Press "Enter" to skip to content

Qafqaz islam ordusu

Qeyd olunub ki, Şimali Azərbaycan car Rusiyası tərəfindən işğal olunduqdan sonra (1828-ci il) regionda Azərbaycan anlayışı ortadan qalxaraq Cənubi Qafqaz və ya Zaqafqaziya məfhumu meydana cıxıb. Azərbaycan xanlıqları 6 əyalətə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış), 2 dairəyə (Yelizavetpol, Car-Balakən) və 2 distansiyaya (Qazax, Şəmşədin) bölünüb. Ruslar üçün Azərbaycan yox, Zaqafqaziya mövcud olub. Ona görə də Zaqafqaziyada xristian əhalinin sayının artırılması üçün müsəlman türklərin Cənubi Azərbaycana köçmələri üçün müxtəlif təzyiqlər göstərilib. 1917-ci ilin fevralında Rusiyada Romanovlar mutləqiyyəti devrildikdən sonra monarxiyanın süqutu nəhəng imperiyanın bütün milli bölgələrində istiqlal arzularını gundəmə gətirib. Müvəqqəti hökumətin elan etdiyi Müəssislər Məclisində təmsilçilik bu istiqamətdə ilk mərhələ olub. 1917-ci ilin oktyabrındakı bolşevik çevrilişi nəticəsində Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilməyiblər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini (Zaqafqaziya Parlamentini) yaradıblar. Məhz bu fraksiyanın təşəbbüsü ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan edib və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradılıb. Aprelin 28-də isə Zaqafqaziya Demokratik Federativ Respublikası Osmanlı dövləti tərəfindən tanınıb.

Qafqaz İslam Ordusu tərəfindən Bakının azad olunmasından 104 il ötür

Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 104 il ötür.

Trend-in məlumatına görə, 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.

Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

1918-ci il sentyabrın 10-da Nuru Paşa Bakının azad edilməsinə rəhbərliyi bilavasitə öz üzərinə götürür. Nuru Paşanın 10 sentyabr tarixli əmr ilə Şərq cəbhəsi komandanlığı və ona məxsus Şimal qrupu ləğv edilir, cəbhədəki bütün birliklərin hərəkatı bilavasitə Qafqaz İslam Ordusu komandanlığına həvalə edilir.

Qafqaz İslam Ordusunun komandanlığı döyüşən diviziyalara göndərdiyi 13.09.1918-ci il tarixli əmri ilə sentyabrın 14-ü saat 02-də Bakıya hücumun başlayacağını bildirir.

Bakıya qəti hücumda iştirak etmək üçün təxminən 8000 Osmanlı əsgəri və 7000 nəfərə qədər Azərbaycanın yerli qüvvəsi toplanır.

Gecə saat 2-də 5-ci Qafqaz tüməni Heybət-Biləcəri dəmiryolu istiqamətində irəliləməyə başlayır. 1-ci Bakı müdafiə xətti saat 03:00, 2-ci Bakı xətti isə 06:00-da ələ keçirilir. Hücuma hazırlaşan düşmən topçu atəşi ilə dağıdılır. Hücumun əsas qəhrəmanı olan 56-cı alay strateji təpələri ələ keçirib qarşısındakı düşməni təqib edərək irəliləyir. 15-ci alay sərt Biləcəri yamaclarını tutur, həmin alaya mənsub Maştağa dəstəsi Sabunçunu ələ keçirir. Azərbaycan könüllüləri Keşlə stansiyasını tutur. Açıq savaşdan qaçan ermənilər şəhər daxilində məhəllə, ev davasına keçirlər. Sanki mart soyqırımını təzələmək istəyirlər.

Sentyabr 14-də General Denstervill və Sentrokaspi Diktaturası hökuməti, Bakı kоmissarları Bakıdan qaçır.

Sentyabrın 15-də Gəncədə “Azərbaycan” qəzetinin ilk sayında Bakının azad edilməsi haqqında xəbərlər dərc edilir: “Azərbaycan Xalq Cümhuriyyəti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həzrətlərinin teleqramı: “Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.1918-ci il, saat 09-a işləmiş igid ordu hissələrimiz tərəfindən azad olundu”.

Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçür. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə başlanılır.

Sentyabrın 18-də şəhər ətrafında dayanmış Qafqaz İslam Ordusu qoşun hissələri Bakıya daxil olur. Şəhərin əsl sahibi olan Azərbaycan türkləri müzəffər ordunu xilaskar kimi böyük hərarətlə qarşılayır.

Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunur, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulur.

Qafqaz İslam Ordusu Bakı döyüşündə təqribən 2000 şəhid verib.

Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Aradan uzun illər keçsə də, türklər tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayıb, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanıb və xatırlanacaq.

Bu qardaşlıq bu gün özünün ən parlaq dövrünü yaşayır. Həm Vətən müharibəsi zamanı, həm də ondan sonrakı dövrdə Azərbaycan xalqı daim qardaş Türkiyənin dəstəyini hiss edib.

Qafqaz islam ordusu

Azərbaycan tarixində ən mühüm səhifələrdən biri də 15 sentyabrdır. Məhz bu gün ermənilərin, rusların və digər millətlərin nəzarətində olan Bakı şəhəri yad qüvvələrdən azad olunaraq yenidən öz əbədi sahiblərinə qaytarılıb. Bu hadisə ilə Bakının Azərbaycana və azərbaycanlılara, həmçinin Azərbaycanı dəyərləndirən hər bir kəsə məxsus olduğu bir daha təsdiqlənib. Bu günün tarixi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan-Turkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) layihəsi cərcivəsində Azərbaycan Turkiyə İş Adamları Birliyinin (ATİB) maliyyə dəstəyi ilə “Qafqaz İslam Ordusu” adlı kitabça nəşr olunub. Könül Muxtar tərəfindən hazırlanan 25 səhifəlik kitabçada “Qonşuların xəyanəti”, “Təhlükə ilə üzbəüz və təkbətək”, “Qardaş diqqəti”, “Qafqaz İslam Ordusu–Azərbaycanın xilası”, “Göydən enmiş xilaskar”, “Bir az geciksəydilər. ”, “Bakının fəthi”, “Dərbəndin və Mahacqalanın xilası, Azərbaycanın azad olunması” və “Bir millət, iki dovlət” başlıqları altında Azərbaycan Demokratik Cümhuriyyətinin elan edilməsinə qədərki və bundan sonrakı dövrlərdə cərəyan edən siyasi-tarixi hadisələr, xüsusən də Bakının yadelli qoşunlardan azad edilməsi dəqiq faktlarla oxucuların diqqətinə çatdırılıb.

Qeyd olunub ki, Şimali Azərbaycan car Rusiyası tərəfindən işğal olunduqdan sonra (1828-ci il) regionda Azərbaycan anlayışı ortadan qalxaraq Cənubi Qafqaz və ya Zaqafqaziya məfhumu meydana cıxıb. Azərbaycan xanlıqları 6 əyalətə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış), 2 dairəyə (Yelizavetpol, Car-Balakən) və 2 distansiyaya (Qazax, Şəmşədin) bölünüb. Ruslar üçün Azərbaycan yox, Zaqafqaziya mövcud olub. Ona görə də Zaqafqaziyada xristian əhalinin sayının artırılması üçün müsəlman türklərin Cənubi Azərbaycana köçmələri üçün müxtəlif təzyiqlər göstərilib. 1917-ci ilin fevralında Rusiyada Romanovlar mutləqiyyəti devrildikdən sonra monarxiyanın süqutu nəhəng imperiyanın bütün milli bölgələrində istiqlal arzularını gundəmə gətirib. Müvəqqəti hökumətin elan etdiyi Müəssislər Məclisində təmsilçilik bu istiqamətdə ilk mərhələ olub. 1917-ci ilin oktyabrındakı bolşevik çevrilişi nəticəsində Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilməyiblər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini (Zaqafqaziya Parlamentini) yaradıblar. Məhz bu fraksiyanın təşəbbüsü ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan edib və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradılıb. Aprelin 28-də isə Zaqafqaziya Demokratik Federativ Respublikası Osmanlı dövləti tərəfindən tanınıb.

Kitabçada o zaman almanların, ingilislərin və rusların gözünün neft yataqları ilə zəngin Bakıda, gürcü və ermənilərin gözünün Azərbaycan torpaqlarında olduğu göstərilib. Həmin illərdə dolayısı ilə Azərbaycanı və Azərbaycan xalqını yox etmək planı gizli şəkildə quvvəyə minib. Belə ki, almanlar gürcüləri, ingilis və ruslar isə erməniləri dəstəkləyib.

Zaqafqaziya Demokratik Federativ Respublikasının elanından cəmi 16 gun sonra–may ayının 14-də Gürcü Milli Şurasının gizli iclası kecirilib və qərara alınıb ki, general fon Lossov vasitəsilə Gürcüstana qəyyumluq gostərmək üçün Almaniya hokumətinə muraciət edilsin. General fon Lossov bildirib ki, əgər Gürcüstan Zaqafqaziya Federasiyasının tərkibindən cıxıb mustəqilliyini elan edərsə, Almaniya Gürcüstanın qəyyumluğunu üzərinə götürəcək. Artıq mayın 22-də gürcü numayəndəliyi müstəqillik elan etmək haqqında qəti qərara gəlib. Mayın 25-də Almaniya ilə Gürcüstan arasında gizli şəkildə muqavilə imzalanıb. Beləliklə, Batum konfransında Almaniya numayəndələri ilə separat danışıqların gedişində Zaqafqaziya Seyminin gürcü fraksiyası Gürcüstanın Zaqafqaziya Demokratik Federativ Respublikası tərkibindən cıxmasını və müstəqilliyini elan etməsini qərara alıb. Azərbaycan tərəfinin bütün etirazlarına baxmayaraq, əvvəlcə Gürcüstan, ardından Ermənistan Zaqafqasiya Demokratik Federativ Respublikasından ayrılaraq, dövlətlərini qurmaq qərarı alıblar. Əslində, bununla erməni və gürcülərin niyyəti başqa idi. Bakı və dolayısı ilə Azərbaycan 1917-ci ilin oktyabr ayından işğal altında saxlanıldığından 1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir İlic Lenin erməni əsilli Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərdi. Bununla bolşeviklər ermənilərin də yardımı ilə Bakıda hakimiyyəti ələ kecirdilər. 18-31 mart 1918-ci il tarixləri arasında isə Bakıda Azərbaycan xalqı və müsəlmanlar bolşevik erməni-rus birləşmələrinin kütləvi qırğınlarına məruz qaldılar.

Yeni nəşrdə Tiflisdə elan edilən Azərbaycan hökumətinin əslində gürcülərə, ermənilərə, almanlara, ingilislərə və ruslara da sərf etdiyi vurğulanıb. Bildirilib ki, onlar bu hökumətə təzyiq edərək Azərbaycandan qopardıqları mənfəətlərə (torpaq və s. ) hüquqi don geyindirməyi bacaracaqlarını düşünüblər. Fikirləşiblər ki, Azərbaycan təkləndiyindən təzyiqlərə davam gətirə bilməyib hər cür tələbin olduğu sənədə imza atmaq məcburiyyətində qalacaq. Məhz buna görə Gürcü və ermənilər tez bir zamanda dövlətlərini qurmaq və işğal altındakı Azərbaycandan torpaq qoparmaq niyyətində olublar. 26 may 1918-ci ildə əvvəlcə gürcülər, daha sonra da ermənilər müstəqilliklərini elan ediblər. Azərbaycan tərəfi isə 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulduğunu elan eləyib. Amma Azərbaycan işğal altında olduğundan hokumət Tiflisdə fəaliyyət göstərmək məcburiyyətində qalıb.

Azərbaycandakı bu hadisələri yaxından izləyən Osmanlı dövlətinin hərb naziri Ənvər Paşa Cənubi Qafqazdakı müsəlmanlara yardım məqsədi ilə Qafqaz İslam Ordusu üçün hazırlıqlara başlayıb. Osmanlı dövləti və Azərbaycanın Tiflisdəki hökuməti arasındakı bu münasibət düşmənlərin bütün planlarını alt-üst edib. 1918-ci il iyunun 4-də Batumda istiqlaliyyətini yenicə elan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti ilə Osmanlı hökuməti arasında bağlanmış müqavilənin IV maddəsində qeyd olunub ki, “ehtiyac olduğu təqdirdə Osmanlı hökuməti qayda-qanunu və ölkənin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Cümhuriyyətinə silahlı qüvvələrlə yardım etməyi” öhdəsinə götürür. Hələ bu hadisələrdən əvvəl Osmanlı hərb naziri Ənvər Paşa ögey qardaşı Nuru Paşanı rəhbərliyindəki bir heyətlə Gəncəyə göndərib. Qafqazdakı siyasi vəziyyəti nəzərə alan Osmanlı dövləti Bakıda hakimiyyətin ermənilərin əlinə keçməsindən sonra bəzi tədbirlər almağı qərarlaşdırıb. Erməni və rusların Bakını işğalından sonra 22 mart 1918-ci ildə Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın imzaladığı bir qərarla Qafqaz Ordusunun qurulması üçün lazımi fəaliyyətlərə başlanılıb. Nuru Paşanın komandanlığındakı heyət 1918-ci ilin aprel və may aylarında Mosuldan cıxaraq Ravanduz, Savcabulak, Təbriz yolu ilə Azərbaycanın Zəngəzur bolgəsinə catıb. 25 may tarixində isə Nuru Paşa Gəncə şəhərində qərargahını qurub. Nuru Paşa döyüşləri Gəncədən başlayaraq Göycay, Ucar, Qaraməryəm, Şamaxı, Şəki, Quba, Salyan, Neftcala, Bakı, Qarabağ və son olaraq Dərbənddə davam etdirərək, adıçəkilən əraziləri duşməndən təmizləyib.

Kitabçada “Bakının fəthi” başlığı altındakı bölümdə paytaxt şəhərimizin yadellilərdən təmizlənməsi anı maraqlı faktlarla oxuculara çatdırılıb. Bildirilib ki, 14 sentyabrda, gecə saat 02:00-da Qafqaz İslam Ordusunun hərbiçilərinə əsas hucum V Qafqaz diviziyası istiqamətindən olmaqla hucum əmri verilib. Böyük manevr təcrübəsinə malik olan türk ordusunun aldatma xarakterli bu hücumu ilə düşmən aldadılıb və iki alayın başqa istiqamətdən gizli hücumu nəticəsində itki verilmədən düşmənin ön müvqeləri ələ kecirilib. Qafqaz Ordusunun bütün gücü ilə sürətli hücumu qarşısında çaşbaş qalan düşmən Bakı istiqamətində geri cəkilməyə başlayıb. 15 sentyabr tarixində gündüz saatlarında da hücum davam etdirilib və saat 15.00-da Bakıda nəzarət tamamilə ələ kecirilib. Artıq 14-15 sentyabr tarixlərində içində erməni və rusların yuksək rütbəli şəxsləri və çox sayda əsgərləri olan gəmilər Bakını tərk edib. Məğlubiyyəti qürurlarına sığışdırmayan düşmən neft quyularını yandırıb. Şəhərdə nəzarət tam ələ kecdikdən sonra 16 sentyabr 1918-ci il tarixində əvvəl Qafqaz Ordusunun qərargahı, daha sonra isə Azərbaycan Demokratik Respublikasının hökuməti müvəqqəti olaraq fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Beləliklə, Qafqaz İslam Ordusu 1918-ci il sentyabr ayının 15-də Bakı şəhərini tutub və Azərbaycan Demokratik Respublikası hökumətinin paytaxta köçməsi üçün şərait yaradıb. Qafqaz İslam Ordusu Bakını daşnaklardan, eserlərdən və ingilislərdən təmizləyib, şəhəri Azərbaycan Demokratik Respublikasının rəsmi paytaxtına cevirib, Azərbaycanı təhlükədən xilas edib, bütün ölkəyə nəzarəti hökumətin sərəncamına verib.

Qafqaz İslam Ordusu – FOTO

1918-ci il sentyabrın 15-i Bakının erməni-bolşevik işğalından azad edildiyi gündür. Bu qələbədə əvəzsiz xidmətləri olan Qafqaz İslam Ordusunun ömrü az olsa da, gördüyü işlər min illərlə yaşayacaq. 1918-ci ilin 10 iyulundan 1918-ci ilin 27 oktyabrınadək fəaliyyətdə olan bu ordunun sıralarında Anadolu türkləri ilə yanaşı, Azərbaycan türkləri, ləzgilər, avarlar, kumıklar, acarlar vuruşurdu. Adından da göründüyü kimi, vəzifəsi Azərbaycanı və Şimali Qafqazın müsəlman xalqlarını əsarətdən xilas etmək olan Qafqaz İslam Ordusunun himayədarı Ənvər paşa, ən məşhur komandirləri Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları idi.

Osmanlı dövlətinin hələ 1918-ci ilin mart-avqust aylarından başlayaraq yaratdığı, sonralar bu orduya daxil olan hərbi birliklərin hamısı Birinci Dünya müharibəsi zamanı Qafqaz cəbhəsindəki döyüşlərdə iştirak etmişdi.

Əvvəlcə 12-14 min Osmanlı əsgərindən ibarət olan Qafqaz İslam Ordusu sonradan Azərbaycan türkləri və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qoşulması ilə təqribən 20 min nəfəri adlamışdı. Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə təşkil edilən Qafqaz İslam Ordusu, Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədər ölkəmizdə başlayan dövlət və ordu quruculuğunda unudulmaz vəzifələri yerinə yetirə bildi.

İlk gəlişində Gəncədə yerləşən Qafqaz İslam Ordusu sürətlə erməni- bolşeviklərin əlində olan Qaraməryəm, Göyçay, Ağsu, Kürdəmir, Şamaxı və digər əraziləri azad etdi. Qarşıda ən möhtəşəm qələbələrdən biri vardı: paytaxt Bakı yağılardan təmizlənməli idi. Bakı müzəffər türk oğullarını gözləyirdi. 1918-ci il sentyabrın 15-i Qurban bayramı günü idi və Ənvər paşanın göstərişi idi – bu müqəddəs gündə Bakı natəmizlərdən təmizlənməli idi.

“Çalxalandıqca, durulduqca zaman nehrə kimi. “

Dövr ziddiyyətlərlə dolu idi, dünya çalxalanırdı, o vaxtlar Mirzə Cəlilin yazdığı kimi, hər bir millət öz qardaşını tapıb xaraba evlərini yenidən qurmağa çalışır, öz nicat yolunu axtarırdı. Bütün türk-müsəlman dünyasının gözünü dikdiyi İstanbulda olduğu kimi, Kazan, Türküstan, Krım türkləri də rus işğalından sonra müstəqilliklərini qazana bilmələri üçün Qafqazın, xüsusilə, Bakının xilas olmasının vacibliyini dərk edirdilər. Eyni zamanda, ümumən türk ellərinin müstəqilliyini qazanması fikri də beyinlərdə dolaşmaqda idi. O vaxtlar Osmanlı dövlətinin müdafiə naziri Ənvər paşa ilə ziyalılar və siyasətçilər arasında artan görüşlər də türkçülük və turançılıq ideyalarını həyata keçirmək üçün yetərli şərtlərin olduğundan xəbər verirdi. Bu ideallar üçün qurban gedənlər çox olacaqdı. O cümlədən, Ənvər paşanın özü.

Ənvər paşa Qafqazda fəaliyyətə başlamaq üçün hələ 3 fevral 1918-ci ildə 6-cı Ordu komandanı Xəlil paşaya göndərdiyi məktubda gərəkli olanları yazırdı: “Qafqaz, Dağıstan, Türküstan, Əfqanıstan və Rusiyanın əsarəti altında olan türk və müsəlmanların yaşadışı bölgələrə möhtac olduqları dəstəyin verilə bilməsi üçün mərkəzi Tehranda olan bir təşkilat qurulması, bu bölgələrə çalışqan və işini yaxşı bilən zabitlərin göndərilməsi, yarbay Nuru bəyin Tehran Mərkəz Təşkilatının sədri olması, yarbay Şövkət bəyin Dağıstana, minbaşı Naim Cavad bəyin Əfqanıstana göndərilməsi və Xəlil paşanın uyğun görəcəyi zabitlərin də Azərbaycan və Türküstanda vəzifələndirilməsi, bu bölgələrə gedəcək zabitlərin yanına, alt heyətləri təşkil etmək üzrə ən azı 5-6 zabitin da qatılması”.

Ənvər paşa Cənubi və Şimali Azərbaycanda, xüsusilə, Bakıda qırğınları dayandırmaq və Qafqazda ruslara qarşı bitərəf bir bölgə təşkil etmək üçün hərəkətə keçdi və bunun üçün gənc zabitlərlə görüşməyə başladı. Bu işlərə Kazım Qarabəkir paşanın rəhbərlik etməsi nəzərdə tutulurdu. Amma Kazım bəy o zaman Ərzurum və ətraf ərazilərin düşmənlərdən azad edilməsi üçün çalışırdı. Ona görə vaxt itirməmək üçün Ənvər paşa bu vəzifəyə qardaşı Nuru bəyi təyin etdi və ona fəxri general-leytenant rütbəsi verdi. Osmanlı sultanı V Mehmet Rəşad tərəfindən verilən fərmanla Nuru paşaya Qafqaz İslam Ordusu komandanı olmaqla həm də bütün Qafqazda onun adından hərbi və siyasi fəaliyyət göstərmək səlahiyyəti verilirdi.

Osmanlı dövlətinin müttəfiqi olan Almaniyanın Gürcüstan və xüsusilə, Bakı nefti üzərində gizli planları vardı. Çünki Birinci Dünya müharibəsinin sonlarına yaxın neft Bakısının əhəmiyyəti xeyli artmışdı. Həmin vaxt dünya neftinin 50 faizi və Rusiya neftinin 85 faizi Bakıda çıxarılırdı. Ona görə şimaldan bolşeviklər, cənubdan – İrandan ingilislər Bakıya can atırdılar. Həmin dövrdə Bakıya iqtisadi maraqlara görə yox, həmrəylik məqsədilə can atan yeganə dövlət isə Türkiyə idi. Türkiyə həm də 1918-ci ilin martında Bakıda azərbaycanlıların kütləvi qırğınına reaksiya verən yeganə ölkə idi. Həmin vaxt üç gün ərzində 12 min nəfər qətlə yetirilmişdi.

İqtisadi maraqlarına görə Türkiyə ilə müttəfiq olan almanlar da türk ordusunun Azərbaycana girməsini istəmirdi, Qafqazın zənginlərindən öz payını almağı planlaşdırırdı. Bu səbəbdən Ənvər paşa böyük dövlətlərin diqqətini çəkməmək üçün qurulacaq ordunun Azərbaycanda yaşayan türk və müsəlmanlardan təşkil edildiyini göstərməyə çalışırdı. Orduya “Qafqaz İslam Ordusu” adı verilməsi də bununla əlaqəli idi.

Rusiya inqilabından sonra Cənubi Qafqazda yaranan Zaqafqaziya Seymi daha çox gürcü və erməni mənafelərini qorumaqla məşğul idi. Burada əsas vəzifələr də onların əlində idi, Birinci Dünya müharibəsində türklərin müttəfiqi olan Almaniyanın Qafqaz məsələsində Osmanlı dövləti ilə fərqli mövqeyi özünü çox gözlətmədi: bəzi məsələlərdə almanlarla anlaşan gürcülər 26 mayda Zaqafqaziya Seymindən çıxaraq müstəqilliklərini elan etdilər. Osmanlı dövləti Qafqazda yeni yaranan dövlətlərlə əlaqələr qurmağa can atdığı bir vaxtda almanlar artıq gürcülərlə Potidə müqavilə imzayaraq Batum-Tiflis dəmir yoluna nəzarəti ələ keçirdilər. Ermənilər də Tiflis-Culfa dəmir yolunu almanların ixtiyarına vermək istəyirdilər.

Ənvər paşanın iki dövlət arasında ortaya çıxan anlaşılmazlıqları həll etmək üçün alman generalı Von Seeckt ilə Batumdakı danışıqları da bir nəticə vermədi. Başqa yol qalmamışdı və bu səbəbdən 3-cü Ordu komandanı Vəhib paşanın Gümrüdəki qoşunları 10 iyun 1918-ci ildə Tiflisə doğru irəlilədi və qarşılarına çıxan gürcü-alman qüvvələrini sürətlə darmadağın etdilər. Ancaq alman hökumətinin xahişindən sonra əsirlər sərbəst buraxıldı, Tiflis üzərinə hücum dayandırıldı. Hadisələrin belə gərgin bir vaxtında Qafqaz İslam Ordusunun komandanı Nuru paşa 25 may 1918-ci ildə təntənə ilə Gəncəyə daxil oldu. O dövrdə əks-kəşfiyyatın rəisi olan Nağı Şeyxzamanlı xatirələrində yazırdı: “Gəncə xalqı türk ordusunu qarşılamaq üçün şəhər meydanına toplanmışdı. Müharibədə rusların işğal etdiyi Şərqi Anadolu bölgəsindən Cəmiyyəti-Xeyriyyə tərəfindən toplanan kimsəsiz uşaqlardan dörd yaşı olanlar da qarşılama mərasiminə aparılmışdı. Azərbaycanın müxtəlif bölgələrindəki uşaq evlərindən gətirilən bu yavrular meydanda hazır idilər. Bu uşaqlar əsgərlərə yaxınlaşaraq əllərindən tutur və haralı olduqlarını soruşurdular. O əsnada bir bağırış, çağırış qopdu. Doqquz yaşındakı bir uşaq atasını tanıyıb ona doğru qaçmağa başladı. Bu qovuşmanı görən gəncəli türklər Anadoluda bir-birini itirən və Qafqazda yenidən qovuşan ata-oğulun sevincinə ortaq oldular. Bütün meydan hıçqıra-hıçqıra sevinc göz yaşı tökürdü”.

Bu hadisədən bir gün sonra Tiflisdəki Zaqafqaziya Seymi öz fəaliyyətini dayandırdı. Seymin azərbaycanlı üzvləri Gəncəyə gələrək Milli Şura yaratdılar və Gəncəni müvəqqəti paytaxt elan etdilər. İki gün sonra – 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Bunun ardınca Nuru paşanın fəaliyyəti daha da gücləndi. Əsas məqsəd Azərbaycanın öz hərbi birliklərini yaratmaq idi. Nizami qüvvələr az idi. Bu səbəbdən Nuru paşa torpaqların düşmən işğalından azad etməyin asan olmayacağını bilirdi. Ona görə 31 may 1918-ci ildə Ənvər paşaya yazırdı: “Bolşeviklər Dağıstan və Şimali Qafqazı tamamən ələ keçirmək üzrədirlər. Bakı sürətlə zəbt edilməzsə, buralarda durum daha təhlükəli bir hal alacaqdır. Bakı məsələsinin yardımsız həlli mümkün deyildir. İngilislərin Bakını gücləndirdiyi zənn edilir. Burada taxıl məhsulları ixrac ediləcək qədər çoxdur. Əhali türk ordusunun gəlməsini səbirsizliklə gözləməkdədir. Gəncə vilayətində bəzi yerlərdə gürcülər binalara alman bayrağı ilə birlikdə öz bayraqlarını da taxmışlar”.

Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında 4 iyun 1918-ci ildə Batumda imzalanan Dostluq və Əməkdaşlıq müqaviləsi də hadisələrə öz təsirini göstərməkdə idi. Bu müqaviləyə görə, Qafqazdakı türk və müsəlman əhaliyə qarşı qətliamın dayandırılması üçün Azərbaycan hər zaman Osmanlı dövlətindən hərbi yardım ala bilərdi.

Ənvər paşa vəziyyətin ciddiliyini yaxşı başa düşürdü və ona görə Şərq Orduları Komandanlığı tərkibində olan 5-ci Qafqaz piyada diviziyasının Qafqaz İslam Ordusu sıralarına qatılması üçün göstəriş verdi. Bunun ardınca həmin piyada diviziyası Mürsəl bəyin komandirliyi ilə Gəncəyə doğru hərəkət etdi. Diviziyasının tərkibində 257 zabit, 5 575 əsgər və 1 266 heyvan var idi.

Gəncədə ilk türk şəhidləri

Nuru paşa asayişi təmin etmək üçün əvvəlcə Gəncədəki ermənilərdən silahların toplanması əmrini verdi. Xəbərdarlıqlara əhəmiyyət verməyən yaxşı silahlanmış erməni məhləsi 10 iyunda gecə yarısından sonra möhkəm mühasirəyə alındı və onların arxadakı erməni kəndləri ilə əlaqəsi tamamilə kəsildi. Həmin əməliyyatda iştirak edən türk zabitlərindən biri yazırdı: “Küçəyə yenicə girmişdik ki, birdən ətrafımız sarıldı. Ağacların üzərindən belə üzərimizə atəş açılırdı. İçində olduğumuz pis vəziyyətdən istifadə edən 20-30 erməni üzərimizə atıldı. Qarşı tərəf atəşi kəsmişdi. İndi heç alışqın olmadığımız küçə boğuşması başlamışdı. Zabitlərimiz tapançaları ilə atəş açır, Mehmetçik isə hələ süngü taxmağa belə fürsət tapmadan hücum edən erməniləri əzişdirirdi. Qısa sürən vuruşmada basqınçılar ortadan qeyb oldular. Biz də bu fürsətdən istifadə edərək 10-a qədər yaralımızı da götürərək yavaş-yavaş geri çəkildik. Ən öndə gedən manqanın şəhid düşən 4 əsgərinin cəsədini orada qoymağa məcbur olduq. Ermənilər isə 15-ə qədər ölü qoymuşdular”.

O biri gün səhər mühasirə bir az da daraldıldı və məhəlləyə doğru bir neçə top atəşı açıldı. Bu dəfə Nuru paşa erməni başbilənlərinə göndərdiyi məktubda silahların ən qısa müddətdə təslim edilməsini, gün batmadan iki saat əvvəl silahlar verilməyəcəyi halda, hərbi əməliyyatlara başlanacağını sərt bir dillə ifadə etdi. Artıq müqavimətin bir fayda verməyəcəyini anlayan ermənilər təslim olmağa qərar verdilər.

Gəncənin erməni məhəlləsində meydana gələn bu hadisə türk əsgərlərinin Azərbaycandakı ilk silahlı vuruşu idi. Şəhidlər Qafqazda ilk dəfə silahdaşlarının və xalqın qatıldığı təntənəli bir mərasimlə Gəncə məzarlığında torpağa verildi. Belə şəhidlərin sayı isə hələ çox olacaqdı.

Böyütmək üçün şəkillərə klikləyin.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.