Qala səlibçisini necə izah edə bilərəm
Əvvəl gəlinin adını, məsələn, Əhməd qızı Fatma deyə yazar. Sonra bəyin adını, məsələn, Həsən oğlu Əli deyə yazar. Sonra iki kişi şahidin adını atalarının adlarıyla birlikdə yazar. Sonra razılaşdırılan mehri-müəccəli və mehri-muaccəli yazar. [Mehri-müəccəlin çox olması qızın mənfəətinədir. Məsələn, onluq qızıl ola bilər. Kişi boşadığı vaxt bu mehri verməsi şərtdir. Çox olarsa bəsit səbəblərlə xanımını boşamaz.]
Nikah necə kəsilir
Sual: Dinimizə görə nikahın səhih olması üçün bəlli şərtlər nələrdir?
CAVAB
Bu şərtlərin birincisi, Müsəlman qadının Müsəlman kişilə evlənməsidir. Müsəlman olmayan kişi ilə evlənə bilməz. Evlənməyə qərar verdiyi anda kafir olur. Çünki Allahu təala, “Evlənilə bilməz” buyurur. Evlənən bu əmri inkar etmiş olar. Müsəlman kişi də eyni şəkildə müşrik, dinsiz bir qadınla evlənə bilməz. O da evlənməyə qərar verdiyi anda kafir olur. Əhli kitab olan, yəni Yəhudi və ya Xristian qızla evlənmək caiz isə də, tahrimən məkruhdur, yəni günahdır. Müsəlman qız isə əhli kitab olsa da, heç bir kafir kişi ilə evlənə bilməz.
Dinimizdə küfv [tay] olmaq önəmlidir. Küfv, Hənəfidə soyda, malda, dində və şərəfdə bir-birinə tay olmaq deməkdir. Qadınla kişinin din bilgiləri, təqva, nəsəb, mövqe və sərvət baxımından tay olmaları lazımdır. Tay olmaq kişinin saleh Müsəlman olması, Əhli-sünnət etiqadında olması, namaz qılması, içki içməməsi, yəni İslamiyyətə tabe olması və ehtiyaclarını qazanacaq qədər iş sahibi olması deməkdir. Kürəkənin tək mal-mülk və mövqe sahibi olmasını istəyənlər qızlarını fəlakətə, Cəhənnəmə atmış olarlar. Qızın da namazlarını qılması və günahlardan çəkinməsi lazımdır.
Nikahın ikinci şərtdi də şahidlərin olmasıdır. Hənəfidə şahid olaraq ağıllı və yetkin Müsəlman iki kişi və ya bir kişi ilə iki qadın olmalıdır. Uşaqla dəlinin şahidliyi etibarlı olmaz.
Nikahın üçüncü şərti zərurət və qəbuldur. Yəni sözləşmədir.
Bu üç şərt yerinə gələrsə nikah səhih olar. Verilməsi vacib olan mehr danışılmasa da nikah səhihdir, amma nikahda vacib olan mehrin müəyyən olunmasıdır.
Vəziyyətə görə, mehr az və ya çox istənilə bilər. Mehr vermək vacibdir. Peyğəmbər əfəndimiz, “Mehr verməmək niyyətiylə nikahlanan Qiyamətdə oğrularla həşr olar” buyurmuşdur. [R.Nasıhin]
Mehr iki qisimdir. Mehri muaccəl, tez verilməsi lazım olan mehr deməkdir. Mehri müəccəl, dərhal verilməyib daha sonra vəfat və ya boşanma halında verilməsi lazım olan mehr deməkdir.
Sual: Gəlin və kürəkənin özləri də orada olarsa dini nikahları necə kəsilər?
CAVAB
Qeydiyyat İdarəsində rəsmi işlər bitdikdən sonra Müsəlman bir kişi Hənəfi məzhəbinə görə Müsəlman iki kişi şahid yanında evlənəcəyi qıza, “Səni xanım olaraq aldım” deyər, qız da, “Mən də səni ər olaraq qəbul etdim” deyərsə, nikah səhih olarsa da, sünnətə uyğun nikah belə kəsilər:
Bu dövrdə dini bilənlər azaldığı üçün nikah kəsən, bəy və gəlinə, Allahu təalanın sifətlərini (xüsusiyyətlərini) sayıb, İmanın və İslamın şərtlərini də söylədikdən sonra, “Qəbul etdinmi?” deyə soruşar. Bəli, cavabını alıb, bəylə gəlinin Müsəlman olduğu beləcə aydın olduqdan sonra nikahları kəsilər.
Əvvəl gəlinin adını, məsələn, Əhməd qızı Fatma deyə yazar. Sonra bəyin adını, məsələn, Həsən oğlu Əli deyə yazar. Sonra iki kişi şahidin adını atalarının adlarıyla birlikdə yazar. Sonra razılaşdırılan mehri-müəccəli və mehri-muaccəli yazar. [Mehri-müəccəlin çox olması qızın mənfəətinədir. Məsələn, onluq qızıl ola bilər. Kişi boşadığı vaxt bu mehri verməsi şərtdir. Çox olarsa bəsit səbəblərlə xanımını boşamaz.]
İstiğfar oxuyaraq oradakılara təcdidi iman və təcdidi nikah etdirər:
Əstağfirullah, əstağfirullah, əstağfirullah əl-azım əlləzi lə iləhə illə hüv əlhayyəlqayyumə və ətübü ileyh, təvbətə abidin zalimin li-nəfsihi la yəmlikü li-nəfsihi məvtən və la hayətən və lə nüşura. Ya Rəbbi! Həddi-buluğumdan bu ana gələnə qədər İslam düşmənlərinə və bidət əhlinə aldanaraq əldə etdiyim səhv, yanlış etiqadlarıma və bidət, fisq olan söylədiklərimə, dinlədiklərimə, gördüklərimə və işlədiklərimə peşman oldum, bir daha belə səhv inanmamağa və etməməyə əzm, cəzm və qəsd etdim. Peyğəmbərlərin əvvəli Adəm əleyhissəlam və axırı bizim sevgili Peyğəmbərimiz Muhamməd əleyhissəlamdır. Bu iki Peyğəmbərə və ikisi arasında gəlmiş keçmiş Peyğəmbərlərin cümləsinə iman etdim. Hamısı haqqdır, sadiqdir. Bildirdikləri doğrudur. Əməntü billahi və bi-ma caae min indillah, alə muradillah və əməntü bi-Rasulillah və bi-ma caae min indi muradı Rasulillah. Əməntü billahi və Mələikətihi və kütübihi və Rəsülihi vəlyəvmil-axiri və bilqədəri xayrihi və şərrihi minallahi təala vəl-basü badəlməvti haqqun. Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rəsuluh. Allahummə inni üridü ən ücəddidəl imana vənnikəha təcdidən bi-qavli la ilahə illallah Muhammədun Rəsulullah.
Əuzu Bəsmələdən sonra bu duanı oxuyur:
“Əlhamdü lillahilləzi zəvvəcəl ərvaha bil əşbah və əhallənnikəha və harrəməssifah. Vəssalatu vəssəlamu ala rəsulina Muhammədinilləzi bəyyənəl-harama vəl-mubah və ala Alihi və Əshabi-hilləzinə hüm əhlüssaləhi vəlfəlah.”
Əuzu Bəsmələ çəkib Nur surəsinin 32-ci ayəti kəriməsini oxuyub, “Sadəqallahül-azım” deyər, sonra, “Qalə Rəsulullah, “Ən-nikahü sünnəti fəmən raqibə an sünnəti fələysə minni.” Sadəqa Rəsulullah. Bismilləhi və alə sünnəti rasulillah” deyər.
Sonra gəlinə dönüb, “Allahu təalanın əmri, Peyğəmbər əfəndimizin sünnəti, əməldə məzhəbimizin imamı olan İmamı-əzəm Əbu Hənifə həzrətlərinin ictihadı və hazır olan Müsəlmanların şahidlikləriylə, [məsələn] onluq qızıl mehri müəccəl və 5 qızıl mehri-muaccəllə, Həsən oğlu Əlini ərliyə qəbul etdinmi?” deyər. Gəlin də, “Bəli, bildirilən mehri-müəccəl və mehri-muaccəl ilə Həsən oğlu Əlini ərliyə qəbul etdim” deyər.
Sonra bəyə dönüb, yenə Bismilləhi və alədən başlayıb oxuyar. “Əhməd qızı Fatmanı, bildirilən mehri-müəccəl və mehri-muaccəl ilə xanımlığa qəbul etdinmi?” deyər.
Hər ikisinə üç dəfə ayrı-ayrı soruşar və “Bəli, qəbul etdim” deyə cavab alanda, “Mən də nikahınızı kəsdim” deyər. Sonra bu duanı oxuyar:
Nikah duası:
“Allahümməcal həzəl aqdə məynunən mubarəkən vəcʼal bəynə-hüma ülfətən və məhabbətən və qərara və la təcal bəynə-hüma nifrətən və fitnədən və firara. Allahümmə əllif bəynəhüma kəma əlləftə bəynə Adəmə və Həvva. Və kəmə əlləftəbəynə Muhammədin sallallahu əleyhi və səlləm və Xadicə-tel-kübra və Aişə-tə ümm-il mömininə radıyallahu anhümə. Və bəynə Aliyyin radıyallahü anh və Fatimə-tez-zəhra radıyallahu anhə. Allahümməati lə-hüma əvlədən saləhan və ömrə tavilən və rızkan vasian. Rabbəna həb ləna min əzvacina və zürriyyatina kurrətə ayünin vəcalna lilmüttəkinə iməmə. Rəbbəna atina fiddünya hasənətən və fil axirəti hasənətən və qına azəbənnar. Sübhanə rabbikə rabbil izzəti amma yəsıfün və səlamün aləl mürsəlin vəlhamdülillahi rəbbilələmin. Əl-Fatiha.”
Bu duanı Peyğəmbər əfəndimiz və bütün alimlər, vəlilər oxudular. Bunu oxuyanda ər-arvad arasında ölənə qədər məhəbbət mövcud olar, rahat və hüzur içində yaşayarlar. Evlərindən bərəkət əskik olmaz. Duanın məali də belədir:
“Allahım! Bu evliliyi mübarək et! Aralarında ülfət, dolanışıq, sevgi və evliliklərində səbat nəsib eylə, bunları nifrət, dolanışıqsızlıq və ayrılıqdan qoru! Allahım! Adəm əleyhissəlam ilə Həvva anamız, Muhamməd əleyhissəlam və Xədicəyi-Kübra və möminlərin anası Aişə anamız, Həzrəti Əli ilə Həzrəti Fatimə-tüz-Zəhra anamız arasındakı var olan ülfəti də bunlara da nəsib eylə! Onlara saleh övlad, uzun ömürlər və bol ruzi ehsan eylə! Amin. Ey Rəbbimiz! Zövcələrimizi və uşaqlarımızı bizə göz aydınlığı qıl və bizi Allaha qarşı gəlməkdən çəkinənlərə rəhbər et! Ey Rəbbimiz, bizə dünyada və axirətdə yaxşılıq, gözəllik ver. Bizi Cəhənnəm əzabından qoru! Qüdrət və şərəf sahibi olan sənin Rəbbin, onların söylədiyi uyğun olmayan şeylərdən münəzzəhdir. Bütün Peyğəmbərlərə salam olsun. Aləmlərin Rəbbi olan Allaha həmd olsun.”
Bəy var, gəlin yoxdursa
Sual: Gəlin orada hazır olmayıb, gəlinin vəkili ilə bəy varsa, dini nikahları necə kəsilər?
CAVAB
Nikah kəsən bəydən, Allahu təalanın sifətlərini sayıb, imanın və İslamın şərtlərini izah edər və “Bunları qəbul etdinmi?” deyə soruşar. Gəlinin vəkilinə də gəlinin, bilib bilmədiyini, yəni Müsəlman olub olmadığını soruşar. Müsəlman olduğu aydın olduqdan sonra gəlinin adını, məsələn, Əhməd qızı Fatma deyə və gəlinin vəkilinin adını atasının adıyla birlikdə yazar. Sonra bəyin adını, məsələn, Həsən oğlu Əli deyə yazar. Sonra iki kişi şahidin adını, atalarının adıyla birlikdə yazar. Sonra, müəyyən olunan mehri müəccəli və mehri muaccəli yazar.
Yuxarıda bildirildiyi kimi təcdidi iman və təcdidi nikah edildikdən sonra, istiğfar və Əuzu Bəsmələdən sonra, bu duanı oxuyar:
“Əlhamdulillahilləzi zəvvəcəl ərvaha bil əşbah və əhallənnikəha və harrəməssifah. Vəssalatu vəssəlamu ala rasulina Muhammədinilləzi bəyyənəl haramə vəl-mübah və alə Alihi və Əshabi-hilləzinə hüm əhlüssaləhi vəlfəlah.”
Əuzu Bəsmələ çəkib, Nur surəsinin otuz ikinci ayəsini oxuyar, “Sadəqallahül azım” deyər, sonra, “Qalə Rəsulullah, “Ən-nikahü sünnəti fəmən raqib an sünnəti fələysə minni.” Sadəqa Rəsulullah. Bismillahi və alə sünnəti rasulillah” deyər.
Sonra gəlinin vəkilinə dönüb, “Allahu təalanın əmri, Peyğəmbər əfəndimizin sünnəti, əməldə məzhəbimizin imamı olan İmamı-azam Əbu Hənifə həzrətlərinin ictihadı və hazır olan Müsəlmanların şahidlikləriylə, vəkili olduğun Əhməd qızı Fatmanı, [məsələn] onluq qızıl mehri müəccəl və onluq qızıl mehri muaccəllə, talibi olan Həsən oğlu Əliyə evləndirməyə, vəkalətinlə verdinmi?” deyər.
Sonra bəyə dönüb, yenə Bismillahi və alədan başlayıb oxuyar. “Sən də, Əhməd qızı Fatmanı, [məsələn] onluq qızıl mehri müəccəl və onluq qızıl mehri muaccəllə, xanımlığa qəbul etdinmi?” deyər. Hər ikisinə də üç dəfə ayrı-ayrı soruşar və “Bəli, qəbul etdim” deyə cavab alanda, “Mən də nikahınızı kəsdim” deyər. Sonra yuxarıdakı uzun nikah duasını oxuyar.
Gəlin var, bəy yoxdursa
Sual: Bəy orada hazır olmayıb, bəyin vəkili ilə gəlin varsa, dini nikahları necə kəsilir?
CAVAB
Nikah kəsən kimsə gəlinə, Allahu təalanın sifətlərini sayıb, iman və İslamın şərtlərini izah edər və “Bunları qəbul etdinmi?” deyə soruşar. Bəyin vəkilindən də bəyin bunları bilib-bilmədiyini, yəni Müsəlman olub olmadığını soruşar. Müsəlman olduğu aydın olduqdan sonra gəlinin adını, məsələn, Əhməd qızı Fatma deyə yazar. Sonra bəyin adını, məsələn Həsən oğlu Əli deyə və bəyin vəkilinin adını atasının adıyla birlikdə yazar. Sonra Müsəlman iki kişi şahidin adını, atalarının adlarıyla birlikdə yazar. Sonra, müəyyənləşən mehri müəccəli və mehri muaccəli yazar.
Yuxarıda bildirildiyi kimi təcdidi iman və təcdidi nikah etdirdikdən sonra, istiğfar ilə Əuzu Bəsmələdən sonra, bu duanı oxuyar:
“Əlhamdülillahilləzi zəvvəcəl ərvəha bil əşbah və əhallənnikaha və harrəməssifah. Vəssalatu vəssəlamu alə rəsulina Muhammədinilləzi bəyyənəl-haramə vəl-mübah və alə Alihi və Əshabi-hilləzinə hüm əhlüssaləhi vəlfəlah.”
Əuzu Bəsmələ çəkib Nur surəsinin otuz ikinci ayəsini oxuyar, “Sadəqallahül əzm” deyər, sonra, “Qalə Rəsulullah, “Ən-nikahü sünnəti fəmən raqibə an sünnəti fələysə minni.” Sadəqa Rəsulullah. Bismilləhi və alə sünnəti rəsulillah” deyər.
Sonra gəlinə dönüb, “Allahu təalanın əmri, Peyğəmbər əfəndimizin sünnəti, əməldə məzhəbimizin imamı olan İmamı-azam Əbu Hənifə həzrətlərinin ictihadı və hazır olan Müsəlmanların şahidlikləriylə, [məsələn] onluq qızıl mehri müəccəl və onluq qızıl mehri muaccəllə, Həsən oğlu Əlini ərliyə qəbul etdinmi?” deyər. Gəlin də, “Bəli, bildirilən mehri müəccəl və mehri muaccəl ilə Həsən oğlu Əlini ərliyə qəbul etdim” deyər.
Sonra bəyin vəkilinə dönüb, yenə Bismilləhi və alədan başlayıb oxuyar. “Sən də, Əhməd qızı Fatmanı, [məsələn] onluq qızıl mehri müəccəl və 1 onluq qızıl mehri muaccəllə, vəkili olduğun Həsən oğlu Əliyə, vəkalətin səbəbi ilə aldınmı?” deyər. Hər ikisinə üç dəfə ayrı-ayrı soruşar və “Bəli, qəbul etdim” deyə cavab alanda, “Mən də nikahınızı kəsdim” deyər. Sonra, yuxarıdakı uzun nikah duasını oxuyar.
Bəy və gəlin yoxdursa
Sual: Bəy və gəlin orada hazır olmayıb, yalnız vəkilləri varsa, dini nikahları necə kəsilər?
CAVAB
Nikahı hər kəs kəsə bilər, imamların kəsməsi lazımdır deyə bir şərt yoxdur. Nikah kəsəcək kimsə gəlinin və bəyin vəkillərinə, bəyin və gəlinin Allahu təalanın sifətlərini, imanın və İslamın şərtlərini bilib bilmədiklərini, yəni Müsəlman olub olmadıqlarını soruşar. Müsəlman olduqları aydın olduqdan sonra gəlinin adını, məsələn, Əhməd qızı Fatma deyə və gəlinin vəkilinin adını atasının adıyla birlikdə yazar. Sonra bəyin adını, məsələn, Həsən oğlu Əli deyə və kürəkənin vəkilinin adını atasının adıyla birlikdə yazar. Sonra Müsəlman iki kişi şahidin adını, atalarının adıyla birlikdə yazar. Sonra müəyyənləşən mehri müəccəli və mehri muaccəli yazar.
Yuxarıda bildirildiyi kimi təcdidi iman və təcdidi nikah edildikdən sonra, istiğfar ilə Əuzu Bəsmələdən sonra, bu duanı oxuyar:
“Əlhamdulillahilləzi zəvvəcəl ərvaha bil əşbah və əhalleənnikəha və harrəməssifah. Vəssalatü vəssəlamü alə rəsulina Muhammədinilləzi bəyyənəl-haramə vəl-mubah və alə Alihi və Əshabi-hilləzinə hüm əhlüssaləhi vəlfəlah.”
Əuzu Bəsmələ çəkib, Nur surəsinin otuz ikinci ayəsini oxuyar, “Sadəqallahül azım” deyər, sonra, “Qalə Rasulullah, “Ən-nikahü sünnəti fəmən raqibə an sünnəti fələysə minni.” Sadəqa Rasulullah. Bismilləhi və alə sünnəti rəsulillah” deyər.
Sonra gəlinin vəkilinə dönüb, “Allahu təalanın əmri, Peyğəmbər əfəndimizin sünnəti, əməldə məzhəbimizin imamı olan İmamı-azam Əbu Hənifə həzrətlərinin ictihadı və hazır olan Müsəlmanların şahidlikləriylə, vəkil olduğun Əhməd qızı Fatmanı, onluq qızıl mehri müəccəl və onluq qızıl mehri muaccəllə, talibi olan Həsən oğlu Əli ilə evləndirməyə, vəlakət səbəbiylə, verdinmi?” deyər.
Sonra bəyin vəkilinə dönüb, yenə Bismilləhi və alədan başlayıb oxuyar. “Sən də, Əhməd qızı Fatmanı, [məsələn] 11 onluq qızıl mehri müəccəl və 1 onluq qızıl mehri muacəllə, vəkili olduğun Həsən oğlu Əliyə, vəkalətin səbəbiylə verdinmi?” deyər. Hər ikisindən üç dəfə ayrı-ayrı soruşar və “Bəli, qəbul etdim”deyə cavab alanda, “Mən də bu nikahı kəsdim” deyər. Sonra yuxarıdakı uzun nikah duasını oxuyar.
Nəcisin saxlanmamasını anlayın
Nəcisin saxlanmaması o deməkdir ki, siz tualetə çatana qədər nəcinizi və ya nəcisinizi saxlaya bilməyəcəksiniz. Bunun bir çox səbəbi var, məsələn, birdən-birə meydana gələn ishal və ya düz bağırsağın əzələləri və ya sinirləri zədələnir. Düz bağırsağınız bağırsağın son hissəsidir. Bağırsaq hərəkətlərini idarə edir və nə vaxt getmək lazım olduğunu bildirir.
Mütəxəssislər hesab edirlər ki, təxminən hər 12 yetkindən 1-də nəcis tutma problemi olacaq. Yaşlanmanın normal bir hissəsi olmasa da, yaşlandıqca buna sahib olma ehtimalınız daha yüksəkdir. Qadınlar da bu xəstəliyə kişilərdən daha çox risk altındadır.
Nəcis saxlamamaya səbəb nədir?
Nəcisin tutulmaması xroniki xəstəlik, zədə və ya cərrahi müdaxilə nəticəsində yarana bilər, o cümlədən:
- İshal və ya qəbizlik
- Böyük hemoroid
- Onurğa beyninin zədələri və ya xəstəlikləri
- Anadangəlmə anomaliyalar
- diabet
- Ağır demans
- Geniş iltihablı proseslər
- Şişlər
- Doğuş xəsarətləri
- Anal sfinkterlərin bölündüyü və ya genişləndiyi əməliyyatlar
Nəcis saxlamamanın əlamətləri hansılardır?
Nəcis tutmamanın simptomlarına aşağıdakılar daxildir:
- Tualetə getmədiyiniz zaman sızan tabure, məs. B. öskürəndə və ya qaz verəndə
- Tualetə çatmazdan əvvəl keçin
Nəcisin saxlanmaması necə diaqnoz qoyulur?
Probleminizi müəyyən etmək üçün həkiminiz aşağıdakıları nəzərdən keçirəcək:
- Fiziki imtahan
- Ümumi sağlamlığınız və tibbi tarixçəniz
- Semptomların təsviri
Simptomların təsvirinə aşağıdakılar daxil edilməlidir:
- Probleminizə səbəb kimi görünən hər hansı bir pəhriz və ya fiziki fəaliyyət
- Hadisələr nə qədər çətindir
- Ağrı, qəbizlik və ya xəstəlik kimi əlaqəli problemlər
- Onlar meydana gəldikdə
Görüntü testlərinə aşağıdakılar daxil ola bilər:
-
Anal manometriya. İncə, çevik bir boru istifadə edərək, həkiminiz anus və düz bağırsağınız ətrafındakı əzələlərin və sinirlərin nə qədər yaxşı işlədiyini yoxlayacaq.
Həkiminiz duyğularınız və həyat keyfiyyətiniz haqqında da soruşa bilər. Bu vəziyyətin sizə necə təsir etdiyini öyrənmək üçün edilir. Nəcisin saxlanmaması özünə inamı poza bilər. Və qoxulardan tutmuş görünüşünüzə qədər hər şeyin qayğısına qala bilərsiniz.
Nəcisin tutulmaması necə müalicə olunur?
Nəcis tutmamağınız üçün tövsiyə olunan müalicə səbəbdən asılı olacaq. Nəcis tutmamağı idarə etmək üçün birdən çox və ya bir neçə müalicəni sınamaq lazım ola bilər. Mümkün müalicələrə aşağıdakılar daxildir:
- Dərman. Siz ishal və ya nəcisin saxlanmamasına səbəb olan digər xəstəliklər və ya şərtləri idarə etmək üçün dərmanlar təyin edə bilərsiniz. Yüksək lifli pəhriz demək olar ki, həmişə tövsiyə olunur.
- Əzələ məşqi. Həkiminiz çanaq döşəmənizdəki əzələləri gücləndirməyə kömək edən xüsusi məşqlər tövsiyə edə bilər.
- Biofeedback. Bu, bağırsaq hərəkətlərinizi idarə etməyi öyrənmək üçün istifadə edə biləcəyiniz bir klinik vasitədir.
- Elektrik stimullaşdırılması. Kiçik elektron impulslar istehsal edən implantlar bağırsaq hərəkətlərini idarə etmək üçün cərrahi yolla əsas sinirlərin yanına yerləşdirilə bilər.
- Anal tıxac. Bu çıxarıla bilən cihaz tualetə nə vaxt getməyinizi idarə etməyi asanlaşdırır. Yüngül narahatlığa əhəmiyyət verməyən insanlar üçün faydalıdır.
- Cərrahiyyə. Bəzi hallarda cərrahiyyə bağırsaq funksiyasını yaxşılaşdıra və ya struktur problemini həll edə bilər.
- Digər üsullar. Sfinkteri sıxmaq üçün iynələr və ya maqnit muncuq implantı ala bilərsiniz.
Nəcis saxlamamanın fəsadları hansılardır?
Fəsadlar vəziyyətinizin səbəb olduğu problemlərdir. Nəcis tutmama ilə aşağıdakı ağırlaşmalar baş verə bilər:
- Emosional və sosial stress. Nəcis tutmamaq utancvericidir və siz işdən və sosial vəziyyətlərdən qaçmağa başlaya bilərsiniz. Bəzi insanlar bu problemə görə depressiyaya düşürlər.
- Fiziki qıcıqlanma. Nəcislə tez-tez təmasda olmaq və silmək anus ətrafındakı dərini qıcıqlandıra bilər.
- Zəif pəhriz. Vaxt keçdikcə şiddətli nəcis tutmama vücudunuzun yeməyinizdən kifayət qədər qida almasına mane ola bilər. Həkiminiz pəhriz əlavələri tövsiyə edə bilər.
Nəcisin tutulmasının qarşısını necə ala bilərəm?
Nəcisin saxlanmamasının bir çox səbəbinin qarşısını almaq mümkün deyil. Bununla belə, səbəbi tapmaq üçün diaqnostika prosesindən keçdiyiniz zaman sidik tutmama epizodlarının qarşısının alınmasını öyrənə bilərsiniz. Məsələn, pəhrizinizdə günahkarsınızsa, bu, spirt və ya kofein kimi müəyyən qidalardan və ya içkilərdən qaçmağa kömək edə bilər. Bu, çoxlu maye ilə yüksək lifli bir pəhriz ola bilər. Müəyyən müalicələr, məsələn B. Bağırsaq məşqləri günün qalan hissəsini planlaşdırmağa və qəzalardan qaçmağa kömək edə bilər.
Nəcis qaçırma ilə yaşamaq
Əgər nəcis tutmama ilə yaşayırsınızsa, həyatınızdan həzz almağa davam edə bilməniz üçün müəyyən addımlar atmağınız lazım ola bilər. Bu addımlara aşağıdakılar daxildir:
- Həkiminizlə işləyin. Müalicəyə bəzi yanaşmaların təsirli olması müəyyən vaxt tələb edə bilər. Həkiminizin sizə verdiyi hər hansı dərman üçün göstərişlərə əməl edin. İstehlak materiallarından necə istifadə edəcəyinizə əmin deyilsinizsə, sağlamlıq qrupunuzla əlaqə saxlayın. Heç bir yaxşılaşma görmürsünüzsə, həkiminizlə əlaqə saxlayın.
- Terapiyaya cəhd edin. Nəcis saxlamamaq münasibətlərinizə, iş həyatınıza və ya ümumi həyat keyfiyyətinizə təsir edirsə, psixoloqla söhbət faydalı ola bilər.
- Qida gündəliyi saxlayın. Yediyiniz qidaları və nəcis tutmamanın baş verdiyi günləri və ya vaxtları izləyin. Bu, pəhrizinizdə probleminizə kömək edən bir nümunəni aşkar etməyə kömək edə bilər.
- Bağırsaqlarınızı məşq edin. Bağırsaq qaçırma riskini azaltmağın bir yolu mütəmadi olaraq tualetə getmək və bağırsaq hərəkətini sınamaqdır.
- Paltar dəyişdirin. Həmişə hazır olun. Təzə paltar və ayaqqabı, təmizləyici salfetlər və çirkli əşyaları saxlamaq üçün ehtiyat çanta geyin.
- Emici yastiqciqlar taxin. Bəzi inkontinans məhsulları alın, məsələn: B. Nəcis tutmama ilə mübarizə aparmağı öyrəndiyiniz zaman sızıntıları və qoxuları udan yastıqlar.
- Anti-dezodorant dərman qəbul edin. Nəcis tutmama ilə bağlı qoxuları azalda bilən dərmanlar haqqında həkiminizlə danışın.
- Həssas dəriyə qulluq etməyi öyrənin. Dərinin qıcıqlanmasının və nəcisin tutulmaması ilə bağlı ağrıların qarşısını almaq üçün təmizləyici və qoruyucu vasitələrdən istifadə edin.
Həkimimi nə vaxt çağırmalıyam?
Həyat keyfiyyətinizə təsir edən nəcis tutmama problemini müzakirə etmək üçün görüş təyin etmək üçün həkiminizə zəng edin. Əgər nəcis tutmamağınız tez-tez, davamlı ishaldan qaynaqlanırsa və sizdə susuzluq əlamətləri varsa, dərhal həkiminizə müraciət edin.
Vacib məqamlar
- Nəcisin saxlanmaması o deməkdir ki, siz tualetə çatana qədər nəcinizi və ya nəcisinizi saxlaya bilməyəcəksiniz.
- Nəcisin saxlanmaması ishal, düz bağırsağın zədələnmiş əzələləri və ya sinirləri, iri hemoroid, qəbizlik və ya xroniki xəstəlik nəticəsində yarana bilər.
- Nəcis tutmamağınız üçün tövsiyə olunan müalicə səbəbdən asılı olacaq.
Məşhur psixoloq açıqladı: İnsanın yalan danışdığını necə bilmək olar? – FOTO/VİDEO
Publika.az psixoloqla müsahibəni təqdim edir:
– Rəvan bəy, qadınların kişilərdən emosional baxımdan 9 dəfə güclü olduğu deyilir. Bu fakt nə dərəcədə düzgündür?
– İnsanın beynində formalaşan bütün düşüncələr davranışları sayəsində qarşı tərəfə sərgilənir. Davranışınsa 3 növü var. Rasional, emosional və irrasional. Kişilərdə rasionallıq, qadınlarda daha çox irrasional və emosional davranış müşahidə olunur.
Hər hansı işi sevə-sevə yerinə yetirdiyimiz zaman məhsuldarlıq daha çox olur. Odur ki, emosionallığı qadınlarda keyfiyyət rəmzi kimi qiymətləndirmək olar. İrrasionalıq isə qərarsızlıqdır. Hər hansı bir elmin təkminləşməsi və inkişaf etməsi üçün sorğu-suallar yaranır. Həmin sualların cavablarının tapılması nəticəsində elm inkişafa doğru gedir.
Kişilərə isə daha çox rasionallıq xasdır. Dolayısı ilə qadın davranışlarının kökündə irrasionallıq və emosionallıq dayanırsa, təbii ki, onlarda emosionallıq kişilərdən daha çoxdur.
– Bəs qadınların depressiyadan daha tez çıxmasının səbəbini necə izah edərdiniz?
– Hər hansı hadisəyə rasional yaşayanda, onun alternativlərini güdürsən. Amma irrasional və emosional davrananda kobud səslənsə də, heç bir fərqi olmur. Bu, artıq tələbat və ehtiyac ödənməsi mövzusuna çevrilir.
Hər iki cinsi birləşdirən tələbat və ehtiyacları olur. Həyatda qidalanmaq, hüzur tapmaq, işləmək və s. kimi tələbatlarımız var. Ətrafımızdakı 10 nəfər bizim qidalanma və iş tələbatlarımızı ödəyə bilər. Amma hüzur tələbatını ödəyən bir insan yoxdur. Odur ki, biz hüzur tələbatını ödəyə biləcək bir insanı axtarır və o hüzuru gələcəkdə qarşılaşdığımız insanın simasında təsəvvür edirik.
Kişilər rasional davrandıqları üçün sanki rasionallıqlarına sadiq qalmağa üstünlük verir. Qadınlarda isə emosional və irrasional davranış üstün olduğundan o simanı başqa biri ilə əvəz edirlər.
– Özünə qapanmış insanların hüzura qovuşması daha çətin prosesdir?
– Qapalı insanlar digərləri ilə müqayisədə sosial deyil. Sosial insanın hüzurla bağlı tələbatı olmur. Amma özünə qapanmış insan daxili rahatlıq deyilən anlayışı hər kəsdən ummağa çalışır. Sanki acsan və əlinə keçən bütün yeməklərdən yeməyə çalışırsan. Bu, doğru deyil, pis nəticələnə bilər. Bizə uyğun olub-olmadığının fərqinə varmadan, ətrafımızdakı insanlardan hüzur ummağa başlaya bilərik. Məsələ ondadır ki, hüzuru bizə uyğun olan insandan ummaq lazımdır. Hər kəsin öz kriteriyaları var. Baxmalısan ki, sənin hüzur kriteriyaların qarşı tərəflə uzlaşır, ya yox. İnsan kimdən və nə istədiyini biləndə, onun daxili rahatlıq problemi çox az hissə təşkil edir.
– Alla Puqaçova deyir ki, hər bir qadın aktrisadır, əgər o, pis aktrisadırsa, həmişə uduzacaq. Hansısa məqsədlərə nail olmaq üçün sizcə, həqiqətənmi, qadınlar özündə artistizm elementlərini toplamalıdır?
– Əslində bu fikri sadəcə qadınlara aid etməzdim. Bir var yaxşı və mədəni insan, bir də var özünü yaxşı və mədəni göstərən insan. İnsanlar bir çox hallarda özü kimi olmur, qarşı tərəfə nə maraqlıdırsa, onu verməyə çalışırıq.
Amma hörmətli Alla Puqaçovanı anlamaq aspektindən yanaşsaq, qadınlarda rasionallıq cəhətdən axsamalar olduğu üçün özünü gücsüz sayır və kişinin qılığına girməyə can atır. Qadınlar öz tələblərini kişinin əli ilə həyata keçirə bilir.
Hər halda qadınlar bir xəttə qədər ağıllı olmalıdır. Lap ağıllı qadın kişiyə maraqlı deyil. Kişi testesteron daşıyıcısıdır, sahiblənir, dominantdır. Belə bir yaradılışa desən ki, sən dominant deyilsən, əlbəttə ki, qəzəblənəcək.
– Psixoloqlar bir çox daxili xəstəliklərinin yaranma səbəbi kimi sevgi çatışmazlığını göstərir. Həqiqətən psixoloji problemlər bizim fiziologiyamıza ciddi təsir göstərir?
– Təbii ki, bu, insan orqanizminə birbaşa təsir edir. Həyatımızı istəklər üzərində qururuq. İstəklər isə qismən də olsa, emosiyalara daxildir. Hər bir insan xoşbəxt olmaq, rəngarəng həyat, müxtəlif tanışlıqlar istəyir. Buna afferiativ tələbat deyilir. Bu, ehtiyac deyil, tələbatdır, bunsuz olmaz, hər bir insanda var.
Aşırı istəklərsə afferiativ təlabət pozuntusu adlanır. Şikayət edənlərin çoxu afferiativ tələbatın dalınca qaçmır, afferiativ tələbat pozuntusu yaşayır. Hər şeydən aşırı dərəcədə istəyirlər. Əlində olanlara baxmırlar. Görürsən ki, əslində tələbat və ehtiyaclarımızı ödəmək üçün hər şeylə təmin olunmuşuq. Amma onlar gözləntlərini əldə etmək üçün özünü daha böyük məsuliyyətlə yükləyir. Stress isə gözləntilərə qarşı aşırı bağlılıq deməkdir, dolayısı ilə bir çox xəstəliklər stress nəticəsində meydana gəlir.
– Deməli, stressdən uzaq olmaq üçün ətrafdan gözləntiləri minimuma endirməliyik?
– Gözləntidən emosional bağlılığı olmayan kəs yoxdur həyatda. Amma özünü və övladını aşırı məsuliyyətlə yükləyən insanı anlamaq çox çətindir. Odur ki, stressdən uzaq olmaq üçün nə özünü, nə də ki, qarşındakını aşırı məsuliyyətlə yükləməyəcəksən. Emosional bağlanacaqsan, amma hər şeyə yox. Gözləntidən həddən artıq bağlılığı olmayan insanın stressi də olmayacaq.
– Bunu daha geniş izah edə bilərsiniz?
– Emosional bağlılığımız olan mövzulara dəyərlər deyilir. Dəyərlər nə qədər az olarsa, itirmə qorxusu bir o qədər azalır. Dəyərlərin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Mənfi tərəfi onun çoxluğundadır. Dəyər nə qədər az olarsa, o insanı zədələmək bir o qədər qeyri-mümkündür. Əlbəttə ki, dəyərsiz yaşamaq mümkün deyil, amma dəyərlərin də sayını azaltmaq lazımdır. Dəyərlər də iki cür olur, maddi və mənəvi. Məsələn, telefon maddi dəyərdir. Telefondan çox asılı olmaq təbii hal deyil, məncə, onsuz da yaşaya bilərik.
Əksər hallarda valideyn, övlad və həyat yoldaşında ilişib qalırıq. Bunlar mənəvi dəyərlərdir. Hər halda etiraf etməliyik ki, gec-tez onlar da bizi tərk edir. Özümüzü itkiyə hazırlamalıyıq, çünki hər dəqiqə potensial itkidir. İnsanın başlıca dəyəri özüdür.
– Belə çıxır ki, doğmalarımıza olan sevginin ölçüsünü azaltmalıyıq? Bu, axı mümkün deyil.
– Yox, azaltmaq lazım deyil. Tövsiyə edirəm ki, sevgini qayğı müstəvisində yaşayaq və yaşadaq. Sevgini əlavə məsuliyyətlə yükləmək lazım deyil ki, qarşı tərəf bizdən hürkməsin.
– Bədən dili xarakterimizi ələ verən qeyri-şifahi ünsiyyət formasıdır. İstərdim ki, yalandan danışaq. Bizim yalan danışdığımızı göstərən əsas əlamət hansıdır? Ən sadə yolu nədir?
– Əgər verdiyiniz suala dəqiq cavablar verirsə, deməli düz danışır. Yox əgər, düşünüb və ehtimallara sarılaraq cavab verirsə, mümkündür ki, ya unudub, ya sizdən nə isə gizlədir. Yaddaş iki cürdür: məntiqi və həqiqi. Yalan danışan insan məntiqi yaddaşa müraciət edir. Yalan danışdığından şübhələndiyiniz adamın həqiqi, yoxsa məntiqi yaddaşdan istifadə etdiyinə diqqət edin.
İnsan emosional olanda jestlərdən daha çox istifadə edir. Məsələn, kiməsə söhbət zamanı qəfil “Həyatında kimsə var?” sualını verəndə, görürsən ki, əvvəlki səs tempi, jestlər və verbal ünsiyyət forması dəyişir. Deməli, realda olmasa, potensial kimsə var.
– Bir insanın şəxsi keyfiyyətlərini kitab kimi oxumağın bir üsulu var?
– Çox danışması üçün açar suallar verirsən. Nə qədər çox danışırsa, bir o qədər yaxşıdır və bu müddətdə müəyyən sürətdən istifadə edir. Sürət isə temperamenti ifadə edir. Bu insan danışanda biz artıq müəyyən edə bilirik ki, hansı temperamentin daşıyıcısıdır. Artıq nəzəri məlumatımız var.
Məsələn, “sevgiyə inanmıram” deyirsə, bu o deməkdir ki, ard-arda uğursuz sevgilər yaraşır. Suala insan birinci vərdiş halı aldığı formada cavab verir.
Verbal, yoxsa qeyri-verbal ünsiyyətdən istifadə etdiyinə diqqət yetirin. Yəni emosionallığını ölçürsən və nəticədə özünüifadə sürətinə nəzər salırsan ki, pozitivdir, ya neqativ. Lazım olanı, yoxsa nə gəldi danışır. Bütün bu aspektlər bəsdir ki, qarşı tərəfi müəyyən qədər tanıya bilək. Buna da maksimum 3-4 dəqiqə vaxt gedəcək. Baxır ki, hansı dərəcəli açar suallar verirsən. Əsas məsələ açar sualdadır. Doğru cavabı eşitmək üçün doğru sualı verməlisən. Adamı tanımaq üçün doğru açar suallar seçmək lazımdır.
– Hər birimiz səhv etməyə məhkumuq, amma onları özünlə daşımaq çox dəhşətlidir və bu bizi uçuruma apara bilər. Sizcə, biz niyə öz səhvlərimizi görmək, qəbul etmək və onlarla üzləşmək istəmirik?
– Biz adətən addımlarımızın nəticəsini əvvəldə deyil, sonda analiz edirik. “Görəsən, nə etdim ki, bu yerə gəlib çıxdım” deyə düşünürük. Yəni sonda oturub əvvəli fikirləşirik. Amma əvvəldə oturub sonu fikirləşsə idik, geri dönməyə ehtiyac qalmayacaqdı.
O səhvlərdən insan utanır ki, onlar kiminsə və ya özünün dəyərlərinə həqarət edə biləcək duruma gətirib çıxardır. İnsan o səhvlərdən üzləşməyə qaçır ki, ya kiminsə, ya da özünün dəyərlərinə həm də çox pis toxunub.
Lakin səhvləriniz mənə toxunmursa, alçaltmırsa, kiminsə yanında aşağılamırsa, niyə də o səhvləri bağışlamayım ki? Bu artıq mənim səhvimə çevrilir ki, niyə sizi bağışlamadım.
– Və özünü bağışlamaq daha çox vaxt aparır, nəinki başqalarını...
– İnsanlar bəzən təklikdən ona görə qaçır ki, özünə hesabat verməsin. Və təklikdə qalmaq cürətini qazanmaq zaman alır. İnsan gününü rasional düşünsə, planlasa və yaşasa, o, öz düşüncələri ilə üzləşməyə çətinlik çəkməyəcək. İki günü eyni keçən insan itirmiş sayılır. Yəni, hər gün elə bir fəaliyyət sərgiləməliyik ki, bu günümüz digərindən fərqlənsin, daha məhsuldar və faydalı olsun. Belə düşünən insanın təklikdə qalmaq qorxusu olmayacaq. Bəzən insan öz dəyərlərinə o qədər qarşı çıxır ki, təklikdə qalanda, ürəyi sıxılır. Özünə hesabat vermək istəmir.
– İlahiyyatçılar da, psixoloqlar da insan mənəviyyatını zənginləşdirmək və daxili harmoniyasını bərpa etməklə məşğul olur. Bu baxımdan onların eyni missiyanı yerinə yetirdiyini deyə bilərik? Ümumiyyətlə, onları birləşdirən hansı cəhətlər var?
– Deyirlər ki, filosoflar da, psixoloqlar da dindar ola bilməz və s. Bu, birmənalı olaraq yanlış fikirdir. Din inanc mövzusudur. Yer üzündə inancsız yaşamaq mümkün deyil. Kimisi özünə, kimisi bütlərə, kimisi öz gücünə və.s inanır. Kimisi də din deyilən faktora inanır.
Din insanın həyatda uğursuzluqlarla üzləşməməsi üçün lazım olan məqamları təlqin edir. Psixologiya və fəlsəfə də eyni mahiyyəti təlqin edir. Sadəcə yanaşma və prinsiplər fərqlidir.
Həyat özü iki hissədən ibarətdir: bizim üçün mücərrəd olan hissəsi və materiya. Fəlsəfə isə materiya və mənəviyyatın kəsişməsidir. Göründüyü kimi üçünün də tərkib hissəsi eynidir. Psixologiya fəlsəfənin mənəvi hissəsini öyrənən sahədir.
– Heç bir dini inancı olmayan ləyaqətli insan ola bilərmi?
– Həzrəti Məhəmməd. (s.a.v.) də buyurub ki, insana dininə görə hörmət etməyib. Dini qəbul etsə də, pis əməllərlə məşğul olan o qədər insan var ki. O qədər insan da var ki, dini inancı yoxdur, amma xeyirxah işlərlə məşğuldur.
– Təəssüf ki, basdırılmış emosiyalar ölmür, onları susmağa məcbur etsək də, daxilən bizə təsir etməyə davam edir. Sizcə, ilahi ədalətə arxayın olub qəzəbi və qisasımızı ürəyimizdə saxlamaqla düz edirik?
– Bütün informasiyalar neyronlarda toplanır. Bir də var ki, beyin hər hansı məsələni hələ həzm edə bilməyib, tam olaraq cavabını tapmayıb və bu mövzu onun üçün qapanmayıb. İnsan beynində bir neçə qapanmamış mövzular varsa, beyin artıq məşğuldur və əlavə informasiyanı qəbul edə bilmir. Qapanmış emosiyalar “niyə” sualının yaratdığı təəssüratlardır. Bu da insanda stress və depressiya yaradır. Bundan azad olmaq üçün heç bir mövzunun çıxış və ya həll yolunu tapmadan digərinə keçməyin.
Məcbur deyil ki, psixoloq olsun, əgər bir adam suallarınıza ədalətli şəkildə cavab verirsə, onunla mütəmadi olaraq söhbət edin və danışın. Adi ünsiyyətlə də bunu həll etmək olar. Yetər ki, fərqli aspektdən yanaşmış olsun.
Kimsə sizə pislik edibsə və qisas almaq hissi güclənibsə və bu mövzu sizin üçün aktuallığını qoruyub saxlayırsa, özünüzə üç sual verib. Birincisi, o insanın ziyan görməsi sənin nəyinə lazımdır? Niyə bu barədə düşünürsən və bu sualın ədalətli cavabını tapırsan. İkincisi, bu qisası necə alacaqsan? Əksər hallarda görürsən ki, qisas almalı ciddi bir məsələ yoxdur. Üçüncüsü və ən əsası, bunun sizə və ona nə faydası olacaq? Əgər bu suallara məntiqli yanaşma tapa bilmirsinizsə, bu artıq vicdansız davranış formasıdır. Vicdanlı yanaşma tək özünün deyil, qarşı tərəfin də faydasını güdməlidir.
– Münasibətlərin möhkəm və sağlam olması üçün nə tövsiyə edərdiniz?
– İnsan nəyə yatırım edirsə, onu itirməkdən qorxur. Yatırım maddi və mənəvi olur. Bunun üçün elə etməlisiniz ki, qarşı tərəf sizə mənəvi yatırım etsin. Bununla da sizi itirmək qorxusu, dolayısı ilə münasibətlər güclənəcək.
– Cəmiyyətimizdə sizi narahat edən psixoloji problemlər hansılardır?
– Diqqətsizlik və valideyn-övlad münasibətləri həddindən artıq aktualdır. Maraqlıdır ki, uşaq dünyaya gələndə, “layiqli övlad olsun” deyirik, amma “layiqli valideyn olsun” demirik. Hər hansı işə qəbul olmaq və ya sürücülük vəsiqəsi almaq üçün imtahan veririk, amma valideyn olmaq üçün heç bir imtahan tələb olunmur. Bu imtahanı heç kim heç kimdən götürmür. Bunu özün həyatdan götürürsən.
Həmçinin empatiya mövzusu geniş vüsət alıb. Hər hansı hadisə baş verəndə, özlərini onun yerinə qoyub ikinci klonu olurlar. Özünü adamın yerində deyil, onun vəziyyətində təsəvvür etməlisən ki, empatiya hissin artsın və ona kömək edə biləsən. İndi cəmiyyətin sanki yaralı yeridir ki, kiminləsə oturub dərdləşsin.
Ən aktual digər bir mövzu stressdir. Bu olmalıdır, amma aşırı deyil. İnsanlar bir-birinin mənəviyyatına sanki hörmət etmir, belə bir reallıqla üzləşmişik. Stressdən azad olmağın bir neçə yolu var. Birincisi, idmanla məşğul olmaq, ikincisi, psixoloq ünsiyyət, üçüncüsü isə mənəvi ehtiyac – cinsi aktdır.
– Müsahibə üçün minnətdaram.
– Siz çox sağ olun.
Aytən Məftun,
Foto: Pərviz Həşimi
Comments are closed, but trackbacks and pingbacks are open.