orta əsr mənbələri Qəbələni bəzən Qəbələ-Subar adlandırırlar. Ərəblərin gəlişinə qədər Albaniya əhalisi üç hissədən – qafqazdilli, türkdilli [34] və irandilli əhalidən ibarət idi.

      Özündə iyirmidən artıq tayfanı birləşdirən alban tayfa ittifaqının aborigen etnik massivi Qafqaz Albaniyasının ərazisində əsas, üstün massiv olmuşdur. Çox zaman albanların özləri ilə eyniləşdirilən ən iri alban tayfalarından biri utilər idi. Qədim Albaniya etnik tərkibinə görə kifayət qədər rəngarəng ölkə idi. Lakin, albanlar bu massivdə daha iri tayfa idi [35] . Buna görə də bütün ölkə Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkündür ki, bu tayfanın özü adını ölkənin adından almışdır. “Albaniya” adının yozulması sahəsindəki bir çox cəhdlərə baxmayaraq, hələlik bir nəticə hasil olunmamışdır. [36]

      Yeni elmi araşdırmalarda “alban” etnik adını qədim türk “alp”(cəsur, igid) sözü ilə bağlayırlar.”Kitabi Dədə Qorqud”da bu etnosun “alpanlar” şəklində yazılışı, “alp” köklü toponimlərin Quzey Azərbaycanda, həmçinin vaxtilə Alban dövlətinə daxil olan Cənubi Dağıstan və Şərqi Gürcüstanda qalması yuxarıdakı ehtimalı daha da qüvvətləndirir. Alban hökmdarlarından Oroysun adını “Kitabi Dədə Qorqud”dakı Uruz adı ilə müqayisə edirlər.Aran adı da yalnız türk dillərindən izah olunur. Albanların Ay ilahəsinə daha çox sitayiş etmələri haqqında Strabonun verdiyi məlumat qədim türklərin “Ay Tenqri”sinə uyğun gəlir.Belə dəlillər əsasında “alban” etnik adı daşıyanlar türkdilli sayılırlar. Bəzi tədqiqatlara görə, burada yaşayan sakesinlər, onlarla qohum sayılan massagetlər, qarqarlar da türk mənşəli olmuşlar. [37]

      Mütəxəssislər qeyd edirlər ki, “Alban” adını türkdilli tayfalarla bağlamaq daha uyğun variantdır. [22] [34] [38] [39] Çünki hal-hazırda Orta Asiyada konkret olaraq Qazaxıstanda alban adlı türkdilli qəbilə yaşayır. Bundan başqa çuvaşların öz yaranışları haqqında dastanda çuvaşların yaranması haqqında danışılarkən bildirilir ki, onların ulu əcdadları Qafqaz dağlarının o tərəfindən gəlmiş alpanlar olmuşdur. [40] Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar [41] [42] [43] [44] [45] [46] [47] nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilmişdir.

      Ərəb istilasından və islamlaşmadan sonra xristian olaraq qalan və Kür çayının sağ sahilində yaşayan albanlar sürətlə erməniləşdirilmiş, Alban Xristian kilsəsi isə erməni kilsəsi ilə birləşmişdir. [48] Heretidəki alban tayfalarının xristian olanları isə tədricən Gürcü Pravoslav Kilsəsinin təsiri altına düşmüş və XII əsrdə IV David dövründə bu ərazi Gürcüstan tərəfindən işğal edildikdə tamamilə gürcüləşdirilmişdilər. [49]

      Tarixi-siyasi coğrafiyası

      Almaniya kartoqrafı Sebastian Münsterin 1544–1545-ci illərdə çəkdiyi xəritədə Kolxida, İberiya, Albaniya, Midiya (Atropatena) Kiçik və Böyük Ermənistanın sərhəddləri. Xəritədə hər iki Ermənistan Qafqazdan kənarda göstərilmişdir.

      Əsas məqalə: Qafqaz Albaniyasının toponimləri

      Anatoli Petroviç Novoseltsev [50] və Z. İ. Yampolski [51] belə hesab edir ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasının əhatə etdiyi əraziyə, əsasən indiki Azərbaycanın, eləcə də Ermənistanın, Dağıstanın və Şərqi Gürcüstanın ərazisi daxil idi.

      Erməni iddialarına görə, qədim dövrlərdə və erkən orta əsrlərdə Azərbaycan ərazisi Kür çayının yalnız şimalında (Kürün sol sahilində) yerləşmişdi, yəni bu ənənəyə görə Kür və Araz çayları arasındakı ərazi guya əvvəllər ermənilərin olub. Yalnız 387-ci ildən sonra həmin torpaqlar Albaniyanın tərkibinə keçmiş, lakin etnik, siyasi və mədəni cəhətdən əvvəlki kimi Böyük Ermənistanın Şərq əyalətləri olmuşdur. [52] [53] [54] [55]

      Gürcü alimlərinin qənaətinə (köhnə) görə Kürün sol sahilindəki Albaniya ərazisinin Qərb hissəsi Gürcüstanın olmuşdur. Yeni gürcü elmi təsdiqinə görə isə (müəllifi D.L.Musxelişvili) erməni tədqiqatçılarının “səxavətlə pay verdikləri” sol sahil Albaniyasının ərazisi, eləcə də Kürün sol sahlindəki Azərbaycan ərazisinin qərb hissəsi, ayrı-ayrı dövrlərdə isə hamısı Gürcüstanın ərazisi olmuşdur. [56] [57] [58] [59]

      İnzibati bölgü baxımından Albaniya vilayətlərə (havarlara) və əyalətlərə (nahanqlara) bölünmüşdü. [60] Bir neçə havar nahanq təşkil edirdi. VII əsr Ermənistan coğrafiyasında göstərildiyinə görə Albaniyanın solsahil ərazisi 11 vilayətdən ibarət idi. [61] Alban mənbələri bunlardan dördü haqqında məlumat verir: Qəbələ, Şəki, Kambisena və Əcəri.

      Bunlardan ən böyük və siyasi cəhətdən ən əhəmiyyətliləri vilayətlər sayılırdı. Üç vilayət (Qəbələ, Şəki, Kambisena) həm də inzibati-kilsə vahidləri, yepiskopluq idilər ki, bunların da nümayəndələri (yepiskoplar) bütün alban kilsə məclislərində iştirak edirdilər. Solsahil Albaniyasına adları çəkilən havarlardan başqa, iki ölkə – Lpina və Çola da daxil idi [62] . Fəridə Məmmədova belə hesab edir ki, Çola (Çor, Çol) adı İran mənşəli sözdən yaranıb. Lakin Q. Qeybullayev qeyd edir ki, Çola sözü türk mənşəli “çul” sözündən törəmişdir. [63]

      Vilayətləri

      Çola – Bu vilayət Çola (Dərbənd) keçidindən Cənuba doğru, təxminən Beşbarmaq dağınadək Xəzər sahili zolağı əhatə edirdi. Vilayətin iri şəhərləri Çola (məsqət (massaget, maskut) Arşakilərinin paytaxtı) və Dərbənd idi. [64] V əsrin birinci yarısında Sasani şahı II Yezdəgirdin hakimiyyəti dövründə Çolada güclü müdafiə qurğuları, məşhur Dərbənd səddi ucaldılmışdı. Moisey Kalankatlı Çolanın strateji əhəmiyyətindən başqa, bütün Qafqazda ilk xristianlıq ocaqlarından biri kimi ideoloji cəhətdən mühüm əhəmiyyəti barədə də məlumat verir.

      “Apostol Müqəddəs Yelisey Ermənistandan yan keçərək maskutların arasına gedir və orada moizəyə başlayır.”

      — Kalankatlı, I, 6

      Bu sətirlər I əsrdə xəbər verir. Alban ənənələri bu hadisə ilə Çolanın VI əsrə qədər patriarxlıq mərkəzi olaraq qaldığını və orada IX əsrin axırlarına qədər Şərq katolikosuna məxsus sarayın yerləşdiyini təsdiq edirlər.

      Lpina – Çolanın Şimal-Qərbində, Çola ilə Şəki arasında yerləşən vilayət. Bu ərazi demək olar ki, başdan-başa fındıq, qoz ağacları ilə zəngin meşələrlə örtülmüşdü. Çola və Lpina vilayətlərinin müəyyən mənada muxtariyyətə malik olması, separatçılıq meylləri Moisey Kalankatlınun “Albaniya, Lpina və Çola” adlı triadasında öz əksini tapmışdır. Hələ I–II əsrlərdə, Müqəddəs Yeliseyin apostolluq dövründə o üç ölkənin – Çola, Lpina və Albaniyanın müqəddəsi adlandırılmışdı. [65] Bu triada ilə 626–630-cu illərin siyasi hadisələrində, bütün Albaniyanın, o cümlədən Çolanın xəzərlər tərəfindən işğal edildiyi dövrdə də rastlaşırıq. Xaqan oğlu Şat deyirdi ki, onun atası üç ölkəni – Albaniya, Lpina və Çolanı əbədi hakimiyyət altına almışdır. Həmin mülahizəyə əsaslanan K.V.Trever belə bir qənaətə gəlir ki, VII əsrdə “Albaniyanın tərkibində olan Lpina və Çola vilayətləri müəyyən daxili müstəqilliyə malik idilər və görünür elə bu Albaniyadan sonra həmin yerlərin adının sadalanmasına səbəb olurdu”. [66] Tarixi gerçəkliklərin öyrənilməsi göstərir ki, bu triada dini-simvolik mahiyyət daşımaqla yanaşı, mühüm bir fakt kimi də qiymətlidir. Strateji periferiya vilayətləri olan Lpina və Çola ölkədə mərkəzləşmiş hakimiyyət olmadığı dövrlərdə müstəqil dövlətə çevrilirdilər (551–630-cu illər). Cavanşirin və Varaz Trdatın hakimiyyəti dövründə isə Lpina və Çola yenidən Albaniyanın ayrılmaz strateji vilayətləri olmuşdular.

      Kambisena – Yunan müəlliflərində Kambisna, erməni müəlliflərində isə Kambeçan adlanan ərazi Albaniyanın Şimal – Qərbində, İberiya sərhəddində yerləşmişdi. Kambisena Şimal – Qərbdə Alazan və İori çaylarının orta axarlarından, Cənubda Kür çayınadək, Şərqdə isə Alazan, Kür və İori çaylarının qovşağınadək ərazini əhatə edirdi. Daş-kəsəli Şirak yaylasının da yarısı bu əraziyə daxil idi.

      Əcəri – yaxud Həcəri adlanan vilayət Qəbələ vilayətinin cənubunda Qarasuçay və Girdimançay arasında yerləşmişdi və Cənubda Kür çayına söykənirdi. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır. Bu vilayət haqqında Moisey Kalankatlının qeydləri qanunsuz olaraq qarışıq nigahlara yol verilməsi ilə əlaqədardır. Bu cür nigahlar Arşakaşen və Əcəri vilayətlərində təsadüf olunurdu.

      Qəbələ – (yunanca: Kabalaka) bu vilayət Lpinadan Cənubda, tarixi Əcəri vilayətindən Şimalda, Şəki və Çola vilayətləri arasındakı ərazini əhatə edirdi. Bu vilayətdə Albaniyanın paytaxtı Qəbələ şəhəri yerləşirdi ki, bu barədə ilk dəfə eramızın I əsrində Böyük Plini xəbər verir. Qəbələ antik dövrdən erkən orta əsrlərə – V əsrə qədər Albaniyanın paytaxtı, Alban Arşakilərinin iqamətgahı və alban arxiyepiskopunun qərargahı olmuşdur. 510-cu ildə Alban Arşakiləri öz hakimiyyətini başa vurduqdan sonra Qəbələ Sasanilərin təyin etdikləri mərzbanların qərargahına çevrilir və bununla əlaqədar Qəbələ həm də Vostan-i-mərzban da adlandırılır. Qəbələ vilayəti siyasi – inzibati və kilsə – inzibati vahid – yepiskopluq idi. V əsr Aluen kilsə məclisi və VIII əsr Partav (Bərdə) kilsə məclisi cədvəllərində Qəbələ yepiskoplarından Manase (V əsr) və İohannın (VIII əsr) adları da var. Bir çox başçılar kimi yepiskop İohann da xalkidonçu alban katolikosu Nerses-Bakurdan üz döndərmişdi. Qəbələ vilayətinin dini-ideoloji baxımdan əhəmiyyətini belə bir fakt da sübut edir ki, Aluen (488-ci il) və Partav (705-ci il) kilsə qurultayları iştirkçılarının siyahısında arxiyepiskopun imzasından sonra Qəbələ yepiskopunun imzası durur. VIII–IX əsrlərdə Qəbələ yepiskopları alban kilsəsinin patriarxları olurdular. [67]

      Şəki – (erməni mənbələrində Şako, gürcü mənbələrində Şake, Nuxpato) vilayəti Qafqazın dağətəyi rayonlarında, Qəbələnin Şimal – Qərbindəki ərazini tutur. Qərbdə və Cənub – Qərbdə tarixi Kambisena vilayəti ilə şimal-qərbdə Lpina vilayəti ilə, Cənub – Şərqdə Qəbələ ilə həmsərəd idi. [68] III–VIII əsrlərin toxuculuq mərkzlərindən biri idi. [69]

      Paytakaran – (erməni mənbələrində Kaspk, Kazbk, Moisey Kalankatlıda Balasikan, fars və ərəb mənbələrində Balasakan) bu vilayət Azərbaycan Respublikasınınnın Cənub-Şərq hissəsində yerləşərək, Xəzər dənizinin sahillərinə qədər uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi. Ehtimal ki, Paytakaran ayrı-ayrı vaxtlarda vilayətin Cənubunda yerləşən Atropatenanın Şimal – Şərq torpaqlarını da özündə birləşdirmişdir. Paytakaran e.ə. II yüzillikdə erməni çarı I Artaşes (türkcəsi – Ərtəş) tərəfindən işğal olunmuş və e.ə. 55-ci ilə qədər Ermənistanın tərkibində qalmışdır. Paytakaran siyasi cəhətdən gah Albaniyaya, gah da Atropatenaya meyl edib və ayrı-ayrı dövrlərdə onun tərkibinə daxil olmuşdur. IV əsrin II yarısında Paytakaran birdəfəlik Albaniyanın tərkibinə qatılmışdır. Vilayətin mərkəzi eyniadlı şəhər – Paytakaran idi.

      Uti – (yunanca Otena) tarixi əyalət sayılan Uti Paytakaran kimi Kürün sağ sahilində yerləşirdi. Şərqə Paytakaranla, Cənubda Artsakla həmsərhəd idi. Şimalda Kür çayı ilə əhatə olunmuşdu, Qərbdə isə Albaniya və İberiya sərhəddinə kimi uzanırdı. Antik şəhərlərdən Ayniyana, Xani, Anariaka, Xalxal, Soqarn, eləcə də Moisey Kalankatlının yazdığına görə Albaniyann V əsrdə inşa edilmiş paytaxtı Bərdə (Partav) bu vilayətdə idi. Bərdə 551-ci ildən alban katolikosunun daimi yaşayış yerinə, 630-cu ildən isə Mehranilər sülaləsindən olan böyük alban knyazları Varaz Qriqorun, Cavanşirin və başqalarının iqamətgahına çevrilir. Uti vilayəti (nahanqı) öz növbəsində ayrı-ayrı inzibati vahidlərə (havarlara) bölünmüşdü ki, bunlardan da ən əsasları Sakaşena (yunan müəlliflərində Sakasen, erməni müəlliflərində Şakaşen) və Girdman idi.

      Üstündə alban əlifbası ilə yazılar olan bu daş, qazıntılar zamanı Mingəçevir şəhərindən tapılmışdır. [70]

      Girdman – IV əsrdən Albaniyanın birinci böyük knyazları olan Mehranilər sülaləsinin irsi mülkü idi. Mənbələrdə Girdman vilayətinin adı Qardman (qrabar (qədim erməni) dilində), Girdman (qədim pərs dilində) və Qardabani (qədim gürcü dilində) kimi tanınırdı. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onu Ağsu – Girdman çayları rayonunda (İ.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan), üçüncü qrup isə Şəmkirçay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın Şimal – Qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər Ermənistanın tərkibində olmuşdur. Ancaq Ermənistan və Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt Ermənistana daxil olmamışdır. [71] Mehranilər bu ərazilərdə Girdman qalasını, Mehrəvan şəhərini və çoxlu məbədlər inşa etdirmişlər.

      Artsak və ya Ərsaq — (antik müəlliflərində Orxistena) bu tarixi vilayət sağsahil Albaniyasının ən mühüm vilayətlərindən biri olmuş və hazırda Qarabağın dağlıq hissəsini və Mil düzünün bir hissəsini əhatə etmişdir. Əyalətin əhalisini qarqarlar, utilər, hunlar, xəzərlər və barsillər təşkil edirdi.

      Sünik – (Sisakan) vilayəti Albaniyanın Cənub ucqarında yerləşərək Qərbdə Ermənistan və Şimalda Artsak arasındakı ərazini əhatə etmiş, Göyçə gölünün Cənubunda yerləşmişdir. Mənbələrdə işlnməsinə görə Sünik (Sünük) ifadəsi Sisakandan daha qədimdir. [72] Yevsevi və Prokopi Kesari Süniki albanların qonşusu kimi xatrladır. Adının pərs variantı olan Sisakan ifadəsinə ilk dəfə VI əsrdə Suriylı müəllif Zaxari Ritorun əsərində təsadüf olunur. Həmin müəllifin yazılarında Sasakan Arran (Albaniya) və Qurzan (Gürcüstan) kimi Ermənistandan ayrı ölkə olaraq təqdim edilir. Ümumilikdə isə Sünik ayrı-ayrı dövrlərdə gah Albaniyanın, gah da Atropatenanın tərkibində olmuşdur. X. Xubşman və İ.Markvart isə Süniki ümumiyyətlə alban vilayəti hesab edirlər. [73] [74] [75] [76] bizim eranın I əsrində hakimiyyət başına gələn ilk Albaniya hökmdarını Sünik nəsli ilə bağlayırlar. Həmin mənbələrdə göstərilir ki, Parfiya şahı Valarşak Sisakan nəslindən olan Aranı Albaniyaya başçı təyin etdi. Elə həmin Valarşak eramızın I əsrindən “Sisan” adlanan Qafqaz keçidlərini qorumaq məqsədilə təşkil olunmuş şah ordusuna başçılıq etmək hüququnu Sisakan nəslinə vermişdi. Fəridə Məmmədova göstərir ki, antik dövrdə olduğu kimi, ilkin orta əsrlərdə də Albaniyanın ərazisinin eyni hüdudlarda olduğunu iddia etməyə hər cür əsas var. [77]

      Qafqaz Albaniyası və Ermənistan Krallığının sərhədləri

      VII – VIII əsrlərin sinxron mənbələrinin [76] [78] yazdıqlarına görə eramızın I əsrində Albaniyanın Cənub sərhəddi Araz çayı boyunca keçirdi. Moisey Kalankatlı qeyd edir ki, Albaniyanın hüdudları eramızın VII – VIII əsrinə kimi dəyişməmişdir. [79]

      Məlum olduğu kimi elmdə belə bir mülahizə mövcuddur ki, guya 387-ci ilə qədər Albaniyanın Cənub sərhəddləri Kür çayı boyunca keçirdi, başqa sözlə desək Kürün sağ sahilindəki Artsak, Uti və Paytakaran əyalətləri Ermənistana məxsus olub və yalnız 387-ci ildən sonra Albaniyaya qatılıb. [80] Bu ideya mxitarist M.Çamçyana məxsusdur və o həmin mülahizəni hələ 1787-ci ildə irəli sürmüşdü. [81] Sonralar həmin mülahizəni əsaslandırmaq üçün daha bir neçə cəhd edilmişdir. [82] Bir mülahizəyə görə üç alban vilayətindən (Uti, Artsak, Paytakaran) yalnız Paytakaran e.ə.II əsrdə erməni (ərmən) çarı I Artaşes tərəfindən işğal edilmiş və 388-ci ilə qədər Ermənistanın tərkibində olmuş, yalnız bundan sonra Albaniyaya qaytarılmışdır. Kürün sağ sahilindəki Artsak və Uti vilayətləri isə yalnız 387-ci ildən sonra erməni işğalından azad olunaraq Albaniyaya qaytarılmışdır. Bu mülahizə 1963-cü ildə irəli sürülmüşdür və onun müəllifi S.T.Yeremyan 1951–1952-ci illərdə “Erməni xalqının tarixi” kitabının atlasında [83] bizim eradan əvvəl II əsrdə Kürün həm sağ, həm də sol sahilinin Albaniyaya məxsus olduğunu göstərir. Bu atlasa görə sağ sahildə Sakasena, Otena (Uti), Kaspiana (Paytakaran) və Orxistena (Artsak) Albaniya torpaqları olmuşdur. Atlasda göstərilir ki, e.ə. I əsrdə II Tiqran Kürün bütün sağ sahilini zəbt etmiş və II Tiqranla Pompey arasında e.ə. 66-cı ildə bağlanmış müqviləyə əsasən həmin ərazilər Ermənistanın tərkibində qalmışdır. Digər mülahizəyə görə Artsak və Uti vilayətləri hələ e.ə. I əsrdə II Tiqran tərəfindən işğal olunub Ermənistana qatılmış, 387-ci il müqaviləsinə görə isə Sasanilər və Bizans arasında bölüşdürülərək onların hakimiyyəti altına keçmişdir. Burada Paytakaran haqqında bir kəlmə də danışılmır. Üçüncü mülahizəyə görə (K.V.Trever tərəfindən irəli sürülüb) Artsak, Uti, Paytakaran və Sakaşena vilayətləri e.ə.II əsrdə erməni (Ərmən) çarı I Artaşes tərəfindən zəbt olunmuş və 387-ci ilə qədər Ermənistanın tərkibində qalmış və yalnız 387-ci ldən sonra Albaniyaya qaytarılmışdır. Deməli bu torpaqlar hətta erməni çarları tərəfindən işğal edilmiş olsa belə lap əvvəllər Albaniyaya məxsus olmuşdur. [84]

      Hər üç konsepsiyanın müəllifləri başlıca olaraq Strabonun “Coğafiya”sına, erməni müəllifi Favstos Buzanda və “VII əsr erməni coğrafiyası”na əsaslanmışlar. Fəridə Məmmədova qeyd edir ki, Strabona görə I Artaşes tərəfindən alban torpaqlarından yalnız Paytakaran işğal olunmuşdur. [85]

      …əvvəlcə Ermənistan kiçik idi,lakin o sonralar Artaksi (Artaşes) və Zariadrın müharibələri nəticəsində genişləndirildi. Onlar öz səltənətinin hüdudlarını qonşu xalqlardan qopardıqları torpaqlar – Midiyanın Kaspiana, Favnitida, Basoropeda vilayətləri, İberiyanın Pariadra dağ yamacları, Xorzena, Kürün o biri tərəfində yerləşən Qoqarena vilayətləri hesabına genişləndirdilər…”

      — Strabon, 71, f.14, 5, c.528

      “E.ə. II əsrdə erməni çarı I Artaşes (189–170) bir sıra qonşu vilayətləri, o cümlədən Şəki, Uti və Qarqar adlı alban tayfalarının yaşadığı Kürün sağ sahilini Ermənistana birləşdirdi… Elə o vaxtdan antik müəlliflər Kürü Albaniya ilə Ermənistan arasında sərhədd kimi tanıdılar.”

      — Тревер К. В. Очерки по истории и культуре Кавказской Албании. — М.—Л.. 1959.

      Fəridə Məmmədova isə Strabonun “Coğrafiya” əsərində Albaniya haqqında verilən məlumatları tədqiq etdikdən sonra belə nəticəyə gəlmişdir:

      “Strabonun məlumatlarında heç bir ardıcıllıq yoxdur. O Kaspiananı gah Midiya ilə bağlayır. Onu Midiyadan ayrılmış vilayət hesab edir, gah da Albaniya ilə əlaqələndirib yazır ki, “albanların ölkəsində Kaspiana vilayəti var və həmin vilayət vaxtilə orada yaşamış, indi isə yox olmuş kaspi xalqının adı ilə adlandırılmışdır.”

      — Fəridə Məmmədova – Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, 1993, səh. 83

      Bəzi tədqiqatçılar Uti və Artsak vilayətlərini II Tiqranın işğal sahələri sayırlar. Yunan və Roma mənbələri isə sübut edir ki, II Tiqran alban torpaqlarını işğal etməmişdir. [86] II Tiqran Ermənistanın Şərq və Qərb hissələrini birləşdirib, vaxtilə Ermənistanın olan 70 vahəni parfiyalılardan almışdır. C.Markvarta görə isə həmin vahələr I Artaşesin işğal etdiyi Atropatenanın Şimal – Qərb torpaqları idi. [87] II Tiqran Lukull və Pompey tərəfindən məğlub ediləndən sonra onun dövləti dağıldı. E.ə. 66-cı ildə bağlanmış müqaviləyə görə, II Tiqran vaxtilə ələ keçirdiyi torpaqlardan imtina elədi. Yalnız Şimali Mesopotomiya və Korduena Ermənistanın hakimiyyəti altında qaldı. Əgər Artsak və Utinin vaxtilə II Tiqran tərəfindən işğal olunduğunu fərz edilsə belə, məğlubiyyətdən sonra başqa torpaqlar kimi, həmin yerlər də Ermənistandan ayrılmışdır. Bununla da Arsaq və Utinin II Tiqran tərəfindən zəbt olunması mülahizəsinin əsassızlığ üzə çıxır. [88] [89] Albaniyanın Cənub sərhədlərinin Kür çayından keçməsi barədə ehtimallar başlıca olaraq yunan – Roma [90] [91] [92] [93] və V–VII əsr erməni müəlliflərinin məlumatlarına, doğruluğu müəyyən edilməyən, yalnız kortəbii inama görə etibarlı sayılan mənbələrə, o cümlədən VII–VIII əsr alban tarixçisi Moisey Kalankatlının məlumatlarını təkzib edən erməni tarixçilərinin ənənəvi xronologiyasına əsaslanır. Qeyd etmək lazımdır ki, Strabonun Sakaşenanı Ermənistna aid etməsi [94] onun digər fikirləri ilə, məsələn, Kürün Albaniyanın ortasından axdığını bildirən [95] qeydi ilə ziddiyyət təşkil edir. Çünki, bu hər iki sahilin Albaniya torpağı olduğunu təsdiq etməkdir. Belə ziddiyyətlər isə Strabonda çoxdur. [96] Bu isə onunla əlaqədardır ki, Strabon bir-birinə zidd olan müxtəlif mənbələrdən istifadə etmiş, Albaniyada çox az olduqlarına görə məlumatları kasad olan şəxslərin qeydlərinə qeyri-tənqidi yanaşmışdır. [97] Strabonun mənbələri isə əsasən Feofan Mitilenski, Delli və başqalarıdır. Plininin, [98] Appianın, [91] Dion Kassinin, [99] Plutarxın [100] qeydlərinin müəyyən hissəsinə, yəni Albaniyanın Cənub sərhəddinin Kür çayındam keçməsi barədə məlumatlara gəlidikdə isə, nəzərə almaq lazımdır ki, bu antik müəlliflərin özləri də Qafqazı çox az tanıyan Patrokla və Erotosfenə, eləcə də Qafqaza bu yerləri öyrənmək üçün gəlməyən, sadəcə olaraq Roma imperiyasının yürüçlərinin iştirakçısı kimi Pontiya çarı Mitridatı təqib edə-edə Kür boyuna gəlib çıxmış şəxslərə istinad etmişlər. Özü də bu qeydlər e.ə. I əsrə və yeni eranın II əsrinə aiddir. Haqqında bəhs edilən dövr isə e.ə. II və yeni eranın IV əsrlərini əhatə edir. [101] [102] V.V.Bartold antik ədəbiyyat mənbələrinə qiymət verərək yazır:

      “Bədbəxtlik ondadır ki, yunan orijinalları bizə çox gec, işləndikdən, əl gəzdirildikdən sonra gəlib çatıb; bunlar çox vaxt müqayisə edilən edilən məlumatları heç bir tənqidə məruz qalmayan sadəcə kompilyasiya şəklindədir və buna görə də bu mənbələrə son dərəcə ehtiyyatla yanaşmaq lazımdır.” [103]

      “…Sisakan nəslindən olan İafetin xələflərindən olan bir nəfərə (Arana) Erasx (Araz) çayından Xunan qalasınadək Alban dağları və çölləri miras qalmışdı.”

      — Kalankatlı, I, 4

      Alban müəllifi ilə sinxron olan erməni müəllifi Movses Xorenlı də eramızın I əsri haqqında qeydlərində “Erasx çayından Xnarakert (Xunan qalası) qalasınadək dağlı – dərəli alban torpağına sahib olan Sisakan nəsli…” [105] haqqında məlumat verir. E. ə. III əsrdə Albaniyanın Şimal sərhəddləri Böyük Qafqaza, Samur sıra dağlarının Şimal ətəklərinə qədər, Şimal-Qərbdə İori və Alazan çaylarının yuxarı axarına, Şimal – Şərqdə isə müasir Dərbəndə qədər gedib çatırdı. [106] [107] [108] Ayrı-ayrı vaxtlarda isə bu sərhəddlər Sulak çayına və bir azda uzaqlara çatırdı.

      Siyasi tarixi

      Ehtimal edilir ki, Albaniyanın siyasi konsolidasiya artıq Əhəmənilər imperiyasının son illərində və Makedoniyalı İsgəndərin işğalları dövründə başa çatmış, eramızadan əvvəl IV əsrin sonlarında isə Qafqaz Albaniyası vahid mərkəzləşmiş dövlətə çevrilmişdir.

      Aranilər sülaləsi

      Mənbələr Alban dövlətinin antik dövrdə yerli [109] [110] sülalənin nümayəndələri tərəfindən idarə olunduğu haqqında məlumat verir. Moisey Kalankatlı bu sülaləni Yafətin şəcərəsinə bağlayıraq sülalənin ilk nümayəndəsinin Aran (Arran) adlı hökmdar olduğunu bildirir və Aranı Sisakan (Sünik) nəslinə aid edir. [111] İlk hökmdarının adı ilə bu sülalə tarixi ədəbiyyatda Aranilər (Arranilər) adlandırılır. Lakin bu sülalə haqında məlumatlar çox azdır. Aranın davamçılarının fəaliyyəti haqqında məlumatlar yox səviyyəsindədir. Kalankatlı yalnız onların adını sadalamaqla kifayətlənir. Lakin o bəllidir ki, Aranilər müxtəlif dövrlərdə güclü Parfiya dövlətinin təsiri altına düşmüş və yarımasılı vəziyyətdə ölkəni idarə etmişlər. Parfiya Arşakiləri hakimiyyətləri altında olan Qafqaz ölkələri barəsində siyasətlərində sabit və eyni olmamışlar. Tabeliklərində olan məmləkətlərin Parfiyanın mərkəzi hökumətindən asılılığı ayrı – ayrı dövrlərdə müxtəlif məmləkətlərdə müxtəlif səviyyədə olmuşdur. [112] Aranilər sülaləsinin hakimiyyəti dövründə Albaniyaya erməni krallarının yürüşləri baş vermiş və Albaniyanın üç vilayəti – Artsak, utik və Paytakaran işğal edilmişdir. [113] Lakin bu işğal uzun sürməmiş e.ə. 66-cı ildə II Tiqran Roma ordusu tərəfindən məğlub edildikdən sonra bütün işğal etdiyi əraziləri, o cümlədən Albaniya torpaqlarını tərk etməli olmuşdur. [114] [115] Lakin bu hadisədən bir neçə ay sonra Albaniya ərazisinə Roma imperiyasının ordusu soxulmuşdur. [116] Pompeyin rəhbərlik etdiyi Roma ordusu ilə Aruzun (yunan-roma mənbələrində Oroys) rəhbərlik etdiyi Albaniya ordusu arasında e.ə. 66-cı ildə döyüş olmuşdur. [117] [118] Daha sonra İberiyaya doğru irəliləyən Roma ordusu ikinci dəfə e.ə. 65-ci ildə Alazan çayı sahilində Aruzun qardaşı Sebərin (yunan-roma mənbələrində Kosis) rəhbərlik etdiyi Albaniya ordusu ilə toqquşmuş və böyük itki verərək İberiya ərazisinə keçmişdir. [119] Roma ordusunun Xəzər sahillərinə irəliləməsi haqqında mənbələrdə heç bir məlumat yoxdur. [120] Lakin qobustanda üstündə latın dilində yazı yazılmış XII legiona aid kitabənin tapılması Roma ordusunun xəzər sahillərinə də gəlib çıxdığını syləməyə əsas verir. [121] Bundan başqa Azərbaycanın müxtəlif regionlarında, xüsusilə Qəbələ və Şəki ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan pul dəfinələrindən Roma imperatorlarına məxsus xeyli sikkə əldə edilmişdir. [122] [123] [124]

      Arşakilər sülaləsi

      “Valarşakın əmri ilə İafet nəslinin Sisakan sülaləsindən çıxmış bir nəfər (Aran) onların hamısının başçısı təyin olundu ki, Erasxdan tutmuş, Xnarakertə (Xunan qalası) qədər Albaniyanın bütün dağları və düzləri ona miras qaldı…”

      — Kalankatlı, I, V

      “Cəsur Vaçaqandan Mömin Vaçaqana qədər 10 hökmdar olmuşdur. Mömin Vaçaqanın ölümündən sonra isə bu nəsil (azqn) zəifləməyə başladı və Sasani tayfasının Mehrani nəslindən olan knyazlar İrandan gəlib Albaniyada möhkəmləndilər.”

      — Kalankatlı,III,23

      Kalankatlının təqdim etdiyi siyahıda [130] həmçinin Sanatrukun da adı yoxdur, halbuki, bir çox tədqiqatçılara görə Alban Arşakilərinin əsasını məhz o qoymuşdur. F. C. Məmmədova və Z. M. Bünyadova görə Sanatruk Şimal xalqlarının Ermənistana basqını ilə bağlı olan tarixi şəxsiyyətdir. Mənbələrdə onu Sanesan və Sanatruk adlandırırlar. Sanatrukun adı ilk dəfə Maarifçi Qriqorinin nəvəsi Müqəddəs Qriqorisin adı ilə, onun Albaniyada, İberiyada və Maskutlar ölkəsində missioner fəaliyyəti ilə əlaqədar olaraq çəkilir. İlk Alban Arşaki hökmdarı I Cəsur Vaçaqan Atropatenada, Ermənistanda və Maskutlar ölkəsində taxta çıxmış ilk kiçik Arşakilərlə eyni vaxtda hakimiyyət başına gəlmişlər. [130] Kiçik Arşakilər Parfiya şahı Vanonun oğlu I Valarş (Vologez) tərəfindən taxta çıxarılmışdır. Eramızın I əsrində Alban Arşaki nümayəndəsi I Cəsur Vaçaqana Albaniyanın bütün vilayətlərini birləşdirmək müyəssər olmuşdur. [131] Ehtmal ki, I Vaçaqandan əvvəlki yerli sülalə hökmdarlarının bütün vilayətlərə hökmü çatmamışdır. Mənbələrdə haqqında ən çox bəhs olunan Arşaki Alban hökmdarlarından biri də Urnayrdır. Urnayrın hakimiyyət illəri naməlum qalmışdır. Moisey Kalankatlının yazdığına görə Urnayr Sasani şahı II Şapurun (309–379), Bizans hökmdarı Böyük Konstantinin (337–361), erməni çarları III Trdat (287–330), Tiqran (338–345), Arşak (345–367) və Papın (370–374) müasiri olmuşdur. Onun adı ilk dəfə 313-cü ildə digər alban əyanlar ilə birgə xristianlığı qəbul etməsi ilə bağlı çəkilir. [132] Onun adı ilə bağlı son hadisə 371-ci ildə baş vermiş Dzirav döyüşüdür. Bütün bunları nəzərə alan Fəridə Məmmədova belə hesab edir ki, Urnayr 313–371-ci illərdə hakimiyyətdə olmuşdur. Moisey Kalankatlı onu “Fədakar hökmdar, Ermənistanın mərkəzinə qələbə bayrağı sancmış və böyük müharibələrdə şərəfli ad çıxarmış xadim” kimi xatırlayır. Ancaq burada hansı müharibələrdən bəhs olunması naməlum qalır. Urnayrın daxili siyasəti bütpərəstliklə mübarizə, xristianlığın dövlət dini elan olunması (313–314-cü illər), kilsəyə torpaq verilməsi və s. ilə xarakterizə olunur. Urnayrın dövründə ölkənin paytaxtı və alban katolikosluğunun mərkəzi Qəbələ (Kabalaka) olmuşdur. Urnayrın xarici siyasətinə gəlincə, məlumdur ki, Albaniya Sasani şahı II Şapurun vassalı və müttəfiqi olduğundan Sasani-Bizans müharibələrinə cəlb edilmişdi. 359-cu ildə Amida yaxınlğında və 371-ci ildə Dzirav çölündə Sasani-Bizans/erməni döyüşlərində Urnayr II Şapuru müşayiət etmişdir. [133] [134] Alban Arşakiləri arasında Urnayrdan sonra haqqında məlumat olan ökmdar Asuagendir. Onun hakimiyyəti dövründə köhnə alban əlifbasının islah edilməsi yolu ilə yeni alban yazısı yaradılmışdır. Bu haqqda məlumatlar Moisey Kalankatlıda, eləcə də V – VIII əsr erməni müəllifləri Koryun, Movses Xorenli və başqalarındadır. Asuagen tərəfindən alban uşaqlarının təhsilə cəlb edilməi xüsusi maraq doğurur. O, “vilayət və rayonlarda uşaqlara yazı sənətini öyrətməyi, onları dətələrlə məktəblərə göndərməyi, onların yeməklə təmin olunması üçün vəsait ayırmağı əmr etdi”. Asuagenin dövründə yeni əlifbanın qəbulundan sonradini kitbları, apostolların təlmini və başqa kitabları süryani dilindən və yunancadan alban dilinə tərcümə etməyə başladılar.

      Şamaxı rayonunun Xınıslı yaşayış yerindən arxeoloji qazıntılar zamanı aşkarlanmış Qafqaz Albaniyası dövrünə aid içi mifik təsvirlərlə bəzədilmiş gümüş sini (Azərbaycan Tarix Muzeyi)

      444-cü ildə isə Asuagenin oğlu (Asuagenin arvadı Sasani şahı II Yezdəgerdin bacısı idi) II Vaçe Albaniyada hakimiyyət başına gəldi. Kalankatlı yazır ki, Sasani şahı Perozun əmri ilə II Vaçe Perozabad (Bərdə) şəhərini tikdirdi və həmin şəhər onun hakimiyyəti illərində ölkənin paytaxtına çevrildi. Paytaxtın Qəbələdən Bərdəyə keçməsi daxili siyasətdəki dəyişikliklərlə əlaqədar idi. Köçərilərin tez – tez baş verən yürüşləri ilə əlaqədar olaraq, ölkənin mədəni -siyasi mərkəzi Kür çayının sol sahilindən sağ sahilinə keçirilir. II Vaçenin hakimiyyəti İran əlehinə xalq hərəkatı ilə – 450–451-ci illərdə Cənubi Qafqaz xalqlarının türk mənşəli [135] erməni sərkərdəsi Vardan Mamikonyanın başçılıq etdiyi üsyanı ilə və eləcə də 457–463-cü illərdə II Vaçenin özünün başçılığı ilə Albaniyada baş vermiş üsyanla əlaqədardır. Cənubi Qafqaz xalqlarını Sasanilər əlehinə üsyana sövq edən isə siyasi, iqtisadi və ideoloji zülm idi. II Yezdəgerd xristianlığın kökünü kəmək üçün Cənubi Qafqaza 700 məzdəki kahin göndərmişdi və onların 300 nəfəri Albaniyaya gəlmişdi. [136] Yelişe yazır ki, Sasani dövlətində müvəqqəti olaraq yaranmış sülh 459-cu ildə Albaniya hökmdarının tabeçilikdən qəti imtina etməsi ilə pozuldu. [137] Alban üsyançıları Çola keçidini tutdular, maskut ordusunu şəhərə buraxdılar və Böyük Qafqazın 11 hökmdarı ilə ittifaqa girərək onlarla birgə Sasanilərə qarşı hərbi əməliyyatı iki il uğurla davam etdirdilər. Sasanilərin Vaçe ilə danışıqlara başlamaq cəhdlərinin hamısı boşa çıxdı. Onda Peroz böyük miqdarda pul verməklə Onoqur (F. Cəlilova görə “On Oğuz” [138] ) hunlarını köməyə çağırdı və onlar Alan (Dəryal) keçidi ilə Albaniyaya soxuldular. 462-ci ildə isə albanlara qarşı uzun sürən müharibəyə başladılar. [137] Onoqurlar düz bir il ərzində alban hökmdarı ilə döyüşdülər. Vaçenin ordusu azalıb dağılsa da onu məğlub etmək olmadı. [137] [139] Albaniyada 457-ci ildə başlayan üsyanı yalnız 463-cü ildə yatırmaq mümkün oldu. Sasanilər Albaniyada yenidən o qədər möhkəmləndilər ki, II Vaçe hakimiyyətdən əl çəkdi və Perozdan xahiş elədi ki, atasından qalma mülklərə dəyməsinlər. Beləliklə 463-cü ildə Albaniyada dövlət quruluşu ləğv olundu və ölkəni Sasani canişini – mərzban idarə etməyə başladı. Albaniyada bu rejim 483-cü ilə qədər davam etdi. 487-ci ildə II Vaçenin əmisi oğlu, Alban Arşakilərinin son nümayəndəsi – III Mömin Vaçaqan hakimiyyətə gəldi və albaniyada yerli sülalənin hakimiyyəti bərpa edildi. Moisey Kalankatlı belə məlumat verir: “Vaçedən III Mömin Vaçaqana qədər 30 il ərzində Albaniya hökmdarsız qaldı.” [140] Alban tarixçisinin yazdığına görə “Albaniya əhalisi yenidən vahid səltənətdə birləşib şah övladlarından ən cəsur, müdrik, ucaboy Vaçaqanı seçdilər.” [141] Mömin Vaçaqanın hakimiyyət illəri Albaniyaanın siyasi, dini – mədəni intibah dövrü idi. O hər şeydən öncə ölkə əhalisinin vahid dinə ibadət etməsinə nail olmağa, xristianlığı ümumi dövlət dininə çevirməyə çalışdı. Vaçaqan məktəblər açdırdı, dağılmış kilsələri bərpa etdirdi, yeni kilsə və monastrlar tikdirdi, kilsə rütbələrini bərpa etdirdi. Onun hakimiyyəti dövründə Aquen kilsə məclisi çağırıldı. Albaniyanın müstəqillyini möhkəmləndirməyə çalışan və yad qüvvələrin dini – siyasi təsirlərinə və assimilyasiya siyasətinə qarşı dura biləcək müstəqil kilsənin böyük siyasi rolu olduğunu nəzərə alan III Vaçaqan bu kilsənin sarsılmış dayaqlarını möhkəmləndirməyi və onu iqtisadi baxımdan gücləndirməyi vacib sayırdı. [142] Alban Arşakiləri müstəqil alban siyasəti yürüdür, Albaniya dövlətinə, alban xalqına və onun dininə sədaqətlə xidmət edir, yerli mədəniyyətə qarışaraq albanlaşırdılar. Fəridə Məmmədovaya görə Albaniyanın IV – VI əsr siyasi quruluşunu mərkəzləşdirilmiş feodal dövləti kimi təqdim etmək olar. [143]

      Mehranilər sülaləsi

      Şamdan

      510-cu ildə Alban Arşakilərinin hakimiyyəti sona yetdi və ölkə 510–629-cu illər ərzində Sasani mərzbanları tərəfindən idarə olundu. VI əsrin sonu, VII əsrin əvvəllərində Girdman vilayətinin feodal hakimi olan Mehranilər nəsli gücləndi. Moisey Kalankatlının geneoloji arayışına əsasən başda Mehr olmaqla Sasani Mehranilərinin əsli VI əsrdə saray çevrilişində iştirak etdiyinə görə, Sasani şahı II Xosrov Pərvizin (591–628) qisasından qurtulmaqdan ötrü 30 min ailə ilə birlikdə Xosrovun düşmənləri – xəzərlərə qoşulmaq üçün İrandan qaçmışdılar. Bundan narahat olan Xosrov onu qabaqlayaraq, Mehrə məktub göndərir və bildirir ki, yaşayış yerini seçməkdə Mehranilərə azadlıq verir. Şahın məktubu Mehrə Uti vilayətinin Girdman havarında çatır və Mehr elə burada qalmağı qərara alır. Mehr və törəmələri onlar üçün nəsil ocağına çevrilmiş Girdmanda möhkəmənərək yerli feodalları cismən məhv etmək, habelə qohumluq əlaqələri sayəsində yerli knyazları sıxışdırıb bütün Albaniyaya yiyələndilər. Mehranilər iki əsr ərzində Albaniyanın birinci böyük knyazı – işxanı adını daşımaq hüququnu saxladılar. [144] Moisey Kalankatlının yazdığına görə Mehr Girdman əyalətinin Şimalına yeridi və onun 12 hakimini hüzuruna çağırıb qılıncdan keçirdi və ölkəyə sahib oldu. [145] Mehrin nəvəsi Cəsur Vardan Albaniya hakimlərinin sonuncu 60 nümayəndəsini məhv etmiş və beləliklə, Albaniya tamamilə yeni sülalənin əlinə keçmişdir. Mehranilər iki nəsildən sonra farslıqlarını itirib xristianlığı qəbul etdilər, yerli alban kübarları ilə qohum oldular, alban mdəniyyəti və dinini mənimsədilər, bir sözlə tamamilə albanlaşdılar. V.V.Bartold belə hesab edirdi ki, Mehranilərin simasında Albaniyada “fars mənşəli olsa da, milli alban sülaləsi yenidən bərpa olundu.” [146] Mehranilərin qətiyyətlə albanpərəst siyasət – Albaniyanın müstəqilliyi siyasəti yeritməsi Sasaniləri dərindən peşman etmişdi. Fəridə Məmmədova qeyd edir ki, Mehranilər Albaniyada 603-cü ildə möhkəmlənsələr də aydınlaşdırılmışdır ki, onlar yalnız 630-cu ildə bütün ölkənin tamhüquqlu hakimləri – Albaniyanın birinci böyük knyazları ola bilmişlər. [147]

      Albaniya və qonşu ölkələr (VI əsr — VIII əsrin əvvəlləri) — Təerib edəni: İ.S.Süleymanov

      “Qüdrətli cənab əzəmətli və mərhəmətli yunan hökmdarı Konstant… alban knyazı və asparapeti Cavanşir özünün Şərq ölkəsi ilə təzim edərək səni itaətkarlıqla salamlayır. Ey qəlbi İsa məhəbbəti ilə döyünən hökmdar, icazə ver səndən çox-çox uzaqda olan mənim xalqın sənin yeni təbəəliyini qəbul etsin…”

      — Kalankatlı, II, XX

      “Cavanşir imperator sarayına şah kimi daxil oldu, imperator onu əyanların hamısından daha hörmətlə qarşıladı, imperator onun belinə cəsur babası Heraklın və ulu babası Nikitanın kəmərini bağladı, imperator ona Müqəddəs xaçın bir hissəsini, şah libası və ii bayraq təqdim etdi, imperator onun oğlanlarına patrisi rütbəsi verdi. Ona səma töhfələrinin verildiyini görəndə, erməni əyanlarının və sərkərdə Amazaspın paxıllığı tutdu… İmperator onu erməni azatlarının müşayiəti ilə qul kimi yox, taxt-tac sahibi olan qardaşı kimi yola saldı…”

      — Kalankatlı, II, XX

      “O, İberiya sərhədlərindən hun keçidinə və Araz çayına qədər əsl şah kimi əzəmətlə hökmdarlıq etmişdi.”

      — Kalankatlı, II, XXI

      Lakin bütün uğurlara rəğmən 622-ci ildə Albaniya yenidən xəzərlərin hücumuna məruz qalır. Cavanşir bu dəfə onları məğlub edib ölkədən qova bilir. [157] 664–665-ci illərdə xəzərlər yenidən Albaniyaya hücum etdilər. Onları Kürü keçərək Araza çatdılar alban və iberlərdən çoxlu adam əsir aldılar. Cavanşir xəzərlərlə müqavilə bağladı və xəzər xaqanının qızı ilə evləndi. [158] Xəzərlərin yürüşləri, Kiçik Asiyanın bir sıra vilayətlərinin ərəblər tərəfindən tutulması nəticəsində Bizansın zəifləməsi Cavanşiri Bizansla bağladığı müqaviləni pozmağa məcbur etdi. O saysız-hesabsız Türküstan ordusundan – xəzərlərin köməyindən imtina edərək Cənub hökmdarına – ərəblərə tabe olmağı üstün tutdu. [159]

      Kembric Universitetinin nəşri olan “Qədim Tarix” kitabında verilmiş xəritədə Qafqaz Albaniyası və qonşu dövlətlərin sərhəddləri [160]

      Ərəblərlə yaxınlaşmağı arzulayan Cavanşir iki dəfə Dəməşqə – xəlifə Müaviyyənin hüzuruna getmişdi. Bu görüşlərin birincisi ölkəni ərəb qırğınından xilas etmək üçün 667-ci ild olmuşdu. Bu görüşdə Cavanşir istəyinə nail olmuşdu. Xəlifə ilə ittifaq sayəsində Albaniya üç il müddətinə yadelli basqınlardan xilas oldu. 670-ci ildə Cavanşir yenidən xəlifə Müaviyyənin görüşünə gedir. Bu dəfə xəlifə özü onu dəvət edir. Xəlifənin yanında Cavanşirin nüfuzu o qədər yüksəlir ki, Bizans imperiyası ilə Ərəb Xilafəti arasındakı danışıqlarda Albaniya hökmdarı vasitəçi kimi çıxış edir. Cavanşir danışıqları elə məharətlə aparır ki hər iki tərəf razı qalır. Onu hədiyyələrlə mükafatlandıran xəlifə Süniki də Cavanşirə tabe edir və tələb edir ki, Atropatenanın da idarəsini üstünə götürsün. Ancaq Cavanşir bu təklifi qəbul etmir və xahiş edir ki, onun ölkəsinin üstünə qoyulmuş vergini bir qədər yüngülləşdirsin. Cənublu hökmdar məmnuniyyətlə razılaşır və vergilər üçdə biri qədər azaltmağı əmr edir. Xəlifə ilə görüşdən qayıtdıqdan sonra isə Cavanşir sui-qəsd nəticəsində öldürülür. [161] Bəzi tarixçilər Cavanşrin siyasi qəsd nəticəsində öldürüldüyü qənaətindədirlər. K.V.Trever qeyd edir ki, onun saray çevrilişlərinin, yoxsa sinfi mübarizənin qurbanı olduğu naməlum qalır. [162] Bir sıra tədqiqatçılara görə Cavanşir 669-cu ildə öldürülmüşdür (K.V.Trever). Digərləri onun ölüm tarixini 680-ci ilə aid edirlər (Z.M.Bünyadov). Axırıncı mülahizə isə 683-cü ildir. (Q. X. Svazyan) Fəridə Məmmədova isə 680–681-ci illərin daha inandırıcı olduğunu yazır. [163] Belə ki, Moisey Kalankatlı II kitabın XXXIX fəslində belə bir məkumat verir: “Cənub məmləkətində inadcıl Məhəmmədin hakimiyyətinin hakimiyyətinin 62-ci ilində (miladi 681-ci il) Cavanşirin varisi Varaz Trdat Albaniyanın böyük knyazı olarkən yepiskop İsraili diplomatik danışıqlar aparmaq üçün hunların yanına göndərmişdi.” [164] Buradan belə çıxır ki, Cavanşrin ölümü 681-ci ildə və ya daha əvvəl ola bilərdi. Zadəganlar alban katolikosu Yelizarın iştirakı ilə Cavanşirin qardaşı (Varaz Peroz) oğlu Varaz Trdatı vətənin taxt-tacına sahib olan böyük knyaz vəzifəsinə seçirlər və o Bizans imperatorundan patrisi titulu aldı və ekskonsul rütbəsiylə mükafatlandırıldı. [165] Xəlifə I Yəzid (680–683) I Varaz Trdatı Şərq vilayətlərinin, Albaniya məmləkətinin və Uti vilayətinin canişini kimi tanıdı. [166] Ölkə ərəblərə xərac verməkdə davam edirdi. Albaniyanın daxilindəki müxalifətçi mərkəzdənqaçma qüvvələrini ram edən Varaz Trdat bütün ölkəyə hakim oldu. Onun hakimiyyəti dövründə Albaniyanın ərazisi Cavanşir dövründəki kimi qalırdı. [165] Bu vaxt guya Cavanşirin qisasını almaq məqsədi ilə saysız hesabsız xəzər qoşunları hunların böyük knyazı Alp İltiverin başçılığı ilə Albaniyaya doğru hərəkət etdi. Qəbələ və Uti vilayətlərini viran qoyan Alp İltiver Lpinada məskən saldı. Varaz Trdat Cavanşirin siyasətini davam etdirərək xəzərlərlə danışığa başladı. O katolikos Yelizarı xaqanın yanına göndərib sədaqətini bildirdi. Lakin xaqanla barış çox sürmədi. Bu zaman Varaz Trdat xəzərlərin arası kəsilməyən yürüşlərinin qarşısını almaq üçün yepiskop İsraili Varaçana – Alp İltiverin yanına göndərdi. İsrailə həm də xəzərləri xristian dininə cəlb etmək tapşırılmışdı. İsrailin bu missiyası uğurla nəticəlndi. Alp İltiver başda olmaqla xəzərlərin böyük bir hissəsi xristianlığı qəbul etdi. Alp İltiver Varaz Trdata, Yelizara, eləcə də ermənilərə yazdığı məktubunda bildirirdi ki, yalnız İsrailin bizim yanımızda keşiş kimi qaldığı müddətdə bizimlə sizin aranızda mehribanlıq ola bilər. [167]

      İsmayıllı rayonunda Nüydi yaşayış yerində arxeoloq Fazil Osmanovun arxeoloji qazıntıları zamanı aşkarlanmış Qafqaz Albaniyası dövrünə aid pul dəfinəsi (Azərbaycan Tarix Muzeyi)

      “…yunan imperatoru ilə sözləşmiş alban katolikosu onu öz dualarında yada salır və bizim ölkələrimizi də öz dininə çəkib birləşməyə məcbur edir.”

      — Kalankatlı, III, V

      Qeyd etmək lazımdır ki, ərəblər Qafqaza münasibətdə Sasanilərin münasibətini yürüdür və Cənubi Qafqazı Bizansdan ayırmağa çalışırdı. Onlar bu məqsədlə Cənubi Qafqazda xristianlığın monofizit təriqətinin tərəfini saxlayırdılar ki, bu da xristianlığın diofizit – xalkidonçu təriqətinə etiqad edən Bizansın mənafeyinə zidd idi. Xəlifə Əbd-əl-Malikin ərəb orduları və erməni katolikosu Yelia Albaniyaya gəldilər, burada Nerses Bakuru və Spramanı mühakimə etdilər. Onlar lənətlənərək qətlə yetirildilər. [171] Xəlifə əmr etmişdi ki, alban zadəganlarının adını da xüsusi siyahıya yazsınlar, əgər onlardan biri diofizit təriqətinə ibadət etsə məhv edilməli idi. Bundan sonra alban kilsəsi qismən erməni kilsəsinə tabe edildi. Şeroyə Albaniya hökmdarı vəzifəsində çox qala bilmədi. 704-cü ildə ərəblər onu Suriyaya apardılar. [172] 705-ci ildə II Yustinian Varaz Trdatı azad etdi. Konstantinopoldan Albaniyaya qayıdan Varaz Trdat bir dəfəlik ərəb təbəəliyini qebul etdi. Kalankatlı bu haqqda yazır:“…həmin vaxtdan ölkəmizi ərəblərin ixtiyarına verdi və yalnız onlara vergi ödədi” [173] Həmin vaxtdan etibarən Albaniya həm faktik, həm də hüquqi baxımdan tamamilə ərəb əsarəti altına düşür. Varaz Trdatdan sonra isə Albaniya ərazisini ərəb əmirləri idarə etdilər.

      Albaniyada din

      Paqan dinlər

      Xristianlıq dan əvvəlki dövrlərdə alban tayfalari arasında müxtəlif səma cismlərinə, yunan tanrı və tanrıçalarına həmçinin oda sitayiş olmuşdur. Ölkənin müxtəlif ərazilərində atəşpərəstliklə bağlı məbədlər olmuş, lakin bunların əksəriyyəti sonradan xristian məbədlərinə çevrilmiş, bir qismi isə ərəblərin Azərbaycana yürüşləri zamanı dağıdılmışdır. Həmçinin Albaniyada ay ilahəsi Selenanın şərəfinə Ay ilahəsi məbədinin də tikildiyi məlumdur. [174] Strabonun verdiyi məlumata görə Antik Qafqaz Albaniyasında Zevs, Helios və Selenayla eyniləşdirilən tanrılara ibadət olunub. Belə ki, Strabon Alban panteonunun baş tanrısını Zevslə eyniləşdirir. Bununla əlaqədar Azərbaycanın müxtəlif bölgələriindən tapılan daş kişi heykəlləri diqqəti cəlb edir. Bunların ən səciyyəvi olanları Boyəhmədli, Seysulan, Xınıslı, Dağkolanlı və Çıraqlıdan aşkara çıxarlıb. [175] Qəbir abidələrndən isə daha çox üzəri aypara ornamentləri ilə naxışlanmış əşyalar tapılıb ki, bu da Ay İlahəsi Selenanın işarələridir. İlahəyə sitayiş alban maddi mədəniyyət nümunələrində tez-tez rast gəlinən həyat ağacı ilə də bağlıdır. Strabonun yunan adları ilə adlandırdığı eyni tanrılara sitayiş olunması sübut edir ki, farsların, madayların, ermənilərin və Qafqaz albanlarının oxşar panteonları varmış. Lakin hər bir millət ayrılıqda fərqli tanrılara üstünlük verirdi (məsələn albanalar Selenaya). [176] Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı məzarlardan başı və ətrafları kəsilmiş gil heykəlciklər tapılmışdır. Tədqiqatçıların rəyinə görə, başı və ətrafları olmayan gil heykəlciklər hər hansı hadisə və ya tədbirin uğurla başa çatması ilə əlaqədar keçirilən mərasimdən sonra məhv edilir və qəbirlərdə basdırılırdı. Müqayisəvi ədəbiyyat göstərir ki, buna oxşar adət Orta Asiyada da vardı. Orada dulusçuluq məhsullarını yandırdıqda, onları “bədnəzər”dən qoruyan kukla heykəlciklərlə də belə rəftar edirdilər. Görünür, ecazkar varlıqların surətlərinin rəmzi olan bu sındırılmış heykəlciklər şər qüvvələrin bədnəzərlərini özlərinə cəlb etmək üçün sirli mərasimdən sonra məhv edilirdi.

      Xristianlıq

      Əsası Müqəddəs Yelisey tərəfindən qoyulmuş Qafqazın və Azərbaycanın ən qədim kilsəsi olan Kiş kilsəsi

      Əsas məqalə: Alban Həvari Kilsəsi
      Əsas məqalə: Qafqaz Albaniyasında xristianlıq

      “Lakin, ədalət günəşinin çıxdığı vaxt yetişdikdə, xilasımız, dərkedilməz varlıq – Atamızın şöhrət və mahiyyətinin işığı hamımızın qeydinə qalmaq üçün bizim yanımıza gəlib heç vaxt ayrılmadığı varlığın şöhrətinə sahib olduqda, o, öz müqəddəs və sevimli şagirdlərini [dini] təbliğ etmək üçün dünyanın hər yerinə göndərdi. Şərq sakinlərinin bəxtinə Ermənistana gəlib, Artaz vilayətində Ermənistan hökmdarı Sanatrukun əzabla öldürdüyü həvari Faddey düşdü”.

      — Moisey Kalankatlı, I, VI

      “Onun (Faddeyin) şagirdi Müqəddəs Yelisey (Elişe) Yerusəlimə qayıdaraq, onun əzabları haqqında …digər həvarilərə danışır… Yelisey orada Yerusəlimin ilk patriarxı, [İsanın] qardaşı Müqəddəs Yakov tərəfindən təyinat alır. Yeliseyin payına Şərq düşür”.

      — Moisey Kalankatlı, I, VI

      Burada müəllif “digər həvarilər” dedikdə Müqəddəs Faddeyin, Yeliseyin və başqa həvarilərin fəaliyyətlərinin eyni zaman çərçivəsində, yəni I–II əsrlərdə baş verdiyini göstərmək istəyir. Gördüyümüz kimi, bu mətndə Şərq dedikdə, Albaniya nəzərdə tutulur. Moisey Kalankatlının işlətdiyi “Şərq”, “Şərq ölkəsi”, “Şimal-Şərq” anlayışlarının tədqiqi onların Albaniyanı, Yerusəlimə nisbətlə xristian dünyasının Şərq hüdudlarında yerləşən albanlar ölkəsini bildirdiklərini sübut edir. [180] [181] Xristianlığın Albaniyada təbliğinin ilk siryanipərəst dövründə İncil kəlamları Yaxın və Orta Şərqin bütün ölkələrində olduğu kimi, siryani (arami) dilində yayılırdı. Bu, yalnız həvarilər və onların şagirdlərinin deyil, həm də Suriya missionerlərinin fəaliyyəti ilə bağlı idi. Moisey Kalankatlı öz əsərində siryanipərəst dövr haqqında mühakimə yürütmək imkanı verən məlumatları təqdim etmişdir; Suriya rahiblərinin IV–V yüzillərdə Albaniyadakı fəaliyyəti, xristian abidələri üzərindəki arami yazıları haqqında olan xəbərlər belə məlumatlardandır.

      Qafqaz Albaniyasında xristianlığın yayılmasında böyük rolu olmuş, Şəki yaxınlığında şəhid edilmiş həvari Müqəddəs Yelisey. Terenti Fomin tərəfindən 1645-ci ildə çəkilmiş ikona.

      Xristianlığın “yunanpərəst” II mərhələsi, yuxarıda qeyd etdiyimiz kimi, bütün Cənubi Qafqaz ölkələrində ümumi olsa da, müddəti və xüsusiyyətləri baxımından fərdi cəhətlərə malik idi; bu isə, sözsüz ki, siyasi səbəblərlə izah oluna bilər. Tədqiqatlar göstərir ki, alban, erməni və iber kilsələrinin imperiya kilsəsi ilə münasibətləri “siyasi şəraitlə bağlı işıqlandırılmalıdır; başqa sözlə desək, ölkənin [Şərqi Roma] imperiyasından siyasi asılılıq dərəcəsi kilsənin asılılığı səviyyəsində özünü göstərməlidir”. Məlumdur ki, bu asılılıq Ermənistanda daha çox, İberiyada isə nisbətən az idi; Albaniyanın isə heç bir asılılığı yox idi. Ona görə də ellinpərəst Maarifçi Qriqori və onun nəvəsi Müqəddəs Qriqorisdən sonra alban kilsəsi Yerusəlim kilsəsi ilə münasibətlərini davam etdirirdi. Bütün bunlar elmdə hakim olan fikrin – ilk xristian təbliğatçılarının Albaniyaya Ermənistandan göndərilməsi fikrinin əsassız olduğunu göstərir. Bu, sağsahil Albaniyası vilayətlərində fəaliyyət göstərən xristian təbliğatçılarının Ermənistandan, sol sahil Albaniyasının şimal – qərb vilayətlərinə (yəni İori və Alazan çayları arasındakı vilayətlərə) göndərilənlərin isə İberiyadan gəlmələri fikrinə də aiddir. Məlum olduğu kimi, Sasanilər öz tabeliklərində olan Cənubi Qafqaz xristian xalqlarına sabit münasibət bəsləmirdilər. Xristianlığın Şərqi Roma imperiyasında qələbəsi (IV əsrin əvvəlində) bu münasibəti daha da gərginləşdirdi. Sasani dövləti ərazisində rəsmi kilsə ilə mübarizə aparan müxtəlif xristian təriqətləri müdafiə edilməyə başlanıldı. Moisey Kalankatlının məlumatına görə, alban arşaki hökmdarları Urnayr, II Vaçe, III Vaçaqan müxtəlif bütpərəstlik dinlərinin köklərini kəsmək üçün şiddətli mübarizə aparırdılar. V əsr Aquen məclisində qəbul edilmiş qanunların ikisi xristianlığaqədərki dinlərin qalıqlarının təqib olunmasına həsr edilmişdi.

      Alban çarı Urnayra təsir edərək Xristianlığın Albaniyada dövlət dini elan edilməsinə nail olmuş Müqəddəs Qriqorisin şəhid edildikdən sonra dəfn edildiyi Amaras monastırı

      VIII əsrdən etibarən Azərbaycanın Şimal hissəsi ərəblərin və İslamın təsir dairəsinə düşdü. Lakin Albaniya əhalisinin xeyli hissəsi hakim sülalənin nümayəndələri Mihranilərlə birlikdə dövlət dini elan edilmiş xristianlığa etiqad edirdilər. Qonşu xristian ölkələrində olduğu kimi, burada da yunan diofizi dini etiqadından kənara çıxan müxtəlif bidətçi cərəyanlar fəaliyyət göstərirdi; bu cərəyanların qriqorian təriqətinə düşmən olan üzvləri bu dövrdə amansızlıqla təqib olunurdular. Alban kilsəsinin təqib olunmasında, onun sərbəstlik və müstəqillik hüququnun pozulmasında Erməni Qriqorian Kilsəsi xüsusi rol oynayırdı. Alban kilsəsini öz nüfuzuna tabe etmək istəyən erməni katolikosları məqsədlərinə çatmaq üçün, Sasanilər dövründə olduğu kimi, ərəb hökmranlığı dövründə də Xilafətin hərbi qüvvələrinin köməyinə əl atırdılar. [182] Cənubi Qafqazda özlərinə arxa axtaran Əməvilər ermənilər və albanlar arasındakı təfriqəçilikdən bacarıqla istifadə edərək, alban kilsəsinin erməni kilsəsinə tabe olunması üçün şərait yaratdılar. Erməni katolikosu İlya xəlifə Əbd ül-Malikə aşağıdakı məzmunda bir məktub yazmışdı:

      “Hökmdar Əbd ül-Malik Əmir əl-Mömininə erməni katolikosu İlyadan. Qadir Allahın iradəsi ilə bizim tabe ölkəmiz Sizə qulluq edir. Biz və Alban kilsəsi bir ilahi İsa dininə etiqad edirik. Partav taxtında oturan indiki Alban katolikosu yunan imperatoru ilə sazişə girib öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun və onun himayəsini qəbul etsin. İndi qoy bu Sizə məlum olsun, ta bu barədə qərar qəbul edəsiniz, çünki bu bədəfkarlıqda onun bir əyan qadın həmfikri də vardır. Böyük hökmdar, Siz öz hakimiyyətinizlə əmr buyurun onlar Allaha qarşı işlədikləri günah üstündə müstəhəqq olduqları cəzaya çatsınlar”. [183]

      Onsuz da bölgədə hərbi əməliyyata başlamaq üçün bəhanə axtaran xəlifə isə bu məktubdan sevinərək erməni katolikosuna aşağıdakı məzmunda bir məktubla cavab verir:

      “Ey Allahın xadimi və erməni xalqının katolikosu İlya, sənin səmimi məktubunu oxudum və sənə mərhəmətim olduğuna görə öz sədaqətli bəndəmi çoxlu qoşunla göndərdim. Əmr etdik ki, bizim hökmranlığımıza qarşı qiyam edən albanlarda sizin dininizə uyğun dəyişiklik edilsin. Bizim hökmü bəndəmiz Partavda, sənin hüzurunda icra edəcəkdir: Nersesi və bədəfkarlıqda onun həmfikri olan qadını bir zəncirə bağlayacaq və elə şahanə mühakimə edəcəkdir ki, onlar bütün qiyamçıların yanında rüsvay olsunlar”. [183]

      Hadisələrin daha sonrakı cərəyanını isə alban tarixçisi Moisey Kalankatlı öz əsərində bu cür təsvir edir:

      Böyük erməni patriarxı Albaniya paytaxtı Partava gəlib böyük kilsədə oturdu və əmr etdi ki, Nersesi onun hüzuruna gətirsinlər. Lakin Nerses gizlənmişdi və onu tapa bilmirdilər; onda böyük din xadimi, Alban knyazı Şeroy onun yaxın adamlarını tutub əmr etdi ki, Nersesi gətirsinlər; sonra onu böyük yığıncağın ortasında İlyanın qarşısına gətirdilər. Lakin bu aciz adam cavab verə bilmədiyi üçün padşahın əmri ilə dəhşətli əzab çəkdi, həmin qadınla addım – addım gətirildi və onların sürgün edilməsi qərara alındı. Nerses buna dözə bilmədi, 8 gün heç bir şey yemədi və öldü. O vəsiyyət etdi ki, özünü ayağındakı zəncirlə basdırsınlar. Nerses Şeroya lənət yağdırdı, çünki hakimiyyət üstündə Şeroy və Sprama arasında başlayan çəkişmədə, o [Şeroy], Nerseslə Spramanın məhv olmasına səbəb oldu. Nerses pravoslav məzhəbinin patriarx taxtında 14 il oturdu və 3 il yarım günahkar qaldı (688–704-cü illər). Bütün bunlardan sonra dini yığıncaq həlim adam Simeonu seçdi və onu Albaniyanın katolikosu etdi. O, ölkədə Nersesin hərcmərcliyini dayandırdı və yolunu azmış kilsəyə çoxlu həqiqi etiqad qərarı verdi. O özünün Bərdəkür adlanan yay iqamətgahında əmr etdi ki, Nersesin bidət dolu bütün kitablarını sandıqlara doldurub Trtu [Tərtər] çayına atsınlar. [183]

      Erməni kilsəsi Alban ruhanilərini tutduqları mövqelərdən sıxışdırıb çıxarmış və ölkədə ərəblərin əlləri çatmayan dağlıq yerlərdə yaşayan albanları möhkəm qriqoryanlaşdırmağa başlamışdı. Erməni ruhaniləri Arran kilsəsinin nüfuzunu yerli əhali arasında tədricən heçə çıxarmış və ərəb hakimlərinin əli ilə albanların bütün ədəbi abidələrini dağıdıb Alban mədəniyyətini, heç olmazsa, azacıq xatırlada biləcək hər şeyi məhv etmişlər. Bütün bu işlər, əvvəlcə Xilafətin köməyi ilə, sonralar isə digər istilaçıların icazəsi və köməyi ilə görülmüşdür. [188] Qriqoryan kilsə xadimləri Arran ədəbi abidələrini məhv edərkən, əvvəlcə bu abidələri qrabara çevirirdilər. [189] Arranın dağlıq vilayət və rayonları olan Sünik , Artsak, Xaçın, Şəki, Girdiman əhalisi ilə indiki Gəncə, İsmayıllı, Qəbələ, Oğuz rayonlarının və Azərbaycan Respublikasının bir sıra digər rayonların əhalisi, həmçinin Ermənistan Respublikasında Sisian, Basarkeçər və digər rayonların bəzi kənd yerlərinin əhalisi indi erməni olsa da, bu əhalinin adət və ənənələri, qonşuluqda yaşayan və ata-babaları müxtəlif səbəblər üzündən müsəlman olan Azərbaycan türklərinin adət və ənənələrinin eynidir. Bu rayonların əhalisi məhz onlardır ki, “erməni dini kilsəsinə qoşulmuş və ermənilərlə qarışmışlar” [180] [190] [191] İ.P.Petruşevski göstərir ki, erməni kilsəsi Albaniyada “ölkəni erməniləşdirmək aləti olmuşdur. Onun bu rolu VIII əsrin başlanğıcından etibarən xüsusilə nəzərə çarpır, yəni o zamandan sonrakı erməni monofızit katolikosu Yegi xalkedonçuluq edən Alban katolikosu Nersesi (Bakuru) ərəb xəlifəsinin köməyi ilə devirmişdi və Albaniyada ruhanilər və knyazların bir hissəsinin, Alban kilsəsinin erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini əks etdirən xalkedonçuluq (pravoslav, yunanpərəst, gürcüpərəst) hərəkatı ermənipərəst monofızitlər tərəfındən yatırılmışdır”. [192] Bütün bu çətinliklər və ağır mübarizə şəraitinə rəğmən Alban Həvari Kilsəsi öz varlığını 1836-cı ilə kimi qoruya bilmişdir. Lakin 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqorian kilsəsinin tabeçiliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. Bununla belə, 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Alban Həvari Kilsəsi yenidən qeydiyyata alınaraq fəaliyyətini bərpa etmişdir.

      Dəfn adətləri

      Alban döyüşçüsünə məxsus [193] [194] dəbilqə və xəncər.
      Mədəniyyət

      Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilmiş arxeoloji ekspedisiyalar zamanı alban mədəniyyətinin incəliklərini özündə əks etdirən külli miqdarda maddi-mədəniyyət nümunələri aşkarlanmışdır. [218] [219] [220] Həmin əşyalar müxtəlif – həm qiyamətli, həm də adi materiallardan hazırlanmaqla özünəməxsus xüsusiyyətlərə malikdir. Təşkil edilmiş arxeoloji ekspedisiyalar arasında Mingəçevir, Şamaxı, Qəbələ və Qax ekspedisiyaları öz məhsuldarlığı ilə diqqəti cəlb etmişdir. [221] [222]

      Alban bütləri

      Ağdam rayonu Boyəhmədli kəndində aşkar edilmiş alban daş heykəli [223]

      Alban daş heykəllərin xüsusi mövzu çərçivəsində arxeoloji tədqiqinə 1982-ci ildən başlanılmış və mövzuyla əlaqədar bir sıra əsərlər nəşr edilmişdir. [224] [225] [226] [227] Azərbaycan arxeoloqları tərəfindən Qarabağda daşdan yonulmuş 19 insan heykəli qeydə alınmışdır. [228] Bu abidələr Mollalar, Şəfibəyli, Suma, Güllücə (Ağdam rayonu), Şatırlı (Bərdə rayonu), Canyataq (Ağdərə rayonu), Seysulan (Tərtər rayonu) kəndləri yaxınlığında aşkar edilmişdir. Bu heykəltəraşlıq abidələri qədim zamanlarda Qarabağın dağlıq və düzənlik hissələrinin vahid etno-mədəni məkana daxil olduqlarını təsdiq edir. Mütəxəssislər qeyd edirlər ki, “Alban tarixi” əsərində Artsak bütləri dedikdə Qarabağ daş heykəllərinin bir qrupu nəzərdə tutulmuşdur. Bu tarixi mənbədən məlum olur ki, 487-ci ildən etibarən bütpərəstliyə qarşı mübarizə apararaq xristianlığın mövqeyini möhkəmləndirən Albaniya hökmdarı III Mömin Vaçaqan “öz hakimiyyəti altında olan Artsak vilayətində yaramaz bütlərə qurban kəsib sitayiş etməkdən əl çəkməyi əmr etmişdir”. [229] Alban bütləri Avrasiyanın “daş babalar” şərti adı altında cəmlənmiş daş heykəllər dairəsinə daxildir. [230] Albaniya dövləti və alban mədəniyyətinin mövcud olduğu dövrdə bu tip abidələr Monqolustandan Rumıniyaya kimi çox geniş bir ərazidə qədim skit, sarmat, sak və habelə Türk xaqanlığı qəbilələri arasında yayılmış, ikonoqrafiya və yonulma üslubundakı bəzi fərqlərlə ümumi bir ideya əsasında yaradılmışdır. Şərqi Avropa çöllərindəki qıpçaq daş heykəlləri nəsildən-nəsilə ötürülən bu ideyanın XIII əsrədək Avrasiya məkanında etno-mədəni varisliyi əks etdirdiyini göstərir. Bəzi rus arxeoloqları hətta Qarabağ heykəllərinin bir sıra əlamətlərə görə qədim türk daş heykəllərinə, habelə Mərkəzi Asiyanın erkən dəmir dövrünə aid heykəltəraşlıq abidələrinə oxşadığını qeyd etmişlər. [231] [232] Qarabağ heykəlləri hörüklü saça malik kişi təsvirləridir. Hələ e. ə. XXIII əsrdə indiki Cənubi Azərbaycan ərazisində məskunlaşmış qəbilələrdən olan lullubeylərdə kişilərin uzun hörük saxlaması onların daş üzərindəki təsvirlərindən məlumdur. Tarixi Manna ərazisində, Arcaq-qala abidəsində aşkar edilmiş daş heykəllər də (e. ə. I minilliyin əvvəli) uzun saçlı kişi fiqurlarıdır. Erkən alban dövrünə aid uzun saçlı kişi heykəlləri Şamaxı rayonunun Çıraqlı kəndi yaxınlığında tapılmışdır. [233] Qədim yunan müəllifi Lukianın (II əsr) məlumatına görə, uzun saç saxlamaq skit kişiləri üçün xarakterik idi. [234] “Alban tarixi” əsərində xəzərlər və digər türk qəbilələri onların kişilərinə də xas olan əlamətə görə “hörüklülər xalqı” adlandırılmışlar. [235] Bütün bu məlumatlar Qarabağdan və Azərbaycanın digər yerlərindən tapılmış uzun saçlı kişi heykəllərinin Avrasiya çöllərində yaşamış “köçərilərə” yaxın olan Albaniya və habelə Mannanın yerli qəbilələrinə mənsub olduğunu göstərir. Bu oxşar abidələr Manna, Albaniya qəbilələrinin uzaq keçmişdə Avrasiya “köçəriləri” ilə eyni kökdən intişar taparaq sonralar müstəqil tarixi-mədəni inkişaf yolu keçdiklərini güman etməyə əsas verən amillərdəndir. Bu gün Qarabağ ərazisi ermənilər tərəfindən işğal edildiyindən alban daş heykəllərinin taleyi qaranlıq olaraq qalmaqdadır. . Hələ 1973-cü ildə Qarabağda qeydə alınmış 10 heykəl məlum idi. [236] Bu heykəllərdən 7 ədədi Canyataq kəndi yaxınlığında tapılmışdır. Canyataq heykəllərindən biri vaxtı ilə Bakıya gətirilmiş və hal-hazırda Qız qalası yanında, açıq səma altında saxlanılır. Sonrakı araşdırmalar nəticəsində Ağdam rayonu ərazisindən isə səkkiz ədəd alban daş bütləri aşkarlanmışdır.

      Alban əlifbası

      Alban dilində və alban əlifbası ilə yazılmış Mətndar MS 7117 əlyazmasından bir səhifə
      Əsas məqalə: Alban əlifbası

      “Yazıya malik olan xalqlar budur: yəhudilər, romalılar (bunların yazısından bizanslılar da istifadə edirlər), ispanlar, yunanlar, madaylar, ermənilər və albanlar”.

      — M. Kalankatlı, I, III

      1937-ci ildə filologiya elmləri doktoru, professor İ.V.Abuladze XV əsr əlyazmalarını öyrənərkən 7117 nömrəli əlyazmada alban əlifbasını əldə etmişdir. Sonra Mətndardakı bu əlyazmanın iki başqa surəti üzərində T.İ.Ter-Qriqoryan da tədqiqat aparmışdır. [237] Bunlar XV əsrdə ruhani Mkrtıçın göstərişi ilə monastrın şagirdləri üçün dərslik kimi monax Foma Metsopski tərəfindən tərtib edilmişdir. Əlyazmada ərəb, suriya, erməni, gürcü əlifbaları ilə yanaşı, 52 hərflik alban əlifbası da vardı. 1938 və 1957-ci illərdə ciddi araşdırmalardan sonra akademik A. Q. Şanidzenin alban əlifbası haqqında yazıları çap olunmuşdur. T. M. Məmmədov göstərir ki, bu tapıntı akademik R. Açaryanı da maraqlandırmış, o bu əlifbanın həqiqətən alban əlifbası olması barədə məqalə ilə çıxış etmişdir. Alban yazısının, alban dilində tərcümə əsərlərinin olduğunu tarixi mənbələr də təsdiq edir. [238]

      Alban yazılı şamdan

      Alban yazısının çiçəklənmə dövrü V–VI yüzilliklər sayılır. A. Q. Şenidze yazır: bu dövrdə albanlar Qafqazın siyasi və mədəni həyatında gürcülərlə birgə fəal iştirak edirdilər. Koryun göstərir ki, Maştos Qərbi Ermənistanda olanda onun yanına mənşəcə alban olan iyerey Benyamin gəldi.O Benyamini sorğu-suala tutdu,qarqar dilinin barbar sözlərini tədqiq edərək onlar üçün əlifba yaratdı. [239] Alban əlifbası Ərəb Xəlifəsinin göstərişi ilə Alban Həvari Kilsəsi Erməni Qriqoryan Kilsəsinə tabe edildikdən sonra erməni katolikosu İlyanın göstərişi ilə məhv edilmiş, alban əlifbasıyla yazılmış kitablar qədim erməni dilinə tərcümə edildikdən sonra məhv edilmişdir. [183] [240] [241] Uzun müddət Alban əlifbası itmiş hesab edilirdi, lakin 1937-ci ildə gürcü alimi İliya Abuladze Mətndarda XV əsrə aid MS No. 7117 şifrəli əlyazmada 52 hərfdən ibarət alban əlifbasına rast gəlmiş və onu aşkara çıxarmışdır. Az sonra 1948-ci ildə Mingəçevir qazıntıları zamanı üzərində alban yazısı olan daş tapılmış və bu barədə S. M. Qaziyev məlumat vermişdir. Lakin həm tapılmış əlifbada (Matenadaran 7117), həm Mingəçevir yazılarında qüsurlar olduğu üçün yazıları düzgün oxumaq mümkün olmamışdır. 1956-cı ildə A. Q. Abramyan həmin yazıları oxumaqla məşğul olmuş, bu yazıları cəmi iki kənddə – Qutqaşen rayonunun Nic, Vartaşen rayonunun Vartaşen kəndində yaşayan udinlərin dili əsasında oxumağa çalışmışdır. Udinlər heç vaxt ölkədə bütün Şimali Azərbaycanı əhatə edən vahid dilə və dövlətə malik olmamış, daim türkdilli utilərlə qarışdırılmışdır. Müəllifin oxuduqları inandırıcı deyildir və istədiyi yerə alban əlifbası adlandırılan 52 hərfli əlifbanın istədiyi hərfini qoymuşdur. [242]

      Alban xaç daşları

      Əsas məqalə: Alban xaç daşları

      Azərbaycan Respublikası və Ermənistan Respublikasının müxtəlif bölgələrində toplu və tək halda yayılmış xatirə daşları və stellalar olan alban xaç daşlarının memarlıq-kompozisiya, konstruktiv və dekorativ-plastik həlli onların məna və simvolik özümlülüyündən ayrılmazdır. Qafqaz Albaniyasının erkən və yetkin orta əsr xatirə plastikasında xristianlıqdan əvvəlki müəyyən dünya görüşü və simvolik təsəvvürlər əks olunmuşdur. [243] Alban xaç daşlarnın obrazları bir çox əsrlər ərzində, əvvəlcə dini simvolika stellalarının obrazlarında üzvi şəkildə çarpazlaşmış iki, sonra üç dinin təsiri altında təşəkül etmişdi. Xaç daşlarının bütün özümlülüyü, orijinallığı və erməni xaçkarlarından əsaslı fərqi də bundan irəli gəlir. Alban qəbir, xatirə və sərhəd stellalarının, xaç daşlarının yaranmasında, göstərildiyi kimi, üzərində dünyanın quruluşu haqqında təsəvvürlər və bütpərəstlik simvolikasının təsvirləri qalmış xristianlıqdan əvvəlki stellalar müəyyən rol oynamışdır. Əvvəllər günəş, məhsuldarlıq, həyat ağacı simvolu olan xaç onların yeni xristian dininə aid olduğunu təsdiq edir. [244] Alban xaç daşları plastikliyi, fikir dərinliyi və əsrlər ərzində formalaşmış xalq etiqadı və ənənələri əsasında yaranmış memarlıq, inəsənət və dini simvolikanın üzvi sintezi nəticəsində meydana çıxan memarlıq-bədii məsələlərin həllindəki cəsarətliliyi ilə heyrət doğurur. Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox qabaq qədim türk tayfalarının böyük rolu olmuşdur. O zamankı insanların günəş obrazını yerdə, torpaq üzərində yaradaraq, ağac, daş üzərində yüksəyə qaldıraraq yenidən göylərə qovuşdurmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olmuşdur. Məhz bu səbəbdəndir ki, alban xaçları özünün daha çox klassik ənənələrinə uyğunlaşdırılırdı. Belə ki, alban xaçları xristianlığaqədərki elementlər və dini ayinlərlə birbaşa bağlıdır. Xaç obrazı, alban xaç daşlarında sanki müxtəlif bir-birinə aidiyyatı olmayan dekorativ tərtibatları qovuşdurur. Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlığaqədərki inamların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.

      Qarabağ ərazisindən aşkarlanmış və ermənilər tərəfindən oğurlanaraq Eçmiədzinə aparılmış Xaçvari Artsak xaç daşı

      Mütəxəssislər Cənubi Qafqaz ərazisinə səpələnmiş alban xaç daşlarını əsasən dörd qrupda cəmləşdirirlər ki, onlar da Xaçın, Artsak, Cuğa və Yenivəng xaç daşlarıdır.

      Cuğa xaç daşlarından nümunə
      Culfa Alban məzarlığında yerləşən Cuğa tipli alban xaç daşlarından biri

      Xaçın xaç daşları Xaçın alban knyazlığı dövründən yadigar qalmış xaç daşları əsasən Kəlbəcər rayonu ərazisində tədqiq edilmişdir. Bu tədqiqatı ilk dəfə memarlıq elmləri doktoru D. A. Axundov və fəlsəfə elmləri namizədi M. D. Axundov aparmışdır. Xaçın xaç daşlarının ən maraqlı nümunəsi Xudavəng monastır kompleksində yanaşı olan iki xaç daşıdır. Artsak xaç daşları tarixi Artsak vilayəti ərazisində yerləşən xaç daşlarıdır. Onlardan ən məşhuru və elmi ədəbiyyatda böyük marağa səbəb olanı xaçvari Artsak xaçdaşıdır. Xaçvari şəkilli Artsak xaçdaşı (1633-cü il) olduqca maraqlı və orijinaldır, o Qafqaz Albaniyasının hər yerində qəbul olunmuş kanonlar çərçivəsində həll olunmuşdur [245] (haqqında danışılan xaçdaş hələ SSRİ dövründə Eçmiədzinə aparılmış və bu gün də dünyaya erməni təfəkkürünün bədii nümunəsi kimi təqdim edilməkdədir). Onun forması daş xaç şəkilli olmasına baxmayaraq, stelanın obrazında əsas bədii və simvolik dominantı xaçın ortasındakı üç dairədən ibarət böyük xonça təşkil edir. Orta dairə səkkiz bərabər hissəyə bölünmüş həndəsi hörmə şəklində həll olunmuşdur. Cuğa xaç daşları əsasən Güney Azərbaycanla sərhəddə, Araz çayı sahilindədir. Maraqlı və özümlülü həllə malik Cuğa xaçdaşlarının əksəriyyətində eyni bir təsvir olunur: qarşı-qarşıya durmuş iki qanadlı əjdahanın bədəni buynuz zirehlə örtülmüşdür, onların adətən açıq ağızları yana çevrilmişdir. İki əjdaha arasında qanadlı halə, yaxud da haləyəbənzər saçı olan kişi başı təsvir olunmuşdur. İkonaqrafik əlamətlərinə görə o, İsanın başına oxşayır. D.A.Axundov qeyd edir ki, bu mürəkkəb təsvirdə bir neçə din və etiqadın (zərdüştlük, mitraizm, xristianlıq, islam) birləşməsindən yaranan simvolik qrup alban sənətkarları tərəfindən təsvir edilmişdir. Təsvirlər xristian qəbir daşlarında – xaçdaşlarda yerləşdirilib – bir xaç və ya xaçlar bunu təsdiq edir. Bu təsvirdə İsanı əvvəlki dinlərin qalığı olan əjdahalar mühafizə edirlər. Dişlərini qıcamadan ağızlarını bir qədər açmış əjdaha başlarının İsanın başına tərəf çevrildiyi təsvirlər buna sübutdur. Bu xristian-bütpərəst kompozisiyalar bir xalq içərisində müxtəlif dinlərin mövcud olması nəticəsində yaranmışdır. Cənubi Qafqazda yeganə belə xalq Qafqaz albanları idi. Bununla belə ermənilər Azərbaycan xalqına məxsus olan və onun bədii təfəkkür dünyasını əks etdirən Cuğa xaç daşlarının guya onlara məxsus olmasını və Azərbaycan əsgərləri tərəfindən dağıdılmasını bəyan edirlər. Yenivəng xaç daşları əsasən Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisindəki Yenivəng alban monastırının ərazisində və Azərbaycan Respublikasının qərb rayonlarından aşkarlanmışdır. Yenivəng xaçdaşları da kompozisiya həll baxımından Cuğa xaçdaşlarına oxşayır. Bu daşların əksərində birinci planda tanrı fiquru yerləşir. Yenivəng (ermənilər hazırda bu məbədi Noravəng adı ilə dünyaya qədim erməni məbədi kimi təqdim edirlər) xaçdaşlarının əsas səciyyəvi və fərqləndirici cəhəti xaçın təpəsində və əsasında kişi (güman ki İsa) sifətinin təsviridir. Bu təsvirlərin başı üzərində ay, çox güman ki, mitraist haçalar yerləşir. Xristian simvolikası baxımından ən son və kamil Yenivəng xaç daşları XIII əsrə aiddir. Əksərinin üzərində alban yazıları olan bu xaçdaşları əraziyə ermənilərin köçürülməsindən sonra ya tamamilə məhv edilmiş, ya da alban yazıları sındırılaraq daşların tarixi əhəmiyyəti öldürülmüşdür. Bu xaç daşlarından görünür ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasında səcdə edilən xristian tanrısı və Mitra vahid dini-bədii obrazda birləşən eyni bir tanrının törəmələridir. Qeyd edilməlidir ki, haqqında bəhs etdiyimiz bu alban stelalarının mühüm bədii sənət nümunəsi və tarixi əhəmiyyəti olanları hələ SSRİ dövründə xüsusi canfəşanlıqla Ermənistana daşınmışdı.

      Alban memarlığı

      Alban memarlığınn nümunələri Azərbaycan Respublikası, Ermənistan Respublikası və Dağıstan ərazilərində aşkarlanmış və tədqiq edilmişdir. [246] [247] [248] Alban memarlıq nümunələrinin dövrümüzə çatan ən maraqlı nümunələri müdafiə tipli qala və istehkamlar və dini xarakterli tikililər olan kilsə və monastırlardır. Türk tayfalarının alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu olmuşdur. Ona görə də bir çox tarixçilər alban memarlığından danışarkən “Alban-türk memarlığı” ifadəsini işlədirlər ki, bu da o dövrlə tam qanunauyğunluq təşkil edir. Albaniya ərazisində yaşayan bu tayfaların bir qismi xristianlığı qəbul edərək xristianlaşmış, bir hissəsi isə sonradan İslamı qəbul etmişdi. Alban mədəni irsinə məxsus müdafiə tikililərindən öz möhtəşəmliyi ilə bu gün də seçilən Dərbənd qalası, Cavanşir qalası, Çıraqqala və başqalarını göstərmək mümkündür. [249] Azərbaycanda Qafqaz Albaniyası dövrü abidələrinin əksəriyyəti öz ilkin formasını qoruyaraq dövrümüzə çatmışdır. Bu abidələr içərisində Kəlbəcər rayonunda Xudavəng məbəd kompleksi (XIII əsr), Laçın rayonu Kosalar kəndindəki Ağoğlan məbədi (IX əsr), Xocavənd rayonu Sos kəndindəki Amaras monastrı (IV əsr), Şəki (II əsr) və Ağdərə (IV əsr) rayonlarındakı Müqəddəs Yelisey məbədləri, Kəlbəcər rayonu (keçmiş Ağdərə rayonu ərazisi) Vəng kəndində Gəncəsər məbədi (XIV əsr), Qax rayonunda Ləkit məbədi (V əsr), Qum məbədi (VI əsr), Yeddi kilsə məbədi (IV əsr), Kürmüx məbədi (XII əsr),Qərbi Azərbaycan (Hazırda Ermənistan respublikasının yerləşdiyi ərazi) ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Ağtala məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban məbəd memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir. [250] Alban memarlıq sənəti özünəməxsus mürəkkəb koloriti, texnikası, təkrarolunmaz gözəlliyi və üslubu ilə həmişə maraq doğurmuş və seçilmişdir. Həmişə diqqət çəkən yenilik öz məzmununa görə maraq doğurduğundan digər Qafqaz xalqları da qədim alban mdəniyyətindən faydalanaraq özlərinin memarlıq və mədəniyyətləini inkişaf etdirmişlər. Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Alban xristianlığının ilk dövrü üçün xarakterik olan kilsə tikililəri idi. Bu kilsələr uzunsov ibadət zalı olan birnefli məbədlərdən ibarət olmuşdur. Bu növ məbədlərin üstü ikiqatlı sadə daşla örtülürdü. Albaniyada xristianlığın memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq da yayılmışdı və bu üslub yalnız albanlara aiddir. Bunun da öz səbəbi var. Belə ki, Albaniyada dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə bu məbədlər günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir. Albaniyada xristian memarlığının ən kütləvi forması isə sovmələrdir. Sovmələr karvan yolları kənarında kiçik ibadətgah rolunu oynasalar da, onlar əslində memorial tikililərdir. Albanlarda həm mehrablı, həm də mehrabsız sovmələrə rast gəlinir. Sovmələrin divarı bir qayda olaraq zərif naxışlara malik nişan daşları ilə bəzədilirdi. Alban dövrünün ən mürəkkəb tikililəri isə bazillikalar və monastırlar hesab olunur. Bir çox tədqiqatçılar hesab edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki alban dövrü memarlıq abidələrinin divarları üzərindəki elementlər yalnız bu dövr abidələrinin özünəməxsus xüsusiyyətləri kimi dəyərləndirilir.

      İqtisadi həyat

      Pul tədavülü

      Üzərində kleoparenın təsviri olan gümüş tetradraxma (Azərbaycan Tarix Muzeyi)

      • AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda saxlanılan Qafqaz Albaniyasında tədavüldə olmuş pullar

      Gümüş tetradraxma (təqlidi)
      Makedoniyalı İskəndərin təsviri olan gümüş tetradraxma (təqlidi)
      Gümüş tetradraxma (təqlidi)
      Gümüş tetradraxma (təqlidi)
      Albaniyada kəsilmiş gümüş tetradraxma
      Albaniya tetradraxma
      Üzərində IV Fraatın təsviri olan Arşakilər dövrünə aid gümüş tetradraxma
      Arşakilər dövrünə aid gümüş tetradraxma
      Gümüş tetradraxma (təqlidi)
      III Makedoniyalı İskəndərin təsviri olan mis draxma
      Üzərində Antoninin təsviri olan gümüş tetradraxma
      Sasanilərdən I Xosrovun gümüş draxması
      Sasanilərdən I Xosrovun gümüş draxması (arxa tərəf)
      Sasanilərdən IV Hörmüzün gümüş draxması
      Sasanilərdən IV Hörmüzün gümüş draxması (arxa tərəf)

      Sosial münasibətlər

      Antik müəlliflərə əsasən, Qafqaz Albaniyasının öz basilevsləri (çarları) vardı. Pompeyin yürüşləri zamanından tanınan Oroysun və otuz il sonra sərkərdə Kanidi Krass ilə çarpışan Zoberin adları bizə gəlib çatmışdır. Bəzi antik yazıçılar Albaniyada bir basilevs olduğunu deyirlər. Məsələn, Strabon bildirir ki, hazırda Albaniyada bir basilevs hamının üzərində hökmranlıq edir. Eyni fikri İosif Flavi, Dion Kassi və Appian da söyləyirlər. Plini, Avqustun Aikira kitabəsi, Fest, Evtropi və başqaları Albaniyada çarın təkhakimiyyətliyindən bəhs edirlər. Digər müəlliflər Albaniyada bir neçə basilevsin hökmranlıq etdiyini göstərirlər. Məsələn, Plutarx Kaspi sahillərində bir neçə alban basilevsi olduğu haqqında məlumat verir. Tasit də albanlarda rekslər (çarlar) olduğunu söyləyir. [261]

      Antik müəlliflər qədim Albaniyanın kübar cəmiyyətinin nümayəndələrini yunan və latın mənşəli terminlərlə adlandırırlar. Bunların hər birinin öz alban prototipinə nə dərəcədə uyğun gəldiyini söyləmək çətindir; ictimai institutlar müxtəlif olduğundan adətən terminlər mənaca üst-üstə düşmür. Latın variantında basilevs və reks həm varlı, həm də sadəcə adlı-sanlı adam deməkdir. Basilevs və reks (yəni hökmdar, hakim) həm çara, həm də çarlığa dəxli olmayan nüfuzlu şəxsə aid edilə bilərdi. [153]

      Albaniyada basilevslərdən əlavə, hegemonlar və prefektlər də qeyd edilir. Appian bildirir ki, Pompeyin təntənəli qələbə arabasının önündə iki alban hegemonunu aparırdılar. [153]

      Hegemon başlıca olaraq başçı, rəhbər, habelə sərkərdə, canişin deməkdir. Ayrı-ayrı hallarda şəhərin ərzaq təminatı rəisi, donanma komandanı, canişin, müttəfiqlərin süvari dəstəsinin komandanı prefekt adlandırıla bilərdi.

      Eliana görə, hiyerevslər və “kaspilərin ən varlıları və ən adlı-sanlıları” dəvə yunundan paltar geyirdilər. [262] Məlumatda cəmiyyətin yuxarı təbəqəsi nümayəndələri haqqında yaxşı təsəvvür yaradılır, varlılardan və hakimiyyət başında duranlardan danışılır. Söhbət rəhbərlərdən və ya sərkərdələrdən gedir, hərçənd burada, ola bilsin, ümumiyyətlə başçı və ya canişin deyil, bəlkə də var-dövlət sahibi, adlı-sanlı adam nəzərdə tutulur. [263]

      Möhür-qızıl üzük, İsmayıllı

      Strabon piyada qoşundan və süvarilərdən bəhs edir. Albanlarda “nizəatanlar və oxatanlar vardır; geyimləri zirehli, qalxanları [uzun, dördküncdür], başlarına heyvan [dərisindən] hazırlanmış papaq qoyurlar…” Bütün əlamətlərdən görünür ki, qoşunun tərkibində Albaniyanın sosial təbəqələri müəyyən dərəcədə öz əksini tapırdı. Piyada qoşun nisbətən ikinci dərəcəli əhəmiyyətə malik idi və əhalinin daha yoxsul təbəqələrini təmsil edirdi, süvarilər isə daha təminatlı ailələrdən toplanırdı. [261]

      Strabon məlumat verir ki, Selena ilahəsinə həsr edilmiş Alban məbədində “kahin vəzifəsini basilevsdən sonra ən böyük hörmət sahibi olan, geniş müqəddəs məbəd torpağının və hiyerodulların (müqəddəs qullar) başında duran xadim icra edir”. [264] Burada basilevsdən sonra ən böyük hörmət sahibi olan xadim – teokratik aparatın nümayəndəsi əks olunmuşdur. İbadətgahın və məbədyanı ərazinin əhalisinə gəlincə Selena ilahəsinə həsr edilmiş alban hiyeronunda baş kahin yalnız öz ibadətgahında deyil, həm də əhalisi çox olan geniş məbədyanı ərazidə hökmran idi. Strabon yaxşı məskunlaşmış hiyera xoranı və hiyerodulları ayrılıqda xatırladır. [265] Başqa bir yerdə qeyd edilir ki, albanlarda ilahəyə insan qurbanları verilir və “qurban verilən yıxılarkən vəziyyətinə görə fal açılır və bütün icmaya elan olunur”. [266] Antik müəllif müqəddəs torpağın icmaçıları ilə hiyerodullar arasında fərq qoyur. Bununla əlaqədar olaraq Albaniyadan kənarda yerləşən ibadətgahın oxşar əhalisi ilə tanış olmaq maraqlıdır. Kappadokiya Komanasının Enio və ya Ma (yerli adı) ibadətgahı barəsində Strabon məlumat verir ki, “orada əhalinin əksəriyyəti teoforetlərdən və hiyerodullardan ibarətdir”. [267] Kiçik Asiya ibadətgahının teoforetlərini, görünür, qədim Qafqaz Albaniyasının məbədyanı ərazisinin zəhmətkeş əhalisi ilə eyniləşdirmək lazımdır. Hiyerodullar və teoforetlər məbəd ərazisinə bağlı əkinçilik icmasının üzvləri olan məbədyanı ərazinin kəndli əhalisi idilər. Beləliklə, ibadətgahda və hiyera xorada iki kateqoriya əhali qeyd edilir: məbəd icmasının üzvləri və hiyerodullar. Birinci kateqoriyaya başlıca olaraq əkinçiliklə məşğul olan əhali aid idi. [263]

      Hiyera xora əhalisinin digər kateqoriyasına hiyerodullar aid idilər. Kiçik Asiya məbədlərinin hiyerodulları haqqında xeyli məlumat qalmışdır. Məsələn, Strabon qeyd edir ki, Farnakiyada şəhər “çoxlu hiyerodulları və hiyera xorası olan Ameriya qəsəbəsinə” malik idi. Antik müəllif əlavə edir ki, burada da “albanlarda və Frikiyada olduğu kimi, Selena məbədi” vardır. Bu məlumatdan görünür ki, hələ qədim vaxtlarda Kiçik Asiya və Albaniyanın məbədlərini eyniləşdirmə cəhdi var idi. Hiyerodullar başqa ibadətgahlarda da vardı. Məbəd hiyerodullarının geniş yayılması yaxşı məlumdur. Strabon Zelada, Kappadokiya Komanasında, Morimenadakı Zevs məbədində və Pont Komanasında hiyerodullar olmasını xatırladır. Hər iki Komanada altı mindən çox hiyerodul vardı. Morimenadakı Zevs məbədində hiyerodulların sayı isə, üç minə yaxın idi. [261]

      Albaniya hiyerodulları vahid kütlə deyildi və cəmiyyətin məhsuldar qüvvələrinə təsir göstərə bilməzdilər. Onlar köləlik institutu ilə bağlı sosial kateqoriya deyil, ilahiyyat qulları, yəni ibadətgahın qulluqçuları idilər, buraya sıravi kahinlər də daxil idilər.

      Qədim Qafqaz Albaniyasının məbəd icmalarının torpaq sahibliyi haqqında məlumat azdır. Strabona görə, Selena məbədinin Alban hiyerevsinə əhalisi çox olan geniş müqəddəs torpaq tabe idi, yəni Alban məbədlərinin ixtiyarında yunandilli müəlliflər tərəfindən “hiyera xora” adlandırılan xüsusi məbədyanı ərazilər vardı. Materialın azlığı üzündən məbəd torpaqlarının istismar edilməsi haqqında biliyimiz çox səthidir. Bu barədə yalnız qonşu hiyera xoralar haqqında Strabonun məlumatı vardır. Güman etmək olar ki, ölkədə məbədyanı torpaqlar Selena, Helios və ya Zevs allahlarına məxsus hesab edilsə də, əslində baş kahinin – hiyerevsin, ola bilsin, məbəd iyerarxiyasının ən nüfuzlu üzvlərinin ixtiyarında idi. [261]

      Alban ordusu

      Alban döyüşçüsünə məxsus dəbilqə (Azərbaycan Tarix Muzeyi)

      Strabon yazırdı ki, albanlar“…həm piyada, həm at belində, həm yüngül silahlanmış (zirehsiz), həm də zirehlənmiş halda vuruşurdular”.

      Strabonun məlumatında albanların qoşun növlərindən danışılır: görünür, albanlar bu cəhətdən qonşularından heç də fərqlənmirdilər, ya da çox cüzi fərqlənirdilər. Beləliklə, qədim coğrafiyaşünasın dediyinə görə, alban qoşunu piyadalara və süvarilərə bölünürdü.

      Strabonu belə də başa düşmək olar: albanlar at qoşulmuş döyüş arabasında vuruşurdular, çünki “hippos” həm at, həm də döyüş arabası deməkdir, yəni albanlar həm piyada qoşunundan, həm də süvarilərdən istifadə edirdi, həm yüngül silahlanmış döyüşçülər – psiletlər, həm də zirehli döyüşçülər – katafraktlar vardı. Zirehli atlar qədim xalqların hərb sənətində xüsusi yer tutur. Strabon yazır ki, “belə süvari qoşun həvəskarı yalnız midiyalılar və ermənilər deyil, həm də albanlardır, çünki müharibədə zirehli atlardan istifadə edirlər”. Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı; albanlar iberlər kimi başlarına heyvan dərisindən hazırlanmış papaqlar qoyurdular. Plutarx romalılar ilə albanların toqquşmasını təsvir edərək bildirir ki, Albaniya basilevsinin qardaşı Kozis Pompeyə “nizə ilə zərbə” endirmişdi. [268]

      Akontistlər – nizəçilər və toksotlar – oxatanlar vardısa, deməli, nizələr və oxlar da olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər mədəniyyətinin daşıyıcılarına məxsusdur. Mingəçevir küp qəbirlərindən çıxarılmış nizə ucluqları məlumdur. Bunlar dəmirdəndir, oymaqlıdır, uzunsov üçbucaq formasındadır, bəzilərində tiyə boyunca qabarıq damar uzanır, ucluqların uzunluğu 11 santimetrdən 40 santimetrə qədərdir. Silahın hazır olması üçün həmin ucluğa ağac sap keçirmək kifayətdir. Albaniya nizəçi döyüşçüləri məhz bu cür nizələrdən istifadə edirdilər. Ölçülərini müəyyən etmək üçün başqa xalqların nizələri ilə tutuşdurmaq əsasında güman etmək olar ki, Albaniya döyüşçülərinin nizələri iki metr məsafəyə və daha uzağa çata bilərdi. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII–VI əsrlər) üçün səciyyəvi olan oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla yanaşı küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli hazırlanmış tunc ox ucluğu tapılmışdır. Mingəçevirdə e.ə. III–I əsrlər təbəqəsində bişmiş gildən olan ox ucluqları aşkar edilmişdir. Yaloylutəpə tipli torpaq qəbirlərin birində (Çuxur Qəbələ yaxınlığında) çoxlu miqdarda saplaqlı üçpərli ox ucluqları üzə çıxarılmışdır. [200]

      Görünür, Albaniya ərazisində də saplaqlı üçpərli ox ucluqları e.ə. I əsrin başlanğıcında Orta Asiya və Parfiya vasitəsilə yayılmışdır. Ucluqların bir qismi buraya sarmat tayfaları ilə gəlib çıxa bilərdi. Güman etmək olar ki, qədim albanlar qarğı oxlar da işlədirdilər. Parfiya tayfalarında skif yayı (kamanı) əsas yer tutur, sikkələrdə, ritonlarda və başqa əşyalarda təsvir olunurdu. [252] Bu kaman uzunluğu 60–70 santimetrdən çox olmayan oxlar üçün idi. Eraların ayrıcında skif kamanı ilə yanaşı daha mürəkkəb hun kamanı tətbiq edilirdi, onun uzunluğu 120 santimetrdən 160 santimetrə qədərdi, üzərində qoyma sümüklər vardı. Daha yüngül və daha ağır ucluqların olması antik Albaniyada yüngül və ağır kamanların mövcudluğunu güman etməyə imkan verir. Bunlarla həm süvarilər, həm də piyada qoşun silahlanmışdı. [268]

      Qazıntılar antik müəlliflərin məlumatlarını təsdiq edir, həm də hücum silahına və hərbi əməliyyatla bağlı əşyalara işıq salan bir çox yeni faktlar verir. Bu sıraya Mingəçevirdən, Şamaxıdan, İsmayıllıdan, Çuxuryurddan və başqa yerlərdən tapılan dəmir qılınclar aiddir. Qılıncların tiyələri ensiz və uzun, ucları sivridir. Bəzisində ağac və ya sümük bəzəyi izləri vardır. Üzünə dəri çəkilmiş qınlar da qalmışdır. Qılıncların bir qisminin halqavari başcığı vardır. Gəncəçayın sahilində çiy kərpic qəbirdən 0,61 metr uzunluğunda qılınc aşkar edilmişdir. Görünür, bu qılınc dəri qında saxlanılırmış və yuxarı hissədə, qəbzənin yaxınlığında qına oval şəklində olan iki dəmir halqa keçirilibmiş. Qəbzə üç dəmir mıxla mıxlanmış və tunc halqa ilə bərkidilmişdir. Qılıncın halqavari başcığı vardır. Bu cür başçıqları olan qılınclar Qara dənizin şimal sahillərindən Çinə qədər çox böyük bir ərazidə yayılmışdı. Qədim Qafqaz Albaniyasına bu qılıncları, görünür, Avrasiya çöllərində köçəri həyat sürən tayfalar gətirmişdir. [268]

      Arxeoloji qazıntılar nəticəsində Azərbaycan ərazisində, yəni Mingəçevirdə, Çirçir gölündə (Ağdaş rayonunun Pirəzə kəndi), Xınıslıda (Şamaxı), Gəncəçayın sahilində və başqa yerlərdə çoxlu xəncər aşkar edilmişdir. Xəncərlərin böyük bir qismi görkəmini itirmişdir. Xəncərlərin uzunluğu təqribən 25 santimetrdən 30 santimetrə qədərdir. Məsələn, Xınıslıdan tapılmış xəncərin uzunluğu 28 santimetrə, Mingəçevirdən tapılmış xəncərlər isə 12 santimetrdən 26 santimetrə qədərdir. Albanlar bu hücum silahları ilə yanaşı, bıçaqlardan da istifadə edirdilər. Bıçaqlar Mingəçevirdə, Xınıslıda və başqa yerlərdə aşkar olunmuşdur. Arxeoloji materiallar içərisində uzunluğu 1–2,5 metrə çatan dəmir döyüş yabalarına rast gəlinir. Belə hesab edilir ki, onlardan həm müdafiə, həm də əlbəyaxa hücum döyüşlərində istifadə olunurmuş. [268]

      Öyrənilən dövrün əsas müdafiə silahlarından biri də zireh idi. Strabonun qeyd etdiyinə görə, qədim Qafqaz Albaniyasının döyüşçülərində zireh – toraks da olmuşdur. Qazıntılar zamanı hələlik tam salamat qalan zireh tapılmamışdır, bu qoruyucu geyimin ancaq ayrı-ayrı qalıqlarına rast gəlinir. Məsələn, qəbirlərin birində üç mindən artıq daş muncuq aşkar edilmişdir. Güman olunduğuna görə, muncuq dənələri zireh rolunu oynayan dəri geyimə tikilirmiş. Eyni sözlər böyük miqdarda aşkar edilmiş tunc düymələrə də aiddir. Qəbirlərin birindən döyüşçünün qoruyucu metal geyiminin, o cümlədən dəmir zirehin hissələri tapılmışdır. Tapıntılarla əlaqədar olaraq, “heyvan dərisi geymiş” alban döyüşçüləri haqqında Plutarxın verdiyi məlumat yada düşür. Strabon qeyd edir ki, aşılanmamış öküz dərisindən zireh başqa xalqlarda da olmuşdur. Digər qoruyucu silah geniş yayılmış qalxan idi. Strabon alban qalxanları haqqında da aydın məlumat verir. Bu, qallarda və romalılarda skutum adlanan uzun dördkünc (“qapışəkilli”) qalxandır. Qazıntılardan birində dəmir qalxana bənzər kiçik bir şey tapılmışdır. Qeyd etmək maraqlıdır ki, Plutarx Pompey ilə alban basilevsinin qardaşı Kasis arasındakı çarpışmanı təsvir edərkən göstərir ki, “döyüşdən sonra romalılar öldürülmüş barbarların üst-başlarını axtarıb qarətə başlayanda amazonka peltaları tapılmışdı”. Qədim heykəltəraşlar peltanı amazonkaların kiçik müdafiə silahı kimi aypara şəklində təsvir edirdilər. Bütün bu deyilənlər təsdiq edir ki, qədim müəlliflərə görə, alban döyüşçülərində iki növ müdafiə silahı olmuşdur: Roma skutumunu xatırladan böyük qalxan və formaca peltaya yaxınlaşan kiçik qalxan. [269]

      Bizə alban döyüşçülərinin baş örtüyü haqqında gəlib çatan məlumat da diqqəti cəlb edir. Görünür, albanlar başlarına bütün Qafqazda yayılmış papaq qoyurdular. Strabon albanların baş örtüyünü heyvan dərisi ilə əlaqələndirir və alban döyüşçülərinin digər qoruyucu baş örtükləri haqqında heç bir məlumat vermir. [268]

      Yaxşı qalmış tunc dəbilqə tapılmışdır, dəbilqənin yuxarı hissəsi enlənən içiboş borucuqla qurtarır, bu borucuq, ehtimal ki, lələklər, at qılı və digər fərqlənmə nişanları taxmaq üçündür. Öyrənilən dövrdə bir çox xalqlarda dəbilqələr vardı. Lakin dəbilqə antik Albaniyanın sıravi döyüşçüləri üçün səciyyəvi deyildi.

      Qoşunların miqdarı haqqında antik müəlliflərin verdiyi konkret məlumat hərbi işin öyrənilməsi məsələsində müəyyən yer tutur. Strabonun dediyinə görə albanlar “[döyüş üçün] iberlərə nisbətən daha çox qoşun düzürlər. Onlar altmış min piyada qoşun və iyirmi iki min süvari silahlandırırlar – Pompeylə döyüşə (albanlar) belə bir (qoşunla) getmişlər”. Plutarx bildirir ki, Kürü keçib romalılar üzərinə həmlələr edilən zaman albanlar qırx min nəfərdən az olmamışlar. Daha sonra Plutarx romalıları qarşılayan albanların sayı haqqında bir qədər başqa məlumat verir. Qədim müəllif bildirir ki, Pompeyi “döyüşə hazır vəziyyətdə, lakin pis silahlanmış və başlıca olaraq, heyvan dərisində 60000 piyada və 12000 süvari” qarşılamışdır. Birinci halda Plutarx piyadanı süvaridən fərqləndirmir, alban qoşununun ümumi miqdarını verir: döyüşçülər 40000 nəfər idi. İkinci halda Plutarxın məlumatı Strabonun məlumatını xatırladır, lakin alban süvarilərinin sayı cəhətdən ondan fərqlənir. [268]

      Deyilənlərdən görünür ki, alban süvarilərinin sayı Strabonda 22 min, Plutarxda isə 12 mindir. Appiana əsasən, albanların basilevsi Oroys və iberlərin basilevsi Artok yeddi miriad döyüşçü ilə Kür çayının yaxınlığında Pompeyi güdürdü. Appian belə müəyyən edir ki, alban və iber qoşunu 70 min döyüşçüdən ibarət idi. Əgər iber qoşununun alban qoşunundan az olması haqqında Strabonun məlumatı əsas götürülsə, deməli, albanların payına təqribən 40 min döyüşçü düşür, bu isə alban qoşununun miqdarı haqqında Plutarxın birinci məlumatı ilə düz gəlir. Beləliklə, görünür ki, alban qoşunu Strabona görə 82 min (60 min piyada və 22 min süvari), Plutarxa görə bir halda 72 min (60 min piyada və yalnız 12 min süvari), başqa bir halda 40 min, Apiana görə təqribən 40 min döyüşçüdən ibarət idi. Eramızdan əvvəl 64-cü ildə alban qoşunlarının romalılarla ilk toqquşması Plutarx və Dion Kassi tərəfindən təsvir edilmişdi. Bu toqquşma eramızın 35-ci ilində parfiyalılara qarşı yönəldilmiş hərbi əməliyyatla əlaqədar Korneli Tasit tərəfindən də xatırladılır. [268]

      Sənətkarlıq

      Metalişləmə

      Mis maral fiquru

      Ayrı-ayrı yerlərdə indiyədək qalmaqda olan metal, daş və ağac əmək alətləri Albaniyanın iqtisadiyyatını öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir. Bunlar dəmir oraqlar, çapacaqlar, bıçaqlar, qayçılar, bizlər, iynələr, dən daşları, kirkirə daşları, sürtgəclər, bülöv daşlardan ibarətdir. [270]

      Xınıslı, Nüydü, Qırlartəpə, Yaloylutəpə, Qaraköbər, Torpaqqala və Albaniyanın digər məskənlərində forması və ölçüsü müxtəlif olan əl dəyirmanları, o cümlədən qayıq şəklində çox iri dən daşları aşkar edilmişdir. [271] Eramızın I–II əsrlərindən başlayaraq işlədilən kirkirə daşlarının tapılması dən üyüdülməsinin yeni, mütərəqqi üsullarının tətbiqi ilə bağlıdır. [272] O dövrdə xeyli miqdarda dişli oraqların olması əkinçilik sahəsində, xüsusən biçin prosesində əmələ gələn tərəqqini arxeoloji cəhətdən təsdiq edir. Arxeoloji tədqiqatlar zamanı aşkar edilən bitki qalıqları Albaniyada əkinçiliyin inkişafı və istehsal olunan məhsulların çeşidi haqqında mühakimə yürütməyə imkan verir. [14]

      Dulusçuluq məmulatı Qafqaz Albaniyası iqtisadiyyatının və mədəniyyətinin daha da inkişaf etdiyini göstərir. Eramızdan əvvəl I minilliyin ikinci yarısında Yaloylutəpə keramikasının yeni səciyyəvi formaları – qonşu ölkələrin keramikasından fərqlənən süddanlar, birayaqlı və üçayaqlı vazalar meydana gəlir. Yaloylutəpə keramikası Şirvan, Şəki, Zaqatala bölgəsi, Gəncə-Qazax, Mil-Qarabağ düzü, Alazan və Kür hövzəsi, habelə Dağıstan ərazisində olan abidələrdən məlumdur. Yuxarıda qeyd edilmiş rayonlar üçün səciyyəvi olan keramika kompleksinin yeknəsəqliyi vahid, səciyyəvi iqtisadiyyata, mədəniyyətə və əraziyə malik əhalinin etnik yekcinsliyinə sübutdur. [273]

      Albaniya ərazisində xeyli miqdarda dəmirçilik məmulatı üzə çıxarılmışdır; onların böyük bir qismi yerli ustaların məhsuludur, bununla birlikdə gətirilmə əşyalara, başlıca olaraq zərif qab-qacağa və bəzək şeylərinə də təsadüf edilir. Albaniyanın yerli xammala əsaslanan metallurgiyası və metalişləmə sənəti yüksək kamillik səviyyəsinə qalxmışdı. [274]

      Alban cəmiyyətinin əyanlar təbəqəsinin məişətində geniş istifadə olunan gümüş və mis qab-qacaq cəmiyyətin sosial cəhətdən yekcins olmadığını da aydın bildirir.

      Mingəçevirdə tapılmış gümüş sancaq

      Metal qablarla yanaşı, şüşə məmulatı da geniş yayılmışdı. Albaniyada şüşə qab istehsalının eramızın II–III əsrlərindən meydana gəldiyi ehtimal edilir. Əvvəlki dövrdə isə bunlar bir qayda olaraq Şərq ölkələrindən gətirilirdi. [275]

      Zərgərlik də nəzərə çarpacaq dərəcədə inkişaf etmişdi. Arxeoloji tədqiqatların gedişində, xüsusilə qəbirlərdə aşkar edilmiş bəzək şeyləri öz formalarının və istifadə olunmuş materialların rəngarəngliyi ilə fərqlənir. Bunlar metaldan, şüşədən, gildən, pastadan, müxtəlif qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı. [256] Bəzək şeylərinin tərkibinə qadın tacları (çələngləri), boyunbağılar, qolbaqlar, üzüklər, asma bəzəklər, sancaqlar, toqqalar, muncuqlar, müxtəlif tikmə, bəzəklər və i.a. daxildir. Əsasən Mingəçevir, Yaloylutəpə, Xınıslı, Qəbələ, Qaratəpə, Qalagah, Şortəpə, Qırlıtəpə və digər Albaniya abidələri qazıntılarından məlum olan, nəcib metallardan və qiymətli daşlardan hazırlanmış bəzək şeyləri müəyyən qrup təşkil edir. [222]

      Bəzək şeylərinin böyük bir qrupu antik dövrdə geniş yayılmış qolbaqlardan ibarətdir. Qolbaqlar tuncdan, gümüşdən, qızıldan, dəmirdən hazırlanırdı. Ayrı-ayrı keramik qolbaq nümunələri də məlumdur. [124] Qolbaqların ön kəsiyi dairəvi yaxud üçbucaqvaridir, çox vaxt zoomorf başcıqlar şəklində düzəldilən ucları bəzilərində aralıdır, səthi ya saya, ya da ornamentlidir; bu qolbaqlar yalnız bəzək şeyləri deyil, həm də qədim albanların ideoloji təsəvvürlərini əks etdirən ayin əşyaları idi. [276]

      Boyunbağılar əsasən o dövrün ən erkən qəbirlərinin materiallarından tanışdır. Ucları bir qədər genişləndirilmiş, bitişdirilməmiş, batıq ornamentlə bəzədilmişdir. Alban kişi və qadın qəbirlərində tez-tez üzük və sırğalara rast gəlinir – bunlar formaca bir-birindən fərqlidir. Onlar əlvan metallardan, dəmir və sümükdən düzəldilirdi. Üzüklər tökmə və döymə üsulu ilə düzəldilir; bəzən qiymətli daşlardan və şüşələrdən qaş qoyulur, zoomorf təsvirlər, həndəsi ornamentlərlə təchiz olunurdu. Qaşlı üzüklər möhür rolunu oynayırdı və xronoloji cəhətdən, bir qayda olaraq, qaşsız üzüklərə nisbətən daha sonralara aiddir. Üzük-möhürlərin xarici nümunələri adətən Romadandır. Onlar Qafqaz Albaniyasının Roma ilə geniş əlaqələrə malik olmasını təsdiq edir. [277]

      Bəzək şeyləri arasında sırğalar xüsusi yer tutur. Qızıl sırğalar Mingəçevir, Yaloylutəpə, Xınıslı, Qalagah, Şatırlı (Bərdə) və başqa yerlərdə aşkar edilmişdir. Qeyd etmək maraqlıdır ki, Şatırlı antik məskəni yaxınlığında olan qəbiristanda qazıntı zamanı müxtəlif zərgərlik məmulatı ilə birlikdə tökmə üsulu ilə sırğalar və digər bəzək şeyləri hazırlamaq üçün işlədilən daş qəliblər tapılmışdır.

      Bəndlər bəzək şeyləri arasında mühüm yer tutur. Gümüş, tunc, dəmir bəndlərə qəbirlərin əksəriyyətində təsadüf edilir. Əcnəbi bəndlər, əsasən Roma bəndləri çoxdur. Arxeoloji qazıntılar nəticəsində əsasən tuncdan olan çoxlu miqdarda müxtəlif sancaqlar üzə çıxarılmışdır. Onlardan bəzilərinin başı tunc zəncirlərlə bəzədilmişdir.

      Rəngarəng toqqalar, piləklər, asma bəzəklər və xüsusilə həm yerli ustalar tərəfindən düzəldilən, həm də kənardan gətirilən müxtəlif muncuqlar da külli miqdarda tapılmışdır. Munacuqlar əsasən antik dünyanın məşhur mədəniyyət mərkəzlərindən gətirilirdi və digər gətirilmə materiallarla birlikdə bunlar sübut edir ki, eramızdan əvvəl IV–I əsrlərdə və eramızın I–II əsrlərində Qafqaz Albaniyası Qara dənizin şimal sahilində yerləşən şəhərlərlə, Parfiyanın, Romanın, Mesopotamiyanın, Misirin, Hindistanın, Suriyanın şəhərləri ilə geniş ticarət əlaqələri və mədəni əlaqələr saxlamışdır. Albaniya ərazisində ehtiyatı bol olan əlvan daşlar keyfiyyətdə ən yaxşı gətirilmə nümunələrdən geri qalmayan bəzək şeyləri və möhürləri düzəltməkdə yerli sənətkarlar üçün xammal mənbəyi idi. [278]

      Dulusçuluq

      Mingəçevirdə arxeoloji tədqiqatlar zamanı aşkarlanmış maral başlı zoomorf qab (Azərbaycan Tarix Muzeyi)

      Albaniya bədii keramikasının istehsalında özünü xüsusilə parlaq şəkildə büruzə verən dekorativ-tətbiqi sənətin daha da inkişaf etdiyini qeyd etmək lazımdır. [247] Məhz antik dövrdə dulus çarxının demək olar ki, tamamilə istifadədən çıxmasına və alban keramikasının böyük bir qisminin əllə hazırlanmasına baxmayaraq, keramika öz formalarının simmetrikliyi və zərifliyi ilə fərqlənir. [279] Keramikanın ən səciyyəvi tiplərindən biri olan “süddanlar” xüsusilə maraqlıdır. Bunlar yumru gövdəli, birqulplu, azacıq yuxarı qalxmış uzunsov novçalı qablardır, novçanın başlandığı yerdə adətən çox vaxt “süzgəc” düzəldilirdi. Bunlar bişirilməmişdən qabaq ağımtıl və ya qırmızımtıl şirə ilə örtülürdü. [280] Qabların boğazı və qulpu bir çox hallarda batıq və ya çökək ornamentlə, gövdəsi isə simmetrik şəkildə yerləşdirilən yapışdırma düyməvari naxışlarla bəzədilirdi. Səciyyəvi novçanın hər iki tərəfinə vurulan bu cür yapışdırma naxışlar həmin qablara zoomorf görkəm verir. [281] Kürədə bişirilən məşhur birayaqlı və üçayaqlı qırmızı və qara vazalar kimi, təsvir edilən qabların da yerli xalq ənənəsində dərin kökləri vardır və bu ənənənin ünsürləri hellinizm dövrünün alban incəsənəti üçün xüsusilə səciyyəvidir. Eyni zamanda inkar etmək olmaz ki, Yaxın Şərq və Aralıq dənizi ölkələri xalqlarının mədəniyyəti də alban mədəniyyətinə müəyyən təsir göstərmişdir. Eramızdan əvvəl IV–III əsrlərdə geniş yayılmış olan bədii keramikaya əməli əhəmiyyətini də saxlayan ən müxtəlif zoomorf və antropomorf qablar daxildir. [245]

      Ümumiyyətlə, mücərrəd ornamentlə bəzədilmiş qablara xüsusi düzəlmiş qulpların, qapaqların və digər lazımlı ünsürlərin köməyi ilə zoomorf və ya antropomorf görkəm verilir. Bir çox saxsı qablarda heyvanların, quşların, insanın yapışdırma və basma ornamentlə, boya ilə yaradılmış sxematik təsvirləri vardır ki, bunlar alban incəsənəti haqqında müəyyən təsəvvür yaradır. [282]

      Bununla əlaqədar olaraq İsmayıllı rayonunun Hacıhətəmli yaşayış yerindən tapılmış dabanlı oturacağı olan boz rəngli vazanı xüsusilə qeyd etmək lazımdır; Gövdəsi yapışdırma naxışla bəzədilmiş qabın kiçik şaquli qulpları vardır, ağzı dəyirmidir. Şaquli qulpların hər iki tərəfinə çiçək şəklində kiçik naxışlar yapışdırılmışdır; qulpun dibində də buna bənzər yapışdırma naxış vardır. Yapışdırma naxışların köməyi ilə qaşlar, gözlər, qulaqlar və üzün hər iki tərəfindən sallanan iki hörük, batıq cızıqların köməyilə kirpiklər bildirilmişdir. Qadın çöhrəsinin zəngin təxəyyülü naməlum usta tərəfindən məharətlə yaradılmış təsviri əsrləri arxada qoyaraq bizə gəlib çatmışdır. Buna oxşar antropomorf saxsı qablar qədim Şamaxı qazıntılarından məlumdur. Qabın gövdəsinin yuxarı hissəsi adam başı formasındadır; qulaqlar, burun, gözlər və bel realist görkəmdə verilmişdir. Təsvir edilmiş keramikaya bənzəyən, maral, keçi, öküz, xoruz, göyərçin, tısbağa və i.a. formasında hazırlanan, realist alban incəsənəti üçün səciyyəvi olan antropomorf saxsı qab Türkiyə ərazisində olan hett abidələrindən də məlumdur. [112] Eramızdan əvvəl IV–III əsrlərdən başlayaraq Albaniyanın dekorativ-tətbiqi sənətində kiçik formalar plastikası, məişət süjetlərinə və mifoloji süjetlərə dair səhnələrin batıq xətlərlə təsvir edildiyi daş heykəllər xüsusi yer tutur. Albaniya terrakotları hər şeydən əvvəl qadın heykəlcikləri, az-az hallarda kişi heykəlcikləri, zoomorf fiqurlar, o cümlədən yüyənli at təsvirləri ilə təmsil olunmuşdur. Alban incəsənətinin bu abidələri olduqca çoxdur: təkcə İsmayıllı rayonunun ərazisində, Mollaisaqlı-Hacıhatəmli yaylasında 60-dan artıq heykəlcik aşkara çıxarılmışdır. Bunlar Mingəçevir, Qəbələ və Şamaxı qazıntılarından da məlumdur. Albaniyanın kiçik gil heykəlyapma (koroplastika) sənəti arxaik formaları xeyli dərəcədə hifz edib saxlamış və o, Şərq incəsənəti üçün səciyyəvi olan üslubda yaradılmışdır. Çox ehtimal ki, terrakotlar ən qədim zamanlardan məhsuldarlıq rəmzi sayılan Ana İlahəsinin təsviri ilə bağlı olmuşdur. [283]

      Albaniya koroplastikasının müəyyən hissəsi Azərbaycanın qədim əhalisinin etiqadlarını və təsəvvürlərini əks etdirən, qonşu ölkələrin incəsənəti ilə ümumi cəhətləri olan zoomorf təsvirlərlə təmsil edilmişdir. Arxaik cizgiləri saxlayan terrakot heykəlciklər antik dövrdə Ön Asiya və Yaxın Şərq incəsənətinin lokal məktəblərindən birini təmsil edir. [284]

      Hökmdarlar

      İlkin dövr

      • Arran. Albaniyanın yarıməfsanəvi hökmdarı. Arranşahlar sülaləsindən.
      • Oroys. Pompeyin Qafqaz Albaniyasına yürüşü zamanı Albaniya hökmdarı.
      • Zober. Mark Antoninin əmri ilə məğlub edilmiş Albaniya hökmdarı. [285]

Comments are closed, but trackbacks and pingbacks are open.