Press "Enter" to skip to content

Qafqaz universieti beynəlxalq konfrans 2016

Təqdimatda İngiltərədən gəlmiş Denis A.Baird və A.Mesud Erzurumoğlu Genetik Epidemiologiya haqqında öz müştərək işlərini auditoriyaya təqdim ediblər. Hər iki tədqiqatçı müasir dövrdə bir çox xəstəliklərin genetik xarakter daşımasında qohumluq faktorunun mühüm rol oynadığını, təbabət elmində onkoloji, şişkinlik, şəkər diabeti kimi xəstəliklərinin genetik araşdırmalarına diqqət göstərildiyini diqqətə çatdırıblar və slayd təqdim ediblər.

Qafqaz Universitetində beynəlxalq konfrans

Publika.az-a universitetin mətbuat xidmətindən verilən məlumata görə, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşlığı və “Akkord” sənaye tikinti investisiya korporsiyasının sponsorluğu ilə keçirilir.

Konfrans öz işinə ənənəvi olaraq Fəxri Xiyabanda umummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət etməklə başlayıb.

İki gün davam edəcək konfransı giriş sözü ilə açan Universitetin rektoru professor Əhməd Saniç Ulu Öndərin xatirəsinə həsr edilmiş bu konfransın artıq dördüncü dəfə keçirildiyini və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasında mühüm amilə çevrildiyini bildirib. Azərbaycanda elmin, təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu qeyd edən rektor, bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu sahənin daim diqqət mərkəzində saxlanıldığını və ölkənin gələcəyində mühüm rola malik olan gənclərin yüksək bilik əldə etmələrinə dəstək verdiyini vurğulayıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Afət Sadıqova bu konfransın gənc alimlərin elmi potensialının üzə çıxarılmasında böyük rol oynadığını və bu sahədə gənclərin üzərinə çox mühüm vəzifələrin düşdüyünü bildirib.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun baş məsləhətçisi Sərxanbəy Xudiyev ənənəvi olaraq hər il keçirilən konfransı müsbət dəyərləndirib. O, qeyd edib ki, belə konfransların keçirilməsi gənclər arasında elmi əməkdaşlığı və elmi münasibətləri daha da möhkəmlədirməklə yanaşı ölkəmizdə uğurla aparılan multikulturalizim siyasəti ilə də üst-üstə düşür.

Akkord sənaye tikinti investisiya korporsiyası keyfiyyətin idarə edilməsi departamentinin direktoru Abbas Quvalov hər bir elmi tədqiqatın istehsalata tətbiqinin vacibliyini qeyd edərək bildirib ki, “Akkord” şirkətlər qrupu bu sahədə elmi nailiyyətləri dəstəkləyir və Qafqaz Universiteti ilə əməkdaşlıqdan məmnundur.

Beynəlxalq konfrans Azərbaycan və xarici ölkə gənclərinin geniş maraqlarına səbəb olub. Məhz bu səbəbdəndir ki, Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ”Gənc Tədqiqatçıların IV Beynəlxalq Konfransına” Azərbaycandan olan gənc alımlərlə yanaşı ABŞ (1), Böyük Britaniya (2), Almaniya (2), Fransa (1), Kanada (1), Rusiya (11), Türkiyə (28), Macarıstan (3), Ukrayna (16), Polşa (4), İndoneziya (3), İran (3), Çexiya (1), Albaniya (1), Əlcəzair (1), Misir (2), Estoniya (1), Gürcüstan (16), Yunanstan (1), Makedoniya (1), Pakistan (3), Qazaxıstan (2), Qırğızıstan (1), Özbəkistan (30), Qana (2), Kenya (1), Nigeriya (1), Filippin (1), Rumıniya (2), Sudan (1), İsveçrə (1), Venesuela (1) kimi 32 ölkənin 150-yə yaxın gənc tədqiqatçıları və elm adamları tezisləri ilə müraciət ediblər. Bütünlükdə Təşkilat komitəsinə 1700-ə yaxın tezislə müraciət olunub və elmi heyətin dəyərləndirməsindən sonra 1100 tezisin qəbul edilməsinə qərar verilib. Konfransda məruzələrin 4 dildə – Azərbaycan, Türk, Rus və İngilis dilində təqdim edilməsi qəbul edilib.

Təqdimatda İngiltərədən gəlmiş Denis A.Baird və A.Mesud Erzurumoğlu Genetik Epidemiologiya haqqında öz müştərək işlərini auditoriyaya təqdim ediblər. Hər iki tədqiqatçı müasir dövrdə bir çox xəstəliklərin genetik xarakter daşımasında qohumluq faktorunun mühüm rol oynadığını, təbabət elmində onkoloji, şişkinlik, şəkər diabeti kimi xəstəliklərinin genetik araşdırmalarına diqqət göstərildiyini diqqətə çatdırıblar və slayd təqdim ediblər.

Konfrans 5 seksiya olmaqla 20 fərqli ana istiqamət üzrə öz işini davam etdirir.

Qafqaz Universitetinin rəhbərliyi belə mötəbər tədbirin ən yüksək səviyyədə təşkili üçün lazım olan bütün tədbirləri həyat keçirib. Bu konfransın Möhtərəm Prezident İlham Əliyev Cənablarının öz Sərəncamı ilə elan etdiyi multikulturalizm ilinə də təsadüf etməsi xüsusi önəm təşkil edir.

Qafqaz universieti beynəlxalq konfrans 2016

BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan etməsinin bir illiyi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir.

“Qafqazinfo” xəbər verir ki, konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Xüsusilə konfransda İslamofobiya ilə mübarizədə kəsişən yanaşma, bəzi Avropa ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılacaq.

Beynəlxalq ictimaiyyət müsəlman və qeyri-müsəlman ölkələrindən olan qaçqınlara münasibətdə kəskin fərqlərin olduğunu müşahidə edir və qarışıq dini əhaliyə malik münaqişə və post-münaqişə zonalarında bu cür tendensiyaların olması barədə məlumatlar gəlir. Ən dərin narahatlıq isə son vaxtlar kəskin sıçrayışla ən yüksək həddə çatmış islamofobiya təzahürlərinin davamlı artımı ilə bağlıdır. Bu cür stereotiplər xüsusilə bəzi Avropa ölkələrində müsəlmanların yadelli kimi təqdim olunmasından yaranıb və Avropa mədəniyyət və dəyərlərinə zidd olaraq bu, damğalamanın (stiqmatizasiya) kəskinləşməsinə və izolyasiya siyasətinə gətirib çıxarır.

Son illər beynəlxalq təşkilatların çağırışlarına və islamofobiya ilə mübarizəyə dair bir sıra qətnamələrin qəbuluna baxmayaraq anti-islam məzmunlu qanunların irəli sürülməsi və ya qəbuluna, həmçinin milli maraq və dəyərlərə əsaslanan demokratik dəyərləri qorumaq və gücləndirmək adı altında etiqad azadlığının açıq şəkildə pozulmasına dair ziddiyyətli proseslər baş verir və bu qanunlar islamofobiya və digər növ irqçilik və ayrı-seçkiliyin artması üçün baza formalaşdırır. Bununla yanaşı, nifrət nitqi mediada daha geniş yayılmağa və təhlükəli şəkil almağa başlayıb və İslam dininin terrorizmlə eyniləşdirilməsi və ya cəmiyyətə müqayisəli şəkildə təqdim edilməsi inklüziv cəmiyyətlərin bünövrəsinin sarsılmasına gətirib çıxarır.

Nəticədə müxtəlif ölkələrin islamofobiya ilə mübarizəyə dair qəti fəaliyyət planının olmaması mütəmadi və davamlı əsasda beynəlxalq konfransın bazasının yaradılmasını və alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının bu işə cəlb olunmasını labüd edir.

Konfransın iclasları “İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti”, “İslamofobiya: Avropa və milli qanunvericilik”, “Fransada islamofobiya”, “Qərb mədəniyyətlərində müsəlmanlar haqqında konspirologiya nəzəriyyələr”, “Müstəmləkəçilik, yeni imperializm və islamofobiya”, “İslamofobiya və mediada nifrət çağırışları”, “İslamofobiya ilə mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu”, “Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması” mövzularını əhatə edəcək.

Qərbi Kaspi Universitetində beynəlxalq konfrans keçirildi

“Pontokaspi və Qafqaz Bölgəsi: ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində dəyişikliklər, canlıların filogenezi, geologiya, ekologiya və coğrafiyası” adlı Multidisiplinar Beynəlxalq Konfrans onlayn şəkildə təşkil olunub və iki gün ərzində – 27-28 noyabr tarixlərində davam edib.

Konfransı giriş nitqi ilə açan universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov pandemiya şəraiti ilə əlaqdar olaraq konfransın onlayn formatda baş tutduğunu, bununla belə mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. H.Bağırov vurğulayıb ki, universitet elmi tədqiqat işinin inkişaf etdirilməsini öz fəaliyyətinin prioritetləri sırasında görür. Konfransın öz mövzusu etibarilə də aktuallıq kəsb etdiyini qeyd edən professor tədqiqatçılara uğurlar arzu edib.

Beynəlxalq konfransda Pontokaspi və Qafqaz Bölgəsi, bu ərazidə ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində yaranmış dəyişikliklər, suda və quruda yaşayan canlıların filogenezi, flora və faunanın özəllikləri, geologiya, ekologiya və coğrafiyası, Pontokaspi və Qafqaz Bölgəsində yaşayan insanların mədəniyyətləri, psixoloji və gerontoloji xüsusiyyətləri, bölgə tarixinin maraqlı məqamları və s. alimlər tərəfindən müzakirə edilib. Multidisiplinar Beynəlxalq Konfransın əsas məqsədi fərqli sahələrdə çalışan dünya alimlərinin diqqətini Pontokaspi və Qafqaz bölgəsinin öyrənilməsinə həsr olunmuş çoxsaylı elmi tədqiqatlara yönəltmək və bu bölgənin qlobal problemlərinin həllinə istiqamətlənmiş tədbirlər hazırlanmasına şərait yaratmaq olub.

Konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Hollandiya, Ukrayna, ABŞ, Özbəkistan, BƏƏ, İtaliya və digər ölkələrin tədqiqatçıları iştirak ediblər.

İki gün davam edən konfransda 5 sessiyada 42 məruzə dinlənib, ümumilikdə isə konfransa 185 məqalə təqdim olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.