MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI
Doktorant fərdi iş planının yerinə yetirilməsi barədə vaxtaşırı şöbə, bölmə, kafedra,
ÇAĞ Öyrətm İşlətmələri Qafqaz Universiteti
Dissertasiya işinin yerinə yetirildiyi müəssisədə ilkin ekspertiza .
Təqdim edilən sənədlər .
Dissertasiya şurasında ilkin ekspertiza .
Opponentlərin təyin edilməsi .
Dissertasiya və avtoreferatin kitabxanaya verilməsi .
Dissertasiya şurasınıın iclası .
Elmi dərəcələr verilməsinə dair attestasiya işinin birinci nüsxəsində Ali
Attestasiya Kоmissiyasına təqdim edilməli оlan sənədlərin siyahısı .
15. Ali attestasiya komissiyasında dissertasiyalara baxılması ………………………..
16. Dissertasiyaların tərtib edilməsi qaydaları ………………………………………….
Şərti işarələr, simvollar, vahidlər və terminlər siyahısı ……………………
İstifadə edilmiş ədəbiyyat ………………………………………………….
17. Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması
tövsiyə edilən elmi nəşrlərin siyahısı .
Riyaziyyat və Mexanika elmləri …………………………………………….
Fizika və Astronomiya elmləri ………………………………………………
18. Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirməsi Şuraları .
19. İstifadə olunmuş ədəbiyyat …………………………………………………………
Doktorantlar və dissertantlar üçün yol xəritəsi .
FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI ÜZRƏ MƏRHƏLƏLI
FƏALIYYƏTLƏR
Ümumi müddəalar
Azərbaycan Respublikasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması
ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi
dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə
Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir.
Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan
ayrılmamaqla) formalar üzrə həyata keçirilir.
Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi və
elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il,
dissertantlıq yolu ilə 4 ildir.
Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.
Doktoranturada və dissertantlıq yolu ilə təhsilini başa çatdırmış məzunlara təhsil aldıqları
müəssisənin müvafiq arayışı və imtahanların verilməsi haqqında vəsiqə verilir.
Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin
magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan Azərbaycan
Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə
təkrarən doktoranturaya qəbul oluna bilməz.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin
2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş
surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil
haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
şəxsiyyəti təsdiq edən sənədin surəti.
Fəlsəfə doktoru hazırlığı üzrə dissertantura
Dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali
təhsil müəssisələrində, elmi və digər təşkilatlarda çalışan mütəxəssislərin istehsalatdan
ayrılmamaqla, elmi dərəcənin alınması üçün təhkim olunmaqla, dissertasiya işinin yerinə
yetirilməsini təmin edir.
Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsilli (ali
təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan,
müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin,
elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər.
Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar
dissertant olmaq hüququna malik deyillər.
Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji
iş stajına malik olmalıdırlar.
Fəlsəfə doktoru hazırlığı üzrə dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər
ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin
kadrların şəxsi-qeydiyyat vərəqi;
2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
iş yerindən xasiyyətnamə;
əmək kitabçasından çıxarış;
çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş
surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil
haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
şəxsiyyəti təsdiq edən sənədin surəti.
Qeyd: 1. Dissertanturaya 2 illik staja malik olan şəxslər qəbul oluna bilərlər.
2. İddiaçılar dissertanturaya müsahibə yolu ilə qəbul olunurlar.
Sənədlərin qəbulu
Sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti
haqqında kütləvi informasiya vasitələrində qəbulu həyata keçirən müəssisə tərəfindən
müvafiq elan verilir.
Sənədlərin qəbulu üçün doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin və
elmi təşkilatın rəhbərinin (və ya elmi işlər üzrə müavininin) sədrliyi ilə qəbul komissiyası
yaradılır. Qəbul komissiyası fakültə, kafedra, şöbə, bölmə, laboratoriya rəhbərlərindən,
aparıcı əməkdaşlardan və bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən
İxtisas uyğunluğu
Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası
tərəfindən müəyyən edilir.
Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir
və rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul
komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir.
Qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında
imtahanlara buraxılmaq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec
olmayaraq iddiaçıya bildiriş göndərir. Bildiriş doktoranturanın fəaliyyət göstərdiyi ali
təhsil müəssisəsi və elmi təşkilat rəhbərləri tərəfindən imzalanır və bu bildiriş iş yerindən
məzuniyyət almaq hüququ verir.
Qəbul imtahanları və müsabiqə
Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən (rus dili istisna
olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və fəlsəfədən ali təhsil pilləsinin
magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları
Qəbul imtahanlarını keçirmək məqsədi ilə ali təhsil müəssisələrində və elmi təşkilatlarda
müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır.
İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil
müəssisəsinin və elmi təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir.
Komissiyanın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor
olmalıdır. Nəzərdə tutulan rəhbərlər də komissiyanın üzvü ola bilərlər. Komissiyanın
sədri ali təhsil müəssisəsinin və elmi təşkilatın rəhbəri, yaxud elmi işlər üzrə müavini
təyin edilir. Müstəsna hallarda, bəzi ixtisaslar üzrə elmlər doktorları və professorlar
olmadıqda, komissiyanın tərkibinə fəlsəfə doktorları (elmlər namizədləri), dosentlər,
xarici dil üzrə isə elmi (alimlik) dərəcəsi olmayan təcrübəli mütəxəssislər daxil edilə
Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan
və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.
Ali təhsil müəssisələrində və ya elmi təşkilatlarda yaradılmış qəbul komissiyaları
imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edirlər.
Ali təhsil müəssisələri və elmi təşkilatların elmi şuraları doktorantların dissertasiya
mövzularını və elmi rəhbərlərini onların qəbul komissiyaları tərəfindən doktoranturaya
qəbul olunmaları haqqında qərar qəbul etdikləri gündən 1 aydan gec olmamaq şərtilə
Ali təhsil müəssisəsinin və elmi təşkilatın elmi şurası müvafiq şöbə, bölmə, kafedra və ya
laboratoriyanın təqdimatı əsasında iddiaçının dissertant təhkim olunması, onun
dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi) haqqında qərar qəbul
edir. Elmi şuranın qərarı əsasında ali təhsil müəssisəsi və ya elmi təşkilatın rəhbəri
iddiaçının təhkim olunması haqqında əmr verir.
Elmi rəhbər
Doktoranturaya qəbul haqqında qərarda (əmrdə) doktorantın dissertasiyasının mövzusu,
təhsil müddəti və rəhbəri (rəhbərləri) göstərilir və onlara bu haqda məlumat verilir. Bir
qayda olaraq, doktorantın elmi rəhbəri elmlər doktoru və ya professor olur.
Müstəsna hallarda, ali təhsil müəssisələrinin və elmi təşkilatların elmi şuralarının qərarı
əsasında müvafiq ixtisasa malik fəlsəfə doktorları (elmlər namizədləri) da doktorantlara
elmi rəhbərlik işinə cəlb oluna bilərlər.
Müxtəlif ixtisasları əhatə edən mövzular üzrə elmi tədqiqatlar apararkən doktoranta iki
elmi rəhbər, yaxud rəhbər və məsləhətçi təyin oluna bilər. Onlardan biri fəlsəfə doktoru
(elmlər namizədi) ola bilər.
Elmi rəhbər doktoranta elmi iş üzrə məsləhətlər verir, doktorantın təsdiq edilmiş fərdi iş
planına (tədris proqramına) uyğun fəaliyyətinə rəhbərlik edir və dissertasiya işinin
müəyyən olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir.
Fərdi iş planı
Doktoranturada təhsil müddətində doktorant (dissertant) ali təhsil müəssisəsinin və elmi
təşkilatın elmi şurası tərəfindən təsdiq edilmiş fərdi iş planı (Bax: doktorantlar üçün
Əlavə 1 və dissertantlar üçün Əlavə 2) əsasında fəaliyyət göstərir.
Doktorant təhsil müddətində:
peşə biliklərinə dərindən yiyələnməli;
müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli;
elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli;
fərdi iş planını tam yerinə yetirməli;
nəzərdə tutulan doktorluq imtahanlarını verməli;
elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli;
elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli;
elmi tədqiqat işini bitirməlidir.
Doktorant fərdi iş planının yerinə yetirilməsi barədə vaxtaşırı şöbə, bölmə, kafedra,
laboratoriya iclaslarında hesabat verir.
Attestasiya
Doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisələri və elmi
təşkilatlar tərəfindən təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə uyğun olaraq,
attestasiyadan keçməlidirlər (Əlavə 3). Attestasiyanın keçirilmə müddəti ali təhsil
müəssisəsi və elmi təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir. Doktorantın növbəti
tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir.
Ali təhsil müəssisələrinin və elmi təşkilatların elmi şuralarında doktorantların elmi
rəhbərlərinin vaxtaşırı hesabatları dinlənilir.
Doktoranturada fərdi iş planını yerinə yetirən və elmi tədqiqat işini bitirən şəxslər
«Fəlsəfə doktoru» elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar.
Qeyd: Doktorantların attestasiyası adətən hər il dekabr ayında keçirilir. Attestasiya
doktorantın təhkim olunduğu kafedrada keçirilir. Doktorant və onun elmi rəhbəri cari il
üçün nəzərdə tutulan planın yerinə yetirilməsi haqqında hesabat verirlər və növbəti il üçün
nəzərdə tutulan iş haqqında iclas iştirakçılarına məlumat verirlər. Attestasiyanın nəticəsi
kafedranın iclas protokolunda əksini tapmalıdır. Kafedranın iclas protokolundan çıxarış və
doktorantın hesabatı Magistratura və doktorantura şöbəsinə təqdim olunmalıdır.
Üzürsüz səbəblərə görə fərdi iş planını yerinə yetirməyən, təhkim olunduğu kafedra
ilə əlaqə saxlamayan şəxs attestasiyadan keçməmiş hesab olunur və doktoranturadan xaric
Doktorluq imtahanları
Fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar – ixtisas fənnindən (həmçinin
ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən), informatikadan və xarici dildən
doktorluq imtahanları verməlidirlər;
«Fəlsəfə doktoru» elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslər müəyyən
olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, informatika və xarici dildən, həmçinin ixtisas
uyğunluğu nəzərə alınmaqla, digər fəndən də doktorluq imtahanları verirlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktoranturada və
dissertantlıq yolu ilə təhsil müddətində «Azərbaycan dili» fənnindən əlavə doktorluq
Xarici dil, fəlsəfə və Azərbaycan dili üzrə doktorluq imtahanları Qafqaz
“İnformatika” fənni doktorluq imtahanı AMEA İnformasiya Texnologiyaları
İnstitutunda keçirilir. Buna görə də doktorant və dissertantlar AMEA İnformasiya
Texnologiyaları İnstitutunda informatika kurslarında iştirak etmək üçün Magistratura
və doktorantura şöbəsinə məktub almaq üçün müraciət etməlidirlər.
İmtahanlar ildə iki dəfə – yaz (aprel-may) və payız (noyabr-dekabr) sessiyalarında 1
fəndən artıq olmamaq şərti ilə keçirilir.
Doktorluq imtahanlarının nəticəsi rektorun imzası ilə vəsiqə şəklində tədqiqatçıya
MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI
Dissertasiya təlim dilində yazılmalı və müdafiə edilməlidir.
Magistrlik dissertasiyasının strukturunu aşağıdakı ardıcıllıqla
yerləşdirilmiş materiallar təşkil edir:
titul vərəqi;
içindəkilər;
əsas hissə (dissertasiyanın məzmunu);
istifadə olunan ədəbiyyat;
əlavələr (əgər varsa).
Titul vərəqi dissertasiyanın birinci səhifəsidir və onun
nümunəsi magistrlik dissertasiyasının yazılması üçün Qafqaz
Universitetində qəbul edilmiş qaydalar məcmuəsində göstəril-
mişdir (Bax: Ç-QU-KL-001-TR
− Lisans bitirme çalışması ve
yüksek lisans tez hazırlama kılavuzu, 20.02.2004, Qafqaz Uni-
Referat dissertasiyanın məzmununun qısa xülasəsidir və
orada aşağıdakılar əks olunmalıdır:
magistrantın adı və dissertasiya işinin mövzusu;
tədqiqatın obyekti, məqsədi və xarakteri;
QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ
tədqiqat və hesablamaların qısa şərhi;
Referatın həcmi təxminən 150-200 sözdən ibarət olmalı və
bir səhifədə yazılmalıdır. Referat Azərbaycan, Türk, İngilis və
Rus dillərində tərtib olunmalıdır.
İçindəkilər dissertasiya işində olan butun fəsillərin, hər fəs-
lə daxil olan başlıqların və altbaşlıqların hansı səhifələrdən baş-
Girişdə mövzunun aktuallığı, tədqiqatın məqsədi və obyek-
ti haqqında qısa məlumat verilir.
Əsas hissədə dissertasiya işində müvafiq elmi istiqamət
üzrə mühüm əhəmiyyəti olan və araşdırılan məsələnin təhlili və
onun yaradıcı həlli verilir. Əsas hissənin mətni fəsil, başlıqlar
və altbaşlıqlara bölünür. Burada lazım gəldikdə cədvəllər, şəkil-
lər, qrafiklər, diaqramlar, sxemlər və s. verilə bilər.
Nəticə hissəsində tədqiqat işinin yekunu olaraq magistran-
tın əldə etdiyi elmi və təcrübi nəticələr və tövsiyələr verilir.
İstifadə olunan ədəbiyyat hissəsində dissertasiya işini yeri-
nə yetirdikdə istifadə edilmiş bütün mənbələr bir qayda olaraq
əlifba sırası ilə (müəllifin soyadının birinci hərfi) ardıcıl nömrə-
lənərək göstərilir. (Bəzi hallarda mənbələr istinadlara görə də
nömrələnə bilər). Müəllifinə və ədəbiyyatına istinad olunmadan
özgə materiallarından istifadə edildikdə, magistrlik dissertasi-
yası müdafiə ilə bağlı istənilən müzakirə mərhələsindən geri
Əlavələr hissəsində dissertasiyanın əsas hissəsindəki araş-
dırmalara və müddəalara aydınlıq gətirən və ya əsaslandıran
materiallar verilir (əgər buna ehtiyac olarsa).
MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI
Dissertasiya işinin müdafiəyə təqdim
Magistrant dissertasiya işinin hazırlanması barədə vaxtaşırı
elmi rəhbərinə məlumat verir və onu tələb olunan məzmunda və
formada yerinə yetirdikdən sonra elmi rəhbərinə təqdim edir.
Elmi rəhbər işi yoxladıqdan sonra özünün yazılı rəyi ilə birlikdə
ilkin müzakirə üçün kafedraya təqdim edir. Rəydə dissertasiya-
nın bütün bölmələri üzrə görülmüş iş səciyyələndirilir və alınan
nəticələrin doğruluğu, nəzəri və təcrübi əhəmiyyəti və həmçinin
magistrantın fərdi xüsusiyyətləri qiymətləndirilir.
Kafedraya təqdim olunan materiallar və magistrantın Fərdi
iş planı nəzərdən keçirilir, dissertasiya işi müzakirə olunduqdan
sonra onun magistrlik dissertasiyası üçün qoyulan tələblərə ca-
vab verməsi müəyyənləşdirilir və yekun rəylə birlikdə Magis-
tratura və doktorantura şöbəsinə təqdim edilir. Magistratura və
doktorantura şöbəsinin müdiri təqdim olunmuş materialların
müdafiəyə buraxılması barədə müvafiq qərar qəbul edir və ma-
gistrlik dissertasiyasının titul vərəqində müvafiq qeydlər aparır.
Magistratura və doktorantura şöbəsinin müdiri magistrantı
dissertasiya müdafiəsinə buraxmağı mümkün hesab etmədikdə
bu məsələyə elmi rəhbərin iştirakı ilə şöbədə baxılır.
Dissertasiya işlərinin tərtib olunma
Dissertasiya işi magistrantın tədqiqat işini əks etdirməli,
işdə istifadə olunan ədəbiyyatın siyahısı və həmçinin istifadə
olunan digər bütün materiallara istinad verilməlidir.
Əgər magistrantın tədqiqat proqramı hər hansı bir qrup
layihəsinin bir hissəsidirsə, dissertasiya işi magistrantın fərdi
fəaliyyətini aydın əks etdirməli və əməkdaşlığın dərəcəsi göstə-
QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ
Magistrant tədqiqat işi ilə əlaqədar əldə etdiyi elmi nəti-
cələri müdafiədən qabaq nəşr etdirə bilər, bu halda dissertasiya
işində onlara istinad verilməlidir.
Dissertasiya işi magistrlik dissertasiyasının yazılması üçün
Qafqaz Universitetində qəbul edilmiş qaydalar məcmuəsində
göstərilmiş tələblərə uyğun olaraq yerinə yetirilməlidir (Bax: Ç-
− Lisans bitirme çalışması ve yüksek lisans tez
hazırlama kılavuzu, 20.02.2004, Qafqaz Universiteti).
Dissertasiya işi qəbul olunmuş standartlara uyğun olaraq
tərtib olunmalı və cildlənməlidir. Cild səhifələrin əlavə olunma-
ması və ya dəyişdirilməməsi üçün kifayət qədər etibarlı olma-
Ekspert rəyi
Dissertasiya işi müdafiəyə ən azı 15 gün qalmış tanışlıq və
rəy üçün ekspertlərə göndərilir. Ekspertlər dissertasiya işi ilə
əsaslı tanışlıqdan sonra yazılı rəy hazırlayır. Rəydə aşağıdakılar
öz əksini tapmalıdır:
dissertasiya mövzusunun aktuallığı;
ədəbiyyatdan düzgün istifadə olunması;
müəllifinə və ədəbiyyatına istinad olunmadan özgə
materiallarından istifadə olunma faktının olub-olmaması;
dissertasiya işində irəli sürülən hər bir əsas müddəanın və
nəticənin doğruluğu və yeniliyi;
aparılan tədqiqatların elmi və əməli dəyəri, alınan
nəticələrdən istifadə edilməsinin mümkünlüyü;
işin obyektiv qiymətləndirilməsi, onun müsbət və mənfi
işin magistr dissertasiyaları üçün irəli sürülən tələblərə
cavab verməsi.
Rəy ekspert tərəfindən imzalanır və müdafiəyə ən azı 5 gün
qalmış müdafiə şurasına təqdim edilir. Ekspert rəyinin surəti
müdafıəyə ən az 3 gün qalmış magistranta verilməlidir.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Abituriyentlərə kömək: Bütün qruplar üzrə bütün universitetlərdə bahalı və ucuz fakultələr
Ali məktəblərə qəbul imtahanlarını başa vuran abituriyentlər ixtisas seçimi ərəfəsində tərəddüdədirlər. Feat.Az fins.az-a istinadən xəbər verir ki, onlara kömək məqsədilə ali məktəblərin plan yerlərini və fakültələrin qiymətlərini araşdıraraq təqdim edir. Beləliklə,
1-ci qrup – ƏN BAHALI FAKÜLTƏLƏR
ADA Universiteti
Kom püter elmləri – 6500 manat, 40 yer
Kompüter mühəndisliyi – 6500 manat, 40 yer
İnformasiya texnologiyaları – 6500 manat, 40 yer
Sistem mühəndisliyi -6500 manat, 40 yer
Qafqaz Universiteti
Qafqaz Universiteti 1-c i ixtisas qrupunda 8 fakultə ilə təmsil olunur.
Bu qrupda universitetin ən bahalı fakultəsi mexanika mühəndisliyi, kompüter mühəndisliyi, inşaat mühənsidliyi və s.dir – 5200 manat. Fizika və riyaziyyət müəllimliyi isə 3850 manatdır.
Xəzər Universiteti
Xəzər Universitetində ən bahalı fakültələr fizika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi və Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyidir
Fizika müəllimliyi – 3500 manat, 15 yer
Riyaziyyat və informatika müəllimliyi – 3500 manat, 20 yer
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi – 3500 manat, 25 yer
İnşaat mühəndisliyi – 3500 manat, 20 yer
Kompüter elmləri – 3500 manat, 25 yer
Neft-qaz mühəndisləri – 3500 manat, 25 yer
Mexanika mühəndis – 3500 manat, 25 yer
Kompüter m ühəndisliyi – 3500 manat, 25 yer
Kimya mühəndisliyi – 3500 manat, 25 yer
Qərb Universiteti
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi – 15 yer – 2900 AZN
Kompüter mühəndisliyi – 15 yer – 2990 AZN
“Odlar Yurdu” Universiteti
1-ci ixtisas qrupundakı fakültələr sırasında “Odlar Yurdu” Universitetinin ixtisaslarında qiymət eynidir.
Kompüter mühəndisliyi – 3000 manat, 50 yer
Ekologiya mühən disliyi – 3000 manat, 35 yer
Ən bahalı dövlət ali məktəbləri
1-ci qrup dakı dövlət universitetlərində ən bahalı fakültələr Turizm və Menecment və Memarlıq və İnşaat Universitetindədir.
Azərbaycan Turizm və Menecment Universiteti
Qida məhsulları mühəndisliyi – 2500 manat, 20 yer
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Memarlıq və İnşaat Universitetində ən bahalı fakültə memarlıqdır.
Memarlıq -2300 manat, 95 yer
Azərbaycan Dövlət İqtisad Uni versiteti (UNEC)
İnformasiya texnologiyaları – 2200 manat, 50 yer
Sistem mühəndisliyi – 2200 manat, 25 yer
Döv lət İdarəçilik Akademiyası
Kompüter elmləri – 2000 manat, 30 yer
1-ci qrup – ƏN UCUZ FAKÜLTƏLƏR
Bu qrup üzrə özəl ali məktəblərdə ən ucuz fakültələr Naxçıvan və Mingəçevir Dövlət Universitetlərindədir. Özəl ali məktəblər sırasında isə “Naxçıvan”, “Təfəkkür” “Bakı Avrasiya” və Kooperasiya Universitetləridir.
Bakı Avrasiya Universiteti
Riyaziyyat – 2000 manat / 25 yer
“Naxçıvan” Universiteti
İnformatika müəllimliyi-1500 manat, 20 yer
Riyaziyyat və informatika müəllimliyi -1600 manat, 20 yer
“Təfəkkür” Universiteti
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi – 1800 manat, 20 yer
Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi – 1800 manat, 20 yer
Azərbaycan Kooperasiya Universiteti
Riyaziyyat – 2000 manat , 50 yer
Çoxişlənən mallların texnologiyası mühəndisliyi- 2200 manat, 50 yer
İstehlak mallarının ekspertizası və marketinqi – 2200 manat, 50 yer
Qida Məhsulları mühəndisliyi – 2200 manat, 30 yer
Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi – 2300 manat, 50 yer
Dövlət ali məktəb lərində I ixtisas qrupu üzrə ən ucuz fakültələr Texnologiya Universitet və Naxçıvan və Mingəşevir Dövlət Universitetindədir.
Azərbaycan Texnologiya Universiteti
Texnoloji maşın və avadanlıqlar mühəndisliyi – 1000 manat, 25 yer
Mingəçevir Dövlət Universiteti
Elektroenergetika mühəndisliyi – 1000 manat, 15 manat
Riyaziyyat və informatika müəllimliyi – 1200 manat, 30 yer
Elektroenergetika mühəndisliyi – 1200 manat, 30 yer
İstilik energetika mühəndisliyi – 1200 manat, 25 yer
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi – 1200 manat, 25 yer
Ekologiya mühəndisliyi – 1200 manat, 30 yer
İnformasiya texnologiyaları – 1200 manat, 30 yer
Naxçıvan Dövlət Universiteti
Yerüstü nəqliyyat vasitələrin in mühəndisliyi -1000 manat, 15 nəfər ( qiyabi)
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi -1200 manat, 20 yer (əyani)
Ekologiya mühəndisliyi- 1200 manat, 15 yer
2-ci qrupda – ƏN BAHALI FAKÜLTƏLƏR
ADA Universiteti
İqtisadiyyat – 6500 manat, 80 yer
Biznesin idarə edilməsi – 6500 manat, 80 yer
Beynəlxalq münasibətlər – 6000 manat, 80 yer
Qafqaz Universiteti
Qafqaz Universiteti 2-ci ixtisas qrupunda 7 fakültə ilə təmsil olunur. Bu qrupda universitetin ən bahalı fakültələri maliyyə, dünya iqtisadiyyatı və biznesin idarə edilməsidir – 5850 manat. Beynəlxalq münasibətlər isə 5500 manatdır.
Maliyyə – 5850 manat, 20 yer
Biznesin idarə edilməsi – 5850 manat, 20 yer
Dünya iqtisadiyyatı – 5850 manat, 25 yer
Beynəlxalq münasibətlər – 5500 manat, 30 yer
Mühasi bat uçotu – 5200 manat , 50 yer
Dövlət və bələdiyyə idarəetməsi – 5200 manat, 30 yer
Sənayenin təşkili və iadarə olunması – 4750 manat, 50 yer
Xəzər Universiteti
Regionşünaslıq – 4500 manat, 25 yer
Beynəlxalq münasibətlər – 4500 manat, 25 yer
Mühasibat uçotu və audit – 4000 manat, 25 yer
Maliyyə – 4000 manat, 25 yer
İqtisadiyyat – 4000 manat, 15 yer
Menecment – 4000 manat , 20 yer
Marketinq – 4000 manat, 15 yer
Biznesin idarə edilməsi – 4000 manat, 20 yer
Turizm və otelçilik – 4000 manat, 25 yer
Qərb Universiteti
- Beynəlxalq münasibətlər – 30 yer (20 – yer – Azərbaycan və rus dillərində, 10 – yer – İngilis dilində) – 3600 AZN
- Regionşünaslıq (Qərbşünaslıq) – 30 yer (20 – yer – Azərbaycan və rus dillərində, 10 – yer – İngilis dilində) – 3600 AZN
- Dünya iqtisadiyyatı – 30 yer (20 – yer – Azərbaycan və rus dillərində, 10 – yer – İngilis dilində) – 3300 AZN
- Maliyyə – 30 yer (20 – yer – Azərbaycan və rus dillərində, 10 – yer – İngilis dilində) – 3300 AZN
- Menecment – 35 yer (20 – yer – Azərbaycan və rus dillərində, 15 – yer – İngilis dilində) – 3300 AZN
- Turizm və otelçilik – 30 yer – (15 – yer – Azərbaycan və rus dillərində, 15 – yer – İngilis dilində) – 2990 AZN
- İqtisadiyyat – 25 yer – 3300 AZN
- Biznesin idarə edilməsi – 30 yer – (20– yer – Azərbaycan və rus dillərində, 10 – yer – İngilis dilində) – 3300 AZN
2-ci qrupda – ƏN UCUZ FAKÜLTƏLƏR
Bakı Avrasiya Universiteti
Regionşünaslıq (ABŞ Kanada) 2000 manat / 40 yer
Regionşünaslıq (ABŞ Kanada) (rus bölməsi) 2000 manat / 15 yer
Regionşünaslıq (Avropa ölkələri) 2000 manat / 30 yer
Regionşünaslıq (Avropa ölkələri) (rus bölməsi) 2000 manat / 15 yer
Regionşünaslıq (Yaxın və Orta Şərq ölkələri) 1800 manat / 30 yer
Regionşünaslıq (Qafqaz ölkələri) 1800 manat / 20 yer
Regionşünaslıq (Qafqaz ölkələri) (rüs bölməsi) 1800 manat 10 yer
İqtisadiyyat 2000 manat / 50 yer
İqtisadiyyat (rus bölməsi) 2000 manat / 20 yer
Bakı Dövlət Universiteti
Coğrafiya – 1300 manat, 15 yer ( qiyabi)
Coğrafiya – 1600 manat , 90 yer (əyani)
Coğrafiya müəllimliyi – 1500 manat, 120 yer
Hidrometeorologiya – 1600 manat, 25 yer
İqtisadiyyat – 1600 manat , 15 yer (qiyabi)
İqtisadiyyat – 1900 manat , 75 yer (əyani)
Sosiologiya – 1800 manat, 30 yer
Regionşünaslıq – 1800 manat, 170 yer
Turizm və otelçilik – 1900 manat, 55 yer
Dünya iqtisadiyyatı – 2300 manat , 100 yer
2-ci ixtisas qrupunda ucuz təhsil haqqı təklif edən digər universitetlər Dillər, Texniki və Pedaqoji Universitetlərdir. Azərbaycan Dillər Universitetində ən ucuz ixtisas regionşünaslıqdır- 1000 manat. Texniki Universitetdə ən ucuz fakültə 1300 manatdır. Pedaqoji Universitetdə qiymətlər bundan cəmi 20 manat fərqlənir -1320 manat.
Azərbaycan Dillər Universiteti
Regionşünaslıq (Almaniya) – 1000 manat, 10 yer
Regionşünaslıq (Fransa) – 1000 manat , 10 yer
Regionşünaslıq (Mərkəzi və Şərqi Avropa ölkələri) – 1500 manat, 10 yer
Regionşünaslıq (Qafqaz ölkələri) – 1500 manat, 10 yer
Regionşünaslıq (Norveç) -1500 manat, 10 yer
Regionşünaslıq (Yaponiya) – 1500 manat, 10 yer
Regionşünaslıq (Çin) – 1500 manat, 10 yer
Regionşünaslıq (Argentina) – 1500 manat, 10 yer
Azərbaycan Texniki Universiteti
Sənayenin təşkili və idarə olunması – 1300 manat, 15 yer (qiyabi )
Sənayenin təşkili və idarə olunması – 1600 manat, 90 yer (əyani)
Menecment – 1600 manat, 30 yer
Nəqliyyat servisi – 1500 manat, 30 yer
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Tarix və coğrafiya müəllimli – 1320 manat, 60 yer
Coğrafiya müəllimliyi – 1320 manat , 90 yer
Bu qiymətlər filiallarda da eynidir.
3-cü ixtisas qrupu – ƏN BAHALI İXTİSASLAR
ADA Universiteti
Dövlət və ictimai münasibətlər fakültəsi – 6000 manat,80 yer
Qafqaz Universiteti
Dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı) – 4800 manat, 45 yer
Tərcümə (ingilis dili )- 4800 manat, 60 yer
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 4200 manat, 50 yer
Xəzər Universiteti
Politologiya – 4500 manat, 25 yer
Dizayn – 3500 manat, 20 yer
Pedaqoji fakültələr – 3500 manat , 110 yer
Tərcümə – 3500 manat , 50 yer
Qərb Universiteti
- Politologiya – 40 yer – 3290 AZN
- Dizayner (interyer, qrafik, landşaft) – 30 yer – 3300 AZN
- Tərcümə (ingilis, alman, fransız) – 35 yer – 3800 AZN
- Filologiya (Azərbaycan dili və ədəbiyyatı) – 30 yer – 2900 AZN
- Filologiya (İngilis dili və ədəbiyyatı) – 30 yer – 3800 AZN
- Dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı) – 15 yer – 3600 AZN
3-cü qrupda – ƏN UCUZ İXTİSASLAR
Azərbaycan Dillər Universiteti
Filologiya (alman v ə fransız dili) – 1000 manat, 20 yer
Tərcümə (alman dili, fransız dili) – 1000 manat ,24 yer
Dil və ədəbiyyat müəllimliyi (fransız dili) – 1000 manat, 12 yer
Xarici dil müəllimliyi (fransız dili ) – 1000 manat, 48 yer
Xarici dil müəllimliyi (alman dili ) – 1000 manat, 48 yer
Bakı Dövlət Universiteti
İbtidai sinif müəllimliyi (Qazax filialı) – 1200 manat, 25 manat
Məktəbəqədər təlim və tərbiyə (Qazax filialı )- 1200 manat, 25 manat
Naxçıvan Dövlət Universiteti
Xarici dil müəllimliyi (alman dili) -1200 manat, 15 yer
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi -1300 manat, 40 yer
Xarici dil müəllimliyi (fransız dili)-1300 manat, 15 yer
Tarix müəllimliyi -1300 manat, 40 yer
Kitabxanaçılıq və informasiya -1300 manat ,20 yer
Naxçıvan Müəllimlər İnstitutu
İbtidai sinif müəllimliyi-1300 manat, 165 yer
Məktəbəqədər təlim və tərbiyə -1300 manat, 30 yer
Təhsildə sosial- psixoliji xidmət -1300 manat, 25 yer
4-cü qrupda – ƏN BAHALI FAKÜLTƏLƏR
Qafqaz Universiteti
Psixologiya – 3850 manat, 25 yer
Comments are closed, but trackbacks and pingbacks are open.