Press "Enter" to skip to content

Qanın ümumi analizi

Eləcə də maddələr mübadiləsinin necə olduğunu göstərir. Bu analizlə autoimmun xəstəiklər, qastrit, pankreatit, qaraciyər xəstəlikləri, artrit və s. təyin olunur.

Qanın ümumi analizində xərçəngi nə göstərir?- Bu dəyişikliyə DİQQƏT!

Qanın laborator ümumi analizi qanın hüceyrə tərkibini araşdıran metoddur.
Bütün laboratoriyalarda bu analizdə eritrositlər, hemoqlobin, leykositlər, limfositlər, trombositlər təhlil olunur.

Məhz bu hüceyrələrin azalıb artmasına əsasən orqnanizmdə xəstəliklərdən şübhələnilir.

“Medicina.az” bu göstəricilərdən hansının onkoloji prosesi göstərə biləcəyini təqdim edir.

Hemoqlobin – orqanizmdə qanın özünün miqdarının göstəricisidir. Onunla qanazlığı, anemiya təyin edilir. Bəzi hallarda aşağı hemoqlabin ciddi qan itkisi, qanaxmanı da göstərir.

Aşağı və normadan çox aşağı hemoqlobin – böyrəklərin onkoloji xəstəliklərində də gizli marker hesab edilir. Pasiyent heç bir ağrı hiss etmir, onun anemiyası da yoxdur, sidik ifrazında problem yoxdur. Amma hemoqlobinin aşağı düşməsi həkimi şübhələndirməlidir.

Çünki bəzi şiş xəstəlikləri, böyrək və onurğa beyin şişləri hemoqlobinin özünün sümük iliyində əmələ gəlməsini tormozlayır. Buna görə azalma baş verir.

Eritrositlər – leykoz kimi qan xərçəngi, eləcə də bəzi onkoloji şişlər səbəbindən, məsələn uşaqlıqda və uşaqlıq yolunda baş verən qanamalardan yüksələ bilər. Buna da diqqət etmək lazımdır

Leykositlər – ümumiyyətlə iltihab ( el dilində güclü vospoleniye, soyuqlama” göstəricisidir. Eləcə də qanın sağlamlığının açarıdır. Kəskin yüksəlmə və həddən artıq azalma leykoz xəstəliyində olur.

Trombositlər – qanın laxtalanma dərəcəsini göstərir. Səbəbsiz olaraq kəskin azalma və ya yüksəlmə onkoloji xəstəliklərdə baş verə bilər.

EÇS (SOE) – onkoloji proseslərə ilk olaraq reaksiya verən göstəricidir. Şişlərdə normadan qat-qat yüksəlmiş olur.

Ona görə də ümumi qan analizinə sadə analiz kimi yanaşmaq olmaz. Yaxşı həkim üçün o orqanizmin xəritəsidir.

Sosial Baxılıb: 2257 Tarix: 01 fevral 2021

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Qanın ümumi analizi

Qanın ümumi analizi nəticəsində müəyyən etmək olar ki, insan öz həyatına qəsd etməyə nə dərəcədə meyllidir.

Bu nəticəyə ABŞ-ın Baltimor şəhərində yerləşən Cons Hopkins Universitetinin tibbi-tədqiqatlar mərkəzinin əməkdaşları gəlirlər. Amerikalı mütəxəssislərin tədqiqatlarının nəticələri “Vashington Post” qəzetində dərc olunub.

Alimlər tədqiqatlar zamanı insan qanında genetik indikator (SKA2) tapıblar və bu nəticəyə gəliblər ki, onun köməyi ilə stressə davamlılığı və intihara meylliliyi təyin etmək olar. Özünü öldürənlərin, həmçinin buna cəhd göstərənlərin beyinlərinin analizi göstərib ki, onlarda SKA2 geninin fəallığı aşağıdır. Daha sonra isə aydınlaşıb ki, həmin insanlarda bu gen mutasiya olunur. Mutasiya nə qədər güclüdürsə, insanın özünə qəsd ehtimalı da bir o qədər yüksəkdir.

Yeni metodikanın sınaqları zamanı alimlər 325 amerikalını müayinə ediblər. Tədqiqatların gedişində 80 faiz dəqiqliklə müəyyən olunub ki, kim intihara cəhd göstərib, yaxud bu haqda düşünüb.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 1,5 milyon insan özünü öldürür. Təxminən 20 milyon insan isə intihara cəhd göstərir. İntiharların sayına görə birinci yeri Çin (ildə 300 min nəfər), ikinci yeri Hindistan (160 min nəfər), üçüncü yeri isə ABŞ (37 min nəfər) tutur./anspress/

Ölkə.Az

Qanın ümumi analizi

Qışdan çıxan orqanizm tükənmiş olur, stress, soyuq hava, zəif qidalanma, vitaminsizlik orqanizmdə öz təsirini göstərir. Hər bir insan yaz ayında mütləq bir dəfə çek-apdan keçməlidir.

Bakupost.az orqanizmin vəziyyətini bilmək üçün yazda verilməli olan əsas baza analizləri təqdim edir.

1. Qanın və sidiyin ümumi analizi – Burda böyrəklərin vəziyyəti, qanazlığı, iltihab, qanın ümumi vəziyyəti, göbələk, allergiya, virus və bakteriya yükü təyin olunur.

2. Qanın biokimyəvi analizi – daha dərin qan analizi, mədəaltı vəz, öd, qaraciyər, ürək-damar sisteminin xəstəliklərini təyin edir.

Eləcə də maddələr mübadiləsinin necə olduğunu göstərir. Bu analizlə autoimmun xəstəiklər, qastrit, pankreatit, qaraciyər xəstəlikləri, artrit və s. təyin olunur.

Kreatin, ALT, AST, bilirubin, zülal, sidik turşusu, xolesterin, triqliseridlər, qlükoza.
3. Hormonal analiz – qalxanvari vəzin ümumi müayinəsi, TSH, T3, T4 analizləri vacibdir.

Çünki qalxanvari vəz həm kişi, həm də qadınlarda qalxanvari vəz psixi, zehni, sinir sistemini idarə edir, ürək-tənəffüs sistemi, cinsi aktivlik, hamiləlik bu vəzdən asılıdır.

Ona görə hər kəs ildə 2 dəfə qalxanvari vəzini yoxlatmalıdır.
4. Koaquloqramma – qanın laxtalanma dərəcəsinin təyini

Tez yorulan, əzgin, diqqət yayqınlığı, baş ağrısı, əl-ayaqda uyuşma hiss edən hər kəs bu analizi verməlidir.

Qışda qrip və kovid keçirəndən sonra qanda qatılaşma baş verir.
5. Vitamin D analizi

90% əhalidə bu vitamin defisitdir, qışdan sonra kəskin düşür. Dozanın düzgün təyini üçün qanda miqdarı bilmək vacibdir.

6. Qanda dəmir -ferritin analizi

Ciddi baş gicəllənmə, yorğunluq, dərinin ağarması, təngənəfəslik varsa, sizdə dəmir defisiti var. İstər uşaqlar, istər qadınlar bu analizi mütləq verməlidir. Ferritini qida, yeməklə qaldırmaq çox çətindir, mütləq dərman terapiyası lazımdır.

Comments are closed, but trackbacks and pingbacks are open.